Search is not available for this dataset
text
stringlengths
10
518k
Torpaqları işğal altında olan da regional və qlobal əhəmiyyətli layihələrin reallaşmasında iştirak edib.
Bir sıra hallarda onun müəllifi olub.
44 günlük müharibə başa çatandan sonra “3+3” formatda əməkdaşlıq təklifi də Azərbaycanın regional və qlobal təhlükəsizlik, sülhə töhfə vermək istəyinin göstəricisidir.
Odur ki, Cənubi Qafqazda müharibəni təbliğ edənlər, onu regiona yenidən sırımaq istəyənlər məğlub tərəf, işğalçılar, revanşistlər, onların Fransa kimi havadarlarıdır.
Təəssüf ki, Avropa İttifaqının müxtəlif qurumlarında rəsmi Parisin müharibəyə təhrik havasına oynayanlar da tapılır.
Yelisey sarayı Avropa İttifaqı bayrağı altında Azərbaycana qarşı çirkli, hiyləgər istəyini gizlətməyə çalışır.
Ancaq ittifaq təkcə Fransadan ibarət deyil.
Bu gündən etibarən “Telegram” kanallarının müəllifləri reklam gəlirlərinin yarısını almağa başlayacaqlar.
Bu barədə mesencerin təsisçisi Pavel Durov şəxsi bloqunda danışıb.
Onun sözlərinə görə, ödənişlər TON blokçeyni və “toncoin” kriptovalyutası vasitəsilə həyata keçiriləcək.
“Mart ayında “Telegram” reklam platforması 100-ə yaxın yeni ölkədə rəsmi olaraq bütün reklamçılar üçün açılacaq.
Bu ölkələrdəki kanal sahibləri “Telegram”ın öz kanallarında reklam göstərməkdən əldə etdiyi istənilən gəlirin 50%-ni almağa başlayacaqlar”, - deyə Durov yazıb.
Bildirilir ki, kanal sahibləri bu pulla nə edəcəyini özləri seçəcəklər - onu nağdlaşdırmaq da olacaq, kanalları tanıtmaq və modernləşdirmək üçün yenidən investisiya etmək də.
Qeyd edək ki, “Telegram” kanallarının aylıq trafiki 1 trilyon baxış təşkil edir.
Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov və aparıcı Alidə Mustafayevanın ötən gün toyu baş tutub.
Axşam.az xəbər verir ki, şəhər restoranlarının birində keçirilən məclisdə aparıcılar, şou-biznes nümayəndələri, incəsənət xadimləri iştirak ediblər.
Məclisdən qonaqlar fotolar videolar paylaşıblar.
Amma gəlin və bəylə foto çəkdirən olmayıb.
Belə ki, toyda qonaqlara gəlin və bəyin fotosunun paylaşılmaması ciddi şəkildə tapşırılıb.
Hətta bunun üçün xüsusi mühafizəçilər də tutulub.
Qeyd edək ki, Seymur Orucov İqtisad Universitetinin sabiq rektoru və keçmiş deputat Şəmsəddin Hacıyevin qızı Çeşmi Hacıyeva ilə ailəli olub.
Onun bu nikahdan dörd övladı var.
Alidə Mustafayeva ATV, ANS TV və İTV-də çalışıb.
Hazırda isə “AzTV”də aparıcıdır, eyni zamanda “Aztelekom” MMC və “Baktelecom” MMC-nin mətbuat katibi vəzifəsində çalışır.
“Növbəti iki il ərzində müəllimləri sertifikasiya imtahanından keçirməklə onların maaşını artırmağa çalışacağıq.
Bununla biz müəllimlərin məktəblərdə ödənişli əsasla repetitorluq etməsinin qarşısını alacağıq”.
Oxu.Az-ın məlumatına görə, bunu elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, müəllim təhsil verdiyi sinfin şagirdinə repetitorluq etməməlidir:""“Bu, mənəvi cəhətdən düzgün deyil.
Amma müəllim normal olaraq dərsdən sonra şagirdi ilə məşğul ola bilər”.
“Bakı metrosunda gediş haqqının artırılması barədə müzakirələr aparılmır”.
O, eyni zamanda bu il Bakıya yeni metro vaqonlarının gətiriləcəyini deyib:""“Yeni vaqonların alınması üçün müqavilələr imzalanıb.
Onların gətirilməsi üçün işlər görülür.
