Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Çalışıram ki, nümunə götürsünlər. |
Bilirəm ki, nə zamansa onlar da mənim etdiyimi edəcəklər. |
- Ən balaca və ən böyük tələbənizin neçə yaşı var? |
- Ən kiçik tələbəmin 11, ən böyüyünün 16 yaşı var. |
- Sığınacaqda dərs keçmək təşəbbüsünüzə qarşı çıxanlar olubmu? |
Mənə daim yaxşı iş gördüyümü xatırladırlar. |
Çoxlu sayda mesajlar, təriflər alıram. |
Haqqımda xəbərin yayılmasında belə iştirakım yoxdur. |
Ən böyük mükafatım, əslində, onların uğurudur. |
Onların yaxşı gələcəyində payım olacaqsa, bu, ən böyük mükafatdır. |
- Arzulayıram ki, hər bir insan gördüyü işi ictimailəşdirsin. |
Çünki biz danışmadıqca unudulur. |
Gənc nəslə nümunə olaq ki, yaxşılıq etməyi unutmasınlar. |
Çünki hər şey yaxşılıq üzərində dayanır. |
Gədəbəydə evdə qaz sızmasından yanğınla nəticələnən partlayış olub. |
APA xəbər verir ki, hadisə rayonun Samanlıq kəndində qeydə alınıb. |
1941-ci il təvəllüdlü Əbülfəz Musayev yanıq xəsarəti ilə Gədəbəy rayon mərkəzi xəstəxanasına yerləşdirilib. |
Oradan isə Gəncə şəhərində yerləşən xəstəxanaların birinə aparılıb. |
Faktla bağlı araşdırma aparılır. |
Türkiyənin Ərzincan şəhərinin İliç rayonunda qızıl mədəninin yerləşdiyi geniş ərazidə torpaq sürüşməsi baş verib. |
Ölkənin daxili işlər naziri Əli Yerlikaya hadisə zamanı mədəndə olan doqquz nəfər əməkdaşla əlaqə saxlamağın mümkün olmadığını bildirib. |
Hazırda mədən sahəsində 400 nəfərlik şəxsi heyətin iştirakı ilə axtarış-xilasetmə işləri aparılır. |
Mənbə:Haber Global"18:05"Türkiyənin Ərzincan şəhərinin İliç rayonundakı torpaq sürüşməsi baş verən mədəndə fəhlələrin qalması ehtimalı var. |
Bu barədə Türkiyə Təbii Fəlakətlər və Fövqəladə Halların İdarə Edilməsi Agentliyindən (AFAD) bildirilib. |
17:54"Türkiyənin Ərzincan şəhərinin İliç rayonunda torpaq sürüşməsi baş verib. |
Verilən məlumata görə, hadisə qızıl mədəni ərazisində qeydə alınıb. |
Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım əməkdaşları cəlb olunub. |
Ölən və ya xəsarət alanların olub-olmaması hələ ki məlum deyil. |
Rayon valisinin hadisə yerinə getdikdən sonra açıqlama verəcəyi gözlənilir. |
Azərbaycanın yollarında müxtəlif növ nəqliyyat vasitələrinə rast gəlinir. |
Nəzərə alsaq ki, ölkə ərazisində, xüsusilə paytaxt Bakı insanyönümlü şəhərə çevrilir, velosipedçilərdən danışmaq yerinə düşər. |
Paytaxtın bir sıra küçə və prospektlərində hətta velosiped zolaqları salınıb və istifadəyə verilib. |
Bəs velosipedçilər “Yol hərəkəti haqqında” Qanunda velosipedlə yolun hərəkət hissəsində olarkən hansı qaydalara əməl etməli olduqlarını bilirlərmi? |
Məsələn, başında dəbilqə olmadan, qolluq və dirsəklik taxılmadan, eləcə də nasaz vəziyyətdə olan velosiped ilə yolun hərəkət istiqamətində gedən şəxslərə rast gəlinir. |
Halbuki, bu, “Yol hərəkəti haqqında” Qanunla ziddiyyət təşkil edir. |
“Nəqliyyat vasitəsi” sözünü əbəs yerə işlətmədik. |
Velosiped əzələ enerjisi ilə hərəkətə gətirilən nəqliyyat vasitəsidir. |
14 yaşına çatmamış uşaqlara velosipedlə yola çıxmaq qadağandır, amma valideynlər qanunla tənzimlənən bu qaydalara diqqət göstərirlərmi? |
Parklarda, yollarda velosiped idarə edən uşaq və yeniyetmələrin sayı az deyil. |
Bir çox hallarda qaydalara əməl etməyən velosiped sürücüləri qəza şəraiti yarada bilirlər. |
