Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Ermənistan sanki İkinci Qarabağ müharibəsinin nəticələrini unutmuşdu. |
Bəlkə, kimsə onlara müəyyən məsləhətlər də verirdilər ki, bu öhdəliklər yerinə yetirilməsin. |
Üç il ərzində biz yenə də səbir göstərmişdik, biz yeni gərginləşmə vəziyyəti yaratmaq fikrində deyildik və İkinci Qarabağ müharibəsindən antiterror əməliyyatına qədər keçən dövr ərzində bunun bütün xronoloji məqamları bir daha onu göstərir ki, Azərbaycanın mövqeyi ədalətli mövqedir. |
Düzdür, Ermənistan və onun arxasında duran qüvvələr bunu görmək istəmirlər. |
Ancaq hər şey sənədləşdirilib, bu gün heç nəyi gizlətmək mümkün deyil. |
Üç il ərzində nəinki Ermənistan öz silahlı qüvvələrini Qarabağ bölgəsindən çıxarmayıb, hətta əlavə silah-sursat göndərib, minalar göndərib, bizə qarşı mina terroru davam edib, daha geniş vüsət alıb. |
Ermənistan sanki bütün dünyanı və o cümlədən bizi aldatmağa çalışırdı ki, Ermənistan ordusunun silahlı birləşmələri Qarabağda mövcud deyil, bu, sən demə, hansısa özünümüdafiə qüvvələridir. |
Bu cəfəng versiyalara inananlar Ermənistan rəhbərliyi ilə birlikdə bütün məsuliyyəti daşıyırlar. |
Ona görə antiterror tədbirləri qaçılmaz idi.Ermənistan mövqeyində təzadlı məqamlar artıq bir qayda kimi müşahidə olunur. |
Əgər Ermənistan tərəfindən bir həftə təzadlı, bir-birini inkar edən hər hansı açıqlama verilməsə, biz artıq şübhə etməyə başlayırıq ki, görəsən, nələr baş verir. |
Bir tərəfdən, Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanıyan və 2022-ci ilin oktyabr ayında bunu bəyan edən dövlət, digər tərəfdən, bizə qarşı ərazi iddialarından əl çəkmirdi. |
Bunu, həm onların açıqlamaları göstərirdi, həm də onların qanunları, o cümlədən onların əsas qanunu bunu göstərir, eyni zamanda, separatçı qüvvələrə Ermənistan rəhbərliyi tərəfindən göndərilən təbrik məktubları göstərirdi. |
Bunu görmək istəməyənlər, bu gün Ermənistanın arxasında durmağa çalışanlar bilməlidirlər ki, heç nəyi gizlədə bilməyəcəklər. |
Bizim ərazi bütövlüyümüz tam bərpa olunmalı idi və biz İkinci Qarabağ müharibəsindən sonra bu məqsədə doğru məqsədyönlü şəkildə addımlayırdıq. |
İndi bütün hadisələri yenidən dilə gətirməyə ehtiyac yoxdur, Azərbaycan xalqı hər şeyi bilir və hər şeyi yadda saxlayır. |
Hər bir addımımızın məntiqi mənası var idi, hər bir addım əvvəlki addımın məntiqi davamı idi, istər Laçın-Xankəndi yolu ilə əlaqədar, istər antiterror tədbirlərinin keçirilməsi ilə əlaqədar. |
Mən digər addımları da qeyd etməliyəm, o cümlədən Azərbaycan və Ermənistan şərti sərhədində baş vermiş hadisələr, hesab edirəm ki, bax bugünkü reallığın əldə edilməsi üçün çox önəmli rol oynamışdı. |
Ola bilər, o vaxt bəziləri obyektiv səbəblərə görə bunu tam dərk edə bilmirdilər, ancaq bu gün keçmişə baxdıqda hər kəs görür ki, bir dənə də olsun addımımız situativ xarakter daşımırdı, avantüra xarakteri daşımırdı və mənasız deyildi. |
Biz, ümumiyyətlə, heç vaxt mənasız addımlar atmırıq, atmamışıq və atmayacağıq. |
Bu gün hansı addımlar atılırsa, o addımların hədəfə doğru getmək üçün böyük mənası var. |
