Search is not available for this dataset
text
stringlengths 10
518k
|
|---|
Bundan sonra Həlimə Kərimova bütün kəndə və qohumlara Məhəmməd Kərimovun Türkiyəyə işləməyə getdiyini və ondan xəbər almadıqlarını bildirib.
|
Qadının ərini qətlə yetirməsini bir özü və övladları bilib.
|
21 ildən sonra cinayətin üstünün açılmasına səbəb isə Həlimə Kərimovanın qızının həyat yoldaşından boşanması olub.
|
Keçmiş kürəkən kənddə bir neçə şəxsə Məhəmməd Kərimovun arvadı tərəfindən öldürüldüyü ilə bağlı məlumat verib.
|
Bundan sonra prokurorluq və daxili işlər orqanlarının əməkdaşları tərəfindən cinayətin izinə düşülüb.
|
Məlumat dərindən öyrənilib və hadisənin üstü açılıb.
|
Hazırda faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) ilə maddəsi ilə cinayət işi başlanılıb, istintaq hərəkətləri aparılır.
|
Həlimə Kərimova barəsində heç yerə getməməklə bağlı qətimkan tədbiri seçilib.
|
Ölkəmizin mənzil bazarında yeni tikilən binalara xüsusi maraq var.
|
Bu maraq o qədər güclüdür ki, bəzi insanlar tikintisinə yeni başlanılan binalardan da mənzil almaq üçün müraciət edirlər.
|
Amma bir məsələ var ki, tikilməkdə olan mənzillərin Dövlət Reyestrindən çıxarışı olmur.
|
Bununla belə, tikilməkdə olan binalarda mənzillər hazır binalardakı mənzillərdən xeyli ucuz olur.
|
Ona görə də alıcılar bir qədər riskə gedib, tikintisi başa çatmayan binalardan mənzil alırlar.
|
Lakin bəzi hallarda binaların tikintisi vəd olunan vaxtda sona çatmır.
|
Bəzən isə bir mənzilin bir neçə nəfərə satılması kimi xoşagəlməz hallar da baş verir.
|
Bəs aldanmamaq üçün nəyə diqqət edilməlidir?
|
Məsələ ilə bağlı Bizim.media-ya açıqlama verən hüquqşünas Şaiq Mirzəyevin sözlərinə görə, mövcud məsələ ilə bağlı tez-tez narazılıqlar ortaya çıxır:“Bu narazılıqların olmaması üçün Baş Prokurorluq iki ay öncə tikintisi davam etdirilən və ya istismarına icazə verilməmiş çoxmənzilli binalardan mənzil almaq istəyən şəxslərə tövsiyələr ünvanlayıb.
|
Həmin tövsiyələrdə bildirilir ki, tikintisi davam etdirilən və ya istismarına icazə verilməmiş çoxmənzilli binalardan mənzil alan vətəndaşlar gələcəkdə ehtimal olunan qanunpozuntuları ilə rastlaşmamaq və ya cinayətin qurbanı olmamaq üçün tikinti şirkətindən bəzi sənədləri tələb etməlidirlər.
|
Bunlar binanın yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı, alqı-satqı prosesində iştirak edəcək tikinti şirkətinin vəzifəli şəxsinin şəxsiyyətini, vəzifəsini, habelə mənzil satışını həyata keçirmək səlahiyyətinə malik olmasını təsdiq edən sənədlər, MTK binasında yaşayış sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarıdır”.
|
Həmsöhbətimiz onu da əlavə edib ki, alıcı tikinti prosesinin mərhələsindən asılı olaraq, yaşayış binası və mənzilə dair digər sənədlər, habelə kommersiya sirri təşkil edən məlumatlar istisna olmaqla nizamnamə və digər təsis sənədlərini də tələb etməlidir:“Bütün deyilən sənədləri yerində olan MTK-dan ev alan heç bir vətəndaşı gələcəkdə, təbii ki, heç bir xoşagəlməz hadisə gözləmir”.
|
Bakı-Quba yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
|
Oxu.Az xəbər verir ki, hadisənin videogörüntüləri sosial şəbəkələrdə paylaşılıb.
|
Belə ki, “Shacman” markalı yük avtomobili eyni istiqamətdə hərəkətdə olan “Ford” markalı mikroavtobusa çırpılıb.
|
Hadisə nəticəsində “Ford” markalı nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.
|
Qəzada ölən və xəsarət alanlarla dəqiq məlumat yoxdur.
|
Həmin görüntüləri təqdim edirik:
|
Masallıda avtomobil velosipedçini vuraraq öldürüb.
