Search is not available for this dataset
text
stringlengths
10
518k
Bunu Rusiyanın İrandakı səfiri Aleksey Dedov deyib.
Onun sözlərinə görə, pik yüklənmə dövrlərində elektrik enerjisinin nəqlini nəzərdə tutan dörd ölkə arasında enerji körpüsü yaratmaq layihəsi nəzərdən keçirilir.
Diplomat vurğulayıb ki, hazırda Moskva və Tehran bu məsələ ilə bağlı danışıqlar aparırlar.
Layihə dörd ölkə arasında elektrik enerjisinin mübadiləsini və nəqlini nəzərdə tutur.
Bu gün Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Doğum evində Vətən müharibəsi şəhidi Amal Alışanlının qardaşı dünyaya gəlib.
“Qafqazinfo” xəbər verir ki, şəhidin anası Reyhanə Alışanova oğul övladı dünyaya gətirib.
Qeyd edək ki, 2001-ci il təvəllüdlü Amal Alışanlı Vətən müharibəsi zamanı Xüsusi Təyinatlı Qüvvələrin tərkibində Füzuli, Cəbrayıl və Kəlbəcər rayonları istiqamətlərində gedən döyüşlərdə iştirak edib.
8 oktyabr 2020-ci ildə şəhidlik zirvəsinə ucalıb.
Yardımlı rayon Qabaqdibi kənd qəbiristanlığında dəfn edilib.
O, ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “İgidliyə görə”, “Şücaətə görə”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.
“Ermənistanın təxribatlarının sifarişçisi kimi Fransanı göstərmək olar”.
O qeyd edib ki, bir müddətdir, Ermənistan Qərb dövlətləri tərəfindən silahlandırılır.
F.Hüseynəliyev xatırladıb ki, Ermənistana Fransa lisenziyası ilə Hindistanda istehsal olunan silahlardan başqa, Fransanın özündən silahlar da göndərilir:""“Avropa, Fransa və bir neçə başqa dövlət faktiki olaraq, yenidən bölgədə münaqişənin alovlanmasına tərəfdardır.
Beləliklə, onlar revanşist qüvvələrin əlinə alətlər verməyə çalışırdılar.
Avropa İttifaqının sərhəddə təhlükəsizliklə bağlı prosesləri müşahidə etməli olan missiyasının sayının artırılması Qərbin əsl məqsədini ortaya qoyur.
Məqsəd Ermənistandakı revanşist qüvvələrin üzdə saxlanılması, onların silahlandırılması, münaqişənin sülh müqaviləsi ilə bitməsinə imkan verməməkdir.
Ermənistanın sonuncu təxribatı da bunun bariz nümunəsidir”.
Onun sözlərinə görə, Zəngilanda Azərbaycan hərbçisinin yaralanması ilə nəticələnən təxribatdan sonra Ermənistan tərəfi bunun hansısa aşağısəviyyəli hərbçinin addımı olması və hadisənin araşdırılıb, günahkarın tapılıb, cəza veriləcəyi ilə bağlı mesaj ötürüb.
“Amma həmin gün gecə saatlarında Tovuz istiqamətində təxribatın təkrarlanması göstərir ki, qərar yuxarıdan - Ermənistan rəhbərliyi tərəfindən verilib.
Bu hadisələrdə sifarişçi qismində Fransanı göstərmək mümkündür.
Bütün Qərb dövlətləri arasında ən çox canfəşanlıq edən, bölgəyə sülh gəlməsinə, müqavilə imzalanmasına mane olan Parisin öz məqsədləri var.
Fransa bölgəyə müdaxilə imkanlarını əldə saxlamağa çalışır”, - o deyib.
Agentliyin direktorunun fikrincə, Rusiyanın bu məsələlərdə obyektiv mövqe tutaraq, kənarda dayanması da Fransanın aktivləşməsinin səbəblərinə daxildir:""“Rusiya hansısa tərəfi dəstəkləmir, günahlandırmır.
Hər iki tərəfi danışıqlar masasına dəvət edir.
Fransa isə prosesdən kənarda qaldığı üçün addımlarını artırır.
