Search is not available for this dataset
text
stringlengths 10
518k
|
|---|
Yeri gəlmişkən, onu da deyim ki, ötən il ərzində türkiyəli dostlarımızla fəal kommunikasiya nəticəsində biz Türkiyə vasitəsilə Trans-Balkan boru kəməri sistemindən istifadə etmək razılığına gəldik.
|
Bu isə şaxələndirmə layihəsi daxilində növbəti şaxələndirmə deməkdir.
|
Daha artıq alternativlər və seçimlər ola bilər.
|
Çünki onların hər biri enerjinin şaxələndirilməsi, enerji təhlükəsizliyinin maksimum səmərəliliklə təmin olunması kimi vahid məqsədə xidmət edir.
|
Hesab edirəm ki, Azərbaycan etibarlı tərəfdaş olduğunu artıq sübut edib.
|
Bizim sözümüz imzamız qədər dəyərlidir.
|
Əminəm ki, qarşımıza qoyduğumuz bütün planlar həyata keçiriləcək, çünki təkcə keçən ilin göstəriciləri bunun sübutudur.
|
Bizim enerji layihələrimizlə bağlı daha bir məqam ondan ibarətdir ki, dost Birləşmiş Ərəb Əmirliklərini təmsil edən ADNOC şirkəti Abşeron layihəsinin səhmdarı oldu.
|
Biz bunu alqışlayırıq, heyətimizə xoş gəlmisiniz.
|
Bu, əlavə maliyyələşmə, təcrübə deməkdir və beynəlxalq əməkdaşlığı genişləndirəcək.
|
Bizimlə birgə çalışmaq arzusunda olan enerji şirkətlərindən çoxsaylı müraciətlər daxil olur.
|
Bu müraciətlər həmin şirkətlərin fəaliyyət göstəricilərinə və bizim enerji gündəliyimizə əsasən nəzərdən keçirilir.
|
Gələcək planlarımıza gəldikdə, əlbəttə, bu gün biz onları geniş müzakirə edəcəyik.
|
Mən onlardan yalnız bir neçəsini səsləndirmək istərdim.
|
İlk növbədə, biz gələn ilin ilk rübündən etibarən “Azəri-Çıraq-Günəşli” dərin qaz layihəsi çərçivəsində təbii qazın hasilatını gözləyirik.
|
Bu, çox böyük ehtiyata malik olduqca ümidverici strukturdur.
|
Uzun illərdir ki, “Azəri-Çıraq-Günəşli” bizim neft ixracımızın əsas mənbəyidir.
|
Hazırda kəşfiyyata başlanılması ilə bağlı tərəfdaşlarımızla razılığa gəlmişik və bu əlavə töhfə olacaqdır.
|
İlkin mərhələdə hasilat təqribən yarım milyard kubmetr olacaq, ancaq bir neçə il ərzində bu rəqəm 3-4 dörd dəfə artacaqdır.
|
Bu “Şahdəniz” və “Abşeron” yataqlarından hasil ediləcək həcmlərlə yanaşı, yeni mənbə olacaq.
|
Bununla yanaşı, bizim “Ümid” qaz-kondensat yatağının ikinci fazasının işlənilməsi ilə bağlı planlarımız var ki, potensial olaraq oradan da 3-4 il ərzində 2-3 milyard kubmetr qaz əldə etmək olar.
|
Beləliklə, bütün bu planlar tamamilə realdır, onlar müfəssəl təhlilə, məlumata, informasiyaya və bizim maliyyə resurslarına, habelə investorlarla razılaşmalarımıza əsaslanır.
|
Layihələrin bəziləri investorlarla birlikdə icra olunacaq, bəziləri isə SOCAR-ın özü tərəfindən həyata keçiriləcək.
|
Bütün bunlar onu göstərir ki, potensial var və artmaqdadır.
|
Uzun illərdir ki, ortalıqda yayılan və Avropa istehlakçılarının artmaqda olan ehtiyaclarını ödəmək üçün “Azərbaycanda kifayət qədər qaz yoxdur” kimi bütün şayiələr bir daha onu göstərdi ki, onlar tamamilə əsassızdır və bizim potensialımızın qarşısını almaq, beynəlxalq birliyə və istehlakçılara yanlış mesaj göndərmək üçün Azərbaycana qarşı yürüdülən kampaniyanın bir hissəsi idi.""Azərbaycan, həmçinin yaşıl enerjiyə keçid prosesində iştirak edir.
