passage_id
stringlengths
16
16
title
stringlengths
1
88
content
stringlengths
200
2k
4fa09e6baad26330
Yerin quruluşu
Lehmann, I. (1936) Inner Earth, Bur. Cent. Seismol. Int. 14, 3-31 Schneider, David (October 1996) A Spinning Crystal Ball, Scientific American Wegener, Alfred (1915) «The Origin of Continents and Oceans» Həmçinin bax Moxoroviçiç sərhədi
6041f1629070f065
Qazax
Qazax — Azərbaycanda şəhər, Azərbaycan Respublikasının Qazax rayonunun inzibati mərkəzi. Qazax vaxtilə oymaq, sultanlıq, sonralar isə qəza mərkəzi olmuşdur. 1909-cu ildən şəhər statusu almış, hazırda isə rayon mərkəzidir. Ehtimallara görə Qazaxın əsası VIII əsrdə ərəb sərkərdəsi Mərvan ibn Məhəmməd tərəfindən qoyulmuşd...
6cd02fe73d159945
Qazax
XI–XII əsrlərdə gürcü çarlarının hərbi qüvvə kimi istifadə etmək məqsədilə Şimali Qafqazdan Şərqi Gürcüstana kütləvi surətdə qıpçaq ailələri köçürdükləri məlumdur. Təkcə 1118–1120-ci illərdə gürcü carı IV Qurucu David 45 minlik süvari ordusu olan 225 min qıpcağı Gürcüstanda yerləşdirmişdi. Türkdilli əhali sayca çoxluq ...
3225cd65580e275a
Qazax
Qazax sultanlığına 3 nəsil rəhbərlik etmişdir. 1-ci nəslə "Qazaxlı" və ya "Alqazaxlı" deyilən Şıxlinskilər aiddir Osmanlı sultanı III Əhmədin (1703–1730) dövründə qazaxlılar osmanlıların tərəfinə keçdiyinə görə səfəvilər yenidən Qazaxı geri alarkən "Qazaxlı" tayfasını rəhbərlikdən azad etmiş, onların əvəzinə iranlı Süb...
f5ff982580b64583
Qazax
Bununla III feodal sülaləsinin hakimiyyəti başladı. 1752-ci ildə Qazax sultanlığı II İraklini məğlub edən Şəki xanlığına birləşdirildi, Şəki xanı Hacı Çələbinin vəfatından sonra yenidən II İraklinin vassallığına keçdi. 1801-ci ildə Qazax sultanlığı Qərbi Gürcüstanın təkibində Rusiyaya birləşdirildi. 1819-cu ildə sultan...
e375691f18f54454
Qazax
1930-cu il avqustun 8-də Qazax rayonu yaradılmış, 1939-cu il yanvarın 24-də bir hissəsi yeni yaradılan Ağstafa rayonuna verilmişdir. 1959-cu il dekabrın 4-də Ağstafa rayonu Qazax rayonundan ayrılmışdır. 1982-ci ildə Qazax rayonunun İncədərə yaylası, Kəmərli, Aslanbəyli və Qaymaqlı kəndlərinin ərazilərinin hissələri, 19...
049677476fc1eb19
Qazax
İşğal olunan kəndlər Aşağı Əskipara, Xeyrimli, Qızılhacılı, Yuxarı Əskipara kəndləridir. 25 yanvar 2016-cı ildə A. R. Müdafiə Nazirliyi Qazax rayonu ilə Ermənistanın Noyemberyan yaşayış məntəqəsi arasındakı ərazidə yerləşən Odundağ yüksəkliyinin Azərbaycan ordusunun nəzarətinə keçməsi haqqında məlumat yayıb. Mədəniyyət...
7e131404873b7a96
Qazax
Ərazisi 701 m²-dir. Qazax rayonu Türk mənşəli bir bölgədir. "Kitabi-Dədə Qorqud" adlı möhtəşəm və əzəmətli dastanda Qazax rayonunun adı çəkilməsə də belə, buna baxmayaraq, dastanda baş verən hadisələr məhz Qazax rayonunda da cərəyan etmişdir. Qazaxlılar milli mənsubiyyət baxımından əsl türklərdir. Ümumiyyətlə, şərəfli ...
37c62053ca5d03b9
Qazax
Görkəmli şəxsləri Molla Pənah Vaqif (1717–1797) — görkəmli Azərbaycan şairi və ictimai—siyasi xadim. Molla Vəli Vidadi (1707–1809) — görkəmli Azərbaycan şairi. Səməd Vurğun (1906–1956) — Azərbaycanın ilk xalq şairi, dramaturq, akademik, Yeni dövr Azərbaycan poeziyasının və müasir Azərbaycan dilinin banisi. Mirzə Adıgöz...
3bb6201c4293bb4c
Qazax
Mirvarid Dilbazi (1912–2001) — Azərbaycanın ilk qadın xalq şairi. Məqsud Şeyxzadə (1908–1967) — Özbəkistanın xalq şairi, dramaturq , müasir Özbək ədəbiyyatının banisi. İsmayıl Şıxlı (1919–1995) — Azərbaycanın xalq yazıçısı. Hüseyn Arif (1924–1992) — Azərbaycanın xalq şairi. Yusif Səmədoğlu (1935–1998) — Azərbaycanın xa...
52274385e5b1201d
Qazax
Nəriman Həsənzadə (1931) — Azərbaycanın xalq şairi. Vidadi Babanlı (1927) — Azərbaycan yazıçısı. Nüsrət Kəsəmənli (1946–2003) — Azərbaycan şairi. Teymur Bünyadov (1928–2022) — akademik, tarixçi— etnoqraf. Rasim Əfəndiyev (1928–2010) — akademik, sənətşünas. İlyas Abdullayev (1913–1985) — akademik, bioloq. Qaçaq Kərəm (1...
867a7de4deb9e99d
Qazax
Aslan Aslanov (1925–1995) — akademik. Tahir İsayev (1922–2001) — İtaliyanın Milli Qəhrəmanı. Davud Paşayev (1940–2010) — Rusiyanın Milli Qəhrəmanı, Rusiya dövlət atom gəmiqayırması zavodunun baş direktoru və prezidenti. Müseyib Allahverdiyev (1909–1969) — Sovet İttifaqı Qəhrəmanı. Müseyib Dilbazi (1923–2011) — Böyük Və...
a75d1f9b99bb0912
Qazax
İbrahim ağa Vəkilov (1853–1934) — general, ilk azərbaycanlı hərbi topoqraf. İbrahim ağa Usubov (1872–1920) — Azərbaycan Xalq Cümhuriyyəti ordusunun general— mayoru, diviziya komandiri. Cavad bəy Şıxlinski (1874–1959) — rus, İran ordusunda xidmət etmiş Cümhuriyyət ordusunun general—mayoru. İbrahim Rəhimov (1849–1927) — ...
