passage_id stringlengths 16 16 | title stringlengths 1 88 | content stringlengths 200 2k |
|---|---|---|
6b6fcd5541438da8 | I Təhmasib | Sultan Mərənddə qızılbaşlara hücum etmək üçün 40 minlik qoşunla Xoydan hərəkət edəcək bir sıra paşaları (o cümlədən Əlqas Mirzəni) ayırdı. Osmanlı qoşunları Abdulla xan Ustaclının, Şahverdi Sultan Ziyad oğlunun və Əli Sultan Təkəlinin başçılığı ilə irəlidə olan qızılbaş hissələri ilə toqquşdular. Şahverdi Sultan döyüşd... |
3fee13a98f44a1a8 | I Təhmasib | Bu zaman Sultan Süleyman əsas qüvvələri ilə Təbrizə daxil olaraq orada cəmisi 4 gün qala bildi. Həmin günlər Osmanlı ordusu üçün çox kədərli keçdi. Həsən bəy Rumlu xəbər verir ki, yem olmadığına görə Osmanlı ordusunun 5 min atı, dəvəsi və qatırı tələf oldu. Şəhərdə ərzaq olmadığına görə türk döyüşçüləri şəhərlilərin şə... |
569176f344ed3736 | I Təhmasib | Çevik süvari dəstələrdən ibarət olan qızılbaş bölmələri qəfil hücumlar edir və qısa müddətlik toqquşmadan sonra geri çəkilirdilər. İbrahim xan və Məhəmməd bəy Türkman sultanın geri çəkilən ordusunun arxasınca hərəkət etdilər. Şəbüstər yaxınlığında Suriya və Diyarbəkir paşası, Mərəş paşası ilə baş vermiş şiddətli vuruşm... |
c7f11be9a0d0106f | I Təhmasib | Çaldıranda Kirman hakimi Şahqulu Sultan və Mahmud xan Əfşar da şahın qoşunları ilə birləşdilər. yeni göndərilmiş Osmanlı ordusuna qarşı Göyçə Sultanla birlikdə İsmayıl Mirzə göndərildi. İsmayıl Mirzənin qəfil hücumu nəticəsində Osmanlı ordusu və onların yanında olan mülki işçilərin demək olar hamısı öldürüldü. Qars qal... |
b0c1169d6df270fc | I Təhmasib | Şahzadə İsmayılın irəlidə gedən hissələri Bayburt yaxınlığında Məhəmməd Paşa Tək oğlunun dəstələri ilə toqquşdu. Türklər darmadağın edildilər və qaçdılar. Ərzincan tutuldu və talan edildi. Bu zaman Əlqas Mirzə cənubdan ordusu ilə birlikdə hücuma keçdi, lakin bir neçə uğur qazandıqdan sonra məlub edildi və geri çəkilməy... |
7fde6a3d3cbbb73f | I Təhmasib | Əlqas Mirzə Qum, Kaşana hücum etdikdən sonra İsfahanda durdurulmuşdu. Bundan sonra o, döyüşlərin birində ələ keçirildi və ölənə qədər qalacağı qalaya salındı. Bundan sonra Sultan Süleyman bu yürşünü də dayandıraraq geri qayıtdı. I Təhmasibin yürüşü 1552-ci ildə I Təhmasib Osmanlı ərazilərinə yürüşə başladı. Ərzurum hak... |
5191e4e981cb5eff | I Təhmasib | 1552-ci ilin yayında Şah Təhmasibin əmri ilə qoşunların toplanmasına başlandı. Onlar 4 hissəyə bölündülər və dörd istiqamətə göndərildilər: 1) Ərciş və Bərkiyyə — (Məsum bəy Səfəvi, Allahqulu bəy Aycək oğlu, Əli Sultan Təkəli, Şəmsəddin xan Bidlisi, Xəlifəyi Ənsar, Həmzə bəy Talış, Uluqxan bəy Səədli və b.). 2) Pasinə ... |
1aba18a0006b59f7 | I Təhmasib | Bu yürüşdə I Təhmasib şəxsən iştirak etməklə birlikdə, əməliyyat planı da onun tərəfindən hazırlanmışdı. Yürüş nəticəsində Əhlət ərazisində 30 min qoyun, 10 min qaramal, 3 min at ələ keçirilmişdi. Ahlat qalası yerlə yeksan edildi. Van ərazisində evlər və əkinlər məhv edildi. Bidlis, Vostan, Adilcəvaz, Ərciş, Muş, Pasin... |
2644c51a9437a95a | I Təhmasib | Qarabağ hakimi Şahverdi Sultan Ziyad oğlu, Bədr xan Ustaclı, Çuxursəəd hakimi Şahqulu Sultan Ustaclı, Məhəmməd xan Mosullu Türkman kimi adlı-sanlı əmirlər, "min Tehran və altı yüz Naxçıvan qorçisi" bu yürüşdə iştirak edirdi. Öz qüvvələrinin sayca üstünlüyünə arxayın olan (Ərzincan, Tərcan, Bayburt, Kemax, Mərəş, Trabzo... |
784d99741f653b47 | I Təhmasib | Onlardan bir çoxu Ərzurum qalasının dövrəsindəki xəndəyə düşdü. Xəndək adamlarla və atlarla dolmuşdu. Çaxnaşmada Osmanlı qapıları bağlamağı yaddan çıxardılar və üç qızılbaş qalaya girı bildi. Xəndəyə düşüb ölənlərdən başqa 2576 türk öldürüldü. Görkəmli Osmanlı əyanları Trabzon hakimi Mustafa bəy, Mərəş hakimi Kəbir İsa... |
26fe96f7e5e49cc2 | I Təhmasib | Qaladakı hərbi hissənin döyüşçüləri qalabəyini öldürdülər və qalanı qızılbaşlara təslim etdiər. Şahın əmri ilə qala istehkamı dağıdıldı. Sonra Bərgiri qalası tutuldu. İsmayıl Kürdüstana yola düşdü. Bu yürüşdə qızılbaşlar böyük qənimətlər (əsirlər, mallar, atlar, qatırlar və qaramal) ələ keçirdilər. |
2e482ad188297846 | I Təhmasib | Şah 1553-cü ilin mart-aprelində Naxçıvan yürüşündən qayıtdı. Həmin ildə Təhmasib sülh danışıqları aparmaq üçün əmir Şəmsəddin Dilcanini sultanın yanına göndərdi. Lakin Həsən bəy Rumlunun yazdığına görə, geri qayıdan elçinin gətirdiyi məktubda sultan "Şərqin və Qərbin" padşahına (yəni I Təhmasibə) kifayət qədər ehtiram ... |