|
Bu il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunmuşdur.
|
Bizim bərpa olunan enerji layihələrimiz yüksək göstəricilər nümayiş etdirir.
|
Ötən görüşümüzdən bəri sizə məlumat vermək istəyirəm ki, bu layihələr arasında keçən ilin oktyabr ayında Azərbaycanda açılışını etdiyimiz ilk böyük Günəş Elektrik Stansiyası yer alır və bu stansiyanın gücü 230 meqavatdır.
|
Bu stansiya bərpa olunan enerji sahəsində aparıcı şirkətlərdən biri “Masdar” tərəfindən inşa olunmuşdur və bu, yalnız başlanğıcdır.
|
İmzalanmış müqavilələrə və anlaşma memorandumlarına əsasən 2030-cu ilədək biz 5 min meqavata qədər, yəni 5 giqavat günəş və külək enerjisi istehsal etməyi planlaşdırırıq.
|
Bizim əsas investorlarımız Birləşmiş Ərəb Əmirliklərindən “Masdar” və Səudiyyə Ərəbistanından olan “ACWA Power” şirkətləridir.
|
Həmçinin digər ölkələrdən olan şirkətlər də bizimlə çalışır.
|
Bizim bərpa olunan enerji ehtiyatları baxımından nəhəng pontensialımız var, istər Xəzər dənizində, istərsə də qurudakı potensial olsun.
|
Bildiyimiz kimi, biz “Qara Dəniz Yaşıl Kabel” layihəsi ilə Avropaya yaşıl enerjinin önəmli ixracatçılarından biri olmağı nəzərdə tuturuq.
|
Artıq qərara alınıb ki, bu layihə inteqrasiya edilmiş layihə olmaqla Xəzər dənizindəki külək dəyirmanlarından yeni ötürücü xətlərlə Qara dənizin dibi ilə Avropaya gedəcək.
|
Beləliklə, bunlar bizim planlardır.
|
Əlbəttə ki, bərpa olunan enerji mənbələrimiz nə qədər çox olsa, indi elektrik enerjisi istehsalı üçün istifadə etdiyimiz təbii qaza daha çox qənaət etmiş olacağıq.
|
Bu da Cənub Qaz Dəhlizinə əlavə bir töhfə olacaqdır.
|
Cənub Qaz Dəhlizi artıq 3 ildir ki, fəaliyyətdədir, bu layihə həqiqətən də uğur hekayəsidir.
|
Bu, Avrasiyada ən böyük infrastruktur layihələrindən biridir.
|
Uzunluğu 3500 kilometr olan inteqrasiya edilmiş boru kəməri sistemi olan bu layihə enerji təhlükəsizliyi və əməkdaşlıq layihəsidir.
|
Çünki Cənub Qaz Dəhlizinin keçdiyi marşrut boyunca yerləşən bütün ölkələr arasında əməkdaşlıq olmasa, bu layihənin həyata keçirilməsi mümkün olmazdı.
|
Beləliklə, biz indi vacib bir məqama gəlirik.
|
Bu məqamın tərəfdaşlıq və əməkdaşlığın qurulması üçün enerjinin və qazıntı yanacağının bir alət və vasitə olduğunu görürük.
|
Qazıntı yanacağı məsələsi ilə bağı sonuncu məqam.
|
Biz indi qazıntı yanacağının bir növ yalnız problem yaradan bir məsələ olması meylini görürük.
|
Biz ədalətli olmalıyıq və eyni zamanda, neft və təbii qaz ehtiyatları ilə zəngin olan ölkələrə münasibətdə ədalətli olmalıyıq.
|
Bu ölkələrin günahı deyil ki, onlarda neft və qaz var.
|
Onlar buna görə günahlandırılmamalı və onlara qarşı ayrı-seçkilik olmamalıdır.
|
Hesab edirəm ki, qazıntı yanacağına malik olan ölkələrin fəaliyyəti onların ətraf mühitin müdafiəsi, yaşıl enerjiyə keçid məsələlərini necə həll etdikləri baxımından qiymətləndirilməlidir.
