Search is not available for this dataset
text
stringlengths
10
518k
KTMT-dən çıxmaq qərarı yoxdur, amma biz bunu istisna etmirik.
Bizim cəmiyyət də bu barədə danışır, belə bir tələb irəli sürür”, - deyə Simonyan bildirib.
Tehranda yaşayan jurnalist Kimiya (Zəhra) Fəthizadəyə İran hökumətinin Məhkəmə Sistemi tərəfindən altı ay həbs cəzası verilib.
Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər yayıb.
Məlumata görə, o, hökumət və rəsmilərin imicini zədələmək məqsədilə sosial şəbəkələrdə yalan məlumatlar yaymaqda ittiham edilib.
Qeyd olunub ki, qadın jurnalistin peşə fəaliyyətinə iki illik qadağa qoyulub.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Türkiyənin “TYÖ Yatırım” şirkətinin təsisçisi Yasin Öztürk ilə Azərbaycanda natrium sianid istehsalı layihəsini müzakirə edib.
Bunu nazir “X” sosial şəbəkəsindəki hesabında bildirib.
“Dağ-mədən sənayesində mühüm xammal sayılan natrium sianidin ölkəmizdə istehsalı üçün mövcud resursları və layihənin perspektivlərini nəzərdən keçirdik”, - deyə o qeyd edib.
Türkiyənin “TYÖ Yatırım” şirkətinin təsisçisi Yasin Öztürk ilə keçirdiyimiz görüşdə ölkəmizdə natrium sianid istehsalı layihəsini müzakirə etdik.
Dağ-mədən #sənaye-sində mühüm xammal sayılan natrium sianidin ölkəmizdə istehsalı üçün mövcud resursları və layihənin perspektivlərini… pic.twitter.com/fAlfxGvvsm
Bakıda kişi avtomobil yolunun ortası ilə gəzərək nəqliyyatın hərəkətinə çətinlik yaradıb.
Oxu.Az xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkələrdə paylaşılıb.
İlkin ehtimallara görə, həmin şəxsin psixi sağlamlıq durumu yerində deyil.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı İbrahim Əmiraslanlı Oxu.Az-a açıqlamasında bildirib ki, yayılan videogörüntülərdən məlumatlıdırlar:""“Məlum görüntülər aidiyyəti üzrə tərəfimizdən araşdırılır”.
“Hesab edirəm ki, ümumtəhsil müəssisələrində imtahanların sayı çoxdur”.
Oxu.Az-ın məlumatına görə, bunu elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə bildirib.
Nazir bildirib ki, hazırda imtahanların sayının azaldılması müzakirə mərhələsindədir.
Dünyaca məşhur səyahət və qastronomiya bələdçisi “TasteAtlas” tərəfindən dünyanın ən yaxşı qastronomiya şəhərlərinin siyahısı tərtib olunub.
Siyahıda Türkiyənin Qaziantep şəhəri də ilk 10-luqda yer alıb.
Qastronomiya sahəsində YUNESKO-nun qeydiyyatına alınan Qaziantep 99 növ xüsusi yeməyi ilə diqqət mərkəzinə düşüb.
Siyahıya həmçinin İndoneziyanın Bandunq, Yaponiyanın Tokio, İtaliyanın Turin, Çinin Honq-Konq, Yaponiyanın Oksaka, Avstriyanın Vyana, İtaliyanın Neapol, Boloniya və Roma şəhərləri də daxil edilib.
“Fransa terrorun əsas dəstəkçisidir”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aydın şəhərində keçirdiyi mitinqdə deyib.
O, Türkiyəni istədikləri kimi idarə etmək istəyən imperialist güclər olduğunu deyib, həm daxili, həm də xarici təhdidlərlə mübarizə apardıqlarını vurğulayıb.
“Bir tərəfdən görürsən, Fransanın məşhur “Lafarge” şirkəti Suriyada mağaralar tikib.
Təəssüf ki, Fransa terrorun əsas dəstəkçisi oldu.
Şimali Suriyada “Lafarge”ın bütün sığınacaqlarını məhv etdik”, - deyə o, bildirib.
