Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Almaniya və digər ölkələr Ukraynaya silahlar göndərir. |
Siz hamınız bəyan edirsiniz ki, Ukrayna öz ərazi bütövlüyünü təmin etməlidir. |
Məgər, bu məsələ Ukrayna məsələsindən daha az önəmlidir? |
Əfsuslar olsun ki, biz Cənubi Qafqazda ayrıca xətlərin qurulması cəhdlərini görürük. |
Bununla bağlı Azərbaycanda bir çox insanlar belə düşünürlər ki, Avropa institutları tərəfindən Cənubi Qafqazda Gürcüstan və Ermənistanı çox yaxın qəbul etdikləri, Azərbaycanın isə demonizə edildiyi bir şəraitdə yeganə çıxış yolu bizim İslam dinimizdir. |
Mən demirəm ki, bu mənim şəxsi fikrimdir, insanların çoxu belə düşünür. |
Biz öz ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdikdən sonra Avropa Şurası Parlament Assambleyası Azərbaycan nümayəndə heyətinin səs hüququndan məhrum edilməsi barədə qərar qəbul edir. |
Əfsuslar olsun ki, bu qərar Almaniya parlamentinin üzvünün təşəbbüsü ilə qəbul olunub və o şəxs kansler Şoltsun rəhbərlik etdiyi partiyanın üzvüdür. |
Bu ikili standart deyilmi, yoxsa bizimlə aparılan bir oyundur?! |
Almaniya kansleri qərəzsizlik nümayiş etdirir və onun bəyanatları və fəaliyyəti bunu əks etdirir. |
Onun rəhbərlik etdiyi partiyanın üzvü isə AŞPA-da iki qeyri-xristian ölkəsindən biri olan Azərbaycanı uzaqlaşdırmaq istəyir və bunu nümayişkarcasına və məqsədyönlü şəkildə edir. |
Bildiyiniz kimi, biz bu qurumun sessiyalarında iştirak etməmək qərarına gəlmişik. |
Çünki, əgər bizim öz mövqeyimizi bildirmək hüququmuz yoxdursa, nəyə görə biz orada olmalıyıq. |
Prezident İlham Əliyev bildirib ki, əgər bir il ərzində nümayəndə heyətimizin hüquqları bərpa olunmazsa, biz Avropa Şurasından tamamilə çıxmağımız barədə məsələyə ciddi şəkildə baxa bilərik. |
Dövlətimizin başçısı bir məsələni də təəssüf hissi ilə qeyd edib ki, Almaniya mətbuatında Azərbaycan guya azadlıqların təmin olunmadığı, insanların öz fikirlərinə görə həbs olunduğu, diktaturanın hökm sürdüyü despotik bir ölkə kimi təqdim edilir. |
“Bu, tamamilə yalandır və mən bundan təəssüf hissi keçirirəm” deyən Prezident İlham Əliyev bunu həmin yazıların müəlliflərinin özlərinin də yaxşı bildiyini vurğulayıb və qeyd edib ki, Azərbaycanda bir neçə ildir fəaliyyət göstərən Almaniya səfiri də ölkəmizdə gedən proseslərin şahididir. |
Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan haqqında bilərəkdən çox mənfi təəssürat yaradılır. |
Dövlətimizin başçısı deyib:""“Bütün bunlar bizim həyata keçirdiyimiz işlərə mane ola bilərmi?! |
Biz istər ərazi bütövlüyünün bərpası, istər iqtisadi gündəliyimizlə bağlı öz xalqımızın, ölkəmizin rifahı naminə işlər görürük”. |
Azərbaycanın özünü təmin edən ölkə olduğunu qeyd edən dövlətimizin başçısı bildirib ki, ölkəmizdə gedən proseslər və həyata keçirilən işlər Azərbaycanın normal həyatını təmin edir. |
Kimsə bizim inkişafımıza töhfə vermək istəyirsə, biz minnətdar olarıq. |
Bu olmazsa, biz yenə də təəssüflənməyəcəyik. |
Sovet dövründə 70 il ölkəmizin dövlətçilikdən məhrum olduğunu deyən Prezident İlham Əliyev qeyd edib ki, 1991-ci ildə Azərbaycan öz müstəqilliyini yenicə bərpa etdiyi vaxtda Ermənistanın ölkəmizə qarşı təcavüzü ilə üzləşdi və müstəqilliyin bərpasından dörd ay sonra ermənilər Xocalı soyqırımını törətdilər. |
