text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
İstanbulun Atatürk hava limanına eniş zamanı təyyarədə səsləndirilən, Can Atillanın daha öncələr də dinləyib bəyəndiyim “Aşk-ı Hürrem” (“Xürrəmin eşqi”) şərqisini eşidər-eşitməz qəlbimi naməlum və hüznlü bir həyəcan sardı. Mahnının orijinalda rusca olan mətni beynimdə sinxron olaraq dilimizə çevrildi... “Röyalarım gəti... | ANL |
Qardaş qələmlər. Bu dərgi Avrasiya Yazarlar Birliyinin ədəbi orqanıdı, ayda bir dəfə çıxır, bütün türk dünyasında yayımlanır. Yüzüncü dəfə oxucularıyla görüşə gələn dərgidə indiyə kimi çap olunmuş yazıların statistikasına nəzər salanda heyrətlənməyə bilmirsən. Türkdilli xalqların ortaq ədəbi dərgisidi “Qardaş qələmlər”... | ANL |
Rənglərin poeziyası. Filologiya üzrə fəlsəfə doktoru, jurnalist-alim, azərbaycançılıq ideologiyası sahəsində bir neçə kitabın və çoxsaylı məqalələrin müəllifi, “Kaspi” qəzetinin və təhsil mərkəzinin təsisçisi, Milli Teleradio Şurasının üzvü Sona Vəliyeva... Mənim üçün isə öz oxucusunu ardınca gözəllik dünyasına aparmaq... | ANL |
Məni sevindirən qadın. Ağzıdualı və şükran adamdı. Bu əhvalatı da onun dilindən danışıram. Birinci şəxsin dilindən danışmayanda rahat ola bilmirəm. Mənim ona çatmağıma çox var. Ovqatıma düz mütənasib tutqun hava idi. Eyni mənzərə məni bezdirdiyindən bu dəfə marşrutumu dəyişdim və “Bahar” şadlıq sarayına tərəf getdim. Ə... | ANL |
Zaman fərqi. Adəm övladının vaxtında qədrini bilmədiyi üç şey var-biri cansağlığı, o biri əlində olanı, digəri isə zamanı, vaxtıdır. Mən bu gün bunların üçüncüsü haqda danışmaq, bölüşmək niyyəti ilə əlimə qələm almışam. Səhv eşitmədiniz, bəli, bu zamandır... Bəşəriyyətin, bütün yaradılışın sığmalı olduğu, amma bəzən çə... | ANL |
Bugünlərdə “Ulduz” jurnalının may nömrəsi işıq üzü görüb. Dərgi Elxan Zalın “May tezisləri” adlı ekspert yazısı ilə açılır: “Ulduz” jurnalı mənim üçün çox doğma bir mətbuat orqanıdır. Şeirlərimin böyük bir hissəsi bu jurnalda dərc olunub. O cümlədən də indi bir çox dillərə tərcümə olunmuş “Polonez” poeması. Yəni bu dər... | ANL |
Elçinin “Şekspir” əsərinin tamaşası Türkiyədə mükafatlandırılıb. İstanbulda Taksim-Bebek Rotary Klubu tərəfindən verilən üçüncü Rotary teatr mükafatlarının təqdimetmə mərasimi olub. Mərasimdə Türkiyə ictimaiyyətinin görkəmli nümayəndələri, elm və sənət adamları, İstanbulun tanınmış ziyalıları, teatrsevərlər iştirak edi... | ANL |
Sovet dövrünün Bakısı haqqında kitab Londonda təqdim olunub. Londondakı məşhur “Waterstone's” kitab mağazasında tanınmış Hollivud bəstəkarı, müğənni, pianoçu, Bakı əsilli Ella Leyanın “Kimsəsiz səma” (“The Orphan Sky”) adlı debüt hekayəsinin təqdimat mərasimi keçirilib. Avropa Azərbaycan Cəmiyyəti (TEAS) tərəfindən təş... | ANL |