Hədəfimiz 65 yeni vaqonun Bakıya gətirilməsidir”.
“Nə vaxt anlaşma olsa, yayımlamağa başlayacağıq”.
“Yarışı yayımlamaq üçün bizdən nə asılıdırsa, onu da edirik.
Amma hər şey yayımçı şirkətdən asılıdır.
Bizdən asılı olanları zamanında etmişik.
Yaxın günlərdə qeyri-müəyyənlik aradan qaldırılacaq”, - deyə R.Binnətli qeyd edib.
Qeyd edək ki, hazırda “Formula-1” üzrə Bəhreyn Qran-prisi start götürüb.
Bu gün iki sərbəst yürüş gerçəkləşəcək.
Rusiyanın Sankt-Peterburq şəhərinin limanında “Ermak” buzqıran gəmisi yanır.
Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Məlumata görə, gəmi hazırda istismarda deyil.
İlkin ehtimallara görə, yanğın birinci göyərtədəki anbar otağında başlayıb.
Yanğın zamanı xəsarət alan olmayıb.
Hazırda hadisə yerində aidiyyəti qurumların əməkdaşları işləyirlər.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Rusiyada “Pantsir-S1” zenit-raket kompleksi hərəkətdə olarkən aşıb.
Hadisə anı küçəyə quraşdırılan müşahidə kamerası tərəfindən qeydə alınıb.
Məlumata görə, hadisə bu gün Soçi şəhərində Mamayka çayı üzərindəki körpünün yaxınlığında baş verib.
Kadrlardan görünür ki, yol polisi tərəfindən müşayiət olunan maşın yolayrıcında dönərkən sürücü idarəetməni itirib və nəqliyyat vasitəsi aşıb.
Hadisə zamanı xəsarət alanın olmadığı vurğulanıb.
ICESCO yaxın aylarda Azərbaycanın azad edilən ərazilərinə yeni missiya göndərəcək.
Diplomat xatırladıb ki, ICESCO azad olunmuş ərazilərdə Azərbaycanın mədəni irsinin vəziyyətinin öyrənilməsi ilə bağlı beynəlxalq ekspertlərdən ibarət ilk missiyanı 2022-ci ildə göndərib:""“Müharibə vaxtında azad olunmuş ərazilərdə yerləşən mədəni irsimizlə bağlı ekspertlərin hazırladıqları hesabat hazırda beynəlxalq məhkəmələr tərəfindən öyrənilir və ona istinadlar edilir.
2023-cü ilin sentyabrda keçirilmiş antiterror tədbirlərdən sonra ICESCO tərəfindən ikinci missiyanın bölgəyə göndərilməsi ilə bağlı müraciət olunub və yaxın aylarda beynəlxalq ekspertlərdən ibarət ikinci missiya bu bölgəyə səfər edəcək”.
Nizami Rayon Polis İdarəsinin (RPİ) 25-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində evlərdən oğurluq edən paytaxt sakini əvvəllər məhkum olunmuş 1996-cı il təvəllüdlü Vüsal Məmmədov saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, araşdırma zamanı onun rayon ərazisində 6 evdən pul və digər qiymətli əşyalar oğurladığı məlum olub.
Faktlarla bağlı 25-ci Polis Şöbəsində araşdırmalar aparılır.
Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə polisə məlumat verə bilərlər.
Son günlər şiddətli şaxtaların müşahidə olunduğu Türkiyənin Ardahan şəhərində havanın temperaturu mənfi 34 dərəcəyə enib.
Bu səbəbdən regiondan keçən Kür çayının bəzi hissələri donub, küçəyə çıxan sakinlərin hətta kirpikləri buz bağlayıb.
Bununla bağlı sosial şəbəkələrdə maraqlı kadrlar paylaşılıb.
Sakinlər son onilliklər ərazində ilk dəfə belə soyuqlara şahid olduqlarını bildiriblər.
Bakının Yasamal rayonunda “Köhnə ətçilər” deyilən ərazi var.
Bura paytaxtın ən ucuz kababxanalarının məkanı kimi tanınır.
Əgər əksər qida obyektlərində kababın bir şişinə 5-8 manat verilirsə, buradakı, əsasən, məcburi köçkünlərə məxsus olan kafelərdə bu qiymət 4-5 manat civarındadır.
