text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
İstiqlal yolunun şanlı mücahidləri - Cümhuriyyət dövrünün dövlət və hökumət xadimləri. Azərbaycan xalqı əsrlər boyu azadlıq arzusu ilə yaşayıb, müstəqillik uğrunda daima mübarizə aparıb. Ötən əsrin əvvəllərində ölkəmizdə milli azadlıq hərəkatı daha da gücləndi. Azərbaycanın demokratik qüvvələri , mütəfəkkir şəxsləri, s...
ANL
Şair və şeir haqqında dəyərli monoqrafiya: “Sözün Adil Cəmili”. Tanınmış ədəbiyyatşünas və pedaqoq Allahverdi Eminovun şair Adil Cəmilin yaradıcılığına həsr etdiyi monoqrafiyası “Sözün Adil Cəmili” adlanır. “Ön söz”, “Son söz” və üç hissədən ibarət olan kitabda çağdaş poeziyamızın ən istedadlı şairlərindən biri, folklo...
ANL
(Seyran Səxavətin “İt intervüsü” hekayəsindən). Bilirsən ki, bir gün gələcək, “bu çürük toxum - Yer kürəsi fırlana-fırlana yorulub üzü qibləyə dayanacaqdı və bundan sonra bir də yer üzünə yaz gəlməyəcəkdi, toxumlar cücərməyəcəkdi...”. Bəşərin və bəşəriyyətin sürükləndiyi uçuruma baxırsan. Həyatın ağrıyır... Ruhun əzabl...
ANL
Yolçuluq. Mirəli Seyid üçün. Masanın üstündə bir qızıl alma vardı. Yeniyetmə oğlan qızıl almaya və onun yanındakı tumlara baxıb-baxıb düşüncələrə daldı. “Yarpaqdan saplağa, saplaqdan budağa, budaqdan gövdəyə, gövdədən köklərəcən... Köklərdən... qönçəyə, çiçəyəcən, çiçəkdən almaya-tumlaracan bitib-tükənməyən bir çevrə, ...
ANL
Ləyaqətlər və qüsurlar tarixin sınmayan güzgüsündə. Özümə gəldikdə mən elmdə məskun olanlardan biri deyiləm. Mən keçmişi sadəcə sevənlərdən və onu ciddi-cəhdlə tədqiq edənlərdən biriyəm. (Əvvəli ötən şənbə saylarımızda). Əslində inkvizisiyaya xidmət edən bu adamlar sonralar nəinki məsuliyyətə cəlb olunmadı, bəziləri hə...
ANL
Füzuli sehrindən Sufi təliminə. Qaraçılar yolları bir-birinə calaya-calaya özlərinə vətən düzəldirlər. Onu bilirəm ki, yol müqəddəsdir. Yollar ölkələri, xalqları, şəhərləri, kəndləri insanları birləşdirir. Axı, yollar həm də körpülərdir. Yol mədəniyyətdir. Müdrik bir həqiqətə əməl edib mən də bir yola çıxmışam. Arzum ö...
ANL
Kamal Abdulla:“Azərbaycan sarsılmaz multikultural dövlət imici ilə tanınır”. Multikulturalizm həyat tərzimizdir. “Azərbaycan əhalisinin çoxmilli tərkibi bizim sərvətimizdir, üstünlüyümüzdür. Biz bunu qiymətləndiririk və qoruyub saxlayacağıq. Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki on...
ANL
Berlində bir şahzadə. Fassenen küçəsindəki bəyaz evin ikinci mərtəbəsinin pilləkənlərindən aşağı düşərkən salondakı güzgüdə özünə baxdı. Qırmızı fəsi yanaqlarına rəng qatmışdı. Yaxşı ki, bu fəsi İstanbuldan alıb yanında gətirmişdi. İstanbul deyincə ürəyi qabarırdı. Əlində olsa orada qalıb yaşayardı. Uzun ənənəvi Qafqaz...
ANL
Gürcü gömrüyündə “Şah Abbas”ı saxlamaq istədilər. Səfəri yazar və bəstəçi dostumuz Zəka Vilayətoğlu təşkil eləmiş, “İndeks” (Azərbaycanın İnsan Resursları İnkişafı Mərkəzi) onu rəsmiləşdirmiş, İnönü Universitetinin tələbələri gerçəkləşdirmişdi. İrəli gedərək deyim ki, mayın 5-də Malatyanın “Hilton” otelində Azərbaycan ...
ANL
“Mənim günahım” yeni quruluşda. Akademik Milli Dram Teatrında görkəmli Xalq yazıçısı İlyas Əfəndiyevin “Mənim günahım” pyesi əsasında hazırlanan tamaşanın bu yaxınlarda premyerası keçirildi. Teatr bu tamaşanı Prezident İlham Əliyevin XX əsr Azərbaycan ədəbiyyatının klassiki İlyas Əfəndiyevin anadan olmasının 100 illik ...
ANL
Aqil Abbasın “Allahı qatil edənlər” romanı haqqında. I. Yox, bu roman qəhrəmanlığın vəsfinə həsr edilməyib. Məmləkətdə kifayət qədər tanınmış yazıçı Aqil Abbas “Allahı qatil edənlər” romanında dövrün qəhrəmanının obrazını yaratmaq vəzifəsini qarşısına məqsəd qoymayıb. Qəhrəmanlıq adətən, döyüş-vuruş meydanında, düşmənə...
ANL
Vaqif Bəhmənli dünyasına səyahət. Bu imza artıq geniş oxucu təbəqəsi və ziyalılar arasında tanınan, şeirləri, publisistik yazıları, kitabların müəllifi, televiziya ekranlarında görünən, radio dalğalarında səsi eşidilən çox hörmətli bir ədəbi şəxsiyyətindir. Mən Vaqif Bəhmənlinin çoxsaylı pərəstişkarlarından biriyəm. Bu...
