Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Sanki hər daşdan, hər cığırdan, erməni zülmündən xilas olanlarımızın qisasını aldılar. |
Viran qoyduqları evlərin sahibləri bir gün mütləq qayıdacaq qorxusu ilə düz 30 il o torpaqlarda ölüm toxumu əkdilər. |
Azərbaycan ərazilərini mənfur niyyətləri ilə murdarlamaqları azmış kimi, minalarla da çirkləndirdilər. |
Goranboyun uzun müddət işğal altında olan Gülüstan kəndi də mənfur qonşularımız tərəfindən sözün əsl mənasında cəhənnəmə çevrilib. |
Kənddən yayılan videonu izlədikcə aydın görünür ki, buranın da hər daşı, hər kəsəyi erməni vandallığının qurbanı olub. |
XVIII əsrdən bəri tarixin cürbəcür sınağına şahidlik etmiş, tarixi Gülüstan müqaviləsinin imzalandığı Gülüstan qalası düz 30 il erməni vəhşiliyinə şahid olub. |
Bir zamanlar bülbül gülü, gül bülbülü çağıran Gülüstandan geriyə ancaq viran qoyulan, yağmalanan evlərin xarabalıqları qalıb. |
Hə, bir də kəndin hər tərəfində, Gülüstan qalasının ətrafında hər addımbaşı basdırılmış ölüm tələləri. |
Ermənistan silahlı qüvvələri tərəfindən burada da xeyli sayda müxtəlif təyinatlı minalar quraşdırılıb. |
Goranboyun Gülüstanı qoynundakı piyada və tank əleyhinə minaların ağırlığından hələ də ağır-ağır nəfəs alır. |
Ətraflı Baku TV-nin videosunu təqdim edirik: |
Bu layihələr arasında turizm, qida sənayesi, tikinti, enerji, nəqliyyat və logistika, xidmət sahələri üzrə layihələr üstünlük təşkil edir. |
Layihələr Bakı, Şamaxı, İsmayıllı, Oğuz, Quba, Qax, Gəncə, Qazax, Naftalan və s.şəhər və rayonları əhatə edir. |
Portalda həmçinin investorlar sərmayə yatırmaq istədikləri sahələr barədə təkliflərini də yerləşdirə bilərlər. |
Ötən il investorlar tərəfindən portalda idman, reklam və maliyyə sahəsi üzrə üç investisiya təklifi yerləşdirilib. |
Layihəsinə investor axtaran sahibkarlar, startaplar, eləcə də sərmayə qoymaq üçün layihə axtarışında olan investorlar portalın imkanlarından faydalana bilərlər. |
Hazırda portalda işlək biznes, hazır layihə və ideya mərhələsində olan 80-dən çox layihə, 6 hazır biznes satışına dair təklif yerləşdirilib. |
Sahibkarlar, startaplar və investorlar portalda qeydiyyatdan keçməklə onun imkanlarından istifadə edə bilərlər. |
Portalda məlumat yerləşdirilməsi ödənişsizdir. |
Bakıda uşağını görmək istəyən qadın keçmiş həyat yoldaşı tərəfindən döyülüb. |
Bu barədə Oxu.Az-a şikayətçi Aymaisə Quliyeva bildirib. |
Onun sözlərinə görə, 2017-ci ildə Cəlal Quliyev ilə ailə həyatı qurub:""“İlk vaxtlar Cəlal ilə sakit həyat tərzi yaşasaq da, bir müddət keçdikdən sonra xasiyyətlərimiz uyğun gəlmədi və tədricən aramızdakı münasibətlər pozulmağa başladı. |
2023-cü ilin oktyabr ayında nikahımız pozuldu. |
Keçirilən məhkəmə prosesində birgə nikahdan doğulmuş uşağımızın maddi sıxıntılar səbəbindən atasının yanında qalmasına qərar verildi. |
22 noyabr 2023-cü ildə Nizami Rayon Məhkəməsi “Nikahın pozulması və uşağın atanın yanında qalması”na dair Qətnamə çıxartdıqdan bir neçə gün sonra oğlum Camalla görüşdüm. |
