Search is not available for this dataset
text
stringlengths
10
518k
Almaniyanın Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində danışıqların təşkilində göstərdiyi dəstəyə və təşəbbüsə görə təşəkkür bildirilib.
Nazir Ceyhun Bayramov ölkəmizin normallaşma və sülh gündəliyinin irəlilədilməsində qərarlı olduğu bildirilib.
Buna baxmayaraq, beş aya yaxın sürən sabitliyin Ermənistan tərəfindən pozulmasının sülh prosesinə zərbə vurmaq məqsədi daşıdığını diqqətə çatdırıb.
Bununla yanaşı, Ermənistanın Konstitusiyasında və qanunvericiliyində, siyasi və hüquqi proseslərdə ölkəmizə qarşı irəli sürülən ərazi iddialarını, qeyri-konstruktiv mövqe və ritorikasını davam etdirməsinin qəbuledilməz olduğu vurğulanıb.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
17:16"Almaniyaya işgüzar səfər çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov alman həmkarı Annalena Berbok ilə görüşüb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkəsində məlumat verilib.
Bildirilir ki, nazirlər ölkələr arasında bir sıra sahələrdə əlaqələrin inkişaf perspektivləri, eləcə də Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesini müzakirə ediblər.
Within the working visit to Germany Foreign Minister @Bayramov_Jeyhun had a bilateral meeting with Minister @ABaerbock.
The Ministers exchanged views on the prospects for development of relations between the countries in a number of areas, as well as 🇦🇿-🇦🇲normalization process.
SOCAR-ın “Qaz İxrac” İdarəsinə məxsus “Ucar-Zərdab” yüksəktəzyiqli magistral qaz kəmərinin korroziyaya uğramış hissəsinin dəyişdirilməsi məqsədilə yeni çəkilmiş diametri 325 mm-lik yüksəktəzyiqli qaz kəmərinin qaz nəqli sisteminə birləşdirilməsi nəzərdə tutulub.
“Azəriqaz”dan verilən məlumata görə, bununla əlaqədar 29.02.2024-cü il saat 09:00-dan işlər başa çatanadək “Lək 1-ci xətt”, “Zərdab”, “Ucar Pambıq emalı zavodu” və “Zərdab asfalt beton zavodu” ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.
Həmçinin “Ucar” qaz ölçü qovşağından qidalanan Ucar şəhərini və rayonun 20 kəndini təbii qazla təmin edən qaz təchizatı şəbəkəsində müxtəlif diametrli qaz xətlərində “Təmiz Qaz” QSC tərəfindən aşkar olunmuş qaz sızmalarının ləğvi və qaz tənzimləyici qurğuların baypas xətləri üzərində olan siyirtmələrinin təmiri ilə bağ...
Təmir-quraşdırma işləri aparılan müddətdə Zərdab və Ucar rayonlarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
“10 yaşlı uşağı görəndə özümə hakim ola bilməməyimin səbəbi əvvəllər həbsxanada kişi məhbuslarla tez-tez cinsi əlaqədə olmağımdır”.
Lent.az-ın xəbərinə görə, bu sözləri məhkəmə qarşısında 14 yaşına çatmayan şəxsə qarşı seksual və əxlaqsız hərəkətlər etməkdə təqsirləndirilən İ.Q (ad şərtidir) deyib.
Məlum hadisə 2022-ci ilin mayın 2-də Sumqayıt şəhərində qeydə alınıb.
Belə ki, 2012-ci il təvəllüdlü S.Ə tanımadığı kişi cinsli şəxs tərəfindən aldadılaraq orada yerləşən birmərtəbəli tikilinin sanitar qovşağına salınıb.
Daha sonra, həmin kişi azyaşlıya qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib.
S.Ə müqavimət göstərməyə çalışsa da, əhəmiyyətsiz olub.
Hadisədən xəbər tutan valideynlər Sumqayıt şəhər polis idarəsinə müraciət ediblər, şikayətçi olublar.
Aparılan araşdırmalar nəticəsində 1968-ci il təvəllüdlü İ.Q hadisəni törətməkdə şübhəli bilinib.
Məlum olub ki, həmin şəxs əvvəllər müxtəlif cinayətlərə görə 4 dəfə həbs edilib.
Təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxsə qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmə) maddəsi ilə cinayət işi açılıb.
Məhkəmə istintaqına Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Fəhmin Hümbətovun sədrliyi ilə baxılıb.
Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs İ.Q-ya ifadə vermək üçün şərait yaradılıb.
Lakin o, törətdiyi əməldə özünü təqsirli bilərək, ifadə verməkdən imtina edib.
Eyni zamanda, istintaqda verdiyi ifadəsini təsdiq edib.
Onun istintaqdakı ifadəsi məhkəmə zalında elan olunub.
Təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsindən məlum olur ki, Sumqayıt şəhərində yataqxananın həyətində gəzərkən bir neçə oğlan uşağının oynadığını görüb:""“Onlardan aralıda təxminən 10-12 yaşlı bir oğlan uşağı vardı.
Adının sonradan S.Ə olduğunu bildim.
