passage_id stringlengths 16 16 | title stringlengths 1 88 | content stringlengths 200 2k |
|---|---|---|
d89dd326544a4667 | Platon | Translated into English with analyses and introductions by B. Jowett. ], Oxford Clarendon Press, UK. Xarici keçidlər AzTV Adil Əsədov Dahilər seriyasından Platonla bağlı çıxış etmişdir 1. 2. 3. Works by Plato at Perseus Project — Greek & English hyperlinked text Works of Plato (Jowett, 1892) Works by Plato at Project G... |
7b4c85ef0789934d | Sahib Ələkbərov | Sahib Nurəddin oğlu Ələkbərov (10 yanvar 1952, Samux rayonu) — Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini (2020-ci ildən), 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri. Sahib Nurəddin oğlu Ələkbərov 1952-ci il yanvar ayının 10-da Samux rayonunda anadan olmuşdur. 1972-ci ildə Azərbaycan Neft və Kimya İnstitut... |
9dbf051bc63aa216 | Sahib Ələkbərov | 2005-ci ildən 2009-cu ilədək Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin başçısı, 2009-cu ilin iyun ayından Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin müavini vəzifələrində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 2 iyul 2010-cu il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Vergilər nazir... |
fe3686721f853372 | Rusiya İmperiyası | Rusiya İmperiyasını 1721-ci ildən 1762-ci ilə qədər Romanovlar ailəsi, 1762-ci ildən sonra bu ailənin alman əsilli qolu Holşteyn-Qottorp ailəsi idarə edirdi. 19-cu əsrin əvvəllərində Rusiya İmperiyası şimaldan Şimal Buzlu okeandan cənubda Qara dənizə, qərbdən Baltik dənizindən şərqdə Sakit okeana və 1867-ci ilə qədər A... |
d46e0671f4e18a30 | Rusiya İmperiyası | Çar III İvan (1462–1505), daha sonra ortaya çıxacaq olan imperiyanın təməlini qoymuşdur. O, dövlətin ərazisini üç dəfə artırmış, Qızıl Ordanın ağalığına son qoymuş, Moskva Kremlini bərpa etdirmiş və Rusiya dövlətinin bünövrəsini qoymuşdur. Çar Böyük Pyotr (1682–1725) çoxsaylı müharibələr aparmış və onsuz da böyük olan ... |
62d07f61292c7ee6 | Rusiya İmperiyası | 1914-cü ilə qədər davam edən bu əlaqə Rusiyanın Birinci Dünya müharibəsinə Fransa, Birləşmiş Krallıq və Serbiya tərəfdən qatılaraq Alman, Avstriya və Osmanlı imperiyalarına qarşı mübarizəyə başlamasına gətirib çıxardı. Rusiya İmperiyası 1905-ci il inqilabına qədər mütləq bir monarxiya kimi idarə olundu və daha sonra de... |
9bee077bfbea161b | Rusiya İmperiyası | Bunlar əsasən böyük hind-avropa dil qrupunun slavyan ailəsinə məxsus idilər. Velikoruslar və moskovitlər Moskva ətrafında yaşayırdılar. Onlar şimal meşələrinə nüfuz edib, çoxlu fin və digər aborigen tayfaları assimilyasiya etmişdilər. Qara dəniz sahili həmin vaxtadək Türkiyənin himayəsində olan tatar xanlarının əlində ... |
f4c82e802f07bbb6 | Bakı Qızlar Universiteti | Bakı Qızlar Universiteti — Azərbaycanda fəaliyyət göstərən özəl ali təhsil müəssisəsi. Universitetin tarixi 1992-ci ildən başlayır. Həmin il Bakı Ali Pedaqoji Qızlar Seminariyası təsdiq edilmişdir. Professor Ağarəhim Nüsrət oğlu Rəhimovun sədrliyi ilə tələbə qəbulu komissiyası yaradılmış və həmin ilin 27 iyul tarixində... |
19b5d9f53e72a3b5 | Bakı Qızlar Universiteti | Tədris işlərinə rəhbərlik etmək ilk dəfə 1992-ci ildə Nazim Abbasova həvalə edilmişdir. Bakı Qızlar Universitetində tədris özünəməxsus sistem üzrə təşkil olunub. Burada Elmi Şura, Tədris, elmi və tərbiyə işləri üzrə prorektorluq, "Sosial-pedaqoji" və "Filologiya-tarix" fakültələtinin dekanlıqları, 6 kafedra, Tələbə Şur... |
75622f3d7b260707 | Bakı Qızlar Universiteti | Tələbələrin təlim-tərbiyəsi ilə 7 kafedrada çalışan 100-dən artıq müəllim məşğul olur. Onlaradan 37 nəfəri elmlər doktoru, professor, qalanları isə elmlər namizədi, dosentdir. Maddi-texniki bazası Universitetin əsaslı təmir edilmiş binası, tədris üçün zəruri texniki vasitələrlə təchiz olunmuş 50–75 nəfərlik auditoriyal... |
042d2fd17b099e5b | Hafiz Paşayev | Hafiz Mir Cəlal oğlu Paşayev (2 may 1941, Bakı) — Azərbaycan Respublikası xarici işlər nazirinin müavini, diplomat, "ADA" Universitetinin rektoru. Hafiz Mir Cəlal oğlu Paşayev 1941-ci il mayın 2-də Bakı şəhərində anadan olmuşdur. 1963 – Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) fizika fakültəs... |
16b74c26f3581ce7 | Hafiz Paşayev | 100-dən artıq elmi əsərlər, iki monoqrafiya, həmçinin yerli və dünya mətbuatında dərc edilmiş müxtəlif ictimai-siyasi mövzuları əhatə edən onlarla məqalələrin müəllifidir. Xarici dillərdən ingilis və rus dillərini bilir. Evlidir, iki övladı, dörd nəvəsi var. Mükafatları 2 may 2011-ci il Azərbaycan Respublikasında səmər... |
