Search is not available for this dataset
text
stringlengths
10
518k
Bunu neokolonializmin başında duranlar da bilsinlər ki, onlar əbəs yerə bizimlə soyuq savaşa çıxıblar.
Biz geridə qalmayacağıq, biz heç vaxt müdafiə mövqeyində olmamışıq.
Bizə qarşı atılan addımlara adekvat addım atacağıq və bizə qarşı məkrli planlar hazırlayanlar, əminəm ki, peşman olacaqlar.
Nəhayət, Azərbaycan-Ermənistan münasibətləri.
Mən çıxışımın sonunda bu məsələyə təsadüfən toxunmuram.
Hesab edirəm ki, bu məsələnin əhəmiyyəti süni şəkildə şişirdilir.
Ermənistanın havadarları daim bu məsələni müzakirə etmək istəyirlər, öz səylərini göstərmək istəyirlər, deməli, yorğanı öz tərəflərinə çəkmək istəyirlər, vasitəçi olmaq istəyirlər.
Birincisi, vasitəçi olmaq üçün sən gərək, heç olmasa, üzdə bitərəf olasan.
Sənin qəlbində nə var, biz bilirik.
Amma heç olmasa, üzdə, diplomatik qaydalara riayət etməlisən.
Bizə bu məsələdə vasitəçi lazım deyil.
Mən bunu demişəm, bu yüksək kürsüdən bir daha demək istəyirəm.
Biz öz məsələmizi həll etmişik.
Ermənistanla sülh müqaviləsinin imzalanmasının da təşəbbüskarı biz olmuşuq.
Beş məlum prinsipin də müəllifi biz olmuşuq.
Sülh müqaviləsinin mətnini də biz yazmışıq, Ermənistan tərəfinə göndərmişik.
İndi Ermənistan beynəlxalq hüququn normalarına riayət etmək istəyirsə, bu müqavilə imzalanacaq.
İstəmirsə, yenə də bizə qarşı əsassız iddialar irəli sürüləcəksə, bu müqavilə imzalanmayacaq, ancaq Azərbaycan üçün heç nə dəyişməyəcək.
Mən artıq dedim, bizim qarşımızda duran çağırışlara, bizə qarşı aparılan çirkin siyasətə biz onsuz da hazır olmalıyıq.
Ona görə hesab edirəm ki, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi beynəlxalq gündəlikdən düşməlidir.
Çünki yerindən duran bu məsələ ilə məşğul olmaq istəyir, gedin, öz işinizlə məşğul olun.
Ona görə mən bu mövzuya ümumiyyətlə çox vaxt ayırmaq istəmirəm, çünki buna dəyməz.
Biz öz məsələmizi həll etmişik.
Biz bu gün Ağdamdayıq, Füzulidəyik, Laçındayıq, Cəbrayıldayıq, Zəngilandayıq, Qubadlıdayıq, Kəlbəcərdəyik, Şuşadayıq, Hadrutdayıq, Xocalıdayıq, Ağdərədəyik, Əsgərandayıq, Xankəndidəyik!
Əminəm ki, uğurla da davam edəcək.
Bu yolda hamımıza uğurlar, yolumuz açıq olsun!
Bununla da təntənəli andiçmə mərasimi başa çatıb.
17:15"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Milli Məclisdə and içib.
Həmin görüntüləri təqdim edirik:"""12:27"Fevralın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Milli Məclisdə andiçmə mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, andiçmə mərasimində Birinci vitse-prezident Mehriban Əliyeva, dövlət rəsmiləri, hökumətin üzvləri, Milli Məclisin deputatları iştirak ediblər.
Mərasim iştirakçıları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi hərarətlə qarşılayıblar.
Ümumxalq səsverməsi ilə Azərbaycan Respublikasının Prezidenti seçilmiş İlham Heydər oğlu Əliyevin andiçmə mərasimi açıq elan olunub.
Silahlı Qüvvələrin əsgərləri Azərbaycan Respublikasının Dövlət Bayrağını və Azərbaycan Respublikası Prezidentinin ştandartını (bayrağını) təntənəli marşın sədaları altında səhnəyə gətiriblər.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev və Konstitusiya Məhkəməsinin hakimləri səhnəyə dəvət olunublar.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev çıxış edərək deyib:""“Hörmətli xanımlar və cənablar.
Bildiyiniz kimi, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 2024-cü il 13 fevral tarixli qərarı ilə növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkisinə dair Mərkəzi Seçki Komissiyasının nəticələrini təsdiq edərək, cənab İlham Heydər oğlu Əliyevi Azərbaycan Respublikasının Prezidenti elan etmişdir.
Azərbaycan Respublikasının Prezidenti seçilmiş cənab İlham Heydər oğlu Əliyev Azərbaycan Respublikası Konstitusiyasının 103-cü maddəsinə uyğun olaraq, Konstitusiya Məhkəməsi hakimlərinin iştirakı ilə andiçməyə dəvət olunur”.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əlini Azərbaycan Respublikası Konstitusiyasının üzərinə qoyaraq and içib:""“Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına əməl edəcəyimə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağıma, x...