2e47f0db24b0b0d5
Qazax
Mustafa Hacıqasımov (1883–1969) — ilk azərbaycanlı cərrah—ginekoloq. Məmmədrza ağa Vəkilov (1864–1944) — Azərbaycan səhiyyənsinin ilk təşkilatçılarından biri, Azərbaycanda ilk poliklinika xidmətinin təşkilatçısı. Məqsəd Qocamanov (1960) — geodeziya və kartoqrafiya sahəsi üzrə ilk və yeganə azərbaycanlı elmlər doktoru. ...
6f86d489cfb6d452
Qazax
Qeysər Kaşıyeva (1893–1972) — ilk azərbaycanlı rəssam qadın. Nigar Usubova (1914–1995) — incəsənət sahəsi üzrə elmi işi müdafiə edən ilk azərbaycanlı qadın. Zəhra Cəfərova (1924–2005) — ilk azərbaycanlı qadın orqan ifaçısı. Badisəba Köçərli (1881–1954) — Azərbaycanlı xeyriyyəçi, pedaqoq, maarifçi, Azərbaycanda ilk uşaq...
4838acaba0fc4279
Qazax
Malik Mansurov (1961) — Azərbaycan tarzəni, Azərbaycanın xalq artisti. Elşən Mansurov (1962) — Azərbaycan musiqiçisi, kamança ifaçısı, Azərbaycanın xalq artisti. Həmidə Ömərova (1957) — Azərbaycanın xalq artisti. Leyla Şıxlinskaya (1947) — Azərbaycanın xalq artisti. Lətifə Əliyeva (1944) — Azərbaycanın xalq artisti. Ül...
38f1a3510e64363d
Qazax
Nabat Səmədova (1950) — rəssam, Azərbaycanın əməkdar rəssamı. Baba Mahmudoğlu (1940–2006) — xanəndə, Azərbaycanın xalq artisti. Sabir Məmmədov (1968) — aktyor, Azərbaycanın xalq artisti. Həmid Vəkilov (1949–2020) — məşhur novator tarzən, Azərbaycanın əməkdar artisti. Hacırəhim ağa Vəhidi (1822–1874) — sufi dünyagörüşlü...
5c90758bf713789f
Qazax
Nazim Əfəndiyev (1926–1998) — professor, Respublikanın əməkdar həkimi. Ədalət Nəsibov (1939) — saz ustası, əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü. Şamoy Çobanov (1965–1990) — Azərbaycanın Milli Qəhrəmanı. Alı Mustafayev (1952–1991) — Azərbaycanın Milli Qəhrəmanı. İlqar İsmayılov (1959–1992) — Azərbaycanın Milli...
a8627353372ad1e0
Qazax
Əjdər Babayev (1950–1995) — Azərbaycanın Milli Qəhrəmanı. Mərifət Nəsibov (1972–1992) — Azərbaycanın Milli Qəhrəmanı. Aqil Musayev (1974–1994) — Azərbaycanın Milli Qəhrəmanı. Nicad Bədəlov — Vətən Müharibəsi Qəhrəmanı. İqtisadiyyatı Qazax rayonunda 8 iri və orta müəssisə, 13 tibb müəssisəsi, 110 mədəniyyət ocağı, 47 or...
d45df3875d806f80
Qantəpər
Qantəpər (lat. Cephalaria) – dipsacaceae fəsiləsinə aid bitki cinsi.Qantəpər təbii halda Azərbaycanda geniş yayılmış dərman bitkisidir.Qantəpərin növlərinin əksəriyyəti sarı rəngli, xoşa gələn çiçəkləri olan çoxillik ot bitkisidir. Qantəpərin dünyada 60 növünə təsadüf olunur ki, onun da 12-si Azərbaycanda bitir. Respub...
4362e7ccbb753c1b
Mobil telefon
Mobil telefon — rabitə vasitəsi. Ən çox şəbəkəli danışma üçün işlədilir. Telefonun ikinci dəfə "dünyaya gəlişi" isə XX əsrin 80-ci illərində simsiz rabitə sisteminin tətbiqi nəticəsində baş verdi. Mobil telefonun ixtirası mühəndis Martin Kuperin adı ilə bağlıdır. Satış məqsədiylə ilk portativ mobil telefon 1983-cü il m...
ee8be21dc21b1944
Mobil telefon
Onun çəkisi 794 qram, həcmi isə 33 x 4,4 x 8,9 sm idi. Akkumulyator 8 saat müddətində telefonu işlədə bilirdi. Bu telefonların satış qiyməti 3995 dollar olsa da, minlərlə amerikalı onu almaq üçün növbəyə yazılırdı. Uzun-uzadı təkmilləşdirmələrdən sonra mobil aparata saat, təqvim və digər rahatlığı olan qrafik displey ə...
3730441f0d619a9f
Mobil telefon
GSM şəbəkə ilə işləyir. Funksiyalar: SMS, 2 Mp kamera, Bluetooth, dinamik 200 vatt gücü ilə və polifoniyasız. Displeyin yerinə — 42-düym televizor. Telefonun yığılması yarım il alıb. Marketin Quruluşu Mobil telefonların rolu Hazırda mobil telefonlar həyatın bir çox sahələrində istifadə olunur və artıq əlaqə saxlamaq fu...
5f1411ad9e0debe5
Aydın Xırdalanlı
Aydın Xırdalanlı (31 iyul 1977, Xırdalan – 23 mart 2019, Xırdalan) — azərbaycanlı meyxanaçı. Erkən illəri Aydın Xırdalanlı 1977-ci il iyulun 31-də Abşeron rayonunun Xırdalan qəsəbəsində dünyaya gəlib. Xırdalan kənd məscidinin yanında yaşayırdı. Xırdalanda 1 saylı orta məktəbdə oxuyub. Uşaqlıqda bəstəboy və arıq bir uşa...