aa52a44d977b7320 | I Təhmasib | Sultan Süleymanın IV yürüşü və Amasiya sülh müqaviləsi Şah Təhmasibin yürüşündən və qələbərlərindən, Ərzurum yaxınlığında İsgəndər Paşanın İsmayıl Mirzəyə biabırçı məğlubiyyətindən xəbər tutan Sultan Süleyman həlledici yürüşə başlamaq qərarına gəldi. Transilvaniyada Habsburqlar və Macarıstanla döyüşmək üçün göndərilmiş... |
82313eb931365c2d | I Təhmasib | Buna görə də, Rüstəm paşa ilkin plana uymayaraq paytaxta daha yaxın ərazilərdə qalmağı üstün tutdu. Bundan sonra Kayseriyə getməyərək, Konyaya doğru yola çıxdı. Konya yolunda ikən yeniçərilər sevimli şahzadələri olan Mustafaya görə ordudan qaçmağa başladılar. Bu barədə sultana xəbər verildikdən sonra, Süleyman ordunu p... |
fa534d7fc3992bef | I Təhmasib | Buna cavab olaraq, Şah Təhmasib Seyid Şəmsəddin Dilicaniyə səlahiyyət verərək, sülh danışıqları üçün İstanbula göndərdi. Bu zaman artıq Osmanlı ordusunun yürüş öncəsi hazırlıqları demək olar ki, tamamlanmışdı. Dilicani Osmanlı paytaxtına 19 avqust 1553-cü ildə çatdı və bu zaman yürüş hazırlıqları tamamilə bitmişdi. Sul... |
acb2b1f1bdc89d5d | I Təhmasib | Ereğlidə ordunun düşərgə salacağı planlaşdırılmışdı. 1553-cü ilin 5 oktyabr tarixində Mustafa ordusu ilə birlikdə Ereğlinin bir bölgəsi olan Ağtəpəyə çatdı və sultanı salamlamaq üçün onun düşərgəsinə yollandı. Mustafanın qiyam qaldırması iddialarından qəzəblənən Süleyman onun səltənət çadırına girərkən qətlə yetirilməs... |
8e9cfa880a16ca63 | I Təhmasib | Yeniçərilər bunda Rüstəm paşanı ittiham edərək, ona xüsusilə qəzəbli idilər. Gümanki elə buna görə də, sultan ordunun ölmüş döyüş ruhunu yüksəltmək üçün Rüstəm paşanı komandanlıq vəzifəsindən qovdu və yerinə Əhməd paşanı təyin etdi. Bundan sonra ordu Ereğlini tərk etdi və Hələbdə qışlamaq üçün yola düşdü. Buradan gələc... |
73a03ea79a7f23ec | I Təhmasib | Lakin onun azad edilmə yerinin və vaxtının dəqiq tarixi bilinmir, həmçinin ona şaha çatdırması üçün nə deyildiyi və ya yazdıldığı da dəqiq bilinməməkdədir. Osmanlı qaynaqlarına görə, Dilicani osmanlı düşərgəsini Osmanlının gələcək yaz Səfəvilərə müharibə elan edəcəyi xəbəri ilə tərk etmişdir: Lakin "Relazione Anonima"n... |
17e0e4c583ea27dd | I Təhmasib | Bununla məqsədi bitmək bilməyən və iki tərəfə də xeyir gətirməyən müharibəni bitirmək olmuşdur. 1553-cü ilin 1 noyabr tarixində Osmanlı dövlətində elçi olan Habsburq məmurunun bildirdiynə görə də, İstanbulu ordu ilə tərk etməkdə məqsəd Səfəvilərlə müharibə etmək yox, üsyançı və xaos mənbəyi kimi dəyərləndirilən Şahzadə... |
cc89e9a09e5600aa | I Təhmasib | Bu yürüş əsnasında Mustafa Süleymanın itirdiyi yeganə övladı olmadı. 29 noyabr tarixində Süleymanın kiçik oğlu Cahangir xəstəlik nəticəsində vəfat etdi. Bundan sonra Süleyman Maraşda ordusu ilə birlikdə qışlayan və sağ qalmış yeganə oğlu Səlimi öz yanına çağırdı. Sultan və onun yeni vəziri yaxın zamanda sülhün imzalana... |
e7e60d227c6b6dd8 | I Təhmasib | Həmçinin çapar Səfəvi elçisinin öz sarayını Mustafanın edamı barədə məlumatlandırdığını və Səfəvi sarayının Osmanlı şahzadələri içində ən cəsur və ağıllı şahzadə kimi qəbul edilən şahzadənin ölümünü bayram kimi qeyd etdiyini bildirdi. Həmçinin, Şah Təhmasib sülh şərtlərini rədd etmiş və sülh üçün Osmanlıların Vandan ge... |
5f45dfd2eeeb5169 | I Təhmasib | İki ayda iki oğlunu itirən və ordusunun döyüş əhval-ruhiyyəsi aşağı düşmüş olan sultan sülh və ya müharibə barədə qərar verməli idi. Qışı bu vəziyyətdə keçirdikdən sonra Diyarbəkirin Çilək bölgəsinə Osmanlı ordusu daxil oldu. Burada sultan adətinin əksinə olaraq, ordu mənsublarından xeyli sayda insanı qəbul etdi və onl... |
e17827e326cf2d8e | I Təhmasib | Qızılbaşların üstünlüyünü görən ultan Süleyman bu yürüşün də nəticə verməyəcəyini başa düşdükdən sonra geri çəkilməyə qərar verdi. Beləliklə, onun sonuncu yürüşü də nəticəsiz qaldı və sülh danışıqları sürətləndirildi. Sülhün imzalanması Osmanlı-Səfəvi münasibətlərinin XVI əsr tarixi barədə müasir tarixşünaslıqda belə b... |
651361b7e052fdf1 | I Təhmasib | Lakin, sülh üçün ilk müraciət Osmanlı tərəfindən olmuşdu. Hələ sultan Naxçıvandan geri qayıdarkən, vəziri Məhəmməd paşanı sülh danışıqlarını başlatmaq üçün vəzifələndirmişdi. Yüksək rütbəli əsirlərin dəyişdirilməsi baş tutdu. 29 may 1555-ci ildə iki dövlət arasında ilk müqavilə Amasyada imzalandı. Müqaviləyə görə, qərb... |
23e421f969770ebf | I Təhmasib | Bağdad da daxil olmaqla, İraq Osmanlı dövlətinin, bütün əraziləri ilə birlikdə Azərbaycan da Səfəvi dövlətinin tərkibində qaldı.Şərqi Anadolu boyunca, Ərzurum, Van, Şəhrizor kimi bir neçə bufer zona yaradıldı. Qars hərbsizləşdirilmiş zona elan edildi və onun qalası dağıdıldı. Müqavilədəki şərtlərdən biri də, Səfəviləri... |