Rusiya Ermənistanda mövcud olan Qərb təbliğatına əks-arqumentlər ortaya qoyur, Moskvanın Ermənistandan çıxarılması cəhdlərinə qarşı çıxır”.
F.Hüseynəliyev qeyd edib ki, regionda yerləşdirilən Rusiya sülhməramlılarının aqibəti məsələləri və s.isə ancaq rəsmi Bakı ilə həll ediləcək məsələ kimi vurğulanır:""“Buraya hansısa kənar qüvvə, hətta Ermənistan özü də cəlb edilmir.
Halbuki, sülhməramlılar Üçtərəfli Bəyanat əsasında bölgəyə yerləşdirilmişdilər.
Amma Rusiya da anlayır ki, Azərbaycanın suverenliyini təmin etməsindən sonra Ermənistandan nə isə soruşmağa, dəqiqləşdirməyə qəti ehtiyac yoxdur.
Fransanın rolu da məhz buna görə aktivləşib.
Paris Rusiyanın Ermənistandan çıxarılmasına çalışır.
Əsas ritorikanı isə revanşist qüvvələr üzərində qurublar.
Onlar revanşistlərə deyirlər ki, sizə silah da, güc də verəcəyik, amma sülhün nail olunmasına əngəl törədib, maksimum prosesi uzadaq”.
Xatırladaq ki, fevralın 12-də Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə Ermənistan silahlı qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqaməti...
Fevralın 12-si saat 20:50-də və 23:40-da Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Tovuz rayonunun Koxanəbi yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutublar.
DSX bölmələri fevralın 13-də Ermənistan silahlı qüvvələrinin dünən törətdiyi təxribata cavab olaraq “Qisas əməliyyatı” keçirib.
Məlumata görə, əməliyyat nəticəsində dünən əsgərimizə atəş açılan Ermənistan silahlı qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsinin yaxınlığındakı döyüş postu tamamilə darmadağın edilib, döyüş mövqeləri susdurulub.
Ermənistan Müdafiə Nazirliyi dörd hərbçisinin öldüyünü, birinin yaralandığını etiraf edib.
Yunanıstanın dünyaca məşhur xizəkçilərindən və alpinistlərindən olan, həmçinin xizək üzrə təlimatçı vəzifəsində çalışan 36 yaşlı Konstantinos Momtsis Bolqarıstanda xizək meydançasında həyatını itirib.
Konstantinos Momtsis bir qrup xizəkçi və alpinistlə Bolqarıstanın Markujik bölgəsindəki Boroviç xizək meydançasında xizək sürdüyü zaman arxalarından gələn qar uçqununun altında qalıb.
150 metr uzunluğunda və 30 metr enində uçqunun altında qalan dörd xizəkçidən üçü axtarış-xilasetmə qrupları tərəfindən yaralı vəziyyətdə xilas edilib və xəstəxanaya aparılıb.
Lakin Momtsisin cəsədi saatlar sonra tapılıb.
Xilasetmə qrupunun rəhbəri Steufan Xristov hadisənin təfərrüatından danışıb.
“Biz Momtsisin və onun yoldaşlarının meydançanın ən çətin hissəsindən çox dik bucaq altında endiyini gördük.
Üzərilərində bel çantaları və GPS cihazları yox idi, olsaydı, biz onları daha tez tapa bilərdik.
Eniş zamanı xizəkçilərdən biri üfüqi hərəkət etdi ki, bunu etməməli idi, bu da onların arxasında uçqunun yaranmasına səbəb oldu.
Arxalarından gələn iki metr qalınlığında uçqunun altında qaldılar”, - deyə o bildirib.
Momtsisin qəfil ölümü Yunanıstanda şok effekti yaradıb.
Onun cənazəsi yaşadığı Florina şəhərinə göndərilib.
Müğənni Castin Biber və həyat yoldaşı model Heyli Biber supermarketdə işləyiblər.
Məlumata görə, məşhurlar “Sevgililər Günü” ərəfəsində supermarketdə dondurma satıblar.
Heyli Biber piştaxtanın arxasında dayanaraq şərbətlə desert hazırlayıb.
Müğənni xanımına kömək edib, müştərilərə dondurma verib.