2f236442ebe2d042
Aydın Xırdalanlı
Məhz şəxsi istedadı və ustaddan aldığı dərs sayəsində dini ehkamları və qəzəliyyatı yaxşı bilirdi. Dini məsələləri də kifayət qədər səlis ifadə etməyi, dini mövzuları ustalıqla nəzmə çəkməyi vardı. 1998-2001-ci illlərdə Xırdalan Cümə məscidində nəzarətçi kimi çalışıb. Xırdalanda Cümə məscidinə azan verib. Yaradıcılıq f...
6658eddc090d3e87
Aydın Xırdalanlı
2004-cü ildə həmin yarışmada münsif qismində iştirak etmişdir. 2009-cu ildə "Söz qalası" meyxana yarışmasında iştirak edib. Şəxsi həyatı Tarixi çox sevirdi.Alkoqol və narkotikdən asılı vəziyyətə düşən meyxanaçı sağlamlığı ilə bağlı ciddi problemlərlə üzləşib. 2013-cü ildə Azərbaycan saytlarından birinə verdiyi müsahibə...
bdcef3ae78a9487f
Ümumdünya irsi
Dünya Mədəniyyət Mirasları siyahısı – UNESCO-nun Dünya mirasları Komitəsi tərəfindən təyin olunmuş və yerləşdikləri ölkənin dövlət orqanları tərəfindən qorunması zəmanət edilmiş, bütün dünya üçün əhəmiyyətli bir dəyər daşıdığı qəbul edilən təbii və mədəni abidələrin siyahısıdır. Dünya Mədəniyyət Mirasları siyahısının y...
dac61f0970d3e9cf
Ümumdünya irsi
Bu idea Ümumdünya irsinin rəsmi loqosundada əks olunmuşdur. Bu loqo, Belçikalı Karikatura ustası Michel Olyff tərəfindən yaradılmış və 1998-ci ildən etibarən, rəsmi loqo olaraq istifadə edilir .Loqonun icərsində olan kvadrat insanın həyatda nələrə nail ola biləcəyni, onun ətrafında olan dairə isə təbiətin insana verdiy...
83a0944885ced2a3
Ümumdünya irsi
Tarixi abidələr üçün tələb olunan şərtlər I – möhtəşəm sənətkarlıq nümunəsi hesab edilməlidir. Dövrünə görə insan tərəfindən yaradılan ən muasir abidə olmalıdır. II – Aid olduğu dövrdən başlayaraq, mədəniyyətin inkişafına müəyyən təsir göstərməlidir.Memarlıq baxımından dəyərli bir iş hesab olunmalıdır. Əgər abidə antik...
2962f1d95d0c4ca0
Ümumdünya irsi
IV – bu kriteriya bir neçə sivilizasiyaya keçmiş tarixi abidələrə verilir. Əsasən belə tarixi abidələr Hindistanda olan dini məbədlərdir. V – müxtəlif mədəniyyətlərin bir yerdə cəmlənməsi nəticəsində beynəlmi mədəniyyət formalaşır. Burada tələb olunan şərtlərdən biri də insanların dövrünə görə yeni texniki kəşflərə imz...
7faaca59d0784be9
Ümumdünya irsi
VIII – Bir zamanlar yaşamış heyvanların qalıqları olduğu ərazilər.Geologiya baxımından böyük önəmə sahib olmalıdır.Nəsli kəsilmiş heyvanların öyrənilməsi üçün əvəzsiz hesab olunan təbii mağaralar. IX – Ekologiya baxmından təmiz və heç bir zərərə məruz qalmayan ərazilər.Şirin su qaynaqlarının çox olduğu və dünyada yalnı...
c06f9e789267225b
Ümumdünya irsi
İldə bir dəfə iclas keçirilir. İclasa həmin il komitəyə rəhbərlik etmiş, ölkə başçılıq edir. Komitənin əsas işi yeni namizədlər arasında seçim aparmaq və siyahıda olan irslərin vəziyyətini dəyərləndirməkdir. Ümumdünya irsi komitəsi, həm də Ümumdünya Mədəniyyət fondunu idarə edir. Ümumdünya irsi komitəsinə daxil olan 21...
abfda181d0143b4f
Saz
Saz — təzənə (mizrab) ilə çalınan simli çalğı alətidir. O, ulu ozan sənətinin davamçısı olan aşıq və saz-söz sənətinin ayrılmaz tərkib hissəsidir. Saz eyni zamanda türk dünyasının, türk mənəviyyatının rəmzlərindən biridir. Sinkretik, yəni özündə çalğı, oxuma, şeir demə, söz və dastan ifaçılığı, aktyorluq və rəqs (plast...
747423495697cef3
Saz
Saz artıq Şah İsmayıl Xətainin dövründə (XVI əsr) indiki şəklini almışdı. Şah İsmayıl Xətainin könül oxşayan qoşmalarının birində saz belə tərənnüm edilir: Bu gün ələ almaz oldum mən sazım Ərşə dirək-dirək çıxar mənim avazım. Dörd iş vardır hər qarındaşa lazım: Bir elm, bir kəlam, bir nəfəs, bir saz. Azərbaycan sazı tü...
56ca2eb91d37d271
Saz
Bu "qabırğa"lar qol ilə çanağı birləşdirən "küp" adlı kiçik hissənin üzərində yığılır və sonra qol əlavə edilir. Çanağın üstü nazik taxta üzlüklə örtülür və qoluna 16-17 pərdə bağlanılır. Azərbaycanda ölçüləri ilə fərqlənən tavar sazın, yaxud ana sazın 11, 9, bəzən 8 simi, ondan bir qədər yığcam orta, yaxud qoltuq sazı...
f145651ce0371ed5
Saz
Saz, əsasən, gilas ağacının qabığından hazırlanmış təzənə ilə səsləndirilir. İndiki dövrdə isə plastik materiallardan daha çox istifadə olunur. Çox hallarda alətin qolu və çanağın yan tərəfləri təbii sədəflə bəzədilir. Əsas saz hesab edilən tavar sazın ümumi uzunluğu 1,200 mm, çanağının dərinliyi 200 mm olur. Onun diap...
