Search is not available for this dataset
text
stringlengths
10
518k
Bizim üçün şaxələndirilmə əsasən hidroelektrik enerjisi deməkdir.
Bərpa olunan enerji layihələrinə sərmayə qoyuluşu bizim üçün həlledicidir və son illərdə bu, Albaniyanı yaşıl keçid və enerji sektorunda innovasiyalar baxımından təbii məkana çevirib.
Bu baxımdan Cənub Qaz Dəhlizi kontekstində yaşıl hidrogenə dair dialoq başladılması çox vacibdir.
Bu, bir daha uzaqgörən təşəbbüsün dəyərini təsdiq edir.
İlk olaraq bu, ətraf mühitin qorunması ilə bağlı narahatlıqla əlaqədar alət təklif edir və dəhlizin qlobal dayanıqlılıq hədəfləri ilə uyğunluğunu təşviq edir.
İkincisi, yaşıl hidrogen yeni iqtisadi imkanlar açır, təmiz enerji sektorunda innovasiyanı, tədqiqatı və inkişafı təşviq edir.
Nəhayət bu, dəhlizi karbonsuzlaşmanı hədəfləyən dünyanın dəyişməkdə olan tələblərinə cavab verən uzaqgörən layihə olaraq təqdim edir.
Diqqətinizə çatdırmaq istərdim ki, azərbaycanlı dostlarımız mövcud infrastrukturumuzun inkişafı üçün ən əlverişli ssenarilərin müəyyən edilməsi və enerji sahəsinin çağırışlarına uyğunlaşdırılması baxımından təcrübələri ilə bölüşərək bizə əvəzsiz töhfə verirlər.
Buna görə dərin minnətdarlığımızı bildiririk.
Hazırda biz Albaniyanın qazlaşdırılması layihəsi üzərində işləyirik və Prezident Əliyevin dəstəyi sayəsində ənənələrin tarixən bizi məhrum etdiyi bir iş üzərində çalışırıq.
Tariximizlə yaxından tanış olmayanlar üçün deyim ki, biz özümüzü hər zaman həm Qərbdən, həm də Şərqdən təcrid edərək, sanki əsl kommunizm uğrunda yeganə mübarizə aparan olmuşuq.
Biz amerikan və sovet imperializmini rədd etmişik və Avropanın mərkəzində Şimali Koreyada yaşamışıq.
Demək olar ki, bütün qaz və dəmir yolu sistemlərimiz ya mövcud olmayıb, ya da dünyadan təcrid vəziyyətdə olub.
Həmin səbəbdən biz inkişaf kursumuzun bu mərhələsinə böyük əhəmiyyət veririk.
TAP çərçivəsində əldə etdiyimiz təcrübəyə əsasən biz tərəfdaşlarımızla birlikdə Albaniyanın cənubunda maye qaz terminalları inşa etməyi planlaşdırırıq.
Xanımlar və cənablar, Marko Polo Bakı ərazisində neft quyularının səpələndiyini, neftdən işıqlandırma və sağlamlıq məqsədləri üçün istifadə olunduğunu qeyd edirdi.
Ancaq 1877-ci ildə Çarlz Marvin dünyaya sübut etmişdir ki, hətta İsa peyğəmbərdən əvvəl belə, bu gün Bakının yerləşdiyi Abşeron yarımadasından neft indiki İran, İraq, Hindistan və digər ölkələrə nəql edilirdi.
Keçmişdə Bakının nəhəng sərvəti Avropa və Asiya sivilizasiyalarının qızıl erasını dəstəkləyib.
Bu gün həmin resurslar və həmin qaz yataqları bizim ölkələrin qızıl erasını dəstəkləmək potensialına malikdir.
Bu, dekarbonizasiya və dayanıqlı enerji təchizatına əsaslanmış çoxtərəfli əməkdaşlıq, davamlı sülh və tərəqqi erasıdır.
Çıxışımın yekununda Prezident Əliyev tərəfindən qeyd edilmiş bir təşəbbüsə münasibət bildirmək istərdim.
COP ilə bağlı məşəlin Azərbaycan tərəfindən götürülməsini və tədbirə ev sahibliyi etməsini nəzərdə tuturam.
Çünki qazıntı yanacağı ilə zəngin bir ölkə qərar verir ki, gəlin hamımız birlikdə düşünək - yaşıl enerjiyə keçid necə real və bütün dünya üçün faydalı ola bilər.
