passage_id stringlengths 16 16 | title stringlengths 1 88 | content stringlengths 200 2k |
|---|---|---|
558998a1f026643e | II Yekaterina | Lakin səyahətlər zamanı qalması üçün ölkə ərazisində xüsusən yol boyu bir çox iqamətgahlar tikdirmişdir. Yalnız ömrünün sonlarına yaxın Pelldə özünə yeni saray iqamətgah tikdirmişdir. II Yekaterina orta boylu və qaraşın saçlara malik, yüksək intellektə, müdrikliyə malik, azad sevgiyə pərəstiş edən bir qadın olmuşdur. M... |
b35901fef324ef31 | II Yekaterina | Q. Q. Orlov — saray çevrilişinin təşkilatçısı, imperatriçənin əsasındakı məşhur Orlov brilliantını Yekaterinaya o bəxşiş vermişdir. 1762 ci ildə Orlovla nikah qurmaq ideyasından yaxınlarının məsləhətləri ilə imtina etmişdir. Vasilçikov — atlı qvardiyasının paruçiki. Q. A. Potyomkin — Qara dəniz donanmasının, Sevastopol... |
254ed3256cf20c2e | II Yekaterina | Bəzi məlumatlara görə o, Potyomkinlə gizlin nigahda olmuşdur. qusar Zoriç, Lanskoy, Aleksandr Dmitriyev-Mamonov — On altı yaşlı saray kənizi ilə icdivaha girdiyi üçün II Yekaterina tərəfindən Sankt Peterburqdan sürgün edilmişdir. Platon Zubov — sonuncu pərəstişkarı kornet sonralar general olmuş.Yekaterinanın eşqibazlıq... |
6632f289263d18ed | II Yekaterina | Saray həkimi Veykart onun gənc ikən ölməsinin səbəbibi məhz kantaridin preparatından ziyadəsi ilə istifadə etməsində görürdü. Yekaterina 60 yaşında olarkən onun sonuncu məşuq-pərəstişkarı 20 yaşlı Platon Zubov olmuşdur. N. İ. Pavlenko yazır: II Yekaterina 17 noyabr 1796-cı ildı 67 yaşında İnsultdan vəfat etmişdir. Mara... |
230f69ecd1a4997e | II Yekaterina | Suvorov II Yekaterina tərəfindən 3-cü dərəcəli Müqəddəs Georgi ordeni ilə mükafatlandırılmışdır. Xarici keçidlər Briefwechsel mit Friedrich dem Großen (alm.) Briefwechsel mit Voltaire (alm.) Katharina II. : Izbrannyja sotschinenija (rus.) |
69c94792fc671cc6 | II Yekaterina | ZDF-Expedition Arxivləşdirilib 2012-01-13 at the Wayback Machine (alm.) Katharinae der Zweiten, Kaiserin und Gesetzgeberin von Russland, Instruction für die zu Verfertigung des Entwurfs zu einem neuen Gesetzbuche verordnete Commission, Nachdr. d. Ausg. Riga u. Mietau, Hartknoch, 1768], Keip, Frankfurt (M.) 1970 Kathari... |
a3ffd644ae9b97f6 | Cabir Novruz | Cabir Mirzəbəy oğlu Novruzov (Cabir Novruz) (12 mart 1933, Upa, Xızı rayonu – 12 dekabr 2002, Bakı) — Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Respublikasının xalq şairi (1999). Cabir Novruz 1933-cü il mart ayının 12-də Xızı rayonunun Upa kəndində anadan olmuşdur. O, orta məktəbi bitirdikdən sonra M. Ə... |
1d363846301ee5d2 | Cabir Novruz | Yaradıcılığı Cabir Novruzun poeziyası XX əsr Azərbaycan ədəbiyyatının parlaq səhifələrindən birini təşkil edir. Onun əsərlərində milli irsimizin zəngin ənənələri müasir ədəbi cərəyanların tələbləri ilə üzvi şəkildə birləşir. Ədəbiyyat aləminə gəldiyi ilk illərdən şair yüksək bəşəri-mənəvi dəyərləri tərənnüm edən şeirlə... |
ec9642d7bc9e5875 | Cabir Novruz | Cabir Novruz yaradıcılığı vətənpərvərlik və mübarizlik ruhunun aşılanmasına mühüm xidmətlər göstərmişdir. Vətənin taleyi üçün narahatlıq hissinin xas olduğu Cabir Novruz poeziyasının başlıca mövzuları azərbaycançılıq ideyaları ilə sıx bağlı olmuşdur. Şairin poetik təfəkkürü onun lirikasının tarixiliyini qüvvətləndirmiş... |
ebbbbdec1bf786dc | Cabir Novruz | O, həyatının bütün mərhələlərində Azərbaycanda gedən ictimai-siyasi proseslərin həmişə fəal iştirakçısı olmuş, xalqımızın həyatında baş verən təleyüklü hadisələrə düzgün qiymət verməsində əsl vətəndaşlıq mövqeyi nümayiş etdirmişdir. Şairin ədəbi və ictimai fəaliyyəti yüksək qiymətləndirilmişdir. O, "Azərbaycan SSR əmək... |
698c952d0f0abc64 | Birinci Dünya Müharibəsi | Birinci Dünya müharibəsi (28 iyun 1914–11 noyabr 1918) — bəşəriyyət tarixində İkinci dünya müharibəsinə qədərki ən böyük müharibə. Bu adlandırma İkinci Dünya müharibəsinin başlanmasından sonra istifadə edilməyə başlanmış, iki dünya müharibəsi arasındakı dövrdə isə Qərbdə "Böyük müharibə" (ing. The Great War, fr. La Gra... |
50de046014606e7d | Birinci Dünya Müharibəsi | Nəticədə 70 milyondan artıq hərbçi (onların 60 milyonu avropalı idi) dünyanın ən böyük müharibələrindən birinə səfərbər edildi. 10 milyona yaxın əsgər öldü, əsasən silahlardakı texniki tərəqqinin olması, onların mobilliyi ölümlərin sayını daha da artırırdı. Avstriya-Macarıstan taxt-tacının vəliəhdi hersoq Frans Ferdina... |
454cc01b8cfa8136 | Birinci Dünya Müharibəsi | Böyük Britaniya hökuməti müharibə yolu ilə Almaniyanı zəiflətmək, onun müstəmləkələrinin bir hissəsini ələ keçirmək, Osmanlı İmperiyasını bölüşdürmək ümidində idilər. Fransız hökuməti də buna nail olmaq istəyirdilər. Bundan başqa onlar, 1870–1871-ci illərdə Almaniya ilə olan müharibədə itirilmiş Elzas-Lotaringiya vilay... |