Şəhərləri və yüzlərlə kəndlərimizi işğal etdilər, oraları dağıtdılar. |
30 illik bir müddətdə özlərini beynəlxalq birlik adlandıran Fransa, ABŞ və Rusiya - həmsədrlər ədalətin bərpa olunması üçün heç bir addım atmadılar. |
Biz isə öz torpaqlarımızı azad etməyə başlayanda bu üç ölkə bizə təzyiqlər göstərməyə başladı. |
Hər biri bizi öz yolumuzdan döndərmək üçün müxtəlif alətlərdən istifadə etdilər. |
Onlar istəmirdilər ki, biz öz torpaqlarımızı azad edək. |
Ötən ilin sentyabrında biz separatizmə son qoyduğumuz zaman onlar yenə də səhv etdilər. |
Onların bəziləri indi də səhv edirlər. |
Mən ABŞ və Fransanı nəzərdə tuturam. |
Düşünürəm ki, Rusiya indi nəyin baş verdiyini yaxşı anlayır və yeni reallıqları qəbul edir. |
ABŞ və Fransa da eyni cür hərəkət etməlidirlər. |
Əks təqdirdə, vəziyyət onların planlaşdırdığı kimi olmayacaq. |
Bu ölkələr Cənubi Qafqazda buranın aparıcı ölkəsi, iqtisadiyyatı, ordusu, geniş beynəlxalq əlaqələri olan Azərbaycan ilə işləməlidirlər. |
Almaniyanın ölkəmizdəki səfiri verilən məlumatlara görə dövlətimizin başçısına minnətdarlığını bildirib və qeyd edib ki, həqiqətən ölkəmiz haqqında təəssüratlara malik olmaq üçün buradakı prosesləri öz gözləri ilə görmək vacibdir və elə nümayəndə heyətinin səfərinin məqsədlərindən biri də bundan ibarətdir. |
Mixael Harms Münhendəki görüşdən az müddət sonra yenidən Azərbaycan Prezidentinin qəbulundan şərəf hissi keçirdiklərini bildirib və buna görə minnətdarlığını ifadə edib. |
Qonaq ölkəmizə infrastruktur, sənaye, kənd təsərrüfatı, bank və maliyyə, alternativ enerji və digər sahələrlə məşğul olan 40-dan artıq şirkətin rəhbəri və nümayəndələri ilə gəldiklərini vurğulayaraq Azərbaycanda səmərəli görüşlər keçirdiklərini bildirib. |
O, müzakirələr zamanı belə bir nəticəyə gəldiklərini qeyd edib ki, Azərbaycan iqtisadi islahatlarla bağlı böyük işlər həyata keçirir. |
Digər nəticə bundan ibarətdir ki, ölkələrimizin yalnız ənənəvi enerji sektorunda deyil, başqa sahələrdə də əməkdaşlıq üçün yaxşı imkanları var. |
O, vurğulayıb ki, Almaniya biznes dairələri Azərbaycanın Cənubi Qafqazda sülh proseslərinə sadiqliyini yüksək qiymətləndirir və bu da öz növbəsində bütün regionda müsbət inkişafın əsasını qoya bilər. |
Görüşdə iqtisadi əlaqələrin perspektivləri, o cümlədən energetika, birgə layihələr, investisiya və digər sahələrdə əməkdaşlıqla məsələlər ətrafında fikir mübadiləsi aparılıb. |
12:01"Fevralın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. |
President.az xəbər verir ki, Almaniya Federativ Respublikasının aparıcı şirkətlərinin rəhbərlərindən ibarət nümayəndə heyətinə Almaniya-Azərbaycan Xarici Ticarət Palatasının icraçı direktoru Tobias Baumann, “Falk” konsaltinq şirkətinin icraçı direktoru Tomas Falk, “Uniper Global Commodities SE” şirkətinin birinci vitse... |
İranda “Etemad” qəzetinin jurnalisti və ictimai fəal Səba Azərpeyk iki il müddətinə həbs cəzasına məhkum edilib. |
Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər yayıb. |
