Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Üstəgəl, Azərbaycanla Türkiyə hegemon ambisiyalara qarşı çıxmaq imkan və potensiallarını artıracaqlar. |
Rusiyanın Surqut şəhərində kişi səhər saat üçə qədər kompüterdə oynadıqdan sonra komaya düşüb. |
Qeyd olunub ki, onun qıcolması və qusması başlayanda yaxınları tibb işçilərini çağırıblar. |
“Tibb işçiləri gələndə kişi komada olub. |
Yaxınları ilə söhbət etdikdən sonra məlum olub ki, xəstə gecə saat üçə qədər kompüterdə oynayıb”, - deyə həkimlər bildiriblər. |
O, ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. |
Xəstənin spirtli içki qəbul etmədiyi və siqaret çəkmədiyi vurğulanıb. |
Nazirlər Kabineti istefa verib. |
APA-nın əldə etdiyi məlumata görə, Konstitusiyanın 116-cı maddəsində nəzərdə tutulan bütün addımlar yerinə yetirilib. |
11:51"Nazirlər Kabineti bu gün istefa verəcək. |
Oxu.Az xəbər verir ki, fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkisində qalib gələn İlham Əliyev bu gün and içib. |
Konstitusiyanın 103-cü maddəsinin II hissəsinə əsasən, and içdiyi gündən Azərbaycan Respublikasının Prezidenti öz səlahiyyətlərinin icrasına başlamış sayılır. |
Konstitusiyanın 116-cı maddəsinə əsasən, yeni seçilmiş Prezident vəzifəsini tutduğu və səlahiyyətlərini icra etməyə başladığı gün Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinə istefa verir. |
Konstitusiyanın 118-ci maddəsinə görə, Baş naziri Milli Məclisin razılığı ilə Prezident təyin edir. |
Baş nazir vəzifəsinə namizədlik haqqında təklifi Prezident öz vəzifələrinin icrasına başladığı gündən bir ay və ya Nazirlər Kabinetinin istefa verdiyi gündən iki həftə müddətindən gec olmayaraq Milli Məclisinin müzakirəsinə təqdim edir. |
Milli Məclis Baş nazir vəzifəsinə namizədlik haqqında qərarı həmin namizədliyin təqdim edildiyi gündən bir həftədən gec olmayaraq qəbul edir. |
Göstərilən qayda pozularsa və ya Prezidentin təqdim etdiyi namizədlərin Baş nazir vəzifəsinə təyin olunmasına üç dəfə razılıq verilməzsə, Prezident Baş naziri Milli Məclisin razılığı olmadan təyin edə bilər. |
Konstitusiyanın 121-ci maddəsinə əsasən, Nazirlər Kabinetinin üzvlüyünə namizədlərə dair tələblər də müəyyənləşib. |
Baş nazir, Baş nazirin müavini, nazir, digər mərkəzi icra hakimiyyəti orqanı rəhbəri vəzifəsinə seçkilərdə iştirak etmək hüququna malik olan, ali təhsilli, başqa dövlətlər qarşısında öhdəliyi olmayan Azərbaycan vətəndaşı təyin edilir. |
Konstitusiyanın 122-ci maddəsində isə qeyd edilib ki, Baş nazir, onun müavinləri, nazirlər, digər mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri heç bir başqa seçkili və ya təyinatlı vəzifə tuta, elmi, pedaqoji və yaradıcılıq fəaliyyətindən başqa heç bir sahibkarlıq, kommersiya və digər ödənişli fəaliyyətlə məşğul ol... |
Türkiyə Xəzinədarlıq və Maliyyə Nazirliyi terror təşkilatlarına maliyyə yardımı etmələri ilə bağlı əsaslı səbəblərin mövcudluğuna əsaslanaraq PKK/KCK, İŞİD, DHKP/C və TKP/ML terror təşkilatları ilə əlaqəli 11 nəfərin Türkiyədəki aktivlərinin dondurulmasına qərar verib. |