3494004671e77530 | Birinci Dünya Müharibəsi | İyunun 28-də Serbiyadan gəlmiş terrorçu qrupun üzvü olan Qavrilo Prinsip Avstriya-Macarıstan taxt-tacının vəliəhdini Sarayevoda öldürdü. Bunun qarşılığında Avstriya-Macarıstan Serbiyaya ultimatum göndərdi və ona qarşı müharibə elan etdi. 1914-cü ilin iyulun axırında Avstriya-Macarıstan ordusu Serbiya ərazisinə daxil ol... |
8c4e4336f9d579fa | Birinci Dünya Müharibəsi | Belçikanı müdafiə etmək bəhanəsi ilə Böyük Britaniya Almaniyaya müharibə elan etdi. Getdikcə yeni-yeni ölkələr müharibəyə qoşuldular. 1914-cü il avqustun 23-də Yaponiya Almaniyaya qarşı müharibə elan etdi. Lakin, o Avropaya qoşun göndərmədi, Yaponiya Almaniyanın Uzaq Şərqdəki torpaqlarını tutmağa və Çini itaət altına a... |
e54c201364677271 | Birinci Dünya Müharibəsi | Suriya, Fələstin və Qafqazda yeni cəbhələr açıldı. 1914–1917-ci İllərdə hərbi əməliyyatlar Müharibəyə girən dövlətlərin hər birinin hərbi əməliyyat üçün qabaqcadan hazırlanmış planı var idi. Almaniya uzun müddət alman baş qərargahına rəhbərlik etmiş və müharibədən az öncə vəfat edən rəhbərinin adı ilə adlandırılmış Şli... |
bc482ae25b80979f | Birinci Dünya Müharibəsi | Almaniya imperatoru II Vilhelm payızda Fransanın təslim olacağını vəd edirdi. Fransanın başı üstünü ölüm təhlükəsi almışdı. Fransa hökuməti müvəqqəti olaraq paytaxtı tərk etdi. Rusiyada isə səfərbərlik ləng gedirdi. Fransa hökuməti təcili kömək üçün Rusiyaya müraciət etdiyi zaman rus qoşunlarının cəbhə boyu düzülməsi, ... |
dcfa4042ddc5d827 | Birinci Dünya Müharibəsi | Rusiyanın iki ordusu Şərqi Prussiya ərazisinə girdi, onun xeyli hissəsini tutdu və bu, Almaniyanın ordu komandanlığında narahatlığa səbəb oldu. Alman komandanlığı iki piyada korpusunu və süvari diviziyasını tələsik Fransadan çıxararaq şərq cəbhəsinə yolladı. Beləliklə, Fransaya hücum üçün nəzərdə tutulan ehtiyat qoşunl... |
56cd0eaaacc6adc2 | Birinci Dünya Müharibəsi | Rusiya qoşunları Avstriya-Macarıstan qoşunlarının müdafiə xəttini yararaq, onları geri oturtdu və Polşanın Avstriyaya aid olan hissəsini və Qaliçiyanı (Qərbi Ukrayna) tutdu. Lakin alman ordusu köməyə gələrək rus ordusunu burada da bir neçə ağır məğlubiyyətə uğradaraq onları geri oturtdu. Rus ordusu böyük itkilər verdi,... |
4b8373695ba598bc | Birinci Dünya Müharibəsi | 1914-cü ilin sentyabrında baş vermiş Marna sahilindəki vuruşmada hər iki tərəfdən 2,5 milyon nəfərdən çox adam iştirak edirdi. Fransız və ingilis qoşunları hücuma keçdilər. Sentyabrın 9-da almanlar cəbhə boyu geri çəkilməyə başladılar. Onlar hücum edən düşməni yalnız Ena çayı sahilində dayandıra bildilər. Beləliklə, Al... |
d224c43aef4caa52 | Birinci Dünya Müharibəsi | 1914-cü ilin axırına yaxın Qərb cəbhəsi Şimal dənizindən İsveçrə sərhədinədək sabitləşdi. Əsgərlər səngərlərə çəkildilər. Manevr müharibəsi mövqe müharibəsinə çevrildi. Quruda müharibənin faktiki olaraq dalana düşməsi ilə əlaqədar olaraq hər iki tərəf yeni müttəfiqlər axtarırdı ki, yeni cəbhələr açsın və ya hətta qüvvə... |
fb61cb6b0298a76d | Birinci Dünya Müharibəsi | Qatı millətçilər öz irredentalarını, italyanlar yaşayan, lakin İtaliyaya tabe olmayan sərhəd regionları ələ keçirmək şansını görürdülər. İtalyan hökuməti Avstriya-Macarıstanla danışıqlara başladı, əgər Trentino və Cənubi Tirol təslim edilərsə hücum edən Avstriyanın onlardan əl çəkməsini təklif etdilər. Avstriya ilə dan... |
8b0d9266d517f7c7 | Birinci Dünya Müharibəsi | Hər bir tərəf digərinin torpağında yaşayan milli azlıqları və narazı qrupları satın alırdı. Almanlar Rusiyanı sıxışdırmaq üçün Polşaya müstəqillik vəd etdi. Onlar Ukraynadakı yerli millətçiliyi hərəkətə gətirdilər. Belçikada isə almanpərəst flamand xalqının qiyamını qaldırdılar. Onlar Osmanlı sultanını xəlifə kimi inan... |
4a0468b30728a47c | Birinci Dünya Müharibəsi | Alman agentləri İrlandiyada iş aparırdılar və bir irland millətçisi Rocer Keysment alman sualtı qayığında İrlandiyaya gəlib 1916-cı il Pasxa qiyamına hazırlıq gördü və başlanan qiyam Britaniya tərəfindən yatırıldı. 1915-ci ildə Almaniya və onun müttəfiqləri əsas zərbəni Rusiyaya qarşı yönəldərək onu tam məğlubiyyətə uğ... |
7511a67445982c83 | Birinci Dünya Müharibəsi | 1915-ci ilin payızında almanlar bütün Polşanı və Baltikanın bir hissəsini tutdular. Almanların bu hücumu ruslar üçün fəlakətlə nəticələndi. Almaniya və onun müttəfiqləri cüzi itkilər verməklə böyük əraziləri tutdular. Rusiya isə təkbaşına qalaraq bu döyüşlərdə 11 milyon əsgər itki (onların 3 milyonu döyüşlərdə öldürülm... |
