Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
“Ermənistanın Azərbaycanla şərti sərhəddə törətdiyi təxribat İrəvanın sülhə olan real münasibətini göstərir”. |
Onun fikrincə, sərhəd təxribatı Ermənistanın sülhə sədaqətindən dəm vuran baş nazir Nikol Paşinyanın, əslində, gözə kül üfürməklə məşğul olduğunu göstərir:""“Reallıqda isə Ermənistan 30 il davam etmiş işğal status-kvosunun bərpası üçün məqam gözləyir. |
Ermənistanın Fransadan və Hindistandan silahlar alması, o cümlədən Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının sədr müavini Armen Xaçaturyanın İrəvanın silahlanması istiqamətində böyük həcmdə iş aparılması barədə bəyanatları da bu tezisi təsdiqləyir. |
Baş verənlər fonunda əminliklə deyə bilərik ki, şərti sərhəddə törədilən təxribat Ermənistan silahlı qüvvələri tərəfindən qəsdən və məqsədyönlü şəkildə törədilib və vəziyyəti gərginləşdirməyə xidmət edir”. |
Deputat bildirib ki, İrəvan 2020-ci ildə, İkinci Qarabağ müharibəsində və 2023-cü ilin sentyabrında keçirilən antiterror tədbirlərindəki məğlubiyyətini, Azərbaycanın hərbi imkanlarını unutmayıb. |
Sadəcə, görünən odur ki, bir sıra Qərb dairələrinin yeni münaqişə yaratmaq təşviqatı işə yaramaqdadır. |
“Xüsusən, bir müddət öncə Avropa psevdosiyasilərinin, Fransa generalının Ermənistana səfəri və Azərbaycanla sərhədə baş çəkməsi, ABŞ-nin təlimatçılarının İrəvanda çalışması, Ermənistandan Azərbaycan ərazisinə keçməyə çalışan Çex Respublikası vətəndaşının saxlanılması kimi çoxsaylı faktlar prosesin vahid bir tezis üzrə ... |
Azərbaycana qarşı nifrətin yayılması, habelə əsassız azərbaycanofobiyanın genişləndirilməsi üçün əsas rupora çevrilmiş Avropa İttifaqının Ermənistandakı monitorinq missiyasının isə bu prosesə “töhfə”ləri xüsusi qeyd edilməlidir”, - B.Məhərrəmov söyləyib. |
Fevralın 12-də Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalkonun Xarici İşlər Nazirliyinə (XİN) çağırıldığını xatırladan B.Məhərrəmov deyib ki, rəsmi Bakı monitorinq missiyasının əldə olunmuş ilkin razılıqlara zidd olan fəaliyyətindən ciddi narahatlıq ifadə edib:""“Şərti sərhəddə baş verən təxribat da göstərdi ki, rəsmi Ba... |
Parlamentari onu da vurğulayıb ki, artıq bir neçə aydır, Qərb təxribat maşını Azərbaycanın Ermənistana mümkün hücumları barədə yalan məlumatlar yayır. |
O güman edir ki, Qərbin imperializm maşını Azərbaycanda diqqətin seçki prosesinə yönəlməsinə fürsət kimi baxaraq, Ermənistandakı revanşistlərdən istifadə etməklə şərti sərhəddəki insidentlə Azərbaycanı təxribata çəkmək istəyib:""“Lakin hadisələr, o cümlədən qarşı tərəfdən atəşin açılması anının videomüşahidə kameraları... |
Azərbaycan təxribatı sənədləşdirməklə qarşı tərəfi təkzibedilməz fakt qarşısında qoydu. |
Bəli, Azərbaycan bu prosesdən də qalib çıxdı, lakin nə məqsəd güdməsi və nə ilə nəticələnməsindən asılı olmayaraq, Azərbaycan sərhədçisinə atılan güllə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə təhdiddir. |
Rəsmi Bakının özünə qarşı real təhdidləri aradan qaldırmaq hüququ var və bu hüquqdan imtina etməyib. |