|
Yalnız bundan sonra, ədaləti təhlildən sonra bu ölkələr barədə mühakimə yürütmək olar.
|
Əks təqdirdə, biz neft və qaz istehsal edən ölkələr və bu resurslara malik olmayan ölkələr arasında sanki ayrıcı xətlər görəcəyik.
|
Bu məsələ haqqında danışarkən, əlbəttə, burada bu masada dünyanın aparıcı maliyyə institutlarının nümayəndələrinin olduğunu nəzərə alaraq diqqətinizi maliyyələşmə məsələsinə yönəltmək istəyirəm.
|
Cənub Qaz Dəhlizinin genişlənməsinin və təbii qaza aid istənilən digər layihənin maliyyələşməsi elə bir şəkildə aparılmalıdır ki, bizim əsas hədəfimizə mane olmasın.
|
Avropada Azərbaycan qazına böyük tələbat var idi və olmaqda qalır.
|
Bizə bir çox ölkələr müraciət etmişdir, dediyim kimi artıq altı ölkə bizim təbii qazı alır.
|
Əlavə bir neçə ölkə ilə danışıqlar aparılır.
|
Qaza tələbat var və bizim resurslarımız var, bizim infrastrukturumuz var.
|
Hesab edirəm ki, Avropa maliyyə institutlarından maliyyələşmə, ən azından bu layihənin maliyyələşməsi real yanaşmaya əsaslanmalıdır və ümumi hal almış qazıntı yanacağına qarşı meyillərin kölgəsi altına düşməməlidir.
|
Biz hamımız nələrin baş verdiyini bilirik.
|
Azərbaycan, qeyd etdiyimiz kimi yaşıl enerjiyə keçid prosesinin aktiv fazasındadır.
|
Lakin, eyni zamanda, heç kim bu faktı dana bilməz ki, ən azından yaxın gələcəkdə qazıntı yanacağı olmadan dünya inkişaf edə bilməz.
|
Sonuncu məsələ, Azərbaycana COP29-a sahiblik edən ölkə olmaq şərəfi nəsib olmuşdur.
|
Keçən ilin dekabrında qərar qəbul olunan kimi biz dərhal, yalnız bir səbəbdən müxtəlif QHT-lər və media təşkilatlarının hücumuna məruz qaldıq.
|
Çünki bizim neftimiz var və bu, bizim ən böyük nöqsanımız hesab olunmuşdur.
|
Baxmayaraq ki, qeyd etdiyim kimi bu qüsur deyil, Allahdan bir hədiyyədir.
|
Lakin bizə hücum edərək dedilər ki, necə ola bilər qazıntı yanacağı ilə zəngin olan bir ölkə COP-a ev sahibliyi edə bilər.
|
Gəlin, bu məsələyə başqa bir bucaq altında baxaq.
|
Bəli, bizim kifayət qədər neftimiz, kifayət qədər qazımız var.
|
Biz növbəti 100 il ərzində bərpa olunan enerji resursları olmadan yaşaya bilərik.
|
Bizim bütün ehtiyatlarımız təsdiq edilib və hər kəs bunu bilir.
|
Lakin iqlim dəyişikliyi ilə bağlı olan bu qlobal tədbirə ev sahibliyi etmək istəyimizin olması faktı bizim iradəmizi nümayiş etdirir.
|
Bizə buna görə hücum edilməməlidir, biz təqdir edilməliyik.
|
Biz heç bir yanlış iş görməmişik, lakin qərar qəbul olunan kimi bizə qarşı dərhal əlaqələndirilmiş, konsolidasiya olunmuş və çox ədalətsiz hücum edildi.
|
Əvvəlki illərdə Azərbaycana qarşı çoxlu hücumlar olmuşdur, biz buna adət etmişik, biz özümüzü müdafiə edə bilərik.
|
Lakin mən sizə, sadəcə, məlumat vermək istəyirəm ki, COP29-un Azərbaycanda təşkil edilməsi qərarı, yekdil qərar beynəlxalq birliyin ölkəmizə hörmətinin əlamətidir və bizim tədbirə ev sahibliyi etmək, bu işə töhfə vermək istəyimiz yaşıl gündəliyimizi nümayiş etdirir.
|
Bununla da çıxışımı burada bitirirəm.