Dövlət Film Fondunda Azərbaycanın görkəmli kinooperatoru və kinorejissoru Valeri Kərimovun 70 illik yubileyinə həsr edilmiş xatirə gecəsi təşkil olunub. Tədbir Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Kinematoqrafçılar İttifaqı və Dövlət Film Fondunun birgə təşkilatçılığı ilə reallaşıb. Fondun direktoru, əməkdar incə... | ANL |
Bu günlərdə döyüş bölgəsindəydim. Düşmən ordusunun silahlıları əlli metrliyimizdəydi. Hava çox isti olduğundan gözə bir kimsə dəymirdi... Ayaq Qərvəndi arxada qoyuruq. İki kəndin arasında olan orta məktəbi keçəndə dayanmalı oluram. 2011-ci ilin martında Ermənistan silahlısının snayper atəşinə tuş gələn Fariz Bədəlov bu... | ANL |
Nadir şahın tariximizə işıq salan məktubları. Akademik Ramiz Mehdiyevin son dövrlərdə tariximizin tədqiqi və təbliği sahəsindəki fəaliyyətində iki məqam, iki çağırış xüsusilə diqqəti cəlb edir. Birincisi, bu işlər, kitablar nəzərimizə çatdırır ki, biz indiki mərhələdə tariximizə dair yazılmış əsərlərə yenidən baxmalı, ... | ANL |
Azərbaycan dilində qoşa y səsi ilə yazılan sözlərin mütləq əksəriyyəti alınma sözlərdən ibarətdir. Və məlum olduğu kimi, dilimizdə qoşa y samiti ilə yaranan sözlərin heç də hamısı yox, böyük bir qismi, əslində çoxusu, -iyyət şəkilçisi ilə yazılır. Bir daha o qənaətdəyik ki, yanaşı iki y samiti ilə yazılan və -iyyət şək... | ANL |
“Azərbaycanın geosiyasəti”. ƏLİ HƏSƏNOVUN EYNİADLI KİTABI HAQDA DÜŞÜNCƏLƏRİM. Dövlətin varsa, hamı üçün olmasa da, bu dövləti yaşatmaq, onu lider dövlətə (ən azından regionda) çevirmək, yaşatmaq üçün milli düşüncələr ziyalılarımızın ən ümdə vəzifələrindən biri olaraq qalır. Bu təqdirəlayiq haldır. Ziyalımız dövlətin ke... | ANL |
Mən şəhid olmuşam ki... Şəhid eloğlum gizir Aydın Abdullayevin xatirəsinə. Məzarımın önündə. Əli qoynunda gündə. Qardaş qəmiylə başa. Qardaş qəmiylə beli. Ay bükülən qardaşım. Qəlb-dindikcə diri. Qəm süzülən qardaşım. Şəhidi ağlamazlar, Ona yas saxlamazlar. Əgər vətən yolunda. Şəhid olmuşsa əsgər, Məzarını tutarlar. Do... | ANL |
Qalatəpədəki yovşan qoxusu. Bu yerlər mənə "Dədə Qorqud" filmini və Beyrəklə sevgilisinin yovşan vaqeəsini xatırlatdı. Heç ağlıma da gəlməzdı ki, uşaqlığımın bal kimi şirin vaxtlarında ayaqlayıb üstündən o tərəf bu tərəfə qaçıb oynadığım, bəzən "alaqdır, həyəti pis göstərir" deyə, kökündən qazıb atdığımız yovşanın qoxu... | ANL |
"Tarixi yaddaş və qondarma əhvalatlar"ı oxuyarkən. Tarix - dünənimizin sədasıdır, bəşər övladının əsrlər boyu qət etdiyi yoldur. Örnək almalı, ibrət götürməli çox şey var tarixdə. Məni bu düşüncələrə sövq edən yazıçı-publisist Zöhrə Əsgərovanın yeni kitabı oldu. "Yazıçı" nəşriyyatında çapdan çıxmış "Tarixi yaddaş və qo... | ANL |
Gənc Tamaşaçılar Teatrının Kalmıkiyaya səfəri yekunlaşıb. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi Rusiya Federasiyasından qastrol səfərindən qayıdıb. Teatrın mətbuat xidmətindən bildirildiyinə görə, oktyabr ayının 25-dən-31-dək davam edən qastrol çərçivəsində görüşlər Rusiya Federasiyası Kalmıkiya Respu... | ANL |