Bu mənada Azərbaycan və bu tədbirə ev sahibliyi edən dəyərli şəxs ən yüksək təqdirə layiqdir.
Cənab Prezident çox təşəkkür edirəm.
Avropa İttifaqının energetika məsələləri üzrə komissarı, Cənub Qaz Dəhlizi Məşvərət Şurasını həmsədri Kadri Simson çıxış edib:""“Sağ olun.
Prezident Əliyev, Baş nazir Rama, Zati-aliləri, xanımlar və cənablar!
Mən bu gün Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclasının açılışında iştirak etməkdən məmnunam.
İcazə verin, mən çıxışıma Prezident Əliyevin yenidən dövlət başçısı seçilməyi münasibətilə təbriklə başlayım.
Həmçinin ötən il məhsuldar əməkdaşlığa görə həmkarım nazir Şahbazova təşəkkürümü bildirmək istəyirəm.
Həmişə olduğu kimi burada - Bakıda səmimi qəbula görə hamınıza minnətdaram.
Mən artıq üçüncü dəfədir ki, Məşvərət Şurası çərçivəsində nazirlərin iclasında iştirak edirəm və elə bilirəm xoş bir təsadüfdür ki, biz keçmişə nəzər salmalıyıq və Avropa İttifaqı-Azərbaycan arasındakı bu tərəfdaşlıq layihəyə nə verib.
Mən 2019-cu il dekabrın 1-də səlahiyyətlərimin icrasına başladım və həmin vaxt məhz TANAP qaz boru kəmərinin Avropaya çıxması anı idi və Azərbaycan qazının Avropa İttifaqına ilk axını bir il sonra - 2020-ci il dekabrın 31-də başladı.
O vaxt COVID vaxtı idi, təmaslar çətin idi.Avropada bəziləri düşünürdü ki, Cənub Qaz Dəhlizi artıq başa çatmış bir missiyadır və buna daha çox diqqət yetirilməli deyil.
Mən hər zaman gördüm ki, Azərbaycan etibarlı tərəfdaşdır və əməkdaşlığımızda onun genişləndirilməsi üçün güclü potensial var.
Mən 2022-ci ildə buraya ilk iclasa gələndə dedim ki, necə etməliyik ki, məhz bizim münasibətlərimizin bütün potensialı daha da genişlənsin, bu dəhliz yeni bazarlara çıxsın və təmiz enerjiyə gəldikdə, biz öz işimizin miqyasını artıraq və bütün bunlar baş verdi.
Bu gün məhz qaz axını Avropaya Cənub Qaz Dəhlizindən gedir və 2021-ci illə müqayisədə bu, 46 faiz çoxdur.
2023-cü ildə Avropa İttifaqı Azərbaycandan 11 milyard kubmetr sabit və təhlükəsiz şəkildə qaz təchizatını qəbul etdi və Avropa İttifaqının üzv dövlətləri və genişlənməyə namizəd olan ölkələr bu qazın alınmasında maraqlıdırlar.
Artıq dediyim kimi, biz ötən il sizin məhz Panavropa təchizatına çevrildiyinizi gördük və bu baxımdan, əslində, bu həcmlərin artırılması üzərində işləyirik.
Biz ümidvarıq ki, Azərbaycandan daxil olan təbii qaz Avropanın enerji sistemində enerji keçidi zamanı mühüm rol oynayacaq.
Rusiyanın artan zorakılığı və davam edən əsassız müharibə şəraitində tamamilə aydındır ki, Avropa üçün, əslində, işlərimiz Rusiya ilə enerji sahəsində əvvəlki kimi olmayacaq.
Çünki hazırda biz görürük ki, digər etibarlı enerji tərəfdaşlarımız var və onlardan biri məhz Azərbaycandır.
Sizi əmin edə bilərəm ki, Avropa İttifaqının Azərbaycanla əməkdaşlığı uzunmüddətlidir və bu səbəbdən Azərbaycan Cənub Qaz Dəhlizinin genişləndirilməsi üzərində işləyir.
2027-ci ilə qədər qaz ticarətini iki dəfə artıracağıq və ən vacibi isə Avropa İttifaqı ilə Azərbaycan arasında strateji enerji əməkdaşlığı öz çevikliyini və dinamikliyini göstərir.
