passage_id stringlengths 16 16 | title stringlengths 1 88 | content stringlengths 200 2k |
|---|---|---|
c00ed81c5e30d4ec | I Təhmasib | Xanpərvər bəyim — Zal bəy Gürcünün bacısı, Şahzadə Mahmudun, Şahzadə İmamqulunun və Xanış Sultanın anasıdır. Zəhra bəyim — Samstxe knyazı Otar Şalikaşvilinin qızı, Şahzadə Mustafanın və Şahzadə Əlinin anasıdır. Hurixan xanım — Soylu Gürcü qızlarındandır. Zeynəb Sultanın və Məryəm Sultanın anasıdır. Fəridə bəyim — Dağıs... |
8200da28d186d3a7 | I Təhmasib | Ayşə xanım — Xivə xanı Sufiyan xanın qızı, Zeynəb Sultan Səfəvi (ö.1570) — Bəhram mirzə Səfəvinin dul xanımı.Oğulları: Məhəmməd Xudabəndə — Sultanum Bəyimdən olma şahzadə. II İsmayıldan sonrakı şah. II İsmayıl — Sultanum Bəyimdən olma şahzadə. Təhmasibdən sonrakı şah. Murad mirzə Səfəvi (ö. |
d8cce2ea3d889e0f | I Təhmasib | 1545) — Qəndəhar hakimi (1538–1545), azyaşlı ikən ölmüşdür. Süleyman mirzə Səfəvi (28 mart 1554–2 noyabr 1576) — Fars (1555–1557) və Məşhəd (1576) hakimi, Sultanağa bəyimdən olma. II İsmayıl tərəfindən öldürülmüşdür. Heydər mirzə Səfəvi — Sultanzadə bəyimdən olma, özünü şah elan etmiş, lakin bir gün sonra Qəzvində öldü... |
fdd5adcfa2b88dca | I Təhmasib | II İsmayıl tərəfindən öldürülmüşdür. Onun qızı I Abbas ilə evlənmişdir. Cüneyd Mirzə — II İsmayıl tərəfindən öldürülmüşdür. Mahmud mirzə Səfəvi (1559–24 fevral 1577) — Şirvan (1566–1567) və Lahican (1567–1571) hakimi, Xanpərvər bəyimdən olma. II İsmayıl tərəfindən öldürülmüşdür. |
068f42a98aba08e6 | I Təhmasib | İmamqulu mirzə Səfəvi (1562–1577) — Xanpərvər bəyimdən olma. II İsmayıl tərəfindən öldürülmüşdür. Əli mirzə Səfəvi (1563–31 yanvar 1642) — Gəncə hakimi (1570–1577), Zəhra bəyimdən olma. II İsmayıl tərəfindən kor və həbs edilmiş, II Abbas tərəfindən həbsdən azad edilmişdir. Əbül Nasir Sultan Əhməd mirzə Səfəvi (1564–157... |
60417886d375db14 | I Təhmasib | Murad Mirzə — II İsmayıl tərəfindən öldürülmüşdür. Zeynəlabdin mirzə Səfəvi — uşaq ikən ölmüşdür. Musa mirzə Səfəvi — uşaq ikən ölmüşdür.Şah Təhmasibin ehtimal edilir ki, 13 qızı olmuşdur. Lakin onlardan 8-i bəllidir: Gövhərsultan bəyim (1540–19 may 1577) — İbrahim mirzə Səfəvi ilə evli idi, Sultanum Bəyimdən olma. Pər... |
5b45c6e1d4492a53 | I Təhmasib | Zeynəb bəyim Səfəvi (ö. 14 may 1640) — Hurixan xanımdan olma, Əliqulu xan Şamlı arvadı. Məryəm bəyim Səfəvi (ö.1608) — Hurixan xanımdan olma, Gilan hakimi Xan Əhməd xan ilə evlənmişdir. Şahbanu xanım (ö.1583) — Salman xan Ustaclı ilə evlənmişdir, Fəridə bəyimdən dünyaya gəlmişdir. Xədicə bəyim Səfəvi — Fəridə bəyimdən ... |
dd966e994365fc82 | I Təhmasib | Gilanın yerli hakimlərindən biri olan Əmira Dəbbajın nəvəsi Cəmşid xanla evlənmişdir. Fatimə Sultan Xanım — Əmir xan Mosullu Türkmanın arvadı. Xanış bəyim Səfəvi (ö. 1591) — Xanpərvər bəyimdən olma, Nemətullahiyyə ordeninin rəhbəri Şah Nemətulla Əmir Nizaməldin ilə evlənmişdir. Tarixşünaslıq və şəxsiyyəti I Təhmasibin ... |
6007268220b24218 | I Təhmasib | Bu vətəndaş müharibəsi imperiyanı böhrana sürüklədi, bu müharibənin başlması Şah İsmayılın sahib olduğu xarizmatik Mehdi obrazının onun ölümü və Təhmasibin taxta çıxması ilə sonlanmasının işarəsi idi. Atasından fərqli olaraq o, ilk başlarda nə siyasi-mənəvi xarizmaya, nə də qızılbaşların qiymətləndirdiyi şeylərdən biri... |
277e078633b34829 | I Təhmasib | Bu, 10 il ərzində dövləti idarə edən və bir-biriləri ilə savaşan tayfa başçılarının hakimiyyətini qırmaq və sələflərinin sahib olmadığı imici formalaşdırmaq üçün düşünülmüş möhtəşəm siyasət idi.Şah Təhmasibin qərb tarixçilərində o qədər də təəssürat yarada bilməmişdir, onlar Təhmasibi tez-tez atası ilə müqayisə etmiş v... |
a431354e655c8b43 | I Təhmasib | Burada da onun dövlət və siyasi xadim kimi qabiliyyəti özünü göstərdi. Müasir müəlliflər, bir qayda olaraq hakimiyyətdə olmuş şahların şəxsiyyətinin təriflərlə təsvir edirlər. I Şah Təhmasibin səciyyəsi bi baxımdan istisnalıq təşkil etmir. Məsələn, Budaq Qəzvini şahın şəxsi keyfiyyətlərini belə göstərirdi: Budaq Qəzvin... |
803872d20efb9d95 | I Təhmasib | Özünün qeyri-adi yaddaşı ilə tanınmışdı. O, bütün əyanları (ərbab), vəzifə sahiblərini (kələntəran) və adlı-sanlı şəxsləri (əşraf) adı ilə və üzdən tanıyırdı". Ən təəcccüblüsü bu idi ki, şah ona xidmət edən üç min nəfər qorçi və üç minə qədər yasavul, bukavul vəzifəli şəxs və daxili mühafizəçilərin (qalaçı) hamısı haqq... |
