Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
1972-ci ildən peşəkar səhnədəyəm. |
Dövlət televiziyasında bütün kollektivlərin solisti olmuşam. |
Rəşid Behbudov kimi sənətkarla bir səhnəni paylaşmışam. |
1973-cü ildə Almaniyada Gənclərin Ümumdünya festivalında iştirak etmişəm. |
1976-cı ildə dünya səyahətinə çıxan gəmidə “Azərbaycan gözəli” seçilmişəm. |
Mən çıxıb bunları heç danışmıram. |
Ruhəngiz Musəvi tarixdə qalıb və qalacaq. |
Böyük bəstəkarımız Oqtay Kazımi məni “Dan ulduzu” ansamblına, Rəşid Behbudovun Mahnı Teatrına gətirib. |
Çünki o illərdə onun mahnıları konsertlərdə, efirlərdə səslənirdi. |
Onun “Məhəbbətim” mahnısını mən heç vaxt oxumamışam. |
Firuzə İbadova, Aybəniz Haşımova o mahnını çox gözəl ifa ediblər. |
Bütün “Dan ulduzu” ansamblının mahnıları Aybəniz xanımdadır. |
Bu mahnı da “Dan ulduzu” ansamblı ilə ifa olunub. |
Sağ olsun, Aybəniz xanım həmin mahnının minusunu mənə verdi. |
Mən o mahnını yazdırdım, ifa etdim. |
Aybəniz xanım mənə zəng edib dedi ki, Ruhəngiz xanım, o mahnını eşidib deyirlər ki, bu onun cavanlıq səsidir. |
Əslində ifamı bəyənmirdim, Aybəniz xanımın sözləri mənə böyük dəstək oldu. |
Belə mahnıları oxumaq, yaşatmaq lazımdır. |
Ruhəngiz Musəvinin səsi də qalıb, gözəlliyi də. |
Bu yaşımda da təbii gözəlliyimlə bir çoxlarından seçilirəm. |
Bundan artıq mənə heç nə lazım deyil. |
Heç kimin də qabağında əyilmərəm. |
Nə ada görə, nə də şan-şöhrətə görə. |
Sağ olsunlar, “Əməkdar artist” adını veriblər mənə. |
Məni elə xalqın artisti kimi hamı tanıyır”, - deyə müğənni bildirib. |
Ukrayna ordusu fevral ayında uçan naməlum obyekt (UNO) müşahidələri barədə məlumat verib. |
Bu barədə Britaniyanın “Daily Mail” qəzeti Ukrayna Silahlı Qüvvələrinin 406-cı batalyonunun apardığı səs yazısına istinadən yazıb. |
“Tamamilə səssiz disk formalı UNO Ukrayna hərbçiləri tərəfindən kameraya qeydə alınıb”, - deyə nəşrdə bildirilir. |
Qeyd olunur ki, obyekt döyüş zonası üzərində görünüb. |
Məlumata görə, səs yazısı DJI şirkətinin “Mavic” dronu vasitəsilə aparılıb. |
DJI nümayəndəsi nəşrə bildirib ki, şirkət Ukrayna hərbçiləri tərəfindən qeydə alınan obyektin mahiyyətini izah edə bilmir, lakin o, bunun texniki problemlərlə bağlı ola biləcəyini etiraf edib. |
Qeyd edək ki, yanvar ayında ABŞ Konqresi UFO sənədlərinin məxfiliyini ləğv edən qanun layihəsini qəbul edib. |
Geniş müzakirələrdən sonra qəbul edilən qanuna əsasən, son 25 ildə naməlum anomal hadisələr, mənşəyi məlum olmayan texnologiyalar və qeyri-insani intellektlə bağlı sənədləri dərc etmək mümkündür. |
Şamaxıda 16 yaşlı oğlan xəsarət alıb. |
APA-nın Şirvan bürosu xəbər verir ki, hadisə Şamaxı şəhərində baş verib. |
Şamaxı sakini, 2008-ci il təvəllüdlü Qadir Qalib oğlu Sərkərovun yıxılaraq xəsarət aldığı bildirilir. |
Yeniyetmə rayon mərkəzi xəstəxanasına çatdırılıb, onun ağır kəllə-beyin travması aldığı məlum olub. |
Hadisənin hansı səbəbdən və necə baş verdiyi araşdırılır. |
İsmayıllıda iki yük maşınının toqquşması nəticəsində iki nəfər xəsarət alıb. |