Cənub Qaz Dəhlizi, həmçinin bərpa edilən enerji və elektrik enerjisi sahəsində əməkdaşlıq üçün foruma çevrilə bildi.
Bu, inanılmaz nəticədir və layihənin nə dərəcədə gələcəyə yönəlmiş və açıq olduğunu sübuta yetirdi.
Biz təmiz enerjini Avropa İttifaqı-Azərbaycan arasında ikitərəfli münasibətlərin əsas hissəsinə çevirdik.
Biz burada, Küləklər şəhərindəyik.
Bu, Xəzər dənizində böyük bərpa olunan enerji potensialının növbəti bir nümunəsidir.
Azərbaycan 2030-cu ilə qədər bərpa olunan enerjinin həcmini üç dəfə və enerji səmərəliliyinin iki dəfə artırılması ilə bağlı qlobal təşəbbüsə dəstək olaraq COP28-də Avropa İttifaqı və digər beynəlxalq tərəfdaşlara qoşulmuşdur.
Həmin beynəlxalq təşəbbüs, beynəlxalq ticarət və sərmayə üçün daha yaxşı şəraitləri yaratmaq və milli səviyyədə enerji keçidini sürətləndirmək üçün ölkələr daxilində aydın şəkildə müəyyən edilmiş öhdəliyə uyğundur.
Mən bu sahədəki təşəbbüsü alqışlayıram və biz hazırda Azərbaycanla işləmək məqsədilə Avropa İttifaqının bərpa olunan enerji şirkətlərinin artan marağını görürük.
Bu nazirlər iclasında Avropa İttifaqının külək enerjisi şirkətləri ilə Anlaşma memorandumunun imzalanması çox mühüm addımdır.
Bərpa olunan enerjiyə aid bu öhdəlik, həmçinin Avropa ilə yeni qarşılıqlı layihələrə yol açır.
Biz bu gün Cənubi Qafqaz ilə Avropa İttifaqı arasında Yaşıl enerji dəhlizi layihəsini müzakirə edəcəyik.
Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsi təşəbbüsü region üçün xüsusi önəm daşıyır.
O, həmçinin Avropa İttifaqına gələcəkdə elektrik enerjisi ixracında Azərbaycanı əsas tərəfdaş kimi müəyyən edir.
Bu vacibdir, çünki Avropa İttifaqında elektrik enerjisinin istehlakı artacaqdır.
2030-cu ilə qədər 16 faizdən artıq və 2040-cı ilə qədər təxminən 80 faizə qədər elektrik enerjisi tələbatının artması nəzərdə tutulur.
Bu, gələcək infrastruktur layihələri, həmçinin bizim üçün vacibdir.
Təsadüfi deyil ki, Azərbaycan noyabrda BMT-nin növbəti İqlim Dəyişmələri Konfransına ev sahibi seçilmişdir və bu da Sizin yorulmaz fəaliyyətinizin nəticəsidir.
Kompleks infrastruktur layihələrinin icrasında bacarığınızın təzahürüdür və təmiz keçidlə bağlı Sizin gələcək baxışlarınızdır.
Şübhə etmirəm ki, bu, uğurlu COP29 olacaqdır və tam əminliklə Siz Avropa İttifaqının dəstəyinə arxalana bilərsiniz.
Biz bütün maraqlı dairələrlə işləməyə hazırıq və enerji səmərəliliyi ilə bağlı olan təşəbbüslərin icrasına töhfə vermək istəyirik ki, həm ikitərəfli, həm qlobal metan qazı təşəbbüsü xətti ilə neft və qaz sənayesindən metanın havaya atılmasının azaldılması məsələsində çalışmağa hazırıq.
Təbii ki, bu, bizim strateji məqsədlərimizdir.
Zati-aliləri, xanımlar və cənablar!
Son illər ərzində Cənub Qaz Dəhlizi uğur hekayəsinə çevrildi.
Bu hekayənin yeni qəhrəmanları var.
Mən bu gün xüsusi məmnunluqla Baş nazir Ramanın yanında əyləşmişəm və masa arxasında Qərbi Balkan ölkələri və Cənub Şərqi Avropadan və Avropa İttifaqından rəsmi nümayəndələri görürəm.
Şadam ki, Avropa İttifaqı ilə Azərbaycan bu cür müsbət münasibətlər qurub.