Sentyabr ayında keçirilmiş antiterror tədbirləri bir daha Silahlı Qüvvələrimizin gücünü göstərdi. |
Cəmi bir neçə saat ərzində Ermənistan ordusunun təxminən 15 minlik ekspedisiya korpusu tamamilə iflic vəziyyətinə salındı və onlar ikinci dəfə kapitulyasiya aktına imza atmağa məcbur oldular. |
Bununla da Azərbaycan ərazisində separatizmin kökü kəsildi. |
Bununla da Azərbaycan həm öz ərazi bütövlüyünü, həm də dövlət suverenliyini tam bərpa etdi. |
Bu, tarixi hadisədir və bu tarixi hadisə bizim çoxəsrlik tariximizdə xüsusi yerə malikdir. |
Bu prezident seçkilərinin əsas əlaməti, xüsusiyyəti və önəmi ondadır ki, müstəqillik dövründə ilk dəfə idi ki, seçki ölkəmizin bütün ərazilərində keçirildi. |
Mən, bildiyiniz kimi, səsvermə prosesində Xankəndidə iştirak etmişdim. |
Mən Azərbaycanın istənilən yerində səs verə bilərdim, ancaq hesab etdim ki, Xankəndidə səs verməyim daha düzgün olar. |
Məhz Xankəndidə hələ 1980-ci illərin sonlarında xalqımıza qarşı qanlı cinayətlər başlamışdı. |
Məhz Xankəndidə səs verdiyim binada xalqımıza qarşı soyqırımı planlaşdırılırdı və oradan idarə olunurdu. |
Məhz səs verdiyim binanın önündə yerləşən meydanda erməni millətçilər və ondan sonra Ermənistan dövləti bizə qarşı ərazi iddialarını irəli sürmüşdülər. |
Məhz o binada Qarabağı Azərbaycandan ayırmaq üçün hələ sovet dövründə xüsusi komitə yerləşdirilmişdi və o komitənin əsas məqsədi Qarabağı Azərbaycandan ayırmaq idi, bunu hər kəs bilir. |
Ona görə məhz orada otuz il bizim tarixi yerimizi, Pənahəli xan tərəfindən salınan o məkanı qanunsuz zəbt edən şeytanlar məhz orada da öz süqutunu özləri təsdiq etdilər, təbii ki, məcburən. |
Orada verdiyim səs, o qutuya atdığım bülleten, sadəcə olaraq, bülleten deyildi. |
Bu, erməni separatçılarının tabutuna vurulan son mismar idi.""İndi isə yeni dövr başlayır. |
Biz bu dövrə alnımız açıq, üzümüz ağ, başımız dik daxil oluruq. |
Bu dövrün böyük nailiyyətləri olacaq, mən buna şübhə etmirəm. |
Çünki son illərin tarixi onu göstərir ki, qarşıya qoyduğumuz bütün vəzifələr icra edildi. |
Əlbəttə ki, bütöv Azərbaycan bu dövrə qədəm qoymuş, bütövləşmiş birlik nümayiş etdirmiş, o cümlədən bu seçkilərdə böyük birlik nümayiş etdirmiş xalq böyük uğurlara imza atacaq. |
Azərbaycan cəmiyyətində hökm sürən çox müsbət ab-hava bizi daha da gücləndirir. |
Güclü Azərbaycan bizim həmişə hədəfimiz olub. |
Əgər güclü Azərbaycan qurmasaydıq, əgər kimdənsə istər siyasi, istər iqtisadi sahədə asılı olmuş olsaydıq, heç vaxt biz ərazi bütövlüyümüzü bərpa edə bilməzdik. |
Uzun danışıqlar prosesi çərçivəsində dəfələrlə bizə hansısa yarımçıq təkliflər irəli sürülürdü, təklif edilirdi. |
Ancaq o təkliflər bizim üçün qəbuledilməz idi, mən hər dəfə deyirdim ki, Azərbaycan Bayrağı ərazimizin hər bir yerində dalğalanacaq. |
Hələ Bayraq Meydanının açılışında demişdim ki, bayrağımız Şuşada, Xankəndidə dalğalanacaq, bizim siyasətimiz bundan ibarət idi. |
Biz bütün gücümüzü səfərbər edib bu hədəfə doğru gedirdik, biz hər gün, hər saat bu müqəddəs günü yaxınlaşdırırdıq. |