APA xəbər verir ki, hadisə nəticəsində 1960-cı il təvəllüdlü Elçin Musa oğlu Mahmudov və 1977-ci il təvəllüdlü, Ucar rayon sakini Hafiz Arif oğlu Babayev ağır bədən xəsarətləri alıblar. |
H.Babayev Bakıdakı özəl xəstəxanalardan birinə aparılıb. |
Faktla bağlı araşdırma aparılır. |
12:32"Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə İsmayıllı rayonu, Qurbanəfəndi kəndi ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub. |
Oxu.Az nazirliyə istinadən xəbər verir ki, daxil olan məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti İsmayıllı Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib. |
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Shacman” və “Isuzu” markalı yük avtomobillərinin toqquşması nəticəsində qəza baş verib və sürücülər deformasiyaya uğramış avtomobillərdə sıxılmış vəziyyətdə qalıblar. |
Yanğınsöndürən-xilasedicilər tərəfindən xüsusi xilasetmə vasitələrindən istifadə olunmaqla avtomobillərdə sıxılmış vəziyyətdə qalan və müxtəlif bədən xəsarətləri alan sürücülər xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib. |
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. |
Milli Məclisin deputatı Vüqar İskəndərov nikah yaşının 17-yə salınması təklifi ilə razılaşmadığını bildirib. |
Fikrimcə, qanunlar bu sahədə daha yaxşı işləməlidir. |
Təbii ki, Milli Məclisin üzərinə də vəzifə düşür. |
Yəqin ki, gələcəkdə qanunlara yenidən baxmalıyıq. |
Erkən nikahların qarşısının alınması məsələsində qanunlar daha sərt olmalıdır”. |
Goranboy rayonunun Goran qəsəbəsində iki avtomobil toqquşub. |
Bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb. |
Bildirilib ki, Bərdə rayon sakini Çingiz Kazımov sürücülük hüququ olmayan tanışına məxsus VAZ-2106 markalı avtomobili idarə edərkən səhhətində yaranan problem səbəbindən həyatını itirib, nəqliyyat vasitəsi isə yolun kənarında dayanan digər “Chevrolet” markalı maşınla toqquşub. |
Sürücünün ürək çatışmazlığından sükan arxasında öldüyü qeyd edilib. |
Qurum səhhətində ciddi problemlər olan sürücülərə müraciət edib:""“Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, təəssüf ki, hələ də səhhətində ciddi problemlər olduğunu bildiyi halda sükan arxasına əyləşən sürücülərə rast gəlinir. |
Baş Dövlət Yol Polisi İdarəsi sadalanan faktların sayının artmaması üçün bir daha səhhətində ciddi problemlər olan sürücülərə müraciət edərək onlardan yaşanmış acı təcrübədən düzgün nəticə çıxarmağı, özlərinin və digər yol hərəkət iştirakçılarının həyat və sağlamlığına biganə qalmamağı xahiş edir”. |
Qeyd olunub ki, cari ilin yanvar ayında Xaçmaz rayon sakini Xəqani Əhmədov da səhhətində yaranan problem səbəbindən avtomobilin sükanı arxasında həyatını itirib, hərəkətdə olan nəqliyyat vasitəsi isə yol kənarındakı maneəyə dəyərək dayanıb. |
X.Əhmədovun da ürək çatışmazlığından əziyyət çəkdiyi bildirilib. |
Fevralın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. |
