Search is not available for this dataset
text
stringlengths
10
518k
Zaur Yusifov “Emin 444” ləqəbi ilə tanınan kriminal avtoritet Emin Səfərovun qətlində təqsirləndirilib.
Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılıb.
Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə 2021-ci ilin oktyabrında elan olunmuş hökmə əsasən, hadisədə iştirakı sübut olunmadığı üçün Zaur Yusifova bəraət verilib.
Zaur Yusifovun qətlinin qisas məqsədilə törədildiyi istisna edilmir.
Çünki onu qətl edən Samir Şirəliyev “Emin 444” kimi tanınan Emin Səfərovun xalası oğlu olub.
Rusiyaəsilli konseptual rəssam Andrey Molodkin dəyəri 45 milyon dollardan çox olan 16 sənət əsərini məhv edə bilər.
O, bu barədə müsahibəsində bildirib.
Fransada yaşayan sənətkar “Wikileaks”in qurucusu Culian Assanjın həbsxanada öləcəyi təqdirdə Pablo Pikassonun, Rembrandtın və Endi Uorholun rəsmlərinin məhv olacağını bildirib.
Onun sözlərinə görə, sənət əsərləri yandırıcı turşu və katalizator çəlləkləri ilə birlikdə xüsusi seyfdə saxlanılır, xoşagəlməz nəticədə onlar zibilliyə çevriləcək.
Molodkin layihəsini “Ölü adamın elektrik açarı” adlandırıb.
Rəssamın sözlərinə görə, cümə günündən etibarən Assanja yaxın biri yandırıcı maddənin konteynerdən çıxmasının qarşısını almaq üçün hər gün 24 taymeri yeniləməli olacaq .
Seyfdə hansı rəsmlərin olduğu məlum deyil.
O bildirib ki, sənət əsərləri yalnız Assanj həbsdən çıxanda sahiblərinə qaytarılacaq.
Xatırladaq ki, Vaşinqtonda Assanjın ekstradisiyasına qarşı keçirilən mitinqdə dünyaca məşhur “Pink Floyd” rok qrupunun yaradıcısı Rocer Uoters ABŞ hökumətinin Assanjı öldürə biləcəyi barədə xəbərdarlıq etmişdi.
Qeyd edək ki, 51 yaşlı avstraliyalı jurnalist Assanj ABŞ tarixində ən böyük məxfi məlumatların açıqlanması hadisəsi ilə bağlı cinayətlərdə ittiham olunur.
Gəncə Apellyasiya Məhkəməsində səhlənkarlıqda təqsirləndirilən Şahin Allahverdiyevin barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti və apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Əlizamin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya protesti təmin edilməyib, təqsirləndirilən şəxsin apellyasiya şikayəti təmin olunub, Tovuz Rayon Məhkəməsinin 26 noyabr 2020-ci il tarixli hökmü Şahin Allahverdiyevə aid hissədə ləğv edilib.
Həmin hissədə yeni hökm çıxarılıb və ona Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq) maddəsi ilə əməlində cinayət tərkibi olmadığına görə bəraət verilib.
Şahin Allahverdiyevin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilib.
Qeyd edək ki, 2019-cu il iyun ayında Tovuz rayonunun İbrahimhacılı kənd sakini, 1998-ci il təvəllüdlü Aytac Fəzail qızı Tağıyeva Tovuz Rayon Mərkəzi Xəstəxanasına aparılıb və qeysəriyyə əməliyyatı ilə dünyaya qız uşağı gətirib.
Lakin bir müddət sonra ananın vəziyyəti pisləşib və həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Bu iş üzrə Tovuz Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinin həkim reanimatoloq anestezioloqu vəzifəsində işləmiş Şahin Allahverdiyev və həmin xəstəxananın cərrahı olmuş Çingiz Məmmədov cinayət məsuliyyətinə cəlb edilib.
Tovuz Rayon Məhkəməsinin hökmü ilə onlar barəsində 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası və cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkmələri ilə bağlı hökm çıxarılıb.
Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti və təqsirləndirilən şəxslər ayrı-ayrılıqda apellyasiya şikayəti veriblər.
Gəncə Apellyasiya Məhkəməsi apellyasiya protestini təmin edib, Tovuz Rayon Məhkəməsinin Şahin Allahverdiyevə aid hissədə hökmü ləğv edib və ona bəraət verib.
Çingiz Məmmədovun isə şikayəti təmin olunmayıb, birinci instansiya məhkəməsinin çıxardığı hökm ona aid hissədə dəyişdirilməyib.
Belə ki, Çingiz Məmmədovun apellyasiya icraatı dövründə vəfat etməsi ilə əlaqədar Tovuz Rayon Məhkəməsinin hökmündən ona cəza təyin edilməsi və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin tətbiq edilməsi ilə bağlı müddəaların xaric olunması hökm edilib.
Daha sonra həmin qərardan dövlət ittihamçısı kassasiya protesti verib.
Ali Məhkəmə protesti qismən təmin edib, Gəncə Apellyasiya Məhkəməsinin çıxardığı hökmü Şahin Allahverdiyevə aid hissədə ləğv edib.
Həmin hissədə cinayət işi apellyasiya instansiya məhkəməsində yeni məhkəmə baxışına təyin olunub.
Şəmkirdə qida zəhərlənməsi ilə bağlı yayılan məlumat təsdiqini tapmayıb.
Bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, aparılan araşdırmalar zamanı Şəmkirdə müxtəlif vaxtlarda dönər qəbul etmiş şəxslərin zəhərlənmələri ilə bağlı yayılan məlumatlar öz təsdiqini tapmayıb:""“Şəmkir Rayon Mərkəzi Xəstəxanası tərəfindən zərərçəkənlərə “dəqiqləşdirilməmiş qeyri-infeksion qastroenterit və kolit” diaqnozu qoyulmuş və hazırda xəs...
Həmçinin Agentliyin mütəxəssisləri tərəfindən bu istiqamətində araşdırmalar davam etdirilir və araşdırmaların nəticəsi barədə məlumat veriləcək.
Əlavə olaraq qeyd edək ki, vətəndaşlar zəhərlənmə halları ilə bağlı yalnız aidiyyəti dövlət orqanları tərəfindən təsdiq olunmuş rəsmi məlumatlara etibar etməli, media vasitələri isə bu cür xəbərləri yaymazdan əvvəl müvafiq dövlət qurumları ilə məlumatı dəqiqləşdirməlidir”.
11:19"Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Şəmkirdə dönərdən kütləvi zəhərlənmə ilə bağlı açıqlama verib.
AQTA-dan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb:""“Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək”.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) isə Oxu.Az-a bildirilib ki, 12.02.2024-cü il tarixində Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım bölməsinə qida zəhərlənməsi şübhəsilə dörd müraciət, 13.02.2024-cü il tarixində isə beş müraciət daxil olmaqla ümumilikdə doqquz nəfər gətirilib.
Onların hər biri 3-11 yaş arasında azyaşlılardır (4 qadın cinsli, 5 kişi cinsli olmaqla) və hər birinə zəruri tibbi xidmətlər göstərilərək, ambulator müalicə üçün evə buraxılıb.
10:12"Şəmkirdə dönərdən kütləvi zəhərlənmə olub.
Həmin şəxslər 2015-ci il təvəllüdlü R.Quluyev, 2015-ci il təvəllüdlü C.Cəlilov, 2015-ci il təvəllüdlü Z.Nadirova, 2015-ci il İ.Məmmədova, 2020-ci il R.Məmmədov, 2014-cü il təvəllüdlü A.Məmmədli, 2017-ci il təvəllüdlü B.Məmmədli, 2018-ci il təvəllüdlü Ö.Məmmədli, 2013-cü il təvəllüdlü Ş.İsgəndərov və 2008-ci il təvəllüd...
