Search is not available for this dataset
text
stringlengths
10
518k
Neftin dünya bazar qiymətinin yüksək olmasına rəğmən, Azərbaycan valyuta bazarında volatillik artıb.
Bununla belə, aparılan təhlillər göstərir ki, tələbin artması yalnız psixoloji faktorlar ilə bağlı deyil.
Dollara yüksək tələbin müşahidə olunmasına baxmayaraq, Mərkəzi Bankın bu məsələyə münasibət bildirməməsi də diqqəti cəlb edir.
Bu dönəmdə tənzimləyici tərəfindən kommunikasiyanın gücləndirilməsi çox vacibdir”, - deyə deputat qeyd edib.
ABŞ Ukrayna, İsrail və Tayvana 95 milyard dollarlıq yardım ayıracaq.
Məlumata görə, Ukrayna, İsrail və Tayvana 95 milyard dollarlıq yardım ayrılmasını nəzərdə tutan qanun layihəsi ABŞ Senatında yekun səsvermə zamanı təsdiqlənib.
Layihənin lehinə 70, əleyhinə 29 senator səs verib.
Senatda təsdiqləndikdən sonra qanun layihəsi prosedura uyğun olaraq ABŞ Konqresinin Nümayəndələr Palatasına göndərilib.
Təhsil müəssisəsinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı cinayət işi başlanıb.
Sumqayıt Şəhər Prokurorluğundan verilən məlumata görə, Elm və Təhsil Nazirliyinin Sumqayıt şəhər internat tipli gimnaziyanın vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında şəhər prokurorluğunda araşdırma aparılıb.
Araşdırmalarla qeyd olunan təhsil müəssisəsinin vəzifəli şəxsləri tərəfindən 2021-2023-cü illər ərzində xeyli miqdarda dövlət əmlakının mənimsənilməsi, vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi və rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edilməklə vəzifə saxtakarlığı edilməsinə əsaslı şübhələr müəyyən edi...
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4 (qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.
İranın hökumət mediası xəbər verir ki, bu gün “Xane-ye Mellət” və ya İCANA kimi tanınan parlamentin xəbər agentliyinin saytına haker hücumu edilib.
Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər yayıb.
Məlumata görə, agentliyin internet saytı işləmir.
Bununla yanaşı, Xalq Mücahidləri Təşkilatına yaxın haker qrupu İran parlamentinin serverlərinə də sızdığını bildirib.
Sözügedən saytda Xalq Mücahidləri Təşkilatının rəhbərlərinin şəkilləri yüklənib.
Qeyd olunur ki, “Xane-ye Mellət" xəbər saytının sosial şəbəkələri isə bununla bağlı heç bir açıqlama verməyib.
“Uşaqlıqda həmişə deyirdim ki, heç vaxt müəllim olmaram.
Sonradan başa düşdüm ki, mənim həyatda sevdiyim iş elə öz biliyimi və təcrübəmi kiminləsə paylaşmaqdır.
Bunu Oxu.Az-a müsahibəsində uşaq sığınacağında təmənnasız şəkildə ingilis dilini tədris edən müəllim Arzu Quliyeva deyib.
Onunla müsahibəni təqdim edirik:"""- Arzu xanım, özünüzü oxucularımıza necə təqdim edərsiniz?
- Mən 1994-cü il iyunun 18-də Bakıda dünyaya göz açmışam.
83 saylı orta məktəbi fərqlənmə ilə bitirmişəm.
Daha sonra Bakı Slavyan Universitetinə qəbul oldum.
Ali məktəbi də fəxri məzun kimi bitirdim.
Universitetdə oxuduğum illərdə fərdi şəkildə dərs keçirdim.
Elə həmin vaxtdan könüllü olaraq xeyriyyə işlərinə başlamışam.
Bunu nəinki Azərbaycanda, xaricdə də həyata keçirmişəm.
Azərbaycan və rus dilini əcnəbilərə, ingilis dilini yerlilərə tədris edirəm.
Heç bir müəssisəyə aid deyiləm.
Dil öyrənməyə hələ də davam edirəm.
- Sosial şəbəkələrdə sizinlə bağlı paylaşıma rast gəldik.
Qeyd olunurdu ki, yeddi aydır, uşaq sığınacağında tam təmənnasız ingilis dilini tədris edirsiniz.
Təklif edilmişdi, yoxsa öz təşəbbüsünüz idi?
- Hindistanda 2018-ci ildə kasıb ailələrin uşaqlarına dərs demişəm.
Elə yoxsul ailələr Azərbaycanda yoxdur.
Özüm könüllü şəkildə getmişdim.
Həmişə arzum olub ki, Azərbaycanda da bunu edim.
Uşaq evlərinə gedib onlarla yaxından tanış oldum.
Hiss etmək istəyirdim ki, harada missiyamı yerinə yetirməliyəm.