President.az xəbər verir ki, Almaniya Federativ Respublikasının aparıcı şirkətlərinin rəhbərlərindən ibarət nümayəndə heyətinə Almaniya-Azərbaycan Xarici Ticarət Palatasının icraçı direktoru Tobias Baumann, “Falk” konsaltinq şirkətinin icraçı direktoru Tomas Falk, “Uniper Global Commodities SE” şirkətinin birinci vitse... |
Dövlətimizin başçısı alman iş adamları ilə ötən il Berlində, bu yaxınlarda isə Münhendə keçirdiyi görüşlərini məmnunluqla xatırlayaraq, indi də böyük nümayəndə heyətinin iqtisadi əməkdaşlığın gündəliyinin müzakirəsi üçün Azərbaycana səfər etməsinin önəmini qeyd edib. |
Almaniya Federativ Respublikasının Azərbaycandakı səfiri nümayəndə heyətinin adından İlham Əliyevin yenidən prezident seçildiyi vaxtda qəbula görə minnətdarlığını bildirib. |
Səfir Prezident İlham Əliyevin Münhen səfəri zamanı Almaniya kansleri ilə keçirdiyi görüşlərinin təəssüratı altında olduqlarını deyib. |
O, eyni zamanda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün bu gün Berlində keçirilməsindən məmnunluqlarını ifadə edib və ölkəsinin sülh prosesini konstruktiv şəkildə dəstəklədiyini vurğulayıb. |
Səfir qeyd edib ki, COP29-un keçirildiyi bu ildə sülh müqaviləsinin imzalanmasına nail olmaq üçün bir imkan yaranıb ki, bu da öz növbəsində sabitlik, iqtisadi inkişaf, əmin-amanlıq baxımından çox önəmlidir. |
O, qeyd edib ki, iş adamlarından ibarət böyük nümayəndə heyətinin Azərbaycana səfərinin əsas məqsədlərindən biri də ölkəmizlə əməkdaşlıqda maraqlı olduqlarını nümayiş etdirməkdən ibarətdir. |
Səfir vurğulayıb ki, Azərbaycan Prezidentinin də inauqurasiya çıxışında dediyi kimi iqtisadi, o cümlədən enerji sahəsində transformasiya məsələlərinin gündəlikdə durması əməkdaşlıq üçün böyük imkanlar yaradır. |
Xüsusi olaraq vurğulayıb ki, Almaniya biznes dairələri və şirkətləri bu gündəliyə böyük töhfələrini verməyə hazırdır. |
O, qəbula görə bir daha dövlətimizin başçısına minnətdarlığını bildirərək nümayəndə heyətinin səfərinin əməkdaşlığın genişlənməsi baxımından səmərəli nəticələr verəcəyinə ümidvar olduğunu bildirib. |
Böyük nümayəndə heyətinin Azərbaycana səfərini yüksək qiymətləndirən dövlətimizin başçısı iqtisadi sahənin ikitərəfli münasibətlərimizdə həmişə mühüm rol oynadığını deyərək bunu əlaqələrimizin yaxşı göstəricisi kimi dəyərləndirib. |
Prezident İlham Əliyev keçən il Berlinə səfəri zamanı Almaniya kansleri ilə görüşündə əlaqələrimizin geniş gündəliyinə daxil olan məsələlərinin, o cümlədən iqtisadi əməkdaşlıq məsələlərinin müzakirə olunduğunu qeyd edib. |
Eyni zamanda, kansler Şoltsun təşəbbüsü ilə bu yaxınlarda Münhendə Ermənistanın baş naziri Nikol Paşinyanla keçirilən görüşün sülh prosesinə dinamizm gətirilməsi baxımından önəmini vurğulayıb. |
Bununla yanaşı, Almaniya tərəfinin təklifi ilə xarici işlər nazirləri arasında Berlində görüşün keçirilməsinin də Azərbaycan tərəfindən dəstəkləndiyini qeyd edib. |
Belə ki, Almaniya qonşuluğunda yerləşən, necə deyərlər, alovun üstünə benzin tökən və Ermənistanı öldürücü silahlarla təchiz edən Fransadan fərqli olaraq sülh prosesində neytrallıq nümayiş etdirir. |