0e5d061e50f6e666 | I Təhmasib | İsgəndər bəy Münşi onun tarixini xronoqram ilə verir (yəni 1+30+90+30+8+600+10+200), bu da hicri təqvim ilə 969-cu il edir.. Bu hadisənin dəqiq tarixini göstərən türk mənbələrinə görə, Amasyada sülh hicri 962-ci il rəcəbin 8-də (1555-ci il mayın 29-da) bağlanmışdır. Sülhdən sonra Osmanlı dövləti qərb cəbhəsinə xüsusi ö... |
ebbd36d5b7e4436a | I Təhmasib | Səfəvilər həcc ziyarəti hüququ qəbulu qarşılığında Osmanlıları müsəlmanlar üçün müqəddəs şəhər olan Məkkə və Mədinə şəhərlərinin himayədarı kimi qəbul etdilər. Həmçinin Osmanlı dövləti Səfəvi zəvvarlarının Məkkə və Mədinə şəhərləri ilə yanaşı, şiələr üçün müqəddəs olan Kərbəla və Nəcəf şəhərlərinə girişlərinə də icazə ... |
6b83e3fb7d7e85af | I Təhmasib | Ümumilikdə, bu sülh şərtləri Şah Təhmasibin qələbəsi demək idi. Gürcüstana yürüşlər Şah Təhmasibin mütəmadı olaraq maraqlandığı bölgələrdən biri də Gürcüstan idi. Bunun səbəbləri içərisinə indiki Gürcüstanın cənubu və indiki Ermənistan ərazilərini əllərində saxlayan Ustaclı tayfasının gücünü azaltmaq dursa da, digər bi... |
f8e893a474d84765 | I Təhmasib | İkinci yürüşün məqsədi gürcü torpaqlarında stabil qızılbaş hakimiyyətini təmin etmək idi. Yenə yağmalamalarla müşahidə edilən yürüş nəticəsində Kaxetiya kralı Levan tabe edilmiş və o, şaha tabe olacağı barədə and içmişdir. Amasiya sülhündən bir il əvvəl daha bir yürüş həyata keçirlmişdir. Bu yürüşlərin hər birində xeyl... |
6abb73791b3aa43b | I Təhmasib | Bu əsir götürülənlərdən bəzisi sonradan Səfəvi bürokratiyasına daxil olmağı da bacarmışdırlar.1555-ci ildə Amasiya sülhünə uyğun olaraq şərqi Gürcüstan qızılbaşların hakimiyyəti altında qaldı. Bundan sonrakı yürüşlərdə Şah Təhmasib özü şəxsən iştirak etmədi, bunun əvəzinə regiondakı qızılbaş hakimiyyətini Şahverdi Sult... |
f7f1c074165dfd66 | I Təhmasib | Bu gürcü şahzadələrinin şiəliyi qəbul etməsi Tiflisi geri qaytarmağa çalışan Kartli hökmdarları I Luarsaba, onnu oğlu I Simona qızılbaşlara qarşı mübarizə aparmağı davam etdirmələrinə əngəl olmadı. Bu gürcü hakimlərinin qızılbaşlarla döyüşdüyü Qarisi döyüşündə də yekun mütləq qalib müəyyənləşməmişdi. Azərbaycan və Şərq... |
c764b471ac082b83 | I Təhmasib | Bu qədər yürüş edilməsinin bir neçə səbəbi var idi və bunlardan ən əsası regionun coğrafi yerləşməsi idi. Osmanlı və Səfəvi imperiyaları arasındakı rəqabət onlara bufer zona yaratmağa sövq edirdi və belə bir bölgə də məhz Gürcüstan idi. Təhmasibin dövründəki yürüşlərin səbəblərindən biri də qızılbaş ordusu daxilində va... |
72d128d2d6782cec | I Təhmasib | Müharibə həm də varlanmaq və geniş torpaq sahələrinə sahib olmaq imkanı verirdi. Təhmasp bu kampaniyalarda iştirak edən əmirləri əsas dövlət vəzifələrinə təyin edir və onlar da öz növbəsində yeni əldə etdikləri vəsaiti öz tabeliyində olanlara paylayırdılar. Bütün bunlar Qafqaza genişlənmək üçün güclü motiv idi və Səfəv... |
72bab79eff3a1a8f | I Təhmasib | Bu yürüş başladığı zaman fəlakətli vətəndaş müharibəsi sona çatmış, 1539-cu ildə özbəklər üzərində qələbə qazanmaqla şərq sərhədlərində stabillik yaradılmış və 1533-cü ildən 1535-ci ilə qədər davam etmiş Süleymanın yürüşünün üzərindən 6 il keçmişdi. Kartli və Kaxeti çarlıqları Səfəvi basqınlarının ən ağır yükünü Şah Tə... |
a80635603dbb93af | I Təhmasib | Lakin hökmdarlar və ya tanınmış şəhərlər (məsələn, Qori və ya Tiflis) arasında fərq qoymaqla konkret hansı krallıqdan bəhs edildiyini müəyyən etmək olar. Bu mənbələrə görə, bu kampaniyaların başlamasının əsas motivi kafirlərə qarşı "müqəddəs müharibə"dən (qəzavat və cihad) başqa bir şey deyildi. Salnaməçi Həsən-bəy Rum... |
7e5fbec6ca4bca8a | I Təhmasib | Səfəvi işğalından cəmi iki il əvvəl Gürcüstandan keçən Venesiya elçisi Mişel Membray yazırdı: Membrenin məlumatına görə, Kaxetiya çarlığı ən azı 1538-ci ilə qədər Səfəvi imperiyasına xərac vermişdir. Şah Təhmasibin Gürcüstana təşkil etdiyi bu ilk yürüşündə iştirak etmiş Həsən bəy Rumlu günümüzdə mövcud olan digər qayna... |
658598703822a9b6 | I Təhmasib | Bir digər gürcü sərkərdəsi Habş Bartis qalasına qaçdı və sonda məğlub edildi. İslamı qəbul edənlərin, o cümlədən sərkərdə Kəlbədin canı sağ qaldı, dinindən dönməyənlər isə dərhal edam edildi. Qızılbaş qoşunu Luarsabı və onun camaatını ələ keçirmək üçün Kür çayının sahili boyunca yürüşə başladı. Qoşun tezliklə qənimət v... |