87243e67bb277b38 | Alman dili | Alman dili (alm. , tələffüs olunur: [ˈdɔʏtʃ]; deutsche Sprache) — almanların, avstriyalıların, lixtenşteynlilərin, eləcə də isveçrəlilərin çoxunun dili, Almaniyanın, Avstriyanın, Lixtenşteynin rəsmi dili, İsveçrənin, Lüksemburqun və Belçikanın rəsmi dillərindən biri. Çin, ərəb, hindi, ingilis, ispan, benqal, portuqal, ... |
deeec806cacba673 | Həmcins üzvlər | Həmcins feili xəbərlər cümlədə zamana, şəxsə, kəmiyyətə görə adətən uzlaşır, lakin bəzən pozulduğu hallar da olur. Cümlədə həmcins feili xəbərlərin sıralanmasına da semantik cəhətdən aşağıdakılar göstərilir: a) subyektin hərəkətinin həcminə görə; b) hərəkətlərin icrasındakı zamana görə; c) səbəb və nəticəyə görə; ç) sə... |
1387ef096a8f1b04 | Həmcins üzvlər | Belə tamamlıqlar ismin müəyyən və qeyri-müəyyən təsirlik halı ilə ifadə olunur. Həmcins vasitəli tamamlıqlar ən çox məkani halda olan sözlərlə ifadə olunur. Həmcins təyinlər Həmcins təyinlər – təyin etdiyi sözlə eyni münasibətdə olur. Həmcins təyinlər bir-birinə tabesizlik əlaqəsi, tabesizlik bağlayıcıları, sadalama in... |
5e13fbe6b2cf4cf5 | Həmcins üzvlər | Bunlar həmcins deyil, qeyri-həmcins təyinlər adlanır. Həmcins zərfliklər Həmcins zərfliklər – eyni məna bağlılığı ilə cümlənin eyni üzvünə aid olan üzvlərə həmcins zərfliklər deyilir. Həmcins zərfliklər bir-birinə tabesizlik əlaqəsi, tabesizlik bağlayıcıları, sadalama intonasiyası ilə və ya birləşdirici fasilə ilə bağl... |
7e86845af66c27e9 | Həmcins üzvlər | Xitablar da həmcins ola bilir. Bəzən həmcins üzvlərdə morfoloji meyarla, sintaktik meyarı dəyişik salırlar. Cümlənin həmcins üzvləri öz leksik tərkiblərindən və hər hansı bir nitq hissəsinə olan morfoloji münasibətindən deyil, sintaktik vəzifələrindəki eynilikdən asılıdır. Buna görə də həmcins üzvlər cümlədə bəzən ayrı... |
43c17fd5df32ae59 | Həmcins üzvlər | Akademiyanın nəşrində ümumiləşdirici sözlərin ifadə vasitəsinə görə aşağıdakı formaları göstərilir: toplu sözlərlə; hamısı təyini əvəzliyi ilə; tərkibində mücərrəd mənalı şey ismi olan birləşmələrlə. Toplu isimlərlə ifadə edilmiş ümumiləşdirici söz əvvəl, əvəzliklərlə ifadə edilmiş ümumiləşdirici söz isə həmcins üzvlər... |
b3bf6ca9d45720f3 | Həmcins üzvlər | Həmcins xəbərlərdə şəxs şəkilçiləri ixtisar edilir: Sənəm səliqəli (-), çalışqan (-) və mehribandır. Həmcins xəbərlər tək olduqda, idi, imiş hissəcikləri, cəm olduqda isə hissəciyi və cəm şəkilçisi ixtisar edilir: O, oxuyur(-), oynuyur (-) və əylənirdi. İnsanlar çalışır (-), zəhmət çəkir (-) və bəhrəsini görürlər. Həmc... |
906da278ed1bc5e2 | Həmcins üzvlər | 3. Bölüşdürmə bağlayıcıları: ya...ya da...ya da ki, və ya, yaxud, yaxud da; gah...gah da...gah da ki və s. Bu bağlayıcılar müxtəlif iş, hərəkət və hadisələrin növbə ilə bir-birini əvəz etdiyini, yaxud güman edilən bir neçə iş və hadisədən birinin mümkünlüyünü təxmin etməyə imkan verir. Təkrar olunana bağlayıcılar ya...... |
ae29c68f46de4e8a | Sultan bəy Sultanov | Sultan bəy Sultanov və ya Sultan bəy Əlipaşa bəy oğlu Muradov (1871, Kürdhacı, Zəngəzur qəzası – 1955, Qars, Qars ili) — Azərbaycan xalq qəhrəmanı. Sultan bəyin soyu Sultan bəy 1871-ci ildə Zəngəzur qəzasının Hacısamlı nahiyəsinin Qasımuşağı obasında (Hazırda Laçın rayonunun Kürdhacı kəndində) doğulmuşdur. Paşa bəyin o... |
c9e08273f26586d6 | Sultan bəy Sultanov | Öncə maldarlıqla məşğul olur. Yerli və xarici cinsdən çoxlu inək alıb dağlar qoynunda, çəmənlərdə bəsləyir. Bu qarışıq cins sonralar "Hacısamlı" adlanır. Dədə-baba peşələri olan qoyunçuluğu daha da inkişaf etdirən Sultan bəy Yağ-pendir zavodu tikdirir. Sultan bəy maldarlıqla yanaşı, meşəçiliklə də məşğul olmağa başlayı... |
b6c942eda2234a25 | Sultan bəy Sultanov | Qafan mis mədənləri, Bərgüşad çayının axarı boyu inkişaf etmiş kənd təsərrüfatı, Çalbayır maldarlıq mülkləri Sultanbəylər ailəsinə məxsus idi. İndiki Laçın rayonunun Kürdhacı kəndində yaşayan Sultan bəy maldarlıq sahəsində xüsusi ad çıxarmışdır. Çalbayırda yaşayan el-obasının qayğısına qalaraq, birinci növbədə, xalqın ... |
6a0d8a5fd9117bea | Sultan bəy Sultanov | Dinc əməklə məşğul olan Sultan bəyin ailəsinin də var-dövlətinin mühafizə etmək üçün çox da böyük olmayan süvari dəstəsi vardı. Sultan bəyin milli qəhrəmana çevrilməsi 1905-ci il erməni-müsəlman hadisələri ilə bağlıdır. Müsəlman dəstələrdən birinə Sultan bəyin atası Əlipaşa bəy başçılıq edirdi, onun isə ən yaxın yardım... |
bba74609374aea7a | Sultan bəy Sultanov | Sultan bəy Sovet Hakimiyyətindən qaçaq vəziyyətdə Kürdhacı kəndində "Gorgahat"ın (çox sıx meşəlik) meşəsində, bir yarğana pənah gətirmiş, yarğanda gizlənirmiş. Ermənilərin hiylələri ilə bolşeviklər Sultan bəyə yeni sui-qəsd hazırlayırdılar. Yaranmış vəziyyətin mürəkkəbliyini dərk edən Sultan bəy Azərbaycan İnqilab Komi... |