BMT Nizamnaməsinin 51-ci maddəsi Azərbaycana belə bir hüquq verir”. |
B.Məhərrəmov vurğulayıb ki, Qərb qütbü artıq başa çatmış münaqişəni yenidən alovlandırmağa, bununla regiona təsir imkanı qazanmağa çalışır. |
Onun fikrincə, ABŞ, Fransa və Avropa İttifaqını bu prosesdə nə beynəlxalq hüquq, nə də Ermənistanın milli mənafeləri maraqlandırır:""“Ukrayna və Yaxın Şərqin ardınca Cənubi Qafqazda növbəti münaqişə ocağı yaratmaq istəyən Qərbin səlib yürüşü qarşısında yeganə sədd isə Azərbaycandır. |
Məhz Bakı özünün güc və imkanları hesabına, habelə irəli sürdüyü arqumentlərlə regionun qütblərarası ziddiyyət nöqtəsinə çevrilməsinə imkan vermir. |
Bu mənada, regionun qarşıdurma məkanına çevrilməməsi, gələcək mümkün təhdidlərin qarşısının alınması, sülh prosesi və etimad quruculuğu prosesinin pozulmaması naminə Ermənistanın tam silahsızlaşdırılması zərurətə çevrilib”. |
Xatırladaq ki, fevralın 12-də Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə Ermənistan silahlı qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqaməti... |
Fevralın 12-si saat 20:50-də və 23:40-da Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Tovuz rayonunun Koxanəbi yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutublar. |
Dövlət Sərhəd Xidmətinin (DSX) bölmələri fevralın 13-də Ermənistan silahlı qüvvələrinin törətdikləri təxribata cavab olaraq “Qisas əməliyyatı” keçirib. |
Məlumata görə, əməliyyat nəticəsində əsgərimizə atəş açılan Ermənistan silahlı qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsinin yaxınlığındakı döyüş postu tamamilə darmadağın edilib, döyüş mövqeləri susdurulub. |
Ermənistan Müdafiə Nazirliyi dörd hərbçisinin öldüyünü, birinin yaralandığını etiraf edib. |
Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, İzzəddin Həsənoğlu küçəsi, ev 2A ünvanında yerləşən “Selhome Group” MMC-yə məxsus anbarda keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə ... |
Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. |
Belə ki:""- obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğuları tam quraşdırılmayıb;"- obyekt avtomatik yanğınsöndürmə qurğusu ilə təchiz olunmayıb;"- elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb;"- obyektin bəzi sahələrində elektrik xətləri yanar kon... |
Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək. |
Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Nərimanov rayonu, İzzəddin Həsənoğlu küçəsi, ev 2A ünvanında yerləşən “Selhome Group” MMC-yə məxsus anbarın fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nü... |
Abşeronda usta ev sahibi tərəfindən ölü tapılıb. |
APA xəbər verir ki, Pirəkəşkül qəsəbəsində yerləşən evdə usta işləyən Ramil Həsənov ev sahibləri tərəfindən ölü tapılıb. |
Faktla bağlı araşdırma aparılır. |
Bu gün Azərbaycanda Hərbi Hava Qüvvələri Günüdür. |
Hərbi hava qüvvələrinin yaranma tarixi 1919-cu ildən götürülsə də, milli hərbi qurum kimi formalaşması 1992-ci ilə təsadüf edir. |
14 fevral 1992-ci ildə Milli Ordunun Hərbi Hava Qüvvələri ayrıca bölmə kimi təsis olunub. |