Təbii ki, yeni dövrə qədəm qoyarkən böyük ümidlərlə yaşayırıq. |
Əminəm ki, bütün Azərbaycan xalqı böyük ümidlərlə yaşayır və biz, əlbəttə, elə işləməliyik, elə addımlar atmalıyıq ki, bu ümidlər çin olsun. |
Hesab edirəm ki, növbəti illərdə qarşımızda duran əsas vəzifələrdən biri Ordumuzun, Silahlı Qüvvələrimizin daha da gücləndirilməsidir. |
İkinci Qarabağ müharibəsindən sonra bu istiqamətdə çox böyük addımlar atıldı və mən müxtəlif vaxtlarda bu məsələ ilə bağlı öz sözlərimi demişdim. |
Demişdim ki, bu gün Azərbaycan Ordusu 2020-ci ildəkindən daha güclüdür və cəmi bir neçə saat davam edən antiterror tədbirləri bunun bariz nümunəsidir. |
Bu gün Silahlı Qüvvələrimizin gələcək inkişafı ilə bağlı lazımi addımlar atılır, lazımi silah-sursat, texnika alınır, yeni silahlı birləşmələr yaradılır. |
Xüsusi Təyinatlı Qüvvələrin sayı bir neçə dəfə artırılıb, yeni yaradılmış “Komando” silahlı birləşmələrində hərbçilərin sayı minlərlə ölçülür və bu proses davam edir. |
Biz elə Ordu yaratmışıq ki, - bundan sonra da bu işlər davam edəcək, - heç kim bizə sataşa bilməz və gələcəkdə də belə bir fikirdə ola bilməz. |
Bu günlərdə Ermənistan tərəfindən törədilmiş yeni təxribata dərhal adekvat cavab verildi, düşmən cəzalandırıldı. |
Bu, bir daha onlara və əsasən, onlara ürək-dirək verən, üstümüzə göndərən qüvvələrə siqnal idi ki, bizim qabağımızda heç kim dura bilməz. |
Ermənistanın nə qədər havadarları olsa da, heç kim bizi dayandıra bilməz. |
Bizim siyasətimiz beynəlxalq hüquqa əsaslanır. |
Bizim Ermənistan ərazisinə iddiamız yoxdur, ancaq onlar da öz iddialarını geri döndərməlidirlər. |
Bizdən əsassız iddialarla şantaj dili ilə danışmaq onlara baha başa gələcək və onu, yəqin ki, hər kəs görür. |
Beləliklə, ordu quruculuğu prosesi davam etdiriləcək. |
Bizim dövlət büdcəmizdə bu gün də ən böyük xərclər hərbi xərclərdir və hərbi xərclərlə bərabər, Qarabağ və Şərqi Zəngəzurun bərpasıdır. |
Biz çox güclü hərbi sənaye kompleksi yaradırıq, artıq bunun birinci mərhələsi başa çatdı. |
İkinci mərhələsi daha genişmiqyaslı olacaq. |
Təkcə bu il bu məqsədlər üçün həm özəl, həm dövlət müəssisələri tərəfindən ən azı bir milyard manat sərmayə qoyulacaq və biz özümüzü bundan sonra daha böyük həcmdə silah-sursatla, texnika ilə təmin edəcəyik, daha böyük həcmdə ixrac edəcəyik və bu sahədə də müəyyən dərəcədə, deyə bilərəm ki, böyük dərəcədə xarici asılıl... |
Necə ki, siyasi sahədə, iqtisadi sahədə bizim xarici təsirə məruz qalma şansımız sıfıra bərabərdir, çünki biz müstəqil siyasət aparırıq. |
Bu gün dünyada gedən prosesləri hər kəs görür. |
Dünya faktiki olaraq üçüncü dünya müharibəsinə çox yaxındır. |
Bəziləri hesab edir ki, artıq bu üçüncü dünya müharibəsi başlayıb, müxtəlif fərziyyələr ola bilər. |
Təbii ki, müasir müharibələr əvvəlki müharibələrdən fərqlənir. |
İkinci Dünya müharibəsi ilə bugünkü müharibələri müqayisə etmək belə, mümkün deyil və təbii ki, bir çox ölkələr bu gün hərbi sahəyə diqqət yetirməyə başlayıblar. |
Biz isə bunu artıq 20 ildən çoxdur ki, edirik və bu gün bizdə əldə edilmiş təcrübə, o cümlədən döyüş təcrübəsi əvəzolunmazdır. |