5de2ac35dd252bfe | Sultan bəy Sultanov | Sovet imperyasının göndərdiyi xüsusi cəsuslar Sultan bəyin qardaşı İskəndər bəyi öldürdükdən sonra vəziyyətin pis olduğunu görən İran Şahı təhlükəsiz həyat şəraitini təmin edə bilmədiyi üçün Sultan bəyə Türkiyə dövlətinə müraciət etməyi məsləhət görür. Sultan bəy Türkiyə dövlətinə müraciət etdikdə Türk dövləti 1923-cü ... |
fdd1ed5950e748b2 | Sultan bəy Sultanov | Mühacirətdə Sultan bəyin mühacirət həyatı haqqında az məlumat var. Nəvəsi Elburus Muradovun dedıyıni görə Adil Laçın (Adil Laçının ulu babası ilə Elburus Muradovun ulu babası doğmaca qardaşdır) adlı şəxsin köməyi ilə o babasının Qars vilayətinin Koçqoy kəndində hələ XIX yüzildən laçınlıların məskunlaşdığını öyrənib. Su... |
ed3ddbcbf6dae057 | Sultan bəy Sultanov | İstifadə tarixi: 5 mart 2022. "Qarabağın görkəmli şəxsiyyətləri:Sultan bəy Sultanov (1871-1955)". "Virtual Qarabağ" İKT Mərkəzinin rəsmi portalı (az.). virtualkarabakh.az. 2013. 2017-12-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-10-14. |
f203b99e2028bdd8 | ƏBOB | Ən böyük ortaq bölən a və b natural ədədlərinin hər ikisinin bölündüyü ən böyük natural ədədə a və b-nin ən böyük ortaq böləni deyilir və ƏBOB(a;b) kimi işarə olunur. ƏBOB (a;b)-ni tapmaq üçün: a və b sadə vuruqlarına ayrılıb qüvvət kimi göstərilir. Ortaq vuruqlardan qüvvəti kiçik olanlar seçilir. Xüsusi hallar Birdən ... |
ef703e6a8d9bee31 | Donald Tramp | Donald Con Tramp (ing. Donald John Trump; 14 iyun 1946[…]) — ABŞ-nin 45-ci prezidenti (20 yanvar 2017–20 yanvar 2021). ABŞ biznesmeni və siyasi xadimi, ABŞ Respublikaçılar Partiyasının üzvü, mediamaqnat, yazıçı, "Trump Organization" tikinti konqlomeratının prezidenti, azartlı oyun və hotel biznesində ixtisaslaşan Trump... |
84c51a34f2d2fefd | Donald Tramp | 2016-cı ilin may ayında digər namizədləri ABŞ Respublikaçılar Partiyasının praymerizində qalib gələrək Tramp partiyanın faktiki namizədi oldu. Donald Tramp 14 iyun 1946-cı ildə Kuins şəhərində anadan olub (Nyu-York ştatı). Atası — Fred Krist Tramp (11. oktyabr 1905, Vudheyvn, Nyu-York, ABŞ — 25. iyun 1999). Anası — Mer... |
240539cbd0075429 | Donald Tramp | 1902-ci ildə Kalştadtda, reynland-Pfalsada evləniblər. Ana xətti ilə D. Tramp şotlanddır. Tarmpın iki qardaşı və iki bacısı var — Fred (kiçik), vəfat edib, Robert, Mariann və Elizabet. Böyük bacısı Marianna Tramp Barri — federal apelyasiya məhkəməsinin hakimi, bacısı oğlu Devid Dezmond ABŞ-də məşhur neyropsixoloq və ya... |
8a70ec1576c6f28e | Donald Tramp | Trump ilk olaraq çexiyalı model Ivana Zelniçkova ilə evlənmişdir.1992-ci ildə boşanmalarına rəğmən yaxın əlaqələri uzun müddət davam etmişdir.1997-ci ildə aktrisa Marla Mapleslə evlənmişdir.2 il davam edən evlilikdən sonra 1999-cu ildə evliyiyi sonlandırmışdır. Bu evlilikdən Tiffany adında bir qızları olub.3-cü evliliy... |
888e566117c0ced5 | Donald Tramp | 1964-cü ildə S4 kursant kapitanı rütbəsində olan Donald və kursant birinci serjantı Cef Donaldson ilə birlikdə Barışıq Günündə Beşinci Avenyda kursantların sıra yürüşünü təşkil etdilər. Özünün "Sövdələşmə məharəti" kitabında Tramp özünün tələbə karyerası haqqında yazır: O 1968-ci ildə Uorton Biznes Məktəbini iqtisadiyy... |
e9edaede3b60ce78 | Donald Tramp | İlk dövr fəaliyyəti (1968–1989) Tramp karyerasını atasının yanında və ilk dövrdə atasının məsləhəti ilə Bruklinddə, Kuinsdə və Staten-Aylenddə orta sinif üçün nəzərdə tutulan evlərin icarəsi sahəsində başlayır. O hələ kollecdə təhsil alarkən Ohayo ştatında, Sinsinati şəhərində 1.200 mənzillik binanın modernləşməsindən ... |
b3aae273501b4dd4 | Donald Tramp | Sonradan iflas olan Kommodor hotelini modernləşdirməklə onu yeni "Qrand- Hayatt" hotelinə çevirmək üçün 40 faizlik vergi güzəştinə nail olur.Tramp öz torpağında tikilən Ceykoba Cevitsa konfrans mərkəzinin baş çatmasında iştirak edir. Bu məsələdə trampla Nyu-York administrasiyası üz-üzə gəir : Tramp bu layihəni 110 mily... |
34f58de389b5e288 | Donald Tramp | Tramp obyekti pulsuz qəbul edərək onu öz hesabına başa çatdırmağı təklif etdi. Ona imtina etdilər və bu barədə yerli mətbuat yazmağa başladılar. Sonda Tramp bu razılığı aldı və nəzərdə tutulan 3 milyon dollardan 750 min dollarını qənaət etdi və altı aya işi başa çatdırdı. Prezidentliyi Donald Tramp 2016-cı il 8 noyabr ... |