ANL
Birinci və sonuncu... “Düşüncə fraqmentləri” silsiləsindən. ...Adına “cənnət” deyilən o məkanın əsas özəlliyi heç də altından süd çayları axan ləziz meyvəli ağaclarla bol olması deyildi, məncə. Ora həm də ona görə cənnət idi ki, əcdadımız orda borc hissi, öhdəlik duyğusu olmadan yaşayırdı. Tanrı bizə möhtəşəm bir fürsə...
ANL
Salman Mümtazın itmiş əlyazma kolleksiyası diqqət mərkəzində. Avropanın şərqşünaslıqla bağlı bir sıra nüfuzlu nəşrlərinin mərkəzi olan BRİLL nəşriyyatının dərc etdiyi İslam Əlyazmaları Jurnalının (Journal of Islamic Manuscripts) sonuncu sayında (2015/6) Azərbaycanın görkəmli ədəbiyyatşünas alimi, Stalin repressiyasının...
ANL
Mayın 12-də Rəşid Behbudov adına Mahnı Teatrında konsert keçirildi. Ulu Öndər Heydər Əliyevin 92-ci ildönümünə həsr olunan konsertdə Azərbaycan Televiziya və Radiosunun Milli Kamera ansamblı çıxış edirdi. Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin müəllimi Arzu Səlimovanın səyi və təşəbbüsü, eləcə də ...
ANL
Xalq şairi Rəsul Rza yad edilib. Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin (BŞMTİ) təşkilatçılığı ilə Səbail Rayonu Mərkəzləşmiş Kitabxana Sisteminin (MKS) mərkəzi kitabxanasında Xalq şairi Rəsul Rzanın anadan olmasının 105-ci ildönümünə həsr olunmuş “Mən kökümlə bu torpağa bağlıyam” mövzulu tədbir keçirilib. Tədbir i...
ANL
UNESCO-da “Azərbaycan: Ənənədən müasirliyə” sərgilənir. Hər il qeyd olunan Avropa muzeylər gecəsi çərçivəsində Heydər Əliyev Fondunun və Azərbaycanın UNESCO yanındakı daimi nümayəndəliyinin təşkilatçılığı ilə qurumun mənzil-iqamətgahında “Azərbaycan: Ənənədən müasirliyə” adlı sərginin açılışı olub. Açılış mərasimində ç...
ANL
Kitablarımız beynəlxalq Turin sərgisində. Mayın 14-də İtaliyanın Turin şəhərində Azərbaycanın “Xüsusi qonaq ölkə” kimi iştirak etdiyi beynəlxalq kitab sərgisi açılıb. Ölkəmizi bu mötəbər tədbirdə mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edir.Azərbaycanın ilk ...
ANL
Şair Nazim Əhmədli Gənc Ədiblər Məktəbinin qonağı olub. Mayın 13-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda Gənc Ədiblər Məktəbinin (GƏM) növbəti toplantısı keçirilib. Görüşün budəfəki qonağı AYB-nin Ədəbiyyat Təbliği Bürosunun direktoru şair Nazim Əhmədli olub. Tədbiri giriş sözü ilə GƏM-nin koordinat...
ANL
Beynəlxalq elm və təhsil sisteminə inteqrasiya: elmi dərəcələrin uyğunluğu məsələsi - II yazı. Bir daha doktorluq haqqında: orada və burada. İngilisdilli ölkələr və post-sovet məkanında tətbiq olunan elmi dərəcələr sistemində ən böyük fərq doktorluq dərəcəsi ilə əlaqədardır. Doktorluğa gedən yol isə indiki doktorantura...
ANL
Vilayət Quliyev: “Yazı-pozum sayəsində ictimai fikirdə tanınmasaydım...". Azərbaycanın Macarıstandakı səfiri, ədəbiyyatşünas-alim, tərcüməçi Vilayət Quliyevin müsahibəsi. Amma bununla belə ədəbiyyatla, yaradıcılıqla əlaqələrinizi heç vaxt kəsmirsiniz. Səfir olduğunuz dövrdəki elmi-ədəbi fəaliyyətiniz dövlət mükafatına ...
ANL
İnsan haqları məsələsi siyasi alver predmeti kimi. AVROPARLAMENT ANTİ-AZƏRBAYCAN QÜVVƏLƏRİN BEYİN MƏRKƏZİ ROLUNDA ÇIXIŞ EDİR. “Qısa müddətdə görülmüş bu qədər işləri hətta ən çılğın arzularımızda belə təsəvvür edə bilməzdik. Əslində, bütün Bakı heyəti Avropa Oyunları başlamazdan öncə dünya rekorduna imza atıb” . Patrik...
ANL
Böyükkişi Təmkinin poetik dünyası. Ötən il may ayının sonlarına yaxın dünyasını dəyişən şair Böyükkişi Mirzəzadənin səksən doqquz illik ömür yolunun silinməz izlərindən soraq verən ədəbi yaradıcılığı onu indən belə də zaman-zaman yaşatmağa qadirdir. Çeşidli ədəbi janrlarda qələmə aldığı əsərlərinin böyük bir qismini "T...
ANL
Beynəlxalq Muzeylər Günü - mədəniyyət üçün əlamətdar tarix. Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə təsis olunmuş bu əlamətdar günün məqsədi muzeylərin cəmiyyətin həyatında nə dərəcədə mühüm rol oynadığını göstərməkdir. "Azərtac" bildirir ki, dünyanın 150-dək ölkəsində qeyd edilən Beynəlxalq Muz...
ANL
"Avropa Muzeylər Gecəsi"ndə Azərbaycan sərgiləri maraqla qarşılanıb. UNESCO-un mənzil-iqamətgahında Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycanın mədəni dəyərlərinin əks olunduğu "Azərbaycan: ənənədən müasirliyə" adlı sərgi açılıb. Sərgidə Azərbaycan xalçaları, milli geyimlər, misgərlik və dulusçuluq sənəti nü...