145843cddae66553
Fatihə surəsi
Fatihə surəsi (ərəb. سورة الفاتحة (oxunuşu: surətul-fatihə) - açmaq) - Quranın 1-ci surəsi. Məkkədə nazil olmuşdur, 7 ayədir. Surə İslamın əsas ehkamlarının qısa ifadəsidir. əl-Fatihənin mətni namazın əsasını təşkil edir və müsəlmanların əslində bütün mərasimlərinin yerinə yetirilməsi zamanı oxunur. Ondan dini binaları...
de290d6f0158035e
Fatihə surəsi
Əl-Fatihə surəsi Bağışlayan və mehriban Allahın adı ilə. Həmd və sitayiş aləmlərin (mələklər, insanlar, cinlər, heyvanlar və cansız əşyalar aləminin) idarə edəni, yaradaraq nəzmə salanı və mütləq hökmdarı olan Allaha məxsusdur. (Rəhmət və mehribanlığı bu dünyada hamıya, axirətdə isə yalnız möminlərə şamil olan) rəhmli ...
faabf2742a20463c
Fatihə surəsi
Bizi (əqidə, elm, əxlaq və əməllərdə) doğru yola hidayət (və həmin yolda dayanıqlı) et! (Peyğəmbərlər və onların həqiqi ardıcılları kimi) nemət verdiyin kəslərin - (Sənin) qəzəb(in)ə düçar olmamış və azmamışların yoluna! Həmçinin bax Quranın surələri Bəqərə surəsi Kovsər surəsi Xarici keçidlər əl-Fatihə surəsi, mənalar...
b16db229e0ceaa22
Fiziologiya
Fiziologiya (yunan dili φύσις — təbiət və λόγος — bilik sözlərinin birləşməsindən əmələ gəlmişdir) — müxtəlif səviyyəli bioloji sistemlərin fəaliyyəti və tənzimlənməsi, həyati proseslərin normadakı sərhədlərini (bax: normal fiziologiya) və onlardan kənaraçıxmaları (bax: patofiziologiya) öyrənən elm. Fiziologiya canlı o...
3f88c557ff750b1e
Fiziologiya
Fiziologiyanın iki sərbəst elm sahəsindən ibarətdir: Bitki fiziologiyası İnsan və heyvan fiziologiyası Fiziologiyanın inkişaf tarixi İnsan və heyvan fiziologiyası aşağıdakı bölmələrə ayrılır Ümumi fiziologiya Müqayisəli fiziologiya Xüsusi fiziologiyaÜmumi fiziologiya-orqanizmdə , o cümlədən hüceyrə daxilində gedən pros...
cd890b7fe55cfe20
Qubad İbadoğlu
Qubad İbad oğlu Bayramov (12 sentyabr 1971, Aşağı Güzlək, Füzuli rayonu) — azərbaycanlı siyasətçi, iqtisad elmləri namizədi, Azərbaycan Demokratiya və Rifah Hərəkatının qurucusu və ilk sədri. 12 sentyabr 1971-ci ildə Füzuli rayonunun Aşağı Güzlək kəndində anadan olub. 20 ilə yaxın müddətdə Azərbaycan Dövlət İqtisad Uni...
c379bac5ead7fb09
Qubad İbadoğlu
Azərbaycan Milli Məclisinin VI çağırış deputatı Vüqar Bayramovun böyük qardaşıdır. İctimai fəaliyyəti 1995–1999-cu illərdə "Ekonomiks" iqtisadiyyat qəzetinin baş redaktoru olmuş, 1 yanvar 2000-ci ildən isə elmi-iqtisadi "Ekspert" jurnalının baş redaktorudur.2002-ci ildən 2012-ci ilədək İqtisadi Tədqiqatlar Mərkəzi İdar...
fe47c99eff976464
Qubad İbadoğlu
2000-ci il parlament seçkilərində Qubad İbadoğlu Müsavat Partiyasının proporsional seçki üzrə vahid namizədlər siyahısında partiya daxili keçirilmiş praymerizə əsasən 5-ci sırada olmuşdur. Müsavat Partiyası proporsional seçkilər üzrə 140 546 səs (ümumi səslərin 4.85%-i) toplamış, lakin 6%-lik seçki həddini keçə bilmədi...
b805cb665f0224c9
Qubad İbadoğlu
Azərbaycan Demokratiya və Rifah Hərəkatı dəfələrlə partiya kimi qeydiyyatdan keçmək üçün müraciət etsə də, Ədliyyə Nazirliyi tərəfindən rədd edilib. 23 iyul 2023-cü ildə Sumqayıta partiya gəncləri ilə görüşə gedərkən DİN əməkdaşları tərəfindən saxlanılaraq DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparı...
65977d95c09efec4
Cahangir Cahangirov
Cahangir Cahangirov (20 iyun 1921, Balaxanı, Bakı qəzası – 25 mart 1992, Bakı) – bəstəkar, pedaqoq, xormeyster, Azərbaycan SSR xalq artisti (1963). Solist, xor və simfonik orkestr üçün "Arazın o tayında" vokal-simfonik poemasının (1949), "Dostluq haqqında mahnı" (1956), "Füzuli" (1959), "Nəsimi" (1973) kantatalarının, ...
ca47af1ccc1c1f1b
Cahangir Cahangirov
1949-cu ildən başlayaraq bəstəkar Azərbaycan radiosunun nəzdində yaradılan xora rəhbərlik edərək 15 ildən artıq bu kollektivlə işləyib. Müəllifin yazdığı mahnıların çoxu ilk dəfə həmin kollektivin ifasında səslənib. Habelə o, Azərbaycan Dövlət Filarmoniyası nəzdindəki Mahnı və Rəqs Ansamblının bədii rəhbəri vəzifəsində...
98b20f9fa7316414
Cahangir Cahangirov
Yaradıcılığı Cahangir Cahangirovun yaradıcılığı öz çoxşaxəliyi ilə seçilir. Bəstəkarın xor və instrumental musiqiləri,operaları, bir-birindən gözəl mahnıları var. Bunlara misal olaraq bəstəkarın xor musiqisi sahəsində maraqlı əsərlərindən "Arazın o tayında" poemasını, 12 hissədən ibarət "Dostluq mahnısı" kompozisiyasın...
dc47dc6e1dde1d45
Cahangir Cahangirov
Hər bir qəzəl isə öz növbəsində bir hissəni özündə birləşdirir. Simfonik əsərləri 1949-cu ildə "Arazın o tayında" vokal simfonik poemasını yaradır və bu əsərə görə SSRİ Dövlət mükafatı laureatı adına layiq görülür.1950-ci ildə "Arazın o tayında" poeması Moskvanın Sütunlu Salonunda və Leninqradda ifa olunmuş, lent yazıs...
c290bc33182f2249
Cahangir Cahangirov
Cah-calalla həyat sürmək xatirinə qürbət ölkədə var-dövlətini göyə sovurub yoxsullaşan, təkcə səsi yazılmış sınıq qrammofon valı qalmış xanəndənin bu yadigarı şikəst olmuş həyatının rəmzi kimi qavranılır. Cahangir Cahangirov "Xanəndənin taleyi" operasında bir bəstəkar, musiqi dramaturqu kimi ən gözəl keyfiyyətlərini qa...