Həmin vaxt baxanda ehtiras hissi yarandı.
Ona görə də, ona yaxınlaşıb guya ətrafda yaşayan qonşunu çağırmağını xahiş etdim.
Daha sonra onu aldatmaq üçün “gəl bura, sənə bir şey göstərəcəyəm” dedim.
İstəmədiyi üçün qarşı çıxdı, müqavimət göstərməyə başladı.
Ona görə də, onun qarın nahiyəsindən bir necə dəfə yumruqla vurdum.
Müqavimətini qırdıqdan sonra cinsi ehtirasıma qarşı gələ bilmədim.
Seksual xarakterli hərəkətlər etdim.
Onu da eynisini etməyə məcbur etdim”.
O, ifadəsində törətdiyi əməldən peşman olduğunu, hərəkətinin düzgün olmadığını anladığını bildirib.
Qanunla cəzasını tam çəkməyə hazır olduğunu vurğulayıb.
Təqsirləndirilən şəxs bu əməli törətməyinin səbəbini də açıqlayıb.
Onun sözlərinə görə, bu istəyin onda yaranma səbəbi əvvəllər cəzaçəkmə müəssisələrində olduğu zaman kişi məhbuslarla tez-tez cinsi əlaqədə olmağı imiş.
Həmin vaxtda o, S.-nı görəndə qəfildən ehtiraslanıb və özü ilə bacara bilməyib.
Daha sonra, məhkəmədə ifadə verən uşağın atası bildirib ki, törətdiyi hadisəni oğlum heç kimə deməsin deyə ona qəpiklər verib:""“İşdə idim.
Həyat yoldaşım zəng edib uşağın üzündə xəsarət izləri olduğunu bildirdi.
Bu izlər zərbə izlərinə bənzəyirdi.
Oğlumdan bu barədə soruşanda orta yaşlı bir kişinin ona ünvan göstərərək, həmin ünvanda yaşayan bir şəxsi çağırmağını istədiyini, lakin aldatdığını dedi.
Sonra oğlumu yarımtikiliyə salaraq ona qarşı seksual xarakterli hərəkətlər edib.
Daha sonra uşağa bir neçə qəpik verərək, qarşılığında baş verənləri heç kimə deməməyini istəyib.
Oğlum qəpikləri götürməkdən imtina edib.
Buna görə də, uşağa yenə zərbələr endirib”.
Məhkəmə-psixoloji ekspertizasının rəyinə əsasən, təqsirləndirilən şəxsdə hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmayıb.
Sonda məhkəmənin yekun qərarı ilə İ.Q 13 il müddətində azadlıqdan məhrum edilib.
O, azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Kimya üzrə dosent Con Svirkin rəhbərlik etdiyi Bingemton Universitetinin alimləri müəyyən ediblər ki, tatuaj mürəkkəblərinin 90%-də etiketdə qeyd olunmayan maddələr var.
Onların bəziləri sağlamlıq üçün təhlükəli ola bilər.
Tədqiqatda kimyaçılar altı rəngdə 54 növ tatuaj mürəkkəbini təhlil edib, onların qeyd olunmuş və faktiki tərkiblərini müqayisə ediblər.
Müasir spektroskopiya üsullarından istifadə edərək alimlər müəyyən ediblər ki, 54 boyadan 45-i (yəni 90%) üçün etiketdəki tərkib həqiqi ilə üst-üstə düşmür.
Xüsusilə, nümunələrin yarısından çoxunda polietilen qlikol, təkrar istifadə zamanı daxili orqanların işini poza bilən bir maddə (məsələn, böyrək nekrozuna səbəb olur) var.
Bəzi boyalarda da propilen qlikol aşkar edilib ki, bu da orqanizmdə toplana, allergik reaksiyalara səbəb ola və irinli prosesin yaranmasına gətirib çıxarır.
Tədqiqatçılar ümid edirlər ki, onların kəşfi tatuaj mürəkkəblərinin markalanmasına nəzarəti yaxşılaşdıracaq və salonlarında göstərilən xidmətlərin keyfiyyətini artıracaq.
“Ukrayna Prezidenti Volodimir Zelenskinin İrəvana səfəri ilk növbədə Ermənistan və Ukraynanın diplomatik idarələri tərəfindən təsdiqlənməlidir”.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə “News.ru”nun Zelenskinin İrəvana səfəri ehtimalı ilə bağlı sualını cavablandırarkən deyib.
“İlk növbədə, iki dövlət buna münasibət bildirməlidir.
Bizim Kiyevə qarşı mövqeyimizi Ermənistan müttəfiq kimi yaxşı bilir”, - deyə o vurğulayıb.
Xatırladaq ki, fevralın 23-də Ermənistan mediası Zelenskinin Ermənistana səfərinə hazırlıq barədə məlumat yayıb.
“Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyanın guya bu ölkədə dövlət çevrilişinə çağırışları ilə bağlı dediyi sözlərin heç bir əsası yoxdur, Moskva heç vaxt belə şeyə hətta eyham belə vurmayıb”.
Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə söyləyib.