3a825da9c742a17f | Birinci Dünya Müharibəsi | 1915-ci ildə Almaniya İngiltərəyə sarsıdıcı zərbə vurmağa cəhd göstərdi. Almaniya İngiltərəyə lazımi xammal və ərzaq gətirilməsinin qarşısını almaq üçün ilk dəfə olaraq daha yeni silahdan, sualtı qayıqlardan istifadə etdi. Yüzlərlə gəmi məhv edildi, onların heyətləri və sərnişinləri həlak oldu. İngiltərə isə gəmiqayırm... |
3964c195d3099fe0 | Birinci Dünya Müharibəsi | Almaniya Rusiyanı tamamilə gücdən saldıqdan sonra bütün diqqətini Fransaya qarşı yönəltdi. 1916-cı il fevralın 21-də alman qoşunları Verden yaxınlığında cəbhənin bir hissəsində hücuma keçdilər. Alman komandanlığı burada çox böyük qüvvə toplamışdı. Hücum çox güclü artilleriya bombardmanı ilə başladı. Lakin alman piyadas... |
5cfa19299f3fe38f | Birinci Dünya Müharibəsi | Həmin ilin iyul ayında Almaniyanın qüvvələrinin zəifləməsindən istifadə edən ingilis və fransız qoşunları Somma çayı sahilində hücuma keçdilər. Burada qanlı vuruşmalar payızın axırına kimi davam etdi. Burada ingilislər və fransızlar tarixdə ilk dəfə olaraq tanklardan istifadə etdilər. Onların texnikası indi almanların ... |
7a63340fc8486210 | Birinci Dünya Müharibəsi | 1917-ci ilin aprelində ABŞ Almaniyaya qarşı müharibə elan etdi. Lakin Almaniya artıq gücdən düşmüşdü və ingilis və fransızların birgə qüvvələrinə qarşı müqavimət göstərə bilmirdi. Yaxınlaşmaqda olan qələbənin bəhrələrini ABŞ ilə bölüşdürmək istəməyən Fransa və İngiltərənin hakim dairələri cəhd edirdilər ki, ABŞ diviziy... |
f33c634ef1b27bef | Birinci Dünya Müharibəsi | Bununla da Qafqazda hərbi əməliyyatlar başladı. Türk qoşunları Ənvər Paşanın komandanlığı altında Qars-Batum istiqamətində Cənubi Qafqaza hücüm etdi. Cənubi Qafqaza hücum etməklə yanaşı Cənubi Azərbaycan ərazisinə də girdilər. Ənvər Paşa və qərargahının hazırladığı hərbi plana əsasən Qafqazda rus qoşunlarına əsas zərbə... |
7dc0f66855f2ce70 | Birinci Dünya Müharibəsi | Canlı qüvvə və texnikasının çoxluğu rus ordusuna qələbə qazandırdı. Bu döyüşdən sonra Təbrizi tutan rus qoşunu türk ordusunu Cənubi Azərbaycandan çıxartdı. Rusiyada yaşayan müsəlman türkləri orduya çağırmırdılar. Bundan başqa çar hökuməti Azərbaycan türklərinin cəbhələrdə Osmanlı ordusuna qarşı vuruşmayacağından ehtiya... |
e57d43c83a470685 | Birinci Dünya Müharibəsi | Antanta İtalyanın hakim dairələrinə Almaniyanın və Balkanlarda İtaliya ilə maraqları toqquşan Avstriya-Macarıstanın vəd edə biləcəyindən daha çox şey vəd etdi. İtaliya "Antanta"ya qoşuldu. 1915-ci ilin sentyabrında Bolqarıstan Avstriya, Almaniya və Osmanlı dövlətləri ilə ittifaqa girdi. 1916-cı ilin avqustunda Rumıniya... |
f5f0239313fc6987 | Birinci Dünya Müharibəsi | Belə ki, ABŞ hökuməti və bankları Antanta dövlətlərinə çox böyük miqdarda kredit vermişdi. Əgər Antanta məğlub olsaydı onlar öz borclarını ödəyə bilməyəcəkdi və buna uyğun olaraq da ABŞ iqtisadiyyatı da tənəzzülə uğrayacaqdı. ABŞ ordusunun müharibəyə qoşulması Antanta qoşunlarında çox böyük ruh yüksəkliyi yaratdı. Ümum... |
b065df9a32364905 | Birinci Dünya Müharibəsi | Alman qoşunları böyük tələfat bahasına Parisə tərəf irəliləyə, xeyli əsir ala və qənimət ələ keçirə bildilər. Lakin ABŞ qoşunlarının əsas hissələri gələnədək ingilis-fransız ordularını əzmək mümkün olmadı. Almaniyanın yalnız maddi ehtiyatları deyil, həm də insan ehtiyatları tükənirdi. Cəbhəyə artıq yeniyetmələri göndər... |
2a4861502da51279 | Birinci Dünya Müharibəsi | İngilis-fransız orduları və artıq gəlib çıxmış ABŞ birləşmələri Almaniya qoşunlarını əvvəlki mövqelərinə geri oturtdular. Avqustun 8-də Fransa, İngiltərə və ABŞ qoşunları fransız marşalı Foşun ümumi komandanlığı altında hücuma başladılar. Onlar almanların cəbhəsini yararaq bir gündə 16 diviziyanı darmadağın etdilər. Vu... |
8c111df4886369cc | Birinci Dünya Müharibəsi | Bolqar ordusu əzildi və Bolqarıstan təslim oldu. İngilis-Fransız qoşunları Fələstində və Suriyada türk ordusunu məğlub etdikdən sonra Osmanlı imperiyası da təslim oldu. Avstriya-Macarıstan ordusunun əsgərləri vuruşmaqdan imtina edirdilər. Avstriya-Macarıstan imperiyası dağıldı. Onun ərazisində bir sıra müstəqil milli d... |
9c50624b021f4822 | Birinci Dünya Müharibəsi | Elə həmin gün Almaniyada inqilab başlandı. Noyabrın 9-da xalq monarxiyanı devirdi. Ölkə respublika oldu. Yeni hökumət yaradıldı. 1918-ci il noyabrın 11-də sübh çağı Kompyen meşəsində, general Foşun mənzil-qərargahında Almaniya ilə onun rəqibləri arasında sülh müqaviləsi imzalandı. Noyabrın 11-də saat 11-də ali baş koma... |