Nazirliyin hazırladığı “Aktivlərin dondurulması haqqında qərar” “Resmi gazete”də dərc olunduqdan sonra qüvvəyə minib. |
Qərara əsasən, PKK/KCK terror təşkilatı ilə əlaqəli Mehdin Tekin, Nevzat Göktaşoğlu və Galip Aras, İŞİD terror təşkilatı ilə əlaqəli Mustafa El Kasim, Ahlam Khatab, Eesa Alahmad, Muhammed Hacıkadur, Muhammed Khatab və Yavuz Selim Binici, DHKP/C terror təşkilatı ilə əlaqəli Mehmet Güvel, TKP/ ML terror təşkilatı ilə əla... |
Dünən Xətai rayonunda əvvəlcə bacısı və onun körpə qızını, daha sonra ata-anası və 9 yaşlı qardaşını amansızlıqla öldürməkdə şübhəli bilinən 25 yaşlı Əhməd Əhmədov barəsində çoxsaylı iddialar səsləndirilir. |
“Qafqazinfo” xəbər verir ki, Ə.Əhmədov barəsindəki ən ciddi və ağır iddia onun əvvəllər həmyaşıdını bıçaqlaması, hətta öldürməsi ilə bağlıdır. |
Qətlə yetirilən Mehman Əhmədovun xalası Qənirə Əhmədovanın da Əhmədin məktəbdə təhsil alarkən bıçaqlanma hadisəsi törətdiyini deməsi iddiaları daha da gücləndirib. |
Mövzu ilə bağlı apardığımız kiçik araşdırma zamanı məlum oldu ki, 1999-cu il təvəllüdlü Əhməd Mehman oğlu Əhmədovun cinayət törətməsi və məhkum edilməsi ilə bağlı rəsmi qurumlarda hər hansı məlumat yoxdur və iddia edilən cinayətlə bağlı qeydiyyat mövcud deyil. |
Bununla yanaşı, onun ixtisaslaşmış psixiatrik xəstəxanada qeydiyyatda olması və müalicə aldığı məlum olub. |
Qohumları ilə bərabər Ə.Əhmədovu tanıyan digər şəxslər, eləcə də məktəb yoldaşları onda psixoloji problemlərin olduğunu, qeyri-adekvat davranışlar etdiyini bildiriblər. |
Ciddi psixoloji xəstəliyi olan Əhməd Əhmədovun sürücülük vəsiqəsinə sahib olması, Bakıda taksi fəaliyyəti göstərməsi kimi iddialar da var. |
Xatırladaq ki, ötən gün Xətai rayonunda 1972-ci il təvəllüdlü Mehman Əhməd oğlu Əhmədovun, 1977-ci il təvəllüdlü Pikə Bədəl qızın Əhmədovanın və 2015-ci il təvəllüdlü Məhəmməd Mehman oğlu Əhmədovun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. |
Qətli törətməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Əhməd Mehman oğlu Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb. |
Bundan sonra Ə.Əhmədovun 1997-ci il təvəllüdlü bacısı Elmira Mehman qızı Əhmədovanı və onun 5 yaşlı qızını da eyni üsulla qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib. |
Sosial şəbəkələrdə qiyməti 5 manatdan başlayan xalçalar reklam olunur. |
Lakin bu xalçaların hansı materialdan hazırlandığı və keyfiyyəti barədə məlumat verilmir. |
Satıcı Fəryad Nuralinin sözlərinə görə, sözügedən xalçalar Türkiyə və Özbəkistan istehsalıdır:""“Normal keyfiyyətdə olan xalçaların qiyməti 80 manatdan başlayır. |
Sosial şəbəkələrdə reklam olunan həmin xalçalar kiçikölçülü, sintetik və kimyəvi tərkiblidir”. |
Həkim Abbas Bağırov isə deyir ki, bu xalçalardan istifadə orqanizmə mənfi təsir göstərir:""“Həm allergik reaksiyaları artırır, həm də aşağı ətraf venalarının genişlənməsinə səbəb olur. |