Hətta bəzən velosipedçilərin iştirakı ilə ölümlə nəticələnən yol-nəqliyyat hadisələri də baş verir. |
Neçə velosipedçi yol-nəqliyyat hadisələrinin səbəbi və ya qurbanı olub? |
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis polkovnik-leytenantı Mübariz Ağayev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, velosipedçilərin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin əsas səbəblərindən biri bu tip nəqliyyat vasitələrindən istifadə zamanı təhlükəsizlik qaydaları... |
Həmin yol-nəqliyyat hadisələrində 16 nəfərin həyatını itirməsi, 14 nəfərin yaralanması da bu növ qəzaların ağırlıq dərəcəsinin kifayət qədər yüksək olduğunu göstərir. |
Ölənlərdən iki nəfər, yaralananlardan isə beş nəfər uşaq və yeniyetmə olub. |
Velosipedçilər tərəfindən yol hərəkəti qadalarının pozulması nəticəsinə üç hadisə qeydə alınıb ki, orada iki nəfər ölüb, bir nəfər yaralanıb. |
Velosipeddən istifadənin ekoloji, iqtisadi, sağlamlıq baxımından əlverişli olduğunu bildiyimiz kimi, velosipedçinin də yol hərəkətinin ən müdafiəsiz iştirakçılarından biri olduğunu unutmamalıyıq. |
Qanunvericiliyin tələbinə əsasən, velosipedçilər xüsusi velosiped zolaqları ilə, bunlar olmadıqda isə yolun, küçənin hərəkət hissəsinin kənarı və ya yol çiyinləri ilə hərəkət etməli, idarə etməyə maneə olan yük və ya sərnişin daşımamalı, velosiped isə texniki cəhətdən saz və lazımınca təchiz edilmiş olmalıdır. |
Bununla yanaşı, velosipedçilər təhlükəsizlik dəbilqələrindən istifadə etməli, yol hərəkəti qaydalarını bilməli və yerinə yetirməli, xüsusilə sutkanın qaranlıq vaxtı, yaxud məhdud görünmə şəraitində digər hərəkət iştirakçılarının onları aydın görə bilmələri üçün tədbirlər görməli, özlərinə və başqalarına təhlükə yaratma... |
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Təbliğat və İctimai işlər üzrə rəisi, polis kapitanı Toğrul Nəsirli Oxu.Az-a açıqlamasında bildirib ki, qurum velosipedçilərə mütəmadi olaraq müraciətində diqqətli olmağı və qaydalara riayət etməyi tövsiyə edir:"""“Təəssüflə qeyd etməliyik ki, bu tip nəqliyyat vasitələrini idarə ... |
Belə ki, ötən il ərzində paytaxt ərazisində velosipedçilərin vurulması ilə nəticələnən 4 yol-nəqliyyat hadisəsi qeydə alınıb və qəzalar zamanı 3 nəfər həyatını itirib, 1 nəfər isə yaralanıb. |
Onu da bilməlidirlər ki, velosipedçilər tərəfindən yol hərəkəti qaydalarının pozulması İnzibati Xətalar Məcəlləsinin 338.4-cü maddəsinə əsasən inzibati məsuliyyət yaradır (Bu qayda pozuntusuna görə, yol hərəkəti iştirakçısı 40 AZN məbləğində cərimə olunur - red.) |
və ən çox da öz həyat və sağlamlıqlarının təhlükə altında qalmaması üçün yollarda, xüsusən də günün qaranlıq vaxtlarında daha diqqətli və məsuliyyətli olmalıdırlar”. |
Ərəb Parlamentinin sədri Adel bin Abdul Rahman Əl-Asumi Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Teodoros Rusopulosa qurumun Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin ratifikasiya olunmamasına dair qəbul etdiyi qətnamə ilə əlaqədar məktub ünvanlayıb. |
Bu barədə Milli Məclisin Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsindən məlumat verilib. |
Məktubda deyilir:""“Ərəb Parlamenti AŞPA-nın Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin təsdiq olunmamasına dair qəbul etdiyi qətnamə ilə tanış olub. |
Ərəb Parlamenti bu qətnamənin qəbul olunması ilə bağlı dərin təəssüfünü bildirir. |