Diplomat qeyd edib ki, Rusiya rəsmiləri heç vaxt qanuni yolla seçilmiş hakimiyyəti devirməyə çağırış etməyiblər.
Zaxarovanın sözlərinə görə, Rusiya tərəfi həm İrəvanın indiki hakimiyyətinə, həm İrəvanın əvvəlki hakimiyyətlərinə, həm də ümumiyyətlə, istənilən suveren dövlətə münasibətdə oxşar yanaşma nümayiş etdirib.
UEFA “Qarabağ”a ciddi xəbərdarlıq edib.
Qol.az-ın xəbərinə görə, Avropa Liqasının pley-off mərhələsinin “Qarabağ” - “Braqa” cavab oyununda azərbaycanlı bloqerlərin qaydalara zidd şəkildə stadiondan çəkilişlər aparması və ümumi çəkiliş qaydalarını pozması UEFA-nın Ağdam təmsilçisinə ciddi xəbərdarlıq etməsinə səbəb olub.
Bu barədə məlumatı “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Anar Hacıyev də təsdiq edib.
O, bəzi bloqerlərin fotoqraf akkreditasiyası alaraq videoçəkilişlər etməsinə görə belə hal yaşandığını söyləyib:""“UEFA-nın sırf meydankənarı, yəni, qapıarxası çəkiliş standartları var.
O ərazi yalnız fotoqraflar üçün nəzərdə tutulub.
Son oyunlarda belə hal müşahidə etdik ki, bizdən fotoqraf akkreditasiyası alırlar, telefon çəkilişləri, videoçəkilişlər edirlər.
UEFA-nın sırf media hüquqlarına sahib şirkətlərlə bağlı çox ciddi yanaşması var.
Çəkiliş hüququ sadəcə media hüquqlarına sahib şirkətlərə məxsusdur.
Kənar hər hansı bir şəxs, televiziya və ya şirkət oyundan görüntülər çəkib onu yayımlamaq hüququna sahib deyil.
Hətta klubun özü belə, 24 saat ərzində sosial şəbəkə hesabında, saytında, televiziyasında belə görüntülər yayımlaya bilməz”.
A.Hacıyev söyləyib ki, UEFA məsələ ilə əlaqədar “Qarabağ”a ciddi xəbərdarlıq edib, lakin klub cərimələnməyib:""“Bəzi xəbərdarlıqlar oldu.
Digər tərəfdən də fəaliyyətin göstərilməsi ilə də bağlı bəzi problemlər var.
Çəkilişlər aparan şəxslər müəyyən ərazidən kənara çıxmamalıdırlar.
Onların konkret fəaliyyət ərazisi var.
Sırf son matçda onların tez-tez bu ərazini tərk etməkləri, hətta qol anında meydana daxil olmaqları UEFA tərəfindən ciddi qayda pozuntusu kimi qeydə alınıb, bizə bu barədə xəbərdarlıq olunub.
İnşallah, cərimələnmərik, UEFA hansısa bir halı nəzərə alar, cərimə etməz.
Lakin sırf UEFA tərəfindən “Qarabağ” - “Braqa” oyununa təyin olunmuş nümayəndələr matçdan sonra bizə ciddi xəbərdarlıq etdilər.
Bu halın təkrarlanmaması ilə əlaqədar ciddi xəbərdarlıqlar oldu”.
A.Hacıyev qeyd edib ki, Avroliqanın 1/8 final mərhələsində “Bayer”ə qarşı keçirəcəkləri ev oyunu üçün akkreditasiya məsələlərinə daha diqqətli və ciddi yanaşacaqlar:""“Budəfəki akkreditasiya dövründə bu məsələləri nəzərə alacağıq.
Yalnız işini ciddi görən, sırf iş prosesimizə mane olmayan media nümayəndələrinə akkreditasiya verəcəyik”.
Qeyd edək ki, “Qarabağ” “Braqa”nı iki oyunun cəmində məğlub edərək (ilk matç - 4:2, cavab oyunu - 2:3) Avropa Liqasının 1/8 final mərhələsinə adlayıb.
Komanda bu mərhələdə “Bayer”lə qarşılaşacaq.
Ağdam təmsilçisi ilk görüşünü martın 7-də Bakıda, cavab oyununu isə martın 14-də Leverkuzendə keçirəcək.
FIFA referisi Fəridə Lütfəliyeva beynəlxalq yoldaşlıq oyununa təyinat alıb.
Bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) saytında xəbər verilib.
Bildirilir ki, o, bu gün Türkiyənin Antalya şəhərində yerləşən “Atatürk” Olimpiya Stadionunda keçiriləcək qadın futbolçulardan ibarət Türkiyə - Rumıniya yoldaşlıq görüşünün baş hakimi olacaq.
Ona Sevda Nuriyeva və Gülnurə Əkbərzadə kömək edəcəklər.
Dördüncü hakim funksiyasını isə türkiyəli Cansu Tiryaki yerinə yetirəcək.
“Ali təhsil müəssisələrində dövlət imtahanlarının ləğv olunması tələbələri semestr imtahanlarında daha yaxşı nəticələr əldə etməyə yönəldəcək”.