Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Mən Azərbaycan üçün hər hansı bir təhlükə, təhdid görmürəm. |
Ancaq nə üçün görmürəm, çünki bilirlər ki, bizim cavabımız amansız olacaq, sarsıdıcı olacaq və heç nəyə baxmadan o cavab veriləcək. |
Ona görə texnoloji inkişafa nail olmasaq, burada geniş, yəni bir neçə min yox, onminlərlə azərbaycanlı bu işdə olmasa, biz geridə qala bilərik. |
Ona görə hesab edirəm ki, bütün qurumlar və eyni zamanda, cəmiyyət bunu da vəzifə kimi bilməlidir və görməlidir. |
Digər vacib vəzifələrdən biri bərpa olunan enerji ilə bağlıdır. |
Burada da biz ön sıralardayıq, artıq işlərə start verildi. |
Bizim planlarımıza görə, 2030-cu ilin sonuna qədər Azərbaycanda beş min meqavata yaxın bərpa olunan enerji növləri, yeni enerji növləri yaradılmalıdır, əsasən Günəş, külək və hidro - su elektrik stansiyaları. |
Dediyim rəqəm tam realdır, bu, artıq imzalanmış kontraktlar əsasında olacaqdır. |
Niyyət protokolları isə daha böyük rəqəm haqqında bəhs edir, təqribən 10 min meqavat. |
Beləliklə, biz böyük həcmdə təbii qazımızı ixrac edə biləcəyik, ona qənaət olunacaq. |
Elektrik enerjisinin böyük hissəsi bərpa olunan enerji hesabına istehsal ediləcək. |
Biz iqlim dəyişikliyi məsələlərinə də öz töhfəmizi vermiş olacağıq, xüsusilə nəzərə alsaq ki, Azərbaycan bu il COP29-a - dünya miqyasında ən böyük beynəlxalq konfransa ev sahibliyi edəcəkdir. |
Ona görə bərpa olunan enerji növləri ilə bağlı bizim hədəflərimiz aydındır. |
Onu da bildirməliyəm ki, bütün bu layihələr xarici investorlar tərəfindən icra edilir və ediləcək. |
Əgər belə demək mümkündürsə, biz indi xarici investorların rəqabət prosesini də görürük. |
Çünki o qədər çox ölkə Azərbaycanda bu sahəyə vəsait qoymaq istəyir ki, bizim bu qədər imkanımız hələ ki, yoxdur. |
Halbuki Dünya Bankının qolu olan Beynəlxalq Maliyyə Korporasiyası təkcə dənizdə külək potensialımızı 157 min meqavat səviyyəsində təsbit edib. |
Ənənəvi yanacaq növləri - neft-qaz - sahəsində işlər davam etdiriləcək. |
Neft hasilatının sabitləşməsi istiqamətində işlər gedir, hesab edirəm ki, yaxın gələcəkdə nəticələr olacaq. |
Bizə sabit neft hasilatı lazımdır və biz investorlar qarşısında bu vəzifəni qoymuşuq. |
Müəyyən narahatedici məqamlar olub və işgüzar qaydada təmaslar əsnasında bu məsələlərin həlli gözlənilir. |
Biz artıq səkkiz ölkəyə təbii qaz ixrac edirik. |
Tələbat daha böyükdür, ilk növbədə, təbii ki, Avropa İttifaqı məkanından. |
Bizdən xahiş edənlərin sayı artır ki, biz kömək edək. |
Bax, bizə edilən xahişlər bu məqsədi daşıyır. |
Biz isə etibarlı tərəfdaş kimi həmişə ehtiyacı olanlara kömək etməyə hazırıq və bu köməyi göstəririk, bu da qiymətləndirilir. |
Düzdür, hər zaman qiymətləndirilməsə də, prinsip etibarilə bu vəziyyət bizi qane edir. |
Gələcəkdə bizim ixrac coğrafiyamız artacaq, təbii ki, Avropa istiqaməti üzrə. |
Bu yaxınlarda bizim yeni resurs bazamız işə salınıb. |
“Şahdəniz” yatağından sonra ikinci resurs bazamız “Abşeron” qaz-kondensat yatağından ilk qaz çıxarılıb və yəqin ki, biz yaxın gələcəkdə bu yatağın işlənilməsinin ikinci mərhələsinə də başlayacağıq. |
Gələn il “Azəri-Çıraq-Günəşli” yatağının dərin laylarından qaz hasilatı nəzərdə tutulur. |
Bu da bizim resurs bazamızı artıracaq. |
Ondan başqa, “Ümid”, “Babək”, “Şəfəq”, “Asiman”, “Qarabağ” neft və qaz-kondensat yataqlarından hasilata başlamaq üçün bir çox xarici investorlar tərəfindən təkliflər var. |
Vaxtilə bizi istəməyən qüvvələr şayiə yayırdılar ki, Azərbaycanda neft yoxdur. |
