Search is not available for this dataset
text
stringlengths
10
518k
Qeyd edək ki, sorğu nəticələrinə görə, ABŞ əhalisinin yarıdan çoxu Prezident Co Baydenin əqli qabiliyyətinin getdikcə zəiflədiyi qənaətindədir.
Amerikalı cərrah Marti Macari hesab edir ki, Baydendə yaşla bağlı demensiyanın bütün əlamətləri müşahidə olunur.
O, həmçinin, yaddaş və ləng danışıq kimi problemlərdən əziyyət çəkir, eyni zamanda, olduğu məkana adaptasiya olunmaqda, oriyentasiyada problemlər yaşayır.
Xatırladaq ki, bir müddət öncə Co Bayden mərhum Avropa liderləri ilə “ünsiyyət qurmağa” başlayıb.
O, açıq şəkildə bildirib ki, 1996-cı ildə vəfat edən Fransa prezidenti Fransua Mitteran ilə söhbət edib, 2021-ci ildə isə yeddi il əvvəl vəfat etmiş Almaniya kansleri Helmut Kolla danışıb.
“Kontakt” ilin ilk mağaza açılışını ölkənin şimal qərbində - Balakəndə edib.
Yaxın günlərdə baş tutan açılışda uşaqdan böyüyə yüzlərlə bölgə sakini iştirak edib.
Onlar əyləncəli tədbirdən bol hədiyyələrlə ayrılıblar.
Bundan başqa mağaza ziyarətçiləri nağd alışda 60%-dək endirimli qiymətlərdən yararlanıb evlərinin və özlərinin ehtiyaclarını ən yaxşı şəkildə qarşılaya biliblər.
Qeyd edək ki, bölgə sakinlərini təkcə nağd alışda endirimlər yox, hissəli alışda 24 ayadək ilkin ödənişsiz, faizsiz və komissiyasız şərtlər də sevindirə bilib.
600 m2 sahəsi olan mağazada smartfon, notbuk, planşet, qulaqlıq, smart saat, televizor, böyük və kiçik məişət texnikası, həmçinin qab-qacaqların minlərlə çeşiddə zəngin seçimləri mövcuddur.
İndi isə açılışa özəl çox sərfəli təkliflərə nəzər salmağın vaxtıdır.
Belə ki:""Bütün kampaniya şərtləri fevralın 18-dək qüvvədə olacaq.
Odur ki, kampaniya bitmədən təkliflərdən yararlanmaq üçün Balakən rayon məhkəməsinin yaxınlığında yerləşən yeni “Kontakt” mağazasına mütləq baş çəkin!
Zəhərlənmənin qarşısını almaq üçün istehlak edilməzdən əvvəl toyuq əti tam termiki emala məruz qalmalıdır.
Bu barədə rusiyalı diyetoloq, tibb elmləri namizədi Yelena Solomatina danışıb.
“Məsələn, qril üsulu ilə bişirilmiş toyuq və ya toyuq kababında ətin bəzi hissələri bişməyə bilər və bəzən bu zəhərlənməyə səbəb ola bilər.
Bu mənada toyuğun ən təhlükəli yeri quyruq hissəsidir.
Əgər tam termiki emala məruz qalmazsa, onun tərkibində yüksək konsentrasiyada salmonella ola bilər”, - deyə həkim xəbərdarlıq edib.
O vurğulayıb ki, belə toyuq ətində bağırsaq çöpləri də ola bilər.
Solomatina həmçinin toyuq dərisinin tərkibində yüksək miqdarda zərərli yağ olduğuna görə onu yeməməyi məsləhət görüb.
Həkim toyuq içalatı və ayaqlarını istehlak edərkən də ehtiyatlı olmağı tövsiyə edib.
“İçalat salmonellyozun inkişaf etdiyi yer ola bilər.
Toyuğun ayağında və pulcuqlarında isə tez-tez çirk yığılır.
Həddindən artıq yemlənən toyuqların qaraciyəri isə xolesterol mənbəyi ola bilər”, - deyə diyetoloq vurğulayıb.
“Kərkicahan küçələrindən birində dağdağan ağacı gördüm.
Yadıma düşdü ki, onun yanında camaatın “ocaq” dediyi və müqəddəs saydığı bir yer vardı.
Hərdən adamlar toplaşıb halva çalırdılar, çay qoyurdular, biz uşaqları da dəvət edirdilər...Kərkicahanın məktəbini tamam söküb yerində hansısa erməniyə ikimərtəbəli böyük şəxsi ev tikiblər...”"Bunları Moderator.az-ın əməkdaşı ilə söhbətində bu günlərdə 33 ildən sonra ilk dəfə Xankəndidə olmuş şəhid Milli Qəhrəman Şirin...
