Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Övladının təlim-tərbiyəsi ilə ciddi şəkildə məşğul olmayan valideyn barəsində protokol tərtib olunaraq rayon icra hakimiyyətinin müvafiq komissiyasına göndərilib”. |
Qeyd edək ki, 9 yaşlı Adəm Mirzəyevin atası ilə birgə canlı yayımlar açması, nalayiq ifadələr işlətməsi, gələcək tərbiyəsinə neqativ təsir edə biləcək mövzularla bağlı müzakirələr aparması cəmiyyətdə birmənalı qarşılanmayıb. |
Xatırladaq ki, daha əvvəl Adəm Mirzəyevin söyüş söydüyü videosunu paylaşan həmkəndlisi Samir Ələsgərov həbs edilib. |
Bakı-Qazax magistral yolunda avtomobillərin hərəkətini çətinləşdirən nəqliyyat vasitəsinin görüntüləri yayılıb. |
“Qafqazinfo” xəbər verir ki, magistralda hərəkət edən minik avtomobillərindən birindən çıxan qatı tüstü görmə məsafəsini çətinləşdirib. |
Bəzi sürücülər isə yola duman çökdüyünü zənn ediblər. |
Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) bildirilib ki, artıq nasaz avtomobillə yüksəksürətli avtomobil yoluna çıxan sürücü barəsində tədbir görülüb:""“Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunda idarə etdiyi nasaz nəqliyyat vasitəsilə digər hərəkət iştirakçılarına təhlükə yaradan sürücü ilə bağlı sosial şəbəkələrd... |
Araşdırma nəticəsində 99-ZY-691 dövlət qeydiyyat nişanlı avtomobili mühərriki nasaz vəziyyətdə idarə edən şəxsin Şirvan şəhər sakini Yavər Zaidov olduğu müəyyən edilib və həmin sürücü barəsində inzibati qanunvericiliyə uyğun tədbir görülüb”. |
Estoniya Baş naziri Kaya Kallas Rusiyada cinayət işi üzrə axtarışa verilib. |
Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin məlumat-axtarış bazasında bildirilib. |
Cinayət Məcəlləsinin maddəsi üzrə axtarışa verilib”, - deyə məlumat bazasında qeyd edilib. |
Lakin axtarışın hansı maddə əsasında aparıldığı göstərilməyib. |
Rusiya Daxili İşlər Nazirliyi həmçinin Estoniyanın dövlət katibi Taymar Peterkopu da cinayət işi üzrə axtarışa verib, lakin axtarışın konkret hansı maddə ilə aparıldığı açıqlanmayıb. |
ABŞ-nin Florida ştatında biznes təyyarəsinin qəza anının görüntüləri internetdə yayılıb. |
Hadisə həmin vaxt yolda hərəkətdə olan avtomobillərdən birinin qeydiyyat kamerası tərəfindən qeydə alınıb. |
Bildirilir ki, “Bombardier Challenger 604” özəl təyyarəsi Neapol şəhəri yaxınlığında yerə çırpılıb. |
Belə ki, uçuş zamanı təyyarənin mühərriyində problemlər yaranıb. |
Pilot magistral yola enmə barədə qərar alıb, lakin eniş zamanı təyyarə avtomobilə toxunub, bundan sonra təyyarədə idarəetmə itirilib və o yerə çıxrpılıb. |
Bununla da partlayış baş verib. |
Məlumatlara görə, təyyarənin göyərtəsində beş nəfər - iki pilot və üç sərnişin olub. |
Hər iki pilot həlak olub, sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. |
Almaniyalı futbol məşqçisi Yurgen Klopp İngiltərə “Liverpul”undan ayrıldıqdan sonra planlarından danışıb. |
Məlumata görə, 56 yaşlı mütəxəssis ev tikintisi ilə məşğul olmaq istəyir. |
Xüsusilə Visbaden və Mayorkda bu planını reallışdırmağı düşünür. |
Qeyd edək ki, yanvarın 26-da Klopp cari mövsümün sonunda İngiltərə komandasını tərk etmək qərarını açıqlamışdı. |
Fevralın 12-də Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən ... |