Onlardan ikisinin vəziyyəti kafi qiymətləndirilir.
Zərərçəkənlər dönərxanada yedikləri dönərdən sonra özlərini pis hiss etdiklərini bildiriblər.
Faktla bağlı araşdırma aparılır.
Rusiya səfirliyinin müvəqqəti səlahiyyətli katibi Oleq Zıkov Latviya Xarici İşlər Nazirliyinə çağırılıb.
Bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, nazirlik Rusiyanın siyasi motivli iş qaldırdığı keçmiş və hazırkı Latviya məmurlarının siyahısı ilə bağlı məsələyə aydınlıq gətirmək istəyir.
Nazirlikdən qeyd edildiyinə görə, XİN artıq 2022-ci ilin dekabrında Rusiya tərəfini rəsmi olaraq məlumatlandırıb ki, Rusiyanın başqa dövlətin ərazisində öz milli cinayət yurisdiksiyasını həyata keçirmək cəhdinin qəti əleyhinədir.
Latviya hesab edir ki, Rusiyanın ekstraterritorial cinayət yurisdiksiyasını genişləndirmək səyləri Latviyanın daxili işlərinə müdaxilə kimi nəzərdən keçirilə və buna görə də BMT Nizamnaməsinə zidd hesab oluna bilər.
Həmçinin nazirlik bu vəziyyətlə bağlı Latviyanın dövlət qurumlarını dəfələrlə məlumatlandırıb, hazırkı və keçmiş məmurları Aİ və NATO-dan kənarda xarici səfərlərə getmək zərurətini diqqətlə qiymətləndirməyə çağırıb.
Nazirlik hesab edir ki, Latviya rəsmiləri və deputatlarına qarşı cinayət işləri sovet dövründən qalan abidələrin sökülməsi ilə bağlıdır.
“Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Ermənistanın eyniadlı qurumunun hərbi əməliyyatlarda itkin düşmüş şəxslərin taleyinin müəyyən edilməsi sahəsində əməkdaşlığa hazır olması barədə mətbuata verdiyi açıqlamanı müsbət qarşılayır və hər zaman olduğu ...
Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.
Bildirilib ki, Azərbaycan Respublikası beynəlxalq humanitar hüquq normalarını və 2020-ci ilin noyabr ayının 10-da imzalanmış Üçtərəfli Bəyanatın müvafiq müddəalarını rəhbər tutaraq, Rusiya sülhməramlı kontingentinin və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) yaxından iştirakı ilə Ermənistan tərəfinə hərbi əməliyyatları...
“Birinci Qarabağ müharibəsində 3890 Azərbaycan vətəndaşı Dövlət Komissiyasında itkin düşmüş şəxs kimi qeydiyyata alınıb və 01.01.2024-cü il tarixə olan məlumata əsasən onlardan yalnız 25 nəfərinin qalıqları eyniləşdirilib.
Birinci Qarabağ müharibəsində itkin düşmüş 54 azərbaycanlının taleyi Azərbaycan cəmiyyətini ötən müddət ərzində daha ciddi narahat edib.
Belə ki, 1998-2001-ci illərdə daxil olmuş məlumatlara əsasən, Birinci Qarabağ müharibəsi zamanı əsir-girov götürülmüş həmin 54 Azərbaycan vətəndaşına Ermənistandakı və vaxtilə işğal altında olmuş Azərbaycan Respublikasının ərazilərindəki saxlanma yerlərində BQXK tərəfindən baş çəkilib və onlar bu qurumun rəsmi qeydiyya...
Lakin sonradan onlardan 17 nəfərinin meyiti Azərbaycana təhvil verilib, 4 nəfərin sonrakı taleyinə aydınlıq gətirmək mümkün olmayıb, 33 nəfərin saxlanma yerində öldüyü bildirilsə də, meyitləri qaytarılmayıb.