Ötən ilin iyul ayında Orxan Heydərovun xeyriyyə komandası ilə sığınacağa getdim.
Orada hiss etdim ki, burada dərs demək istəyirəm.
Hələ heç tələbələrimi də tanımırdım.
Tədbir bitəndən sonra mən işçiyə yaxınlaşdım.
Nəyə ehtiyacları olduğunu soruşdum.
Dedilər ki, ingilis və rus dili müəllimləri lazımdır.
Bir həftə sonra uşaqlarla yaxından tanış oldum.
Avqust ayında ilk tədrisə başladım.
2023-cü ilin dekabrına qədər müddət qoydum.
Düşünürdüm ki, geri dönüş olacaqsa, davam edəcəyəm.
Dekabra qədər gördüm ki, uşaqlarda güclü geri dönüş var.
- Sığınacaqda tədris prosesi necə keçir?
- Dərs həftədə bir saat yalnız bazar günləri olur.
Müxtəlif həyat hadisələri haqqında danışırıq.
Əsas bilikləri verirəm ki, gələcəkdə vəziyyətdən özlərini çıxara bilsinlər.
Onların qorxularını dəf etməyə çalışırıq.
Ən birinci psixologiyalarına təsir edirəm.
İngilis dilinin ən asan öhdəlik olduğunu aşılayıram.
- Tələbələrinizdən razısınızmı?
Allah heç kəsə götürə bilməyəcəyi yükü vermir.
Onlara deyirəm ki, əgər bu cür yük verilibsə, həyatda siz güclüsünüz.
Mən güclü insanlardan güclü nəticə gözləyirəm.
Mən də onlara deyirəm ki, yaxşı öyrənin, siz bunu edə bilərsiniz.
- Dərs prosesində neçə tələbə iştirak edir?
- Yeni başlayanda 14 yeniyetməyə dərs keçirdim.
Bir neçə ay sonra səviyyə fərqinə görə ayırdım.
Dil öyrənəndə elədir ki, fərqli səviyyəli uşaqları bir arada saxlamaq olmaz.
Ona görə böldüm və digər qrupa da bir könüllü müəllimi cəlb etdim.
Çox şükür ki, təmənnasız dərs demək istəyən müəllimlər var, mən tək deyiləm.
Uşaqları yaşa görə bölməmişəm, yalnız dil səviyyəsini əsas götürmüşəm.
- Yeddi aya hansı səviyyədə dil biliyinə yiyələniblər?
- Biz A1 səviyyəsini bitirmişik, A2 səviyyəsinə keçmişik.
Hazırda tədris etdiyim qrupda 10 nəfər var.
Biz artıq orta səviyyəyə irəliləyirik.
- Hansı şəkildə qiymətləndirmə aparırsınız?
- Bal sistemi ilə qiymətləndirmə aparmıram.
Motivasiya prinsipi üzərində qiymətləndirirəm.
Ay ərzində inşanı yaxşı yazan, yaxşı danışan, fəal olanları kiçik hədiyyələrlə mükafatlandırıram.
Ayrı-seçkilik olmasın deyə uşaqlar hədiyyələri qutudan özləri götürürlər.
Kiməsə daha yaxşı hədiyyə verildiyini düşünmələrini istəmirəm.
Məndən öncə də sığınacağa müəllimlər gəliblər, amma çıxıb gediblər.
Uşaqların həyatında itkilər çox olub.
Psixologiyalarına uyğun həssas yanaşıram.
- Müəllimliyə marağınız uşaq yaşlarından başlayıb?
- Uşaqlıqda həmişə deyirdim ki, heç vaxt müəllim olmaram.
Universitet illərində müəllimliyə marağım başladı.
Amma işə başlayanda anladım ki, mənim həyatda sevdiyim iş elə öz biliyimi və təcrübəmi kiminləsə paylaşmaqdır.
Ona görə də dil müəllimi oldum.
Ən böyük zövqü uşaqlar geri dönüş edəndə alıram.
- Uşaqlarla bağlı hədəfləriniz nədir?
- Mən ingilis və digər dilləri bildiyim üçün çox qapı üzümə açılıb.
Hədəfim odur ki, uşaqlara dil biliyini mükəmməl səviyyədə ötürüm.
O biliyi elə ötürüm ki, gələcəkdə yaranacaq imkandan istifadə edə bilsinlər.
Bacarıq və bilik varsa, çox qapı açılır.
İstəyirəm ki, qarşılarına çıxan imkandan yararlana bilsinlər.
Sığınacaqdakı uşaqlarla bağlı məqsədlərim var.
Heç bir zaman demirəm ki, öyrəndik, daha işimiz bitdi, xeyr.
Tələbələrimin layiqli vətəndaş olmaları üçün özüm layiqli olmalıyam.
Çünki uşaqlar hər zaman böyüklərin etdiklərini edirlər.