Daha sonra isə keçmiş həyat yoldaşım C.Quliyevin qeyri-rəsmi yaşadığı qadın (adını bilmədiyim) mənə zəng etdi. |
Mənə:“Gəl, təcili yetimini apar”, - dedi. |
Daha sonra keçmiş baldızım və oğlu ilə birlikdə Cəlalgilin yaşadıqları ünvana getməyə məcbur olduq. |
Biz oraya çatanda Cəlal əsəbi halda evdən çıxdı, bacısı ilə oğluna əli və ayağıyla müəyyən zərbələr endirdi. |
Mənim də başıma və bədənimin müxtəlif hissələrinə ağır xəsarətlər yetirdi, burnum sındı. |
Həmin vaxt Cəlalın yanında olan və onunla qeyri-rəsmi yaşayan qadın isə saçımı yoldu. |
Qadın deyir ki, məsələ barədə Daxili İşlər Nazirliyinin (DİN) “102” Xidmətinə zəng edib və məlumat verib:""“Aldığım bədən xəsarətləri ilə bağlı həkim müayinəsindən keçdim və baş verənlərlə bağlı Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə şikayət ərizəsi də təqdim etdim. |
Yanvarın 6-da baş verən hadisə ilə bağlı izahat alındı. |
Həmin vaxtdan övladımın səsini də eşitməmişəm. |
Mən, sadəcə, övladımı görmək istəyirəm”. |
O iddia edib ki, polis əməkdaşları hadisə zamanı digər zərərçəkənlərin izahatını almayıblar. |
Məsələ barədə Daxili İşlər Nazirliyinə sorğu ünvanladıq. |
DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov Oxu.Az-a bildirib ki, məsələ barədə hazırda Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma aparılır:""“Araşdırmanın nəticəsində hadisəyə hüquqi qiymət veriləcək”. |
Nəsimi rayonu, Mirzəağa Əliyev küçəsində yerləşən Qış parkında lift və eskalatorlar işləmir. |
Oxu.Az xəbər verir ki, sözügedən parka keçmək üçün nəzərdə tutulan eskalator və liftlərin heç biri işlək vəziyyətdə deyil və yaşlılar, uşaq arabası ilə gəzintiyə çıxan insanlar üçün bu, ciddi maneə yaradır. |
Həmçinin, sözügedən durum günün müxtəlif saatlarına aid deyil, qurğular ümumiyyətlə işləmir. |
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Qış parkının aşağısındakı yeraltı dayanacaq təhvil alınan zaman orada bir sıra çatışmazlıqlar mövcud olub:"""“Belə ki, təhvil zamanı lift və eskalatorlarda nöqsanların olduğu və işləmədiyi müəyyən ... |
Avtodayanacaqdakı lift və eskalatorların əsaslı təmiri nəzərdə tutulub”. |
Fransa Fermerlərinin Həmkarlar İttifaqının (FNSEA) rəhbəri Arno Russo bildirib ki, əlavə dəstək tədbirləri olmadığı halda etirazlar bərpa ediləcək. |
“On gün ərzində dəyişiklik görməsək, tətilləri bərpa etməyə hazırıq”, - deyə Russo bildirib. |
O əlavə edib ki, fransalı fermerlər hökumətin kənd təsərrüfatı sektorunda dəyişikliklər etmək üçün az iş görməsindən narazıdırlar. |
Fransanın bəzi departamentlərində fermerlər artıq etiraz aksiyalarına qayıdıblar. |
Xatırladaq ki, bu ölkədə yanvar ayından bəri fermerlər vaxtaşırı etiraz aksiyaları keçirirlər. |
Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən “Azəri” Futbol Klubunda oğurluq olub. |
“Qaynarinfo”nun məlumatına görə, hadisə zamanı klubun Əhməd adlı direktorunun İsrafil adlı tanışına məxsus pullar oğurlanıb. |
Oğurluğu törədən isə direktorun tanışı, 1996-cı ildə Xaçmaz şəhərində anadan olmuş Kərim Zamanov (ad-soyad şərti) adlı şəxs olub. |