ANL
VIII Beynəlxalq Mstislav Rostropoviç Festivalı başlanıb. Mayın 17-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında VIII Beynəlxalq Mstislav Rostropoviç Festivalının açılışı olub. Festival Heydər Əliyev Fondu, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və Mstislav Rostropoviç Fondu tərəfindən təşkil edilib. M...
ANL
Tərcümə Mərkəzinin nəşrləri Praqa Kitab Sərgisində. Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin nəşrlərinin təqdimat mərasimi Praqa Beynəlxalq Kitab Sərgisinin əsas zallarından birində keçirilib. Mərkəzdən Trend-ə verilən məlumata görə, mərasimdə Praqa Kitab Sərgisinin rəhbəri xanım Dana Kalimova, Çexiya Mədəniyyət Na...
ANL
"ÜNS" Yaradıcılıq Səhnəsində ispan virtuozlarının konserti olub. Sirr deyil ki, paytaxtımızın tamaşaçıları ispan folklor janrı olan flamenkoya həmişə xüsusi maraq göstəriblər və bu rəqsi ifa edən ispan artistlərinin məharətlərindən, o cümlədən, "ÜNS" yaradıcılıq səhnəsində çıxış edənlərin sənətkarlığından dəfələrlə zöv...
ANL
İstiqlal yolunun şanlı mücahidləri - Cümhuriyyət dövrünün dövlət və hökumət xadimləri. Azərbaycan xalqı əsrlər boyu azadlıq arzusu ilə yaşayıb, müstəqillik uğrunda daima mübarizə aparıb. Ötən əsrin əvvəllərində ölkəmizdə milli azadlıq hərəkatı daha da gücləndi. Azərbaycanın demokratik qüvvələri, mütəfəkkir şəxsləri, si...
ANL
Vətən. Vətəndir insanın gözünün nuru, Sən onu hər zaman canıntək qoru! Böyükdən-kiçiyə hamı ürəkdən. Gərək anamızdır, söyləsin, VƏTƏN. Vətənin layiqli övladı olaq, Yurdsuzun pis gündə göz yaşına bax! Elinə, obana dayağ olmasan, Tək-tənha yaşamaq deyildir asan. Miriqbal NURİ.
ANL
Ədəbi gəncliyin yaradıcılıq axtarışları. Ölkəmizin inkişaf startegiyasının prioritet istiqamətlərindən biri də cəmiyyətimizin müxtəlif sahələrində gəncləşmə siyasəti sayılmaqla, ictimai, sosial, siyasi, dövlət idarəçiliyi, mədəni və yaradıcılıq sferalarında bu istiqamətdə müsbət dəyişikliklərin həyata keçirilməsidir. Ə...
ANL
Tənha adam. Sıxacaq qəlbimi tənhalıq hissi, Doğmalıq hissinə özgəyəm, yadam. Bu qərib gecənin qaranlığından, Bir işıq gəzirəm sabaha çıxam. Uşaqlıq illərim xatirə köçü, Gizlənpaç oynunu sevərdi könlüm. Həyətdə qarğıdan atımız vardı, Taxta avtomatla vursunlar, ölüm. İndi uşaqlığın həsrətindəyəm, Çörək doldurardım qara t...
ANL
Azərbaycan Avropa Milli kitabxanalarının toplantısında təmsil olunub. İsveçrənin paytaxtı Bern şəhərində Avropa Milli Kitabxanalarının Konfransı Beynəlxalq Təşkilatının (CENL) növbəti illik iclası keçirilib. İsveçrə parlamentinin binasında keçirilmiş tədbirdə 36 Avropa ölkəsinin milli kitabxanalarının direktorları işti...
ANL
Xalq şairi Rəsul Rza yad edilib. Mayın 19-da XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri - Xalq şairi Rəsul Rzanın anadan olmasının 105 illiyi ilə əlaqədar böyük şairin xatirəsi ehtiramla yad edilib. Şairin Fəxri Xiyabandakı məzarı ziyarət olunub, abidə önünə tər çiçəklər düzülüb. AYB.az-ın məlumatı...
ANL
Moskvada Vaqif Mustafazadənin xatirə gecəsi keçirilib. Rusiyanın paytaxtı Moskvada - İ.O.Dunayevski adına musiqi məktəbində böyük cazmen, pianoçu, bəstəkar Vaqif Mustafazadənin anadan olmasının 75 illiyinə həsr edilmiş caz musiqisi gecəsi keçirilib. Gecə Moskva Mədəniyyət Departamentinin dəstəyi ilə Rusiyanın Azərbayca...
ANL
İstiqlal Muzeyində Avropa Oyunlarına həsr olunmuş sərgi açılıb. "Beynəlxalq Muzey Günü" aksiyası çərçivəsində Azərbaycan İstiqlal Muzeyində Avropa Oyunlarına həsr olunmuş "Bakı-2015" sərgisinin açılışı olub. Azərbaycan İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi xatırladıb ki, Beynəlxalq Muzey Günü 1977-ci ildən, yəni, B...
ANL
Poeziyada "altmışıncılar" adlandırdığımız bir nəsil var və bu nəslin ədəbiyyatımızda oynadığı rolu, bədii-estetik fikrimizə gətirdiyi yenilikləri kimsə dana bilməz. Mübarəkdir səksən beşin, ustad! O yaşa çatmaq üçün hələ Fikrət adaşın beş il yol gəlməlidir. Fikrət Sadıqla yanaşı bu adları xatırlamağım səbəbsiz deyil. P...
ANL
Hafi Rəcəbli:"Avropa Oyunlarına ev sahibliyinin arxasında təhlükəsiz ölkə amili dayanır". Müsahibimiz Milli Məclisin Sosial siyasət komitəsinin sədri, YAP Siyasi Şurasının üzvü Hadi Rəcəblidir. - Hadi müəllim, iyun ayında ölkəmizdə ilk Avropa Oyunları keçiriləcək. Bu oyunlar Olimpiya oyunları səviyyəsində qiymətləndiri...