93010bfdd3562776 | I Təhmasib | Əslində, hərbi hücumun hər raundunun müvəffəqiyyəti əraziyə nəzarət edən qalalar zəncirinin tutulmasından asılı idi. Daş qala gürcü hərbi aristokratiyasının qüdrətinin simvolu — onların siyasi və inzibati aparatının mərkəzi, eləcə də bu ərazidə hərbi qüdrətinin əsası idi. Yəni bölgəyə hakim olmaq üçün ilk öncə o bölgən... |
3b39fd5d192e52ec | I Təhmasib | Buna görə də, ŞahTəhmasib yürüşün tam zəfərə çatmamasına rəğmən, onun nəticələrindən razı qalmalı idi. İkinci yürüş (1547) 6 il sonra — 1547-ci ilin qışında Şah Təhmasib Gürcüstana, Kaxetiya çarlığının üzərinə yeni yürüşə başladı. Görünüşə görə, bu qərarın verilməsində Şah Təhmasibin ögəy qardaşı Əlqas Mirzənin üsyan q... |
77e01d3d10b89f00 | I Təhmasib | Bundan sonra Şah Təhmasib ordunun başında özü olmaqla birlikdə Şirvana yürüşə çıxma qərarı verdi. Şahın ordu ilə gəlməsini eşidən Əlqas Mirzə təhlükəni hiss edərək anasını və oğlu ƏhmədMirzəni şah sarayına göndərərək bağışlanmasını istədi. Şah təklifi qəbul etdi və özünün yüksəl rütbəli məmurları olan Şahqulu Xəlifə Mö... |
93f961e4d9199443 | I Təhmasib | Bununla o, yəqinki Osmanlı sultanının yardım edəcəyini dəqiqləşdirmək üçün vaxt qazanmaq istəyirdi. Bundan sonra Əlqas Mirzə Şamaxıya, oradan da Dərbəndə getdi. Samur çayını keçdikdən sonra onun dəstələri Şahverdi Sulan Ziyadoğlu-Qacar, Məhəmməd bəy Türkman, Süleyman bəy Çələbi və Məhəmməd bəy Şirbəxt oğlu Talışın koma... |
58996b23dd68938e | I Təhmasib | Lakin Şah Təhmasib öz xatirələrində Əlqas Mirzənin yenidən üsyan qaldırdığı xəbərini alan zaman artıq Gürcüstana Ləvəntin ardıyca getdiyini yazmaqdadır. Beləliklə, şah Gürcüstan üzərinə yürüş etmə qərarını hər bir halda Əlqasın bağışlanması ilə yenidən üsyan qaldırması arasında etdiyi ortaya çıxır. Şah Təhmasib qoşunla... |
ccac4087b65cf556 | I Təhmasib | Şah onları yaxşı qarşıladı və onlara fəxri paltarlar verdi. Tezliklə onlar öz mülklərinə qayıtdılar. Bu zaman ordu Gəncəyə doğru yürüş edərək Bulaq yaxınlığında müvəqqəti düşərgə saldı. Üçüncü yürüş (1551) Cənubi Gürcüstana üçüncü yürüş 1551-ci ildə baş verdi. Bədr xan Ustaclı, Şahqulu Ustaclı və Şahqulu Xəlifə Möhrdar... |
a225b0c28a7f1ce8 | I Təhmasib | Ordunun əsas hissəsi Şəkidə dürərgə salarkən gürcü hakimlərindən biri olan Keyxosrov Təhmasibə müraciət edərək Luarsaba qarşı yardım istədi. Çünki Luarsab və Vaxuşa Gürci onun torpaqlarının bir hissəsini ələ keçirmişdi. Bu zaman Osmanlı ordusu İsgəndər paşanın komandanlığı altında indiki Gürcüstanın qərb bölgəsinə daxi... |
2a4a793eb7bcd636 | I Təhmasib | Qənimətlər ələ keçirən qızılbaşlar monastrı yağmaladılar və oradakı din adamlarından 20-i həyatını itirdi.1551-ci ilin payızında qızılbaş komandanları Luarsabımn əsas ordusunu məhv etmək üçün Kaxetiyanın içlərinə doğru daha bir yürüş həyata keçirdilər. Lakin bu dəfə də kiçik, lakin yaxşı təşkil edilmiş Luarsabın ordusu... |
a5b10da9d6d7b3f0 | I Təhmasib | Həsən bəy Rumlu da toqquşmaları ətraflı təsvir edən məlumatlar vermişdir. Siyasi baxımdan Səfəvilər bir neçə mühüm məqsədə nail oldular. Bu yürüşlə Şa Təhmasib Keyxosrov kimi yeni vassal hökmdar əldə etdi. Həmçinin Keyxosrov Şah Təhmasibə Tumak qalasının, Ağşəhəri və ətrafındakı əraziləri ələ keçirməyə yardım etdi. Tan... |
d3eea90d378877f7 | I Təhmasib | Onların torpaqları isə paylaşdırıldı. Lakin əsas rəqib gürcü ordusunun komandanı olan Luarsabı ələ keçirmək mümkün olmadı. Elə buna görə də, yerli əhaliyə qarşı qızılbaş ordusu tərəfindən cəzalandırma tədbirləri həyata keçirildi. Dördüncü yürüş (1554–1557) Sultan Süleymanın hakimiyyəti dövründə sonuncu Osmanlı hücumu o... |
8532629735bd8902 | I Təhmasib | Elə buna görə də, yürüşün sonlanmasından dərhal sonra sülh danışıqları başladıldı və 1555-ci ildə Amasiya sülhü ilə nəticələndi. Bu hadisələri 70 il sonra yazan və onları retrospektiv şəkildə qiymətləndirmək imkanı əldə edən İsgəndər bəy Münşi Gürcü çarlıqlarının Osmanlılar tərəfindən Səfəvilər arasında bölünməsini Ama... |
19829781525e67a1 | I Təhmasib | Lakin daha yaxşı ərbi strategiya hazırlayan qızılbaş ordusu onu məğlub etməyi və tədricən paytaxtına yaxınlaşmağı bacardılar. Nəticədə 1554-cü ildə Qori şəhərini ələ keçirdilər. Döyüşlər zamanı Məzrut, Parsatan və Aydın qalaları ələ keçirilsə də, o zamanlar padşah Luarsabın anasının iqamətgahı olan Aydın qalası inadkar... |
4fb2c0d4902c7bc8 | I Təhmasib | Səfəvi qoşunları çoxlarını qılıncdan keçirdilər və çoxlu adamları, o cümlədən Luarsabın anasını əsir götürdülər. Sonrakı bir neçə həftə ərzində onlar böyük qənimətə, mal-qaraya və yeni əsirlərə sahib olaraq bölgədəki digər müqavimət ocaqlarını əzdilər. Səfəvi mənbələri padşahın anasının sonrakı taleyi haqqında heç nə d... |
