Search is not available for this dataset
text
stringlengths 10
518k
|
|---|
Məlum olduğu kimi, uzun müddətdir Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirilmirdi.
|
Bu görüş də xeyli fasilədən sonra baş tutdu.
|
Əvvəlcədən iki ölkənin sülh təklifləri onlayn şəkildə müzakirə olundu.
|
İndi isə nazirlərin görüşü bütün məsələlərin üzərindən keçib təsdiqlənməyə imkan verəcək.
|
İstənilən halda sülh müqaviləsini Prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan imzalamalıdır”.
|
F.Hüseynəliyev xatırladıb ki, Qranada görüşünə Azərbaycan tərəfi qatılmamışdı:""“Bunun səbəbini açıq şəkildə bəyan etmişdik.
|
Masada Fransa var idi və bu dövlət özünü vasitəçi kimi sırımaq istədiyindən Prezident İlham Əliyev Qranadaya getmədi.
|
Azərbaycan tərəfi bildirdi ki, Fransa varsa, Türkiyə də olsun.
|
Buna digər iştirakçılar, həmçinin Ermənistan etiraz etmişdi.
|
Ona görə də Azərbaycan Qranada görüşünə qatılmadı və heç bir bəyanata imza atmadı.
|
Paşinyanın Qranada görüşünə istinad etməsi havadarlarına mesaj, cəmiyyəti sakitləşdirmək cəhdidir.
|
Nikol demək istəyir ki, Fransa əvəzinə Almaniya olsa da, Qranada xəttini davam etdirir.
|
Amma görünür ki, Almaniya sırf məkan olaraq seçilib.
|
Almaniyanın xarici işlər naziri müzakirələrdə iştirak etmir.
|
Sonradan naharda hansısa söhbətlər aparıla bilər, amma faktiki Azərbaycan və Ermənistanın müzakirəsinə almaniyalı nazir qatılmadı”.
|
Agentlik direktoru Prezident İlham Əliyevin fevralın 28-də Almaniyadan gələn böyük bir nümayəndə heyətini qəbul etdiyini xatırladaraq görüşdə önəmli mesajlar verildiyini söyləyib:""“Almaniya digər ölkələrə nisbətən neytral vasitəçi ola biləcəyini göstərdi.
|
Parisdən fərqli olaraq, Berlin Ermənistanı silahlandırmır, buna yönəlik addımlar atmır.
|
Almaniya ilə bundan əvvəl də sıx əlaqələrimiz mövcud idi.İqtisadi və siyasi əməkdaşlığımız yüksək səviyyədə olub.
|
Amma Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan əleyhinə çıxış edən deputatlardan biri elə alman idi.Həmin deputat Almaniya kansleri Olaf Şoltsun rəhbərlik etdiyi partiyanın üzvüdür.
|
Almaniya ilk növbədə buna aydınlıq gətirməlidir.
|
Biz aydınlaşdırmalıyıq ki, AŞPA-da səsləndirilən fikirlər Almaniyanın ümumi xəttidir, yoxsa hansısa deputatın fərdi mövqeyidir?
|
Prezident İlham Əliyev də qeyd etdi ki, əgər bir il ərzində nümayəndə heyətimizin hüquqları AŞPA-da bərpa olunmazsa, biz Avropa Şurasından tamamilə çıxmağımız barədə məsələyə ciddi şəkildə baxa bilərik.
|
Almaniya ilə aydınlaşdırılmalı proseslərin bu yöndə olduğunu düşünürəm.
|
Yəni, AŞPA-dakı çıxışlardan sonra rəsmi Berlinin mövqeyi Azərbaycana qarşı yönələ bilərmi?
|
Yoxsa həmin mərhələni unudub, gələcəyə baxırıqmı?”.
|
Sədərək Rayon Mədəniyyət Şöbəsinin müdiri vəzifəsindən azad olunub.
|
Bununla bağlı Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri vəzifəsinin müvəqqəti icraçısı, nazir müavini Həsən Seyidov əmr imzalayıb.
|
Əmrə əsasən, Sədərək Rayon Mədəniyyət Şöbəsinin müdiri Rəşad Vilayət oğlu İsmayılov işdən azad olunub.
|
Sədərək Rayon Mədəniyyət Şöbəsinin müdiri vəzifəsinin icrası müvəqqəti olaraq şöbənin məsləhətçisi Məhəmməd Eldar oğlu Seyidova həvalə edilib.
|
“Avroparlament neokolonizmi himayə edən yeganə parlamentar təsisatdır”.