Məlumata görə, o, sosial şəbəkələrdə yalan xəbərlər yaymaq, böhtan atmaq və təhdid etməkdə ittiham edilib. |
Bildirilib ki, qadın jurnalistə iki il həbs cəzası ilə yanaşı, iki il müddətinə sosial şəbəkədən istifadəyə qadağa da qoyulub. |
Qeyd edək ki, İran parlamentinin bir neçə üzvü, o cümlədən Həsən Ruhaninin prezidentliyi dövründə İranın keçmiş sənaye, mədən və ticarət naziri Əlirza Rəzm Hüseyni jurnalist Səba Azərpeyk barəsində məhkəməyə şikayət ediblər. |
Rusiyanın İrkutsk şəhərinin keçmiş meri Viktor Kondraşov sosial şəbəkə istifadəçilərinin diqqətini cəlb etməkdən ötrü maraqlı yola əl atıb. |
Belə ki, sabiq mer donmuş Baykal gölündə limuzində drift edərək videonu internetdə paylaşıb. |
O, görüntüləri özünün “Instagram” hesabında paylaşıb. |
Tanınmış prodüser Təranə Səmədova və onunla birgə məhkum edilmiş Rasim Həsənov hökmdən narazıdırlar. |
“Qafqazinfo”nun məlumatına görə, müttəhimlərin vəkilləri müvəkkilləri haqda ittihamedici hökmdən apellyasiya şikayəti veriblər. |
Şikayət ərizəsində xanım prodüser və tanışının özlərini təqsirsiz hesab etdikləri qeyd edilərək, bəraət qərarı çıxarılması xahiş edilib. |
Şikayətlərə Bakı Apellyasiya Məhkəməsində baxılır. |
Xatırladaq ki, Təranə Səmədova və Rasim Həsənov ötən ilin fevralında həbs olunub. |
Onlar birgə hədə-qorxu ilə tələb etməkdə ittiham ediliblər. |
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə T.Səmədova 6 il, R.Həsənov isə 7 il müddətə azadlıqdan məhrum edilib. |
Fevral ayının 26-da saat 19:40-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində külli miqdarda narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb. |
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində xidməti ərazidən ümumi çəkisi 42 kiloqram 550 qram narkotik vasitə (41 kq 535 qr marixuana; 1 kq 015 qr metafetamin) aşkar olunaraq götürülüb. |
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir. |
Hindistan Hərbi Dəniz Qüvvələri (HDQ) 3,3 ton narkotik daşıyan gəmini ələ keçirib. |
Məlumata görə, bu ölkə tarixində ən böyük narkotik müsadirələrindən biri olub. |
“Hindistan HDQ Narkotiklərə Nəzarət Bürosu ilə birgə əməliyyatda təxminən 3300 kiloqram qaçaqmal daşıyan şübhəli gəmini ələ keçirib”, - deyə məlumatda qeyd olunur. |
Gəminin heyəti saxlanılaraq hüquq-mühafizə orqanlarına təhvil verilib. |
Saxlanılan 5 nəfərin İran və ya Pakistan vətəndaşları olduğu güman edilir, onların üzərində heç bir sənəd tapılmayıb. |
Rusiyanın “Rostex” Milli Sanitar Aviasiya Xidməti Dyatlov aşırımında koronavirus infeksiyasından sağalmaq istəyən bir şəxsi xilas edib. |
Bu barədə dövlət korporasiyasının saytında məlumat verilib. |
Rusiya sakini Dyatlov aşırımına qalxıb və bunun onu xəstəlikdən xilas edəcəyinə inanıb. |
Lakin bu zaman ürəyində problemlər yaranıb və xilasetmə qrupları hadisə yerinə uçmalı olublar. |
“Ural sərt bölgədir, turistlər arasında məşhurdur. |
Bundan əlavə, burada çatılması çətin olan çox sayda yaşayış məntəqələri var. |
Keçən il helikopterlər vasitəsilə 600-dən çox insanın həyatı xilas edilib”, - deyə Milli Sanitar Aviasiya Xidmətinin Sverdlovsk vilayəti üzrə nümayəndəsi Petr Eqovsev bildirib. |