Model xalq qarşısına qara eynək və qırmızı kostyumda çıxıb.
Sənətçi qara dəri gödəkçə, papaq və eynək taxıb.
Qeyd edək ki, həmin supermarketdə Heyli Biberin şəxsi reseptinə əsasən, çiyələkli smuzi hazırlanır.
Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin magistraturalarına 11 fevral 2024-cü il tarixində keçirilmiş qəbul imtahanının qapalı və kodlaşdırılabilən açıq tipli tapşırıqlar (95 tapşırıq) üzrə nəticələrini elan edib.
DİM-dən verilən məlumata görə, imtahan nəticələri ilə buradan tanış olmaq mümkündür.
Bakalavrlar imtahanın nəticələri haqqında məlumatı, həmçinin, mobil operatorlar (“Azercell”, “Bakcell”, “Nar”, “Naxtel”) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
Qeyd edək ki, yekun imtahan balı xarici dil fənləri üzrə esse tapşırıqları yoxlanıldıqdan sonra - altı həftə ərzində təqdim olunacaq.
Xatırladaq ki, iştirakçılar qapalı və kodlaşdırılabilən tapşırıqlar üzrə 95, esse üzrə isə maksimal beş bal toplaya bilərlər.
İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 19 725 bakalavrdan 421 nəfəri imtahana gəlməyib.
İmtahan qaydalarını pozduğu üçün iki nəfərin nəticəsi ləğv olunub.
İmtahan iştirakçılarının nəticələrlə bağlı apellyasiya müraciətlərinə yekun imtahan balı elan olunduqdan sonra baxılacaq.
Öncədən məlumat verildiyi kimi, yalnız tapşırıqların məzmunu və yazı işi ilə bağlı müraciətlər nəzərə alınacaq.
Cavab kartındakı mәlumatlar optik qurğu vasitәsilә oxunduğu üçün təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərə (məsələn, qapalı sualda iki dairənin qaralanması və s.)baxılmayacaq.
Yanvarın ayının 24-də Çinin “Besiter” şirkəti ilə “Baku Povver” şirkəti arasında əməkdaşlıq memorandumu imzalanıb.
İmzalanma mərasimində “Besiter” şirkətini direktor Aaron Pan, “Baku Povver” şirkətini isə direktor Rəşad Cəbrayılov təmsil edib.
Razılaşmaya əsasən “Baku Povver” şirkəti Çin şirkətinin Azərbaycanda rəsmi distribütoru seçilib və artıq enerji terminallarının Azərbaycana idxalına başlanılıb.
Sözügedən avadanlıqlar istifadəçiləri yükləyici cihaz daşımaqdan azad edəcək.
Belə ki, ekransız - 6 şarjlı, ekranlı - 6 şarjlı və ekranlı - 24 şarjlı enerji terminallarının şəhərimizdə müxtəlif ünvanlarda fəaliyyət göstərən fərqli təyinatlı obyektlərdə artıq yerləşdirilməsinə başlanılıb.
İstifadəsi kifayət qədər rahat olan yükləyici cihazlar mobil tətbiq vasitəsilə aktivləşdiriləcək.
Yükləyicini terminaldan kirayələməklə, cihazınızı enerji ilə doldurduqdan sonra yaxınlıqda yerləşən digər bir obyektə təhvil verə biləcəksiniz.
Mobil tətbiq, yükləyicinin təhvil alınması zamanı və təhvil verilməsi zamanı bütün prosesi idarə edir.
Bir neçə başlıqlı yükləyicinin ilk 20 dəqiqə üçün istifadəsi isə tamamilə ödənişsizdir.
Enerji terminallarını öz obyektlərində yerləşdirmək istəyən sahibkarlar aşağıdakı nömrə ilə əlaqə saxlaya bilərlər.
İki gündür, Azərbaycan-Ermənistan şərti sərhədinin iki istiqaməti - Zəngilan və Tovuz hərbi insidentə şahidlik edir.
Azərbaycanın Qarabağda keçirdiyi antiterror tədbirlərindən sonra sərhəd boyunca beş ay müddətində müşahidə edilən sakitliyin pozulmasının üç mümkün səbəbi var.
