Search is not available for this dataset
text
stringlengths
10
518k
Düşünürəm ki, bir insan resursları mütəxəssisi yeni bacarıqları anlamalı, peşəkarlığını daim artırmalıdır.
İnsan resursları mütəxəssisi istənilən biznesdə öz əməkdaşlarına, işçilərinə yanaşma formasını düzgün seçməlidir.
Elə şərait yaratmaq lazımdır ki, ağıllı və peşəkar insanlar özləri yeni layihələri bizə təklif etsinlər”.
Bakıda bank tərəfindən hərraca çıxarılmış avtomobilləri almaq istəyən bir neçə nəfər dələduzluqla üzləşdiklərini bildirir.
“Qafqazinfo”ya müraciət edən 1988-ci il təvəllüdlü Bəhruz Şahbazov özlərini banklardan birinin əməkdaşı kimi təqdim etmiş şəxslərin ona və digər 3 nəfərə məxsus xeyli miqdarda pulu ələ keçirdiyini deyib.
Həmin şəxslərin bankın hərracda olan maşınlarını onlara satmaqla bağlı vəd verdiyini və avtomobillərin pulunu əvvəlcədən aldığını bildirən şikayətçi sonradan maşınların başqalarına satıldığını öyrənib.
O, bəzi avtomobillərin özlərini bank əməkdaşı və vasitəçi kimi təqdim edən Nihat Teyyubov adlı şəxsin adına sənədləşdirilməsini iddia edib:"“Mən və digər zərərçəkmiş 3 nəfər:İlkin Əsgərov, Fikrət Məhərrəmov və Pənah Hüseynov başımıza gələnlərlə bağlı polisə şikayət etdik.
Bildirdik ki, Nihat Nüsrət oğlu Teyyubov və Etibar Məmmədəli oğlu Aslanov aldatma, etibardan sui-istifadə etməklə özgə əmlakının ələ keçirilməsi niyyəti ilə qabaqcadan əlbir olublar.
Nihat Teyyubov bank əməkdaşlarının köməyindən də istifadə etməklə məni aldadaraq bank tərəfindən hərraca çıxarılmış 10-PL-455 nömrə nişanlı “Hyundai Sonata” və 10-PT-092 nömrə nişanlı “Hyundai Accent” markalı nəqliyyat vasitələrinin alınması ilə bağlı ümumilikdə 32 300 manat məbləğində pulumu ələ keçirib.
Pulu aldıqdan sonra “Hyundai Sonata” markalı nəqliyyat vasitəsini öz adına rəsmiləşdirib.
Daha sonra isə mənim adıma sənədləşdirilməsi üçün 700 manat, sığorta və nömrə üçün 232 manat aldı.
Bundan sonra isə ustalara da müəyyən xərc çəkildikdən sonra 10 dekabr 2023-cü il tarixdə etibarnaməni ləğv etdirərək nəqliyyat vasitəsini apardı”.
Zərər görən İ.Əsgərov (66 300 manat), F.Məhərrəmov (14 000 manat) və P.Hüseynov da eyni məzmunlu əməllə üzləşdiklərini, külli miqdarda pul vermələrinə baxmayaraq, avtomobillərin aldatma yolu ilə onlara təqdim edilmədiyini deyiblər.
Şikayətçilərdən P.Hüseynov bildirib ki, özünü banklardan birinin filial müdiri kimi təqdim etmiş Nihat Teyyubov Bəhruz Şahbazova satılmış avtomobili ona da sataraq 13 150 manat alıb.
Şikayətçilər qarşılaşdıqları hadisə ilə bağlı Səbail Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü (Qabaqcadan əlbir olan şəxslər tərəfindən, xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmə, təkrar dələduzluq etmə) maddələri ilə cinayət işinin açıldığını bildiriblər:"“Etibar Aslanov məsuliyyə...
Həmçinin bizə vurulan zərərin miqdarı qanunla müəyyən edilmiş həddi keçdiyindən onlar barəsində daha ağır maddə - 178.3.2-ci, yəni külli miqdarda dələduzluq etmə maddəsi ilə cinayət açılmalıdır”.
Mövzu ilə bağlı Daxili İşlər Nazirliyinə ünvanlanan sorğuya cavab olaraq qurumun Mətbuat Xidmətinin əməkdaşı, polis baş leytenantı Nurlan Əliyev bildirib ki, vətəndaşların müraciəti əsasında açılmış cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir:"“Ötən il dekabr ayında bir qrup vətəndaş polisə müraciət edərək avt...
Müraciətlər əsasında Səbail RPİ-nin İstintaq şöbəsində araşdırma aparılaraq əməldə dələduzluq cinayətinin tərkib əlamətləri olması müəyyən edildiyindən faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.