3729568d65abad08 | I Təhmasib | O, vasvası dərəcəsində təmizkar, hər şeydən şübhələnən adam idi və heç kimlə yemək – içməyi xoşlamırdı. O, ömrünün son 20 ilində ata minməmişdi. Şah zahiri əlamətlərinə görə hündürboylu, gərilmiş simalı, uzun əlli, sarı bənizli və saqqalı tamam ağarmış bir şəxs idi". Tarixçi davam edərək yazır: "Döyüşçülər ona o qədər ... |
0e1b32be6dfbce67 | I Təhmasib | 1570-ci illərə qədər bu muxtar pul vahidləri birləşdirildi. Şahi sikkələrin çəkisi onun hakimiyyətinin əvvəlindəki 7,88 qramdan səltənətin qərb bölgələrində 2,33 qrama, sonunda isə Şərqdə 2,92 qrama qədər xeyli azaldı.Onun sikkələrində ərəb dili artıq istifadə edilən yeganə dil deyil, follis (folus-i şahi) sikkələrində... |
614d4ca899095724 | I Təhmasib | Journal of the Royal Asiatic Society. 31 (4). 2021: 743–758. doi:10.1017/S1356186321000250. Xarici keçidlər A king's book of kings: the Shah-nameh of Shah Tahmasb, Metropoliten muzeyindən olan sərgi kataloqu (PDF formatda tam oxumaq mümkündür). |
ed216ec823d0a749 | Ehtimal nəzəriyyəsi | Ehtimal nəzəriyyəsi — riyaziyyatın bir bölməsi olub, təsadüfi hadisələri analiz edir. Təsadüfi ədədlər, stoxastik proseslər və hadisələr ehtimal nəzəriyyəsinin əsas obyektlərindəndir. Ehtimal nəzəriyyəsinin kökü 16-cı əsrdə Cerolamo Kardano, 17-ci əsrdə isə Blez Paskal və Pyer Ferma tərəfindən bəxt oyunlarının (qumar o... |
04edfc8838a0ba6f | Ehtimal nəzəriyyəsi | Bu əsərlər arasında Bütün hadisə və ya proseslər, hətta özünün əhəmiyyətsizliyi ilə guya ki, təbiətin ali qanunlarından asılı olmayanları belə, o dərəcədə də məhz bu qanunların zəruri nəticələridir, məs., günəşin dövr etməsi kimi. Bu nəticələri bütün kainat sistemi ilə əlaqələndirən bağları bilmədən, bunların birinin d... |
ede53f12b313efcb | Ehtimal nəzəriyyəsi | Əks fikir əqlin illüziyasıdır ki, o, fərqinə varılmayan davranışlarda iradənin bu və ya digər seçimində xırda səbəbləri nəzərdən qaçıraraq əminliklə hesab edir ki, bu fikir özü-özünə və səbəbsiz yaranır. Kəsilən Ehtimal Paylanmaları Kəsilən ehtimal paylanmasına misal olaraq zərin və ya qəpiyin atılmasını və alınan nəti... |
cd4cd4948b551290 | Ehtimal nəzəriyyəsi | Ona görə onların paylanmasının ehtimal nəzəriyyəsində xüsusi yeri var. Bəzi kəsilən paylanmalara misal olaraq binomial, kəsilən bircins, mənfi binomial və s göstərmək olar. Kəsilməz paylanmalara isə normal, qamma, kəsilməz bircins, exponensial və beta kimi paylanmalar daxildir. Ehtimal nəzəriyyəsinin elementləri Sınaq,... |
634a9adeccd3af56 | Ehtimal nəzəriyyəsi | Sınaq nəticəsində hökmən baş verən hadisəyə yəqin hadisə deyilir. Sınaq nəticəsində baş verməyəcəyi əvvəlcədən məlum olan hadisəyə mümkün olmayan hadisə deyilir. Sınağın hər bir ayrılmayan nəticəsinə elementar hadisə deyilir. Bütün elementar hadisələr çoxluğuna elementar hadisələr fəzası deyilir. Sınağın bütün mümkün n... |
d81e28d792fe83fc | Ehtimal nəzəriyyəsi | Elementar hadisələr fəzasının ixtiyari alt çoxluğuna hadisə deyilir. Bu zaman AE boş çoxluq mümkün olmayan hadisə, U isə yəqin hadisə olacaqdır. Bütün nəticələri A və ya B hadisələrindən heç olmasa birinə daxil olan hadisəyə A və B hadisələrinin birləşməsi deyilir və AÈ B kimi işarə olunur. Nəticələri həm A hadisəsinə,... |
1a4d22d1245dd3a5 | Ehtimal nəzəriyyəsi | A hadisəsinə daxil olmayan bütün nəticələr çoxluğuna A hadisəsinin əks hadisəsi deyilir və -A kimi işarə olunur. Əgər A hadisəsinin hər bir nəticəsi həm də B hadisəsinin nəticəsidirsə, onda deyirlər ki, A hadisəsi B hadisəsini doğurur və ya B hadisəsi A hadisəsinin nəticəsidir, bu halda AÌ B yazılır. Nəticələri B hadis... |
15e942d14252ad4b | Fazil Quliyev | Fazil Balahəsən oğlu Quliyev (1957, Bakı) — Azərbaycan Respublikası Daxili İşlər nazirinin müavini, Baş Təşkilati-İnspeksiya İdarəsinin rəisi, polis general-leytenantı. Quliyev Fazil Balahəsən oğlu 1957-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1979-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu, 1993-cü ildə isə ... |
3878eae4463f74d5 | Fazil Quliyev | Əməliyyat-xidməti fəaliyyətindəki uğurlu nəticələrinə görə müxtəlif mükafatlara layiq görülmüşdür. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2002-ci il tarixli 725 nömrəli Fərmanı ilə "Azərbaycan Bayrağı" ordeni, 2013-cü il 1 iyul tarixli Sərəncamı ilə "Vətən uğrunda" medalı, 2015-ci il 1 iyul tarixli 1311 nömrəli ... |
ba2035f65dd0a9eb | Azərbaycandakı ən yüksək dağ zirvələri | Böyük Qafqaz dağ sistemi Baş Qafqaz (silsilənin yan hissəsi heç bir yerdə çay dərələri ilə kəsilmir buna görə o, bəzən də Suayrıcı silsilə adlanır) və Yan silsilələrinin Azərbaycan hissəsinə, Xəzər dənizinə tərəf getdikcə alçalan və çay dərələri ilə bir-birindən ayrılan Gədi-Kürkeçidağ, Aladaş, Kəmçi və s. silsilələrə,... |