Azərbaycan Respublikası ərəb dövlətlərinin yaxın dostu və strateji tərəfdaşı olmaqla yanaşı, həm Avropa, həm də dünya miqyasında mədəni müxtəlifliyin qorunmasında, həmçinin sivilizasiyalararası dialoqun təşviq olunmasında əhəmiyyətli rol oynayır”. |
Qeyd olunub ki, Azərbaycan 2001-ci ildən Avropa Şurasının tamhüquqlu üzvüdür və qurumun fəaliyyətlərinin təşviqində, habelə təşkilatın məqsəd və prinsiplərinə nail olunmasında mühüm yer alır:""“Azərbaycan qlobal səviyyədə gərginliyin azaldılması, münaqişələrin qarşısının alınması istiqamətində səylərini əsirgəməməkdədi... |
Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etdiyi dövrdə bu istiqamətdə əldə olunmuş uğurlar bunun əyani sübutudur”. |
Məktubda deyilir ki, Azərbaycan Milli Məclisinin təşəbbüsü ilə yaradılmış Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi fəaliyyət göstərdiyi qısa müddət ərzində dialoq və əməkdaşlıq dəyərlərinin və prinsiplərinin təşviq olunmasında, həmçinin sülhün və tolerantlıq mədəniyyətinin yayılmasında qlobal rol oynamağa başlayıb. |
Bildirilib ki, Avropa Şurası Parlament Assambleyası kimi beynəlxalq çoxtərəfli təşkilatlar öz fəaliyyətlərində dialoqun və qarşılıqlı anlaşmanın təşviqinə əsaslanırlar:""“Belə təşkilatlar əməkdaşlığın genişləndirilməsi üçün platforma rolunu oynamaqla yanaşı, dünyada artan münaqişələr və fikir ayrılıqları zamanı gücləri... |
Bundan əlavə, çoxtərəfli parlament diplomatiyası baxış nöqtələrini uzlaşdırmaq üçün bir vasitə olaraq qalmalı, hər hansı fikir ayrılığı qarşısında müqavimət divarı kimi çıxış etməli, sülh və tolerantlıq prinsiplərinin yayılması üçün əlavə dəyər olmalıdır”. |
Məktubun sonunda deyilir ki, Ərəb Parlamenti bir daha Azərbaycan parlament nümayəndə heyətinin səlahiyyətlərinin təsdiq olunmaması ilə bağlı təəssüfünü bildirir, AŞPA-nın əsasını təşkil edən dialoqa və əməkdaşlıq prinsiplərinə zidd olan bu qətnaməyə yenidən baxılmasında AŞPA sədrinin şəxsi və peşəkar dəstəyinə ümid edi... |
Köçəri heyvanlar - dəniz tısbağalarından tutmuş fillərə qədər qidalanmaq, ya çoxalmaq üçün yüzlərlə kilometr yol qət edirlər. |
Bu gün onların beşdə birinin nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir. |
Bu barədə Vəhşi Heyvanların Köçəri Növləri Haqqında Konvensiyanın (CMS) nəşr etdiyi yeni hesabatdan məlum olub. |
“Dünyanın Köçəri Növlərinin Vəziyyəti” adlı sənədə əsasən vəziyyət kritik həddədir, günahkar isə insanlardır. |
Hesabatda göstərilir ki, qorunmağa ehtiyacı olduğu müəyyən edilən 1180 heyvan növündən 260 növü (22%) təhlükə altında, 520 növün (44%) populyasiyası isə tənəzzül mərhələsindədir. |
Əbədi itirmək riski ilə üzləşdiyimiz köçəri heyvanların siyahısına heyrətamiz növlər, o cümlədən Hoksbill tısbağası, dişli çəkic başlı köpəkbalığı, Avropa ilanbalığı, Şimal hamar balina və s. Tədqiqatçılar hesab edirlər ki, əsas səbəblər qeyri-qanuni ovla yanaşı, miqrasiyanı qeyri-mümkün edən körpülər və yollar kimi fi... |
Bu infrastrukturlar onların nəslinin kəsilməsinə gətirib çıxarır. |
Bununla belə, okeanda səs (dəniz nəqliyyatı, neft və qaz yataqları, hərbi radarlar) kimi qeyri-maddi maneələr də var ki, bu da köç edən heyvanların yaşayışını çətinləşdirir. |
Xatırladaq ki, alimlər 2050-ci ilə qədər Yer kürəsində heyvanların altıncı kütləvi məhv olmasının baş verə biləcəyi, hətta bəzi növlərin demək olar ki, 40%-nin məhv olacağı barədə xəbərdarlıq ediblər. |
Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlində ittiham olunaraq Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 18 il müddətinə azadlıqdan məhrum edilən İlkin Süleymanovun apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib və o, hakimdən bəraət hökmünün çıxarılmasını istəyib. |
O bildirib ki, istintaq dövründə işgəncələrə məruz qalıb, bir çox faktlar dəqiq araşdırılmayıb. |
İ.Süleymanov söyləyib ki, təzyiq və işgəncələrə görə cinayəti boynuna götürüb. |
Müttəhim deyib ki, istintaq dövründə öz sübutunu tapmayan faktlara da məhkəmə dövründə düzgün baxılmayıb:""“İstintaq dövründə Nərmin Quliyevanın övladlığa götürmək istədiyimi qeyd etməmə səbəb edilən işgəncələr olub. |
İstintaq dövründə işgəncələrə dözə bilməyib Nərmin Quliyevanı övladlığa götürmək istədiyimi dedim. |
İstintaq zamanı qeyd olunub ki, guya mən cinayəti törətməzdən öncə meyitin hansı əraziyə aparılaraq yandırması planını xəritə üzərində qərarlaşdırmışam. |
Bəyəm mən doğulduğum gündən bəri yaşadığım kəndi tanımırdımmı ki, xəritəyə baxırdım? |
Ümumiyyətlə, istintaq dövründə saxta sübutlar yaradılıb və məni ittiham ediblər. |
Gəncə Ağır Cinayətlər Məhkəməsində barəmdə verilən qərarla qəti razı deyiləm”. |
N.Quliyevanın ailəsinin vəkili və prokuror isə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünün dəyişdirilmədən qüvvədə saxlanılmasını istəyib. |
Məhkəmənin növbəti iclası martın 5-nə təyin olunub. |
Qeyd edək ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci il yanvarın 6-da yandırılmış halda tapılıb. |
2020-ci il yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib. |
Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrində nəzərdə tutulan ittiham elan olunub. |
İlkin Süleymanov məhkəmənin qərarı ilə 18 il müddətinə azadlıqdan məhrum edilib. |
Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində neokolonializmə dair beynəlxalq forum keçiriləcək. |
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Milli Məclisindən məlumat yayıb. |
Bildirilib ki, Forumla əlaqədar Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli və Rusiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, deputat Nizami Səfərov fevralın 15-də Moskvaya səfər edəcəklər. |
Səfər zamanı Milli Məclisin deputatları Rusiyanın “Yedinaya Rossiya” Partiyasının təşkilatçılığı ilə keçiriləcək “Müasir neokolonializm təcrübələrinə qarşı mübarizə” mövzusunda beynəlxalq forumda iştirak edəcək, mövzu ətrafında aparılacaq müzakirələrdə Azərbaycan tərəfinin mövqeyini bildirəcəklər. |
Deputatların səfəri fevralın 17-də başa çatacaq. |
Keçmiş sevgilisini döyərək öldürən italiyalı model və futbolçu Covanni Padovani ömürlük həbs cəzasına məhkum edilib. |
İtaliyanın “Sankataldeze” klubunun keçmiş mərkəz müdafiəçisi, 28 yaşlı Padovani 2022-ci ilin avqustunda 56 yaşlı keçmiş sevgilisi Alessandra Matteussini Boloniyadakı evinin yaxınlığında təqib edib. |
Evin qarşısına gələrək onu gözləməyə başlayıb və hücum edib. |
Padovani Matteussiyə əvvəlcə çəkiclə, daha sonra beysbol çubuğu və skamya ilə zərbələr endirib. |
Bu zaman Matteussi ilə telefonda danışan bacısı Stefaniya qadının kömək qışqırıqlarını eşidib. |
“O, maşından düşüb qışqırmağa başladı. |
“Covanni, yox, sənə yalvarıram, mənə kömək et, telefonla danışırdım” dedi. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.