ANL
Tofiq Hacıyev: “Dərsliklərin dili çox qüsurludur. “Çox mükəmməl bir orfoqrafiya lüğəti hazırlayacağıq”Bakı. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyevin APA-ya müsahibəsi- Tofiq müəllim, Azərbaycan dilinin orfoqrafiya lüğəti əsas müzakirə mövzusudur. ...
ANL
Necə tablaşıram bu dərdə, matam, Yurdundan didərgin olanlardanam. O, Dəlidağın qoynunda dünyaya gəlmişdi. Qundaqda ana laylasına qarışan qartal səsi oyatmışdı onu yuxudan. İllər ötdükcə özüdə qumrallaşmış səslə elə şeir deyərdi ki, döşəmə yerimdə silkələnirdi... Uşaqlıqda quzu otarmışdı, hodaqlıq eləmişdi, kotanla xış ...
ANL
Türkman sevdalı alimin əsərləri Türkiyə, İraq və İran mətbuatında. İraqda toplu halda yaşayan, sayı üç milyona çatan, türkman adlanan soydaşlarımız haqqında İstanbulda çıxan "Qardaşlıq" dərgisinə verdiyi müsahibədə ulu öndərimiz Heydər Əliyev demişdi: "Tarixi araşdıranda gördüm ki, Güney Azərbaycan, Quzey Azərbaycan və...
ANL
"Məhtimqulu dostluq və həmrəyliyin tərənnümçüsüdür" mövzulu konfrans keçirilib. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun Elektron akt zalında bu elmi müəssisənin, Əlyazmalar və Folklor institutlarının, həmçinin Türkmənistanın ölkəmizdəki səfirliyinin birgə təşkilatçılığı ilə böy...
ANL
Yazıçılar Birliyində "Dünya ədəbiyyatı" dərgisinin təqdimatı və Lüdmila Lavrova ilə görüş olub. 525.az-ın məlumatına görə, Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda qurumun Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin nəşri olan "Dünya ədəbiyyatı" dərgisinin rus ədəbiyyatına həsr edilmiş buraxılışının təqd...
ANL
İstiqlal yolunun şanlı mücahidləri - Cümhuriyyət dövrünün dövlət və hökumət xadimləri. Azərbaycan xalqı əsrlər boyu azadlıq arzusu ilə yaşayıb, müstəqillik uğrunda daima mübarizə aparıb. Ötən əsrin əvvəllərində ölkəmizdə milli azadlıq hərəkatı daha da gücləndi. Azərbaycanın demokratik qüvvələri , mütəfəkkir şəxsləri, s...
ANL
AKADEMİK ABEL MƏHƏRRƏMOV: "O ÇƏTİN YOLLARI HAÇANSA MƏN ÖZÜM DƏ KEÇİB GƏLMİŞƏM". Universitet həyatında həyəcanlı, duyğulu günlər çox olur. Tələbəlik həyatı neçə illər arxada qalsa da, müəllim ömrü o günləri unuda bilmir. Və universitet müəllimi öz tələbələrinin yaşadığı hər duyğulu anı elə özünün əziz xatirələri içində ...
ANL
Ön söz və ya şairin bioqrafiyasından "Biblioqrafiya"sına. Hər hansı qələm adamının "Biblioqrafiya"sını nəşr etməyə, onun yaradıcılıq tərcümeyi- halının ümumi mənzərəsini təsəvvür eləməyə ehtiyac duyulursa, deməli, həmin qələm adamı artıq öz həyatının, dünyagörüşünün kamillik (və əgər belə demək mümkünsə, klassikləşmə!)...
ANL
Qız qalası “Avropada ilin muzeyi” müsabiqəsinin təltif olunub. Şotlandiyanın Qlazqo şəhərində keçirilmiş “Avropada ilin muzeyi” müsabiqəsində Qız qalası “Muzeyin ictimai əhəmiyyətliliyinin artırılması sahəsində əldə etdiyi mühüm nailiyyətlərə görə” nominasiyasında yer alıb. AZƏRTAC xəbər verir ki, Qız qalası bu nominas...
ANL
Tbilisidə "Azərbaycan mədəniyyətini tanıyaq" sərgisi maraqla qarşılanıb. Tbilisidə, M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində açılan "Azərbaycan mədəniyyətini tanıyaq" adlı sərgini yüzlərlə insan ziyarət edib. Sərgiyə gələnlər Azərbaycan mədəniyyətini və incəsənət nümunələrini əks etdirən rəsm əsərlərinə, xa...
ANL
III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu dünya mediasında. Bakıda keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edən Misirin Yaxın Şərq Xəbərlər Agentliyinin Avropa məsələləri üzrə jurnalisti Şöhrət Arif bu tədbir barədə məqalə yazıb. Yaxın Şərq Xəbərlər Agentliyində yayılan məqalədə müəllif...
ANL
İstiqlal yolunun şanlı mücahidləri - Cümhuriyyət dövrünün dövlət və hökumət xadimləri. Azərbaycan xalqı əsrlər boyu azadlıq arzusu ilə yaşayıb, müstəqillik uğrunda daima mübarizə aparıb. Ötən əsrin əvvəllərində ölkəmizdə milli azadlıq hərəkatı daha da gücləndi. Azərbaycanın demokratik qüvvələri , mütəfəkkir şəxsləri, s...
ANL
Vaqif Əsədov:"Mentalitetimizlə bağlı təhlükəli vərdişlərdən yaxa qurtarmalıyıq". Artıq bir neçə aydır ki, Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı ilə paytaxtın 20-dən çox mərkəzi küçə və prospektində avtomobil saxlanmasına qadağa qoyulub. Dövlət Yol Polis İdarəsi avtomobil yollarının keçid hissəsini park etmək üçün qa...
