Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Moskva şəhər idarəsindən məlumat verilib. |
Məlumatda həmçinin qeyd olunur ki, hadisə nəticəsində xəsarət alanlar barədə məlumat daxil olmayıb. |
10:08"Rusiya paytaxtında yerləşən məşhur “Izvestiya Hall” konsert binasında güclü yanğın olub. |
İlkin məlumata görə, yanğın 1,5 min kvadratmetr sahəni əhatə edib. |
Hadisə yerində yanğınsöndürənlər və xilasedicilər işləyirlər. |
Ölən və yaralananlar barədə məlumat verilməyib. |
Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. |
Bildirilib ki, rayonunun Ağakişibəyli kəndində ümumi sahəsi 240 kvadratmetr (hər mərtəbəsi 120 kvadratmetr) olan ikimərtəbəli altıotaqlı evin yanar konstruksiyaları 180 kvadratmetr sahədə yanıb. |
Evin qalan hissəsi yanğından mühafizə olunub. |
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. |
Heydər Əliyev Mərkəzində qanalı rəssam Kojo Marfonun “Ümid sınağı” (“Crucible of hope”) adlı fərdi sərgisi açılıb. |
AZƏRTAC xəbər verir ki, sərginin açılışında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva iştirak ediblər. |
Açılış mərasimdən əvvəl rəssam Kojo Marfo jurnalistlərə açıqlamasında sərginin möhtəşəm təşkil edildiyini deyib:"“Bura gəlməzdən əvvəl Azərbaycanla bağlı ünvanladığım suallarımda ancaq xoş sözlər eşitdim. |
Burada olmaqdan və sərgimi keçirməkdən çox məmnunam. |
İnsanları mədəniyyət yaxınlaşdırır. |
Mədəniyyət sahəsində bizləri birləşdirən bir çox xüsusiyyətlər var. |
İlk sərgimi keçirməzdən əvvəl kifayət qədər həyatımı düşündüm. |
Həyatıma bir çox simalar daxil oldu, məhz onlar mənim əsərlərimin özünü təşkil edirlər və onlar məni sərgi keçirməyə həvəsləndirdilər. |
Bu isə insana hər zaman ümid verir”. |
Açılış mərasimində çıxış edən sərginin kuratoru Jan-Davit Malat Bakıya səfərinin bu əsərləri digər insanlara sərgiləməklə yanaşı, həmçinin gözəl şəhərdən həzz almaq imkanı yaratdığını qeyd edib. |
O, Kojo Marfonun solo sərgisinin təşkil edilməsinə görə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərova öz minnətdarlığını bildirib, bundan sonra da bu cür sərgilərin keçiriləcəyinə ümidvar olduğunu söyləyib. |
Rəssam Kojo Marfo çıxışı zamanı bildirib ki, sərgi onun uşaqlıq illərində gördüklərinə ithaf olunub, hər bir əsərin ardında bir mesaj dayanıb və bu mesajlar əsərlərlə insanlar arasında olan bağlantını əks etdirir. |
K.Marfo qeyd edib ki, əsərlərin mövzusu insanlara xas olan, onların vacib bildiyi amallarla bağlıdır. |
“Mənim üçün böyük şərəfdir ki, yaratdığım əsərləri belə gözəl, möhtəşəm binada sərgiləmək imkanı qazandım. |
Bunun üçün Heydər Əliyev Fonduna minnətdarlığımı bildirirəm”, - deyə rəssam əlavə edib. |
Sərgidə rəssam Kojo Marfonun əlvan rəngləri ilə nəzərləri özünə cəlb edən, izləyicilərinə xoş, hətta bəzən bayram əhvali-ruhiyyəsi bəxş edən 20-dən çox əsəri nümayiş olunub. |
Sərgilənən əsərlər qanalı rəssamın uşaqlıq xəyallarını müasir dünyanın reallığı ilə bir-birinə qarışdırır. |
Hər bir əsərində isə bir-birinə məharətlə bağlanan məna və emosiya qatları ziyarətçilərə Kojo Marfonu daha dərindən kəşf etmək imkanı qazandırır. |
Marfonun əsərləri cəmiyyət üçün güzgü funksiyasını daşıyır, dərin düşüncələrin yaranmasına ilham verir. |
Rəssamın fərqli zəkasını, yumor hissini və dərin müşahidə bacarığını nümayiş etdirən bu sərgi ziyarətçilərə Marfonun özünün hansı düşüncələrə malik olduğunu anlamağa fürsət yaradır. |
Qeyd edək ki, Kojo Marfo Londonda yaşayan qanalı rəssamdır. |
O, uşaqlıqdan tanış olduğu Afrikanın ənənəvi Akan artefaktlarının, heykəllərinin təsiri altında rəssam kimi inkişaf edib. |
Çoxsaylı səyahətlər də Marfonun müxtəlif mədəniyyətlərlə tanışlığına və həmin mədəniyyətlərin yaradıcılığında əks edilməsinə səbəb olub. |
Marfonun yaradıcılığı ilə tanışlıq mədəniyyət dəhlizləri ilə səyahət etməyə bənzəyir. |