1997-ci ildə Azərbaycanın Ali Hərbi Təyyarəçilik Məktəbi ilk milli hərbi təyyarəçilərimizin buraxılışına başlayıb. |
Azərbaycan Hərbi Hava Qüvvələri Azərbaycan Respublikası Silahlı Qüvvələrinin xüsusi qoşun növüdür. |
Hərbi Hava qüvvələri 44 günlük Vətən müharibəsində Ermənistanın eşelonlaşdırılmış hava hücumundan müdafiə sistemini məhv etmək üçün “Qarabağ mücrüsü” adı verilən bir sıra tədbirlərdən ibarət xüsusi əməliyyat planı hazırlayıb. |
Bu plan Ermənistan ordusunu çaş-baş salan taktikalardan ibarət olub. |
Plan uğurla icra olunub və Ermənistan ordusunun məhv edilməsində böyük rol oynayıb. |
ABŞ Prezidenti Co Baydenin oğlu Hanterin telefonunda iş adamının narkotikdən istifadə etdiyini isbatlayan fotolar tapılıb. |
Bu barədə ABŞ Ədliyyə Nazirliyinin hesabatında məlumat verilib. |
“Ədliyyə Nazirliyinin məlumatına görə, prezidentin oğlu 2018-ci ilin noyabr və dekabr aylarında narkotik istifadəsi ilə bağlı bir neçə fotoşəkil çəkib”, - deyə məlumatda qeyd olunub. |
Belə ki, Hanter Baydenin telefonunda çantalarda kokain və krek-kokain, eləcə də bu narkotiklərin istehlakı üçün lazım olan əşyaların foto və videoları tapılıb. |
“Avropa İttifaqı (Aİ) nümayəndəsi bu cür açıq qərəz nümayiş etdirməklə Azərbaycan və Ermənistan arasında sülh perspektivlərində gərginlik yaratmağa çalışır”. |
Bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda bildirilib. |
“Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel 2024-cü il fevralın 13-də Aİ-Ermənistan Tərəfdaşlıq Şurasının iclasından sonra verdiyi bəyanatında öz ənənəsinə sadiq qalaraq bir sıra anti-Azərbaycan fikirlər səsləndirib. |
J.Borrel sərhəd zonasında uzun müddət davan edən sakitlikdən sonra Ermənistan ordusunun 2024-cü il fevralın 12-də azərbaycanlı sərhədçisini yaralaması faktını görməzdən gələrək, Azərbaycan tərəfinin özünü müdafiə hüququna uyğun olaraq atdığı addımları sual altına almağa çalışıb. |
Aİ nümayəndəsinin qoşunların sərhəd bölgəsindən geri çəkilməsi kimi əcaib təklifi ilk növbədə Azərbaycanın suverenliyinə zidd olmaqla, işğalçı Ermənistan ordusunu Azərbaycana qarşı növbəti hücumları üçün əlverişli mövqelərə çıxarmaq məqsədi daşıyır. |
Ermənistan ordusu öz torpağında möhkəm dayanmış Azərbaycan ordusu ilə üzləşmək istəmirsə, Ermənistanın içərilərinə doğru geri çəkilməkdə sərbəstdir. |
Aİ Ermənistana yeritdiyi missiyası ilə bağlı qeyri-səmimi və qeyri-konstruktiv davranıb. |
Aİ bu missiyanın vəzifələri, ölçüsü və fəaliyyət dairəsi barədə Azərbaycan tərəfinə verdiyi vədlərini kobud şəkildə pozur. |
Missiya faktiki olaraq, Ermənistan tərəfinə hərbi və kəşfiyyat örtüyü yaratmaq və sərhəd zonasında Azərbaycana qarşı təzyiq və təxribatlar ilə məşğuldur. |
Öz vəzifələri sırasında keçmiş münaqişənin sərhədyanı bölgələrdə insanlara təsiri məsələsi ilə məşğul olmaq yazılmasına baxmayaraq, missiya Ermənistanın sərhədyanı bölgələrindən qovulmuş azərbaycanlı qaçqınların hüquqları ilə məşğul olmur, onların evlərinin, qəbiristanlıqlarının və mədəni irsinin Ermənistan tərəfindən ... |