ANL
Dünyanın rəngləri"ndə Azərbaycan pavilyonu. Kiyevdəki "Ukrayna evi"ndə "Dünyanın rəngləri" adlı Beynəlxalq dil və mədəniyyət festivalı iştirakçılarının işlərindən ibarət sərgi-yarmarka keçirilib. Bu barədə "Azərtac" Ukraynadakı Azərbaycanlı Gənclər İttifaqının (UAGİ) mətbuat mərkəzindən məlumat veriblər. Tədbir Ukrayna...
ANL
Qarğanın təşəkkürü. Dostumun söylədiyi nağılvari, real həyatda baş vermiş bu hadisəni dinləyəndə yerdə gəzən heyvanların, göydə uçan quşların nə qədər sevgi dolu, vəfalı, minnətdarlıq duyğusuna sahib canlılar olduğunu düşündüm. İnsanlarla quşların eyni duyğuya sahib olduğunu dostumun söylədikləri çox gözəl isbat edirdi...
ANL
Operativ dil mərkəzinə ehtiyac var. On ildən çoxdur ki, ixtisasım üzrə Azərbaycan dili və ədəbiyyat fənnini tədris edirəm. Şagirdlərimlə də, tələbələrimlə də, cəmiyyətin müxtəlif peşə sahibləri ilə də söhbətlərimizdə dilimizlə bağlı qarşımıza çoxlu sayda problemlər çıxır. Əvvəllər bunun yalnız dilçilik elmində olduğunu...
ANL
Muxtar Kazımoğlu: folklor və yazılı ədəbiyyat mədəni bütövlük kontekstində. Müasir Azərbaycan folklorşünaslığı dinamik inkişafda olan, bir tərəfdən müasir dünya elminin yeni nəzəri-metodoloji tendensiyalarına, digər tərəfdən qloballaşan və virtuallaşan dünyada dövlətin və cəmiyyətin mənəvi dəyərlərin qorunması ilə bağl...
ANL
İbadət. Təndirdən qalxan od kimi. masamın üstünə sərdim. təzə biçilmiş ağ südlü. hələ qələm qanatmayan. şairlərin ibadəti. mən səni anamın. yumuluydu hələ, anamın hədəqəsindən çıxan. gözüynən baxdım. işığa qardaş idim, dar divar hörgüsündə. sanki xırdaca kərpic, qırmızı bir daş idim. görüb çıxdım,Göy üzü! Məni doğmaq. ...
ANL
İstiqlal yolunun şanlı mücahidləri - Cümhuriyyət dövrünün dövlət və hökumət xadimləri. Azərbaycan xalqı əsrlər boyu azadlıq arzusu ilə yaşayıb, müstəqillik uğrunda daima mübarizə aparıb. Ötən əsrin əvvəllərində ölkəmizdə milli azadlıq hərəkatı daha da gücləndi. Azərbaycanın demokratik qüvvələri , mütəfəkkir şəxsləri, s...
ANL
Stalinə bağışlanan Azərbaycan xalçası. MALATYA SƏFƏRİNDƏN İKİNCİ YAZI. Ötən yazımda Türkiyənin Malatya şəhərinə səfərimizlə bağlı qısa məlumat vermişdim. Bu dəfə isə səfərlə bağlı maraqlı bir epizodu ətraflı yazmaq istəyirəm. Söhbət Qori səfərindən gedir. Ondan əvvəl isə deyim ki, Xəyal Rzanın təklifiylə Gürcüstanın Ça...
ANL
Bu yaşımda da başa düşməmişəm ki, belə adamların Yerdə nə işi var? Bəlkə, onları göndəriblər ki, Yerdəkilərin işini sahmana salsınlar, onların üzünü Allaha tərəf çöndərsinlər - yoxsa, göylər adamının Yerdə nə iti azıb ki?! Seyran Səxavətin “Qaçhaqaç” romanından. Göy adamlarının Yerdə işi olmadığı kimi, onların yazdıqla...
ANL
Təkan ömrü. Başı min bəlalar çəksə də, heç vaxt öz soykökündən, dilindən uzaq düşməmiş xalqımın möhtəşəm elm və təhsil məbədi olan Bakı Dövlət Universiteti - mənim doğma Universitetim! Hara getsəm, yolum səndən başlayır və bütün dünyanı dolaşıb gəzsəm də, yenə yollarım gəlib sənə çıxır. Amma hər şeydən əvvəl sən mənə b...
ANL
Vüsalə Məmmədovanın "Cəhənnəm" filmi. “Yekəpər erməni cibindən çıxartdığı süngü bıçağı ilə stolun üstündə inildəyən qızın paltarlarını bir az da yuxarı dartıb sinəsini cırdı. Artıq qızın yenicə yumurlanmış döşləri onun ovcunda idi. Yekəpər qızın döşlərini var gücü ilə sıxır, sıxırdı... “Yox, yaxşıdır. Xoşuma gəlir!” - ...
ANL
Çanaqqala keçilməz... Şəhərlər də adamlar kimidi; xasiyyəti, zahiri görünüşü, daxili aləmi var. Onları tərbiyə edən, böyüdən, dəyişən kimdi, kimlərdi, nədi, dəqiq demək çətindi. Əslində, tarixi öyrənmək, binaların memarlığından tutmuş işıq dirəklərinin dizaynına kimi hamısının müəllifini tapmaq mümkündü. Amma hər şəhər...
ANL
Əzizim, Vaqif Bəhmənli! Nə gizlədim, səni heç cür illərlə yaddaşımızda formalaşmış “qorxulu” 60 yaş qiyafəsində təsəvvür eləyə bilmədim. Maşallah, ədəbiyyatımızda adaşların da kifayət qədərdi. Molla Pənah Vaqifdən üzü bəri qələm əhli olan Vaqifləri yada salıb göz önünə gətirdim: Vaqif Səmədoğlu, Vaqif Nəsib, Vaqif İbra...