Kojo Marfonun sənət əsərləri bundan əvvəl Amsterdam, Barselona, London, Nyu-York, Paris, Tokio və digər şəhərlərdə nümayiş etdirilib. |
“Ən-Nəsr”in portuqaliyalı hücumçusu Kriştianu Ronaldunun penaltilər istisna olmaqla qollarının sayında “İnter Mayami”nin argentinalı hücumçusu Lionel Messi ilə bərabərləşib. |
Xatırladaq ki, Ronaldu AFK Çempionlar Liqasının 1/8 final mərhələsində Səudiyyə Ərəbistanının “Əl-Feyha” klubu ilə ilk oyununda (1:0) qol vurub. |
Beləliklə, Ronaldu penaltiləri nəzərə almasaq, karyerasında 713-cü qolunu vurub. |
Lionel Messinin də eyni sayda qolu var. |
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) tabeliyindəki Bakı Beynəlxalq Avtovağzal Kompleksinin İctimaiyyətlə əlaqələr şöbəsinə yeni müdir təyin olunub. |
Oxu.Az xəbər verir ki, bu vəzifə Rövşən Əliyevə həvalə edilib. |
O bundan əvvəl “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin (AzTV) əməkdaşı olub və yeni vəzifəsində Sabir Bilalovu əvəz edib. |
Rusiyanın Kursk vilayətində Ukraynaya məxsus PUA-nın hücumu nəticəsində neft bazasında yanğın başlayıb. |
Bu barədə regionun qubernatoru Roman Starovoyt özünün “Telegram” kanalında bildirib. |
Onun sözlərinə görə, hadisə nəticəsində xəsarət alan yoxdur. |
“Hazırda bütün xüsusi xidmət orqanları hadisə yerində işləyir”, - deyə o vurğulayıb. |
Yerli mətbuatın məlumatına görə, yanan 100 tonluq çəndir. |
Hadisə şahidləri yanğından əvvəl havada partlayışlar baş verdiyini bildiriblər. |
Ağdam rayonunda bir sıra türbə, körpü, məscid və hamamlar dövlət mühafizəsinə götürüləcək. |
Oxu.Az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi yanında daşınmaz mədəni sərvətlərin müəyyən edilməsi üzrə Ekspert Şurasının iclasında qərar qəbul edilib. |
İclasda Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin işğaldan azad olunan ərazilərdə apardığı monitorinq və inventarlaşma işləri nəticəsində aşkar olunmuş obyektlər müzakirə edilib. |
Şura üzvləri Ağdam rayonunun Əlimədətli, Boyəhmədli, Qızıl Kəngərli, Eyvazxanbəyli kəndlərində yerləşən türbələrin, Kəngərli kəndində yerləşən körpünün, Şahbulaq, Abdal və Gülablı kəndlərində yerləşən məscidlərin, Ağdam şəhəri və Gülablı kəndində yerləşən hamamların dövlət mühafizəsinə götürülməsi üçün müvafiq addımlar... |
Türkiyənin Mersin şəhərinin Tarsus rayonundan Amasya istiqamətində hərəkət edən sərnişin avtobusu aşıb. |
Məlumata görə, qəzada dördü ağır olmaqla 19 nəfər xəsarət alıb. |
Hadisə yerində təcili yardım, polis və xilasedicilər işləyirlər. |
Əlillik dərəcələrinin verilməsi məqsədilə təyin edilmiş diaqnozları saxtalaşdırmaqda təqsirli bilinərək cərimələnən həkim Könül Sultanovanın cinayət işi yenidən araşdırılıb. |
“Qafqazinfo”nun məlumatına görə, Bakı Apellyasiya Məhkəməsi istintaq materiallarına yenidən baxış keçirib, dəlil və sübutlar təkrar tədqiq edilib. |
Xanım müttəhim ona əsassız ittiham verildiyini qeyd edərək bəraətini tələb edib. |
Elmar Rəhimovun sədrlik etdiyi hakimlər heyəti apellyasiya şikayətini əsaslı hesab edib, həkim xanımın təqsirsiz olduğu qənaətinə gəlib. |
Qərara əsasən, K.Sultanovaya bəraət verilib. |
Qeyd edək ki, Könül Sultanova Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilmişdi. |
İttihama görə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin 15 saylı şəhər Poliklinikasının Həkim Məsləhət Komissiyasının üzvü K.Sultanovanın öz fəaliyyət göstərdiyi komissiyaya müraciət edən şəxslərə əlillik dərəcəsinin verilməsinə nail olmaq məqsədilə ... |
Binəqədi Rayon Məhkəməsi müttəhimi vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə və vəzifə saxtakarlığında təqsirli bilmişdi. |
Hökmə əsasən K.Sultanova 3 min manat cərimə edilmişdi. |
Bundan sonra Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb, Sultanovanın kassasiya şikayəti isə təmin edilib. |
