Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Dərhal polisə zəng etdim”, - deyə Stefaniya yerli televiziyaya müsahibəsində bildirib. |
Alessandra Matteussi hücumdan sağ çıxsa da, lakin aldığı ağır xəsarətlərdən xəstəxanada dünyasını dəyişib. |
Məlum olub ki, Padovani ayrıldıqdan sonra keçmiş sevgilisini mesajlar və zənglərlə narahat etməyə davam edib, hətta evinin eyvanına qalxmağa da çalışıb. |
“Matteussi çox qorxurdu, çünki Padovani israr edirdi, qadın onu evə buraxmaq istəmirdi”, - deyə onun qonşusu qeyd edib. |
Məhkəmə zamanı Padovani hücum zamanı psixi cəhətdən sağlam olmadığını, sağlam ruhi vəziyyətdə olan şəxsin belə cinayət törətməsinin mümkünsüz olduğunu bildirib. |
“Əgər mən tam şüurlu vəziyyətdə olsaydım, həbsxana həyatına layiq olardım. |
Mən kabus görürəm, bağışlayın, bu, həbsxanadan da pisdir”, - deyə o özünə bəraət qazandırmağa çalışıb. |
Bakıda küçədə keçmiş əri tərəfindən öldürülən qadının qətlinin təfərrüatı bəlli olub. |
APA xəbər verir ki, Rövşən Quliyevin anası Hənifə Quliyeva oğlunun Sevinc İbrahimova ilə üç il öncə boşandığını deyib. |
Sevinc Rövşən və keçmiş qayınanasının birgə yaşadığı evə iki övladını görmək üçün gəlib. |
Rövşən isə onu namussuzluqda ittiham edərək uşaqlarla görüşünə imkan verməyib. |
Daha sonra keçmiş ər qadına küçədə 6 bıçaq zərbəsi vurub. |
Qeyd edək ki, cütlüyün birgə nikahdan 14 və 6 yaşlı övladları var. |
20:29"Bakıda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub. |
Nərimanov Rayon Prokurorluğundan verilən məlumata görə, fevralın 13-ü saat 18 radələrində paytaxtın Nərimanov rayonu ərazisində Sevinc İbrahimovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. |
Aparılan araşdırma zamanı 1985-ci il təvəllüdlü Rövşən Quliyevin Nərimanov rayonu S.Ələsgərov küçəsi ərazisində aralarında yaranmış mübahisə zamanı Sevinc İbrahimovaya kəsici alətlə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. |
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, prokurorluğun qərarı ilə Rövşən Quliyev iş üzrə şübhəli şəxs qismində tutulub. |
Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir. |
18:30"Bakı şəhərinin Nərimanov rayonunda fevralın 13-də qadın keçmiş həyat yoldaşı tərəfindən öldürülüb. |
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. |
Bildirilib ki, hadisə saat 17:30 radələrində baş verib, sözügedən ərazidə küçələrin birində Sevinc Rəfail qızı İbrahimova qətlə yetirilib. |
Cinayət əməlini törətməkdə şübhəli bilinən qadının keçmiş həyat yoldaşı 1985-ci il təvəllüdlü Rövşən Eldar oğlu Quliyev saxlanılıb. |
Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. |
Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir. |
Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. |
Bildirilib ki, hadisə Şəmkir şəhərində fəaliyyət göstərən restoranların birində qeydə alınıb. |
Dərhal əraziyə FHN-in yanğınsöndürənləri cəlb olunub. |
Azərbaycan vətəndaşları xaricə səfər edəndə və yaxud ölkə daxilində səyahət edəndə xoşagəlməz hallardan sığortalana bilmirlər. |
Söhbət Avropa İttifaqı ölkələrinin Bakıdakı səfirliklərinin tələb etdiyi, səyahət müddətində mümkün tibbi xərclərin ödənilməsi məqsədi daşıdığı və bir növ icbari olan səfər sığortasının əldə edilməsindən getmir. |
