Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Filmin rejissoru Kıvanç Baruönüdür. |
Baş rolları Gupse Özay, Onur Gürçay və Hazal Türesan canlandırıblar. |
Məşhur komediya aktrisası Gupse Özay balaca övladı ilə yeni həyata uyğunlaşmağa çalışan gənc ana rolunu oynayır. |
Aktrisa özü də bu yaxınlarda ana olub, ona görə də bütün duyğular və çətinliklər onun üçün çox tanış idi.""Film haqqında qısaca:“Burcu və Onur uşaq sahibi olacaqları günü həyəcanla gözləyən evli cütlükdür. |
Hamiləliyi boyunca doğuşdan sonra onu gözləyən həyatla bağlı deyilənlərə əhəmiyyət verməyən Burcu doğum sonrası depressiyaya düşməyəcəyinə əmindir. |
Ancaq doğuşdan sonra körpəsinə tək baxması, yuxusuz qalması, hormonlarının dəyişməsi onun tamam başqa reallıqlarla üzləşməsinə və gülməli hadisələrlə qarşılaşmasına səbəb olur”. |
“CinemaPlus” hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır. |
Türkiyə son vaxtlar çox ciddi diplomatik fəallıq nümayiş etdirir, qonşu dövlətlərlə əlaqələri gücləndirir və ölkənin üzləşdiyi problemlərin həlli yollarını axtarır. |
Türkiyə iki ilə yaxındır ki, İsveçin NATO-ya üzv olmaq üçün müraciətinin təsdiqini gecikdirir, lakin sonda “F-16” döyüş təyyarələrinin tədarükü üçün ABŞ-dən icazə aldı. |
Türkiyə mətbuatının yazdığına görə, ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan tezliklə ABŞ-yə səfər edə bilər, amma Vaşinqtona əvvəlcə xarici işlər naziri Hakan Fidan gedəcək. |
Türkiyə-Yunanıstan, Türkiyə-İran əlaqələri möhkəmlənib. |
Türkiyə liderinin Misirə səfərindən sonra (2012-ci ildən bəri ilk dəfə) Ankara ilə Qahirə arasında daha böyük qarşılıqlı anlaşma gözləmək olar. |
Rusiya Prezidenti Vladimir Putin Türkiyəyə səfər etməyi planlaşdırır (bu, yəqin ki, Rusiyada nəticəsinə az adamın şübhə ilə yanaşdığı prezident seçkisindən sonra baş verəcək). |
Türkiyənin diplomatik fəaliyyətinin səbəbi nədir? |
Türkiyənin Strateji Araşdırmalar və İnkişaf Mərkəzinin rəhbəri Ramiyə Məmmədova vəziyyəti Oxu.Az-a şərh edib:""- Gəlin ən problemli məsələdən - ABŞ və onun Türkiyəyə “F-16” təyyarələrinin tədarükü ilə bağlı razılığından başlayaq. |
Təbii ki, bunu müəyyən uğur da adlandırmaq olar, baxmayaraq ki, inciklik qaldı. |
Türkiyə ABŞ-nin NATO-dakı müttəfiqidir. |
İki il Ankara “F-16”ları və onların komponentlərini almaq üçün Vaşinqtondan icazə istədi. |
Müttəfiqlər, yəni ABŞ-ni nəzərdə tuturam, bunu etməməlidirlər. |
Türkiyənin ekspert icması, ümumiyyətlə, hesab edir ki, Ankara müəyyən müddətdən sonra bu təyyarələrə ehtiyac duymayacaq. |
Amma müsbət cəhət odur ki, türkiyəli pilotlar “F-16”ların istismarını mükəmməl mənimsəyiblər və uzun illər, onilliklərdir ki, onları idarə edirlər. |
Bundan əlavə, Türkiyə “F-35” təyyarələrinin hazırlanmasına milyard dollardan çox sərmayə qoydu, sonra ABŞ Ankaranı layihədən çıxardı və bu vəsait ABŞ-də ilişib qaldı. |
İndi həmin vəsait modernləşdirilmiş “F-16”ların pulunu ödəməyə sərf oluna bilər. |
Amma İsveç ümumiyyətlə Şimali Atlantika Alyansının üzvü olmamalı idi, istənilən halda, Ankara onun alyansa daxil olmasına icazə verə bilməzdi və bu qərar ölkə əhalisinin əksəriyyəti tərəfindən bəyəniləcəkdi. |
Birincisi, Stokholm “Türkiyə siyahısı”nda olan terrorçuları hələ də təhvil verməyib. |
İkincisi, Avropa Türkiyəni, özlərinin dili ilə desək, qapıları Ankaraya bağlı olan Avropa İttifaqı ilə yaxınlaşmağa qoymadı. |
Halbuki, bu, Ankaranın İsveçin müraciətini təsdiqləməsi ilə bağlı idi. |
Üçüncüsü, “F-16”ların Türkiyəyə nə vaxt təhvil veriləcəyi hələ məlum deyil, bu proses illərlə uzana bilər. |
- Keçək Türkiyə-Rusiya münasibətlərinə. |