58a781aa6c54e105 | Türkdilli dövlətlər | Türk dövlətləri — əsasən Asiyada və Şərqi Avropada yerləşirlər. Bu gün dünyada rəsmən 6 müstəqil türk dövləti mövcuddur (Şimali Kipr Türk Respublikasının müstəqilliyi dünya dövlətləri tərəfindən hələ tanınmayıb). Onlardan beşi – Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstan SSRİ dağılandan sonra 1991-... |
7ae8b7298216729a | Salam | Salam (ibranicə שלום, ərəbcə سَلَام,) sülh və əmin-amanlıq deməkdir. Yəhudilər və Müsəlmanlar arasında görüşərkən istifadə olunan ifadədir. Bir çox türkdilli ölkələr tərəfindən də istifadə olunur. Yəhudilikdə "Salam" Allahın sifətlərindən biri kimi, İslamda Əs-Səlam Allahın adlarından biri kimi qəbul edilir və sülh, əm... |
183290660de647b2 | Salam | deməklə Allahdan ona salamatlıq, əmin-amanlıq, firavanlıq bəxş etməsini diləyir. Sözün tarixi Sözün ilk zamanlar deyiliş forması "Salam" deyil, "Şalom" şəklində idi. . Zamanla bu söz ərəb dilinə keçmiş və nəticə etibarilə formasını dəyişərək günümüzdəki "Salam" şəklində tələffüz edilmişdir Yəhudilərdə Salam Yəhudilik i... |
26832b46d52f3a83 | Salam | deyin" deməsi diqqətə layiqdir. İslamda Salam İslamda salam vermək müstəhəb, salamın cavabını almaq isə vacibdir. Biri salam verdikdə cavabı ən azı onun salam verdiyi miqdarda qaytarmaq lazımdır. Bu barədə Qurani-Kərimdə yazılıb: "Sizə salam verildiyi zaman onu daha gözəl alın və ya (eynilə sahibinə) qaytarın! Şübhəsiz... |
30378010b3ebaf4e | Salam | "İslam inancına görə "Səlamun əleykum", yaxud "Əs-Səlamu əleykum" deyə salam verildikdə cavabını ən azı "Əleykum əs-Səlam" (Sizə də Allah sülh və əmin-amanlıq bəxş etsin!) kimi almaq lazım olduğuna inanılır. Həmçinin "Əleykum əs-Səlam və rahmətullah" (Allahın salamı və rəhməti sizin də üzərinizə olsun!) yaxud "Əleykum ... |
0859360e1a02c356 | Salam | Məsələn, namaz qılana "Əssəlamu əleykum" deyilsə, cavabı "Aleykumus əssəlam" kimi almalıdır. İslam (qısa məlumat kitabı). Azərbaycan Sovet Ensiklopediyasının Baş Redaksiyası. Bakı: 1989, səh.100. Həmçinin bax Ümumdünya Salam Günü |
acfacdf7e638d421 | Şimal Buzlu okean | Şimal Buzlu okean — Şimal yarımkürəsində, əsasən Arktika zonasında yerləşən okean. Rusiya Federasiyası, Amerika Birləşmiş Ştatları, Skandinaviya yarımadası ölkələri, Kanada, həmçinin İslandiya və Qrenlandiya adaları vasitəsilə digər okeanlardan ayrılır. Dünyada sahəcə ən kiçik okeandır — 13 000 000 km². Şimal Buzlu oke... |
8e3009a98842786d | Şimal Buzlu okean | Okeanın bir çox boğazları vadır ki, onlara misal kimi Avstriya boğazı, Matoçkin Şar boğazı, Smit boğazı, Qdansk boğazı, Robeson boğazı, Kennedi boğazı, Parri boğazı, Danimark boğazı, Forlandsundet boğazı,Şahzadə Regent boğazı, Taymır boğazı, Friman boğazı, Lonq boğazı, Sterleqov boğazı, Disko boğazı (körfəz), Franklin ... |
c904d875e17129d4 | Şimal Buzlu okean | Buzlaqlar - buz). Rus Torpaqlarının Ölümü Nağılında Şimal Buzlu Okeanı "Nəfəs alma dənizi" adlanır. Novqorod arxiyepiskopu Vasilinin Tver yepiskopu Teodora göndərdiyi mesajda Şimal Buzlu okeanı Nəfəs alma dənizi də adlandırırlar: “Mənim bir çox övladlarım, Novqorod sakinləri bunu Nəfəs alma dənizində gördülər: heç vaxt... |
734aec97c23898d9 | Onluq kəsr | Onluq kəsr — həqiqi ədədləri d m d 1 d 0 , d − 1 d − 2 {\displaystyle \pm d_{m}\ldots d_{1}d_{0}{,}d_{-1}d_{-2}\ldots } şəklində göstərə bilən, kəsrlərin bir növü olmaqla, bir üsul sayılır. {\displaystyle \pm } — kəsr işarəsi: {\displaystyle +} {\displaystyle -} {\displaystyle ,} — onluq vergül, tam və kəsr hissələrini... |
c6623c243ec8ee10 | Onluq kəsr | Sonsuz kəsrlərin yanında sonsuz sayda rəqəmlər olarsa bu sonsuz kəsrdir.məsələn 3,1266389904….. Dövri onluq kəsrlər Vergüldən sonra rəqəm sırası hansısa bir yerdən başlayaraq periodik şəkildə təkrarlanan rəqəm qrupuna malik olan, sonsuz onluq kəsrlərə, dövri kəsrlər deyilir. Başqa cür desək, dövri kəsr-onluq kəsr, hans... |
56895817d642cc04 | Sabir Rüstəmxanlı | Sabir Xudu oğlu Rüstəmxanlı (20 may 1946, Hamarkənd, Yardımlı rayonu) — Azərbaycan Respublikasının xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Milli Məclisin deputatı. Sabir Rüstəmxanlı 1946-cı il may ayının 20-də Yardımlının Hamarkənd kəndində dünyaya göz açıb. 1963-cü ildə Yardımlı qəsəbə onbirillik məktəbini... |