79c861414746d16f
Cahangir Cahangirov
1957-ci ildə Xalq yazıçısı Mirzə İbrahimovun eyni adlı əsəri əsasında bəstələdiyi "Azad" operasında istismar olunan bir xalqın ağır işgəncələrlə dolu həyat tərzi, azadlıq yolunda mübarizəsi əks etdirilmişdir. Librettonun müəllifi və tamaşanın quruluşçu rejissoru Kərim Kərimovdur. Cahangir Cahangirovun böyük həcmli, mür...
a1b16bc0618a2fc2
Cahangir Cahangirov
Cahangir Cahangirov çoxlu lirik mahnıların da müəllifidir. Mübaliğəsiz demək olar ki, bəstəkarın hərtərəfli istedadını üzə çıxaran bu janr ona daha çox müvəffəqiyyət gətirmişdir. Onun "Ana", "Aylı gecələr", "Bakı", "Dan ulduzu, bir də mən", "Ay qız", "Ala göz" və s. mahnıları dillər əzbəridir. Cahangir Cahangirovun bəz...
3ecc0e458c0cf0ab
Cahangir Cahangirov
Cahangir Cahangirovun mahnılarında söz və musiqi üzvi surətdə müəlliflərin də əməyini və istedadını təqdir etməmək olmaz. Uzun müddət Canahgirov Zeynal Cabbarzadə, İslam Səfərli və Rəfiq Zəka ilə birlikdə çalışmışdır. Cahangir Cahangirov klassiklərin yaradıcılığına da müraciət etmiş, ürəyəyatımlı mahnı və romanslar yaz...
7d67204ca55c949d
Hind okeanı
Hind Okeanı — dünyanın sahəsinə görə üçüncü okeanı. Yer səthinin təqribən 20%-ini tutur. Qərbdən Afrika və Ərəbistan yarımadası, şimaldan Asiya, şərqdən isə Hindçin yarımadası, Zond adaları və Avstraliya ilə əhatə olunur. Sahəsi Qırmızı dəniz və Fars körfəzi ilə birlikdə 70,560,000 km2-dir. Bu okean dünyada sahəsinə gö...
f07230bce91a1442
Hind okeanı
Ekvatora yaxın ərazilərdə sahəsi kiçikdir. Burada suyun orta temperaturu 17°C-dir. Bunun səbəbi, dalğaların Şimaldan gələn küləklərin qarşısını kəsməsidir. Ən dərin hissəsi Zond çökəkliyidir. Ümumi təsviri Dənizləri Andaman dənizi, Ərəbistan dənizi, Arafur dənizi, Qırmızı dəniz, Lakkadiv dənizi, Timor dənizi və Fars kö...
6b1a97af4802e6c8
Hind okeanı
Körfəzləri Benqal, İran, Ədən, Oman, Böyük Avstraliya, Karpentariya, Spenser, körfəzidir. BoğazlarıMozambik boğazı, Səkkizinci Dərəcə boğazı, Doqquzuncu Dərəcə boğazı, Onuncu Dərəcə boğazı, Dunkan boğazı, Polk boğazı, Qubal boğazı, Ekvatorial keçidi (boğaz), Huvadu boğazı, Cohor boğazıdır. Bu okean dünyanın ən böyük 3-...
465383a2af8bacaa
Lotu Hikmət
Həyatı və fəaliyyəti Hikmət Muxtarov 1956-cı il noyabrın 3-də Sabirabad rayonunun Kürkəndi kəndində anadan olub. 1974-cü ildə Xalq Təsərrüfatı İnstitutunda təhsil alarkən Bakı şəhər Prokurorluğunun müstəntiqinin oğlu ilə dalaşıb və üç il azadlıqdan məhrum edilib. Cəzasını Bakıda 5 saylı İslah Əmək Koloniyasında və Xələ...
195c8db0342e1c24
Lotu Hikmət
1997-ci ildə Bakıda həbs olunub və iki gün sonra azadlığa buraxılıb. 2001-ci ildə 8 il azadlıqdan məhrum edilib. 1 il 3 aydan sonra əməlində cinayət tərkibi tapılmadığından həbsdən azad edilib. "Lotu Hikmət" ləqəbli Hikmət Muxtarov, 2006-cı il aprel ayının 7-də Moskvadakı Leninqrad prospektinə qətlə yetirilib. Qatillər...
7e0ef6011950c849
Lotu Hikmət
[1] Arxivləşdirilib 2013-03-04 at the Wayback Machine Xarici keçidlər kulis.az. "Bəhram Çələbi: "Moskvada Lotu Bəxtiyarın sümüklərini sındırmışdılar"" (az.). bolgexeber.com. 26.04.2013. İstifadə tarixi: 2014-05-30.
23daa2460f6e2961
Şəkərli diabet
Diabetes mellitus (DM), Diabet (yun. διαβήτης "süzənək" və lat. mellitus "bal kimi şirin") və ya Şəkər xəstəliyi, Şəkərli diabet – şəkərin qanda xroniki artımıdır. Diabetlə əlaqəli ağırlaşmaların hamısının səbəbi qlükozanın qanda yüksək olmasıdır. Pasient qanda şəkərin miqdarını idarə edə bilərsə, şəkərli diabet xəstəl...
44ad8843dea1d649
Şəkərli diabet
Şəkərli diabetin hal hazırda 2 tipi vardır. Diabet tip 1 pasientləri üçün gündəlik insulin inyeksiyaları mütləqdir, bəzi pasientlərdə avtomatik insulin pompaları implantasiya oluna bilər. Diabet tip 2 pasientlərinə isə həb şəklində dərmanlar (yaxud insulin, əgər həb şəkilli preparatlar qanda qlükozanı norma çərçivəsind...
c93c122831a9cff0
Şəkərli diabet
Məhz bu baxımdan Beynəlxalq Diabet Federasiyası (BDF) və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyəsi ilə hər il 14 noyabr Ümumdünya diabet günü kimi qeyd olunur. 2006-cı ildə Ümumdünya Səhiyyə Təşkilatı xüsusi bəyannamə qəbul edib və bu sənəddə şəkərli diabeti "ağır xroniki xəstəlik" kimi səciyyələndirib. Orta əsr t...