Rəssamlar İttifaqında rus şairlərinə aid sərgi açılıb. Rəssamlar İttifaqının sərgi salonunda görkəmli rus şairləri Mixail Lermontovun anadan olmasının 200 illik yubileyinə və Sergey Yeseninin 120 illik yubileyinə həsr edilmiş sərgi açılıb. Sərgidə ölkəmizin tanınmış rəssamlarının rus şairlərinin Qafqazla bağlı həyat və... | ANL |
Vasif Adıgözəlov silsilə tədbirlərlə anılır. Dövlət Opera və Balet Teatrının səhnəsində Azərbaycanın Xalq artisti, Dövlət mükafatı laureatı, görkəmli bəstəkar Vasif Adıgözəlovun üçpərdəli "Natəvan" operasının tamaşası nümayiş olunub. Tamaşa Azərbaycan Prezidentinin "Vasif Adıgözəlovun 80 illik yubileyinin keçirilməsi h... | ANL |
Tanınmış tarzən Rafiq Rüstəmovun 70 yaşı qeyd edilib. R.Behbudov adına Dövlət Mahnı Teatrında Ağdam Muğam Məktəbinin direktoru, əməkdar mədəniyyət işçisi, tanınmış tarzən Rafiq Rüstəmovun 70 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə bu il 30 yaşı tamam olan mədəniyyət ocağının hazırda Bakıdakı 284 nömrəl... | ANL |
Azərbaycan İSESCO mədəniyyət nazirlərinin konfransında təmsil olunur. Ötən gün Oman Sultanlığının paytaxtı Məskat şəhərində İSESCO mədəniyyət nazirlərinin 9-cu İslam Konfransı öz işinə başlayıb. Konfransda ölkəmizi mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyilə nümayəndə heyəti təmsil edir. Tədbirdə Omanın ... | ANL |
Görkəmli ədib və ictimai xadim Əsgərağa Goraninin ömür yoluna bir baxış. "QARANLIQDAN İŞIĞA" KİTABINDAN PARÇALAR. Ə.Adıgözəlovun xüsusi hüquq təhsili aldığı haqqında arxiv sənədlərində məlumat yoxdur. Lakin K.Tarıverdiyevanın "Teatr tariximizdən bir səhifə" (Əsgərağa Adıgözəlov Gorani) adlı monoqrafiyasında belə bir qe... | ANL |
"Azərbaycan multikulturalizminə səyahət" layihəsi çərçivəsində Tövrat təqdim edildi. "Azərbaycan multikulturalizminə səyahət" layihəsi çərçivəsində ölkəmizdə səfərdə olan ABŞ-ın Los -Anceles şəhərindəki Sinay Məbədinin nümayəndə heyəti maraqlı tədbirlər həyata keçirir. Noyabrın 1-də Bakıda Dağ Yəhudiləri Sinaqoqunda Tö... | ANL |
"Bir uzun küçə"nin bələdçiləri. Bu yaxınlarda fərqli tərtibatla, dizaynla daxili məzmun ahənginin vəhdətindən yaranaraq işığa çıxan "Bir uzun küçə" şeirlər toplusunda ədəbi prosesin fəal nümayəndələrindən olan beş şairin - Məmməd İlqar, Qoca Xalid, Sabir Sarvan, Əjdər Ol və Ramiz Qusarçaylının şeirləri yer alıb. Kitaba... | ANL |
Fərq yoxdur, üzünə pəncərədən düşən günəş şüalarının sığalındanmı, yoxsa qaranlıq gecənin nəsə qorxulu şeylər vəd edən və qəribə yalnızlıq qoxuyan sükutundan sonramı... Bu "ayılma" Allahın ver günü sabaha açılan adicə zaman kəsimi də ola bilər, yaşanmış deməyəlim, boşuna axıb getmiş illərin sonucu da... Ayılırsan, kimd... | ANL |