d9b9890632867245 | Sabir Rüstəmxanlı | Yaradıcılığı Erkən yaşlarından məşğul olduğu ədəbi fəaliyyət 1967-ci ildən onun əsas peşəsinə çevrilmişdir. 1967–1978-ci illər ərzində "Ədəbiyyat və incəsənət" qəzetində xüsusi müxbir və şöbə müdiri, 1978–1989-cu illər arasında isə "Yazıçı" nəşriyyatının baş redaktoru olmuş, yüzlərlə elmi, ədəbi-tənqidi, publisistik ya... |
7877e263e28f5713 | Sabir Rüstəmxanlı | Əsərləri bir çox dünya xalqlarının dillərinə tərcümə olunub. 2005-ci ildə Xalq Şairi fəxri adına layiq görülmüşdür. İctimai-siyasi fəaliyyəti 1989-cu ildə Azərbaycanda ilk müstəqil, demokratik qəzet olan "Azərbaycan"ı təsis etmiş, iki il onun baş redaktoru olmuşdur. 1990-cı ildə Azərbaycan Xalq Cəbhəsindən parlamentə d... |
60ba88fde3e58715 | Sabir Rüstəmxanlı | 2003-cü ildə Vətəndaş Həmrəyliyi Partiyası tərəfindən Azərbaycan Respublikasının prezidentliyinə namizədliyi irəli sürülmüşdür. Sabir Rüstəmxanlı 1990-cı ildən 2015-ci ilin 24 noybrınadək Milli Məclisin deputatı olub. 9 fevral 2020-ci ildə Milli Məclisə yenidən deputat seçildi. Sabir Rüstəmxanlı Dünya Azərbaycanlıları ... |
ef63595802fa6cb3 | Sabir Rüstəmxanlı | Yeddi oğuldan biri (film, 2007) Meşəyə insan gəlir (film, 1980) Musaküçə kəndinin sakinləri (film, 1973) Neft Daşlarının 25 illiyi (film, 1975) Payızın 17 anı (film, 2007) Qayıdış (film, 1988) Suvenir (film, 1972) Talada ev (film, 1986) Tikilir, amma… (film, 1973) Uçuş xətti (film, 1987) Zəlimxan dastanı (film, 2007) Ə... |
45bf9f6f8d8e2579 | Aleksandr Puşkin | Aleksandr Sergeyeviç Puşkin (26 may (6 iyun) 1799, Moskva[…] – 29 yanvar (10 fevral) 1837, Sankt-Peterburq[…]) — rus realist istiqamətinin əsasını qoyan rus şairi, dramaturqu və nasiri, ədəbiyyatşünas və ədəbiyyat nəzəriyyəçisi, tarixçi, publisist, jurnalist; 19-cu əsrin birinci üçdəbirinin ən nüfuzlu ədəbi simalarında... |
6b02e44279f2834c | Aleksandr Puşkin | 17-ci əsrdə Puşkinin ata-babaları stüard rütbəsindən yuxarı qalxmadılar. I Pyotrun dövründə yaşamış ulu baba Aleksandr Petroviç Puşkin qarovulda çavuş idi və 1725-ci ildə dəlilik halında arvadını öldürdü; babası Lev Aleksandroviç artilleriya polkovniki, qvardiya kapitanı idi. Ata — Sergey Lvoviç Puşkin (1770–1848), dün... |
79e5f64e063022f2 | Aleksandr Puşkin | Sürgündə olduğu dörd il Puşkin üçün hədər getmir. Bu illər də o, "Qafqaz əsiri", "Baxçasaray fontani", "Quldur qardaşlar" əsərlərini yazır, gələcəkdə ona böyük şöhrət gətirəcək "Yevgeni Onegin" romanı üzərində işə başlayır. Aleksandr Puşkin Mixaylovskda 1823-cü ildə Puşkinin xidməti yeri Odessaya dəyişdirilir. Bir il s... |
750f1cf175e1e278 | Aleksandr Puşkin | Axtarışdan ehtiyatlanan şair avtobioqrafik qeydlərini məhv edir. 1826-cı ildə I Nikolay Puşkini Moskvaya çağırır və onu himayəyə götürəcəyini bildirir. Lakin çar tərəfindən verilən azadlıq uzun sürmür. 1828-ci ildə Dövlət şurası Puşkin üzərində nəzarət üçün sərəncam verilir. Bu sərəncamdan sonra şair özbaşına Moskvanı ... |
cc68da1a490939f5 | Aleksandr Puşkin | Boldino dövrü 1830-cu ildə Puşkin Natalya Qonçarova ilə evlənmək qərarına gəlir. Toydan əvvəl atası tərəfindən ona hədiyyə olunmuş Boldino malikanəsinin yaxınlığında yerləşən Kistenevka kəndinə gedir. Moskvada baş qaldırmış vəba epidemiyası üzündən üç ay burada qalmağa məcbur olan şairin yaradıcılığının bu dövrü "Boldi... |
b076408ac77b425b | Aleksandr Puşkin | Bundan başqa o, bu dövr yaradıcılığının ən gözəl nümunələrindən olan "Qaratoxmaq qadın", "Andjelo", "Mis atlı", "Balıqçı və qızıl balıq haqda nağıl", "Ölmüş şahzadə və yeddi pəhləvan" əsərləri üzərində də işləyir. Peterburqa qayıtdıqdan sonra maddi çətinliyə düşən şair 1834-cü ildə istefaya çıxır və bundan sonra həyatı... |
33550a650c0d25ae | Aleksandr Puşkin | Bu səbəbdən Puşkin Dantesi duelə çağırsa da onun Natalyanın bacısı Yekaterina Nikolayevnaya evlənmək təklif etməsindən sonra duel çağırışını geri götürür. Lakin evləndikdən sonra belə Dantes Puşkinin həyat yoldaşına diqqət yetirməkdə davam edir. İntriqanın böyüməsində Dantesin atası baron Qekkernin də rolu az olmur. Bu... |
c4244464a93a0c44 | Aleksandr Puşkin | Nümayişlərin başlayacağından ehtiyat edən çar Puşkinin nəşini Peterburqdan məxfi olaraq çıxarılmasını əmr edir. Dahi şairin ölümü dünya ədəbiyyatını kədər içində boğur. Azərbaycan dramaturqu Mirzə Fətəli Axundov şairin ölümünə şeir-mərsiyə həsr edir. Puşkin Şərq mövzusundakı əsərlərində qəzəl formasından istifadə etmiş... |