Xroniki yorğunluğa, ayaqda dəri xəstəliklərinin fəallaşmasına və sağalmasının uzanmasına gətirib çıxarır”. |
Ətraflı Baku TV-nin videosunu təqdim edirik: |
Məşhur aktrisa Meqan Foks transformasiyası ilə pərəstişkarlarını təəccübləndirib. |
ABŞ-nin Las-Veqas şəhərindəki gecə klubunda bu yaxınlarda keçirilən şənlikdə çəkilmiş foto internetdə yayılıb. |
Fotoşəkildə 37 yaşlı Meqan Foks sevgilisi, reper Machine Gun Kelly ilə birlikdədir. |
Müğənni Teylor Svift və sevgilisi futbolçu Trevis Kelsi cütlüyün yanında poza verib. |
Bununla belə, internet istifadəçiləri Meqan Foksa xüsusi diqqət yetiriblər. |
Onlar aktrisanın xarici görünüşünün necə dəyişdiyinə təəccübləniblər. |
Bakıda ata-anası, qardaşı, bacısı və onun azyaşlı qızını öldürməkdə şübhəli bilinən Əhməd Əhmədovun avtomobilinin görüntüləri yayılıb. |
Baku TV xəbər verir ki, avtomobil onun atasına məxsus olub. |
Lakin o, həmin maşınla taksi fəaliyyəti ilə məşğul olub. |
Xatırladaq ki, ötən gün Xətai rayonunda 1972-ci il təvəllüdlü Mehman Əhməd oğlu Əhmədovun, 1977-ci il təvəllüdlü Pikə Bədəl qızın Əhmədovanın və 2015-ci il təvəllüdlü Məhəmməd Mehman oğlu Əhmədovun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. |
Qətli törətməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Əhməd Mehman oğlu Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb. |
Bundan sonra Ə.Əhmədovun 1997-ci il təvəllüdlü bacısı Elmira Mehman qızı Əhmədovanı və onun 5 yaşlı qızını da eyni üsulla qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib. |
Rusiya Prezidenti Vladimir Putin ordu ilə bağlı saxta xəbərlərə və dövlət təhlükəsizliyinə qarşı cinayətlərə görə əmlakın müsadirə edilməsi haqqında qanunu imzalayıb. |
Bu barədə sənəd rəsmi hüquqi informasiya portalında dərc olunub. |
Həmin qanunla Rusiya Federasiyasının Cinayət Məcəlləsinə dəyişiklik edilir və əmlakın müsadirə oluna biləcəyi cinayətlərin siyahısı genişləndirilir. |
“Avropadakı “Qarabağ” Azərbaycan çempionatındakından fərqlidir”. |
23 yaşlı qapıçı Portuqaliya klubu “Braqa”nın UEFA Avropa Liqasının pley-off mərhələsindəki rəqibi “Qarabağ” barədə məlumat verib. |
O, Azərbaycan çempionunun avrokuboklarda daha balanslı oyun sərgilədiyini düşünür:""“Qarabağ” burada daha çox dominant olmağı, meydanın rəqibə aid hissəsində oynamağı sevir. |
Çünki çox sürətli hücumçuları var. |
Boş mövqe tapsalar, bundan effektli şəkildə yararlanacaqlar”. |
O, “Braqa”nı cütün favoriti adlandırıb:""“Ancaq onlar oyuna ciddi yanaşmalıdırlar. |
Asan olacağını düşünürlərsə, yanlışlığa yol verirlər. |
“Qarabağ”ın evdə uğurlu nəticə qazanmaq şansı çoxdur. |
Çünki “Braqa” Bakıya yorğun gələcək. |
Azərbaycan komandası yanvardan bəri çox motivasiyalıdır. |
İlin əvvəlində onlarla yoxlama görüşü keçirdik, hələ o vaxtdan “Braqa” haqqında danışırdılar. |
Püşkatmadan bəri, yəni aylardır “Braqa” ilə oyunlara hazırlaşırlar”. |