GÖRKƏMLİ ŞAİRİN 120 İLLİK YUBİLEYİLƏ BAĞLI ELMİ KONFRANS TƏŞKİL EDİLİB. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun Elektron akt zalında Əlağa Vahidin 120 illik yubileyi münasibətilə elmi konfrans keçirilib. Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İ... | ANL |
"Bakı özünəməxsus xarakteri, tarixi olan şəhərdir və hər qonaq buradan müəyyən hisslərlə ayrılır". Bu sözlər "Baku Guide" bələdçi kataloqunun yenicə çapdan çıxan noyabr nömrəsində müsahibəsi dərc olunan Beynəlxalq Memarlar İttifaqının baş katibi Tomas Vonierə məxsusdur. Qonaq şəhərimiz, onun memarlığı ilə bağlı fikirlə... | ANL |
Gənc pianoçumuz Avstriyada Qran-pri qazanıb. Avstriyanın Salzburq şəhərində ikinci dəfə "Salzburq star" adlı beynəlxalq musiqi müsabiqə-festivalı keçirilib. Müsabiqədə ölkəmizi T.Quliyev adına 12 nömrəli on bir illik uşaq musiqi məktəbinin VI sinif şagirdi Ayan Məmmədli təmsil edib. Musiqi məktəbdən AZƏRTAC-a bildirili... | ANL |
Milli-mənəvi dəyərlərimizin aydın güzgüsü. "SƏADƏT OCAĞI - AİLƏ" KİTABINDAN ALDIĞIM TƏƏSSÜRATLAR. Dövlət kitabxanaları, arxivlər, muzeylər və şəxsi kitabxanalarda, daha haralarda mühafizə olunanları bir araya gətirsək belə onların hesabını aparmaq olmaz. Məsələ ondadır ki, kitablar çoxçeşidli, rəngarəng mövzuları əhatə... | ANL |
"Hikməti-dünyavü mafiha bilən arif degil, Arif oldur, bilməyə dünyavü mafiha nədir". Məhəmməd Füzuli. Təmkinli görünüşü, müdrik düşüncələri, xeyirxah və mehriban xasiyyəti ilə həmkarlarından fərqlənən Arif Əmrahoğlu geniş erudisiyaya, mükəmməl biliyə və dərin analitik zəkaya malik səmimi insan, nüfuzlu ziyalı idi. Onun... | ANL |
Mixail Nuaymə poeziyası Azərbaycan dilində. Ərəb məhcər (mühacirət) ədəbiyyatı və onun görkəmli nümayəndələrinin həyat və yaradıcılığı müxtəlif dövrlərdə dünya şərqşünaslığının tədqiqat obyektinə çevrilib. Bu ədəbiyyatın inkişafında müstəsna yeri olan simalardan biri - Mixail Nuaymənin elmi-ədəbi yaradıcılığı Azərbayca... | ANL |
Bakı Beynəlxalq Caz Festivalı yekunlaşıb. Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Bakı Beynəlxalq Caz Festivalının bağlanış mərasimi keçirilib. Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Mədəniyyət Fondu tərəfindən müntəzəm olaraq təşkil edilən bu festival on ildən artıqdır ki, həm ölkəmizdə, həm də... | ANL |
Azərbaycan Oslo dünya musiqi festivalında təmsil olunub. Norveçin paytaxtında Oslo dünya musiqi festivalı keçirilib. Bu tədbir dünyanın 15 ən yaxşı beynəlxalq musiqi festivalından biri hesab edilir. Müxtəlif ölkələrdən 300-dən çox musiqiçinin qatıldığı altıgünlük festivalda ilk dəfə Azərbaycan musiqisi də təmsil olunub... | ANL |
Sazla-sözlə zövqlü bir gün. İnsan ömrü boyu acdır ki acdır. O və ya bu formada bu aclıqlar bir-birini əvəz edərək bitməz doyumsuzluq vərdişi yaradır. Bəs doymaq anlayışı da aclıqla mütənasibdirmi? Yəni qarnımızı doyuzdurmaqla ruhumuzu-duyğularımızı doydurmaq eynidirmi? Acanda (həqiqi mənada) mədəmizi qida ilə rahatladı... | ANL |