86ae17d01a541d9c
Şəkərli diabet
Əgər xəstələrin (xüsusilə cavan yaşlıların) ümumi vəziyyəti imkan verirsə, onlardan həcəmət qoymaq yolu ilə qan alırlar. Susuzluq zamanı xəstələri soyuq su içməyə qoymur, onları sərin yerdə yatızdırır, böyrək nahiyəsinə sərin kompres qoyur, xüsusilə turş meyvələr verirlər. Şəkər xəstəliyi olan şəxslərdə böyrəyin tənzim...
7fd0254f1323baba
Şəkərli diabet
Bu xəstəliyə tutulanlara paxla, lobya və dənli bitkilər işlətmək məsləhət görülür. Onlar pəhriz məqsədilə çöl dovşanı və keçi əti yeməlidirlər. Meyvələrdən çiyələk, böyürtkən, əzgil, nar (narı içərisinin tumları ilə birlikdə yemək lazımdır), zirinc, zoğal axtası, qarağat, alma və armud daha faydalıdır. Bu xəstəliyi ola...
43b542572e88cd03
Şəkərli diabet
Qoz, fındıq və püstə şəkər xəstələri üçün xeyirli hesab edilir. Xəstələrin şəkərə olan ehtiyacını tə"min etmək üçün, şəkər əvəzinə təbii bal işlətmək daha münasibdir. Belə xəstələr səhərlər acqarına 40 gün ərzində gündə 30q abqora içsələr, onların şəkəri aşağı düşər. Onlara çayı tut qurusu ilə içmək, qatıq, qurut kimi ...
174769fbb170ccdd
Şəkərli diabet
Xəstələr tez-tez susuzluqdan şikayət edirlər. Xüsusilə soyuqdəymə hallarında, bədən üzvlərinin iltihablaşmasında daha çox susuzluq yaranır. Bu zaman ən sadə və çox işlənən vasitələrdən biri limon şərbətidir. Quşüzümü şərbəti də bu baxımdan faydalıdır. Onun şirəsinə şəkər qatmaqla bir qədər şirinləşdirib işlədirlər. Qız...
5aaa7374bbfb9662
Şəkərli diabet
Xiyar və kahı, suda bişirilmiş qabaq tumunun şirəsini susuzluq hallarında istifadə edirlər. Yemiş və qarpızda çox su olduğundan, onlar da susuzluq hallarında olduqca faydalıdır. Qara tut, armud, xoşməzə sulu heyva, susuzluqu yatırmaqda sınanmış meyvələrdən hesab edilir. Heyva şirəsi daha yaxşıdır. Bu zaman təsirli vasi...
8bb2e5a86dbcaaef
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi — Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi, cinayətlərin qarşısının alınması və açılması sahəsində Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Azərba...
61275d40651688a3
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi
30 iyun 2004-cü ildə DİN xidmətləri üzərində korporativ nəzarəti həyata keçirmək, Azərbaycan polisinin xidməti ilə uyğun olmayan işlərin qarşısının alınması, korrupsiya məmurlarının ifşası üçün Daxili Təhlükəsizlik Departamenti yaradıldı. Polis daxili işlər nazirliyi yanında fəaliyyət göstərən əsas hüquq-mühafizə orqan...
77f961a664063799
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi
Milli Polis ayrıca Naxçıvan Muxtar Respublikasında Naxçıvan Şəhər Polis Şöbəsi vasitəsilə hüquq-mühafizədən cavabdehdir. İkinci Qarabağ müharibəsindən sonra Şuşa Polis Şöbəsi Tərtərdən Şuşaya geri köçürüldü. Kəlbəcər rayonunda da bir polis şöbəsi yaradıldı.2 iyul Azərbaycan Polisi Günü kimi qeyd olunur. Azərbaycan poli...
1306d451a1f0018d
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi
1936-cı ildən Mərdəkan qəsəbəsinə köçürülmüşdür. 1957-ci ildə Bakı Milis Məktəbi SSRİ DİN-nin Bakı Xüsusi Orta Milis Məktəbinə çevrildi. Məktəbi qurtaranlara orta təhsilli hüquqşünas diplomu verilirdi. Məktəbdə təhsil müddəti iki il müəyyən edilmişdi. 1957–1961-ci illərdə məktəb əyani, qiyabi şöbələr və təkmilləşdirmə ...
e903f1848a11fb30
Cahangir Əsgərov
Cahangir Calal oğlu Əsgərov (11 iyul 1950, Bakı) – Azərbaycan Respublikasının "Azərbaycan Hava Yolları" QSC-nin prezidenti (2008–2023), Azərbaycan Respublikasının əməkdar pilotu (2011); texnika elmləri namizədi; Milli Aviasiya Akademiyasının Avianəqliyyat istehsalatı kafedrasının müdiri, dosent. Cahangir Əsgərov 1950-c...
df037a915f58c7e5
Cahangir Əsgərov
1978–1980-ci illərdə Yevlax Birləşmiş Aviasiya Dəstəsinin komandiri – Azərbaycan Mülki Aviasiya İdarəsinin hava limanının rəisi vəzifələrində işləmişdir. 1980-ci ildə Lenin orderi adına SSRİ Mülki Aviasiya Akademiyasını mühəndis-pilot ixtisası üzrə bitirmişdir. 1980–1981-ci illərdə Azərbaycan Mülki Aviasiya İdarəsinin ...
