Search is not available for this dataset
text
stringlengths
10
518k
Ətraflı Baku TV-nin videosunu təqdim edirik:
Vətəndaşlar mənzil başına daha tez çatmağı hədəfləyirlər və bəzən də bunun üçün qanunsuz sərnişindaşıma vasitələrdən də istifadə edirlər.
Sərnişinlər üçün müəyyən seçimlər olmalıdır.
Yəni müntəzəm daşımalarla yanaşı ekspres marşrutların təşkili çox önəmlidir.
Bu səbəbdən də Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi ekspres marşrutların sayının artırılması və əhatə dairəsinin genişləndirilməsini hədəfləyib.
APA-nın xəbərinə görə, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İctimai nəqliyyat şöbəsinin müdiri Emin Məcidov deyib.
“Hazırda marşrut şəbəkəsində birbaşa daşımadır.
Amma əslində prinsip başqa cür olmalıdır.
Bunun üçün ətraf ərazilərdə nəqliyyatın mübadilə mərkəzləri olmalıdır.
Marşrutlar bu nəqliyyat mübadilə mərkəzləri ilə əlaqələnməlidir”, - deyə o əlavə edib.
AYNA rəsmisi bildirib ki, ətraf qəsəbələrdə qəsəbədaxili xətlərin təşkili nəzərdə tutulub:""“Biz buna bəsləyici xətlər də deyə bilərik.
Bu xətlər vasitəsilə sərnişinlər müəyyən cəlbetmə məntəqələrinə gedə, oradan isə əsas xətlərlə şəhər istiqamətinə hərəkət edə biləcəklər.
Marşrut şəbəkəsinin daha əlçatan olması optimallaşma işinin əsas tərkib hissəsidir”.
“Hər bir daşıyıcının müəyyən maliyyə resursu olmalıdır.
Daşıyıcının gediş haqqından müəyyən gəliri olmalıdır ki, qarajını və avtobus parkını yeniləsin.
Etiraf edək ki, daşıyıcıların bu istiqamətdə müəyyən çətinlikləri var”.
APA-nın xəbərinə görə, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İctimai nəqliyyat şöbəsinin müdiri Emin Məcidov deyib.
O qeyd edib ki, hazırkı maliyyə modeli müəyyən qədər qaneedici deyil:“Biz dayanıqlı maliyyə modeli təklif edirik.
Hazırda bu istiqamətdə zəruri addımlar atılır.
Düşünürəm ki, yaxın zamanlarda bununla bağlı müəyyən təkliflər olacaq və bu da avtobusların yenilənməsinə müəyyən şərait yaradacaq”.
Yenidən Azərbaycan Prezidenti seçilən İlham Əliyev üç gün ərzində and içəcək.
Oxu.Az-ın xəbərinə görə, Konstitusiyanın 103-cü maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti seçilmiş şəxs Azərbaycan Respublikası Prezidenti seçkisinin yekunları haqqında məlumatın elan olunduğu gündən başlayaraq üç gün ərzində Konstitusiya Məhkəməsi hakimlərinin iştirakı ilə belə bir and içir:""“Azər...
And içdiyi gündən Azərbaycan Respublikasının Prezidenti öz səlahiyyətlərinin icrasına başlamış sayılır.
Qeyd edək ki, Konstitusiya Məhkəməsi Plenumunun bu gün keçirilən iclasında prezident seçkisinin nəticəsi təsdiqlənib.
“ABŞ ordusunda sınaqlar zamanı nüvə başlığını sıradan çıxaran uçan naməlum obyektin (UNO) video görüntüləri var”.
Bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin istefada olan zabitləri leytenant Bob Ceykobs və mayor Florens Mansmann xəbər veriblər.
Bununla bağlı dərc olunan görüntülərdə “uçan boşqab”ın “Atlas” raket gücləndiricisindən qopduqdan sonra sursatsız döyüş başlığının ətrafında dövrə vurması görünür.
Sonra UNO döyüş başlığına dörd lazer şüası tuşlamaqla onu sıradan çıxarır.
İddia edilən hadisə təxminən 60 il əvvəl, 1964-cü il sentyabrın 15-də baş verib.
Həmçinin qeyd edilir ki, bu hadisə ilə bağlı radar məlumatları fevralın əvvəlində məxfilikdən çıxarılıb və tezliklə ictimaiyyətə açıqlanacaq.
Portuqaliyada “Braqa” və “Qarabağ” komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyununun təyinatları bəlli olub.
Baş hakim Morten Kroqa Vollenberg Rasmussen və Steffen Bramsen yardımçı olacaqlar.
Dördüncü hakim funksiyasını Mikkel Redder yerinə yetirəcək.
“Köhnə avtobusları dərhal xətdən çıxarmaq çətin məsələdir.
Avtobusları yeniləmək üçün daşıyıcıların da müəyyən avtoparkları olmalıdır.