Ali Məhkəmə qərarda qanun pozuntuları aşkar edərək işi yenidən araşdırılması üçün apellyasiya baxışına qaytarmışdı. |
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Zəngilan rayonunun Cahangirbəyli kəndi ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub. |
FHN-dən verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Zəngilan rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri çağırış üzrə cəlb olunub. |
Yanğınsöndürənlərin həyata keçirdikləri təcili və təxirəsalınmaz tədbirlər nəticəsində açıq ərazidə baş vermiş yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb. |
Yanğın nəticəsində 13 ha sahədə qamışlıq və kol-kos yanıb. |
Ətraf ərazilər, o cümlədən yaxınlıqdakı obyektlər yanğından mühafizə olunub. |
Gəncə Ağır Cinayətlər Məhkəməsində xüsusi amansızlıqla qətl törətməkdə təqsirləndirilən Elməddin Abdullayevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb. |
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. |
Məhkəmənin hökmü ilə o, 17 il müddətinə azadlıqdan məhrum edilib. |
Qeyd edək ki, hadisə 6 dekabr 2022-ci il tarixdə, saat 13 radələrində Gədəbəy rayonunun Şəkərbəy kəndində qeydə alınıb. |
Belə ki, həmin gün 1990-ci il təvəllüdlü Könül Abdullayevanın öldürülməsi barədə rayon prokurorluğuna ilkin məlumat daxil olub. |
Araşdırmalarla zərərçəkmişin əri 1990-cı il təvəllüdlü Elməddin Abdullayevin balta ilə çoxsaylı xəsarət yetirərək Könül Abdullayevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. |
Məhkəmədə Elməddin Abdullayev ifadəsində bildirib ki, arvadını ona xəyanət etməsindən şübhələndiyi üçün öldürüb:""“Həmin günü atamın tövlədən kənara getməsini gözlədim. |
Atam gedəndən sonra Könül tövlədə idi.Fürsətdən istifadə edib Könülü öldürməyin tam vaxtı olduğunu düşündüm. |
Baltanı əlimə alaraq tövlənin içərisinə daxil oldum. |
Həmin vaxt qızlarım tövlənin içərisində girişdən sağ tərəfdə oynayırdılar, arvadım isə tövlənin içərisində sol tərəfdə yerləşən at bağladığımız arakəsmədə idi.Könül kürəyinə şal vasitəsilə oğlumu bağlamışdı. |
Könül arxası mənə tərəf divara sarı əyilib ot yığırdı. |
Onu arxadan vurmaq istəmədim, üzünü mənə tərəf dönməsini gözlədim, lakin Könülə heç nə demədim. |
Arvadım isə mənim arakəsməyə daxil olduğumu görmədi. |
Könül dikələrək üzünü arxaya, yəni mənə tərəf döndərən anda hər iki əlimlə tutduğum baltanın küpü ilə onun başının sol tərəfinə zərblə vurdum. |
Arvadım mənim vurduğumu gördüyü an qolunu qaldırıb başını tutdu. |
Balta ilk olaraq Könülün sol qoluna, sonra başına dəydi. |
O, “ay mama” deyərək səndələyib arxası üstə yerə yıxıldı. |
Oğlum da Könülün kürəyində idi, lakin arvadımı vurarkən oğlumu öldürmək məqsədim yox idi.Oğlumu öldürmək məqsədim olmadığı üçün məhz Könülün üzünü mənə tərəf döndərməsini gözlədim. |
Arvadım yerdə hərəkətsiz halda olarkən ikinci dəfə onun başının səhv etmirsə sağ tərəfinə baltanın küpü ilə bir zərbə endirdim. |
Bundan sonra geri dönüb arakəsmədən çıxdım. |
Arakəsmədən çıxanda tövlədə oynayan uşaqları qışqırıq səslərini eşitdim. |
Tövlənin giriş qapısına yaxın atamla rastlaşdıq, əlimdə balta olduğunu gördü. |
Baltanı ona verib, çölə çıxdım və Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edib, arvadımı öldürdüyümü bildirdim. |
Tövlədə böyük qızımın “anam öldü” deməsini eşitdim. |
Bundan sonra hadisə yerinə polis əməkdaşları gəldilər. |
Könülü vurmamışdan əvvəl gərək uşaqlarımı çölə çıxarardım, buna görə səhv etmişəm”. |
Rusiya Federasiyasının Dərbənd şəhərində Xəzər dənizinin səviyyəsinin enməsi müşahidə edilir. |
Dərbənd sakinləri qeyd edirlər ki, dünyanın ən böyük gölü son bir neçə il ərzində sahildən azı 100 metr uzaqlaşıb. |
Qeyd edək ki, dənizin səviyyəsinin enməsi artıq Xəzər sahilində yerləşən bütün ölkələrdə müşahidə edilir. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.