c5447f4e04553927 | Birinci Dünya Müharibəsi | əmrini verdi. Bu siqnal bütün cəbhəyə çatdırıldı. Həmin anda döyüş əməliyyatları dayandırıldı. Birinci dünya müharibəsi başa çatdı. Birinci dünya müharibəsi 1918-ci ildə 11 noyabr Almaniyanın təslim olması ilə sona çatdı. Rusiyada 1917-ci ilin fevral ayında baş vermiş burjua-demokratik inqilabı nəticəsində monarxiya de... |
8290c6b0c29d2f18 | Birinci Dünya Müharibəsi | Oktyabrda isə bolşeviklər dövlət çevrilişi edərək hakimiyyəti ələ aldılar. 3 mart 1918-ci ildə Brest-Litovskda Almaniya və İttifaq Dövlətləri ilə sülh bağladılar. 1918-ci ilin mayında Rumıniya "İttifaq dövlətləri"lə sülh bağladı. 1918-ci il oktyabrın 30-da Osmanlı, noyabrın 3-də Avstriya-Macarıstan, noyabrın 11-də isə ... |
d3e0dfe911509cad | Birinci Dünya Müharibəsi | Lakin dünya müharibəsi İttifaq dövlətlərinin məğlubiyyəti ilə başa çatdı. Antantanın canlı qüvvə və maddi resurslar cəhətdən üstünlüyünün həlledici əhəmiyyəti oldu. Amerika Birləşmiş Ştatları da Antanta tərəfində idi. Almaniya]], Rusiyada, Avstriya-Macarıstan da və Osmanlı imperiyalarında mövcud olan quruluş dünya müha... |
5e3f04d9ff19fc1e | Birinci Dünya Müharibəsi | Öldürülənlər və yaralardan ölənlər azı 10 milyon, yaralananlar isə 20 milyon nəfərdən çox idi. Bundan əlavə, çox sayda insan aclıq və xəstəlikdən dünyasını dəyişmişdi. 1914–1918-ci illərdə müharibədə vuruşan başlıca dövlətlərin milli sərvətinin orta hesabla üçdə bir hissəsi məhv olmuşdu. Bütöv kəndlər və şəhərlər yer ü... |
361a53a0a8be5141 | Birinci Dünya Müharibəsi | İlk dəfə 1915-ci il hərbi əməliyyatlarda Almaniya tərəfindən: 1.İngiltərəyə qarşı sualtı qayıqlardan 2.Belçika ərazisində zəhərli xlor qazından istifadə edilmişdir. 1916-cı ildə baş vermiş Somma döyüşündə ingilislər və fransızlar dünya tarixində ilk dəfə olaraq,tanklardan istifadə etmişdilər. Azərbaycan Birinci dünya m... |
2e4f12871a769303 | Birinci Dünya Müharibəsi | Lakin onların ali silkindən könüllü olaraq çar ordusu sıralarına gedənlər də var idi. Bunlardan 200 nəfər azərbaycanlı zabiti Birinci dünya müharibəsi cəbhələrində vuruşan rus ordusunda xidmət etmişdi. Artilleriya generalları Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski, general Hüseyn xan Naxçıvanski, general İbrahim ağa V... |
f50f3d74bfdfd1b1 | Birinci Dünya Müharibəsi | General-leytenant Hüseynxan Naxçıvanski Qərb cəbhəsində süvari diviziyaya komandanlıq etmişdi. General İbrahim ağa Vəkilov ordu qərargahında qulluq etmişdi. Onun oğlu polkovnik Qalib bəy Vəkilov Qərb cəbhəsində mühəndis polkunda göstərdiyi igidliyə görə Müqəddəs Georgi ordeni ilə təltif olunmuşdu. Nijeqorod alayında ro... |
609074678622226e | Birinci Dünya Müharibəsi | O, Neman çayı üzərindəki körpünü dağıtmaqda böyük şücaət göstərmişdi. Fərrux ağa Qayıbov 1916-cı ilin sentyabrında Vilnüs səmasında qarşılaşdığı dörd düşmən təyyarəsindən üçünü məhv etmiş və özü də qəhrəmancasına həlak olmuşdu. O da ölümündən sonra Müqəddəs Georgi ordeni ilə təltif olunmuşdu. Müharibə illərində Azərbay... |
71665f022e7847a5 | Birinci Dünya Müharibəsi | İqtisadiyyat tənəzzül etmişdi. Rusiyanın əsas duru yanacaq bazası olan Bakıda neft istehsalı geriləmişdi. Neft hasilatı 1914-cü ildəki 431,7 min puddan 1917-ci ildə 402 min puda enmişdi, 1916-cı ildə Bakıdakı 15 neft-yağ zavodundan 2-si işləyirdi. 1917-ci ildə cəbhə üçün 50 min pud partlayıcı toluol və 90 min pud benzi... |
cdadbb9b659b6c0e | Birinci Dünya Müharibəsi | Gədəbəydəki mis zavodu, mahlıc istehsalı, ipək və tütün emalı müharibə tələblərini ödəmək üçün işləməyə başlamışdılar. 1915-ci ildə H.Z.Tağıyevin toxuculuq fabriki cəbhəyə 4 milyon arşın bez və 300 min arşın parusin göndərmişdi. Müharibə Azərbaycanın kənd təsərrüfatına da zərər vurmuşdu. Əkin sahələri müharibədən əvvəl... |
39951f456919268b | Birinci Dünya Müharibəsi | İribuynuzlu heyvanların sayı 480 min baş, davarların sayı 500 min azalmışdı. Arxa cəbhədə yardımçı təsərrüfatlarda işləmək üçün Azərbaycandan 50 min gənc səfərbərliyə alınmışdı. Sosial vəziyyət də pisləşmişdi. Ərzaq qıtlığı, bahalıq baş vermişdi. Müharibə dövrü ərzağın qiyməti 300–500 faiz yüksəlmişdi. Bakıya taxıl və ... |
05fbeabd88a93a38 | Birinci Dünya Müharibəsi | Əhalinin vəziyyəti olmazın dərəcədə pisləşmişdi. Bütün bunlar əhali arasında sosial gərginliyi artırmışdı. Bakıda, Şəkidə, Tovuzda fəhlə tətilləri başlamışdı. 1916-cı ildə 80-dan çox tətil olmuşdu. 1915–1916-cı illərdə Lənkəran, Ərəş, Quba qəzalarında kəndli həyəcanları da baş vermişdi. Həmçinin bax Xarici keçidlər www... |
63174e6c212052f5 | Ənvər Məmmədxanlı | Ənvər Qafar oğlu Məmmədxanlı (15 (28) fevral 1913, Göyçay – 19 dekabr 1990, Bakı) — Azərbaycan yazıçısı, nasir, kinodramaturq, ssenarist, tərcüməçi, 1938-ci ildən Azərbaycan Yazıçılar Birliyinn üzvü, "Azərbaycanfilm" kinostudiyasının ssenari redaksiya heyətinin baş redaktoru (1946–1964), Azərbaycan SSR əməkdar incəsənə... |