|
APA xəbər verir ki, Əkrəm Məhərrəm oğlu Hüseynov etibarnamə ilə idarə etdiyi “Mercedes-Benz” markalı avtomobillə Xallıcalı kəndində velosipedçi Rasət İmran oğlu Abdullayevi vurub.
|
Velosipedçi aldığı xəsarətlərdən hadisə yerində ölüb.
|
Faktla bağlı cinayət işi başlanaraq istintaqı aparılır.
|
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) prosedur qaydalarına uyğun təqdim edilən Hesabatına 2024-cü ilin 12-16 fevral tarixlərində təşkilatın Elm Komissiyasının iclasında baxılıb.
|
İclasda “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, Azərbaycan Respublikasının xırdabuynuzlu heyvanların taunu xəstəliyindən azad ölkə kimi tanınmasına dair müraciəti nəzərə alınaraq, üzv dövlətlərin xırdabuynuzlu heyvanlar arasında taun xəstəliyi statusunun qiymətləndirilməsi üzrə xüsusi qrupu tərəfindən sözügedən hesabat təsdiq edilib.
|
Agentliyə ÜHST-nin baş direktorunun imzası ilə daxil olan məktuba əsasən, Elm Komissiyası ölkəmizin xırdabuynuzlu heyvanların taunu xəstəliyindən azad ölkə kimi tanınma tələblərinə cavab verdiyi qənaətinə gəlmiş və cari ilin may ayında Paris şəhərində keçiriləcək ÜHST Nümayəndələri Assambleyasının Ali Baş Sessiyasında statusun rəsmiləşdirilməsi və xüsusi sertifikatın təqdim olunacağı bildirilib.
|
Qeyd edək ki, sözügedən xəstəlikdən azadolma statusunun təsdiq olunması, ilk növbədə, beynəlxalq çağırışa qoşulmaqla ÜHST tərəfindən ölkəmizin baytarlıq sisteminə olan yüksək etibarının təzahürüdür ki, bu da digər xüsusi təhlükəli heyvan xəstəlikləri üzrə analoji yanaşmanın tətbiq edilməsinə şərait yaradır.
|
Digər tərəfdən isə xəstəlikdən azadolma statusu xırdabuynuzlu heyvanların və onlara aid məhsulların ixracı, habelə ölkəmizin ərazisindən keçməklə tranzit daşınması imkanlarını genişləndirəcək.
|
Abşerondakı yeni yaşayış məntəqəsinə qəsəbə statusu verilir.
|
Oxu.Az xəbərinə görə, bu, “Abşeron rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” qanun layihəsində əksini tapıb.
|
Layihəyə əsasən, Abşeron rayonunun inzibati ərazisində salınmış “Şəfəq” adlı yeni yaşayış məntəqəsinə qəsəbə statusu verilir.
|
Xankəndində ötən gün odlu silah-sursat aşkarlanıb.
|
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 29-da Xankəndi şəhəri ərazisində üç ədəd dron, 12 ədəd müxtəlif markalı avtomat silahı, 39 ədəd müxtəlif markalı tüfəng, səkkiz patron darağı, 545 ədəd müxtəlif çaplı patron, 30 ədəd rabitə vasitəsi və digər sursat aşkar olunaraq götürülüb.
|
Azərbaycan və Türkiyə arasında “Preferensial Ticarət Sazişi”ndə dəyişiklik edilməsi ilə bağlı imzalanmış protokol qonşu ölkədə qüvvəyə minib.
|
Bu barədə qanun “Resmi Gazete”də dərc olunub.
|
Bildirilib ki, qanun dərc olunduğu gündən qüvvəyə minir.
|
Xatırladaq ki, 2020-ci il fevralın 25-də Bakıda imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi”nin yenilənmiş variantına əsasən, tərəflər protokolda qeyd olunmuş malların ticarətində bir-birinə güzəştlər edəcəklər.
|
Əlavələrdə hər bir mal üçün azaldılmanın tətbiq ediləcəyi baza tarif dərəcəsi və yaxud əlavə gömrük rüsumu göstərilib.
|
Bundan başqa, sənədə görə, Azərbaycan və Türkiyə arasında “Preferensial Ticarət Sazişi” çərçivəsində gömrük rüsumlarının qarşılıqlı olaraq azaldılacağı malların sayı artırılır.
|
Beləliklə, 15 növ kənd təsərrüfatı və digər Azərbaycan və türk mənşəli mallara qarşılıqlı preferensial ticarət rejimi tətbiq edilir (pendir, çay, şəkər, meyvə-tərəvəz çeşidləri və s.).