acff38f00405172f | Azərbaycan dilinin orfoqrafiya lüğəti | Azərbaycan dilinin orfoqrafiya lüğəti — Azərbaycan Respublikasında dövlət dili haqqında Azərbaycan Respublikasının Qanununa görə Azərbaycan dilinin təsdiq olunmuş orfoqrafiya normalarına hüquqi, fiziki və vəzifəli şəxslər əməl etməli, Azərbaycan Respublikasının ərazisindəki bütün kütləvi informasiya vasitələri (mətbuat... |
fcef926daeaa297f | Azərbaycan dilinin orfoqrafiya lüğəti | 2004 nəşri Müstəqillik dövrünün və latın qrafikalı Azərbaycan əlifbası ilə ilk orfoqrafiya lüğəti olub. "Azərbaycan dilinin orfoqrafiya qaydaları" "Azərbaycan Respublikasında dövlət dili haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2 yanvar 2003-cü il tarixli... |
777fa4e5bad86d41 | Azərbaycan dilinin orfoqrafiya lüğəti | Azərbaycan SSR Nazirlər Sovetinin "Azərbaycan dilinin orfoqrafiya qaydaları"nın təsdiq edilməsi və Azərbaycan əlifbasında bəzi dəyişikliklər edilməsi haqqında" 24 iyul 1958-ci il tarixli qərarı. Azərbaycan SSR Nazirlər Sovetinin "Azərbaycan dilinin orfoqrafiya qaydaları"nın 8-ci maddəsinin dəqiqləşdirilməsi haqqında" 6... |
978a22e0ec9f455d | Azərbaycan dilinin orfoqrafiya lüğəti | Bakı, 1940 Azərbaycan dilinin orfoqrafiya lüğəti. Bakı, 1960 Azərbaycan dilinin orfoqrafiya lüğəti. Bakı, 1975 (58 min söz) Azərbaycan dilinin orfoqrafiya lüğəti. Bakı, "Lider nəşriyyat", 2004, 728 səh. ISBN 978-9952-717-00-2 (80 min söz) Azərbaycan dilinin orfoqrafiya lüğəti. Bakı, "Şərq-Qərb" Nəşriyyat Evi, 2012, 728... |
b42ace4f116f5fdf | Azərbaycan dilinin orfoqrafiya lüğəti | Bakı, "Şərq-Qərb" Nəşriyyat Evi, 2013, 840 səh. ISBN 978-9952-32-013-8 (110 563 söz) Azərbaycan dilinin orfoqrafiya lüğəti. Yenidən işlənilmiş 7-ci nəşr. Bakı, "Elm", 2021, 756 səh. ISBN 978-9952-523-37-9 (90 min söz) Həmçinin bax Orfoqrafiya lüğəti Azərbaycan dilinin orfoepiya lüğəti Azərbaycan dilinin izahlı lüğəti A... |
d27b168d2c933e55 | Mərkəzi Asiya | Mərkəzi Asiya və ya Orta Asiya — Asiyanın cənub-qərbdə Xəzər dənizinə, şimal-qərbdə Şərqi Avropaya, şərqdə Çinə və Monqolustana, cənubda Əfqanıstan və İrana, şimalda Rusiyaya qədər uzanan altregionu. Buraya keçmiş sovet respublikaları olan Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan daxildir. 1924–1... |
6bff552a8af68c6c | Mərkəzi Asiya | Coğrafiyası Bu regiona daxil olan ölkələr qərbdə Xəzər dənizi sahilindən başlamış şərqdə Çinin Böyük Xinqan dağlarınadək yerləşir. Bu yeganə regiondur ki, heç bir ölkəsinin okeana bilavasitə çıxış yolu yoxdur. Transsibir magistralına və Xəzər-Volqa su yoluna çıxışı olan şimal-qərb hissəsinin iqtisadi-coğrafi mövqeyi da... |
1e69c09fb1dc39fd | Mərkəzi Asiya | Regiondan keçən qədim İpək yolu bərpa olunur. Mərkəzi Asiya ölkələrinin coğrafi mövqeyinin, təbii şəraitinin, tarixi inkişaf yolunun, mədəniyyət, dil və din xüsusiyyətlərinin oxşarlığı onların iqtisadi əlaqələrinin genişlənməsinə və dərinləşməsinə, bir sıra siyasi və iqtisadi təşkilatların yaranmasına müsbət təsir göst... |
fc9b9049a5297191 | Mərkəzi Asiya | Yayı isti və quraq, qışı soyuq və az qarlıdır. Mərkəzi Asiyada meşə azdır. Yalnız iki böyük çayı var (Sırdərya və Amudərya). Suvarma məqsədilə sularından həddindən artıq istifadə olunan (xüsusilə Qaraqum kanalı vasitəsilə) bu çayların suyu 1976-cı ildən başlayaraq demək olar ki, Aral gölünə çatmır. Nəticədə göl quruyur... |
66e4151dc0535ff9 | Mərkəzi Asiya | Mərkəzi Asiyanın təbii xüsusiyyətlərindən biri ərazinin yarıdan çoxunun seysmik qurşaqda yerləşməsidir. Burada tez-tez baş verən daşqınlar və sellər, əsasən əhalinin yanlış təsərrüfat fəaliyyətinin nəticəsidir. Ərazinin dağlıq relyefi ilə əlaqədar regionun çayları (xüsusilə Ural, İrtış, Vaxş) olduqca böyük hidroenerji ... |
54192c3c8269a626 | Mərkəzi Asiya | Mərkəzi Asiya ölkələri müstəqillik qazandıqdan sonra yerli olmayan əhalinin bir hissəsi (xüsusilə ruslar) öz vətənlərinə qayıdırlar. Vaxtilə bura sürgün olunmuş xalqlardan almanlar Almaniyaya köçürlər. Mərkəzi Asiyaya sürgün olunmuş xaqlar arasında azərbaycanlılar da var. Azərbaycanlılar əsasən Qazaxıstanın Taldi-Kurqa... |
bb9832cb6946476a | Mərkəzi Asiya | Ən yüksək təbii artım Tacikistanda və Monqolustanda (ildə 3%), ən az isə Qazaxıstandadır (ildə 0,5%). Regionun əhalisi olduqca qeyri-bərabər paylanmışdır. Dağətəklərində, dağarası vadilərdə və vahələrdə xüsusilə Özbəkistanın Əndican, Fərqanə, Daşkənd vilayətlərində (əhalinin orta sıxlığı 1 km²-də 400 nəfər), Qazaxıstan... |
547c4d35f532dee2 | Ata ocağı (serial, 2017) | Ata ocağı bədii serialı baş ssenarist Valeh Əhmədov və rejissor Rüfət Şahbazov tərəfindən 2017-ci ildə ekranlaşdırılmışdır. Xəzər televiziyasında istehsal edilmişdir. Serial psixoloji dram janrındadır. Əsas rolları Rəşad Bəxtiyarov, Qurban İsmayılov, Həmidə Ömərova, Rasim Cəfərov, Mənsurə Əhmədova ifa edirlər. Serial h... |