Təcrübə göstərir ki, yola çıxanlar baqajın itməsi və yaxud deformasiyaya uğraması, aviareysin ləğv edilməsi və yaxud təxirə salınması, eləcə də otelin yerinin və şəraitinin əvvəlcədən vəd olunmuş parametlərə uyğun olmaması kimi hallarla da üzləşirlər. |
Amma Azərbaycanda bu kimi risklərdən sığortalanmaq mümkün deyil. |
Halbuki, qonşu Rusiyada artıq belə bir sığorta məhsulu bazara çıxarılıb. |
Turistlər onu əldə edərək ən azı otellə bağlı “sürprizlər”dən sığortalana bilərlər. |
Bəs bu təcrübəni Azərbaycanda tətbiq etmək nə dərəcədə realdır? |
Ölkənin turizm bazarı xoşagəlməz hallardan sığortanı həzm edə bilərmi? |
“Azərbaycan Hotellər və Restoranlar Assosiasiyası”nın İdarə Heyətinin sədri, eyni zamanda “Azərbaycan Ekoturizm Assosiasiyası”nın İcraçı direktoru Samir Dübəndi hesab edir ki, Rusiyada sığorta sektorunun turizm sektoru üçün təklif etdiyi məhsul kifayət qədər maraqlı ideyadır, amma onun Azərbaycanda tətbiqi qəliz məsələ... |
“Rusiyada turistlərə təklif olunan sığorta məhsulu onları hətta otel otağının pəncərəsindən açılan mənzərə ilə bağlı risklərdən qoruyur. |
Məsələn, turistə otağın pəncərəsindən gözəl mənzərə açılacağı deyilə bilər, amma yalnız otelin həyəti görünə bilər. |
Sığorta şirkəti məsləhət görür ki, belə hal baş verdikdə turist elə birinci gün bu barədə məlumat versin. |
Bu da sığorta hadisəsi sayılır və müştərilərə təxminən 90 ABŞ dolları birdəfəlik kompensasiya verilir”, - deyə o qeyd edib. |
Çərşənbə axşamı Moskvanın Presnenski məhkəməsi basketbolçu Aleksey Şvedin döyülməsi ilə bağlı işə baxmağa başlayıb. |
İş üzrə təqsirləndirilən qismində azərbaycanlı Yusif Miraşurov çıxış edib. |
“Mən ittihamı başa düşürəm, təqsirimi etiraf edirəm”, - o bildirib. |
Çərşənbə axşamı prokuror ittiham aktını elan edib, bundan sonra məhkəmə işdəki yazılı sübutların tədbiqinə başlayıb. |
Qeyd edək ki, Miraşurov Rusiya Federasiyası Cinayət Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş cinayəti (sağlamlığa ağır zərər vurma) törətməkdə ittiham olunur. |
Xatırladaq ki, basketbolçu 2023-cü il mayın 2-nə keçən gecə Moskvanın mərkəzində, Bolşaya Nikitskaya küçəsində yerləşən restoranın yaxınlığında döyülüb. |
O, kəllə-beyin travması ilə Moskva klinikasının cərrahiyyə şöbəsinə aparılıb. |
İşlə bağlı ilkin olaraq 3 nəfər saxlanılıb. |
Dördüncü müttəhim Miraşurov Rusiya Federasiyasını tərk etmək üçün aviabilet alarkən saxlanılıb. |
2023-cü ilin mayında Knyaz Əmiraslanov və onun qardaşı Elsevər Əmiraslanov idmançıya hücumla bağlı üç ay müddətinə həbs ediliblər. |
İstintaq Komitəsi işdəki bütün materialları təhlil edərək, Əmiraslanov qardaşlarının əməllərində cinayət tərkibinin olmadığı qənaətinə gəlib. |
İş üzrə yeganə təqsirləndirilən şəxs Əmiraslanovlardan birinin sürücüsü Yusif Miraşurov olub. |
2024-cü ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində hərbi yol polisinin bir qrup şəxsi heyəti ilə təlim-metodiki toplantı keçirilib. |
Bu barədə Müdafiə Nazirliyindən bildirilib. |
Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. |
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. |