Qeyd edək ki, 65 il əvvəl, 1959-cu il fevralın 2-nə keçən gecə, subpolyar Ural ərazisində iki dağ arasındakı aşırımda tələbə İqor Dyatlovun rəhbərlik etdiyi Ural Politexnik İnstitutunun turist qrupunun doqquz üzvü həlak olub. |
Onların axtarışları bir neçə həftə çəkib, ölümləri ilə bağlı cinayət işindəki bir sıra qəribəliklər isə məsələni tapmacaya çevirib və sirlilik qatıb. |
Aşırım ölən turist qrupunun şərəfinə Dyatlov aşırımı adlandırılıb. |
Faciə ilə bağlı 78 versiya ortaya çıxıb ki, həmçinin qar insanlarının hücumu, Mərkəzi Kəşfiyyat İdarəsinin agentlərinin hiylələri və kosmosdan gələn yadplanetlilərin hücumu kimi fikirlər irəli sürülüb. |
Ötən ilin sentyabr ayında Quba rayonu ərazisində 23 yaşlı İnci Səfərlinin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı açılmış cinayət işi üzrə hökm oxunub. |
“Qafqazinfo” xəbər verir ki, qəzanı törədən sürücü, 22 yaşlı Nihat Nəsirov Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilib. |
Quba Rayon Məhkəməsində keçirilən prosesdə bildirilib ki, hadisə vaxtı N.Nəsirov avtomobili yüksək sürətlə idarə edirmiş. |
Belə ki, Abşeron rayonu Məmmədli qəsəbəsində yaşayan Nihat Bakıda akademik M.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzində tibb bacısı işləyən İncini sevirmiş və onlar evlənmək qərarına gəliblər. |
Lakin qızın ailəsi bu izdivaca razı olmayıb və onu Quba rayonu Təngəaltı kəndində yaşayan qohumlarının evinə göndəriblər. |
Hadisə də Nihat dostu İlhamla birgə Qubaya gedib İncini qaçırarkən baş verib. |
İnci Səfərlinin anası məhkəmədəki ifadəsində bildirib ki, Nihatın ailəsi hadisədən 1 ay əvvəl onunla əlaqə saxlayıb:""“Qızım Topçubaşov adına xəstəxanada tibb bacısı işləyirdi. |
2023-cü ilin iyununda mənə Nihat adlı şəxsdən xoşunun gəlməsini bildirmişdi. |
Bundan bir ay sonra Nihatın anası zəng edərək onların münasibətləri barədə bildirdi. |
Oğlanın anasına bu işdən xəbərimin olduğunu, lakin Nihatın heç yerdə işləmədiyini, işə düzələcəyi halda elçi gələ biləcəklərini dedim. |
Avqustun 23-ü qızımı Qubaya göndərdik. |
Sentyabrın 5-i gecə saat 3-də hadisə baş verib. |
Nihatla bağlı heç bir şikayət və tələbim yoxdur”. |
Qəzada xəsarət almış Nihatın dostu İlham Kərimov bildirib ki, hadisə zamanı İncinin qohumları onları təqib edirmiş:""“Sentyabrın 4-ü axşam saatlarında Bakıda dostum Nihat Nəsirovla görüşdük. |
Nihat İnci adlı qızla münasibətləri olduğunu, lakin qarşı tərəfin valideynlərinin narazı olduğunu dedi. |
Bir qədər sonra Nihat İncini Quba rayonundan qaçırmağı təklif etdi. |
İnci “WhatsApp”la olduğu yerin məkan məlumatını göndərdikdən sonra Nihatın idarə etdiyi “Hyundai Matrix” markalı avtomobillə Qubaya getdik. |
Təngəaltı kəndinə çatdıqdan sonra İncinin olduğu məhəllədə dayandıq. |
Bu zaman tanımadığımız şəxs avtomobilə yaxınlaşaraq dayanmağımızın səbəbini soruşdu. |
Nihat həmin şəxsə nişanlısı İncini aparması üçün gəldiyini bildirdi. |
Həmin şəxs onlardan uzaqlaşaraq divarın dibində oturdu, bir qədər sonra İnci evdən çıxaraq gəlib maşına əyləşdi. |
Biz yola düşdükdən sonra adını bilmədiyimiz həmin şəxs öz avtomobili ilə bizi təqib etməyə başladı. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.