Təxribat nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu əsgər Xəlilzadə Pərviz Ağakişi oğlu yaralanıb. |
2001-ci il təvəllüdlü yaralı hərbi qulluqçu, əsgər Xəlilzadə Pərviz dünən Respublika Neyrocərrahiyyə Xəstəxanasına DSX-nin hərbi təcili tibbi yardım maşını vasitəsilə gətirilib. |
Modern.az Xəlilzadə Pərvizin atası ilə əlaqə saxlayıb. |
Ağakişi Xəlilzadə saytımıza açıqlamasında oğlunun vəziyyətinin yaxşı olduğunu deyib. |
“İndi yaxşıdır, vəziyyəti babatdır. |
Bizə xəbəri hərbi hissədən zəng edib dedilər. |
Anası ilə birlikdə gözləyirik”. |
Qeyd edək ki, Hərbi Prokurorluğun Mətbuat Xidmətinin yaydığı məlumata əsasən, daxil olmuş məlumat əsasında Qubadlı Hərbi Prokurorluğunun işçiləri tərəfindən izahatlar alınıb, Hərbi Prokurorluğun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları ilə birlikdə müvafiq zəruri tədbirlər görülüb, hadisə ye... |
Fakt üzrə Qubadlı Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilərək, icraya yönəldilib və təxirəsalınmaz zəru... |
İstintaq davam etdirilir, qanunvericiliyin və beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərinin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq. |
Azərbaycanın Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinin dünən törətdikləri təxribata cavab olaraq keçirilən “Qisas əməliyyatı” nəticəsində məhv edilən erməni hərbçilərinin sayı dördə çatıb. |
Məlumatı Ermənistan Müdafiə Nazirliyi yayıb. |
Məlumatda bildirilib ki, daha bir erməni əsgər isə yaralanıb. |
Ermənistan Müdafiə Nazirliyi məhv edilən əsgərlərin adlarını açıqlayıb:""Arutyunyan Eduard Hamletoviç (1974-cü il təvəllüdlü), Manukyan Qaqik Varazdatoviç (1982-ci il təvəllüdlü), Ambartsumyan Arsen Qagik (1979-cu il təvəllüdlü), Oqanesyan Qraçya Talışeviç (1957-ci il təvəllüdlü). |
Daha əvvəl, Ermənistan Müdafiə Nazirliyi iki hərbçisinin öldüyü və bir neçə nəfərin yaralandığı barədə məlumat vermişdi. |
Ermənistanın saxtakarlığı bir daha təsdiqləndi. |
Ölkənin baş naziri Nikol Paşinyanın və başqa rəsmilərin sülh təklifi paketi, sərhədlərin müəyyənləşməsi, yeni konstitusiyanın yazılması kimi məsələlərə dair verdikləri açıqlamaların açılan bir atəşlə yalan olduğu ifşa edildi. |
Fevralın 12-də Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə Ermənistan silahlı qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mö... |
Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev və erməni həmkarı Mqer Qriqoryan arasında keçirilən görüşdən heç yarım ay keçməmiş belə bir təxribatın baş verməsi danışıqların perspektivini, sülh sazişinin imzalanmasını, Cənubi Qafqazda təhlükəsizliyin təmin olunmasını, regional əməkdaşlığın reallaşmasını təhdid edir... |
Bu hadisələr Ermənistan hakimiyyətinin sülhsevər maskasını yırtır. |
Fransa və Hindistandan tədarük edilən milyonlarla dollar dəyərində olan silahları, hərbi texnikaları rəsmi İrəvanın sərhədyanı təxribatlar törətməyə yönəltdiyi istisna edilmir. |
Onlar bununla həm də mənəvi cəhətdən düşkün, döyüş qabiliyyətini itirmiş Ermənistan ordusunu sınaqdan keçirirlər. |
Nikol Paşinyanın Azərbaycana qarşı son çıxışının da şantaj xarakterli olduğu təsdiqlənir. |
Baş nazir iddia etmişdi ki, rəsmi Bakı üzərinə götürdüyü “öhdəliklərə əməl etmir”:“O, istənilən dövlətə, sadəcə, qonşulara hücum edə bilər”. |