dfaa6b3e56109c6a | Ənvər Məmmədxanlı | Sonra redaksiya ilə birlikdə Stalinqrada göndərilmişdir. 1942-ci ilin axırlarında bir qrup Azərbaycan yazıçısı ilə Şimali Qafqaz cəbhəsində, 416-cı diviziyada olmuşdur. Bakıda Azərbaycan Radio Verilişləri Komitəsində redaktor kimi çalışmışdır (1943–1944). Yenidən Zaqafqaziya cəbhəsinə, oradan İrana hərbi xidmətə göndər... |
14bc4908b5fc2cd8 | Ənvər Məmmədxanlı | Yaradıcılığı Ədəbi fəaliyyətə 1930-cu illərdən başlamışdır. Böyük Vətən müharibəsinin başlaması ilə əlaqədar olaraq Əsərləri keçmiş SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur. "Şərqin səhəri" ([bədii ədəbiyyatın]) tematikasında,növ və janrında,üslubunda,həyatı inikas formasında bir sıra yeni,əsaslı də... |
0e6780decc19acb2 | Ənvər Məmmədxanlı | ", "Ananın ölümü", "Ulduz" (1947), "Od içində" (1951) pyesləri və "Şirvan gözəli" (1957) lirik komediyası tamaşaya qoyulmuşdur. "Şirvan gözəli" Zaqafqaziya teatr baharında birinci dərəcəli diploma layiq görülmüşdür. 1957-ci ildə onun Akademik Dram Teatrında tamaşaya qoyulan "Şərqin səhəri" əsəri SSRİ Dövlət mükafatına ... |
168166fef13b57e8 | Ənvər Məmmədxanlı | İki dəfə "Şərəf nişanı" (1946–1949), "Qırmızı Əmək bayrağı" (1980–1983) və "İkinci dünya müharibəsi" (ikinci dərəcəli) ordenləri, döyüş medalları ilə təltif olunmuşdur. 1990-cı il dekabrın 19-da Bakıda vəfat etmişdir. Fəxri xiyabanda dəfn olunmuşdur. Burulğan. Bakı: Azərnəşr, 1934, 119 səh. Bakı gecələri (hekayələr). |
6649fc9863dc02b4 | Ənvər Məmmədxanlı | Özgə qapılarında. Bakı: Gənclik, 1981, 380 səh. M.Qorki. Uşaqlıq. Bakı: Gənclik, 1982, 240 səh. Filmoqrafiya Babək (film, 1979) Bəxtiyar (film, 1942) Cazibə qüvvəsi (film, 1964) Fətəli xan (film, 1947) İntizar (film, 1969) İran Azərbaycanının paytaxtında (film, 1945) Leyli və Məcnun (film, 1961) Sovqat (film, 1942) Şəm... |
c997c7e9295e2108 | Ənvər Məmmədxanlı | "Sovet Azərbaycanının kinosu" //Kommunist.- 1958.- 29 avqust. Azad, Ə. "Kinostudiyada bir gün" [Reportaj] //Ədəbiyyat və incəsənət.- 1964.- 13 iyun. Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. |
638c882555cabcbc | Ənvər Məmmədxanlı | Müasir Azərbaycan ədəbiyyatı. İki cilddə, I cild, Bakı:BDU nəşri, 2007,502 s. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 874 Karvan dayanmadı HƏYATI AĞRIYAN ƏNVƏR MƏMMƏDXANLI Oralarda kimlər var: Ənvər Məmmədxanlı-100 Babək haqqında son... |
b737f15c77bccf81 | Azərbaycanın mineral suları | Mineral sular — İnsan orqaniziminə müalicəvi təsir edən, tərkiblərində nisbətən çox miqdarda qazlar olan və duz tərkibində faydalı bioloji aktiv elementləri olan və yaxud, ümumi minerallaşma dərəcəsi yüksək olan sulardır. Ümumi məlumat İnsanların məişətində yeraltı suların mühüm rolu vardır. Yeraltı suların növləri içə... |
f4b844b49df4177f | Azərbaycanın mineral suları | km³-i yeraltı suların payına düşür ki, onun da çoxu mineral sulara aiddir. Mineral su mənbələrinin əksəriyyəti Şimali Qafqazda, Zaqafqaziyada, Ukrayna, Krım və az miqdarda Orta Asiyadır. Azərbaycan mineral sularla zəngindir. Əsas su mənbələri Hacıkənddə, İstisu, Turşsu, Şuşa, Naftalan, Slavyanka, Badamlı, Sirab, Vayxır... |
c6f36906c0ea711f | Azərbaycanın mineral suları | Respublika ərazisində 1000-dən çox mineral su bulağı vardır. Bir qayda olaraq, bu bulaqların çoxu respublikamızın dağlıq rayonlarında yayılmışdır. Düzən rayonlarda təbii su bulaqlarına az rast gəlmək olar. Buna baxmayaraq buruq qazma yolu ilə mineral sular çıxarılır. Azərbaycan fiziki-coğrafi cəhətdən çox kəskin dəyişə... |
8b99d0cc8610ae14 | Azərbaycanın mineral suları | Respublikanın 85,5 min km² ümumi düzənliklərdən ibarətdir. Təbii mineral su bulaqlarının 90%-dən çoxu, yəni 905-i dağlıq rayonda, qalanları isə, yəni 98 mineral su bulağı düzənlik rayonda yerləşmişdir. Ona görə də Azərbaycanın mineral sularının coğrafi yayılma rayonları aşağıdakı qaydadır. Abşeron yarmadasının mineral ... |
1b8679d755bcd85a | Azərbaycanın mineral suları | Abşeron yarımadası iqliminə görə subtropik iqlimə çox yaxındır. Burada isti yay, günəşli payız, mülayim qış keçir, yazı nisbətən qısa olur. Abşeron qumlu sahilləri və təkcə dənizi ilə şöhrət tapmamışdır. Burada çoxlu şəfa bulaqları qaynayır. Suraxanı, Sabunçu və Şıx burnunda çıxan mineral sular böyük müalicə əhəmiyyəti... |
5545f845de3397c6 | Azərbaycanın mineral suları | Tərkibində yod, brom və böyük müalicə təsiri gücünə malik çoxlu başqa maddələr olan mineral suları Abşeronu daha da şöhrətləndirmişdir. Böyük Şor və Masazır mənbələrində qiymətli müalicə palçığı çıxır. Abşeron yarımadasında onlarca palçıq vulkanı püskürmüşdür. Təəssüf ki, bu vulkanlardan çıxan müalicə palçıqları balneo... |