ANL
Və əgər həqiqətən bu qatar varsa, deməli, dayanacaqları, stansiyaları da var. Bəs ömrün qatarının axırıncı dayanacağı və ya stansiyası necə, mövcuddurmu? Bu və digər sullara rəğmən Nəzakətin “Ömrün qatarı” şeirlər toplusunda həqiqətən yola çıxan bir ömür qatarının qət eləyəcəyi məsafə uzanır, sonsuzluğa çıxır. Oxucu-sə...
ANL
Ulduzlar havada sayrışan zaman, Mən evdən çıxıram seyr etmək üçün. Başımın üstündə cəmi dörd ulduz, Sayrışır - sayrışır mənə baxaraq. Kədərlə üzümə baxırlar mənim. Kədərlə göz vurub gülümsəyərək. Birinci ulduzum atamdır mənim, Aydındır yoluma düşən işıqla. İkinci ulduzum anamdır mənim, Danışmır qəmini gizlətmək üçün. Ü...
ANL
İsfəndiyar Vahabzadə: “Diplomatiya yalnız gücə söykənəndə silahdır...". Səfir bir ölkəni başqa bir ölkədə təmsil edir. Onun diplomatik hazırlığı, peşəkarlığı, ləyaqəti, biliyi və qətiyyəti, baş verən ictimai-siyasi proseslərə milli maraqlardan çıxış edərək vaxtında münasibət bildirməsi böyük elçinin fəaliyyətinə verilə...
ANL
Vəcihə Səmədovanın rənglər dünyası “Xalq Əmanəti” oldu. “Xalq Bank” həyata keçirdiyi “Xalq Əmanəti” layihəsində milli mədəniyyətimizin korifeylərinin yaradıcılığını işıqlandırmaqda davam edir. Layihənin sayca on ikinci nəşri görkəmli Azərbaycan rəssamı, Əməkdar incəsənət xadimi Vəcihə Səmədovaya həsr olunub. Mayın 22-d...
ANL
III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Özbəkistan mediasında. Özbəkistanın uchildiz.uz portalı Bakıda keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu haqqında rus dilində geniş material yayıb. Azərbaycanın Özbəkistandakı səfirliyi və bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkə...
ANL
“Bakı ritmləri Riqanın qəlbində”. Mayın 21-də qədim Riqada Latviya paytaxtının meriyası, Latviyanın Xarici İşlər Nazirliyi və Azərbaycan səfirliyinin dəstəyi ilə “Bakı ritmləri Riqanın qəlbində” fotosərgisi açılıb. Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsini...
ANL
Firidun bəy Köçərli ilə bağlı biblioqrafik nəşr təqdim edilib. Mayın 22-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “Firidun bəy Köçərli: biblioqrafiya” adlı kitabın təqdimat mərasimi keçirilib. Mərasimdə kitabxananın direktoru Kərim Tahirov, Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Vaqif Bəhmənli çıxış...
ANL
Ümumiyyətlə, Azərbaycan dilinin orfoqrafiya prinsiplərinin elmi şəkildə müəyyən olunması, ölkəmizdə bir neçə dəfə “Orfoqrafiya lüğəti”nin nəşr edilməsi mühüm mədəni-tarixi hadisə sayılmağa layiqdir. Orfoqrafiya elmi Azərbaycan dilçiliyinin böyük nailiyyətlərindən biridir. Azərbaycan orfoqrafiyası bir neçə nəslin yüksək...
ANL
I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ölkəmizə inamın göstəricisidir. Avropa Oyunlarına sayılı günlər qalıb, biz bu tarixi hadisənin iştirakçılarıyıq. Hər bir Azərbaycan gənci kimi mən də birinci Avropa Oyunlarını böyük səbrsizliklə gözləyirəm. I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi elə ölkəmizə göstəril...
ANL
“Gəncləşən muğam” layihəsini bu il Avropa Oyunlarına həsr etmişik“. XALQ ARTİSTİ MƏNSUM İBRAHİMOV: “AZƏRBAYCAN AVROPA OYUNLARI İLƏ TARİX YAZIR”. - Mənsum müəllim, bir müddət əvvəl Latın Amerikasından-Braziliyadan qastrol səfərindən qayıtmısınız. Səhv etmiriksə, bu Sizin simanızda Azərbaycan sənətçilərinin Latın Amerika...
ANL
Üzün "Görklü Merac" olmasıyla bağlı 3 məqalə yazıb çap etdirmişəm. Mənə elə gəlib ki, üzə dair lazımi fikirləri o məqalələrdə verə bilmişəm. Araşdırmalarımı davam etdirdim. Amma məndən asılı olmadan başqa cür alındı, başlıq dəyişdi. Səbəbini yazını oxuduqca biləcəksiniz. Orta əsrlər Azərbaycan şairi Qəribi deyirdi ki, ...
ANL
VIII Beynəlxalq Mstislav Rostropoviç festivalı yekunlaşıb. Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin və Mstislav Rostropoviç Fondunun birgə təşkilatçılığı ilə Bakıda keçirilən VIII Beynəlxalq Mstislav Rostropoviç festivalı başa çatıb. Heydər Əliyev Sarayında keçirilən bağlanış konsertinin tamaşaçıları a...
ANL
Kamal Abdullanın əsəri Tbilisi səhnəsində. Heydər Əliyev adına Tbilisi Dövlət Azərbaycan Dram Teatrının kollektivi tanınmış yazıçı Kamal Abdullanın "Hərdən mənə mələk də deyirlər" əsərinin tamaşasını hazırlayıb. Tamaşanın süjet xəttini xeyir və şərin mübarizəsi təşkil edir. Şeytan müxtəlif rənglər, səslər, maddi vəsait...