Eyni zamanda, Dövlət Komissiyası itkin düşmüş soydaşlarımızın dəfn yerlərinin axtarışı prosesinə kütləvi məzarlıqların yerləri barədə kifayət qədər məlumatlara malik və 1994-cü ilədək Ermənistan tərəfindən döyüş əməliyyatlarına rəhbərlik etmiş səhra komandirlərinin və digər səlahiyyətli şəxslərin cəlb edilməsini zəruri...
Dövlət Komissiyası olaraq, hər iki tərəfə aid itkin düşmüş şəxslərin axtarışlarının təmin edilməsi sahəsində Ermənistan Respublikasının müvafiq strukturları ilə dəqiqlik, şəffaflıq prinsiplərinə riayət edilməklə və qarşılıqlı etimad mühitində əməkdaşlığa hazır olduğumuzu bir daha bəyan edirik”, - məlumatda qeyd edilib.
“Neftçi” klubunun Bakıxanov qəsəbəsində yerləşən Futbol Mərkəzində inzibati binanın əsaslı təmir-bərpa işləri başlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Bakı klubu sosial şəbəkə vasitəsilə məlumat yayıb.
Bildirilib ki, binanın birinci mərtəbəsində fitnes, fizioterapiya, masaj, paltardəyişmə, videoanaliz üçün otaqlarda, eləcə də yeməkxana və hamam otağında tikinti işləri aparılır.
Rusiyalı proqramçılar süni intellektə (AI) əsaslanan tanışlıq saytı yaradıblar.
Layihənin rəhbəri Yeqor Krasilnikov bildirib ki, onun əsas işi səslə müəyyən edilən parametrlər əsasında cütlük seçməkdir.
Bu məqsədlə şəxsiyyətin xüsusiyyətlərini müəyyənləşdirməyə kömək edən Kettell psixoloji testindən istifadə olunur.
Tətbiqin prinsipi belədir:qeydiyyatdan keçərkən istifadəçi bir neçə səsli mesaj yazır və beş suala cavab verir, o cümlədən həyatında baş vermiş maraqlı hadisənin təsviri, qeyri-adi təcrübə, nailiyyətlər və ideal münasibətlər barədə danışır.
Qəbul edilən səs nümunələri istifadəçinin xarakterini müəyyən edən süni intellekt vasitəsilə təhlil edilir.
Bundan sonra istifadəçi faiz nisbətini qeyd edərək, gələcək partnyorun ünsiyyətlilik, zəka, emosional sabitlik və digər şəxsi xüsusiyyətlərini seçir.
Alqoritm məlumatları təhlil edir və ən uyğun partnyoru seçir.
Portal hazırda tətbiqin mobil versiyası da daxil olmaqla tam fəaliyyət göstərir.
Tərtibatçılar xidməti daha da inkişaf etdirmək üçün investor axtarırlar.
“Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası itkin düşmüş soydaşlarımızın dəfn yerlərinin axtarışı prosesinə kütləvi məzarlıqların yerləri barədə kifayət qədər məlumatlara malik və 1994-cü ilədək Ermənistan tərəfindən döyüş əməliyyatlarına rəhbərlik etmiş ...
Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib.
“Dövlət Komissiyası olaraq, hər iki tərəfə aid itkin düşmüş şəxslərin axtarışlarının təmin edilməsi sahəsində Ermənistan Respublikasının müvafiq strukturları ilə dəqiqlik, şəffaflıq prinsiplərinə riayət edilməklə və qarşılıqlı etimad mühitində əməkdaşlığa hazır olduğumuzu bir daha bəyan edirik”, - məlumatda qeyd edilib...
“Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Brüsseldə verdiyi son açıqlamalar növbəti riyakarlıq nümunəsidir”.
Bu fikir Qərbi Azərbaycan İcmasının bəyanatında yer alır.
Qeyd olunur ki, “Yeni sərhəd xətti yaratmaq lazım deyil” deyən erməni nazir nədənsə “unudur” ki, 2020-ci ilə qədər məhz onun ölkəsi son vaxtlar bəh-bəhlə danışdıqları Alma-Ata bəyannaməsini də pozaraq Azərbaycan ərazilərini işğal altında saxlamaqla faktiki olaraq yeni sərhəd xətti yaratmağa can atıb.