Belə ki, Xaçmazdan Bakıya avtomobil almaq adı ilə gələn Kərim Zamanov şəhərdə istədiyi maşını tapa bilmədiyindən futbol klubunun istirahət üçün nəzərdə tutulmuş otağında gecələyib. |
Həmin gün İsrafillə futbol klubunun həyətində olan kafedə yemək yeyiblər. |
Təxminən saat 4 radələrində kafedə olarkən o, İsrafilin pulunu oğurlamağı düşünüb. |
İsrafilə tualetə getdiyini deyərək, əyləşdikləri stoldan qalxıb. |
Kafedən çıxaraq İsrafilin pulu qoyduğu “Azəri” Futbol Klubunun istirahət üçün nəzərdə tutulmuş otağına gedib və 16 400 manatı götürüb. |
Kərim Zamanov oğurladığı pulu 10-15 gün müddətində onlayn “Fast Loto” oyununda uduzub. |
Məhkəmənin qərarı ilə Kərim Zamanov Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və 2 il 1 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. |
Lənkəran şəhəri Mirzə Məhəmmədhüseyn Axundzadə küçəsindəki naqilləri saxlayan dirəklər pis vəziyyətdədirlər. |
Oxu.Az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb. |
İddia edilir ki, artıq bir neçə müddətdir dirəklər bu vəziyyətdədir. |
Bu yoldan istifadə edən şəxslər üçün ciddi təhlükəyə mənbəyi olan dirəklərlə bağlı aidiyyəti qurumların tədbir görmədiyi qeyd edilir. |
Qeyd edək ki, Oxu.Az-ın sorğusuna cavab olaraq “Aztelekom”, “Baktelecom” və “Azərişıq” ASC-dən bildiriblər ki, sözügedən naqillər onlara məxsus deyil. |
Türkiyənin Antalya şəhərində yağan güclü yağışdan sonra Düdən şəlaləsinin rəngi dəyişərək qəhvəyi olub. |
Bununla əlaqədar sosial şəbəkələrdə kadrlar yayılıb. |
Bildirilir ki, Düdən şəlaləsinin dənizlə qovuşduğu yerə gələnlər suyun rəngini görüb təəccübləniblər. |
Su dənizdə də qəhvəyi təbəqə əmələ gətirib. |
Xatırladaq ki, Antalyada bir gün əvvəl başlayan leysan regionda daşqınlara səbəb olub. |
“Bakıda Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin (İB) Bakı Regional Qazın Satışı Departamentinin nəzarətçisi Adil Aslanova (Ad və soyad əməkdaşın öz istəyi ilə şərti verilib) xəsarət yetirilib” . |
Bu barədə “Azəriqaz” İB məlumat yayıb. |
Məlumata görə, hadisə ötən gün saat 15:30 radələrində baş verib. |
“Azəriqaz”ın əməkdaşları paytaxtın Nəsimi rayonunun M.Mirqasımov, S.Rüstəmov və İ.Qasımov küçələrinin kəsişməsində 7 saylı binanın 13-cü mənzilində texniki baxış keçirmək istəyiblər. |
Onlar mənzilə ev sahibi Zahidxan Məmmədovun icazəsi ilə daxil olsa da, vətəndaşın oğlu əməkdaşlara qarşı aqressiv davranış sərgiləyib və fiziki gücdən istifadə edib. |
Nəticədə A.Aslanov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. |
Faktla bağlı hadisə yerindən həm təcili tibbi yardım xidmətinə, həm də Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə məlumat verilib. |
Nəsimi Rayon Polis Şöbəsinin əməkdaşları hadisəni törədən şəxsi polis bölməsinə aparıblar. |
Məsələ ilə bağlı ekspertizanın nəticələri əsasında zəruri istintaq tədbirləri görüləcək. |
Təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılan əməkdaşa sağ ayaq barmağının qırılması diaqnozu qoyulub. |