a3c949fe32d37749 | I Təhmasib | Fevralda şahın sarayı və ordusu cənuba doğru hərəkət edərək Gəncəyə tərxis və burada onun valisi Şahverdi Sultan Ziyadoğlu Qacar uğurlu yürüşün şərəfinə şah sarayına ziyafət və səkkiz günlük şənliklər verdi. Bundan sonra şahın qoşunu Bərdə əyalətinə getdi.1557-ci ildə Luarsab Qorini geri aldıqdan və 1557-ci ildə təsirl... |
f55e9923c7c919b5 | I Təhmasib | Yaranmış xaosdan istifadə edən Məhəmməd bəy Çepni Luarsabın atının yüyənini tutaraq oradan uzaqlaşmağı bacardı. Luarsabı öldürməyi bacaran qızılbaş döyüşçüsü isə Luarsabın döyüşçüləri tərəfindən qətlə yetirildi. Luarsabın yerinə oğlu I Simon hakimiyyətə keçdi və qıılbaşlara qarşı mübarizəni davam etdirdi.Beş il sonra S... |
dced7d101072500d | I Təhmasib | Beşinci yürüş (1561) Şah Təhmasib Qarabağ bəylərbəyi olan Şahverdi Sultan Ziyadoğluna yenidən gürcülər üzərinə hücum edib üsyanlarını yatırmağı əmr etdi. O, Qarabağ döyüşçüləri ilə birlikdə Gəncədən çıxaraq onların üzərinə yeridi və iki ordu 1 may 1561-ci ildə üz-üzə gəldi. Gürcü ordusu yüngül silahlarla silahlanmış qı... |
fdffe7ce25acef55 | I Təhmasib | Levanın oğlu Qurgin min döyüşçüsü ilə birlikdə amansızcasına qılıncdan keçirildi. Kartlinin saray xronikalarından birində bu hadisənin nəticələri belə qeyd edilmişdir: Bu döyüşdəki məğlubiyyətin uzunmüddətli nəticələri oldu. Kaxetiyanın ümumi bayrağı altında siyasi və hərbi birliyə nail olmaq ümidlərə son qoyuldu. Üstə... |
f2b9e8efbf8f6f6a | I Təhmasib | O, 1561-ci ildə tərəfdarlarının müşayiəti ilə Qəzvindəki saraya gəldi və Şah Təhmasibə beyət etdi. İslamı qəbul etdi və sonra Davud xan kimi tanındı. Şah Təhmasib onu Tiflisin hakimi kimi tanıdı və məhdud hakimiyyətlə mükafatlandırdı. İsgəndər bəy münşinin bildirdiyinə görə o, Səfəvi şahının hakimiyyəti altında hakimli... |
f303c5917a7013bf | I Təhmasib | O, İbrahim Xəlifə Qaramanlının komandanlığı altındakı azsaylı qızılbaş ordusunu məğlub etməyi bacardı. Belə nəticənin ortaya çıxmasında görünür ki, Tiflisdəki gürcü döyüşçülərinin Davud xanın qızılbaşlara yardım etmə əmrinə itaət etməməsi mühüm rol oynamışdır. Lakin Simon Tiflis qalasını ələ keçirə bilmədi və bir neçə ... |
c5f803ff99a75a02 | I Təhmasib | Bu məqsədlə ona hərbi yardım göndərilir. Bu hərbi yardıma qızılbaş komandanlarından Şamxal bəy Çərkəzin, İbrahim bəy Alpoutun və Əliqulu bəy Qacarın komandanlığı altında göndərilmişdi. Bu ordu Simonu döyüş meydanında əsir edərək Qəzvindəki şah sarayına gətirməyi bacardı. Şah Təhmasib Simonu məşhur Qəhqəhə qalasında həb... |
0cfda110089fed36 | I Təhmasib | Özbəklərlə toqquşmalar 1512-ci ildəki Gicduvan döyüşündəki qələbədən sonra özbəklər öz mövqelərini qəti olaraq Mavəraünnəhrdə möhkəmləndirdilər. 1520-ci ildən başlayaraq isə, iki dövlət arasında Xorasan uğrundakə mübarizənin yeni mərhələsi başladı. 1526-cı ildə özbəklərin yeni hücumu yaşandı. Amudərya çayını keçən özbə... |
99a0b49e3796015a | I Təhmasib | Ubeydulla xanın komandanlığı altında Heratı 7 ay mühasirə də saxlayan özbəklər I Təhmasibin yaxınlaşdığı xəbərini eşidən kimi geri çəkildilər.Ubeydulla xanın 1528-ci ildə yeni hücumu başladı. Şiələrə qarşı cihad elanı ilə başlayan yürüş zamanı o, çox böyük ordu toplamağı bacarmışdı. Özbək Şeybanilərinin ordusunun Xoras... |
0d1dd52b9630e0b7 | I Təhmasib | Döyüşün əvvəlində Səfəvi qoşunlarının cinahları özbəklərin hücumlarına məğlub olaraq bir qədər geri çəkildilər, lakin tab gətirə bildilər. Köməyə gələn Səfəvi qoşunlarının gücü sayəsində yenidən hücuma keçdilər. Günortadan sonra döyüş Səfəvilərin məğlubiyyəti ilə başa çatdı. I Təhmasib, sağ qalan kiçik ordusu ilə birli... |
2e3b66f36ccd7014 | I Təhmasib | Özbək qoşunları daha çox qənimət toplamaq üçün döyüş yerinin ətrafına səpələndilər.I Təhmasibin Zülfüqar xanın üsyanını yatırmaq üçün Bağdada getməsindən bir müddət sonra Ubeydulla xan yenidən Xorasana hücum etmək üçün hərəkətə keçdi və Məşhədin, daha sonra Xorasanın ən böyük şəhəri olan Heratı işğal etdi. 1529-cu ilin... |
6a9c0c1b12e27eb1 | I Təhmasib | Məşhəd hakimi Sufi-Xəlifə Rumlu Herat kömək üçün gəlsə də, qoşunları Nişapur yaxınlığında özbəklər tərəfindən məğlub edildi, özü də öldürüldü. Ubeydulla xan Buxaraya — paytaxtına qayıtdı. Vəfat etmiş Sufi-Xəlifə Rumlunun yerinə Xızır Çələbi təyin edildi. Bu təyinata etiraz əlaməti olaraq heratlılar üsyan qaldıraraq köm... |
ad1b4544956c374d | I Təhmasib | Beş aylıq mühasirədən sonra şəhər dağıdıldı və şəhərin Səfəvi müdafiəçiləri öldürüldü. Öz missiyasını başa vuran özbəklər, böyük səfəvi ordusunun yaxınlaşması barədə məlumat alaraq Buxaraya qayıtdılar. Özbəklər 1551-ci ildə bir daha Hərata yürüş edirlər, amma oranı bir neçə ay mühasirədə saxlamalarına baxmayaraq, heç b... |