Lakin fevralın 12-də Azərbaycan sərhədçilərinin mövqeyinə atəşin açılması Ermənistanın özünün beynəlxalq öhdəliklərə əməl etmədiyini isbatlayır. |
Paşinyan bununla həm də ölkə daxilində siyasi rəqiblərini tərk-silah etməyə çalışıb. |
Ermənistan parlamentindəki müxalif “Mənim şərəfim” fraksiyasının katibi Tiqran Abramyan “Facebook” səhifəsində ölkənin siyasi-hərbi rəhbərliyini Azərbaycanın istər təbliğat, istərsə də sərhəddə sərbəst şəkildə əməliyyatlar aparmasına imkan verməməyə çağırıb. |
O, Azərbaycana qarşı qeyri-adekvat zərbələr endirməyin vacib olduğunu da vurğulayıb. |
Avropa İttifaqı Azərbaycanla sərhədyanı bölgədə birtərəfli razılıqla mülki müşahidə missiyası yerləşdirib. |
Fevralın 2-də Fransa Milli Jandarmeriyasının briqada generalı Uilyam de Meyer Avropa İttifaqının Ermənistandakı mülki missiyasının yerləşdiyi yerə baş çəkib, sərhəddəki vəziyyətlə tanış olub. |
Habelə, missiya üzvlərinin sayının 138-dən 209-a çatdırılması regionda vəziyyətin gərginləşməsinə təsir göstərib. |
Fransalı generalın Azərbaycan mövqelərini durbinlə müşahidə etməsindən 10 gün sonra bu hadisənin törədilməsi təsadüfi deyil. |
Yeri gəlmişkən, bu missiya 2023-cü ilin fevralında fəaliyyətə başlayıb. |
Müşahidəçilərin maraqlarını müdafiə edəcəyinə arxayın olduqlarından Ermənistanın sərhədyanı bölgədə təxribatları da artıb. |
Odur ki, fevralın 12-də sərhədyanı bölgədə Ermənistanın törətdiyi ilk təxribat deyil. |
2023-cü il aprelin 11-də Ermənistan-Azərbaycan şərti sərhədində - Ermənistan silahlı qüvvələrinin Gorusdan Azərbaycanın Laçın rayonu istiqamətində açdığı atəş nəticəsində üç hərbçi həlak olmuş, dördü yaralanmışdı. |
Ermənistan silahlı bölmələri ötən ilin mayında Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini müxtəlifçaplı silahlardan və artilleriyadan atəşə tutmuşdular. |
İnsidentlər nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Müslüm Vidadi oğlu Mahmudlu başından ağır yaralanmışdı. |
Ötən gün sərhədyanı bölgədə Ermənistanın törətdiyi təxribat yeni fəsadlara da yol açır. |
Rəsmi İrəvan təxribatlar törətdiyi bir vaxtda bu ölkənin xarici işlər naziri Ararat Mirzoyan Avropa Parlamentinin Təhlükəsizlik və Müdafiə Komitəsinin sədri, Fransadan olan deputat Natali Luazo ilə görüşərək Cənubi Qafqazda regional problemlər də müzakirə edib. |
Tərəflər ərazi məsələsi ilə bağlı Azərbaycana qarşı yersiz və əsassız mövzulara da toxunublar. |
Ermənistanın sərhədyanı ərazidə törətdiyi özbaşınalığı ört-basdır etmək məqsədi ilə Mirzoyan Avropa İttifaqında rəsmi Bakıya qarşı təbliğat aparıb. |
Rəsmi İrəvan bu təxribatı törətməklə regionda üçüncü tərəfin maraqlarının təmsilçisi olduğunu nümayiş etdirib. |
Bu hadisə Ermənistana etibar və etimadın yaranmasına mane olur. |
Bir daha sübut olunur ki, iki ölkə arasında sərhəd məsələsi həll olunmayanadək üçüncü qüvvə rəsmi Bakı ilə İrəvan arasında pozuculuq fəaliyyətini davam etdirəcək. |
Həmin qüvvələr Azərbaycan və Ermənistan arasında birbaşa dialoqa mane olanlardır. |
Ermənistan sərhədyanı təxribatı ilə belələrinin şər dəyirmanının fırlanmasına şərait yaradır. |
Uşaq və yeniyetmələr arasında artan psixoloji problemlər, məktəblərdə şagirdlərlə bağlı yaranan neqativ hallar məktəb psixoloqlarının işini gündəmə gətirir. |