Azərbaycan Respublikasının Dövlət Himni səslənib.
Prezident İlham Əliyev təzim edərək, Azərbaycan Respublikasının Dövlət Bayrağını öpüb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev andiçmə mərasimində nitq söyləyib.
11:42"Fevralın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Milli Məclisdə andiçmə mərasimi keçirilir.
President.az xəbər verir ki, mərasim iştirakçıları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi hərarətlə qarşılayıblar.
Ümumxalq səsverməsi ilə Azərbaycan Respublikasının Prezidenti seçilmiş İlham Heydər oğlu Əliyevin andiçmə mərasimi açıq elan olunub.
Silahlı Qüvvələrin əsgərləri Azərbaycan Respublikasının Dövlət Bayrağını və Azərbaycan Respublikası Prezidentinin ştandartını (bayrağını) təntənəli marşın sədaları altında səhnəyə gətiriblər.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev və Konstitusiya Məhkəməsinin hakimləri səhnəyə dəvət olunublar.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev çıxış edərək deyib:""“Hörmətli xanımlar və cənablar.
Bildiyiniz kimi, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 2024-cü il 13 fevral tarixli qərarı ilə növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkisinə dair Mərkəzi Seçki Komissiyasının nəticələrini təsdiq edərək, cənab İlham Heydər oğlu Əliyevi Azərbaycan Respublikasının Prezidenti elan edib.
Azərbaycan Respublikasının Prezidenti seçilmiş cənab İlham Heydər oğlu Əliyev Azərbaycan Respublikası Konstitusiyasının 103-cü maddəsinə uyğun olaraq, Konstitusiya Məhkəməsi hakimlərinin iştirakı ilə andiçməyə dəvət olunur”.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əlini Azərbaycan Respublikası Konstitusiyasının üzərinə qoyaraq and içib:""“Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına əməl edəcəyimə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağıma, x...
Azərbaycan Respublikasının Dövlət Himni səslənib.
Prezident İlham Əliyev təzim edərək, Azərbaycan Respublikasının Dövlət Bayrağını öpüb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev andiçmə mərasimində nitq söyləyir.
11:07"Bu dəqiqələrdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Milli Məclisdə andiçmə mərasimi keçirilir.
Bununla bağlı AZƏRTAC məlumat yayıb.
Ermənistan Silahlı Qüvvələrinin törətdiyi təxribata cavab olaraq Dövlət Sərhəd Xidmətinin (DSX) bölmələri fevralın 13-də “Qisas” əməliyyatı keçirib.
DSX-nin keçirdiyi əməliyyat nəticəsində əsgərimizə atəş açılan Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsinin yaxınlığındakı döyüş postu tamamilə darmadağın edilib, döyüş mövqeləri susdurulub.
APA Azərbaycan sərhədçilərinin şərti sərhəddə darmadağın etdiyi erməni postunun görüntüsünü təqdim edir.
Məhv edilmiş döyüş postunun şəxsi heyəti arasında ciddi itkilərin olması barədə məlumatlar var.
Ermənistan tərəfi 4 hərbçisinin öldüyü, birinin yaralandığı barədə məlumat yayıb.
Əlavə edək ki, Ermənistan tərəfindən açılan atəş nəticəsində DSX-nin əsgəri yaralanıb, vəziyyəti kafidir, müalicəsi davam etdirilir.
Samux rayonunun Yenikənd kəndi yaxınlığında açıq ərazidə yanğın baş verib.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Samux Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunublar.
Yanğınsöndürənlərin həyata keçirdikləri zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən söndürülüb.
Yanğın nəticəsində təxminən altı hektar sahədə qamışlıq və kol-kos yanıb, ətraf ərazilər yanğından mühafizə olunub.
Rusiya xarici işlər naziri Sergey Lavrov Dövlət Dumasında keçirilən “hökumət saatı”nda ölkənin xarici siyasətinin aktual problemlərinə dair təqdimatla çıxış edib.
Nazir, həmçinin Ukrayna müharibəsinin nizamlanması ilə bağlı nəzərdən keçirilən həll yollarından da danışıb.
“Rusiya Ukraynadakı münaqişənin reallıqları nəzərə alınmaqla siyasi və diplomatik yolla həllinə hazırdır”, - deyə Lavrov qeyd edib.
“Google” keçən həftə “Android” əməliyyat sistemi üçün “Gemini” çatbotunu buraxıb və bu funksiya artıq “iPhone” istifadəçiləri üçün əlçatandır.
Qeyd olunur ki, ondan istifadə etmək üçün eyniadlı “Google” tətbiqini yükləmək lazımdır.
“Android” üçün ayrıca bir proqram yükləməli olduğunuz halda, “iOS” əməliyyat sistemində neyroşəbəkə “Google”un xüsusi xidmətində işləyir.