Bakıda peşə məktəbinin həyəti tullantı poliqonuna çevrilib.
Bu barədə Oxu.Az-ın redaksiyasına ünvanlanan şikayətdə qeyd edilib.
Vətəndaş iddia edib ki, söhbət paytaxtın Xətai rayonu, Cavanşir küçəsi, 10A ünvanından gedir.
Orada yerləşən 1 nömrəli peşə məktəbinin yataqxanasının həyəti acınacaqlı vəziyyətə düşüb.
Redaksiyaya göndərilən kadrlar məişət tullantıları poliqonundan mənzərəni xatırladır.
Məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq.
İcra hakimiyyətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, qurumun dəstəyi ilə Turizm və Sosial Xidmətlər Dövlət Bakı Peşə Təhsili Mərkəzi və Xətai Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin əməkdaşları tərəfindən sözügedən ərazi məişət tullantılarından təmizlənib.
Türkiyənin ən çox qazanan aktrisalarından olan Hande Erçel Fransanın paytaxtında stili ilə gündəm olub.
Paris Moda Həftəsinə qatılan aktrisa bu münasibətlə dərin dekolteli qara mini kombinezonda olub.
Erçel tədbirlə bağlı özünün sosial şəbəkə hesabından paylaşım edib.
Qeyd edək ki, zərifliyi və şux görünüşü ilə göz qamaşdıran aktrisanın görünüşü sosial şəbəkə istifadəçiləri tərəfindən də yüksək qiymətləndirilib.
“Həkimlərin müayinəsindən sonra Olavio Juninyonun zədəsinin o qədər də ciddi olmadığı müəyyənləşib”.
“Sabah komandanın istirahət günüdür.
O, “Neftçi” ilə oyuna qədər həkim nəzarətində olacaq.
Həmin görüşdə iştirak edib-etməyəcəyi bir gün əvvəl məşq prosesində bilinəcək”, - A.Hacıyev vurğulayıb.
Qeyd edək ki, qarşılaşma “Qarabağ”ın 4:0 hesablı qələbəsi ilə bitib.
Juninyo ilk hissənin sonlarına yaxın zədələndiyi üçün əvəzlənib.
“Köhlən atlar” XXV turda “Neftçi”nin qonağı olacaq.
Martın 3-dəki matç saat 19:00-da başlayacaq.
Avropa İttifaqının (Aİ) sözdə ciddi qurumlarından hesab olunan Avropa Parlamenti növbəti dəfə Azərbaycana qarşı qərəz nümayiş etdirərək sanksiyaların tətbiqinə çağırışdan bəhs edən qətnamə qəbul edib.
Erməni lobbisinə yarınmaq üçün ermənidən çox ermənilik edən təşkilat ərazi bütövlüyünü və suverenliyini bərpa edən Bakını hədəf alan kampaniyasını davam etdirir.
Bu qurum bölgədə sülh və əmin-amanlığa rəvac vermək əvəzinə erməni lobbisinin, eləcə də Fransanın təzyiqləri ilə hərbi əməliyyatların yenidən bərpasına çalışır.
Prezident İlham Əliyev fevralın 28-də Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən bu çirkin kampaniyanı aparanları növbəti dəfə ifşa edib.
Onların məqsəd və hədəflərini adbaad səsləndirən dövlət başçısı vurğulayıb ki, bu gün ikili standartlar bir sıra beynəlxalq institutlar, o cümlədən Avropa İttifaqı üçün adi hala çevrilib.
Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini təmin edib və bununla bağlı digər ölkələrin atdığı addımlardan fərqli addımlar atmır.
Dövlətimizin başçısı təəssüf hissi ilə qeyd edib ki, Aİ-nin, daha dəqiq ifadə etsək, Fransanın qeyri-adekvat bəyanatları heç bir reallığı əks etdirmir və beynəlxalq hüququn normalarına ziddir.
Digər tərəfdən, Berlində Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında danışıqlar getdiyi bir ərəfədə belə bir qətnamənin qəbulu bir daha Avropa Parlamentinin nə qədər qeyri-ciddi bir qurum olduğunu göstərir.