a534e58d1b933ddd | Ata ocağı (serial, 2017) | Ailə münaqişəsindən bəhs edir. Ailəsinin sosial durumu ilə razılaşmayan övladlar ailə içində qütbləşir. Ailə başçısı ata sosial problemlər məngənəsində təklənir.Serialda üç ailə tipi nümayiş olunur. Ailənin təməlində isə əlbəttə ki, ata dayanır. Serialda nümayiş olunan ailələrdən biri Nazimin (Qurban İsmayılov) ailəsid... |
5ad5ce8fb30c2503 | Ata ocağı (serial, 2017) | Hər kəs bu atanı bu qədər sərt olmağa görə qınayır, ancaq övladlarının etdiyi hərəkətlərə baxanda, görürük ki, əslində ata düz hərəkət edir. Onun məsələlərə özünəməxsus baxış tərzi var. Digər bir ailə Mehmanın (Kazım Həsənquliyev) ailəsidir. Bu ailə bir qədər imkanlı ailədir. Mehman tamam başqa bir istiqamətdə övladlar... |
5bad53927f83d13b | Ata ocağı (serial, 2017) | Bu, serialdakı ən bədbəxt ailədir. Niyaz içki düşkünüdür. Dostları ilə içir, həyat yoldaşını incidir və böyük bir bədbəxtlik baş verir. Film haqqında "Ata ocağı" serialı Xəzər TV-də həftədə 5 dəfə yayımlanırdı. Serialda rol alan ADMİU tələbəsi Samir Qəfərli Vətən Müharibəsində şəhid olmuşdur. Filmin heyəti Film üzərind... |
69df6bc7c91f3a0e | Bazardüzü | Bazardüzü zirvəsi — Baş Qafqaz silsiləsində, Azərbaycan Respublikası ilə Dağıstan sərhədində dağ. Ən yüksək zirvəsi 4466 metrdir. Azərbaycanın ən yüksək zirvəsidir və Qəbələ rayonu ərazisində yerləşir. Böyük Qafqaz dağlarının Baş Qafqaz silsiləsində, Rusiya Federasiyası ilə sərhəddə, Qusar rayonu ərazisində yerləşir. R... |
f52917093954f1d3 | Bazardüzü | Dağ öz adını ətəyində yerləşmiş və keçmişdə maldar ellərin yaylağı olmuş Şahnabadçay dərəsində yerləşən Bazardüzü adlı düzənin adından almışdır. Etnotoponim hesab olunur. Zirvə yürüşləri üçün marşrutlar Kuruş aşırımının şimal-qərb silsiləsi ilə yürüş. Maşrutun qısa təsviriKuzun kəndindən torpaq yol ilə Laza kəndinə qəd... |
120e2a7c1d005e65 | Bazardüzü | Daha sonra hərəkət istiqamətində sağ tərəflə, çayın Kuruş aşırımından töküldüyü yerə qədər yuxarıya doğru hərəkət edilir. Çayın digər tərəfinə keçməklə Bazardüzü ilə Yarudağ massivi arasındakı aşağı nöqtəyə çatmaq (əlavə oriyentir qara şistli qayalardır) lazımdır. Çayların birləşdiyi yerdən Kuruş (Qaranlıq) aşırımına q... |
6364389441e54086 | Bazardüzü | Daha sonra aşağı dar yerə enmək və zirvənin buz gümbəzinə çıxmaq (qramponların olması mütləqdir!). Buz gümbəzlə zirvəyə çıxmaq. (dəhliz!) Şərqi zirvədən 2 saatdır. Zirvədən 30 metr aralıda buz gümbəz üzərində nəzarət turları və çıxışda isə şistlər var. Çıxdığımız yolla da enirik. 4–6 saat çəkir. |
c263b51dfaf7db16 | Bazardüzü | Cənub silsilə ilə yürüş. Kombinəedilmiş,1B çətinlik dərəcəsində maşrutdur. Bu yürüşə Elman Mübariz oğlu Rəhimov rəhbərlik etmişdir. Yürüş 1993-cü il avqust ayının 29-da reallaşdırlıb. Maşrutun qısa təsviri Kuzun kəndindən torpaq yol ilə Laza kəndinə qədər təxminən 7 km yol qət edilir. Laza kəndindən daha yaxşı cığırla ... |
b08a689d3c02f763 | Bazardüzü | Daha sonra yuxarıya doğru Şahnabadçayın sağ tərəfi ilə axın istiqamətində hərəkət edilir. Çayın Kuruş aşırımından töküldüyü yerə qədər yuxarıya doğru, daha sonra isə Yatuxdərə çayının sağ tərəfi ilə axın istiqamətində yuxarıya doğru hərəkət edilir. Yatux aşırımına çatmamış 200–300 metr otluq sahə ilə irəliləmək, qayalı... |
cb450be504f51bf7 | Bazardüzü | Düşərgədən yuxarıya doğru çayın sağ tərəfi ilə kluarın başlanğıcına qədər Cənub sirkə aparan yol var. Qar yığın olan yerlə çayı keçmək lazımdır. Maşrutun başlanğıcı Düşərgə yerindən 30–40 dəqiqədir. Cənub silsiləninin xırda daş yığın olan yamacı ilə qalxmaq, ardınca yuxarıya doğru silsilənin sol tərəfi ilə getmək (yama... |
3197902771c7f42e | Bazardüzü | Silsilənin yuxarı hissəsindəki qaya ilə Cənub-qərb sirkinin yuxarısına çıxmaq. Burdan isə Bazardüzü zirvəsinin təpə nöqtəsinə çatmaq. (300 m, meyllik isə təxminən 25°) Zirvəyə çıxmaq. Çıxdığımız yolla da enirik. Cənub Qərbi sirkdən yürüş. 2A çətinlik dərəcəsində, buzlu-qarlı yolla gedilən marşrutdur. Maşrutun qısa təsv... |
17284ad1b6c61c0c | Bazardüzü | Laza kəndindən daha yaxşı cığırla Qusarçayın sol sahili ilə, ardınca da Şahnabadçay boyunca irəliləyərək Şahyaylağına çatmaq, Şahnabadçayı körpü ilə keçmək, Körpüdən Kuzun kəndinə qədər 9–12 saatdır. Daha sonra yuxarıya doğru Şahnabadçayın sağ tərəfi ilə axın istiqamətində irəliləmək, çayın Kuruş aşırımından töküldüyü ... |