d11a76cf7c3164c7 | Zəfəran | Zəfəran (lat. Crocus) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinə aid bitki cinsi. Bu bitkinin 1 qramı 100 litr suyu sarı rəngə boyayır. Gövdə, demək olar ki, inkişaf etmir. Yarpaqlar kökətrafınada yerləşərək rozet əmələ gətirir. Yazın əvvəllərində çiçək açır. |
2da2a2c57638a0c7 | Zəfəran | Çiçək yağmurlu havalarda və gecələr qapanır. Zəfəranın çiçəyinin dişiciyindən ədviyyat kimi istifadə olunur. Soyuq və şaxtalı havalara tab gətirə bilən zəfəranın kökü −18°dən +40°-dək temperaturda inkişaf edir. Amma çiçəkləmə dövründə, əksinə olaraq quru və günəşli hava əlverişlidir, çünki zəfəranın çiçəkləri donmağa q... |
bfc334d8be6e171e | Zəfəran | Zəfəran bitkisi yüksək miqdarda maye tələb edir ki, bu səbəbdən də o yalnız Kəşmirdə illik 1000–1500 mm yağıntı düşməsi səbəbilə suvarılmadan yetişdirilir. Hətta illik 500 mm yağıntı düşən Yunanıstanda və 400 mm yağıntı düşən İspaniyada belə zəfəranı yalnız suvarma yolu ilə yetişdirmək mümkündür. Azərbaycan dilindən ba... |
9d15a2a984817b50 | Zəfəran | Buna səbəb həm boyama gücünün həddindən artıq çox olması (öz miqdarının 100 min misli qədər), həm də xoşagələn parlaq sarı rəng verməsi idi. Amma zəfəranın qiymətinin baha olduğuna görə indi boyaq maddəsi kimi çox az istifadə olunur. Zəfəranın əsas istehsalçısı İrandır. Belə ki, bu ölkənin payına ümumi zəfəran istehsal... |
62e5ef3681d9b83e | Zəfəran | Azərbaycanın dərman bitkiləri Zəfəran lap qədimdən dərman maddəsi olaraq istifadə edilir. Bu bitki iştahasızlıq, bronxit, həzm sistemi pozğunluqları və yuxusuzluq kimi xəstəliklərə qarşı müalicədə istifadə olunur. Zəfərandan, həmçinin xərçəng xəstəliyinin müəyyən edilməsində də istifadə olunur. ABŞ, Yaponiya, Rusiya, İ... |
385514bf9036e919 | Marş | Marş (fr. marche – addımlamaq, irəli hərəkət etmək) — 4/4 ölçülü, xanədə dəqiq ritmə malik pyes (nadir hallarda 2/4 və ya 6/8 ölçüdə olur), kollektiv yürüşü müşayiət etmək üçün nəzərdə tutulur. Marş musiqisindən addımlayan insanların hərəkətini birləşdirmək üçün onlarda müəyyən əhval–ruhiyyə yaratmaq üçün istifadə olun... |
3a73fd060ed59095 | Marş | Avropada hərbi musiqi Osmanlı İmperiyasının hərbi hissələri içərisində ən məşhuru 1362-ci ildə I Muradın yaratdığı Yanıçar ordusu olmuşdur. Yanıçarların özlərinin orkestri var idi. Bu orkestrin üzvlərinin və alətlərinin sayı həmin orkestrin kimin sərəncamında olmasından asılı idi. Orkestr sultanı həmişə müşayiət edib, ... |
bcf013c576f30c91 | Marş | XVIII əsrdə bütün qonşu xristian dövlətləri, yəni osmanlıların düşmənləri, türklərə həsəd aparıb, onların musiqisinə heyranlıqlarını gizlətməyirdilər. 1720-ci ildə Polşanın kralı II Avqust sultandan hədiyyə olaraq tam tərkibdə bütün musiqi alətləri ilə təchiz olunmuş bir orkestr alır. Bu hadisə Rusiya imperatriçası Yek... |
919c23ee439535e1 | Marş | Beləliklə də, türk musiqisi Avropa musiqisinə bir sıra alətlər – zərb alətləri – daxil edərək onu daha da zənginləşdirdi. Yanıçarlar 1826-cı ildə sultana xəyanət edərək üsyan qaldırırlar. Üsyan yatırıldıqdan sonra yanıçar ordusu və onunla birlikdə musiqi dəstələri ləğv olunur. Tale elə gətirir ki, əsrin axırlarında tür... |
5ad5418809d8185d | Marş | Asiyada hərbi musiqi Asiya qitəsində nəfəs alətləri orkestri ən çox Hindistanda yayılmışdır. XVIII əsrin əvvəllərində Britaniya müstəmləkəçiləri tərəfindən ölkədə yaradılan orkestrlər ancaq ingilislərə və yerli varlılara xidmət edirdilər. 1947-ci ildə Hindistan müstəqillik qazanır, müstəmləkəçilər ölkəni tərk edir, var... |
edef9f8a9985b80b | Marş | Nepalda nəfəs alətləri orkestri XIX əsrin sonunda yaradılıb və 1950-ci ilədək yalnız hökumətə xidmət edib. Bununla yanaşı ölkədə az da olsa müstəqil musiqiçilər yetişməyə başlamışdır. Nepallılar öz musiqi mədəniyyətinin qorunub saxlanması üçün Kale Nepali adlı klarnetçalana borcludurlar. O, Birinci dünya müharibəsi ill... |
4d9f63750e33dcde | Marş | Indoneziyada nəfəs alətləri musiqisinin yayılması ölkənin portuqaliyalılar tərəfindən işğalı ilə bağlıdır. Müstəmləkə dövrü cəmi bir əsr davam etsə də, müstəmləkəçilərin mədəniyyətinin, musiqisinin, dilinin ömrü çox uzun olub. Lakin, qəribə də olsa bu ölkənin musiqi həyatına 1619-cu ildən sonra onlara sahib olan hollan... |
41fe495cfd30a008 | Marş | Musiqiçilər bir yerdə yaşadığından heç şübhəsiz ki, bir müddət keçəndən sonra, həmkarlarının uğurlu melodiyalarını özlərininkinə qatır, get-gedə daha çox improvizasiyaya meyil edirlər. Hətta bir neçə ölkə musiqiçilərindən ibarət köçəri qruplar meydana gəlir. Onlar ən uzaq yaşayış məntəqələrinə üz tutur, toy məclislərin... |