"Azərbaycan qadını" jurnalının payız buraxılışı. Bu günlərdə işıq üzü görən "Azərbaycan qadını" jurnalının payız buraxılışında oxuculara bir-birindən maraqlı bədii-publisistik yazılar, eləcə də ölkəmizin həyatında parlaq hadisəyə çevrilən mühüm beynəlxalq layihələri əks etdirən materiallar təqdim olunub. Jurnalin səhif... | ANL |
Akademik Bəkir Nəbiyevin 85 illiyi qeyd edilib. Noyabrın 4-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanada (MEK) Əməkdar Elm Xadimi, Dövlət Mükafatı Laureatı akademik Bəkir Nəbiyevin 85 illik yubileyinə həsr olunan anım tədbiri keçirilib. Tədbir çərçivəsində akademikin elmi yaradıcılığından bəhs ... | ANL |
Azərbaycan dilinin tədrisi tarixində mühüm bir dövr: Tiflis ziyalı mühitindəki təşəbbüslər. 1801-ci ildə Gürcüstan Rusiyaya birləşdirildikdən sonra bütün Zaqafqaziyanın Rusiya imperiyasının tabeliyinə keçirilməsi prosesi başlandı. 1813-cü ildə Rusiya ilə İran arasında bağlanan Gülüstan müqaviləsinə görə, Şimali Azərbay... | ANL |
Milli dövlətçilik və diplomatiya tariximizin görkəmli simaları: Məmməd Yusif Cəfərov. Diplomat, hüquqşünas,tanınmış siyasi və ictimai xadim Cəfərov Məmməd Yusif Hacıbala oğlu 1885-ci ildə Bakı şəhərində anadan olub. Orta təhsilini Bakıda alan Məmməd Yusif 1907-ci ildə Bakıda kişi gimnaziyasını bitirib. Daha sonra M.Cəf... | ANL |
Rejissorluq bu dünyanın ən gözəl peşələrindən biridir, gözəlliyi də ondadır ki, bu peşə sahibinin dünyaya, gerçəkliyə, hadisələrə fərqli baxışı, bir də qeyri-adi istedadı olur. İstedad deyilən ilahi bir qabiliyyət isə, ilk növbədə istənilən ideyaya, məzmuna müəyyən forma verməkdə üzə çıxır. Mən indi yaxın dost olduğum ... | ANL |
Milli Dram Teatrında Məmmədrza Şeyxzamanovun xatirə gecəsi olub. Akademik Milli Dram Teatrında görkəmli teatr və kino aktyoru, Xalq artisti Məmmədrza Şeyxzamanovun 100 illik yubileyinə həsr olunan xatirə gecəsi keçirilib. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, xatirə gecəsi Mədəniyyət və Turizm Nazir... | ANL |
Müslüm Maqomayev adına Dövlət Filarmoniyasında görkəmli şair Əlağa Vahidin 120 illiyinə həsr olunmuş təntənəli yubiley gecəsi keçirilib. Tədbirdə çıxış edən Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev Prezident İlham Əliyevin "Əlağa Vahidin 120 illik yubileyinin keçirilməsi haqqında" 2015-ci il 18 mart ... | ANL |
Təmiz adam formulunun həyatdakı daşıyıcısı. Ziya Yusifzadəyə həsr olunur. Cənab Ziya Yusifzadəyə. Hörmətli Ziya müəllim! Fikir dünyasının klassiki zirvəsinə yüksəlmiş, XX əsrdə xalqımızın - Türk dünyasının ortaq ümumi bəşəri dəyərlər tarixinə bəxş etdiyi dühalar sırasına daxil olmuş əbədiyaşar şairimiz - millət fədaisi... | ANL |
Əbədi dəyərlərə müraciət. Xalq yazıçısı Anarın Budapeştdə povest və hekayələrdən ibarət "Seçilmiş əsərləri" nəşr edilib. Bu, Anarın macar dilində çıxan dördüncü kitabıdır. Kitaba ölkəmizin Macarıstandakı səfiri professor Vilayət Quliyev və Macarıstan Yazıçılar İttifaqının sədri Yanoş Sentmartoni ayrı-ayrılıqda ön söz y... | ANL |