Vurğulanır ki, Ermənistan üçün 30 il ərzində sərhəd xətti Ağdam, Füzulidən keçirdi və elə həmin Ararat Mirzoyan Vətən müharibəsinin ilk günlərində “Biz güclüyük.
Ermənistan ordusuna eşq olsun” kimi işğalı dəstəkləyən boğazdan yuxarı açıqlamalar verirdi.
“Başları daşa dəyəndən sonra Ermənistan rəsmilərinin indi məzlum görüntüsü almaları ikrah doğurur.
Ermənistanın “Qarabağda erməni mədəni irsinin qorunması” məsələsini Avropa İttifaqı ilə müzakirə etməsi ölkəmizin suverenliyinə qarşı açıq-aşkar təhdiddir.
Ararat Mirzoyan Azərbaycan xalqının mədəni irsinin mühafizəsi məqsədilə UNESCO missiyasının Ermənistana göndərilməsi ilə məşğul olmalıdır”, - deyə bəyanatda bildirilir.
Xankəndi şəhəri istiqamətindəki yolda qəzaya düşən Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədovun son durumuna aydınlıq gəlib.
Türkiyədə bir neçə əməliyyat keçirən E.Səmədov hazırda adıçəkilən hospitalda fizioterapiya alır.
Qeyd edək ki, hadisə 2023-cü il dekabrın 16-da Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayon ərazisindən keçən hissəsində baş verib.
Bakı şəhər sakini Rasim Qafarlının idarə etdiyi “Mercedes Vito” markalı avtomobil Xankəndi şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək yol nişanına çırpılıb.
Nəticədə PFL prezidenti Elxan Səmədov, vitse-prezident Aslan Şahgəldiyev, icraçı direktor Zaur Hacı-Məhərrəmov, media və marketinq direktoru Sənan Abdullayev, texniki-idman direktoru Elgiz Abbasov və sürücü Rasim Qafarlı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Çexiyada fermerlər Mərkəzi və Şərqi Avropadakı həmkarlarının etirazına qoşulacaqlar.
Qeyd olunur ki, fevralın 19-da onlar ağır texnika ilə Praqaya getməyi planlaşdırırlar, fevralın 22-də isə kütləvi mitinq və etiraz yürüşləri gözlənilir.
Belçika, Polşa və Almaniya da daxil olmaqla bir çox Avropa ölkələrində fermerlərin etirazları keçirilir.
Onların əsas tələbləri yeni ekoloji qaydalara əməl etdiklərinə görə fermerlərə kompensasiyanın verilməsi, bürokratik gecikmələrin azaldılması və daha şəffaf subsidiya sistemi, eləcə də Aİ bazarına daxil olan Ukrayna məhsullarının daha yaxşı tənzimlənməsidir.
Lənkəran şəhəri Mirzə Məhəmmədhüseyn Axundzadə küçəsindəki naqillərin bərkidildiyi dirəklə bağlı problem aradan qaldırılıb.
Bu barədə ərazidə yaranan təhlükəli vəziyyətlə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Lənkəran Rayon İcra Hakimiyyətindən bildirilib.
“Sözügedən internet xətləri özəl provayderə məxsusdur.
Məlumat verdik ki, dirək qəzalı vəziyyətdədir.
Xatırladaq ki, Lənkəran şəhəri Mirzə Məhəmmədhüseyn Axundzadə küçəsindəki naqilləri saxlayan dəmir dirək yola doğru əyilərək hər an aşmaq təhlükəsi qarşısında idi."""Nəzrin Vahid
“Nüvə portfelinə nəzarət edən şəxsin əsas koqnitiv testdən keçirilməsi məcburi olmalıdır”.
Bu sözləri iş adamı İlon Mask sahibi olduğu “X” sosial şəbəkəsindəki hesabında yazıb.