“Yollar palçıq olduğundan nə Kərkicahanın, nə də Xankəndinin qəbiristanlığına gedə bildik...Əvvəl camaatdan gedənlər olub, deyirlər ki, məzarların çoxunu ermənilər dağıdıblar, hətta deyilənə görə, elə qəbir var ki, içindəki azərbaycanlının cəsədini çıxararaq kənara atıb, yerində erməni basdırıblar.
...Hələlik kimsəsiz, əsl sakinlərini - azərbaycanlıları gözləyən Kərkicahan küçələrini gəzərkən Tavad müəlliməni xatırladım.
Bizim ibtidai sinif müəllimi olmuşdu.
Onun oğlunun evini öz gözümlə gördüm, dağıdıblar, divarları qalıb.
Yadımdadır ki, o evdən bir az aşağıda, əski əlifba ilə yazılmış qəbir daşları vardı.
Sonralardan anladıq ki, sən demə, həmin məzarlıq, bəlkə də, Pənahəli xanın dövründən qalıbmış.
Amma sovet dövründə, təxminən 1960-cı illərdə, mən hələ orta məktəbdə oxuyanda həmin qəbiristanlığı buldozerlə dağıdıb yerində uşaq bağçası tikdilər.
Heç kəs də fikir vermədi...Çox təəssüf...""Bilirsiniz, sovet dövründə bizi qondarma “beynəlmiləlçilik” ideologiyası ilə tərbiyə edir, keçmişimizdən doğru-dürüst danışmır, tariximizi öyrətmirdilər...Elə başımıza gətirilən faciələrin kökündə bu dayanır”, - deyə sabiq deputat təəssüf hissi ilə bildirib.
Qaralmaq, günəş şüaları altında dərinin rənginin dəyişməsi insan sağlamlığı üçün çox faydalıdır.
Ancaq son illər qadınların əksəriyyəti qaralmaq üçün süni üsullara əl atır, daha dəqiq desək, solyari aparatlarından istifadə edirlər.
Həkimlər isə bununla bağlı həyəcan təbili çalır, süni günəş vannalarından uzun müddət istifadənin, hətta xərçəng riskini artırdığını bildirirlər.
Bəs görəsən, solyari mərkəzlərinə müraciət edən şəxslərdən hər hansı bir müayinə vərəqəsi, allergik və ya dermatoloji test tələb edilirmi?
Ətraflı Baku TV-nin videosunu təqdim edirik:
Fevralın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Milli Məclisdə andiçmə mərasimi keçirilib.
President.az xəbər verir ki, andiçmə mərasimində Birinci vitse-prezident Mehriban Əliyeva, dövlət rəsmiləri, hökumətin üzvləri, Milli Məclisin deputatları iştirak ediblər.
Mərasim iştirakçıları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi hərarətlə qarşılayıblar.
Ümumxalq səsverməsi ilə Azərbaycan Respublikasının Prezidenti seçilmiş İlham Heydər oğlu Əliyevin andiçmə mərasimi açıq elan olunub.
Silahlı Qüvvələrin əsgərləri Azərbaycan Respublikasının Dövlət Bayrağını və Azərbaycan Respublikası Prezidentinin ştandartını (bayrağını) təntənəli marşın sədaları altında səhnəyə gətiriblər.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev və Konstitusiya Məhkəməsinin hakimləri səhnəyə dəvət olunublar.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev çıxış edərək deyib:""- Hörmətli xanımlar və cənablar.
Bildiyiniz kimi, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 2024-cü il 13 fevral tarixli qərarı ilə növbədənkənar Azərbaycan Respublikası prezidenti seçkisinə dair Mərkəzi Seçki Komissiyasının nəticələrini təsdiq edərək, cənab İlham Heydər oğlu Əliyevi Azərbaycan Respublikasının Prezidenti elan edib.
Azərbaycan Respublikasının Prezidenti seçilmiş cənab İlham Heydər oğlu Əliyev Azərbaycan Respublikası Konstitusiyasının 103-cü maddəsinə uyğun olaraq, Konstitusiya Məhkəməsi hakimlərinin iştirakı ilə and içməyə dəvət olunur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əlini Azərbaycan Respublikası Konstitusiyasının üzərinə qoyaraq and içib:""- Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına əməl edəcəyimə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağıma, ...