7c397343761aab8d | Azərbaycanın mineral suları | Həmin yerlərdə onlarca sanatoriya, istirahət evləri tikilmişdir. Lakin bu son hədd deyildir. Naxçıvan Muxtar Respublikasının mineral suları Naxçıvan Muxtar Respublikasının ərazisində 200-dən çox ziyadə mineral su bulağı vardır. Buranın mineral suları öz müxtəlifliyi ilə hidrokimyəvi muzeyi xatırladır. Bu rayonun ən qiy... |
f4d19f162f39b193 | Azərbaycanın mineral suları | Bu növ mineral su qrupu son dərəcə balneoloji içməli hidromineral ehtiyatdırlar. Dağlıq Qarabağın mineral suları Dağlıq Qarabağın əlverişli meteoroloji durumu, çoxsaylı meyvə bağları, gözəl içməli su bulaqları və karbonturşulu sularının varlığı bu ərazinin kurort əhəmiyyatını qat-qat artırır. Kiçik Qafqaz dağlarında cə... |
3094c44e5125730d | Azərbaycanın mineral suları | Məlum olan mineral su bulaqlarının əksəri: Turşsu, Şirlan, Çərəktar, Kolataq və s. bu zonanın qərb hissəsində yerləşir. Laçın-Kəlbəcər rayonunun mineral suları Bu rayon Azərbaycan Respublikasının qərbində Kəlbəcər və Laçın rayonlarında yerləşir. Laçın – Kəlbəcər bölgəsinin 63 bulağı İstisu (Kəlbəcər rayonu) və İlıqsu (... |
3a4db5497cfd1296 | Azərbaycanın mineral suları | Gəncə-Qazax bölgəsinin mineral suları Hacıkənd Gəncə şəhərindən 17 km aralı 1000 m hündürlükdə yerləşir. Bu yerin iqlimi mülayim isti, rütubətlidir. Qışı nisbətən istidir. Hacıkənd yaxınlığında karbonturşulu bulaq və böyük sayda içməli su çeşmələri mövcuddur. Gədəbəy rayonu mineral sularla zəngindir. |
1df813ff13cb4449 | Azərbaycanın mineral suları | Bildiyimiz ki, tarixən Gədəbəydə məskunlaşmış almanlar və ruslar 19-cu əsrdə Gədəbəy rayonunun bulaqlarından içməli su kimi istifadə etmiş və həmin bulaq sularının faydaları haqqında çoxlu məqalələr yazmışlar. Son dövrlərdə Azərbaycan bazarına yeni daxil olmuş "Slavyanka-1" əmtəə nişanlı sular tərkibinə görə minerallar... |
06eea50072d92fcf | Azərbaycanın mineral suları | Yerli əhali bu sulardan müalicə məqsədləri ilə qədimdən istifadə edilir. Bulaqlardan birinin Oğlan Bulağı, digərinin isə Qızbulağı adlarını daşınması həmin mülahizənin doğruluğunu bir daha təsdiqləyir. Lənkəran rayonunun mineral suları Lənkəran bölgəsi mineral sularla xeyli zəngindir. Termal və soyuq suların temperatur... |
2921f5f9f768400a | Azərbaycanın mineral suları | Lənkəran bölgəsində 157 mineral su mənbəyi mövcuddur: Astaranın İstisu kəndində, Lənkəranın İbadisu, Haftoni kəndlərində, habelə Masallının Qəriblər kəndində və s. Babazənən mineral suları Kür çayının dənizə töküldüyü yerə yaxın, Salyan rayonu ərazisində yerləşən bu rayonu mineral sərvətləri Babazənən dağlarında yerləş... |
73c88050e59c1901 | Azərbaycanın mineral suları | Bunlara müalicəvi neft, mineral sular və müalicəvi palçıq aiddir. Müalicəvi neft kimi tanınan naftalan Goranboy rayonunda yer üzünə çıxır. Onun yatağı Goran dəmir yolu stansiyasından 18 km cənubda dəniz səviyyəsindən 450 m hündürlükdə yerləşir. Öz xarici görkəminə görə o, sənaye neftinə bənzəyir. Lakin, benzin və ağ ne... |
8585ac690dc31ecf | Azərbaycanın mineral suları | Hal-hazırda naftalan nefti uğurla səhiyyənin demək olar ki, bütün sahələrində tətbiq olunur. Bu ərazidə yerləşən müalicəvi neft yatağı dünyada yeganədir. Mineral suların tərkibi Suyun əsas tərkibini təşkil edən elementlər "ağırlığına görə" kimyəvi cəhətdən olduqca aktivdir. Mineral sular adi sulardan seçilir. Onların t... |
d512c4eb6eae3ccb | Azərbaycanın mineral suları | Tərkibində olan maddələrin miqdarı və növlərinə görə sular müxtəlif fiziki və kimyəvi xassələrə və keyfiyyətə malik olur. Mineral suların fiziki xassələri Mineral suların fiziki xassələrinə onların temperaturu, rəngi, tamı, qoxusu və şəffaflığı daxildir. Mineral suların temperaturu Yeraltı suların hər hansı bir növünün... |
d93512c6f0e98c92 | Azərbaycanın mineral suları | Bu ancaq təbii su çıxarlarına aiddir. Lakin buruq qazma üsulu ilə Azərbaycanda yerin dərin qatlarından temperaturu 95 °C-yə çatarsa su çıxır. Respublikamızda yüksək temperaturlu mineral sular Qoturlu (64°), Donuzütən (64°, Masallı rayonu), İstisu (62°-yə Kəlbəcər rayonu) bəllidir. Temperatur xusisiyyətlərinə görə 35–36... |
7f7be0cff6b12c8b | Azərbaycanın mineral suları | Belə suların müalicə əhəmiyyəti daha yüksəkdir. Belə sulara Xaltan (Dəvəçi rayonu), İlisu (Qax rayonu) (36°-42 °C) və başqaları aiddir. Beynəlxalq balneoloji təsnifat əsasında Yer kürəsində məlum olan mineral sular aşağıdakı qayda üzrə fərqlənir: Soyuq sular (20 °C-dən aşağı); Subtermal (ilıq) sular (20°-37 °C) ; Terma... |