Toplantıda hərbi polis bölməsinin hərbi avtomobil müfəttişliyi və Bakı şəhər Baş Polis İdarəsinin Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən hərbi hissələrin sürücüləri və aidiyyəti şəxslər ilə yol hərəkət qaydalarına əməl edilməsi, hərəkət təhlükəsizliyinin təmin olunmasına dair əmrlərin tələbləri, həmçin... |
Hərbi qulluqçulara Müdafiə Nazirliyi rəhbərliyinin tələb və göstərişləri çatdırılıb, xidmətin düzgün və keyfiyyətli təşkili ilə bağlı tövsiyələr verilib. |
Tədbirdə, həmçinin müvafiq dövlət qurumları ilə birgə fəaliyyətin təşkili barədə fikir mübadiləsi aparılıb. |
Türkiyədə “Best Model of Turkey” və “Best Model of the World” gözəllik yarışmalarının qurucu prezidenti kimi tanınan məşhur prodüser və menecer Erkan Özerman vəfat edib. |
86 yaşında həlak olan iş adamının xeyli müddət xərçənglə mübarizə apardığı bildirilib. |
O, 2022-ci ildə mədəaltı vəzi xərçənginə tutulub və xəstəlik qaraciyərinə keçib. |
Özerman müalicə aldığı xəstəxanada dünyasını dəyişib. |
Avropa İttifaqı və Ermənistan ikitərəfli əməkdaşlığın genişləndirilməsi üzərində işə başlamaq qərarına gəliblər. |
Bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel Brüsseldə Aİ-Ermənistan Tərəfdaşlıq Şurasının beşinci iclasının yekunlarına dair mətbuat konfransında bildirib. |
O, Ermənistanı Aİ ilə vizasız rejimə nail olmaq yolunda dialoqa başlamaq üçün islahatlar aparmağa çağırıb. |
“Biz viza rejiminin liberallaşdırılması üzrə dialoqa başlamaq variantlarını müzakirə etdik. |
Mən Ermənistanın buna böyük marağı olduğunu qeyd etdim və bu məsələdə prosesə nail olmaq üçün islahatlar həyata keçirməyə çağırdım”, - o deyib. |
Borrel qeyd edib ki, Avropa İttifaqı yaxın gələcəkdə Ermənistanla təhlükəsizlik və müdafiə sahəsində əlaqələri də dərinləşdirmək niyyətindədir. |
Qubada azyaşlılara siqaret satan şəxslərin barələrində tədbir görülüb. |
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri tədbirlər nəticəsində bir neçə mağazada satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatları və spirtli içkilər satması faktları aşkar edilib. |
Həmin satıcılar barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) inzibati tənbeh tədbiri tətbiq olunub. |
Bu istiqamətdə tədbirlər davam etdirilir. |
“Ermənistan tərəfinin Azərbaycan hərbçilərinə qarşı atəş açması təəssüf doğurur”. |
Bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell mətbuat konfransında bildirib. |
O, Aİ ölkələrin suverenliyi, sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında uzunmüddətli sülhə sadiqliyini bir daha təsdiqləyib. |
Xatırladaq ki, fevralın 12-də Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazi... |
DSX bölmələri fevralın 13-də Ermənistan Silahlı Qüvvələrinin dünən törətdikləri təxribata cavab olaraq “Qisas əməliyyatı” keçirib. |
Məlumata görə, əməliyyat nəticəsində dünən əsgərimizə atəş açılan Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsinin yaxınlığındakı döyüş postu tamamilə darmadağın edilib, döyüş mövqeləri susdurulub. |
Ermənistan Müdafiə Nazirliyi dörd hərbçisinin öldüyünü, birinin yaralandığını etiraf edib. |
Sabah Kürdəmir, Göyçay və İsmayıllı rayonlarının bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. |
Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən məlumat verir. |
Bildirilib ki, “Kürdəmir”, “İsmayıllı”, “Talıstan”, “Göyçay 2” və “Göyçay-1 Əhali” ölçü qovşaqlarından qidalanan qaz təchizatı şəbəkəsində “Təmiz Qaz” QSC tərəfindən aşkar olunmuş qaz sızmalarının ləğvi həmçinin qaz xəttinin yerinin dəyişdirilməsi ilə bağlı fevralın 14-də saat 09:00-dan işlər başa çatanadək “Kürdəmir”,... |
Həmçinin, fevralın 15-də saat 09:00-dan işlər başa çatanadək “İsmayıllı” ölçü qovşağından və “Talıstan” ölçü qovşağından qidalanan orta təzyiqli “Əhali” qaz xəttindən qaz təchizatının dayandırılması planlaşdırılır. |
Ukraynada müharibə davam edir. |
Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb. |
O bildirib ki, ötən gecə Kiyev də daxil olmaqla, mərkəzi və cənub vilayətlərinə yenidən hava hücumları olub. |
“Təkcə Xarkovda bir yanacaqdoldurma məntəqəsinin atəşə tutulması nəticəsində 10 min kvadratmetr ərazidə olan tikililər tamamilə yanaraq külə dönüb”, - deyə jurnalist əlavə edib. |
Həmçinin qeyd edilib ki, hava zərbələri nəticəsində Dnepropetrovsk, Zaporojye və Xerson vilayətlərində də dağıntılar olub. |
Azərbaycanda “Gömrük orqanlarının vəzifəli şəxslərinin attestasiyasının keçirilməsi Qaydası”nda dəyişikliklər edilib. |
Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. |
Qərara əsasən, attestasiyanın keçirilməsinin formasından asılı olmayaraq vəzifəli şəxslərə yalnız tutduğu vəzifəyə, vəzifə təlimatına, icra etdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə uyğunluğunu müəyyən etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarına, qulluq funksiyalarına aid olan məsə... |
Attestasiya müsahibə, yazılı və ya test imtahanı formasında keçirilə bilər. |
Test üsulundan istifadə edilməklə keçirilən attestasiya xüsusi proqram təminatı vasitəsilə təşkil edilir. |
Attestasiya test formasında keçirildikdə vəzifəli şəxsə bu Qaydanın tələblərinə uyğun olaraq 100 sual (25 sual çətin, 30 sual orta, 45 sual sadə olmaqla), yazılı formada keçirildikdə 20 sual (5 sual çətin, 6 sual orta, 9 sual sadə olmaqla) təqdim edilir. |
Test və yazılı formada təqdim edilmiş sualların cavablandırılması üçün üç saat vaxt müəyyən edilir. |
Müsahibə formasında attestasiya hər bir vəzifəli şəxslə fərdi qaydada, vəzifəli şəxsin bilik səviyyəsinin, işgüzarlıq və mənəvi keyfiyyətlərinin qiymətləndirilməsinə yönəldilmiş sualların, tapşırıqların verilməsi, vəzifəli şəxs tərəfindən həmin sualların cavablandırılması və tapşırıqların həll edilməsi yolu ilə keçiril... |
Vəzifəli şəxs attestasiyanın keçirilməsində üzrlü səbəbdən iştirak etmədikdə onun attestasiya komissiyasının növbəti iclasında bu Qaydaya uyğun olaraq attestasiyadan keçməsi təmin edilir. |
Attestasiya test formasında keçirildikdə attestasiya komissiyası sualların azı 70 %-ini doğru cavablandıran vəzifəli şəxslərə tutduğu vəzifəyə uyğun gəlir, sualların azı 50 %-ini doğru cavablandıran vəzifəli şəxslərə Qaydanın işini yaxşılaşdırsa və komissiyanın tövsiyələrini yerinə yetirsə, 1 ildən sonra təkrar attesta... |
Yasamalda meyiti tapılan ər-arvadla bağlı bəzi təfərrüat məlum olub. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.