21e3567b9d19f7ad | I Təhmasib | Lakin bu dəfə də qızılbaşların güclü müqaviməti ilə qarşılaşıb böyük itki verməli olurlar. Bunun ardınca Təhmasib şah dördüncü dəfə Xorasana qoşun yürüdür və həmişə olduğu kimi bu dəfə də Übeyd xan şahla qarşı-qarşıya gəlməyə razı olmayıb Buxaraya qaçır. Şah Herata gəlir və oradan Səmərqəndi işğal etmək üçün qoşun gönd... |
468bd7895eb222ca | I Təhmasib | Necə ki, Şah Mahmud Kəncani özbəklərin Herata hakim olduqları dövrdə ədavət və düşmənçilik kəmərini bağlayaraq şahın adamlarının bir çoxunu amansızcasına qılıncdan keçirmiş və onları qətliam etmişdi. İndisə o, qızılbaşların əlinə düşmüş və intiqam üçün əlverişli imkan yaranmışdı. Onlar belə də edirlər. Bədənini tikə-ti... |
82d26c09f8f19abc | I Təhmasib | Lakin baş verən hadisələrdən az sonra 1540 dünyasını dəyişir. Vaxtaşırı Xorasan və Əstarabada hücum edən özbəklər 1549-cu ildə bir daha oraya, yəni Əstarabada hücum edirlər. Lakin qızılbaşlar böyük fədakarlıq göstərərək onların hücumunun qarşısını ala bilirlər. Sonrakı illərdə, 1543–1570-ci illər arasındakı dövrdə, özb... |
a1c7168fa1c24643 | I Təhmasib | Səfəvi-Moğol əlaqələri Böyük Moğol imperiyası ilə Səfəvi imperiyasının münasibətləri Şah İsmayıl dövründə müttəfiqliyə əsaslanırdı. Əmir Teymurun soyundan gələn Moğol sülaləsi babalarının Orta Asiyada yerləşən taxtını geri qaytarmaq istəyirdi və bunun üçün Səfəvi imperiyası birlikdə fəaliyyət göstərirdi. Şah Təhmasib d... |
29792172fe1fbf5c | I Təhmasib | Şah Budaq xan Qacarı şəhərin hakimi təyin etdi, lakin 1538-ci ildə Moğol padşahı Hümayunun qardaşı Mirzə Kamran qoşunla Qəndəhara gələrək qızılbaşları oradan sıxışdırdı.Səfəvi – Moğol münasibətlərində Hümayunun hərbi yardım haqqında xahişlə I Şah Təhmasibə müraciət etməsi əlamətdar hadisə oldu. Hümayun əfqan hakimi Şir... |
e2a40c8baf3d4917 | I Təhmasib | Hümayun bir neçə gün Heratda qaldıqdan sonra şahın yanına hərəkət etdi. Sultaniyyənin yaxınlığında, Sorluq yaylağındakı şah düşərgəsində Hümayunu şahın qardaşları Bəhram və Sam, vəzir Qazi Cahan, qorçibaşı Sevindik bəy və dövlətin digər yüksək rütbəli adamları qarşıladılar. Sonra Hümayun şahdan ayrıldı, Təbriz və Ərdəb... |
e9462af1d70faec4 | I Təhmasib | Hümayun həmin hərbi yardımla Hindistana yola düşdü, öz düşməni Şirxanı darmadağın etdi və taxt-tacı özünə qaytardı. O, bu köməyin müqabilində hər il 40 min tümən gəlir verən Qəndəharı Səfəvilərə güzəştə getdi. Həmçinin Hümayun şiəliyi qəbul etməyi də öhtəsinə götürmüşdü.Lakin Hümayun Hindistana geri dönüb taxtını geri ... |
8dda310dbce34e76 | I Təhmasib | Moğollar şəhərin sadəcə Murad Mirzə yaşadığı təqdirdə Səfəvi imperiyasına aid olduğunu iddia etdikləri halda, Səfəvi imperiyası şəhərin əbədi olaraq onlara verildiyini iddia edirdi. Təhmasib özünün şəhər üzərinə ilk yürüşünü 1558-ci ildə — Hümayunun ölümündən sonra — həyata keçirdi və şəhəri geri qaytardı. Şirvan və Şə... |
03513a8dfb2dc5aa | I Təhmasib | I Şah Təhmasib Şirvanın Təbriz taxtına tam tabe edillməsi planını çoxdan idi ki, hazırlamışdı və öz niyyətini həyata keçirmək üçün əlverişli fürsət axtarırdı. II Xəlilüllah bundan əvvəl qızılbaşlar tərəfindən darmadağın edilmiş Gilan Biyəpəs hakimi Əmire Dubaca Şamaxı sarayında sığınacaq vermişdi. Şahın elçiləri Şamaxı... |
bd106b24b9cb62d9 | I Təhmasib | Lakin real hakimiyyət isə Hüseyn bəy adlı əyan başda olmaqla, Şirvan əyanlarının əlində cəmləşmiş, daxili sabitlik pozulmuşdu. Bu zaman Mahmudabad və Salyanda Qələndər üsyan başladı və üsyançılar Şamaxını ələ keçirdi. Şirvanşahın sarayı isə Buğurd qalasına sığındı. Lakin üsyançılar 40 gün sonra şəhəri tərk etməyə məcbu... |
f9e0a3c09c851f78 | I Təhmasib | 1538-ci ilin yayında, şahın qardaşı Əlqas Mirzə 20 minlik ordu, həmçinin Qarabağ və Muğanın qoşun dəstələri ilə Şirvana daxil oldu. Bölgəyə bələd olan Padar da ordu sıralarında idi. Şirvanşahın sarayı isə yenə də Buğurd qalasına sığındı. Qalanın mühasirəsi uzandıqdan sonra Şah Təhmasib özü şəxsən qalanın yanına gəldi v... |
48f8baaa607c04ff | I Təhmasib | Təbrizə aparılan Şahrux da qısa müddət sonra eyni aqibəti yaşadı.Beləliklə, dövlət olaraq varlığına son qoyulmuş Şirvan bölgəsi Səfəvi imperiyasının bəylərbəyiliklərindən birinə çevrildi və şah qardaşı Əlqas Mirzə ora bəylərbəyi təyin edildi. Lakin uzun müddət ayrı dövlət kimi mövcud olmuş Şirvanşahlar dövlətinin varlı... |