ANL
YARAT Amerikada duet sərgi təşkil edib. ABŞ-ın Missuri ştatının Sent-Luis şəhərində Amerika rəssamı Ketlin Aasen (Duet Qalereyası) və Azərbaycan rəssamı Vüsal Rəhimin (YAY Qalereyası) əsərlərindən ibarət duet sərgi açılıb. İlk dəfədir ki, bu iki rəssamın əsərləri birlikdə nümayiş olunur. Onların abstrakt rəngkarlığa ya...
ANL
İlyas Əfəndiyev irsində tarix və dil yaddaşı. Mayın 26-sı Azərbaycan ədəbiyyatının klassiki, Xalq yazıçısı İlyas Əfəndiyevin doğum günüdür. Görkəmli ədibimizi bu münasibətlə ehtiramla anır, onun yaradıcılığına həsr olunmuş yazını oxuculara təqdim edirik. Çoxşaxəli yaradıcılıq yolu keçmiş qüdrətli sənətkarımız, Xalq yaz...
ANL
Azərbaycan müstəqillik tarixinin ən möhtəşəm tədbirlərindən birinə ev sahibliyi etmək ərəfəsindədir. Bu böyük idman hadisəsinin özünəməxsusluğunu və tarixiliyini şərtləndirən başlıca səbəb bütün qitəni bir araya gətirəcək Avropa oyunlarının təməlinin məhz Azərbaycanda qoyulmasıdır. Azərbaycan bu hüququ əldə etməklə müs...
ANL
Səmimiyyətin poeziyası. Həyat qəribəliklərlə doludur. Bəlkə də elə həyat dediyimiz əbədi cavabsız sual qəribəliklərinin özüdür... Şair var xarakter baxımından nə qədər səmimidirsə, poeziyası, əksinə, səmimiyyətdən, yapışıqlıqdan bir o qədər də uzaqdır. Şair də var ki, canında, qanında bir ilan soyuqluğu, bir şaxtalı sa...
ANL
Ana vətən uğrunda! Şəhidlərimiz. Vətən - ulu əcdadlarımızdan bizlərə miras qalan, qoynunda dünyaya göz açıb, böyüyüb boya-başa çatdığımız müqəddəs torpaq! Məhz elə buna görədir ki, biz doğma yurdumuza Ana Vətən deyirik. Mənfur qonşularımız olan erməni daşnakları müqəddəs torpaqlarımızı qəsb etməyə başlayanda, Vətənimiz...
ANL
II Yelizaveta ilə görüşmüş azərbaycanlı jokey. Kral Qəsrinin önündə toplanmış minlərlə insan onu ayaqda alqışlamağa başlayır. İngiltərənin adlı-sanlı, əsilli nəcabətli lordları dəyirmi şlyapalarını hörmət əlaməti olaraq başlarından çıxarır, qadınlar dəsmallarını yelləyirlər. Kraliçanın təəccübdən və heyrətdən dəyişmiş ...
ANL
Rəssamlıq Akademiyasında "Saf rənglər" sərgilənir. Dövlət Rəssamlıq Akademiyasının muzey-sərgi kompleksində uşaq və yeniyetmələrin "Saf rənglər" adlı III Beynəlxalq rəsm yaradıcılığı festivalı açılıb. Festival Təhsil Nazirliyi və Akademiyanın birgə təşəbbüsü ilə keçirilir. Dövlət Rəssamlıq Akademiyasının prorektoru Səl...
ANL
Varşavada "Azərbaycan muğamı" səslənib. Azərbaycanın Polşadakı səfirliyi 28 May-Respublika Günü münasibətilə Varşava şəhərindəki Kral Sarayında "Azərbaycan muğamı" adlı konsert təşkil edib. Azərbaycandan dəvət olunmuş muğam ifaçıları Ehtiram Hüseynovun, Aytən Məhərrəmovanın, musiqiçilər Rövşən Qurbanov (tar), Xəyyam Mə...
ANL
Oqtay Rəcəbovun yeni operası təqdim edildi. Bəstəkarlar İttifaqının (ABİ) Ü.Hacıbəyli adına konsert salonunda tanınmış bəstəkar, əməkdar müəllim, professor Oqtay Rəcəbovun "Sərçənin sərgüzəştləri" adlı yeni uşaq operasının premyerası olub. Nümayişdən əvvəl ABİ-nin sədri, Xalq artisti, professor Firəngiz Əlizadə qurumun...
ANL
İlyas Əfəndiyev irsində tarix və dil yaddaşı. Mayın 26-sı Azərbaycan ədəbiyyatının klassiki, Xalq yazıçısı İlyas Əfəndiyevin doğum günüdür. Görkəmli ədibimizi bu münasibətlə ehtiramla anır, onun yaradıcılığına həsr olunmuş yazını oxuculara təqdim edirik. İlyas Əfəndiyevin tarixi keçmişimizin müəyyən dövrünü real hadisə...
ANL
Rauf Tahirovu bizim Şabranda rəssam kimi tanıyırlar. O məktəb illərində mənim rəsm müəllimim olub. Saleh müəllimlə tanışlıqdan sonra Rauf Tahirovun rəssamlığının səbəbini anladım. Demə, o elə uşaqlıq çağlarından böyük sənətkarımız Səttar Bəhlulzadəni Şabranda evlərində tez-tez görüb. Axı, əmisi Saleh müəllim bu böyük r...
ANL
Milli-mənəvi dəyərlər misilsiz sərvət kimi. Milli-mənəvi dəyərlər və müasirlik. "Mən bu gün bir azərbaycanlı kimi, özündə həm milli-mənəvi dəyərləri, həm də ümumbəşəri dəyərləri cəm edən bir insan kimi deyirəm ki, bizim xalqımızın mənəvi-əxlaqi mentaliteti onun ən böyük sərvətidir, xalqımızın milli-mənəvi dəyərləri onu...