Azərbaycan 1997-ci ildən bəri neft hasilatını yüksək səviyyədə saxlayır və bir çox ölkələrə neft ixrac edir. |
Sonra deyirdilər ki, Azərbaycanda qaz yoxdur. |
Təbii ki, bu da cəfəngiyyatdır, bax, sadaladığım bu yataqlar onu əyani şəkildə göstərir. |
Təbii ki, biz nəqliyyat sahəsində işləri davam etdirəcəyik. |
Bu gün Azərbaycan dünya miqyasında nəqliyyat mərkəzi kimi qəbul edilir. |
Bizə həm Qərbdən, həm Şərqdən, həm Şimaldan, həm Cənubdan müraciətlər daxil olur. |
Azərbaycan ərazisində bütün nəqliyyat infrastrukturu işlək vəziyyətdədir. |
Sadəcə olaraq, bəzi dəmir yollarında modernləşdirmə işləri aparılmalıdır və biz bunu da edirik. |
Dünyadakı geosiyasi vəziyyətin yaxın gələcəkdə dəyişməsi, yəqin ki, mümkün deyil. |
Belə olan halda bizim nəqliyyat infrastrukturumuza olan ehtiyac daha da artacaq. |
Bizim üstünlüyümüz ondan ibarətdir ki, biz vaxtilə bütün lazımi infrastruktur layihələrini icra etmişik, həm Xəzər dənizində, həm dəmir yolu infrastrukturunda, həm avtomobil yolları, həm dəniz limanı, gəmiqayırma zavodu, hansı ki, bu gün tam gücü ilə işləyir. |
İlk dəfə olaraq, o zavod işə salınanda sifarişlər onu 100 faiz işlə təmin edib. |
Səkkiz beynəlxalq aeroportumuz var, doqquzuncu Laçında inşa edilir. |
Hazır olmayanlar da öz işlərini görsünlər, öz ərazilərində çatışmayan infrastruktur layihələrini icra etsinlər. |
Əlbəttə ki, beynəlxalq təcrübəyə əsaslanaraq biz tranzit ölkə kimi öz imkanlarımızı təqdim edirik. |
Əlbəttə ki, bundan həm iqtisadi, həm siyasi dividendlər alacağıq. |
Azərbaycan o ölkələrdəndir ki, açıq dənizlərə çıxışı yoxdur. |
Ancaq buna baxmayaraq, dediyim o səbəblərə görə bu gün biz nəqliyyat mərkəzlərindən birinə çevrilmişik. |
Getdikcə rolumuz artacaq, bizə müraciətlər də çoxalacaq, necə ki, bu gün xahişlə müraciət edirlər ki, “bizə qaz verin, bizə qaz verin, bizdə qaz çatmır” və sair, burada da eyni mənzərə olacaq. |
Biz heç kimdən heç nə xahiş etmirik. |
Mən 20 ildən çoxdur ki, prezidentəm, bu günə qədər heç kimdən heç nə xahiş etməmişəm, çünki buna ehtiyac da olmayıb. |
Biz özümüzü tam təmin edən ölkəyik. |
Biz ikitərəfli formatda əməkdaşlığın tərəfdarıyıq və xarici siyasətimiz də buna hesablanıb - bərabərhüquqlu münasibətlər, bir-birinə hörmət, bir-birinə, necə deyərlər, xoş münasibət, bir-birinin işinə qarışmamaq. |
Bu, bizim prinsiplərimizdir və bu prinsipləri biz diktə etmişik, bunları qəbul etdirə bilmişik. |
Güclü iqtisadiyyat, güclü ordu, daxili sabitlik, xalq-iqtidar birliyi xarici siyasətimizin əsas amilləridir. |
Çünki xarici siyasət, - bunu hamı bilir, - daxili siyasətin davamıdır. |
Ona görə bundan sonra da xarici siyasətimiz çox aydın olacaq, açıq olacaq və bu gün dünya ictimaiyyəti bizim siyasətimizi bəyənir və dəstəkləyir. |
Əgər belə olmasaydı, 155 ölkə bizi BMT Təhlükəsizlik Şurasına üzv seçməzdi. |
Əgər belə olmasaydı, 120 ölkə bizi Qoşulmama Hərəkatına sədr seçməzdi. |
Əgər belə olmasaydı, dünya birliyi COP29 Konfransının Azərbaycanda keçirilməsi ilə bağlı qərar qəbul etməzdi. |
Bəzən eşidirik ki, hansısa ölkələr, yaxud da ki, ölkələr qrupu beynəlxalq ictimaiyyət funksiyalarını öz üzərinə götürmək istəyir və beynəlxalq ictimaiyyət adından danışmağa çalışır. |
Sözü olmayanda deyir ki, beynəlxalq ictimaiyyət bu məsələni yaxşı qəbul etməz, beynəlxalq ictimaiyyət o məsələni yaxşı qəbul etməz. |
Birincisi, bu, təvazökarlıqdan uzaq olan məsələdir. |
Məhdud sayda olan hər hansı 20-30 ölkə beynəlxalq ictimaiyyət adından danışa bilməz, o ki qaldı bir ölkə, ümumiyyətlə danışa bilməz. |