Nəhayət, Aİ nümayəndəsi münaqişənin təsirinə məruz qalmış insanlar ilə bağlı növbəti dəfə dini və etnik əsasda ayrı seçkiliyə yol vermişdir. |
Belə ki, J.Borrel Azərbaycanın Qarabağ bölgəsindən ötən il Ermənistanın təhriki ilə, könüllü şəkildə köçüb getmiş erməniləri “qaçqın” adlandıraraq, onlara humanitar qayğıdan danışdığı halda, Ermənistandan zorla qovulmuş 300 mindən artıq azərbaycanlı haqqında bir kəlmə belə deməyib. |
Qərbi Azərbaycan İcması hesab edir ki, Aİ nümayəndəsi bu cür açıq qərəz nümayiş etdirməklə Azərbaycan və Ermənistan arasında sülh perspektivlərini çətinləşdirməyə və gərginlik yaratmağa çalışır. |
İcma Aİ institutlarını bu əməllərindən əl çəkməyə, Azərbaycan və Ermənistan arasında sülh prosesinə mane olmamağa, Aİ-nin Ermənistandakı missiyasının Azərbaycana qarşı təxribatçı davranışlarına son qoymağa və Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququna dəstək verməyə çağırır”, - deyə bəyanatda qeyd olunub... |
Bu gün Azərbaycan Televiziyasının fəaliyyətə başlamasından 68 il ötür. |
Oxu.Az xatırladır ki, Bakı Televiziya Mərkəzi üçün binanın inşasına 1954-cü ildə başlanılıb. |
Tikintidən ötrü yer Bakının ən hündür məkanlarından birində - Mehdi Hüseyn, 1 ünvanında seçilib. |
Azərbaycanlı inşaatçı və mütəxəssislərin moskvalı, leninqradlı həmkarları ilə birgə ucaltdıqları və müvafiq avadanlıqla təchiz etdikləri telemərkəzin binası 1955-ci ilin sonunda təhvil verilib. |
1956-cı ilin fevralına qədər Bakı studiyasının ara-sıra sınaq verilişləri yayımlanıb. |
İlk veriliş günü ekranda sonradan Azərbaycanın tanınmış sənətkarına çevriləcək, o dövrdə isə gənc aktrisa olan Nəcibə Məlikova görünüb. |
Çıxışına “Göstərir Bakı!” kəlməsi ilə başlayan Nəcibə xanım tamaşaçıları televiziyanın fəaliyyətə başlaması münasibətilə təbrik edib. |
Sonra “Bəxtiyar” bədii filmi nümayiş etdirilib. |
Bakı studiyası əvvəlcə həftədə iki, sonra üç dəfə ikisaatlıq proqramla efirə çıxıb. |
İlk mərhələdə televiziya sahəsində mütəxəssislər olmadığından burada işləməyə radio, qəzet və teatr əməkdaşları dəvət ediliblər. |
Televiziyada proqramlaşdırma, şəbəkə və model haqqında anlayış olmayıb. |
Buna görə də yeni kütləvi informasiya vasitəsi təsvir retranslyatoru kimi fəaliyyət göstərib. |
Televiziya işçiləri hər gün toplaşaraq tamaşaçılara nəyi göstərməyi qərara alıblar. |
Seçim isə zəngin olmayıb:klassik və estrada musiqisindən ibarət konsertlər, bədii filmlər, teatr tamaşaları, ictimai-siyasi mövzuda müsahibələr, əmək qabaqcıllarının çıxışları nümayiş etdirilib, diktor qəzetlərdən 15 dəqiqəlik qısa xəbərlər oxuyub. |
1957-ci ildən Azərbaycan Televiziyası efirə həftədə beş dəfə çıxmağa başlayıb və verilişlərin gündəlik həcmi 2 saat 20 dəqiqəyə çatdırılıb. |
1962-ci ildə gündəlik efirə çıxan proqramların həcmi yeddi saatadək artıb. |
1970-ci illərdən etibarən Azərbaycan televiziyasının gündəlik veriliş və proqramlarının yayım həcmi 10 saata, 80-ci illərdə 18 saata çatdırılıb. |
2005-cı ilin yanvarından isə televiziya 24 saatlıq fasiləsiz yayıma keçib. |
1956-cı ildə Bakı Televiziya Studiyası və Radioinformasiya İdarəsi ayrılıqda fəaliyyət göstərib. |