Qəbul edilən qətnamənin arxasında çirkin və qərəzli maraqlar gizlənir.
Bunları aşağıdakı kimi xarakterizə etmək olar:"""Avropa Parlamentinin canfəşanlığının tək və əsas səbəblərindən biri seçkilərdir.
İyunda quruma kritik seçkilər keçiriləcək.
Qalib gəlmək, yenidən deputat olmaq uğrunda mübarizə qızışacaq.
Erməni lobbisinin maliyyəsi isə hər zaman seçki prosesində rol oynayıb.
Onlarla erməni lobbisi arasında vasitəçilik edən şəxs isə yenə erməniəsilli Kaspar Karapetyan seçilib.
Brüsseldə yaşayan 80 yaşlı bu şəxsin adı çirkli pulların yuyulması, şübhəli maliyyə əməliyyatlarından tutmuş müxtəlif neqativ məsələlərdə çəkilir.
Onun Yunanıstan vətəndaşı olmasına baxmayaraq, öz fəaliyyəti üçün Avropa siyasətinin mərkəzi olan Brüsseli seçməsi də təsadüfi deyil.
Ermənilərin Qərb dünyasındakı “kassası” rolunu oynayan bu adamın adı Avropa Parlamenti tarixinin bəlkə də ən qalmaqallı korrupsiya faktında çəkilir.
Uzun illər amerikalı senatorlarla, qərbli parlamentarilərlə görüşlər keçirib, bu görüşlərdən dərhal sonra işğal altında olan Azərbaycan torpaqlarına qeyri-qanuni səfərlərin təşkilatçısı olub.
Azərbaycanın Qarabağda qazandığı böyük zəfərdən sonra Karapetyan “bəlkə də qaytardılar” ümidi ilə qabağa düşüb.
Hətta bir dəfə etiraf edib ki, erməni diasporunun fəaliyyəti üçün bir gecədə 3 milyon 800 min avro vəsait toplayıb.
Bu “transmilli cinayətkar” həm də bir çox bölgələrdə silah və narkotik ticarəti ilə məşğuldur.
Bir çox hesabatlarda K.Karapetyanın biznesinin məhz narkotik üzərində qurulduğu əks olunub.
Avropa Parlamentinin deputatlarına verilən rüşvətin mənbəyi də odur.
Ona görə də Azərbaycanın bu cür cinayətkar qrupların felinə düşən Aİ-dən ədalətli mövqe gözləməyinə dəyməz.
İki il bundan əvvəl Avropa Parlamentində baş verən korrupsiya qalmaqalında adıkeçən qurumun sədr müavini, yunan mənşəli Yeva Kailinin də Karapetyanla sıx əlaqələri var idi.Keçmiş vitse-prezidentin erməni lobbisinin “dirijor çubuğu” ilə fəaliyyət göstərdiyini təsdiqləyən faktlar var.
Kaspar Karapetyan brilyant biznesindən qazandığı çirkli pullarla Avropa Parlamentinin deputatlarını yemləyib.
İndi bunlar durub ədalətdən, Qarabağdan könüllü çıxan ermənilərin hüquqlarının qorunmasından dəm vurur.
Digər bir məsələ ondan ibarətdir ki, Kaspar Karapetyanın sədri olduğu Ədalət və Demokratiya uğrunda Ümumavropa Erməni Federasiyası (EAFJD) Avropa İttifaqı-Ermənistan dostluq qrupu ilə sıx bağlıdır.
K.Karapetyan Avropa Parlamentinin bir sıra deputatlarını sözün əsl mənasında lobbi tərəfindən idarə edildiyinə dair təkzibolunmaz faktlar var.
Görünür, Karapetyanın qazandığı çirkli pullar bəzi deputatların gözlərini qamaşdırır.
Odur ki, Ermənistanın və erməni lobbisinin “konyak diplomatiyası”ndan gen-bol faydalanan Avropa Parlamentinin Azərbaycana “öyüd-nəsihət” verməyə mənəvi haqqı yoxdur.