Sonra Prezident müqəddəs Qurani-Şərifə əl basaraq and içib:""- Əlimi Qurani-Şərifə basaraq and içirəm:Azərbaycan xalqının əsrlər boyu yaratdığı milli-mənəvi dəyərlərə və ənənələrə sadiq olacağam, onları daim uca tutacağam.
Azərbaycan Respublikasının Dövlət Himni səslənib.
Prezident İlham Əliyev təzim edərək, Azərbaycan Respublikasının Dövlət Bayrağını öpüb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev andiçmə mərasimində nitq söyləyib.
Prezident İlham Əliyevin nitqi:""- Hörmətli xanımlar və cənablar.
İlk növbədə, prezident seçkisində mənə yenidən böyük etimad və dəstək göstərən doğma Azərbaycan xalqına öz dərin təşəkkürümü bildirmək istəyirəm.
Əziz xalqımı bir daha əmin etmək istəyirəm ki, bundan sonra da Azərbaycanın hərtərəfli inkişafı, ərazi bütövlüyümüzün qorunması üçün əlimdən gələni əsirgəməyəcəyəm.
İyirmi ildən çoxdur ki, Azərbaycan xalqı mənə öz dəstəyini göstərir.
2003-cü ildə ilk dəfə Prezident vəzifəsinə seçiləndə əziz xalqımı əmin etmişdim ki, qarşıda duran bütün vəzifələri icra etməyə, xalqın yüksək etimadını doğrultmağa çalışacağam.
Bu illər uğurlarla dolu, qələbələrlə dolu illər olub.
Çətinliklər də oldu, problemlər də oldu, ancaq Azərbaycan xalqı bir yumruq kimi birləşərək bütün çətinliklərə və problemlərə baxmayaraq, inkişaf və tərəqqi yolu ilə uğurla gedirdi.
2003-cü ildə verdiyim bütün vədlər yerinə yetirildi.
Əldə edilmiş bütün nailiyyətlərin mənbəyi Azərbaycan xalqıdır, onun mənə göstərdiyi inam və onun vahid amal ətrafında birləşmə bacarığıdır.
Biz, doğrudan da, bütün dünyaya sübut etmişik ki, böyük xalqıq, biz öz taleyimizi özümüz həll edirik, ölkə qarşısında duran problemləri özümüz heç kimin köməyi olmadan həll edirik və əsaslı şəkildə həll edirik.
Verdiyim vədlər arasında, təbii ki, ilk növbədə, ölkəmizin ərazi bütövlüyünün bərpası idi.O vaxt və ondan sonrakı illərdə, o cümlədən 2018-ci ildə bax bu kürsüdən andiçmə mərasimində demişdim ki, Ermənistan-Azərbaycan münaqişəsi yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır, heç vaxt ...
O gündən cəmi iki il yarım keçdi və Azərbaycan xalqı bir yumruq kimi birləşərək Vətən müharibəsi nəticəsində torpaqlarımızın böyük hissəsini azad etdi, 300-dən çox şəhər və kənd azad olundu, o cümlədən bizim mədəniyyət paytaxtımız Şuşa şəhəri işğalçılardan azad edildi.
Biz qan tökərək, şəhidlər verərək tarixi ədaləti bərpa etdik.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Biz onların və onminlərlə Azərbaycan gəncinin şücaəti, fədakarlığı, qəhrəmanlığı sayəsində bu gün azad Qarabağda yaşayırıq, qururuq, ərazi bütövlüyümüzü bərpa edən, öz ləyaqətini bərpa edən xalq kimi qururuq, yaradırıq, şəhər və kəndlərimizi yenidən qururuq.
İkinci Qarabağ müharibəsi şanlı tariximizdir.
Ancaq müharibə olmaya bilərdi, əgər Ermənistan və onun rəhbərliyi, onun arxasında dayanan qüvvələr beynəlxalq hüquqa əməl etsəydilər, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə əməl etsəydilər.
Əgər böyük dövlətlər Ermənistana onun işğalçılıq siyasətinə görə sanksiyalar tətbiq etsəydilər, heç olmasa, onların işğalçılıq siyasətini pisləsəydilər, bəlkə də, müharibəyə ehtiyac qalmazdı.
Azərbaycan dövləti uzun illər ərzində təmkinlilik göstərirdi, eyni zamanda, aparılan danışıqlara sadiqlik göstərirdi.