|
Deputat bildirib ki, Avropa Parlamentinin Azərbaycana qarşı sanksiyalara çağırışı, qəbul etdiyi qətnamə heç bir təsir gücünə və hüquqi əhəmiyyətə malik deyil, yalnız təsisatın özünün əsl mahiyyətini ifşa edir.
|
Onun sözlərinə görə, təsis sənədinə əsasən, xalqların demokratik siyasi iradəsini təmsil etməli olan Avroparlament bu gün faktiki olaraq korrupsiya məqsədləri üçün alətə çevrilib:“Avropa İttifaqının (Aİ) məkanın özünün kifayət qədər problemləri olduğu halda, beynəlxalq hüququn prinsiplərinə zidd olaraq üzv olmayan bir dövlətin daxili işinə burnunu soxmaq cəhdi də məhz bu niyyətlərdən irəli gəlir.
|
Daha dəqiq desək, Avroparlament muzdlu hücum ruporu rolu oynayır və sifariş əsasında hədəflər müəyyən edir.
|
Bu mənada, təşkilatın qətllər, terror aktları sifarişləri qəbul edən muzdlu terror təşkilatlarından heç bir fərqi yoxdur.
|
Sadəcə Avroparlamentin fəaliyyəti siyasi terrorda ehtiva olunur.
|
Artıq sirr deyil ki, Azərbaycana qarşı fəaliyyətdə aktivlik göstərən deputatlar qrupu isə sifarişi bir qayda olaraq Brüsseldə yaşayan erməni əsilli mafioz - brilyant alverçisi Kaspar Karapetyandan və Fransanın xüsusi xidmət orqanlarından alır”.
|
“Təsadüfi deyil ki, Azərbaycana qarşı çıxan deputatlar bundan əvvəl də Avropa Parlamentində eyni mövqedən çıxış edən insanlardır.
|
Ötən dövrün təcrübəsi göstərir ki, sifarişçilər xüsusi dönəmlərdə, o cümlədən seçkilər ərəfəsində daha da fəallaşır.
|
Hazırda da Avroparlamentə seçkilərə hazırlıq gedir və Avropa Birliyinə üzv olan 27 dövlətin özündə həllini gözləyən çoxsaylı məsələlər fonunda Azərbaycana qarşı çağırışların yenidən vüsət alması bu reallığı bir daha üzə çıxarır”,- deputat qeyd edib.
|
Milli Məclisin üzvü əlavə edib ki, Avroparlamentin əsaslandığı arqumentlərə gəlincə, Prezident İlham Əliyevin Almaniya biznes nümayəndələrini qəbul edərkən bildirdiyi kimi, “Onlar cənab Makronun insinuasiyalarıdır”:“Azərbaycanın Avropa Parlamenti qarşısında heç bir siyasi-hüquqi öhdəliyi olmadığı halda müxtəlif adlar və bəhanələrlə bizə hücum xristian ittifaqı olan Avroparlamentin xaç yürüşüdür.
|
Reallıqda isə Avropa Parlamenti və Avropa İttifaqının çoxsaylı rəsmiləri üçün faktiki olaraq dəyər anlayışı qalmayıb.
|
Məsələn, Rusiyaya açıq düşmənçilik ritorikası sürdürən Avropa Parlamenti və Avropa İttifaqı Rusiya brilyantlarının emalından milyardlar qazanmaqda davam edən Karapetyanı heç bir sanksiyaya məruz qoymur.
|
Səbəb çox sadədir, Karapetyan özü qazanmaqla bərabər bu korrupsiya yuvasını da yemləyir”.
|
B.Məhərrəmov vurğulayıb ki, yaxud XXI əsrdə dünyanın müstəmləkəçiliyi rədd etdiyi bir dönəmdə Avroparlament yeganə parlamentar təsisatdır ki, neokolonizmi himayə edir:“Belə ki, təsisat “Avropadan kənarda yerləşən, amma Avropa İttifaqına daxil olan xüsusi ərazilər” adı altında 5-i Fransanın olmaqla, 10 müstəmləkədə mövqelərin qorunması üçün heç bir təcavüzkar tədbirdən çəkinmir.
|
Yaxud Avropanın mərkəzində - Korsikada Fransanın açıq formada törətdiyi etnik cinayətlərə Avroparlament, ümumiyyətlə, sükutla yanaşır.
|
Yəni bu qədər mənəvi-siyasi aşınmaya məruz qalan, satılmış bir təşkilatın beynəlxalq hüququn aliliyini təkbaşına təmin etmiş Azərbaycanla bağlı nə siyasi, nə hüquqi, nə də mənəvi olaraq söz haqqı yoxdur, ola da bilməz”.
|
Bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır.