Vizual antisanitariya şəraiti buraya kabab yemək üçün axışanların iştahasına təsir göstərmir.
Ötən gün axşam saatlarından başlayaraq Yasamal Rayon İcra Hakimiyyəti və digər əlaqədar qurumların əməkdaşları əraziyə gəlib, orada fəaliyyət göstərən kafe-kababxanaları sökməyə başlayıblar.
Məsələ ilə bağlı Oxu.Az-ın əməkdaşları “Köhnə ətçilər” kimi tanınan əraziyə, Məhəmməd Xiyabani küçəsinə baş çəkiblər.
Ərazidə söküntü işləri davam edir, artıq “Ətçilər”dən əsər-əlamət qalmayıb.
İllərdir, burada çörək qazandıqlarını deyirlər.
Hətta buranın yeganə gəlir yeri olduğunu dilə gətirənlər də az deyil.
Bəziləri isə bankdan kredit götürərək bu işə yatırdıqlarını deyirlər.
Yasamal Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəhbəri Vüsal Hüseynov Oxu.Az-a açıqlamasında bildirir ki, ərazidə uzun illərdir antisanitar vəziyyət baş alıb gedir:"""“Haqlı narazılıqlar, şikayətlər var.
Obyektlərin qarşısındakı artırmalar, kababxanalar ərazidə piyadaların gediş-gəlişinə mane olur.
Tüstü qoxusundan şikayət edirlər.
Ərazidə təmizləmə işləri aparılır.
Artırmalar sökülür, obyektlərin sökülməsi ilə bağlı məlumat yoxdur”.
Antisanitariya şəraitinə uzun illər niyə göz yumulduğu soruşulanda isə V.Hüseynov bildirir ki, 30 il ərzində burada fəaliyyət göstərən məcburi köçkünlərə güzəşt ediblər, ancaq artıq torpaqlarımız düşmən tapdağından azad olunub:""“Məcburi köçkünlər mərhələli şəkildə doğma torpaqlarına geri qayıdırlar.
Onlar torpaqlarına qayıtdıqdan sonra artıq burada onların fəaliyyətinə ehtiyac qalmayacaq”.
Kababxanası sökülən, Füzuli rayonundan məcburi köçkün Zöhrab Cəfərov qeyd edir ki, öncədən onlara heç bir xəbərdarlıq edilməyib:"""“1993-cü ildən biz burada işləyirik.
Hər obyektin 18-20 nəfər işçisi var.
Məcburi köçkün, şəhid ailəsi üzləri burada işləyib, evlərinə çörək pulu aparırlar.
Bu gün heç bir xəbərdarlıq olunmadı.
Suyumuzu kəsib, obyektlərimizi dağıdıblar.
Avadanlıqlarımızı küçəyə töküblər.
Özümüz də, işçilərimiz də pis vəziyyətdəyik.
Xəbərdarlıq olunsaydı, bilərdik.
Tabe olmamaq kimi niyyətimiz yoxdur”.
Qeyd edək ki, M.Xiyabani küçəsində fəaliyyət göstərən kafelər, əsasən, Füzuli və Cəbrayıl rayonundan olan məcburi köçkünlər tərəfindən inşa edilərək fəaliyyət göstərirdi.
Daha çox foto burada:PhotoStock.az"Nəzrin Vahid
“Siniflər üzrə iş dəftərlərinin ödənişsiz əldə edilməsi üzərində iş aparılır”.
Oxu.Az-ın məlumatına görə, bunu elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə bildirib.
Nazir bildirib ki, dərslərə uyğun iş dəftərləri üzərində işləmək lazımdır:""“Lakin sinifdə üç nəfərdə iş dəftəri olanda, beşində olmayanda nəticə olmur.
İş dəftərlərinin dövlət büdcəsi və ya hansısa sponsorlar tərəfindən maliyyələşdirilməsi üzərində iş aparırıq”.
“Ermənistan hakimiyyəti xarici siyasət vektorunu dəyişmir, İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaq qərarında deyil”.
Bu sözləri Ermənistan parlamentinin spikeri Alen Simonyan brifinq zamanı deyib.
“Hər hansı bir vektorun və ya buna bənzər bir şeyin dəyişdirilməsindən söhbət getmirdi.
Biz Ermənistanı təhdid edə biləcək təhlükələri azaltmaq üçün nə etməli olduğumuzu müzakirə edirik.