c18f0071b5c542ec | Azərbaycanın mineral suları | Suların rəngi, onların tərkibində həll olan maddələrdən asılıdır. Məsələn, tərkibində dəmir olan sular pas rəngində görünür. Mineral suda hidrogen-sulfit olduqda həmin mineral su bilavasitə mavi rəng alır. Azərbaycan Respublikasının mineral suları öz tamlarına görə xüsusilə fərqlənir. Respublika ərazisində uzaq keçmişd... |
1b69fc1e14e9e28a | Azərbaycanın mineral suları | Əslində bu suların tamı şirin deyildir. Bizim mülahizəmizə görə, bu ancaq Azərbaycanda yeraltı və yerüstü suların öz tamına görə olduqca müxtəlifliyi ilə əlaqədardır. Belə ki, respublikamızda hər hansı tamlı sulara rast gəlmək olar. Müxtəlif tamlı suların çox yayılmasına görə təmiz sular "şirin"su adlandırılmışdır. Hət... |
7edec9345bb83895 | Azərbaycanın mineral suları | Acıbulaq, Turşsu, Şorsu və s. Azərbaycanın mineral sularının ümumi miqdarının 300-ü turşsulu, 100-ə yaxını şorməzə-turş, 260-ı acımtıl-şor, 90-a kimisi şor, 42-si acı, 180-i təmiz və 31-i xlorlu və metal tamlı sulardandır. Sularda müxtəlif tamların olması onların kimyəvi tərkibi və həll olan duzların xarakterindən asıl... |
5308c72cd72d3943 | Azərbaycanın mineral suları | Qeyd etmək lazımdır ki, qoxulu sulardan çoxu iylənmiş yumurta qoxusu verir. Azərbaycanın mineral sularında iylənmiş yumurta qoxusu ən zəif dərəcədən çox şiddətli dərəcəyə qədər olur. Bəzi sular torpaq, balıq, dərman və s. qoxular verir. Suların qoxusu onların keyfiyyətinin təyin edilməsində mühüm rol oynayır. Sularda q... |
f60f8908947fbbfe | Azərbaycanın mineral suları | Mineral suların çöküntüləri Respublikanın mineral suları yer üzünə çıxdıqda müxtəlif formada çoxlu çöküntülər gətirir. Bu çöküntülər kristallik, dənəvər, stalaktitli, stalmitli və tozvari şəkillərdə olur. Mineral suların çöküntüləri araqonit, melantenit, travertin, oxra kimi formalarda mineral maddələr əmələ gətirir. O... |
ce8ac7f1b8d74008 | Azərbaycanın mineral suları | Mineral suların kimyəvi tərkibi və mənşəyi Məlum olduğu kimi su təbiətdə ən yaxşı həll edicidir. Su təmasda olduğu süxurları, mineralları tərkibində həll etmək qabiliyyətinə malikdir. İstər infiltrasiya (atmosfer yağıntılarının yer qabığının dərinliklərinə doğru hərərkəti) istərsədə sedimentasiya suları (çöküntü toplan... |
17475003e2d61d2d | Azərbaycanın mineral suları | Mineral suların qaz tərkibi Aparılan tədqiqatlar nəticəsində Azərbaycan mineral sularının tərkibində külli miqdarda qaz olaması müəyyən edilmişdir. Mineral suların tərkibində qazlar iki halda olur:1)suyun tərkibində həll olan qazlar, 2)sudan sərbəst ayrılan qazlar. Respublikada çox yayılmış olan mineral sular əsasən qa... |
0cd3504382c53424 | Azərbaycanın mineral suları | Karbon qazlı sulara hər yerdə təsadüf edilmir. Azərbaycan ərazisində bu sular ancaq Kiçik Qafqaz dağları rayonlarında və Naxçıvan MR-da yayılmışdır. Karbon qazlı sulardan ən məşhurları: Nəhəcir, İstisu, Badamlı, Turşsu, Darıdağ, Çayqarışan, Qızılca və başqalarıdır. Hidrogen-sulfidli Sularda hidrogen-sulfid qazının miqd... |
2e21fd63e7d8f5a6 | Azərbaycanın mineral suları | Respublikada kükürdlü suların bütün növünə təsadüf edilir. Bu sular neft və bitumlu rayonlarda geniş yayılmışdır. Çox miqdarda hidrogen-sulfid qazlı sular Abşeronda, Talışda, respublikamızın şimal rayonlarında və Naxçıvan MR-da aşkara çıxarılmışdır. Məsələn, Şıx burnunda – 400 mq/l; Suraxanıda – 170 – 400 mq/l (Abşeron... |
04acc0ae80092a02 | Azərbaycanın mineral suları | Metanlı sular həm təbii bulaqlar, həm də xüsusi buruqlar vasitəsi ilə yer üzərinə çıxır. Azərbaycanın mineral suları içərisində metanlı suların çoxu yüksək temperaturludur, həm də bəzi bulaqların və buruqların debiti çox yüksək olur. Bu suların məşhur mənbələri: Abşeronda, Babazənəndə və Talış ərazilərində yerləşir. Me... |
3660b12e1953924f | Azərbaycanın mineral suları | Azərbaycanda azotlu sular Talışın cənub rayonlarında və Böyük Qafqazın cənubətəyi rayonlarındadır. Respublikada 100-ə qədər azotlu su öyrənilmişdir. Azotlu sular həm soyuq və həm də isti olur. İsti azotlu sular daha əhəmiyyətlidir: Alaşa (45°-50 °C), Meşəsu (45°-55 °C), Xaltan (37°-45 °C) və s. bulaqları qeyd etmək ola... |
f5bace3460f2fcc3 | Azərbaycanın mineral suları | Sularda ən çox yayıla bilən radioaktiv mənşəli elementlərdən radon qazını göstərmək olar. Məlum olduğu kimi, radon qazının sularda olması onların müalicə xüsusiyyəıtinə yüksəldir. Təbiətdə radonlu sulara nadir hallarda rast gəlinir. Azərbaycan şəraitində isə bu cəhətdən Kəlbəcər və Laçın rayonları diqqəti cəlb edir. Ba... |