76fa879da719126a | Marş | qarşılama marşı, matəm marşı — özünəməxsus ağır tempə, melodik intonasiya xüsusiyyətlərinə malik olub, hüznlü, kədərli xarakter daşıyır. və s.Hərbi hissələrdə nəfəsli orkestr tərəfindən ifa olunan nizami marşlar çox tətbiq olunur. Marş müxtəlif növlərində öz əksini tapan bədii obrazlardan instrumental musiqidə və mahnı... |
0797e6000c8606d7 | Layihə | Layihə — başlanğıc və son zaman nöqtələri olan, yeni məhsul və ya xidmət yaradılmasını nəzərdə tutan, konkret resursa malik olan , keyfiyyət və risk tələblərinə malik unikal fəaliyyət. Layihə mərhələləri Planlaşdırma - bu ilkin mərhələdə problemlər və tərəfdaşlar, hədəflər və bunlara çatmaq üçün ehtiyaclar müəyyən olun... |
055b52a6680fab3d | Layihə | 3)mahiyyəti və onun praktiki reallaşması imkanları təsvirlər, əsaslandırmalar, hesablamalar, rəsmlər formasında açıqlanan fikir, ideya, surət; 4)tikiləcək, qurulacaq, yaradılacaq bir şeyin əvvəlcədən düşünülüb hazırlanmış, işlənmiş planı; proyekt. Məsələn, tikintinin layihəsi; 5)hər hansı bir sənədin, qərarın və s.-nin... |
57bf090b66378243 | Platon | Platon (yun. Πλάτων; ən tezi e.ə. 428 və ən geci e.ə. 427[…], Afina – ən tezi e.ə. 348 və ən geci e.ə. 347, Afina), şərq mənbələrində Əflatun — qədim yunan filosofu, Klassik yunan fəlsəfəsinin ikinci nümayəndəsi, Sokratın şagirdi, Aristotelin müəllimi. Platon Afinada aristokrat ailəsində dünyaya gəlmiş, orada yaşayıb y... |
055ffb8aa728c3be | Platon | Platonun atası Ariston (m. ö. 465–424) Attika çarı Kodrunun, anası isə Afinalı islahatçı Solonun nəslindən idilər. Platonun Adimant və Qlavkon adında iki qardaşı və Poton adında bacısı var idi. Platonun İlk müəllimi Kratiles olmuş, sonra isə o Sokratdan dərs almışdır. Ona görə də Sokrat Platonun dialoq formasında yazıl... |
28183e918a89e9a3 | Platon | 389-cu ildə Sokratın ölümündən sonra Platon çoxlu səyahətlər etmişdir. Siciliya adasında olarkən orada təsəvvür etdiyi ideal dövləti qurmaq niyyətində olmuşdur. Onun dünyagörüşünün formalaşmasına qədim Misir elmi, mədəniyyəti, inancı və düşüncəsi əhəmiyyətli dərəcədə təsir etmişdir. Çünki, Platon bir zaman Misirdə olmu... |
8d1e3a5172b171f7 | Platon | ‘Ακαδήμεια) adlanan bir məktəb təsis etmişdir. Platon öz fəlsəfəsində əsas diqqəti ontoloji (varlıqla bağlı) məsələlərə; eləcə də, dövlət və cəmiyyət problemlərinə yönəltmişdir. Sokratın ideyalarını davam etdirərək o, sofistlərin iddialarına qarşı çıxmış və obyektiv biliyin əldə edilməsini mümkün hesab etmişdir. İdeyal... |
e1908844784935ce | Platon | Deməli, bu dünyada hər bir şey ideya ilə müqayisədə tanınır. İdeyalar sanki qəliblərə bənzəyir, hər şey onların formalarında olur. Eyni zamanda, duyğu aləmində hər şey ideyalara doğru yönəlir, onlara can atır. İdeyaları duymaq olmaz, onları yalnız düşüncə ilə dərk etmək mümkündür. Buna örnək kimi at, qoyun, bəbir və si... |
410f72fe62d086d7 | Platon | O müəyyən bir məkanda doğrudan da vardır. At, siçan, bəbir, qoyun və s. onun görüntüləridirlər. Deməli o "heyvan" bunların pərdə arxasında olan ideyasıdır. Platona görə, bu dünyanı yalnız ideyalar aləmini dərk etməklə anlatmaq mümkün deyildir. Hər şey müvəqqəti və keçici olduğuna görə, burada "varlıq"dan başqa "yoxluq"... |
3126e841f5e70cfa | Platon | Onlar ideya olan həqiqi varlığın yansımasıdırlar (əks olunmasıdırlar). Beləliklə, Platonun fəlsəfəsində varlıq ideya, yoxluq isə materiyadır. Bu dünya əslində varlıq olan ideyalarla, yoxluq olan materiyanın (maddənin) arasındadır. Bir tərəfdən onun var olması ideyalar aləmindən xəbər verir; başqa tərəfdən isə o həm də ... |
1966dc33576627df | Platon | Əbədi olan ideyalar da Əqldədir. Eyni zamanda, ideyalar yaradılmamış və ölməzdirlər, zaman və məkandan asılı deyil, dəyişməzdirlər. Duyğular aləmində isə hər şey əksinə cərəyan edir, orada hər şey keçici və ölümə məhkumdur. Bundan başqa bu dünya zaman və məkandan asılıdır. Həyatın məqsədi ideyalar aləminə (Tanrıya) yax... |
8733ab843d0dbbfc | Platon | Bu tanrı "Demiurqos"dur (yun. Δημιουργός — sənətkar). Ancaq nə ideyalar, nə də maddə ondan asılı deyildir. Çünki, onları o yaratmamışdır. Demiurqos əbədi olan ideyaları onun təzahürləri ilə uyğunlaşdırmışdır. Bu baxımdan Demiurqosu "yaradıcı" adlandırmaq olar. Bununla da, Platonun tanrısı hər şeyi heçdən yaradan monote... |