c9e753465a480cd6 | I Təhmasib | 1538-ci ildə I Şah Təhmasib qızılbqş qoşunlarını Şirvanı tabe etmək üçün göndərəndə, Dərviş Məhəmməd xan Şəki qoşunları ilə Buğurt qalası qalasında mühasirədə olan Şirvanşah Şahruxun köməyinə gəlmiş və qızılbaşlara gecə həmləsi təşkil etmişdi. 1538-ci ildə hakimiyyətdən məhrum edilmiş Şirvanşahların simasında müttəfiql... |
a8a00f26c91fc815 | I Təhmasib | Bu zaman o, Şirvan bəylərbəyi Əlqas Mirzənin qardaşına qarşı olan qiyamını dəstəkləmiş və qardaşı Şahnəzəri qoşunla onun yanına göndərərək ona hərbi yardım göstərmişdi. Buna görə də Sultan Süleyman Azərbaycandan geri çəkilən kimi, Şah Təhmasib Kiş qalasına sığınmış Dərviş Məhəmməd xanı "cəzalandırmaq" üçün Qarabağdan S... |
b7cc9e7ff6380e9e | I Təhmasib | Bütün bunlar Şah Təhmasibə Şəkiyə yürüş təşkil etmək üçün şərait formalaşdırdı. Şəkinin qüvvələri Kiş və "Gələsən-Görəsən" qalalarında, Sıqnaxda – dağ yamacındakı sığınacaqda möhkəmlənmişdilər. Qızılbaş ordusu eyni anda 3 istiqamətdə hücuma keçdi. Qorçibaşı Sevindik bəy, Bədr xan və Şahqulu Sultan Ustaclı Kiş qalasının... |
8c48c1c885dd5233 | I Təhmasib | Şahqulu xəlifə möhrdar qızılbaş dəstəsi ilə Sıqnaxdakı şəkililərin üzərinə hərəkət etdi. 20 gündən sonra Kişin qala divarları və bürcləri dağıdıldı. Qalanın rəisi Mahmud bəy mübarizənin davam etdirməyi faydasız hesab edərək qapı açarlarını şaha təqdim etdi və təslim oldu. Kişin süqutundan xəbər tutan Sıqnax müdafiəçilə... |
e33309e62ffca59d | I Təhmasib | Lakin Abdulla xanın və çar Levanın dəstələri onları yaxaladılar və qılıncdan keçirdilər.Beləliklə, Şəki xanlığı ləğv edildi və onun ərazisi Səfəvilər dövlətinin tərkibinə qatıldı. Toygün bəy Qacar Şəkinin ilk qızılbaş hakimi təyin olundu. Qaçqınlar məsələsi I Təhmasibin hakimiyyəti dövrünün ən məşhur hadisələrindən bir... |
522d826ea1824908 | I Təhmasib | Xoş qarşılamaya baxmayaraq, Şah Təhmasib Hümayuna şiəliyi qəbul etmədiyi təqdirdə yardım etməyəcəyini bildirir. Əlacsız qalan Hümayun bunu qəbul etməyə məcbur olur və öz ölkəsinə geri döndükdən sonra yenidən sünniliyə keçir. Lakin bu zaman onunla birlikdə Hindistana gəlmiş şəxsləri sünniliyə keçməyə məcbur etmir. Həmçi... |
a57128bfa78c081e | I Təhmasib | Hümayun taxt-tacını geri qaytarsa da, Qəndəhar şəhərinin verilməli olduğu Murad Mirzə qısa müddət sonra vəfat edir və şəhər iki imperiya arasında mübahisə mənbəyinə çevrilir. Moğollar şəhərin sadəcə Murad Mirzə yaşadığı təqdirdə Səfəvi imperiyasına aid olduğunu iddia etdikləri halda, Səfəvi imperiyası şəhərin əbədi ola... |
da44cbd0cc9d8ac6 | I Təhmasib | Onun saray daxilində çevriliş hazırlamasından şüblənən şah Bəyazidi həbs etdirdi. Atasına təhvil verilən şahzadə və ailəsi son nəfərinə qədər yerindəcə edam edildi. Son illəri və ölümü 1555-ci ildə imzalanmış Amasiya sülhündən sonra I Təhmasib Qəzvini nadir hallarda tərk etsə də, bu dövr ərzində aktiv fəaliyyət göstərm... |
0db9126fac98f4bd | I Təhmasib | O, özünə vəliəhd şahzadə seçmədiyi üçün yeni şahın kim olacağı barədə qızılbaş sərkərdələri və şah ailəsi daxilində suallar meydana çıxdı. Onun sevimli oğlu Heydər Mirzə Ustaclı tayfası və saraydakı bəzi gürcü əyanları tərəfindən dəstəklənməkdə idi. Həbs edilmiş İsmayıl Mirzə Şah Təhmasibin sarayda böyük təsirə malik q... |
19a4a37c1ff32322 | I Təhmasib | I Təhmasibin 14 may 1576-cı ildə ölümündən sonra bu gərginlik yeni daxili toqquşmaya səbəb oldu. Şahın ölümünə səbəb kimi göstərilən iddialardan biri də zəhərlənmə idi. Zəhərlənmə iddiası ilə Əbu Nəsr Gilani ittiham edildi. Tarix-i aləm aray-i Abbasiyə görə, şah xəstə olarkən saraya gətirilən Əbu Nəsr Gilani "axmaqcası... |
4df036a026071986 | I Təhmasib | 19 yaşından həbsdə saxlanılan II İsmayılın psixologiyasında problemlər meydana çıxmışdı və o, taxta çıxdıqdan iki ay sonra hakim sülalə daxilində kütləvi qətllər barədə əmr verdi. Hakim sülalədən yalnız onun demək olar ki kor olan qardaşı Məhəmməd Xudabəndə və onun 3 körpəsi sağ buraxıldı. Hakimiyyətinin ilk dövründən ... |
d9db6ba7f636ce3c | I Təhmasib | O, Portuqaliya, Venesiya və Dekkanın şiə sülalələri ilə əlaqələr yaratdı. 1562-ci ildə Səfəvi sarayında olan ingilis tacir Entoni Cenkinson ticarətin artırılmasını məqsədləyirdi. Həsən bəy Rumlu yazır ki, "bu əzəmətli dövlətdə hələ onun kimi istedadlı və bacarıqlı vəzir olmamışdı". Həmçinin Habsburqlar da Səfəvi imperi... |
b2ae35ade01c32aa | I Təhmasib | Lakin bu elçilik uğursuz olmuş və növbəti il öz ölkəsinə geri dönmüşdür. Yeni xarici əlaqələrdən biri də Venesiya ilə qurulmuşdu. I Təhmasib Venesiya elçisi Miçel Membre vasitasəylə Venesiya doju Pietro Landoya göndərilmişdi. Məktubda şah dünyanı Müqəddəs Liqanın "Osmanlı günahkarlığından təmizləyəcəyini" bildirirdi. L... |