Ayağına gips qoyulan A.Aslanov stasionar müalicə üçün evə buraxılıb. |
Qonşusunun ölümündə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib. |
Bu barədə Nəsimi Rayon Prokurorluğundan məlumat verilib. |
Belə ki, ötən il oktyabrın 31-də Nəsimi rayonu ərazisində Marina Çobanovanın müxtəlif dərəcəli bədən xəsarətləri alması, qızı Nərminə Vəliyevanın isə aldığı xəsarətlərdən ölməsi faktı ilə bağlı başlanmış cinayət işinin istintaqı yekunlaşdırılıb. |
İstintaqla Sayruz Səttarovun oktyabrın 30-da saat 23 radələrində heç bir əsaslı səbəb olmadan qonşusu M.Çobanovanın qızı N.Vəliyeva ilə birgə kirayədə yaşadığı mənzilə daxil olub. |
Onları biri-birilərinin gözü qarşısında döyərək müxtəlif dərəcəli bədən xəsarətləri yetirməsi nəticəsində sonuncunun almış olduğu xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib. |
İstintaq tədbirləri ilə həmçinin, S.Səttarovun hər iki şəxsi əvvəllər də bir neçə dəfə döyərək onlara xəsarət yetirməsi, o cümlədən onlara fiziki ağrı və psixi iztirablar verməsinə əsaslı şübhələr müəyyən olunub. |
Toplanmış sübutlar əsasında S.Səttarova Cinayət Məcəlləsinin 126.3 (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda), 127.2.2, 127.2.3 (xüsusi amansızlıqla, o cümlədən zərərçəkənə ağır iztirablar verməklə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə xu... |
Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. |
Seneqal hökuməti ölkə daxilində mobil internetə çıxışa məhdudiyyət qoyub. |
Bu barədə ölkənin Telekommunikasiya Nazirliyi məlumat yayıb. |
Qərar sosial şəbəkələrdə prezident seçkisinin təxirə salınmasına etiraz aksiyalarına çağıran materialların yayılması ilə əlaqədar qəbul edilib. |
“Artıq sosial şəbəkələrdə iğtişaşlara səbəb olan mesajların yayılması ilə əlaqədar fevralın 13-də mobil internetə çıxış qeyri-müəyyən müddətə dayandırılıb”, - deyə məlumatda bildirilib. |
Xatırladaq ki, fevralın 3-də Seneqal Prezidenti Maki Sall fevralın 25-nə təyin edilmiş prezident seçkisinin qeyri-müəyyən müddətə təxirə salındığını elan edib. |
Seneqal parlamenti daha sonra prezident seçkisini 2024-cü il dekabrın 15-nə təxirə salıb. |
“Valyutadəyişmə məntəqələrində manatın mövcud məzənnəsi də məhz dollara tələbin kəskin artmasından xəbər verir”. |
Bunu iqtisadçı ekspert, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov sosial şəbəkə hesabında qeyd edib. |
O bildirib ki, bu gün keçirilən hərracda rekord məbləğdə dollar satılıb. |
“Bankların bugünkü sifarişi 151,1 milyon dollar olub. |
Bütövlükdə, bu ayın ilk 13 günündə keçirilən hərraclarda 370,9 milyon dollar satılıb. |
Bu gün hərracda yüksək sifariş heç də 13-ün “nəhs rəqəm” hesab edilməsi ilə bağlı deyil, rekord məbləğ satışı valyuta bazarında dollara tələbin artdığını bir daha təsdiq edir. |
Rəsmi məzənnənin stabil qalmasına baxmayaraq, aktiv valyutadəyişmə məntəqələri dolların satış deyil, alış kursunu manata nisbətən 1,7 müəyyənləşdiriblər. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.