Beynəlxalq ictimaiyyət isə bizim tərəfimizdədir və İkinci Qarabağ müharibəsi zamanı, antiterror tədbirləri zamanı beynəlxalq ictimaiyyət bizi dəstəklədi. |
Bu gün Azərbaycanın beynəlxalq nüfuzu hesab edirəm ki, heç kimə sirr deyil. |
Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. |
Bu, bizim üçün prioritetdir, mən bunu açıq demək istəyirəm, yəqin ki, indi aparılan siyasət də hər kəsə bunu aydın göstərir. |
Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. |
Əgər kimsə hesab edir ki, biz başqa yerdə ailə axtarmalıyıq, deyə bilərəm ki, bizi heç yerdə gözləmirlər və bunu artıq gizlətmirlər. |
Əgər əvvəlki illərdə, xüsusilə işğal dövründə bizi çaşdırmaq üçün, yəni gözdən pərdə asmaq üçün müəyyən vədlərlə cəlb etməyə çalışırdılarsa, indi o maskalar da yırtıldı və açıq-aydın burada ayrıcı xətlər müşahidə olunur. |
Biz o ayırıcı xətləri çəkməmişik, biz bu ayrıcı xətlərin əleyhinəyik. |
Biz hətta cəmi üç ölkənin yerləşdiyi Cənubi Qafqazda bu gün bu ayrıcı xətləri açıq-aydın görürük. |
Belə olan halda, bizi haradasa qəbul etmək istəməyənlərə biz baş əyməliyikmi? |
Biz özümüzü çox yaxşı hiss edirik. |
Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimiz var və bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. |
Bu, böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi gücdür, böyük iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc əhalidir, artan əhalidir və bir soydan, kökdən olan xalqlardır. |
Bundan güclü birlik ola bilərmi? |
Biz müştərək səylərlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin. |
Buna biz ancaq birlikdə nail ola bilərik. |
İslam Əməkdaşlıq Təşkilatı da həmişə - həm işğal dövründə, həm işğaldan sonra, həm də İkinci Qarabağ müharibəsi və antiterror tədbirləri zamanı və ondan sonra Azərbaycanın yanında olub. |
Azərbaycan bu təşkilatın dəyərli üzvüdür. |
Azərbaycanda müsəlman dininə və bütün dinlərə olan münasibət bu təşkilat tərəfindən yüksək qiymətləndirilir. |
Bu təşkilat bütün müsəlman ölkələrini birləşdirir. |
Əlbəttə ki, bu təşkilatda bizim təşəbbüslərimizin qəbul edilməsi və dəstəklənməsi xüsusi məna daşıyır. |
Baxmayaraq ki, biz sədrliyi artıq təhvil vermişik, biz üçlükdə təmsil olunuruq. |
Qoşulmama Hərəkatı bizim sədrliyimiz dönəmində yeni müstəviyə qədəm qoyub, əlbəttə, imkan verə bilmərik ki, müəyyən dərəcədə tənəzzülə uğrasın. |
Biz isə öz tərəfimizdən əlimizdən gələni edəcəyik ki, Qoşulmama Hərəkatı bir təsisat kimi daha da güclənsin. |
Əgər üzv ölkələrin qarşısında duran problemlərin həllinə kömək göstərmək lazım olarsa, əlbəttə, biz bunu edəcəyik. |
Biz, ümumiyyətlə, bu yeni dövrdə xarici siyasət istiqamətində yeni üfüqlər açmalıyıq. |
Əgər əvvəlki dövrdə bizim xarici siyasətimizin əsas istiqaməti Ermənistan-Azərbaycan münaqişəsinin həlli idisə, bu gün artıq bu məsələ, demək olar ki, gündəlikdə durmur. |
Ona görə xarici siyasətimizin yeni istiqamətləri üstünlük təşkil etməlidir. |
Biz dünyanı narahat edən problemlərin həllində daha fəal olacağıq, o cümlədən iqlim dəyişikliyi ilə əlaqədar. |
Nəzərə alsaq ki, COP29-un ev sahibi və sədri olacağıq, eyni zamanda, dünyada islamofobiyaya qarşı mübarizədə ön sıralarda olmalıyıq. |
Neokolonializmə qarşı mübarizə aparan ölkələrin yanında olmalıyıq. |
Neokolonializmi və o eybəcər tarixdən qalan amili Yer üzündən tamamilə silmək üçün öz dəstəyimizi göstəririk və göstərəcəyik. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.