|
Bir daha bizimlə bir yerdə olduğunuz üçün təşəkkür edirəm.
|
Fürsətdən istifadə edərək hamınızı COP29-a aparan bu mühüm yolda bizim tərəfdaşımız olmağa dəvət etmək istəyirəm.
|
Azərbaycanın energetika naziri Pərviz Şahbazov:""“Zati-aliləri Prezident Əliyev, biz Sizin dəyərli çıxışınıza görə təşəkkürümüzü bildiririk və bu Məşvərət Şurası yarandığı gündən Cənub Qaz Dəhlizinə böyük töhfə vermişdir.
|
İndi bu platforma məhz Sizin baxışlarınıza uyğun olaraq genişlənir.
|
Çünki Yaşıl Enerji Məşvərət Şurası da var və biz Sizin davamlı dəstəyinizə ümid edirik.
|
İndi isə mən sözü Zati-aliləri, Albaniyanın Baş naziri Edi Ramaya vermək istəyirəm.
|
Cənab Baş nazir, söz Sizindir”.
|
Albaniyanın Baş naziri Edi Rama çıxış edib:""“Möhtərəm Prezident Əliyev, əziz dost.
|
Bu gün mənə göstərilən qonaqpərvərliyə görə hədsiz dərəcədə minnətdaram.
|
Həmçinin cənab Prezidentin Azərbaycan və Albaniya arasında əməkdaşlığımızın mahiyyətini, habelə şəxsi münasibətimizi təsvir edən ifadələri məni qürurlandırdı.
|
Səkkiz il əvvəl nazirlər səviyyəsində keçirilən iclasda Prezident Əliyev demişdir ki, Cənub Qaz Dəhlizi beynəlxalq əməkdaşlığın unikal formatının təməlini qoyur.
|
Bu, ölkələr, şirkətlər və maliyyə institutları arasında olan yeni əməkdaşlıq təcrübəsi gələcək illər ərzində bir çox digər sahələri də əhatə edəcək.
|
Cənab Prezident bunu proqnozlaşdıra bildi.
|
Həqiqətən də bu yeni Enerji İpək Yolu olan Cənub Qaz Dəhlizi sıx əməkdaşlıq baxımından bir körpü oldu və ölkələr, şirkətlər, maliyyə institutlarını elə bir formatda bir araya gətirdi ki, bu layihənin təklif etdiyi imkanlara dair istəyi daha da artırdı.
|
Bu gün bu format elə bir körpü rolunu oynayır ki, artıq onun tərkib hissəsini yaşıl enerji təşkil edir.
|
Bu gün hamımız Cənub Qaz Dəhlizinin bir çoxlarının həyatını dəyişdirdiyinin şahidiyik və bu layihə Avropanı daha da təhlükəsiz etdi.
|
Avropanın ehtiyatlarını artırmaqda olduğu bir vaxtda, Cənub Qaz Dəhlizi heç şübhəsiz ki, Avropa İttifaqına boru kəməri ilə nəql edilən təbii qazın nadir və sabit mənbələrindən biri olmaqda davam edəcək.
|
Avropaya Rusiyadan nəql edilən qaz payının 40 faizdən 8 faizə və tezliklə sıfıra bərabər olacağını, yaşıl gündəlik və karbonsuzlaşma məsələlərinin olduqca aktual olduğunu nəzərə alaraq, Azərbaycan qazı və Xəzər hövzəsi bizim birgə gələcəyimiz üçün mühüm rol oynayır.
|
Albaniyaya gəldikdə, biz strateji baxımdan Trans-Adriatik boru kəmərinin marşrutu üzərində yerləşirik və bu, Cənub Qaz Dəhlizi layihəsinin mühüm halqasıdır.
|
Əlbəttə ki, biz bu transformasiya imkanına malik dəhlizin imkanlarından istifadə etmək niyyətindəyik.
|
Bunun üçün biz bərpa olunan enerji layihələrinə sərmayə qoymağı və dayanıqlı enerji infrastrukturu yaratmağı hədəfləyirik.
|
Hazırda Albaniya tam şəkildə bərpa olunan enerjidən faydalanan ölkədir.
|
Lakin bizə enerji mənbələrinin şaxələndirilməsi lazımdır və biz bu istiqamətdə çalışırıq.
|
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.