Baxmayaraq ki, illər keçdikcə bizim ümidlərimiz də tükənirdi, işğalçı dövlət daha da azğınlaşırdı, hesab edirdi ki, bizim torpaqlarımızı əbədi işğal altında saxlaya bilər.
O inamı onlara verənlər Ermənistan rəhbərliyi ilə bərabər bütün məsuliyyəti daşıyırlar və bölüşürlər.
Mən dəfələrlə müxtəlif tədbirlərdə, eyni zamanda, Ermənistan rəhbərliyi ilə, onlara dəstək verən böyük dövlətlərin rəhbərləri ilə söhbətlər əsnasında deyirdim ki, Azərbaycan heç vaxt bu vəziyyətlə barışmayacaq.
Deyirdim ki, nə qədər gec deyil, Ermənistanı inandırın və özünüz də lazımi addımlar atın ki, bu işğala son qoyulsun.
Ancaq əfsuslar olsun ki, bütün çağırışlarım, bütün xəbərdarlıqlarım havada qaldı.
Sanki kimsə hesab edirdi ki, Azərbaycan xalqı bu işğalla barışmalı olacaq.
Biz isə döyüş meydanında göstərdik ki, nəyə qadirik.
Biz döyüş meydanında cəmi 44 gün ərzində Ermənistan ordusunu tamamilə darmadağın etmişdik.
Elə günə salmışdıq ki, özlərinin etirafına görə, 12 mindən çox fərarisi oldu.
Azərbaycan Ordusundan bir nəfər də döyüş meydanını tərk edib qaçmadı.
Bu, bir daha Azərbaycan xalqının əyilməz ruhunu göstərir.
Bir daha göstərir, elə gənc nəsil yetişib ki, Vətən uğrunda, torpaq uğrunda, milli ləyaqət uğrunda ölümə getməyə hazırdır və ölümə də gedirdilər bizim gənclərimiz.
Biz bütün dünyada Ermənistanın uzun illər ərzində yaratmağa çalışdığı mifləri darmadağın etdik, erməni ordusunu qorxaq və təslimçi ordu kimi təqdim etdik.
Bunu bizim cəsur döyüşçülərimiz qan tökərək, irəliyə gedərək, beş-altı müdafiə xəttini aşaraq sübut ediblər və 44 günlük Vətən müharibəsi, bir daha demək istəyirəm, bizim əyilməz ruhumuzu göstərdi, Azərbaycan xalqının iradəsini göstərdi, Azərbaycan dövlətinin gücünü göstərdi.
Xalq bir yumruq kimi birləşdi və cəmi 44 gün ərzində bütün tarixi və strateji vəzifələr təmin edildi.
Bu 44 gün ərzində bir dəfə də olsun Ordumuz geriyə addım atmadı, ancaq irəli gedirdik.
Şuşanın azad edilməsi tarixi hadisə olaraq, eyni zamanda, İkinci Qarabağ müharibəsinə son qoydu.
Çünki ondan sonra Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu, bizim qarşımızda ağ bayraq qaldırdı, təslim oldu və beləliklə, İkinci Qarabağ müharibəsi başa çatdı.
Müharibədən keçən dövr ərzində biz öz prinsipial mövqeyimizi bütün məsələlərdə göstərmişdik, həm beynəlxalq vasitəçilik etməyə çalışanlarla, həm Ermənistan tərəfi ilə çoxsaylı görüşlər zamanı bildirilmişdi ki, onların üzərinə götürdükləri bütün öhdəliklər yerinə yetirilməlidir.
Kapitulyasiya aktında hər şey açıq-aydın göstərilib.
Düzdür, bəzi öhdəliklər yerinə yetirildi, o da məcburən, qorxudan.
Çünki İkinci Qarabağ müharibəsi işğalçılara elə bir sarsıdıcı zərbə vurdu ki, onlar uzun müddət ərzində özlərinə gələ bilmirdilər.
Ancaq vaxt keçdikcə gördük ki, yenidən bizə qarşı ərazi iddiaları irəli sürülür, onlar yenidən o çirkin əməllərindən əl çəkmək istəmirlər.
Biz isə haqlı olaraq tələb edirdik ki, bütün şərtlər və öhdəliklər icra edilməlidir.
Ermənistan özü bu öhdəliklərin altında imza atıb.
Onların arasında, ilk növbədə, qanunsuz silahlı birləşmələrin Azərbaycan ərazisindən çıxarılması və Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasındakı yol bağlantısı öhdəlikləri dururdu və üç il ərzində bu öhdəliklərin yerinə yetirilməsi məsələsi öz həllini tapmayıb.