ANL
Qılıncdan kəsərli qələm. İnkişaf etmiş intellekt sahibinin əlində olan qələmin yazdığı hər söz, hər ifadə insanı həm güldürə, həm ağlada, həm sevdirə, həm də nifrətə sövq edə bilər. Cəmiyyət üçün hər zaman aktual olan mövzulara həsr olunmuş bədii ədəbiyyat nümunəsi istedadlı yazıçı-publisist, Azərbaycan Yazıçılar İttif...
ANL
Xalq yazıçısı Elçinin əsəri Lənkəran Teatrının səhnəsində. Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında Xalq yazıçısı Elçinin "Cəhənnəm yuxuları" pyesinin motivləri əsasında hazırlanmış tamaşanın premyerası olub. Səhnə əsərində ötən əsrdə Azərbaycan tarixinin qara səhifəsinə yazılmış 1937-ci il Stalin rejimin...
ANL
Seyran Səxavət "Seçilməmiş əsərlər"ini Yazıçılar Birliyində təqdim etdi. Ötən gün Yazıçılar Birliyində (AYB) yazıçı Seyran Səxavətin ikicildilk "Seçilməmiş əsərlər"inin təqdimatı keçirilib. Tədbiri AYB-nin katibi Rəşad Məcid açaraq Seyran Səxavətin yaradıcılığı, insani keyfiyyətləri ilə bağlı fikirlərini bölüşüb. Bakı ...
ANL
İstiqlal yolunun şanlı mücahidləri - Cümhuriyyət dövrünün dövlət və hökumət xadimləri. Azərbaycan xalqı əsrlər boyu azadlıq arzusu ilə yaşayıb, müstəqillik uğrunda daima mübarizə aparıb. Ötən əsrin əvvəllərində ölkəmizdə milli azadlıq hərəkatı daha da gücləndi. Azərbaycanın demokratik qüvvələri , mütəfəkkir şəxsləri, s...
ANL
Ölkəmizin XX əsrdəki yeni tarixinin - Azərbaycan Xalq Cümhuriyyəti tarixinin 97-ci ili tamam olur. Bəşər tarixinin hər yüz ili qlobal, yaxud lokal siyasi, iqtisadi, ictimai, mədəni hadisələr yaradır. Həmin hadisələr zamanı fəlakətlər, tələfatlar, insan qırğınları ilə bərabər (təzadlı görünsə də) tərəqqi meylləri də müş...
ANL
Bir kərə yüksələn bayraq. (Nəcibə Bağırzadənin "Uzaqdakı yaxınlar" kitabına Ön söz). Nəcibə Bağırzadənin "Uzaqdakı yaxınlar" kitabı çox vacib və çox önəmli kitabdır. Oxucusunu kədərli duyğulara və ağır düşüncələrə qərq edən kitabdır. Bir insanın, bir ailənin,bir nəslin faciəsini əks etdirən kitabdır. Onlarla insanın ba...
ANL
Eldar Baxış nisgili. “Mən poeziyaya möcüzə kimi baxsam, ancaq o dini kitablardakı möcüzə kimi baxaram. Mən poeziyadan çəkdiyimi heç nədən çəkmirəm. Mən şeir yazmıram, and olsun o bir olan Allaha, səmimi deyirəm bunu, mən öz rahatlığım üçün yazıram, canımı qurtarıram şeirdən, şeir məni qoymur yaşamağa, mən də istəyirəm ...
ANL
Xaotik şeir mənzərəsindən konkret çalarlar. Bu yaxınlarda AMEA-nın Ədəbiyyat İnstitutunda “2014-cü ilin ədəbi yekunları” mövzusunda keçirilmiş müşavirədə təqdim olunan məruzələrdən bir neçəsini oxucuların diqqətinə çatdırmışıq. Həmin silsilədən olan daha bir məruzəni ixtisarla təqdim edirik. Müstəqillik illərindən bəri...
ANL
SÜFRƏ BAŞINDA. Günəş fəsil sərib yerə, Biz də süfrə başındayıq. Küləş xəsil sərib yerə, Biz də xəsil yaşındayıq. Külək əsir su hərləyir, Külək onun heyrətidi. Dəyirmanın daşı ağır, Günah etsən düşər başa. Dəyirmanın başı yağır, Gələn qoşa, gedən qoşa. Bu süfrənin çevrəsi gen, Hər gələnə yer tapılır. Ürək kimi dövrəsi g...
ANL
İrqçiliyin eybəcər sifəti. Adamları dərinin rənginə görə deyil, könülün rənginə görə ölçün. Adamlar irqlərə bölünmürlər, irqlər adamlara və adam olmayanlara bölünürlər . Boris Şapiro-alman fiziki və şairi. İrqi ayrı-seçkilik kiməsə onun irqinə və etnik mənsubiyyətinə görə xüsusi qaydada münasibət göstərməkdir. Bu neqat...
ANL
Başını yerində saxlayıb ürəyini uşaq ürəyi kimi qurmaq. “AZƏRBAYCANFİLM”in “DƏRS” FİLMİ BARƏDƏ QEYDLƏR. Keçid dövrünün durğunluğundan sonra yenidən dirçəlməyə başlayan milli kinomuzun son layihələrindən biri uşaqlara həsr edilib. Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının istehsal etdiyi bu bədii ekran əsər...
ANL
“Xalq Əmanəti”nin Vəcihə Səmədova səhifəsi. 2010-cu ildə “Xalq Bank”ın təsis etdiyi və elə o vaxtdan etibarən də ardıcıllıqla, parlaq bir şəkildə həyata keçirilən “Xalq Əmanəti” mədəni-sosial layihəsi öz mahiyyəti, uğurla gerçəkləşdirməkdə olduğu nəcib məramları, maarifçilik missiyası baxımından həqiqətən xəlqi səciyyə...
ANL