|
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) verilən xəbərə görə, sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində Bakı-Biləsuvar, Bakı-Göyçay, Bakı-Oğuz, Bakı-Gəncə, Bakı-Ağcabədi, Bakı-Kürdəmir, Bakı-Qazax, Bakı-İmişli, Bakı-Şirvan, Salyan-Gəncə, Sumqayıt-Ağcabədi şəhərlərarası, paytaxtın 126 nömrəli şəhərətrafı, 501 və 504 nömrəli şəhərlərarası, eləcə də 508 və 596 nömrəli şəhərətrafı müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır.
|
Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.
|
Sənədlər 29 mart saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (ünvan:Bakı şəhəri, Tarzən Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs:Elsevər Qədimov - tel.
|
:012-567-99-76, 050-855-53-55, e-poçt:[email protected]) qəbul ediləcək.
|
İştirakçılardan sənədlərini təqdim edərkən mart ayında bayram günlərini nəzərə almaları xahiş olunur.
|
Qeyd edək ki, müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.
|
İddiaçıların təklifləri komissiya tərəfindən Bakı-Biləsuvar və Bakı-Göyçay istiqamətlərində 5 Lot üzrə aprelin 5-də; Bakı-Oğuz, Bakı-Ağcabədi, Salyan-Gəncə və Sumqayıt-Ağcabədi istiqamətlərində 5 Lot üzrə aprelin 9-da;" Bakı-Kürdəmir, Bakı-Qazax, Bakı-İmişli istiqamətlərində 4 Lot üzrə aprelin 16-da; Bakı-Gəncə və Bakı-Şirvan istiqamətlərində 5 Lot üzrə aprelin 19-da; paytaxtın 126 nömrəli şəhərətrafı, 501 nömrəli şəhərlərarası (Sumqayıt-Saray-BBAK), 504 nömrəli şəhərlərarası (Sumqayıt-BBAK), 508 nömrəli şəhərətrafı (BBAK-Saray) və 596 nömrəli şəhərətrafı (Xırdalan-“Binə t/m”) müntəzəm avtobus marşrutları üzrə 5 Lot üzrə aprelin 23-də baxılacaq.
|
Şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir.
|
Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.
|
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
|
President.az xəbər verir ki, məktubda deyilir:""“Hörmətli cənab Prezident.
|
Bu yaxınlarda yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə İsrail xalqı adından ən səmimi təbriklərimi çatdırıram.
|
Onilliklər ərzində xalqlarımız ortaq məqsəd və maraqlara əsaslanan isti münasibətlərə malik olublar.
|
Siz iyirmi il əvvəl prezidentliyə başladığınız vaxtdan bizim əməkdaşlığımız bir çox sahələrdə genişlənib və yeni zirvələrə yüksəlib.
|
Keçən il Azərbaycanın İsraildə səfirliyinin tarixi açılışında aydın şəkildə nümayiş etdirilən dostluq münasibətinə görə təşəkkür edirəm.
|
Qarşıdakı illərdə tərəfdaşlığımızı daha da inkişaf etdirmək üçün Sizinlə yaxından işləməkdə davam etməyi səbirsizliklə gözləyirəm”.
|
Pakistan Milli Assambleyasının (parlamentin aşağı palatası) üzvləri bazar günü ölkənin yeni baş nazirini seçəcəklər.
|
Bu barədə Milli Assambleyanın Katibliyi məlumat yayıb.
|
Məlumata görə, yeni hökumət başçısının müəyyənləşməsi üçün seçkilər martın 3-də keçiriləcək.
|
Bu vəzifə uğrunda Milli Assambleyaya seçkilərdə müstəqil namizəd kimi qalib gələn Pakistan Müsəlman Liqasının sədri Şahbaz Şərif və Ədalət Hərəkatının yüksək vəzifəli funksioneri Ömər Əyyub Xan mübarizə aparır.
|
Cümə axşamı 16-cı Milli Assambleyanın ilk iclası keçirilib və bu iclasda yeni seçilmiş deputatlar and içib.
|
Qeyd edək ki, parlamentdəki hakim koalisiyaya Pakistan Müsəlman Liqası rəhbərlik edir.
|
İsmayıllıda avtomat aşkarlanıb.
|
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
|
Belə ki, İsmayıllı Rayon Polis Şöbəsinə Quşencə kəndi ərazisindən silah-sursat tapılması barədə məlumat daxil olub.
|
Əraziyə keçirilən baxış zamanı oradan “Kalaşnikov” avtomatı, daraq və 30 ədəd patron aşkarlanaraq götürülüb.
|
Gəncədə piyadanın ölümü ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.