793cde6e5934d1e0 | Platon | Eyni zamanda, Demiurqos hər şeyə qadir də deyildir. O yalnız materiyanın müqavimətini qıraraq onu ideyaya uyğunlaşdırmaq istəyir, ancaq bunu qismən edə bilir. Gələcəkdə bəzi qnostik xristian cərəyanlarının təlimində Demiurqos "ikinci" və ya "saxta" tanrı kimi tanınmışdır. Onlara görə həqiqi Tanrı kainatı yaratdıqdan so... |
587577863b68188b | Platon | "Parmenides" dialoqunda o, Vahidin mahiyyətini açmış və onun çoxluqla (başqa şeylərlə) əlaqəsi probleminə toxunmuşdur. Bunu edərkən o, Vahidin dərk olunmazlığı (transsendentliyi) ilə eyni zamanda dünyada təzahür etməsi məsələləri haqqında düşünmüşdür. Çünki, bir tərəfdən Vahid sonsuz uzaqlardadır və onu duymaq mümkün d... |
a2a7f4d71565a24f | Platon | Çünki, bu anlayışda hissə bölgüsü ola bilməz. Deməli, o tamlıq deyil, çünki tam olan şeyin hissələri olmalıdır. Belədirsə, onda onun əvvəli, ortası, sonu yoxdur, yəni o hüdudsuzdur. O nə başqa şeydə, nə də özü özündə yoxdur; nə hərəkət edir, nə də sükunətdədir. O heç nəyə də bənzəmir, onu dərk etmək ya da duymaq olmaz.... |
32072b78f0819b17 | Platon | O bu dünya anlayışlarına sığmayan bir şeydir, olmamış kimidir, yəni yoxdur. Başqa tərəfdən isə dünya varsa Vahid də var. Çünki, dünyanın başlanğıcı olmalıdır. Belədirsə, onda deməli bu dünya elə Vahidin özüdür və o mövcuddur. Bu da o deməkdir ki, bir tərəfdən Vahid özü-özü üçün var, digər tərəfdən isə dünya üçün mövcud... |
6b813e3965976ab3 | Platon | Çoxluqda olduğuna görə Vahid haqqında fikir irəli sürmək də olar. Beləliklə, Vahidi ancaq o durumda dərk etmək və onun haqqında fikir yürütmək olar ki, o çoxluq olsun. Daha sonra "Vahid yoxdur" iddiasının nəticələri onun özü və ondan ayrısı üçün araşdırılır. Sonda isə bu iddia Vahidə çoxluğun və çoxluğun çoxluğa münasi... |
6c95c345d28e0549 | Platon | Bədən keçici və ölümə məhkum olan materiya, ruh isə dəyişməz və ölməz ideyadır. Ona görə də həyatın mənası əbədiliyə hazır olmaq, onu qazanmaqdan ibarət olmalıdır. Platona görə ruhların ağıllı, qəzəbli və nəfsi səviyyələri vardır. Ağıllı səviyyə insanı ideyalar aləminə yaxınlaşdırır, onun mənəviyyatının əsasında durur ... |
cc04738b98d6183d | Platon | Ruhların köçməsi Qeyd etmək lazımdır ki, Platon reinkarnasiyaya da inanırdı. O hesab edirdi ki, öz əməllərinə görə insan gələcək həyatda müxtəlif bədənlərdə yeni həyat qazanacaqdır. Ancaq, yetkinlik səviyyəsinə çatmış ruhlar əbədi olaraq bu dünyadan ayrılır və ideyalar aləmi ilə qovuşur. Beləliklə, Platon ruhun maddə (... |
1bbb34f28db77fcd | Platon | Bu baxımdan da bilik itmir və heç bir vaxt yaddan çıxarıla bilməz. Bu da unutma və xatırlama silsiləsini təşkil edir. Platon qeyd etmişdir ki, heç də hər bir insanın ruhu ölümdən sonra tanrılar aləminə ucalmır. Ancaq həyatı boyu özünü tanıma ilə məşğul olan, hər şey haqqında düşüncələrə qapına və həqiqəti axtaranların ... |
01ed52136fe7f412 | Platon | Beləliklə, öncə dini məzmun daşıyan ölməzlik ideyası ilk dəfə fəlsəfəyə keçmişdir. Filosofun ölümü adi insanın ölümünə bənzər deyil. Onun ruhu ilahi əbədilik ideyasının təcəssümüdür. Yenə Platona görə yüksək məqamlara çatmaq üçün dini ayinlərə riayət etmək deyil, fəlsəfi məqamlara yüksəlməklə mümkündür. Ümumiyyətlə, id... |
f874613577807971 | Platon | Sevgi haqqında Platon fəlsəfəsində sevgi hissinə də böyük əhəmiyyət verilir. Buna "Simposium" (rusca "Pir") adlı dialoq həsr edilib Onun təsiri o qədər böyükdür ki, onsuz heç nə təsəvvür edilməz. Hətta, gözəlliyə və xeyrə olan sevgi hissi insan ruhunun ideyasıdır. Ən böyük güc isə sevgi tanrısı Erotdur. Onun verdiyi gü... |
cebfc3d4c3708832 | Platon | Ona görə Erota ən böyük sayğı bəslənilməlidir. Eyni zamanda, Erot bəlkə də tanrı da deyildir. Sadəcə insan təbiətini tanrılarla bağlayan bir gücdür. Ola bilsin ki, Erot gözəl də deyildir, sadəcə gözəlliyə və xeyrə yönəlir. Çünki, onda olmayan bir şeyi əldə etməyə çalışır. Həmçinin Erot, cismani və mənəvi sevgini birləş... |
3623308c24aa2e94 | Platon | Çünki, öncə gözəl bədənə vurulan insan, sonra onun ruhunda olan Xeyri və mənəvi gözəlliyi axtarır və ona qovuşmaq istəyir. Sonra isə sevgi gücü insanı İdeal Gözəlliyə yönəlməklə tərbiyələndirir, elmini artırır və onu yüksək dəyərlərlə yaşamağa vadar edir. Beləliklə, sevgi hissi bizi mənəvi cəhətdən də təkmilləşdirir. N... |
c2b178daf8600872 | Platon | Elmdə isə Platonun bu fikirlərini Ziqmund Freyd istifadə etmişdir. Onun psixoanalizində Sevgi hissi insan təbiətinin aparıcı güvəsidir. Dövlət və cəmiyyət haqqında Əsas məqalə: Dövlət (Platon) Platon öz fəlsəfəsində dövlət və cəmiyyət məsələlərinə də böyük əhəmiyyət vermişdir. Bu məsələlər əsasən insan və ruh fəlsəfəsi... |