Birincisi, Azərbaycanla Ermənistan arasında sərhədlərin müəyyənləşdirilməsi barəsində fikir ayrılıqları Cənubi Qafqazda artan geosiyasi iştahalar fonunda daha da dərinləşir.
İkincisi, hadisə Fransanın Ermənistana dəstəyi, hərbi məsləhətlərinin işığında meydana gəldi ki, bu da kənar təsirlərdə Parisin qabarıq rolunu vurğulamağa imkan verir.
Üçüncüsü, Azərbaycanla Ermənistan Avropa İttifaqı platformasında növbəti üçtərəfli görüş üçün hazırlıq mərhələsində idilər.
Ən azından, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin bu yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı bu fikri söyləməyə əsas yaradır.
Bu üç yanaşma fonunda Rusiya regionda rəqiblərinə yer verməməyə çalışırdı və bunun müşayiətində sərhəddə təxminən beş ay davam edən nisbi sakitlik öz yerini atışmalarla əvəzlədi.
Bunların “silahlı fazadakı” dar izahını versək, iki variantı diqqətdə saxlamalıyıq.
Hadisələrin hərbi nöqteyi-nəzərdən məntiqi belədir ki, Ermənistan Azərbaycanın nəzarət etdiyi əlverişli yüksəklikləri və postları ələ keçirməyə cəhd göstərir.
Hərbi baxımdan Azərbaycanın ata biləcəyi adekvat addım isə bu idi ki, sərhədin Ermənistan tərəfindən açılan atəş nöqtələrini susdursun.
Azərbaycan Dövlət Sərhəd Xidmətinin bölmələrinin Ermənistan silahlı qüvvələrinin Zəngilan istiqamətində törətdiyi təxribata cavab olaraq keçirdiyi “Qisas əməliyyatı” hadisələrin hərbi cavab tələb edən ölçülərini ətraflı izah edir.
“Qisas” nəticəsində:""- Ermənistan bölmələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsinin yaxınlığındakı döyüş postu tamamilə darmadağın edilib, döyüş mövqeləri susdurulub.
- Son açıqlanan rəqəmlərə görə, məhv edilmiş döyüş postunun şəxsi heyəti arasında dörd nəfər ölüb, bir nəfər yaralanıb.
Gələk ikinci istiqamətə, Ermənistan ordusu Azərbaycan Ordusunun Tovuzun Koxanəbi kəndi istiqamətində yerləşən mövqelərinə atəş açıb.
Bu, necə deyərlər, Ermənistanın iki fərqli cəbhəni indiki məqamda çərçivəli silahlı münaqişə arealına çevirmək arzusunu ifadə edir.
Sonrakı mərhələdə isə yəqin ki, Ermənistan Azərbaycanı genişmiqyaslı provokasiyaya çəkmək planını işləyəcəkdi.
Dəxli yoxdur ki, bu prosesin əsl ideya müəllifi kimdir, nəticədə hərbi avantüranın məsuliyyətini Ermənistan daşıyır.
Belə olduğu təqdirdə, Koxanəbi istiqaməti ilə bir məqamın vaxtı yetişmiş kimi görünür.
Söhbət Azərbaycanın Koxanəbi kəndini təhlükədə saxlayan yüksəkliklərə nəzarət etməsi planı ola bilər ki, Bakı üçün indi bu, aktual çağırış kimi səslənir.
Hadisələrin iki tərəf arasındakı geosiyasi rıçaq qazanmaq bucağındakı məramını isə belə açıqlamaq mümkündür.
Ermənistan mümkün danışıqlardan əvvəl regional reallıqların kontekstinə əl gəzdirmək barədə düşünərək hərbi-taktiki nəticə əldə edəcəyini hesablayıb.
Lakin Azərbaycan İrəvanın bu hesab-kitabını pozdu.
Yəni Bakı yeni məhv edilmiş erməni postlarının “dağıntıları”ndan Ermənistanı daha böyük güzəştə məcbur etmək üçün istifadə edəcək.
Sosial şəbəkələrdə sığınacaqlarda məskunlaşan yüzlərlə uşağın, qadının hekayəsi, taleyi haqda məlumatlar paylaşılır.