“Beynəlxalq hüquq normaları bizim tərəfimizdədir” - deyən Prezident İlham Əliyev vurğulayıb ki, ölkəmizin öz suverenliyi və ərazi bütövlüyünü təmin etməsi ilə bağlı bizi hər hansı günahlandırma cəhdləri tamamilə əsassız və qərəzlidir. |
Azərbaycan öz ərazisini və suverenliyini təmin etməklə bağlı digər ölkələrin atdığı addımlardan fərqli addımlar atmır. |
Dövlətimizin başçısı təəssüf hissi ilə qeyd edib ki, bu gün ikili standartlar bir sıra beynəlxalq institutlar, o cümlədən Avropa İttifaqı üçün adi hala çevrilib. |
Bu baxımdan Jozep Borrelin qeyri-adekvat bəyanatları bizi çox məyus edib. |
Əvvəla, onun bu bəyanatları heç bir reallığı əks etdirmir və beynəlxalq hüququn normalarına ziddir. |
İkincisi, Azərbaycan tərəfi bu bəyanatları ölkəmizə qarşı pərdələnmiş təhdid kimi qiymətləndirir. |
Belə ki, Borrel bildirib ki, Azərbaycan Ermənistana hücum edərsə, bunun acı nəticələrini görəcək. |
Əvvəla, Borrel bu məlumatı haradan alıb ki, Azərbaycan Ermənistana hücum etməyi planlaşdırır? |
Onlar cənab Makronun insinuasiyalarıdır. |
Bütün bunlar Fransanın guya Azərbaycanın Ermənistana hücuma hazırlanması ilə bağlı ölkəmizin demonizə edilməsinə əsaslanan anti-Azərbaycan siyasətinin bir hissəsidir. |
Ermənistanla sərhəddə son dəfə 2023-cü ilin sentyabrında ciddi gərginləşmədən sonra bu ilin fevralınadək olan dövrdə sərhəddə vəziyyət sakit idi.Lakin fevral ayında erməni snayperi Azərbaycan əsgərini ağır yaraladıqdan sonra biz buna vaxtında adekvat və dəqiq cavab verməli olduq. |
Bizim bu cavab bir neçə dəqiqə çəkdi və Ermənistanın bunu dərk etməsinə kifayət etdi ki, azərbaycanlıların öldürülməsi cəhdi cəzasız qalmayacaq və dediyim kimi, ötən ilin sentyabrından bu hadisə istisna olmaqla sərhəddə sakitçilik hökm sürür. |
Deməli, cənab Borrel və cənab Makron bu informasiyanı reallıqdan deyil, öz xəyallarından götürürlər. |
Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan sülh prosesinə sadiqdir. |
Məhz, biz ikinci Qarabağ müharibəsi başa çatdıqdan sonra sülh danışıqları təşəbbüsü ilə çıxış etdik. |
Əslində, biz sülh yolu ilə həllin beş əsas prinsipini işləyib hazırladıq və sülh müqaviləsinin mətninin layihəsini təqdim etdik. |
Beləliklə, biz əgər sülh istəmiriksə, niyə bunların hamısını hazırlamışıq?! |
Dövlətimizin başçısı vurğulayıb ki, Azərbaycan əraziləri 30 il Ermənistanın işğalı altında olub. |
Ermənilər torpaqlarımızın 20 faizini işğal edərək, həmin əraziləri dağıdıblar, o vaxt 1 milyona yaxın soydaşımız məcburi köçkün vəziyyətinə düşdü. |
Torpaqlarımızı işğal altında saxlayan Ermənistan bu müddətdə BMT TŞ-nın məlum qətnamələrinə, beynəlxalq hüquq normalarına, o cümlədən humanitar normalara məhəl qoymadı. |
İki gün əvvəl ildönümünü qeyd etdiyimiz Xocalı soyqırımını törətdilər. |
İndi isə biz suverenliyimizi və ərazi bütövlüyümüzü bərpa etdikdən və Qarabağda separatizm yuvasını dağıtdıqdan sonra hücumlara məruz qalmışıq. |
Biz Makron, Borrel və onlar kimi digər insanlar tərəfindən günahlandırılırıq. |
Ukraynanı götürək:Ukrayna öz ərazi bütövlüyünü bərpa etmək istəyir. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.