|
Oxu.Az-ın məlumatına görə, hadisə şəhərin Nəriman Nərimanov prospektində qeydə alınıb.
|
Hərəkətdə olan yük maşını 1960-cı il təvəllüdlü Gülmüzər Nəcəfovanı vurub.
|
64 yaşlı qadın ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
|
Həkimlərin bütün səylərinə baxmayaraq G.Nəcəfova xəstəxanada ölüb.
|
Faktla bağlı araşdırma aparılır.
|
20:24"Gəncə şəhərində piyadanın ağır xəsarəti ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
|
Yolu qarşı tərəfə keçmək istəyən Gəncə şəhər sakini, 1960-cı il təvəllüdlü G.Nəcəfovanı yük maşını vurub.
|
Qadın ağır xəsarət alıb və xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
|
Faktla bağlı araşdırma aparılır.
|
İspan alimləri stansiyaya qoşulmuş smartfonun yerini dəqiq müəyyən etməyə imkan verən texnologiya kəşf ediblər.
|
Mütəxəssislər 20 giqahersdən yuxarı tezliklərdən istifadə edərək 5G və “Wi-Fi 7” standartlarına əsaslanan marşrutlaşdırıcı dizayn yaradıblar.
|
Stansiya ilk növbədə smartfonu tapır, sonra isə siqnallar göndərərək ona olan məsafəni ölçməyə başlayır.
|
“İnsan stansiyadan nə qədər uzaq olarsa, siqnal efirdə bir o qədər çox qalır”, - deyə mühəndislər iş prinsipini izah ediblər.
|
Onların sözlərinə görə, yeni üsul onlara yeddi metr məsafədə yerləşən telefonun yerini üç santimetr dəqiqliklə müəyyən etməyə imkan verib.
|
Alimlər qeyd ediblər ki, gələcəkdə baza stansiyalarının köməyi ilə robotların və avtonom avtomobillərin hərəkətini daha dəqiq idarə etmək mümkün olacaq.
|
Bu gün Bakıda keçirilən Avropa İttifaqı (Aİ) investisiyalarının müəyyən edilməsi və prioritetləşdirilməsi üçün yaradılan yüksək səviyyəli İşçi Qrupunun 2-ci iclasında gələcək fəaliyyətlərə dair müzakirələr aparılıb.
|
Bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.
|
Məlumata görə, iclasda iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, Avropa Komissiyasının Şərq Qonşuluğu və İnstitusional Quruculuq üzrə direktoru Adrienn Kirali, Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko, xarici işlər və maliyyə nazirliklərinin, Avropa Yenidənqurma və İnkişaf Bankının, Avropa İnvestisiya Bankının nümayəndələri iştirak ediblər.
|
Tədbirdə Azərbaycanın beynəlxalq maliyyə institutları və Avropa İttifaqı ilə tərəfdaşlığa verdiyi diqqətə çatdırılıb.
|
Bildirilib ki, Azərbaycanın 2030-cu ilədək sosial-iqtisadi inkişafına dair milli prioritetləri üzrə tədbirlərin həyata keçirilməsi, xüsusilə rəqabətqabiliyyətli iqtisadiyyatın təmini, müasir innovasiya sahələrinin qurulması, rəqabətqabiliyyətli insan kapitalının formalaşdırılması, təmiz ətraf mühit və “yaşıl artım” ölkəsinə çevrilmək kimi məqsədlərə çatmaq beynəlxalq maliyyə institutları ilə əməkdaşlığı zəruri edir.
|
Qeyd olunub ki, Avropa Komissiyası tərəfindən irəli sürülən flaqman təşəbbüslər Azərbaycanın növbəti onillikdə sosial-iqtisadi inkişafının milli prioritetləri ilə üst-üstə düşür.
|
İclasda işçi qrupunun qarşısında duran məsələlər müzakirə olunub, xanım Kirali tərəfindən gələcək fəaliyyətlərə dair fikirlər səsləndirilib.
|
Avropa İttifaqının (Aİ) səkkiz ölkəsi Aleksey Navalnının ölümünə görə Rusiya rəsmilərinə qarşı yeni sanksiyaları hazırlamaq üçün diplomatik səylər göstərir.
|
Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrellə fevralın 28-də göndərilən məktubu Çexiya, Polşa, Rumıniya, Finlandiya, İsveç, eləcə də Latviya, Litva və Estoniyanın xarici işlər nazirləri imzalayıb.
|
Məlumata görə, Aİ-nin daha dörd ölkəsi bu ideyanı dəstəkləsə də, sənədi imzalamaqdan imtina edib.
|
Baku TV-nin canlı yayımında xəbər vaxtıdır.
|
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.