Rusiya liderinin aprelin sonu - mayın əvvəlində Türkiyəyə səfəri gözlənilir. |
Müzakirə üçün hansı mövzular ola bilər? |
Güman edə bilərəm ki, bunlar Türkiyədə qaz qovşağının yaradılması, Akkuyu Atom Elektrik Stansiyası, Suriyadakı vəziyyətlə bağlı məsələlərdir. |
- Təbii ki, bu mövzular müzakirə ediləcək. |
Ankara ilə Moskvanın yaxşı işgüzar əlaqələri var. |
Lakin son zamanlar ABŞ-nin təzyiqi ilə Türkiyə Rusiyaya qarşı bank sektoru ilə bağlı bəzi sanksiyalar tətbiq edib. |
Hazırda iki ölkə arasında bank ödənişləri çətinləşib, təkcə ərzaq məhsulları, dərmanlar, turizm və tekstil ilə bağlı əməliyyatlarda problem yoxdur. |
Düşünürəm ki, vəziyyətin hansısa yolla həllinə cəhd ediləcək. |
Akkuyu AES-ə gəlincə, burada xüsusi problem yoxdur, ancaq siz haqlısınız, tərəflər yenə də bu mövzuya, eləcə də qaz qovşağına toxunacaqlar. |
Daha maraqlısı - Suriya və Yaxın Şərq məsələləridir. |
Suriya məsələsində hazırda Türkiyə ilə Rusiya arasında fikir ayrılıqları azalıb. |
Ankaranın ABŞ-yə daha çox sualları var, çünki Türkiyəyə qarşı döyüşən terrorçuları amerikalılar maliyyələşdirirlər, bunlar, əslində, ABŞ-nin proksi qüvvələridir. |
Türkiyə bunlardan danışır, onlarla döyüşür. |
Eyni zamanda, ABŞ müttəfiq olaraq qalır. |
Yaxın Şərqə gəlincə, istər Moskva, istərsə də Ankara ümumilikdə hesab edirlər ki, burada münaqişə ABŞ-nin sayəsində alovlanır. |
- Bəs Türkiyənin ən yaxın qonşularından - İran, Misir və başqalarından danışsaq? |
Bu ölkələrlə əlaqələr yaxşılaşır, Türkiyə diplomatiyası çox fəaldır. |
- Burada öz ofisində deyil, dünya ölkələrinə səyahətlərdə daha çox vaxt keçirən Türkiyənin yeni xarici işlər naziri Hakan Fidanın xidməti böyükdür. |
Ankara bütün region dövlətlərinin bu müharibəyə cəlb oluna biləcəyini anlayaraq Yaxın Şərqdə böyük müharibənin qarşısını almağa çalışır. |
Ankara, yəqin ki, Yaxın Şərqdə müharibəni səmimi olaraq istəməyən və qonşularını daha ehtiyatlı olmağa inandırmağa çalışan yeganə oyunçudur. |
Bu müharibə Cənubi Qafqaza da sirayət edə bilər və burada möhkəmlənmək istəyən Qərb buna çox da qarşı olmayacaq. |
Hesab edirəm ki, üçüncü dünya müharibəsinə səbəb olacaq böyük Yaxın Şərq müharibəsinin qarşısını almaq Azərbaycanın da maraqlarına uyğundur. |
Azərbaycan atleti Nazim Babayev zədələnib. |
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Atletika Federasiyası məlumat yayıb. |
Bildirilib ki, 26 yaşlı idmançı Dünya Atletikasının gümüşsəviyyəli turniri olan Belqrad qış turniri üçün Serbiyaya yollansa da, zədə ucbatından yarışda mübarizəni dayandırmalı olub. |
Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan yarışda 44 ölkədən 160 atlet iştirak edir. |
Əfqanıstanda İŞİD terror təşkilatının yaraqlılarının sayı artaraq 6,5 min nəfərə çatıb. |
Bu barədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Birləşmiş Qərargah rəisi Anatoli Sidorov məlumat verib. |
O, Tacikistanın cənub sərhədində dörd minə qədər terrorçunun cəmləşdiyini açıqlayıb. |
“Mərkəzi Asiya regionunda sabitliyə əsas təhlükə Əfqanıstanda möhkəmlənmiş çoxsaylı ekstremist qrupdan gəlir”, - deyə Sidorov qeyd edib. |
İran parlamentinin elektron səsvermə sistemi çöküb. |
Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib. |
Məlumata görə, İran parlamentinin plenar iclasında haker hücumlarına görə elektron sistemlərində yaranan nasazlıq səbəbindən səsvermə əl hərəkətləri ilə keçirilib. |
Millət vəkilləri qərarlara lehinə yaxud əleyhinə səs verdiklərini göstərmək üçün oturaraq və ya ayağa qalxaraq əl hərəkətlərindən istifadə ediblər. |