d9594d28f77f58fd | Azərbaycanın mineral suları | Bundan başqa Darıdağ və Qahab (Naxçıvan MR) sularında da az miqdarda radon qazının olması bəllidir. Təbiətdə radioaktiv suların əmələ gəlməsi onların çox yavaş süzülməsi ilə əlaqədardır. Sular çətinliklə süzülərsə onlarda radioakti və radon qazının toplanmasıüçün şərait əmələ gəlir. Azərbaycanda radon qazının yüksək ol... |
9d12ce3418c24811 | Azərbaycanın mineral suları | Mineral suların duz tərkibi Yeraltı suların hər hansı növü müxtəlif tərkibdə, Bu və ya digər miqdarda həll olmuş halda mineral duzlara malikdir. Duzlar suda həll olduqda ion şəklinə düşür. Təbii sularda ən çox olan ionlar (HCO’3, SO"4, Cl’, Na’, Ca" və Mg") olduqca müxtəlif vəziyyətdə və münasibətdə ola bilər.Təbii sul... |
42f403319c35f5dc | Azərbaycanın mineral suları | 2. Sularda az miqdarda təsadüf edilən elementlər: Zi, Rb, Sr, Ba, Pb, Ni, Zn, Mn, Cu, Br, J, F, B, P, As. 3. Sularda nadir tapılan elementlər: U, Zn, Ga, Ge, Zr, Ti, W, Hg, Bi, Cd, W, Se, Te, Mo, Ag, An, Pt, Sn, Sb. 4. |
cb2c0b5b5164bb9d | Azərbaycanın mineral suları | Radioaktiv elementlər: Ra, Th, Rn və digərləri. 5. Üzvi maddələr. Sularda yağ və naften turşuları, onların duzları və çöküntüləri həll olur, bu da orta hesabla 5mq/l-ə çatır. Mineral suların tərkibinin öyrənilməsi çox zəngin su sərvətləri tiplərini müəyyən etməyə və onların elmi təsnifatını verməyə, daha doğrusu bu sul... |
b943ceaf5db1e2ba | Azərbaycanın mineral suları | Azərbaycan mineral sularının tərkibində 0,5–150q-a qədər duzların həll olması müəyyən edilmişdir. Mineral suların sənayesi İstisu çox məşhur mineral su olmaqla Çexiyadakı Karlovı-Varı suyuna oxşayır. Sirab isə Borjomiyə oxşar olub, həm də süfrə suyu kimi işlədilir. Slavyanka suları insan orqanizminə faydalı olan minera... |
14e3a64f95138d44 | Azərbaycanın mineral suları | Son illər Qalaaltı və Siyəzən meşəsi mənbəyindən və Qax rayonundan mineral su doldurulması təşkil edilmişdir. Sənaye ehtiyatları təsdiq edilmiş yodlu-bromlu su yataqları uzun illər ərzində istismar edilərək respublika iqtisadiyyatında önəmli rol oynamışdır. Respublika üzrə 5 yodlu-bromlu su yatağının (Xıllı, Babazənən,... |
31f9f371fb587cf5 | Azərbaycanın mineral suları | Təkcə yeni Neftçala zavodunda ildə 800 t yod, 3000 t brom alınması nəzərdə tutulmuşdur. Hazırda Iqtisadi Inkişaf Nazirliyi tərəfindən bu zavodun bərpa olunması üçün tədbirlər görülür. Bu yataqların istismar edilməsi üçün ekoloji tələblərə cavab verən, ətraf mühitin, o cümlədən Xəzər hövzəsinin çirklənməsinə yol verməyə... |
603bdcf427cb4369 | Azərbaycanın mineral suları | Çernobıl qəzasında10 minlərlə adam məhz Bakı zavodunda istehsal olunan yodun təsiri ilə şəfa tapmışdır. Son illərə qədər Binə-Hövsan yatağının bazasında fəaliyyət göstərən Bakı yod zavodunda texniki yod, kalium-yod (ağ yod) və kristallik yod istehsal olunmuşdur. Mineral sular təbabətdə Azərbaycandakı müxtəlif mineral s... |
aefed5fc2ce6a697 | Azərbaycanın mineral suları | Onlar Azərbaycan ərazisində çoxlu miqdarda müxtəlif tamlı, rəngli, temperaturlu və eyni zamanda olduqca dəyərli müalicəvi xüsusiyyəti olan mineral su bulaqlarından istifadə edirdilər. Bunu sübut etmək üçün deyə bilərik ki, bu sular ətrafındakı daşlardan çapılmış hovuzlar indiyə qədər qalmaqdadır. Müalicəvi sular həmişə... |
a5e095fe145791ec | Çeçenistan | Respublikanın ərazisi 15.3 min kvadrat kilometrdir . Çeçenistanın paytaxtı Qroznıdır, şimal-qərbində Stavropol, şərqdə və cənubda Dağıstan ilə Gürcüstan, qərbdə İnquşetiya yerləşir. Rusiya işğalı 1783-cü ildə imzalanan Georgiyevsk traktatı əsasında Gürcüstan könüllü şəkildə Rusiya imperiyasına daxil olmağa razılıq veri... |
3b6998e8986c2bca | Çeçenistan | Bu mübarizə daha uzunmüddətli olsa da (1834–1859) bu dəfə də uğursuzluğa düçar olmuşdur, lakin 20-ci əsrin əvvəlində Rusiya imperiyasının zəifləməsi və dağılması ilə bərabər çeçen xalqı yenidən müstəqillik uğrunda mübarizəyə qalxır. Müstəqillik uğrunda mübarizə 1991-ci ildə SSRİ dağılandan sonra Çeçenistan öz müstəqill... |
ac368c5bdef38613 | Çeçenistan | 1996-cı ildə müharibəyə son qoymaq məqsədiylə Zəlimxan Yandarbiyev ruslarla sülh müqaviləsi imzaladı. Həmin il Aslan Məshədov Çeçenistanın müvəqqəti baş naziri oldu. A. Məshədov 1997-ci ildə keçirilən prezident seçkilərində rəqibi Şamil Basayevi üstələyərək Çeçenistan Respublikasının II prezidenti seçildi. Sülhmeyilli ... |
be843f80a98fc1dc | Çeçenistan | İçkeriya Çeçen Respublikası (Chechen Republic of İchkeria) 1996-cı ildə yaradılmışdır. Öz hüquqlarını və müstəqilliyini tarix boyu bərpa etməyə çalışan çeçen xalqı bu arzusuna ancaq 1996-cı ildə çatmışdır. İçkeriyanın ilk prezidendi mərhum Cövhər Dudayev olmuşdur. O öz arzusuna çatmamış ruslar tərəfindən atılmış mərmi ... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.