Biz Cənub Qaz Dəhlizi üzrə bütün tərəfdaşlarla başladığımız işin davam etməsini səmimiyyətlə arzulayırıq.
Enerji şaxələndirməsini birlikdə sürətləndirə bilərik və iqlim neytrallığı üçün əmin yolla gedə bilərik.
Prezident Əliyev, çox səmimi qəbula görə bir daha Sizə təşəkkürümü bildirirəm və hamınıza diqqətinizə görə minnətdaram”.
Pərviz Şahbazov:“Komissar Simson, fəal həmsədrliyinizə görə təşəkkürümü bildirirəm və bizim şura çərçivəsində enerji sahəsindəki əməkdaşlığa verdiyiniz dəstəyə görə minnətdaram.
Bununla bizim açılış sessiyamız başa çatır.
Cənab Prezident, cənab Baş nazir, bu gün bizimlə olduğunuza görə sizə təşəkkürümüzü bildiririk”.
Qeyd edək ki, toplantıda Azərbaycan və Avropa İttifaqı daxil olmaqla 23 ölkə, 6 beynəlxalq təşkilat, 44 şirkət təmsil olunub.
Tədbirdə nazirlər, nazir müavinləri və digər yüksək səviyyəli nümayəndələr iştirak ediblər.
Toplantı açılış sessiyasından sonra işini “Cənub Qaz Dəhlizi və Yaşıl enerji üzrə Nazirlər sessiyası”, “Cənub Qaz Dəhlizi sessiyası:Gələcəyə baxış” və “COP29 fonunda yaşıl enerji sessiyası:Bərpaolunan enerjinin imkanlarından istifadə” mövzularında plenar sessiyalarla davam etdirib.
Həmçinin Məşvərət Şurası çərçivəsində “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in icrası məqsədilə nazirlərin 6-cı iclası və “Dənizdə külək enerjisindən istifadənin inkişafı” üzrə Azərbaycan-Avropa İttifaqı dəyirmi masası keçirilib.
Xatırladaq ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlər toplantısı 2015-ci ilin fevral ayından etibarən keçirilir və bu il tədbirin 10 ili tamam olur.
10:55"Martın 1-də Bakıda, “Gülüstan” sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları keçirilib.
President.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
10:45"Bakıda, “Gülüstan” sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları keçirilir.
President.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə çıxış edib.
10:20"Bu dəqiqələrdə Bakıda, “Gülüstan” sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları keçirilir.
President.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə çıxış edir.
Bakının Nərimanov rayonunda yeni pullu parklanma sahəsi yaradılıb.
Referans.az-ın məlumatına görə, hazırda Əhməd Rəcəbli küçəsi və ona bitişik ərazilərdə ödənişli parklanma yerlərinin təşkili ilə bağlı işlər mərhələli qaydada həyata keçirilir.
Yol nişanları və məlumat lövhələrinin quraşdırıldığı ərazilərdə artıq xidmət aktivdir.
Sürücülər mobil tətbiq və SMS vasitəsilə parklanmaya görə ödənişlərini edə bilirlər.
Xatırladaq ki, parklanmaya olan tələbatdan asılı olaraq Bakı şəhərinin müəyyən hissələri Mərkəz, 1-ci, 2-ci, 3-cü və 4-cü zonalara bölünüb.
İnfrastruktur təşkil edilməyən ərazilərdə isə parklanmaya görə sürücülərdən pul tələbi qanunsuzdur.
Salyan rayonunun Kərimbəyli kəndində qətl hadisəsi baş verib.
1956-cı il təvəllüdlü İsrafil Məmmədov və həyat yoldaşı Münəvvər Məmmədova xüsusi amansızlıqla öldürülüblər.
Ər-arvadın meyiti yaşadıqları evin həyətində aşkarlanıb.
Naməlum şəxs və ya şəxslər ərlə arvadın başını kəsib evin bağ sahəsinə atıblar.
Qətlə yetirilən şəxslərin yaxınları hadisə ilə bağlı Baku TV-yə açıqlama veriblər.
Ərlə arvadın qudası İ.Məmmədovun heç kimlə probleminin olmadığını bildirib:""“Çox gözəl, hamıya kömək edən insan idi.İşdə idim.
Oğlum zəng etdi ki, ölüblər, gəl özünü çatdır”.