K.Karapetyanın digər fəaliyyəti ekstremist yunan və erməni təşkilatlarında fəal iştirakı ilə bağlıdır.
Gəncliyini erməni terrorizminin qalası hesab olunan Beyrutda keçirən bu şəxsin ASALA terror təşkilatı ilə yaxın münasibətləri olub.
Onun səsi tez-tez Yaxın Şərq ölkələrindən, Pakistandan, ən qızğın münaqişə ocaqlarından gəlib.
Qısası, Karapetyan hər zaman “şeytanın barmağı” rolunda olub.
Təsadüfi deyil ki, Yunanıstanda anadan olan bu şəxsin üç vətəndaşlığı var - Yunanıstan, Lüksemburq və Ermənistan.
Beləliklə, qeyd olunan faktlar bir daha göstərir ki, Qərb üçün əsas dəyər heç də xalqların sülh və əmin-amanlıq şəraitində yaşaması deyil.
Avropa Parlamentinin Azərbaycanla bağlı səs verdiyi son kağız parçası da bunun təsdiqdir.
Populizm və demaqogiyanı əlində rəhbər tutan, sülhə və sabitliyə xidmət etməyən sənədləri, açıqlamaları dövriyyəyə buraxmaqla özlərinə siyasi kapital qazanmağa çalışan avropalı siyasətçilər müəyyən dairələrin onlar üçün nəzərdə tutduğu “alət” rolunu inamla oynamaqda israrlıdırlar.
Ermənistanın rəsmi bəyanatları ilə eynilik təşkil edən həmin məqamlara nəzər yetirdikdə bu sənədin də erməni lobbisinin təsiri və diktəsi altında hazırlandığı özünü aydın şəkildə büruzə verir.
Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşovun birinci müavini Möhübbət Babayev vəzifədən azad olunub.
Qaynarinfo.az xəbər verir ki, Möhübbət Babayev yaşa görə təqaüdə göndərilib.
Hazırda Lənkəran ŞİH başçısının birinci müavini ilə yanaşı başçının müavini - Şəhər təsərrüfatı şöbəsinin müdiri vəzifəsi də boşdur.
Qeyd edək ki, M.Babayev 2017-ci ildə icra başçısının birinci müavini təyin edilmişdi.
29 fevral 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə yola düşüb.
Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun Antalya Diplomatiya Forumunda iştirakı, “Türk dünyasında institusionallaşma:21-ci əsrdə Türk Dövlətləri Təşkilatı” panelində çıxışı, eləcə də çoxsaylı ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.
Xətai rayonu, Əhmədli qəsəbəsində parklanma məsələlərinə yenidən “parkovşik”lərin baxacaqları iddia olunur.
Bu barədə Oxu.Az-a sürücülər tərəfindən məlumat verilib:""“Əhmədlidə, mağazanın qarşısında avtomobil saxlayanda “parkovşik” bir ay sonra parklanmaya özlərinin baxacağını dedi”.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanladıq.
AYNA-nın mətbuat katibi Tural Orucov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, ötən ilin avqust ayından Bakı şəhərinin inzibati ərazisində dövlət avtomobil yollarında təşkil edilmiş parklanma yerləri Nazirlər Kabinetinin müvafiq qərarı ilə yeni qaydalar əsasında idarə olunur:"""“Bu mövzuya müraciət edən KİV nümayəndələrinin şayiələrə deyil, dövlət orqanına və müvafiq hüquqi aktlara istinad etmələri tövsiyə olunur”.
“Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşündən tezliklə nəticə gözləmək sadəlövhlük olar”.
Onun sözlərinə görə, nazirlər arasında keçirilən görüşdə hansısa ciddi irəliləyişə nail oluna bilər, amma bu barədə geniş ictimaiyyətə bir az gec məlumat veriləcək:""“Çünki irəliləyiş varsa, sülh müqaviləsinin imzalanma mərhələsinə çatdığı təsəvvürünün formalaşması üçün üzərində xeyli iş görülməlidir.