703e88cd36501926 | Platon | Bu məqama çatmaq üçün isə idarəçilik üsullarının və qanunun müəyyən tələblərə cavab verməsi lazımdır. Ümumiyyətlə, Platon insanları üç təbəqəyə bölmüşdür. Birinci təbəqədə ağıl sahibləri olan insanlar yer almaqdadır. Çünki, onların mənəviyyatında düşüncə digər duyğuları üstələyir. Bu səbəbdən də ağıl sahibi olan insanl... |
c86a3748721dc563 | Platon | İkinci təbəqəni emosianal insanlar təşkil edir. Onların mənəviyyatında emosianallıq (affektlik) payı daha çox olur. Bu kimi insanlar əsasən özlərinə qapanırlar. Ancaq, bu təbəqədən olanlar igidlik və mərdlik örnəyi də ola bilərlər. Onlar əsasən orduda qulluq etməli, ictimai asayışı qorumalı, öz xidməti borclarını yerin... |
c70b36195fa4adb0 | Platon | Bu təbəqədən olan insanlar əsasən fiziki əməklə məşğul olmalı, dövlətin maddi vəziyyətini yaxşılaşdırmalı, ölkəyə qulluq etməlidirlər. Dövlət quruluşları Platona görə bir neçə dövlət quruluşu vardır. Bunlar əsasən aşağıdakılardır: 1. Aristokratiya (yun. ἀριστεύς-sayğın soydan olan + κράτος-hakimiyyət) — azlığı təşkil e... |
bb367d10f3a35cd5 | Platon | Oliqarxiya (yun. ὀλίγος-azlıq + κράτος-hakimiyyət) — azlığı təşkil edən varlıların ədalətsiz hakimiyyəti; 4. Demokratiya (yun. δῆμος-xalq + κράτος-hakimiyyət) — çoxluğun həm ədalətli, həm də ədalətsiz hakimiyyəti; 5. Tiranlıq (yun. τυραννίς-istibdad) — bir nəfərin ədalətsiz hakimiyyəti; 6. Monarxiya (yun. |
4b36d149c0167ed2 | Platon | μοναρχία-təkhakimiyyətlilik) — bir nəfərin ədalətli hakimiyyəti. Platonun fəlsəfəsində ədalətli və kamil dövlət ən yüksək idealdır. Bu dövlətdə hamı öz vəzifəsini yerinə yetirməlidir. O hesab edirdi ki, şəxsi mülkiyyət və ailə toplumda qarşıdurmaların yaranmasına gətirib çıxardır. Bu isə toplumun və dövlətin birliyini ... |
c9aafb41f5f3c3fa | Platon | Orada bu kimi təbəqələr "varna"lar adlanır. Varnalar dörddür: kahinlər (brahmanlar), hərbçilər (kşatriyalar), tacirlər və sənətkarlar (vayşyalar), aşağılanan və heç bir hüquqları olmayanlar (şudralar). Platon korpusu (Corpus Platonicum) — daha doğrusu, antik dövrdən bəri Platonun adı ilə əlaqələndirilən və əksər hissəs... |
cdadcf9acb3013d2 | Platon | Çox güman ki, Bizanslı Aristofanes, həmçinin Platonun əsərlərini sistemləşdirilməsinin də əsasını qoymuşdur. Belə ki, onun nəşrində əsərlər trilogiya şəklində verilmişdir. Trilogiyaların birində "Dövlət", "Timeus" və "Kritius", digərində "Qanunlar", "Minos" və "Qanundan sonrakı dövr", üçüncüdə isə "Kriton", "Fedon" və ... |
e9a3fc8f6f951636 | Platon | Platon korpusunun müasir şəklə düşməsində həlledici rolu XVI yüzilliyin görkəmli fraznsız filoloq-ellinisti Stefan ounamışdır. Xronologiya Platonun yaradıcılığını 4 mərhələyə bölmək mümkündür. Ancaq "İon", "Böyük Hippias", "Meneksen", həmçinin "Qanundan sonrakı dövr" mübahisəlidir. Erkən mərhələ (təxminən m.ö. IV yüzil... |
c70b35906884ac33 | Platon | 3 saylı Bakı Mətbəəsi ASC. 2016. s. 72-82. ISBN 5-89968-061-X. 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-16. Alican, Necip Fikri (2012). Rethinking Plato: A Cartesian Quest for the Real Plato. |
f5e8481733c395e3 | Platon | Amsterdam and New York: Editions Rodopi B. V. Arieti, James A. Interpreting Plato: The Dialogues as Drama, Rowman & Littlefield Publishers, Inc. Bakalis, Nikolaos (2005). Handbook of Greek Philosophy: From Thales to the Stoics Analysis and Fragments, Trafford Publishing Barrow, Robin (2007). Plato: Continuum Library of... |
4b159af6c7164def | Platon | Durant, Will (1926). The Story of Philosophy. Simon & Schuster. Finley, M. I. (1969). Aspects of antiquity: Discoveries and Controversies The Viking Press, Inc., USA Garvey, James (2006). Twenty Greatest Philosophy Books. |
952dd8468fd21a6b | Platon | Continuum. Guthrie, W. K. C. (1986). A History of Greek Philosophy (Plato — The Man & His Dialogues — Earlier Period), Cambridge University Press. Guthrie, W. K. C. (1986). A History of Greek Philosophy (Later Plato & the Academy) Cambridge University Press. |
25d60b4ed25ed9b0 | Platon | Harvard University Press publishes the hardbound series Loeb Classical Library, containing Plato's works in Greek, with English translations on facing pages. Irvine, Andrew David (2008). Socrates on Trial: A play based on Aristophanes' Clouds and Plato's Apology, Crito, and Phaedo, adapted for modern performance. Toron... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.