013248cdbfff4534 | Bazardüzü | Yatuxdərə aşırmınıdan körpüyə qədər əlverişli cığır var. Düşərgə yerindən hərəkət istiqamətində qayalıq təpələri sağa doğru keçmək lazımdır. Daha sonra çay üzərindəki qarlı-buzlu körpünü keçmək, çayın sağ tərəfi ilə irəliləmək, uzaqdan görünən Bazardüzü sirki istiqamətində hərəkət etmək. Buzlaq dilinə yaxınlaşmaq, düşə... |
477b466b2ca93de7 | Bazardüzü | (Marşrutun yuxarı hissəsində bəzi yerlərdə daş yığın olan yamaca çıxış) Bazardüzünün əsas zirvəsinin gümbəz hissəsinə çıxmaq, Gümbəz hissədən zirvəyə 300 m, 25° meyllikdə 1-ci çətinlik dərəcəsində qarla getmək tələb olunur. Çıxdığımız yolla da enirik. Bazardüzünün Şimal-Şərq sirkindən və Şərq silsiləsi ilə yürüş. 1B çə... |
443b2f14179e6087 | Bazardüzü | Daha sonra gediş üzrə çayın sağ tərəfi ilə hərəkət etmək lazımdır. Yatuxdərə çayının yuxarı hissəsində çayı qar yığını olan yer ilə keçmək və hərəkət istiqamətində sol tərəflə irəliləyərək aşırımın aşağısındakı düşərgə yerinə, Bazaryurd zirvəsinin Şimal-Qərb silsiləsinin başlanğıcına çatmaq. Aşırımdan düşərgə yerinə qə... |
43edba977d05e433 | Bazardüzü | Silsilə ilə 10–30° meyllikdə I çətinlik dərəcəsi ilə 500–600 m hərəkət etmək. Zirvəyə çıxış. Çıxdığımız yolla da enirik. Şimal-Şərqi sirkin kluarı ilə yürüş. 1B çətinlik dərəcəsində kombinəedilmiş marşrutdur. Maşrutun qısa təsviri Xınalıq kəndindən torpaq yol ilə Xınalıq aşırımına qədər (2–4 saatdır.) Daha sonra Şahnab... |
574541a5b6315c04 | Bazardüzü | Ardınca Şahnabadçay boyunca hərəkət istiqaməti üzrə sol tərəflə Yatuxdərə çayına qədər irəliləmək, Yatuxdərə çayının sağ sahili ilə irəliləmək. Daha sonra gediş üzrə çayın sağ tərəfi ilə hərəkət etmək. Yatuxdərə çayının yuxarı hissəsində çayı qar yığını olan yer ilə keçmək və hərəkət istiqamətində sol tərəflə irəliləyə... |
48e37c3a3fbf8d23 | Bazardüzü | Daha sonra kluar ilə 160 m 35–40 dərəcə meylliklə II çətinlik dərəcəsində qarla gedərək silsiləyə çıxmaq. Geniş daşlı silsilə ilə 100 metr 10–20° I çətinlik dərəcəsində irəliləyərək zirvəyə çıxmaq. Düşərgədən 3–4 saatdır. Zirvədən Şərq silsiləsi dar hissəsinə enmək və oradan da sirkə enmək lazımdır.Azərbaycan tərəfdən ... |
9089061c4b641e6c | İsmət Qayıbov | İsmət İsmayıl oğlu Qayıbov (8 oktyabr 1942, Kirovabad – 20 noyabr 1991, Qarakənd, DQMV) — Azərbaycan Respublikasının ilk Baş Prokuroru, III dərəcəli dövlət ədliyyə müşaviri. O, 20 noyabr 1991-ci ildə Xocavənd rayonu yaxınlığında, bir sıra digər dövlət xadimi ilə birgə içində olduğu Mi-8 vertolyotunun erməni hərbi birlə... |
b6b5e3a5e466d87b | İsmət Qayıbov | Prokurorluq fəaliyyəti 1971-ci ilin mart ayında Azərbaycan SSR-in prokurorluq orqanlarına qəbul olmuş – 26 Bakı komissarı rayonunun prokuror köməkçisi vəzifəsinə təyin edilmişdir. 1975-ci ilin iyun ayında Bakı Şəhər Prokurorluğunda cinayət işlərinin baxılmasına nəzarət şöbəsinin prokuroru vəzifəsinə təyin olunub. 1976-... |
f85daeeab9d7093a | İsmət Qayıbov | Bu telefon zəngindən sonra Bakıda siyahı tərtib olunur. Siyahıya Viktor Polyaniçko rəhbərlik etməli idi. Nümayəndələr, ancaq güc nazirliklərindən və Təhlükəsizlik Şurasının rəhbər orqanlarından ibarət olmalıydı.Rəsmi Moskva iclasda dövlət katibi Tofiq İsmayılov və baş prokuror İsmət Qayıbovun hökmən iştirakını xahiş ed... |
06630d0d9fa81f04 | İsmət Qayıbov | Lakin bu faciə haqqında xəbər Xankəndidən erməni dilində yayımlanan "Vətən və vətəndaş" verilişinin xəbərlər bölümündə, saat 15:30-da yayımlanmışdı. Həmin gün Yerevan radiosu saat 16:15-də həmin xəbərin "qəza" kimi şərhini verdi. Saat 16:40-da Tehran radiosu, 17:00-da Moskva radiosu açıqladı.Həlak olanlar arasında İsmə... |
fc90f0b9e4ee70cf | İsmət Qayıbov | Şəxsi həyatı İsmət Qayıbov Leyla xanım ilə ailə həyatı qurmuş və ömrünün sonuna qədər onunla evli idi. Onların bu nikahdan iki övladı olur. Qızı Firuzə, oğlu isə İsmayıl Qayıbov. İsmət Qayıbov övladına qoyduğu adlar onun ata-analarının adı ilə bağlı idi. Gəncə şəhərində təhsil aldığı 1 saylı orta məktəb, Bakıdakı Bakıx... |
ab137a506d139602 | İstiqlal Marşı | İstiqlal Marşı — Türkiyə Cümhuriyyəti və Şimali Kipr Türk Respublikasının dövlət himni. Qərb Cəbhəsi Komandiri İsmət İnönü dövlət himni üçün şeirin yazılması ilə bağlı xalqa səslənmiş və şeiri məqbul görülən şəxsə 500 türk lirəsi mükafat vəd etmişdir. Yarışmaya 724 şeir təqdim edilmiş, lakin bu şeirlərdən heç biri himn... |
ee48ac4bed7a8740 | İstiqlal Marşı | 20 oktyabr 1927-ci ildən bəri bunlarla yanaşı Atatürkün gənclərə ilhamlı xitabının yer aldığı fotoşəkil də yerləşdirilmişdir. On misralı himndən yalnız ilk iki dörd misra oxunur. Dövlət və hərbi tədbirlərdə, eləcə də milli festivallarda, bayramlarda, idman tədbirlərində və məktəb mərasimlərində mütəmadi olaraq eşidilir... |