Cari il ərzində də tərəfimizdən həmin avtobusların yenilənməsi istiqamətində müəyyən tədbirlərin görülməsi nəzərdə tutulub”.
“APA-Economics”in xəbərinə görə, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İctimai nəqliyyat şöbəsinin müdiri Emin Məcidov deyib.
O qeyd edib ki, son illərdə dövlət tərəfindən mindən artıq avtobus paytaxta gətirilib:“Bundan başqa, digər daşıyıcılar tərəfindən 400-dən çox avtobus paytaxta gətirilib.
Bu yeni avtobuslar mərhələli şəkildə xəttə çıxarılır”.
“Qeyd edim ki, hazırda müasir standartlara cavab verən 115 avtobus sıxılmış təbii qazla işləyir və onlar ekoloji təmizdir.
Bizim əsas təşviqimiz də avtobusların yenilənməsi zamanı ekoloji təmiz avtobusların alınaraq xətdə buraxılmasına nail olmaqdır”, - deyə o vurğulayıb.
E.Məcidov həmçinin deyib ki, hazırkı sərnişindaşıma səviyyəsi Azərbaycan Yerüstü Nəqliyyat Agentliyini müəyyən mənada qane etmir:""“Çünki hələ də müəyyən avtobusların istismar vəziyyəti qənaətbəxş deyil, onlar müasir tələblərə cavab vermir.
Hazırda Bakı şəhərində müntəzəm marşrutlar üzrə təxminən 2 min avtobus istismar olunur.
İstismarda olan bu avtobusların təxminən 1200-ə qədəri müasir tələblərə cavab verir.
Digər avtobuslarda ya soyutma sistemi yoxdur, ya da alçaq döşəməli deyil.
Bundan başqa, ili köhnə olan avtobuslar da var ki, onların da istismar müddəti artıq bitib”.
Rusiyalı reper Timatinin (Timur Yunusov) qızı “dizayner” cinsli it alıb və itini atasının şərəfinə adlandırıb.
Sənətçinin anası Simona Yunusova bununla bağlı sosial şəbəkələrdə paylaşım edib.
O, oğlunun əvvəlcə maltipunun əleyhinə olduğunu etiraf edib.
“Mən uzun müddət zəmin hazırladım, izah etdim, mübahisə etdim, sübut etdim, düzgün cins axtardım, amma oğlum kiçik itləri qəbul etmirdi.
Ya pitbull, ya Amerikan buldoqu və sair...Xoşbəxtlikdən belə itlərin onun yeni mənzilini məhv edəcəyi ilə bağlı irəli sürdüyüm arqument işə yaradı.
Bir aydan sonra Alisanın ilk yubileyidir və onun əsas arzusu gerçəkləşdi.
Atasının sadəcə olaraq başqa seçimi yox idi, üstəlik də Alisa “oğlanı” (iti - red.)
Atamıza sübut et ki, kiçik, kövrək bir məxluqda bir aslanın sadiq və cəsur ürəyi döyünə bilər”, - deyə qadın paylaşımda bildirib.
Qeyd edək ki, Timati qızının anası, fotomodel olan Alena Şişkova ilə Alisanın doğulmasından bir neçə ay sonra ayrılıb, lakin keçmiş sevgililər yaxşı münasibətlərini qoruyub saxlayıblar.
Timatinin anası da daim Şişkova ilə əlaqə saxlayır və nəvəsini böyütməyə kömək edir.
İslandiyada oyanmış vulkan o qədər lava püskürüb ki, artıq onu kosmosdan görmək olur.
Kadrlar Avropanın “Copernicus” Kosmik Agentliyinin “ENTINEL-2” peykləri tərəfindən qeydə alınıb.
Xatırladaq ki, İslandiyadakı vulkan ötən ilin sonunda görünməmiş seysmik aktivlik əlamətlərini göstərməyə başlayıb.
İsti lavanın super sürətlə hərəkəti isə alimləri xüsusilə narahat edib.
Son püskürmə zamanı yerli hakimiyyət orqanları məşhur hidrotermal kurortları boşaltmalı olublar.
Bundan əvvəl İslandiyada lavanın qar sahələrini necə əhatə etdiyi barədə drondan çəkilmiş heyrətamiz görüntülər yayılıb.
Ukraynada qadağan olunmuş “Müxalifət platforması - Həyat naminə” partiyasının keçmiş lideri Viktor Medvedçuk özünün mübadiləsi ilə bağlı təfərrüatı paylaşıb və kimlərlə dəyişdirildiyini deyib.
Medvedçuk bildirib ki, onun Ukraynanın “Azov” batalyonunun döyüşçüləri ilə mübadiləsi barədə məlumatlar həqiqəti əks etdirmir.
Siyasətçinin sözlərinə görə, o, əslində xarici muzdlularla dəyişdirilib.