Böyük Britaniya vətəndaşı Qrir Kristofer (Greer Christopher) hədə-qorxu yolu ilə pul tələb etməkdə təqsirləndirilən Elnarə Nəsrəddinova və Yasəmən Məmmədovaya hökm oxunub. |
Hökmə əsasən, Elnarə Nəsrəddinova 11 il müddətinə azadlıqdan məhrum edilib. |
Yasəmən Məmmədova isə iki il müddətinə azadlıqdan məhrum edilərək məhkəmə zalında həbs olunub. |
İttihama görə, Elnarə və Yasəmən zərərçəkmiş Qrir barəsində rüsvayedici məlumatları yaymaqla hədələyiblər, həmçinin ona məxsus rəsmi sənədləri əldə ediblər. |
Elnarə ötən il martın 26-da Qriri Fəvvarələr meydanının yanında görüb. |
Britaniya vətəndaşı ilə pul qarşılığında cinsi əlaqədə olmağı təklif edib. |
Elnarə həmin kişini mənzilinə aparıb. |
Orada Yasəmənlə birlikdə yatağa giriblər. |
Amma cinsi aktı başa çatdıra bilməyiblər. |
Bu zaman Elnarə Qririn çılpaq fotolarını çəkib. |
Daha sonra isə onu şantaj ediblər. |
Hədə-qorxu yolu ilə Qrirdən 205 min 823 manat alıblar. |
İstintaq orqanı tərəfindən Elnarəyə qarşı Cinayət Məcəlləsinin 178.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dələduzluq törətmək), 182.3.2-ci (hədə-qorxu yolu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə), 326.1-ci (rəsmi sənədləri, ştampları və ya möhürləri tamah məqsədi və ya digər şəxsi niyyətlə tal... |
Qeyd edək ki, zərərçəkmiş Böyük Britaniya vətəndaşı Qrir Kristofer Bakıda özəl şirkətlərdən birində müqavilə əsasında işləyib. |
ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) Kolorado ştatında ölkənin ilk prezidenti Corc Vaşinqtonun oğurlanmış portretini axtarır. |
Bu barədə FTB “X” sosial şəbəkəsindəki hesabında məlumat verib. |
Corc Vaşinqtonun XIX əsrin əvvəlində çəkilmiş portreti tarixi əhəmiyyətə malikdir. |
Oğurlanmazdan əvvəl o, Kolorado ştatının Enqlvud şəhərindəki anbarda olub. |
Qeyd olunub ki, FTB həm portretin özünü, həm də onu oğurlayan şübhəliləri tapmaq üçün Enqlvud polisi ilə birgə işləyir. |
#FBI Denver is assisting @PoliceEnglewood in the investigation into the missing painting. |
Please contact EPD, @CrimeStoppersCO or FBI at 1-800-CALL-FBI or https://t.co/nfbjZhdWhf if you have any information. |
Ölkə ərazisində fevralın 15-nə gözlənilən hava proqnozu açıqlanıb. |
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. |
Lakin səhər və axşam bəzi yerlərdə qısamüddətli yağıntılı olacağı ehtimalı var. |
Gecə və səhər bəzi yerlərdə duman olacaq. |
Mülayim şimal-qərb küləyi günün ikinci yarısında arabir güclənəcək. |
Havanın temperaturu gecə 4-7 dərəcə isti, gündüz 8-11 dərəcə isti olacaq. |
Atmosfer təzyiqi 760 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. |
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. |
Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. |
15-də gündüz əksər rayonlarda yağıntıda fasilə olacaq. |
Havanın temperaturu gecə 4-9dərəcə isti, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə isti, gündüz 5-10 dərəcə isti olacaq. |
Azərbaycan Mərkəzi Bankı (AMB) fevralın 13-də keçirilmiş valyuta hərracında bankların tələbinin rekord həddə - 151,1 milyon ABŞ dollarına çatmasına münasibət bildirib. |
“Bu, əsasən bir sıra dövlət layihələrinin icrası və özəl sektorun idxal tələbi (o cümlədən ərzaq və kənd təsərrüfatı məhsulları) ilə bağlıdır. |
2024-cü ilin ötən dövründə valyuta hərraclarının 55%-də təklif tələbi üstələyib. |
Valyuta bazarı profisitli tədiyə balansı şəraitində fəaliyyət göstərir. |
Bu meyillərin davam etməsi halında 2024-cü ilin sonuna da cari əməliyyatlar hesabının profisitli olacağı gözlənilir”, - deyə açıqlamada qeyd olunub. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.