578b96a9afd3ae9d | Kibrit | Kibrit — açıq od almaq üçün ucunda yanan başlıq olan tez alışan xırda çubuq. Yanma temperaturu Kibrit yanan zaman odun temperaturu 750-850 °C, bu zaman 300 °C — yanan çubuğun temperaturu, 800 — 1000 °C isə odun temperaturudur. Kibrit alışma reaksiyası Qırmızı fosfordan kibrit istehsalında istifadə olunur. Belə ki, onun... |
e047ad43e9417406 | Kibrit | Uoker onu təmizləmək üçün yerə sürtəndə çubuq alovlandı. Beləliklə kibritin tarixçəsi başladı. Lakin, Con Uoker ixtirasını patenetləşdirmədi.Samuel Cons adlı bir şəxs Con Uokerin ixtirasını görüb onları "Lüsifercik" adı ilə satmağa başladı. Pis iyə və qığılcımlara baxmayaraq o, tonlarla kibrit satırdı. 1885-ci ildə İsv... |
2be33c081bb7421a | Kibrit | İcadın əhəmiyyəti o qədər çox idi ki, ABŞ prezidenti Uilyam Taft insanlar önündə kompaniyadan müəllif hüquqlarından əl çəkməyi xahiş etmişdi. Şirkət bunla razılaşaraq 28 yanvar 1911-ci ildə müəllif hüquqlarından əl çəkdi. Sonra qutuların üzərinə etiketlər yapışdırılmağa başlandı və yeni kolleksiya növü - Filumeniya düz... |
e9ea68cb8ebc7dd1 | Arşın mal alan (film, 1945) | "Arşın mal alan" — tammetrajlı bədii filmi rejissorlar Rza Təhmasib və Nikolay Leşşenko tərəfindən 1945-ci ildə ekranlaşdırılmışdır. Film Bakı Kinostudiyasında istehsal edilmişdir. Filmdə əsas rolları Rəşid Behbudov, Leyla Bədirbəyli, Ələkbər Hüseynzadə, İsmayıl Əfəndiyev, Münəvvər Kələntərli, Lütfəli Abdullayev, Fatma... |
8cd5b7e67d8a86f8 | Arşın mal alan (film, 1945) | Lakin dövrün qaydalarından fərqli olaraq o, qızı toydan öncə görüb sonra evlənmək istəyir. Bəs nə etməli? Bu məsələnin həllində dostu Süleyman (İsmayıl Əfəndiyev) onun köməyinə gəlir… Film haqqında Film kinostudiyanın 1941-ci il planına salınsa da, Böyük Vətən müharibəsinin başlanması ilə çəkilişi təxirə salınır. Musiq... |
d1794b9b1d300ad3 | Arşın mal alan (film, 1945) | 8-ci yeri tutmaqla prokat lideri olmuşdur. ("Domaşnaya Sinematika" bədii filmlərinin kataloqu. Moskva, 1966). Rusiya kinosunun 100 illiyi münasibətilə aparılan sosioloji tədqiqatlar nəticəsində sovet kinosunun inkişafına əhəmiyyətli təsir göstərmiş sovet filmlərinin və sovet ekranında uzun illər nümayiş etdirilmiş xari... |
f576b71458bf9507 | Arşın mal alan (film, 1945) | 1945-ci ildə istehsal olunmuş "Arşın Mal Alan" kinokomediyası məşhur kino mütəxəssislərinin yekdil rəyi ilə "Qızıl Siyahı" ya daxil edilmişdir. Film Sovet dövründə 136 ölkədə nümayiş etdirilmiş, 86 dilə tərcümə edilmişdir. Mədəniyyət və Turizm Nazirliyi Beynəlxalq Bankın maliyyə dəstəyilə "Arşın mal alan" filminin Mosk... |
4731490c268acae5 | Arşın mal alan (film, 1945) | Bərpa edilmiş və rənglənmiş "Arşın mal alan" filmi 19 sentyabr 2015-ci ildə Hollivudda nümayiş olunub. Filmin nümayişi Üzeyir Hacıbəylinin anadan olmasının 130, Rəşid Behbudovun 100, "Arşın mal alan" filminin isə 70 illiyinə həsr olunub. Filmi 650 nəfərə yaxın tamaşaçı izləyib. Azərbaycanın Los Ancelesdəki Baş Konsullu... |
4b406e6b486f0fa0 | Arşın mal alan (film, 1945) | Le Balzac) kinoteatrında nümayiş olunub. 1946-cı ildə bəstəkar Üzeyir Hacıbəyova, rejissor Rza Təhmasibə, aktrisa Leyla Bədirbəyliyə, aktrisa Münəvvər Kələntərliyə, aktyor Rəşid Behbudova, aktyor Lütfəli Abdullayevə və aktyor Ələkbər Hüseynzadəyə "Stalin" mükafatı (2-ci dərəcə) verilmişdir. Filmin üzərində işləyənlər Ə... |
cbda4798e5b08c54 | Arşın mal alan (film, 1945) | Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 813. Aydın Kazımzadə. "Kinosalnamə" ["Arşın mal alan" filmi haqqında] //Mədəniyyət TV.- 2016.- 28 may. Həmçinin bax Azərbaycan filmlərinin siyahısı1945-ci ilin Azərbaycan filmləri1940-cı illər Azərbaycan filmlərinin siyahısı |
3f13c730e9f18aa8 | Əli və Nino | Əli və Nino—ilk dəfə 1937-ci ildə Vyanada alman dilində E. P. Tal Verlaq tərəfindən nəşr edilən və indiyədək dünyanın 33 dilinə tərcümə edilən məhəbbət romanıdır. Əsərin ilk nəşrində müəllif kimi Qurban Səid göstərilmişdir. Rəsmi sənədlərə əsasən Qurban Səid avstriyalı baronessa Elfrida fon Ehrenfelsin təxəllüsüdür. Bu... |
0f00fa623172369f | Əli və Nino | Almaniyada yaşayan tədqiqatçı Nuridə Atəşi isə əslində Lev Nissembaumun müsəlman kimi doğulduğunu, əsl adının Məhəmməd Əsəd bəy olduğunu iddia edir. Qurban Səid adının yazıçı Yusif Vəzir Çəmənzəminlinin təxəllüsü olduğunu iddia edənlər də var. Çəmənzəminlinin oğlu Orxan Vəzirov bildirir ki, bunu vaxtilə Ceyhun Hacıbəyl... |