Bizim Ordumuz təlimlərdə yox, paradlarda yox, döyüş meydanında öz gücünü göstərib. |
Ermənistan və ona hərbi cəhətdən dəstək verənlər bilməlidirlər ki, bizi heç nə dayandıra bilməz. |
Əgər bizə qarşı ərazi iddialarına son qoyulmazsa, əgər Ermənistan öz qanunvericiliyini normal qaydaya salmazsa, təbii ki, sülh müqaviləsi olmayacaq. |
Bu, bir daha onu deməyə əsas verir ki, ordu quruculuğu, hərbi potensialın gücləndirilməsi əsas vəzifədir. |
Bu gün onu da bildirməliyəm ki, bir çox ölkələr üçün bu, əsas vəzifə kimi artıq qəbul olunub, onların hərbi doktrinalarında, onların büdcə xərclərində və digər addımlarda da bunu əyani şəkildə görmək olur. |
Bizim üstünlüyümüz ondan ibarətdir ki, Ordumuz döyüş meydanında öz gücünü göstərib, Ordumuzda çox yüksək mənəvi ruh var, bizim peşəkarlığımız artır və biz Ermənistanı döyüş meydanında məğlub etmişik. |
Ona görə bu amil həmişə mövcud olacaq. |
Biz, eyni zamanda, sərhədlərimizi daha da güclü qorumalıyıq. |
Bunu da qarşıya önəmli vəzifə kimi qoyuram. |
Bu istiqamətdə də önəmli addımlar atılıb. |
Xüsusilə nəzərə alsaq ki, İkinci Qarabağ müharibəsindən sonra biz həm o vaxt işğal altında olan Azərbaycan-İran sərhədinə qayıtmışıq, həm də Azərbaycan-Ermənistan şərti sərhədində yerləşmişik. |
Əlbəttə ki, sərhəd infrastrukturunun qurulması xüsusi əhəmiyyət daşıyır və biz burada da ən müasir üsullardan istifadə edirik və edəcəyik. |
Sərhədimiz elə möhkəm bağlı olmalıdır ki, bir quş belə uça bilməsin. |
Sərhədlərimizin qorunması, eyni zamanda, bizi xarici risklərdən qoruyacaq. |
Çünki ölkə daxilində risklər yoxdur. |
Bütün mümkün olan potensial risklər ölkəmizin hüdudlarından kənarda yerləşir və formalaşır. |
Təhlükəsizlik tədbirlərinin bundan sonra da görülməsi vacib vəzifə kimi qarşıya qoyulur. |
Biz özümüzü təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və sərhədlərimizin möhkəmləndirilməsi nəticəsində həm fiziki risklərdən, həm də ideoloji risklərdən qorumalıyıq. |
İdeoloji risklər sərhəd tanımır, xüsusilə indiki şəraitdə. |
Ona görə burada əsas vəzifə gənc nəslin vətənpərvərlik ruhunda, milli ənənələr ruhunda tərbiyə olunmasıdır. |
Bu məsələyə çox ciddi yanaşmalıyıq və mən bunu əsas vəzifələrdən biri kimi qarşıya qoyuram. |
Gənc nəslin tərbiyə edilməsi bizim gələcəyimizin təmin edilməsi deməkdir. |
Bu gün Azərbaycan xalqı bir yumruq kimi birləşib. |
Bizi birləşdirən ümummilli məsələ Qarabağın azad edilməsi idi. |
Bu məsələ artıq öz həllini tapdı və bu birlik daimi olmalıdır. |
Milli birlik daimi olmalıdır, çünki Azərbaycanın önəmi artır, dünyada oynadığı rolu artır. |
Əlbəttə, bizə qarşı bundan sonra da ideoloji təxribatlar nəinki istisna deyil, bunlar qaçılmazdır və biz bunu, demək olar ki, gündəlik həyatda görürük. |
Bizim işimizə kölgə salmaq, bizi diskriminasiyaya uğratmaq, Azərbaycan haqqında əsassız və yalançı, mənfi imic yaratmaq - biz bütün bunları gündəlik həyatda görürük, Azərbaycan xalqı görür və bundan hiddətlənir. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.