“Məni Ukrayna Prezidenti Volodimir Zelenskinin tərəfində döyüşən və Rusiya ordusu tərəfindən əsir götürülən əcnəbilərlə dəyişdirdilər”, - deyə o qeyd edib.
Müxalifətçinin sözlərinə görə, mübadilə üçün ümumi siyahılarda “Azov” döyüşçülərinin adları yer alıb, lakin onlardan başqa xarici vətəndaşlar və digər hərbi qulluqçuların da adları olub və nəticədə o bu siyahıdan on əcnəbi ilə dəyişdirilib.
“2022-ci ildə İtaliyanın paytaxtı Romada böyüklər və gənclər arasında dünya çempionatı keçirilirdi.
Mən də həmin heyətlə yarışa yollanmışdım.
Tələbəm Ruzanna Məmmədova qızıl medal qazandığı üçün əhvali-ruhiyyəmiz çox yaxşı idi.
Bunu qeyd etmək üçün şəhər gəzintisinə çıxdıq”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında qadın güləşçilərdən ibarət Azərbaycan millisinin məşqçisi Solmaz Adilova dünya çempionatı zamanı başına gələn maraqlı əhvalat barədə danışarkən deyib.
O, Roma şəhərində çantasının naməlum şəxslər tərəfindən qarət edildiyini bildirib:""“Mən, Ruzanna və başqa bir məşqçi metroya daxil olduq.
Üzərimdə şəxsi sənədlərim və idmançıların dopinq analizlərinin kağızları var idi.Bir neçə gün əvvəl yaxın dostumla danışarkən mənə orada oğruların olduğunu demişdi.
Mən də Sumqayıtda böyüdüyüm üçün bunu ciddi qəbul etmədim.
Fikirləşdim ki, heç kim mənə qarşı bu cür hərəkət edə bilməz.
Lakin hər ehtimala qarşı yanımdakı çantanı yoxladım və xarici pasport, maaş, kommunal kartların, şəxsiyyət və sürücülük vəsiqəmin yerində olmadığını gördüm.
Mənimlə yanaşı, məşqçinin də sənədlərini götürmüşdülər”.
S.Adilova oğurluq hadisəsindən dərhal sonra Azərbaycanın İtaliyadakı səfirliyinə və güləş federasiyasının rəsmilərinə məlumat verdiklərini söyləyib:""“Bütün günümü polis bölməsində keçirdim.
Növbəti gün Azərbaycana qayıtmalıydıq.
Gecə hoteldə olarkən bir qadından zəng gəldi və sənədlərimi tapdığını dedi.
Sonradan cinayətkarın məhz həmin qadın olduğundan şübhələndim.
Çünki mənə mesaj yazdı ki, şikayətini geri götür.
Polisə xəbər verdiyimi haradan bilməsi diqqətimi çəkdi.
Yəqin ki, pullarımı götürdükdən sonra ürəyi dözməyib, sənədlərimi geri qaytarmaq istəyib (gülür).
Roma hava limanında hadisəni polislərdən birinə danışdım.
Mənə dedi ki, Romada oğrular qarət etdikləri əşyalardan lazım olmayanları yandırırlar”.
Cari ilin yanvar ayında istehlak qiymətləri indeksi ötən ilin eyni dövrünə nisbətən 101,7 faiz, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 100,7 faiz, qeyri-qida məhsulları üzrə 101,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 103,2 faiz təşkil edib.
Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, yanvar ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,5 faiz olub.
Bu ayda qida məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,1 faiz təşkil edib.
Cari ilin yanvar ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından daha çox bahalaşma düyünün, qoyun və toyuq ətinin, təzə balığın, südün, yumurtanın, zeytun yağının, naringinin, limonun, bananın, almanın, narın, xiyarın, pomidorun, balqabağın, sarımsağın, soğanın, kartofun, yerkökünün, şəkərin, konfetlərin, me...
Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
2024-cü ilin yanvar ayında qeyri-qida məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,1 faiz təşkil edib.
Cari ilin yanvar ayında əvvəlki ayla müqayisədə qeyri-qida məhsullarından bahalaşma, əsasən, qəzetlərin, şampunların, diş pastalarının, kəsilmiş taxtaların, ucuzlaşma isə kərpicin, kondisionerlərin və yazı kağızlarının qiymətlərində müşahidə olunub.
Digər qeyri-qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100 faiz təşkil edib.
Bakının “Kubinka” kimi tanınan məhəlləsində ara küçələrdən birindəyik.
Qarşımızda qalayçı emalatxanası var...""Yaşlı nəslin nümayəndələri qalayçıların hansı işlə məşğul olduğunu yaxşı bilsələr də, gənclər, xüsusən “Z” nəsli adlandırdığımız yeniyetmələr bu peşənin, güman ki, heç adını belə eşitməyiblər.
Qədim xalq sənətlərindən biri olan qalayçılıq müxtəlif metallardan olan əşyaların pas atmaması və üzərinin paxırlanmaması üçün səthinin qalaylanması işidir.