9ed2dbb67a24cb68
Cahangir Əsgərov
1991–1993-cü illərdə Azərbaycan Respublikası Uçuş Heyəti Assosiasiyası Həmkarlar İttifaqının prezidenti, daha sonra isə Azərbaycan Respublikası Aviasiya İşçiləri Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifələrində çalışmışdır. 1993–1996-cı illərdə "Azərbaycan Hava Yolları" Dövlət Konserninin Türkiyə Respublikasında baş ...
adbecc4b21441d64
Cahangir Əsgərov
1 may 2008-ci ildən "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin prezidenti təyin edilib. 1 sentyabr 2023-cü ildə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin prezidenti vəzifəsindən azad edilib. Azərbaycanın əməkdar pilotu (31 may 2011-ci il) — Azərb...
eaf79f041fa817e1
Məhəmməd Mehdi
İmam Mehdi (29 iyul 869, Səmərra, Abbasilər) — On ikinci imam. Məhəmməd ibn Həsən əl-Məhdi (ərəb. محمد بن الحسن المهدي) H.Q. 255 və ya 256 və ya 258-ci il (M. 869/870/871) Şaban ayının 15-i Ərəb Xilafətinin (indiki İraq Respublikasının) Samirə şəhərində dünyaya gəlmişdir. Atası cəfəri şiələrinin 11-ci imamı Həsən ibn Ə...
f20ed8b257d11475
Məhəmməd Mehdi
Bu vəziyyət h.q. 260-cı ilə (M. 875) qədər, yəni 11-ci imam Həsən ibn Əli əl-Əskəri vəfat etməsinə və imamlığın Mehdiyə keçməsinə qədər davam etmişdir. Mehdi, atası (Həsən ibn Əli əl-Əskəri) öldükdən sonra imamət məqamına sahib olmuş və sonra da qeybə çəkilmişdir. İstisnaları çıxmaq şərtilə onu şəxsi (özəl) naiblərində...
5cc8423dbed1dbd9
Məhəmməd Mehdi
Daha sonra Əbülqasım Hüseyn ibn Ruh Növbəxti imamın özəl naibliyini yerinə yetirdi (21 il). Son olaraq Mehdinin nümayəndəsi Əli ibn Məhəmməd Səməri olmuşdur (3 il). Əli ibn Məhəmməd Səmuri-nin ölümünə (h.q. 329) bir neçə gün qalmış Mehdidən bir məlumat gəldi. Əli ibn Məhəmməd Səmuriyə 6 gündən sonra (Səmurənin) öləcəyi...
a0c8e1f3a20e3396
Məhəmməd Mehdi
H.q. 260-cı ildən başlayıb, h.q. 329-cu ildə bitdiyi iddia edilir. (69 il) İkincisi, "Qeybəti-kübra" (Böyük Qeybəsı) adlandırılır. H.q. 329-cu ildən başlayıb və Allah, zühur icazəsi verənə qədər davam edəcəyi iddia edilir.
a29c093b0a8e85d1
Məhəmməd Mehdi
Hər iki məzhəbin də qəbul etdiyi bir hədisdə belə buyurulur: "Əgər dünyanın (sonuna) bir gün belə qalsa, Allah o günü o qədər uzadar ki, (ta ki,) mənim nəvələrimdən (Əhli-Beytimdən) biri olan Mehdi zühur etsin və dünyanı zülmlə dolduğu kimi , ədalətlə doldursun." Şiəlik və Sünnilik vasitəsilə Məhəmməd Peyğəmbərdən və Ə...
9fc6d3eefa624b45
Məhəmməd Mehdi
Alimlər bu görüşlər barədə geniş şəkildə açıqlamalar vermiş, lakin bunların içərisində ən əsası çox güman ki, Həsən ibn Əli əl-Əskərinin qırx səhabəsinin onunla görüşü olmuşdur. Bu görüş aşağıdakı şəkildə baş vermişdir. Həsən ibn Əyyub ibn Nuh deyir : "İmam Həsən Əskəri (ə)-dan sonrakı İmamın kim olacağı barədə soruşma...
ec2b21fd193dd9aa
Məhəmməd Mehdi
Osman narahat halda məclisdən çıxmaq istədi. İmam buyurdu: "Heç kim durub getməsin." Buna görə də, kimsə qırağa çıxmadı. Bir qədər keçdikdən sonra İmam Əskəri (əleyhissəlam) Osmanı dilləndirdi. O ayağa qalxdı. İmam ona buyurdu: "İstəyirsiniz, bura nə üçün gəldiyinizi deyim?"
cb9bbd7f8eb41421
Məhəmməd Mehdi
Hamı "Buyurun!" -deyə cavab verdi. İmam buyurdu: "Bura məndən sonra kimin İmam olacağı barədə soruşmaq üçün gəlmisiniz." Hamı "Bəli" dedi. Bu vaxt ay kimi işıqlı (nurani), İmam Həsən (ə)-ma oxşayan bir oğlan (uşağı) içəri daxil oldu. İmam Həsən Əskəri (ə) ona işarə edərək buyurdu: "Bu, məndən sonra sizin İmamınız, məni...
c34f3ae500446b00
Məhəmməd Mehdi
Onun əmrinə tabe olun və məndən sonra ixtilaf yaratmayın. Yoxsa özünüz həlak, dininiz isə məhv olub gedər…" Qeyd olunması lazım olan məsələlərdən biri də budur ki, bəzi sünni mənbələrində Həzrət Məhdi əleyhissəlamın atasının adı Abdullah qeyd edilmişdir. Halbuki şiə və sünni mənbələrindəki bir çox hədislər o Həzrətin a...
92a22032d4e220d1
Məhəmməd Mehdi
Həmçinin, bu kimi məsələlərə çox diqqətlə yanaşan Əhməd ibn Hənbəl bu hədisi öz "Müsnəd"ində bir neçə yerdə qeyd etmiş, lakin həmin hədisdə sonuncu cümlə gəlməmişdir." Sonra Gənci əlavə edib deyir: "Sünnilərin mötəbər hədisçilərinin bu barədə söylədikləri rəvayətlərin heç birində sonuncu cümlə qeyd olunmamışdır. Təkcə ...
af7859c3a0f59aa6
Məhəmməd Mehdi
Təbii ki, bir nəfərin də rəvayəti bu qədər adamın rəvayətinin müqabilində etibarlı sayıla bilməz." Həmçinin bax Xarici keçidlər İmam Mehdi (ə) adına mədəni-maarif tədqiqatlar mərkəsi – Nəcəf (6 dildə) Mehdî Ekbernejad. "İbn Teymiyye'nin İmam Mehdî (a.s.) Hakkındaki Görüşünün Eleştirisi/"Nakd-i Didgah-i İbn Teymiye derb...
55ff2b9c803a28f7
Məhəmməd Mehdi
2015-02-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-06-29. Elməddin İmamqulu. "İmam Mehdinin (ə.f) viladətini etiraf edən əhli-sünnə alimlərindən bəziləri" (az.). saqaleyn.wordpress.com. 2012-08-04.