661c845deab7a13e | Əli və Nino | Həmin materiallar onun əvvəlki əsərlərindən köçürülmüşdür. Qeyd edilməlidir ki, bu materiallar nə mədəni, nə də etnik cəhətdən etibarlı mənbələr deyil. Lev Nussimbaum Azərbaycanı 1920-ci ildə 14 yaşında ikən tərk etmişdi və olduqca təcrid olunmuş həyat tərzi sürdüyünü öz yazılarında da etiraf etmişdir. Əsəd Bəy romanda... |
04972c660e192b86 | Əli və Nino | Avstriya baronessası Elfrida Ehrenfels (1894–1982) "Əli və Nino" romanını alman reyesterlerində qeydiyyatdan keçirmiş və "Qurban Səid" təxəllüsünün özünə aid olduğunu göstərmişdi, halbuki onun romanın yazılmasında iştirakı sübut edilməmişdir. Romanın "Əli Xan" adlı italyan nəşri 1944-cü ildə Məhəmməd Əsəd Bəy adı altın... |
b6325084f503bb37 | Əli və Nino | Əsər "Əli Xan" adı altında yalnız bir dəfə çap edilmişdi. Əsərin qısa məzmunu Əsərdəki hadisələr Rusiya inqilabı, müstəqil və demokratik Azərbaycanın qurulması və Qızıl Ordunun Bakını işğal etdiyi dövrləri əhatə edir. Hadisələrin cərəyan etdiyi əsas məkan isə "tərəqqi etmiş" Qərb və "geridə qalmış" Şərqin qovuşduğu Bak... |
a1eac5baf63ca436 | Əli və Nino | Əlinin atası qadınlara, xüsusən başqa dinə məxsus qadına qarşı mühafizəkar fikirlərinə baxmayaraq nikahı dəstəkləyir. Ninonun atası isə əvvəlcə tərəddüd edir, lakin erməni əsilli dostunun məsələyə müdaxiləsi ilə sonda mövqeyini yumşaldır. Hadisələr həmin erməninin Ninoya aşiq olması və hiyləgərliklə onu qaçırmasından s... |
07ca721524c75752 | Əli və Nino | Nino İranda ev dustağına çevrilməsi səbəbindən özünü tamamilə yalqız və bədbəxt hiss edir. Azərbaycanda ilk demokratik cümhuriyyətin qurulmasından sonra Əli və Nino yenidən Bakıya qayıdır və yenicə qurulmuş dövlətin mədəni həyatında fəal iştirak edirlər. Sonradan Əliyə Azərbaycanın Fransada səfiri vəzifəsi təklif olunu... |
ba3539393ea10148 | Əli və Nino | "Əli və Nino"nun Azərbaycan dilinə tərcüməsi Qurban Səidin alman dilində yazdığı və alman dilində ilk dəfə 1937-ci ildə Vyana şəhərində çap edilmiş "Əli və Nino" romanı ilk dəfə 1970-ci illərin əvvəlində Almaniyanın Münhen şəhərində "Azadlıq" radiosunda qismən tərcümə olunub radio proqramı şəklində efirdə səsləndirilmi... |
2e91069cce77b8c4 | Əli və Nino | Mirzə Xəzərin tərcüməsində "Əli və Nino" romanı dəfələrlə nəşr edilmiş və indiyədək nəşr edilir, böyük maraqla Azərbaycanda oxunur. Mirzə Xəzər romanın tərcüməsi üçün ona ayrılan qonorarı, 5 min sovet manatını Yusif Səmədoğluna Münhendən vəkalətnamə verərək 1990-cı il Qara Yanvar günlərində həlak olmuş şəhidlərdən biri... |
5550fd7a3b5c17b3 | Əli və Nino | Tamaşada digər rolların ifaçıları: Seyid Mustafa – Toğrul Rza, Məlik Naxararyan – İlkin Mehdiyev, Məhəmməd Heydər – Vüsal Mustafayev, İlyas bəy – Rövşən Məmmədov, Arslan ağa – İmaməddin Həsənov, Dərviş – Vüqar Əhmədov.Tamaşanın ssenari müəllifləri – Elvin Mirzəyev və İmaməddin Həsənov, Bəstəkarı – Cəmalə Nəsirova, Plas... |
d2b381bd4a1ed1e4 | Yerin quruluşu | Yerin quruluşu deyildikdə, adətən, onun daxili quruluşu, yəni planetin qabığından mərkəzinə qədər olan dərinlik quruluşu nəzərdə tutulur. Yer kürəyə yaxın formaya malikdir (ekvatorial diametr 12 754 km, qütb diametri isə 12 711 km-dir) və bir neçə qatdan ibarətdir. Yerin daxili quruluşu haqqında ən səhih məlumatı seysm... |
f6234324bf16bede | Yerin quruluşu | Həqiqətdə isə dalğalar çox mürəkkəb yol keçir. İlk sıçrayış səthi orta hesabla təqribən 60-70 km dərinlikdədir. Burada uzununa dalğaların sürəti bir dəfəyə 8 km/san-yə çatır. Sonra gələn təbəqədə sürət tədricən artır və 2900 km dərinlikdə 13 km/san-yə olur. Bundan sonra kəskin surətdə 8 km/san-dək azalır, sonra Yerin m... |
65cba84bb9d1d0c5 | Yerin quruluşu | Geoloji epoxada okeanik Yer qabığının qalınlığı 5-dən 10 km-ə qədərdir. O, üç təbəqədən ibarətdir: üst nazik (1 km-dən artıq deyil) dəniz çöküntüləri təbəqəsi, orta (1,0-2,5 km) bazalt adlanan təbəqə və qalınlığı 5 km-ə yaxın olan, ehtimal ki, qabbrodan ibarət alt təbəqə. Kontinental qabıq daha mürəkkəbdir. Onun qalınl... |
3bc0a21deb5ede9a | Yerin quruluşu | Üst (yuxarı) mantiyada maddələr ərinti halındadır. Alt mantiyada temperaturun daha yüksək olmasına baxmayaraq, maddələr böyük təzyiq altında olduğuna görə onlar nisbətən bərk-plastik vəziyyətdədir və axıcılıq qabiliyyətinə malik deyil. Mantiyada maddələrin ağırlığına görə diferensiasiyası baş verir. Ağır ərimiş maddələ... |
654b34f0fcf42299 | Yerin quruluşu | Müasir məlumata görə nüvənin 85-90 %-i dəmirdən ibarətdir; maye halındakı xarici nüvədə ona oksigen, daxili nüvədə isə nikel əlavə olunur. L.P.Şubayev. Ümumi Yerşünaslıq. "Maarif" nəşiriyyatı. Bakı. 1986. s.25-30 Kruglinski, Susan. Journey to the Center of the Earth. Discover, June 2007. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.