|
Sazişin məqsədi mallar üzrə tariflərin azaldılması və ya ləğv olunması, para-tariflərin və qeyri-tarif maneələrinin ləğv olunması, iqtisadi əlaqələrin harmonik inkişafı vasitəsilə ticarətin genişləndirilməsi və təşviq edilməsi, ədalətli rəqabət üçün əlverişli şərtlərin yaradılması, ticarətin davamlı artımı üçün proqnozlaşdırıla bilən və təhlükəsiz mühitin yaradılmasıdır.
|
Qeyri-neft ixracının artımı üçün əlverişli şəraitin yaradılması məqsədilə xarici ölkələrlə ticarət əlaqələrinin inkişafı ilə bağlı mütəmadi tədbirlər həyata keçirilir.
|
Bu çərçivədə, ölkəmizin bağladığı və hazırda qüvvədə olan 10 ölkə ilə sərbəst ticarət, habelə bir çox ölkə ilə ikitərəfli ticarət və ya ticarət-iqtisadi əməkdaşlıq sahələrini tənzimləyən sazişlərə əlavə olaraq, Azərbaycan Respublikasının əsas ticarət tərəfdaşlarından biri olan Türkiyə Respublikası ilə də preferensial ticarət Sazişi imzalanıb.
|
Belə ki, 2020-ci il fevralın 25-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi” 2020-ci ilin 31 may tarixində 115-VIQ nömrəli qanunla təsdiq edilib.
|
Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarat Sazişinə dəyişiklik haqqında Protokol 2023-cü il aprelin 29-da Samsun şəhərində imzalanıb.
|
Sənədin icrası qardaş ölkə ilə ticarət dövriyyəsinin artırılması istiqamətində hədəflərin gerçəkləşməsinə töhfə verəcək.
|
Protokola əsasən, tərəflər əlavələrində qeyd olunmuş mallara ticarət üçün güzəştlərə əlavə olaraq, bu Protokola əlavədə qeyd olunmuş malların ticarətində bir-birinə güzəştlər verəcəklər.
|
Hər bir mal üçün azaldılmanın tətbiq ediləcəyi baza tarif dərəcəsi və ya əlavə rüsumu bu əlavələrdə göstərilib.
|
Əlavələrdə sadalanan 15 növ Türkiyədən Azərbaycana və Azərbaycandan Türkiyəyə idxal ediləcək sənaye və digər mallara preferensial ticarət rejimi çərçivəsində tətbiq ediləcək güzəştlər göstərilir.
|
Buraya spirtli içki növləri, yarımfabrikatlar, karton malları, qablaşdırma və bükmə üçün avadanlıq, müxtəlif növ aparatura və s.kimi mallar aiddir.
|
Bütövlüklə, Protokol qüvvəyə mindikdən sonra Azərbaycan və Türkiyə arasında tətbiq ediləm preferensial ticarət rejimi çərçivəsində ümumilikdə 30 növ kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı, həmçinin sənaye və digər malların güzəştli idxalı və ixracı həyata keçiriləcək.
|
Həmçinin bu Protokol mövcud Sazişin 3-cü maddəsində nəzərdə tutulmuş müddəti Saziş çərçivəsində mallara verilən güzəştlərin qüvvəyə mindiyi tarixdən sonrakı 10 illik müddətə nəzərdə tutulur.
|
Azərbaycan Milli Məclisi 2023-cü il iyulun 6-da sazişə dəyişikliyi təsdiqləyib.
|
Martın 1-də Bakıda, “Gülüstan” sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları keçirilib.
|
President.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
|
Dövlətimizin başçısı tədbirdə çıxış edib.
|
Prezident İlham Əliyevin çıxışı"“Hörmətli Baş nazir cənab Rama.
|
Hörmətli komissar xanım Simson.
|
İlk növbədə Baş nazir Edi Ramanı salamlamaq və bu vacib tədbirdə bizimlə birlikdə olduğuna görə minnətdarlığımı bildirmək istərdim.
|
Azərbaycan və Albaniya iki dost ölkədir.
|
Biz müxtəlif sahələrdə fəal əməkdaşlıq edirik.
|
Bizim olduqca fəal siyasi dialoqumuz var.
|
Bizim cənab baş nazirlə istər Azərbaycan, istər Albaniya, istərsə də müxtəlif beynəlxalq tədbirlər çərçivəsindəki görüşlərimizin müntəzəm gündəliyi var.
|
Biz bir-birimizi beynəlxalq təsisatlarda dəstəkləyir, habelə enerji təhlükəsizliyi məsələlərində fəal çalışırıq.
|
Albaniya Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsində çox vacib rol oynayıb və TAP heyətinin üzvü qismində vacib rol oynamaqda davam edir.