1957-ci ilin oktyabrında Mədəniyyət Nazirliyinin tabeliyindən çıxarılan televiziya qurumu Radioinformasiya İdarəsi ilə birləşdirilib və Respublika Nazirlər Soveti yanında Dövlət Radio və Televiziya Verilişləri Komitəsi adlandırılıb. |
1970-ci ildə isə bu qurum Dövlət Televiziya və Radio Verilişləri Komitəsi statusu alıb. |
1991-ci ildə komitə şirkətə çevrilib. |
2005-ci ildən isə Azərbaycan Prezidentinin sərəncamı ilə şirkət “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinə çevrilib. |
Son illər “AzTV”də aparılan ciddi islahatlar nəticəsində yeni proqramlar, verilişlər, tamaşalar hazırlanıb, gənc aparıcı və reportyorlar müsabiqə yolu ilə işə cəlb ediliblər, efirə və kanalın infrastrukturuna planlı şəkildə kapital qoyuluşu həyata keçirilib, bir sıra yeni studiyalar yaradılıb. |
Hazırda Azərbaycan Televiziyasında rəngarəng mövzularda tok-şoular, portret verilişləri, musiqili-əyləncəli proqramlar, televiziya tamaşaları, maraqlı sənədli və bədii filmlər nümayiş etdirilir. |
Oxu.Az kollektivi “AzTV”də işləyən həmkarlarını təbrik edir, yeni uğurlar arzulayır! |
Polis əməkdaşları Xankəndidə avtomat və qumbaralar aşkarlayıblar. |
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. |
Bildirilib ki, keçirilən tədbirlərlə fevralın 13-də Xankəndi şəhəri ərazisində altı ədəd müxtəlif markalı avtomat, iki tapança, səkkiz ədəd müxtəlif markalı tüfəng, yeddi ədəd qumbara, dörd alışdırıcı, 50 ədəd patron darağı, 1 770 ədəd müxtəlif çaplı patron və digər sursat aşkar olunaraq götürülüb. |
ABŞ-də Nümayəndələr Palatası daxili təhlükəsizlik naziri Alexandro Mayorkasın istefasını tələb edən qətnamə qəbul etməyi qərara alıb. |
Nəticədə bir səs fərqi ilə qətnamə qəbul edilib, belə ki nazirin istefasının lehinə 214 səs, əleyhinə isə 213 səs verilib. |
Qeyd edək ki, Mayorkas Amerika lideri Co Baydenin hökumətindədir. |
O, miqrasiya böhranında günahlandırılır. |
Amerikalı iş adamı, “SpaceX” və “Tesla” şirkətlərinin qurucusu İlon Mask da özünün “X” səhifəsində ölkənin Daxili Təhlükəsizlik Nazirliyinin rəhbəri Alexandro Mayorkası qeyri-qanuni miqrasiyaya göz yummaqda ittiham edib və onu istefaya çağırıb. |
Ali Məhkəmədə “Emin 444” kimi tanınan Emin Səfərovun ölümünə görə qətl törətmiş onun xalası oğlu Samir Şirəliyevin barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. |
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. |
Qərara əsasən, şikayət təmin edilməyib. |
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Samir Şirəliyev 18 il müddətinə azadlıqdan məhrum edilib. |
Bakı Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib. |
Qeyd edək ki, hadisə 2022-ci il mart ayında Nəsimi rayonu 6-cı mikrorayon ərazisində baş verib. |
Tanınmış idmançı, dünya çempionu Zaur Yusifov evinin yaxınlığında marketdə “Vinçester” markalı silahla güllələnərək qətlə yetirilib. |
Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən 2000-ci il təvəllüdlü Samir Şirəliyev saxlanılaraq istintaqa təhvil verilib. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.