Polis əməkdaşları tərəfindən dələduzluq əməlini törətməkdə şübhəli bilinən Etibar Aslanov və Nihat Teyyubov saxlanılıblar.
E.Aslanov barəsində həbs qətimkan, N.Teyyubov barəsində isə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir”.
Azərbaycan HR İnstitutunun təşkilatçılığı, NEQSOL Holding-in baş sponsorluğu, Azersun Holding, Passgage, Enocta, BP, Mega Life, Senswise, Provide Solutions şirkətinin sponsorluğu ilə 28 Fevral tarixində Bakıda ilk dəfə yerli və qlobal şirkətlərin baş icraçı direktorları, insan resursları peşəkarları, dövlət qurumlarını...
Oxu.Az xəbər verir ki, Azərbaycan HR İnstitutunun təsisçisi və direktoru Emil Hüseynov bildirib ki, “World HR Summit 2024” tədbiri Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan 2030:sosial iqtisadi-inkişafa dair növbəti on il ərzində reallaşd...
Dünyanın 160-dan çox ölkəsindən 15 000-dən çox şirkət və 5 000-dən çox üzvün olduğu ən böyük korporativ davamlılıq şəbəkəsi olan “BMT-nin Qlobal Sazişi” tədbirin əsas tərəfdaşıdır.
“Müasir İnsan Resurslarının Atası”, “Business Week” tərəfindən “#1 Menecment Guru”, “Fast Company” tərəfindən biznes üzrə dünyanın ən yaxşı 10 yaradıcı insanından biri, “Forbes”də ən yaxşı 5 “Kouç”, “Thinkers50”də dünyanın ən yaxşı biznes mütəfəkkirlərindən biri kimi tanınan “Dave Ulrich” tədbirin açılış mərasimi və pa...
Tədbirdə yerli və beynəlxalq şirkətlərin insan resursları üzrə baş direktorları, dünyanın aparıcı konsaltinq şirkətlərinin rəhbərləri, dövlət qurumlarının vəzifəli şəxsləri vahid platformada insan resurslarının idarə olunması sahəsində baş verən son yeniliklər və gələcək gözləntilərdən bəhs etmişlər.
Tədbir iştirakçıları qlobal insan resursları trendləri, rəqəmsal insan resursları və süni intellekt, öyrənmə və inkişafın perspektivləri və sairə maraq kəsb edən mövzularla bağlı yeni fikir və təcrübələrə sahib olublar.
Qeyd etmək istəyirik ki, Azərbaycan HR İnstitutu tərəfindən 2022-ci ildə “Baku International HR Forum” və “Baku International CEO Summit”, 2023-cu ildə “Global HR Summit” tədbirləri uğurla həyata keçirilib.
Daha çox foto burada:PhotoStock.az"Könül Cəfərli
Erməni separatçılar işğal dövründə Xocalı rayonunun Malıbəyli kəndinin qəbiristanlığını tamamilə dağıdaraq yer üzündən siliblər.
İşğalçılar məqsədyönlü şəkildə azərbaycanlılara məxsus məzar daşlarını məhv ediblər.
Qəbirlərin başdaşlarını sındırıb, oğurlayaraq aparıb, məzarları isə qazıblar.
Bir çox qəbir daşları isə tanınmaz hala salınıb.
Malıbəyli işğaldan azad ediləndən sonra qəbiristanlıqda bərpa işlərinə başlanılıb, bir neçə başdaşı əvvəlki yerinə qaytarılıb.
Amma məzarların əksəriyyətinin yerini müəyyənləşdirmək mümkün deyil.
Qəbiristanlığı ziyarət edən malıbəylilər doğmalarının məzarlarını tapa bilməyiblər.
Xatırladaq ki, Malıbəyli kəndi 1992-ci il fevralın 11-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu.
Azərbaycan Ordusunun 2023-cü il sentyabrın 19-20-də keçirdiyi antiterror tədbirləri zamanı kənd işğaldan azad edilib.
“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2 8103 nömrəli Bakı-İstanbul reysini yerinə yetirən təyyarəsi Bakı vaxtı ilə saat 11:56-da Ankara şəhərindən Sabiha Gökçen Hava Limanına yola düşüb.
Bu barədə Oxu.Az-a “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat Xidmətindən məlumat verilib.
Xatırladaq ki, Bakıdan İstanbula uçan təyyarə təyinat məntəqəsində əlverişsiz hava şəraiti ilə əlaqədar yerli vaxtla saat 10:39-da Ankarada eniş etmişdi.
11:30"“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2 8103 nömrəli Bakı-İstanbul (Sabiha Gökçen hava limanı) reysini yerinə yetirən hava gəmisinin kapitanı təyinat məntəqəsində əlverişsiz hava şəraiti səbəbindən Ankaradakı beynəlxalq hava limanına enmək qərarına gəlib.
Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat Xidməti məlumat yayıb.
Təyyarə yerli vaxtla saat 10:39-da Ankarada eniş edib.
Sabiha Gökçen hava limanı ətrafında hava şəraiti yaxşılaşdıqdan sonra təyyarə İstanbula yola düşəcək.
Əlavə suallar yarandıqda, sərnişinlər [email protected] elektron poçt ünvanı vasitəsilə çağrı mərkəzinə müraciət edə bilərlər.
Abşeron rayonunda (Bakı-Quba avtomobil yolunun 12-ci kilometrliyi) KIA markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.
Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, avtomobilin qalan hissəsi və yaxınlıqda olan digər avtomobillər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, yanğına səbəb həyətdə qalanan Su çərşənbəsi tonqalı olub.
Belə ki, tonqaldan çıxan alov yaxınlıqdakı avtomobilə keçib.
Hadisə zamanı xəsarət alan olmayıb.
“Yeni çəkilən yerli filmlərimizin heç birini izləmirəm.
Adətən Rusiya filmlərini izləyirəm.
Melodram, real hadisələrdən qaynaqlanan filmləri.
Bir də retro filmlərimizə baxıram.
Düzdür, arabir komediya filmlərini də izləyirəm.
Əvvəlki filmlərdə tərbiyə var idi, insan hisslər üzərində qurulurdu.
Ağızlarına nə gəlir danışırlar, söyüş söyürlər.
Mən köhnə illərlə, o xatirələrlə yaşayıram.
Nə var idisə o illərdə var idi.Söhbət təkcə filmlərdən getmir.
Bu gün ifa olunan bayağı mahnıları da dinləmirəm”"Bunu Moderator.az-a açıqlamasında Əməkdar artist Ruhəngiz Musəvi deyib.
O daha sonra əlavə edib:""“O illərdə çimərlik geyimi ilə filmə çəkilmək də aktrisadan cürət tələb edirdi.
“Baladadaşın ilk məhəbbəti” filmindəki dəniz səhnəsini yəqin ki, hamı izləyib.
Həmin filmə sənət gözü ilə baxırlar.
Heç kim ona pis gözlə baxmayıb.
Bu rola görə tənqidlərə tuş gəlməmişəm.
Əksinə, kim məni yolda görür, deyir ki, sizi bu filmdən sevmişik.
Saf, təmiz məhəbbətdən doğan rolları canlandırmışıq.
Yeniyetmə vaxtlarım idi.İndi efirə də, səhnəyə də az qala çimərlik geyimində çıxırlar.
Bunların hamısı sənət adına ləkədir.
Yaxşıları çıxmaq şərtilə əlbəttə ki...Sənət qalıb kənarda, özlərini səviyyəsiz hərəkətlərlə reklam edirlər.
Hər şeyi açıb-tökürlər, yetər ki, gündəmdə qalsınlar.
Üzr istəyirəm, o vaxt qadın hamilə olanda çəkinərdi, hətta doğmalarından utanardı.
O vəziyyətdə efirə çıxırlar, ərləri də yanlarında.
Bir qalıb ki, uşağın dünyaya gəlmə anını da çəkib göstərsinlər.
Nə məcburdur ki, efirə çıxırsınız?
Allah onsuz da ruzinizi verib də.
Bir az səbriniz olsun, gözünüz doysun.
Əriniz qazanır, uşağınız qazanır.
Sənət olan yerdə bunlar artıq şeylərdir.
O vaxt baldızımın toyunda idim.
Hələ ana olmamışdım, hamilə idim.
Bir az durub oynayan kimi atam deyirdi ki, gəl otur”, - deyə sənətkar bildirib.
Ruhəngiz Musəvi bildirib ki, efirdə yalnız eyni simalar qonaq olur.
Sənətin əlçatmaz vaxtlarını görmüşük.
O vaxtlar hər müğənni efirə çıxa bilməzdi.
İndi toy müğənniləri özlərini efirdə reklam edirlər.
Özünə hörmət edən sənətkar çalışar ki, efirdə az görünsün.
Tamaşaçını, dinləyicini bezdirmək olmaz.
Xoşlamıram tez-tez efirə çıxım.
Nə vaxt efirə baxırsan, eyni müğənniləri görürsən.
Efirə çıxmaqları bir yana, yersiz danışıqları da bir yana.
Mən efirdə özümü əsl qadın kimi aparıram.
Nə var açıb-tökürsünüz, özünüzü hörmətdən salırsınız.
Efir xəstələridir, camaat bezib.
Bir-birlərinə oxşayırlar, elə bil inkubator yumurtasından çıxıblar.
Sənət olmayanda hər şey önə çıxır.
Çox sevinirəm ki, o illərdə sənətə gəlmişəm.