|
Hazırda isə biz enerji əməkdaşlığımızın müxtəlif aspektlərini müzakirə edirik.
|
Əminəm ki, cənab baş nazirlə bugünkü müzakirəmiz zamanı gündəlikdə duran bütün məsələləri əhatə edəcəyik.
|
Mən, həmçinin komissar Simsona da növbəti dəfə ölkəmizə səfər etdiyinə görə minnətdarlığımı ifadə etmək istərdim.
|
Bildiyiniz kimi, Azərbaycan Respublikasının energetika naziri və Kadri Simson Cənub Qaz Dəhlizi Məşvərət Şurasının həmsədrləridir.
|
Onlar genişlənməkdə olan böyük heyətin bir araya gətirilməsi və əlbəttə, Avropa İttifaqının bütün planlarımızın reallaşdırılmasında yer alması baxımından vacib rol oynayırlar.
|
Enerjinin şaxələndirilməsi və enerji təhlükəsizliyi məsələlərində Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni təchizat coğrafiyasının yaradılmasına xidmət etmişdir.
|
Məşvərət Şurasının ötən illərdəki toplantıları zamanı biz həmişə enerji təhlükəsizliyi məsələlərini müzakirə etmişik.
|
Azərbaycanın burada mövqeyi hər zaman ardıcıl olub – biz bunu hər bir ölkənin milli təhlükəsizlik məsələsi hesab edirik.
|
Biz şaxələndirmə haqqında danışarkən mövqeyimiz hər zaman dəyişməz olub və bu gündə belədir – şaxələndirmə yalnız marşrutlara deyil, həm də mənbələrə şamil edilməlidir.
|
Bu gün Avrasiyadakı geosiyasi vəziyyət məhz bizim gördüyümüz işlərin nə dərəcədə düzgün olduğunu sübut edir.
|
Azərbaycana gəldikdə Cənub Qaz Dəhlizi tamamilə yeni marşrutdur.
|
Bu gün ona artıq bir çox marşrutlar – interkonnektorlar əlavə edilib.
|
Yəni, biz burada, bu formatda, təşəbbüskarı olduğumuz bu layihədə enerjinin şaxələndirilməsi məsələlərinin tam şəkildə əhatə edildiyini görürük.
|
Burada, Gülüstan sarayında sonuncu - bir il əvvəlki görüşümüzdən bu yana bir neçə mühüm hadisə baş verib.
|
Bildiyiniz kimi, adətən Məşvərət Şurasının toplantıları zamanı bu qrup görülmüş işləri və qarşıda duran məsələlərin həlli baxımından görüləcək əlavə tədbirləri nəzərdən keçirir.
|
Ən başlıcası isə atılacaq birgə addımları planlaşdırır.
|
Ötən il baş verən vacib hadisələrdən biri Xəzər dənizinin Azərbaycana məxsus sektorunda, “Abşeron” qaz-kondensat yatağında təbii qazın kommersiya hasilatı oldu.
|
Bu “Şahdəniz”dən sonra ikinci nəhəng qaz ehtiyatlarının kəşfi deməkdir.
|
“Abşeron” qaz-kondensat yatağı bizim gələcək şaxələndirmə layihələrimizin resurs bazasını təşkil edəcək.
|
“Abşeron” layihəsinin ilk fazası artıq təsdiq edilib.
|
Biz orada illik hasilatın 1.5 milyard kubmetr həcmində olmasını gözləyirik.
|
İkinci faza ilə bağlı razılıq əldə edildikdən sonra daha 4-5 milyard kubmetr həcm əlavə ediləcəkdir ki, onun böyük əksəriyyəti beynəlxalq bazarlara nəql olunacaq.
|
Növbəti nailiyyət hesab etdiyim bir hadisə Azərbaycanın daha iki ölkə - Macarıstana və Serbiyaya qaz nəql etməsi oldu.
|
Beləliklə, bizim Avropaya qaz təchizatımızın coğrafiyası genişlənmiş oldu.
|
Bu gün Azərbaycan 8 ölkəyə qaz nəql edir ki, onlardan altısı Avropa ölkəsidir.
|
Ötən il Avropada istifadəyə verilmiş interkonnektor layihələrinin təməlində, ilk növbədə, Cənub Qaz Dəhlizi layihəsi dayanır.
|
İkincisi isə onlar bizə Avropada mümkün qədər çox məntəqələri əhatə etməklə bağlı səylərimizi davam etdirməyə imkan verəcəkdir.
|
Azərbaycan qazına olan mövcud tələbat var, ixtiyarımızda mənbələr var və nəqliyyat marşrutlarımız yerindədir.
|
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.