Tiaqo Silvanı ən çox narahat edən məqam hava şəraitidir:""“Son bir neçə gündə hava yaxşılaşıb, lakin hər an küləkli ola bilər. |
Bu da xeyli çətinliklər yaradır. |
Soyuğa dözmək olur, amma küləklə mübarizə aparmaq çətindir. |
Elə oyunlarımız olub ki, topa zərbə vururuq, geri qayıdır. |
Belə hal yaşanarsa, matç cəlbedici olmayacaq. |
Həmin vaxta qədər havanın daha yaxşı olacağına ümid edirəm”. |
Qolkiperin fikrincə, Ağdam təmsilçisi yüksək templə ayaqlaşa bilmir:""“Düşünürəm ki, “Qarabağ” “Bayer 04” ilə oyundakı kimi qapalı futbol sərgiləyəcək. |
Belədə, “Braqa” topla sürətli davranmalı olacaq. |
“Qarabağ”ın futbolçuları yüksək intensivliyə öyrəşməyiblər. |
Top bir qapıçıdan digərinə sürətlə keçərsə, çətinlik çəkəcəklər. |
Portuqaliyada daha sürətli oyunlar keçirilir. |
“Qarabağ”ın bizə, “Sabah”a və “Neftçi”yə qarşı gərgin oyunları olur. |
Amma digər komandalar çox qapalıdır və daha ləng çıxış edirlər. |
“Braqa” çempionatın ən yaxşı hücumçularından birinə sahibdir. |
“Qarabağ”ın müdafiəçiləri isə təkbətək mübarizə aparan rəqiblərə öyrəşməyiblər”. |
Silva “Qarabağ”ın ölkədaxili yarışlarda uğurunun əsas səbəbini sabitlikdə görür:""“Qarabağ” Azərbaycanın ən yaxşı komandasıdır, ona hörmətlə yanaşmaq lazımdır. |
Biz isə sistemi bir az dəyişdik və indi onlarla mübarizə aparırıq. |
“Qarabağ”ın bizdən üstün olduğunu düşünmürəm. |
Sadəcə, imkanları genişdir, daha sabitdirlər. |
Titul uğrunda mübarizə aparmaq üçün iki eynisəviyyəli heyətə malikdirlər. |
Bizdə nisbətən kasad heyət var”. |
Qeyd edək ki, “Braqa” - “Qarabağ” oyunu Bakı vaxtı ilə fevralın 16-sı saat 00:00-da başlayacaq. |
Komandalar arasında cavab matçı fevralın 22-də Bakıda reallaşacaq. |
Kosmosda iki asteroidin səthində su aşkarlanıb. |
Günəş ətrafında dönən bir milyondan çox asteroidin olduğu və onların üzərindəki suyun uzun zaman əvvəl buxarlandığı ehtimal edilirdi. |
Lakin SOFIA infraqırmızı teleskopundan əldə edilən məlumatlar bunun əksini göstərib. |
Aparılan yeni araşdırma zamanı “İris” və “Massalia” asteroidlərinin səthində su tapılıb. |
Digər asteroidlərin təxminən 99 faizindən böyük olan “İris” 199 kilometr diametrə malikdir və Günəş ətrafında orta hesabla 2,39 astronomik vahid məsafədə fırlanır, bir orbiti tamamlaması 3,7 il çəkir. |
“Massalia” isə 135 kilometr diametrə malikdir və “İris”in orbitinə oxşar orbit üzrə fırlanır. |
Günəş sistemindəki asteroidlərin tərkibi və quruluşu bir qədər fərqlidir. |
Günəşə daha yaxın ərazilərdə buzsuz silikat asteroidlər üstünlük təşkil edir, daha uzaq məsafədə isə buzlu asteroidlərə daha çox rast gəlinir. |
Bununla bağlı məqalənin əsas müəllifi, Cənub-Qərb Araşdırma İnstitutunun alimi Anicia Arredondo spektral xətlərin gücünə əsaslanaraq, asteroidlərdə suyun həcminin və yayılmasının Ayda tapılanlara uyğun olduğunu təsdiqləyib. |
Fevralın 15-dən yalnız “CinemaPlus” kinoteatrlar şəbəkəsində Türkiyə istehsalı “Lohusa” komediyasının nümayişi başlayır. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.