Axtarış və çatbot arasında keçid etmək üçün tətbiqin əsas səhifəsində ekranın yuxarı hissəsində müvafiq nişanı seçməlisiniz.
“Gemini” ilə ünsiyyət qurmaq üçün səs, mətn və ya foto sorğularından istifadə etmək olar.
Bu zaman süni intellektdən gələn cavab avtomatik olaraq səsləndirilmir.
Onu dinləmək üçün səsgücləndirici işarəsinə klikləmək lazımdır.
Süni intellekt böyük mətnlərin qısa xülasəsini hazırlaya, proqram kodu, müxtəlif formatlı mətnlər, şəkillər yarada bilər.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Dubayda “Gələcəyin hökumətlərini formalaşdırmaq” mövzusu üzrə keçirilən Dünya Hökumətlər Zirvəsində fəxri qonaq qismində iştirak etdi.
Çıxış edən Ərdoğan Türkiyənin daxili siyasi konyunkturu, dövlətin xarici siyasəti haqqında danışaraq Ankaranın regional və qlobal miqyasda strateji böyüməsi vizyonunu ortaya qoydu.
Ərdoğan BƏƏ-dən sonra Misirə gedib ki, bu da Ankaranın ərəb ölkələri ilə aktiv təmasları fonunda Türkiyənin Yaxın Şərqdə oynadığı rolu vurğulayır.
Ərdoğan ərəb dünyası ilə keçmişdəki problemlərə artıq tarix kimi baxır.
Onun BƏƏ və Misirə səfər proqramı gələcəyə yönəlmiş addım kimi xarakterizə edilə bilər.
Türkiyənin BƏƏ və Misirlə əlaqələrinə diqqət yetirməsi Ankaranın İsrail-Fələstin münaqişəsində ikincinin maraqlarını müdafiə etməsinin fonunda baş tutur.
Bu, Türkiyənin Fələstin münaqişəsində dəstək qazanaraq geosiyasi çəkisini artırmasına işarə edir.
Türkiyə Fələstin probleminin həlli ilə regional təhlükəsizlik qarantı olmaq missiyasını isbat etməyə çalışaraq daha böyük ölçüdə strateji genişlənməsini reallaşdırmaq istəyir.
Burada Türkiyənin BƏƏ və Misirlə əlaqələrinin dinamikası təkcə birtərəfli zərurətdən yaranmır, bu, həm də qarşılıqlı vacib ehtiyacların təmini üçün vacibdir.
Çünki beynəlxalq sferada kəskinləşən siyasi münasibətlər və artan hərbi eskalasiya riskləri dövlətləri daha etibarlı təhlükəsizlik tərəfdaşları axtarmağa təşviq edir.
Türkiyənin regionda ağırlaşan çəkisi BƏƏ və Misir üçün cəlbedicidir.
Türkiyə isə bu vasitə ilə əldə etdiyi alətləri Yaxın Şərqdəki münaqişələrin həlli arteriyasına yeridir.
Bu, Türkiyənin humanitar liderliyi və müsəlman coğrafiyası içərisindəki ədalətli yanaşmasına qiymətli nemət əlavə edir.
Ancaq Türkiyənin sülh və təhlükəsizliklə bağlı formalaşdırmaq istədiyi müstəvi praktiki olaraq natamamdır və belə yarımçıqlıq Ankaraya əlavə problemlər yaradır.
Ərdoğanın BƏƏ və Misirlə təmasları həmin natamamlıqların aradan qaldırılmasına yardımçı olur və Ankaraya yeni regional şərait qurmasında rol oynayacaq rıçaq verir.
Ərdoğanın iki ərəb ölkəsinə səfəri Ankaranın qarışıq regional şəraitdə mürəkkəb tarazlıq oyununu əks etdirir və Türkiyənin formalaşdırmaq istədiyi strateji müdafiə mexanizmlərinin tərkib hissəsidir.
Bu tərkibi bulanıqlaşdırmaq istəyənlər də tapılacaqlar ki, burada kənar oyunçuların müdaxilələrindən bəhs edilə bilər.
Çünki Türkiyənin yanaşması həm də PKK ilə mübarizədə dəstək axtarışlarıdır ki, burada Ankaraya rəqib olan güclərin narahatlıqları artacaq.
Ərdoğanın səfərlərinin Türkiyə-Azərbaycan strateji müttəfiqliyinə əsaslanan perspektivi də mövcuddur.
Belə ki, Türkiyənin əldə etdiyi razılaşma Azərbaycanın regional miqyasdakı nəzəri və müəyyən praktiki imkanlarına manevr sahəsi təqdim edir.
Azərbaycanın həm BƏƏ, həm də Misirlə yaxşı əlaqələri var.
Türkiyə ilə həmin ölkələrin yeni razılaşmaları Azərbaycana daha üstün mövqelərə çıxış imkanları deməkdir.
Bu imkanlar Azərbaycanı Cənubi Qafqazdakı geosiyasi üstünlüklərdən təcrid etmək istəyənlərə qarşı dəstək platforması halına da gələ bilər.