Ümumi təhsil müəssisələrində baş verən şagird davası, şagirdlərin müəllimlərlə rəftarı və digər məsələlərdə daha çox psixoloqlar yada düşür. |
Məktəblərdə şagird sayına görə fəaliyyət göstərən psixoloqların azlığı da narahatlıq doğurur. |
Belə ki, Nazirlər Kabinetinin 27 fevral 2020-ci il tarixli 70 nömrəli qərarı ilə psixoloq ştatı uşaq sayına görə müəyyən olunur. |
1000 nəfərə qədər şagird olan məktəblərdə 1, 1000 nəfərdən 3000 nəfərə qədər olan məktəblərdə 2, şagird sayı 3000-dən çox olan məktəblərdə isə 3 psixoloq ştatı olmalıdır. |
Bəzi məktəblərdə isə sözügedən ştat olsa da, psixoloqun özü yoxdur. |
Bizim.Media Azərbaycanda hazırda neçə məktəbdə psixoloqun olmaması barədə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə sorğu ünvanlayıb. |
Qurumdan cavab olaraq bildirilib ki, məktəblərdə psixoloq ştatlarının sayı Nazirlər Kabinetinin qərarı ilə müəyyənləşdirilir:""“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda psixoloq vəzifəsi və onun funksiyaları nəzərdə tutulub. |
“Təhsil müəssisələrində psixoloji xidmətin təşkili Qaydaları” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30.04.2020-ci il tarixli 157 nömrəli Qərarı ilə təsdiq edilib. |
Ümumi təhsil müəssisələrində psixoloq ştatlarının sayı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 fevral 2020-ci il tarixli 70 nömrəli Qərarı ilə müəyyən edilir və ştat cədvəlinə görə ümumi və tam orta məktəblərdə psixoloq ştatları var”. |
Qeyd edək ki, 2022-ci ilin məlumatına görə, Azərbaycanda 4400 ümumtəhsil müəssisəsi mövcuddur. |
Qurumun cavabından da göründüyü kimi, məktəblərin neçəsində psixoloqun fəaliyyət göstərib-göstərməməsi haqqında məlumat verilməyib. |
ABŞ-nin Vircinya ştatında həmyerlimiz tanınmış beynəlxalq Qrossmeyster Rəşad Babayevin şahmat akademiyası “Gmchessprep” tərəfindən yeniyetmələr üçün böyük şahmat turniri keçirilib. |
Yarış 70-ə yaxın şahmatçının iştirakı ilə fevral ayının 11-i Mclean şəhərində baş tutub. |
Sevindirici haldır ki, bu bir azərbaycanlının Amerikada yüksək səviyyədə keçirdiyi ilk yarışdır. |
Yarış ABŞ federasiyasının reytinq sistemi ilə hesablamaya daxil edilib. |
Qeyd edək ki, azərbaycanlı qrossmeysterin şahmat akademiyası ABŞ-də güclü şahmatçıların yetişdirməsində əhəmiyyətli rol oynayır. |
Onlardan biri olan 14 yaşlı Ryo Chen artıq beynəlxalq dərəcəli ustadır. |
“Gmchessprep” akademiyası ABŞ-də orta, yuxarı təhsil məktəblərində də şahmat dərsləri tədris edir. |
Bu, eyni zamanda Azərbaycanın da ABŞ-də təmsil olunması deməkdir. |
Yarışın son nəticələri ilə bu linkdən tanış ola bilərsiniz. |
Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində “Masazır qəbiristanlığı” adı ilə bilinən qəbiristanlıq baxımsız vəziyyətdədir. |
Sakinlər bildiriblər ki, qəbir daşlarının üzərini kol-kos basıb, bəzi qəbirlər isə su ilə dolub. |
“Camaat öz ölüsünü ziyarət etməyə gəlir. |
Görürlər ki, qəbiristanlıq üfunət qoxuyur, palçığın əlindən girmək olmur”, - deyə sakin bildirib. |
Bələdiyyə sədri Rövşən Nəbiyevin sözlərinə görə, qəbirlərə dolan su “Qır gölü” adlanan ərazidən axıb gəlir. |
“Son zamanlar bəzi sakinlər öz vəfat etmiş yaxınlarını qəbirlərdən çıxarıb başqa yerə aparırlar”, - deyə R.Nəbiyev əlavə edib. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.