7b6a51204d204d15
Məhəmməd Mehdi
2015-02-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-02-21. "Sünni hədisləri • İmam Mehdi (ə.s) • İmam Mehdinin (ə.f) doğulmasını etiraf edən əhli-sünnə alimləri" ( (az.)). hadis.313news.net. 2016-10-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-10-23. www.imamzaman.az Arxivləşd...
7ef1df3f9ada7f95
Göygöl rayonu
Göygöl rayonu (əvvəlki adı: Xanlar rayonu) — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. İnzibati mərkəzi Göygöl şəhəridir. Azərbaycan Respublikası Milli Məclisinin 25 aprel 2008-ci il tarixli Qərarı ilə rayon Göygöl rayonu adlandırılmışdır. Göygöl şəhəri 1819-cu il aprelin 22-də alman kolonistləri tərəfindən Y...
33d486c406c66561
Göygöl rayonu
Mənzərəli təbiəti olan Helenendorfda alman memarlığı üslubunda evlər tikilərək 6 küçə salınmışdır, ümumtəhsil məktəbi, uşaq bağçası, musiqi məktəbi fəaliyyət göstərmişdir. Bu icma Azərbaycan ərazisində o dövr üçün ilk böyük yerli olmayan milli icma idi. Tarixi mənbələrlərdən məlumdur ki, burada 1821-ci ildə ilk dəfə ol...
4de30d8a579ec5ab
Göygöl rayonu
1869-cu il aprelin 22-də koloniya özünün yaradılmasının 50 illiyini təntənə ilə qeyd etdi. Bu illər ərzində kənd çox sürətlə inkişaf edib dəyişmişdir. 1821-ci ildə köçkünlərin dini xadimi Yahhan Yakob Krans ilk dini ibadətxana açmağa cəhd göstərdi və 1834-cü ildə buna nail oldu. 1842-ci ildə ilk məktəb də tikildi. Bir ...
96c992c62b1f35d4
Göygöl rayonu
1893-cü ildən etibarən Yelenendorfda ictimai yığıncaqlar keçirilməyə başlamışdır. Bu yığıncaqlarda koloniyanın problemlərinə toxunulur və onların həlli yolları axtarılırdı. 1890-cı illərin üstün cəhətlərindən biri də icmanın iqtisadiyyatında yüksəlişin qeydiyyata alınması idi. Öz üstünlüyü ilə fərqlənən başlıca məşğuli...
26ff9ba99f1b4eae
Göygöl rayonu
Artıq 70-ci illərdə hər bir ailə ildə 1000–1500 vedrə şərab istehsal edirdi və hər bir evin altında, zirzəmidə böyük şərab çəlləkləri yerləşirdi. 1914-cü ildə Forer və Hummel qardaşlarının Şərab firmalarının bir illik gəliri bir milyon manat təşkil edirdi. 1912-ci ildə Yelenendorfda Forer qardaşları dəyirman da tikdirm...
b2c7418d85281534
Göygöl rayonu
Qarabağ münaqişəsi başlayan kimi isə dərhal buradakı ermənilər Göygölün qədim erməni torpağı olduğunu iddia edərək bu ərazilərin Qarabağ ilə birlikdə Ermənistana verilməsini tələb ediblər. 1989-cu ildən etibarən burada yaşayan ermənilər qonşu azərbaycanlı kəndlərinə qarşı quldur hücumları etməyə başladılar. Belə vəziyy...
b43f9f47b003f882
Göygöl rayonu
1938-ci ildə rayon Xanlar Səfərəliyevin şərəfinə Xanlar rayonu, Yelenendorf qəsəbəsi isə rayonun mərkəzi Xanlar şəhəri adlandırılmışdır. 2008-ci il aprel ayının 25-də Milli Məclis rayonun Göygöl adlandırılması haqda qərar qəbul etmişdir. Coğrafi mövqeyi Göygöl rayonu Azərbaycan Respublikasının qərbində dağlıq və dağətə...
7a45bcf693271d38
Göygöl rayonu
Rayonun ümumi ərazisi: 91675 hektar Məhsuldar torpaqların ümumi sahəsi: 58652 hektar Heyvandarlıq üçün otlaqların sahəsi: 40978 hektar Əkilmiş torpaqların ümumi sahəsi: 13362,5 hektar Meyvə bağlarının ümumi sahəsi: Respublikamızın digər dağətəyi rayonlarında olduğu kimi, Göygöl rayonunun da iqlim göstəriciləri yüksəkli...
b26b81235301fc32
Göygöl rayonu
Yağıntılı dövr yaz və payızın əvvəli, quraq dövrü isə qışdır. Qışı əsasən mülayim keçir və qar örtüyü o qədər də davamlı deyil. AzStat-ın 1 yanvar 2014-cü il tarixinə olan rəsmi məlumata əsasən rayonda 60.890 nəfər əhali yaşayır. Etnik tərkibi İri yaşayış məntəqələri Göygöl şəhəri, Xanlar qəsəbəsi, Əzizbəyov qəsəbəsi, ...
22184c1d95db3e4e
Göygöl rayonu
2022-ci ildə rayonda gənclərin sayı – 14733 nəfərdir və onlardan kişilər – 7909, qadınlar – 6824 nəfərdir. Göygöl rayon Gənclər və İdman İdarəsi rayon ərazisində gənclər və idman siyasətini həyata keçirən orqandır. Gənclər siyasəti Azərbaycan Respublikasının Qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və ...
404a93f5b5267680
Göygöl rayonu
Gənclər Mərkəzində 200 nəfərlik akt zalı, kafe, linqafon otağı, rəqs otağı, karaoke-əyləncə zalı vardır. Rayonda artıq 2020-ci ildən Gənclərin İnkişaf və Karyera Mərkəzinin Göygöl nümayəndəliyi də fəaliyyət göstərir. Bu da rayon gənclərinin inkişafına, gənclər siyasətinin rayonda həyata keçirilməsinə yeni bir addımdır....
dbb318de06aea4b2
Göygöl rayonu
Orta hesabla ildə 18249 ton taxıl, 8983 ton kartof, 4981 ton tərəvəz, 1558 ton meyvə və gilə meyvə, 2474 ton ət, 20324 ton süd, 277 ton yun, 9521000 ədəd yumurta istehsal olunur. Rayonun iqtisadiyyatında üzümçülük və heyvandarlıq mühüm yer tutur. Mədən sənayesi, çınqıl zavodları, istehsalat və məişət xidməti kombinatla...