b35d0b19b80bf088 | I Təhmasib | Paytaxtın dəyişdirilməsinin dəqiq tarixi bilinməsə də, Şah Təhmasibin buna 1540-cı illərin etnik köçürülmələri ilə hazırlaşdığı bəllidir. Bu dəyişdirilmə ilə türk ənənəsi olan yaylaq-qışlaq köçmələrinə və I İsmayıldan başlayan sarayın köçəri mahiyyəıtinə son verilmişdir. Paytaxt köçürülmələri ilə imperiyanın ucqar əyal... |
c77cdd6d354f6ccf | I Təhmasib | Ehtimal etmək olar ki, feodal hakimlərin müharibədə iştirakı dərəcəsindən asılı olaraq daim dəyişmişdir. Bunu hətta sayca az olan mənbələr də təsdiq edir. Alessandri belə hesab edir ki, müharibə zamanı qoşunların sayı 60 min nəfərə çatırdı. 1586-cı ildə Səfəvilər sarayına gəlmiş C. Vekyetti də güman edir ki, "ən diqqət... |
e6e7bc9b8e022fa5 | I Təhmasib | O, müxtəlif vilayətlərin döyüşə çıxardığı feodal yığma qoşunlarının sayını göstərir. Məsələn, İsfahan və onun əyaləti 8 min nəfər, Kaşan – 4 min, Savə — 1 min, Sultaniyyə — 1 min, Qəzvin – 12 min, Ərdəbil – 1 min, Şiraz – 8 min, Təbriz – 4 min, Qum — 2 min, Gəncə və Gürcüstanın bir hissəsi 4 min nəfər atlı verirdi. Bu ... |
ef6e6b3268dc4e7e | I Təhmasib | Əfəndiyev bu rəqəmlərin bəzi xüsusiyyətləri nəzərə alındıqda (mərkəzi hakimiyyətin heç vaxt bütün ordunu bir yerə gətirə bilmədiyi və s.) inanılır olduğunu əlavə etmişdir.Səfəvi imperiyasının erkən tarixlərində ordu da türklərlə yanaşı iştirak edən digər etnos gürcülər idi. Bu barədə müxtəlif venesiyalı tacirlərin xati... |
e7ebfc9a7fcb2dd1 | I Təhmasib | 1533-cü ilə qədər qızılbaş liderləri ona təlqin edirdilər ki, gənc şah atasının yolundan getməlidir. Çünki qızılbaşlar onun atası Şah İsmayıla təkcə dövlətin başçısı kimi deyil, həm də dini rəhbər hesab edir, onun Mehdi olduğunu düşünürdülər. Həmin il o, ruhi baxımdan yenidən dünyaya gəlmə prosesini keçərək tövbə etdi ... |
285cf134387b4238 | I Təhmasib | Şah İmam Əli və digər müqəddəslərlə əlaqəsinin olduğunu iddia edirdi və yuxuları vasitəsiləri ilə əcdadı Şeyx Səfiəddinin ona gələcəyi dediyini bildirirdi. Həmçinin şah, saraydakı şairlərdən onun barədə deyil, İmam Əli barədə şerlər yazmasını istəyirdi. O, Osmanlı imperiyasına hədiyyə kimi xeyli sayda Quran kitabının n... |
eda3a673b1654318 | I Təhmasib | Onlar əsasən Təbriz, Qəzvin, İsfahan və bir qədər sonra Rəşt, Astarabad, Amülda yerləşməkdəydilər və bu Səfəvi seyid irsi "Hüseyni" adlanmaqda idi. Təhmasib Qəzvin şəhərini şiəliyin mərkəzi halına gətirə bilmək üçün Qəzvində yerləşən və XVIII şiə imamı Rzanın oğluna aid olan türbəni təmit edib genişləndirdi. O, həmçini... |
54f79ce1c01209a2 | I Təhmasib | Təhmasibə incəsənətə ən çox hamilik edən Səfəvi şahı hesab edilir. O, atası tərəfindən 1522-ci ildə sifariş edilmiş, 1530-cu illərin ortalarında hazır olan və Şahnamənin ən məşhur illüstürasiya edilmiş əlyazması olan əsərlə adaşdır. Gəncliyində Şah təhmasib xəttalığa və incəsənətə meyillənmiş, hər iki sahənin şəxslərin... |
0d18fb16fd280537 | I Təhmasib | Tarix-i aləm aray-i Abbasi əsəri Təhmasibin hakimiyyəti dövrünü Səfəvi xəttalığının və rəsm sənətlərinin ən yaxşı olduğu dövr adlandırmışdır. Lakin Təhmasib 1555-ci ildə miniatür və digər incəsənət sahələrinə olan marağını itirdi və saraydakı emalatxanaları bağlatdırıb orada çalışanlara başqa yerdə sahələri ilə məşğul ... |
992d902400120615 | I Təhmasib | Təhmasibin dini hisslərinin yüksəlməsindən sonra isə, onların çoxu Hümayunun saayına yollandılar. Onların çoxu hələ də erotik məzmunlu şerlər yazmağa davam edirdilər. Bunlara misal olaraq Möhtəşəm Kaşanini, Vəhşi Bafqini göstərmək olar. Onların hamısı kənarlaşdırılmışdı. Naziri Nişapuri və Orfi Şirazi kimi şairlərin ge... |
410559c9d62b591a | I Təhmasib | Təhmasib öz varislərindən fərqli olaraq türk mənşəli olmayan qadınlarla — gürcü və çərkəz kökənli — evlənmiş və onlardan uşaqları da olmuşdur. Lakin onun hərəminin əsas arvadı türk Sultanum Bəyim olmuşdur. Sultanum Bəyim Mosullu tayfasından idi və o, şahdan iki oğul dünyaya gətirmişdi — Məhəmməd Xudabəndə və II İsmayıl... |
5ff86fe496602f3d | I Təhmasib | Bircə oğlu və Osmanlı ilə müharibəlırin qəhrəmanı İsmayıl Mirzə ilə Amasiya sülhündən sonra münasibətləri pisləşmiş, İsmayıl həbs edilmişdir. Uşaqlarına qarşı diqqətli olan şah onların idarəetmə, incəsənət və alimlik barədə təlimlərə cəlb edilməsini təmin etmişdir. İsmayılın həbs edilməsindən sonra gürcü arvadından ola... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.