"İrəvan Teatrı Qərbi Azərbaycanı özündə ehtiva edən yeganə fəal mədəni məkandır". İRƏVAN DÖVLƏT AZƏRBAYCAN DRAM TEATRININ DİREKTORU İFTİXAR PİRİYEVLƏ SÖHBƏT. Azərbaycanlıların qocaman sənət ocaqlarından, milli teatrımızın ilk binələrindən biri qədim yurd yerimiz İrəvanda yaradılan, özünəməxsus yaradıcılıq yolu keçən və... | ANL |
BU GÜN TELERADİO İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMI GÜNÜDÜR. İstənilən sahədə birinci olmaq həm şərəfli, həm də çətin və məsuliyyətli işdir. Bu fikri Azərbaycan Radiosuna və Televiziyasına da şamil etsək, yanılmarıq. çağırışı ilə paytaxt sakinlərinə müraciət etmişdi. Cümhuriyyət ideallarının darmadağın olunduğu, Sovet işğalının ... | ANL |
Tofiq Quliyev Niyazinin ev-muzeyində anılıb. Maestro Niyazinin ev-muzeyində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin təşkilatçılığı ilə görkəmli bəstəkarı, Xalq artisti Tofiq Quliyevin yaradıcılığına həsr olunmuş tədbir keçirilib. Tədbirdə tanınmış mədəniyyət və incəsənət xadimləri, Bakı Musiqi Akademiyasının müə... | ANL |
Mustafa kişi bu səhər yuxudan yaman narahat oyanmışdı. Elə bil, yekə bir boşluq ağrı olub dolmuşdu qarnının içinə. Gecə ilə səhərin arasında, torpaq hələ canındakı istiliyi son nəfəs kimi havaya tapşırmamışdan bir xeyli qabaq çarpayısından diyirlənib sağ böyrü üstə döşəməyə necə dəymişdisə, özü də mat qalmışdı bu işə. ... | ANL |
“Qarabağ şikəstəsi”nin müəllifi, Qarabağ xanı İbrahimxanın qızı Ağabəyim ağanın xatirəsinə. Batıbdı Şuşalar, Ağdamlar qəmə, Gəlsən Qarabağa axşamlar gəlmə! Düşmən dağlar çəkib köhnə Qalaya, Qorxuram səni də qana boyaya! Ümid Dan üzünə qalıbdı bəlkə, Həm də xan qızına qalıbdı bəlkə? Ay adam, dədəmin borcumu vardır, Səni... | ANL |
Çin - qədim sivilizasiya və müasir möcüzələr ölkəsi. Çanın şəraiti Sun Yatseninkindən fərqli idi. Birincisi, Yaponiyanın təhlükəsi ilə üz-üzə gəldikdə milli birliyin bəzi ölçülərinə nail olunmuşdu. İkincisi isə, millətçilər artıq kommunistlərlə ittifaqda deyildilər. Çan Kayşiyə görə Çinin bədbəxtlikləri qeyri-bərabər m... | ANL |
Keçib gedən hər şey... İstedadlı nasir, kinossenarist Əli Qafarovun xatirəsinə. Bizim, böyük qardaş və kiçik bacı kimi aramızda xüsusi yaxınlıq olmayıb. Bununla belə, möhkəm əminəm ki, məhz Alik hansı mistik yollasa məni ədəbi yaradıcılıqla məşğul olmağa, özünün büsbütün sadiq olduğu Sözə xidmətə təşviq etmişdir. Əli Q... | ANL |
Rənglərlə “yazılan” mətnlərin sehri... Gərgin iş gününün yorğunluğundan sonra-çiskiniylə sifəti xəfifcə qırmanclayan bir payız axşamında ruhi dinclik tapmaq arzusuyla özümü Müasir İncəsənət Muzeyində gördüm. Təsadüfi səfər deyildi: “Azərbaycanın tanınmış rəssamı, Rusiya İmperator Akademiyasının Fəxri Akademiki, təsviri... | ANL |
Möhkəm dayan. Şair qəlbli... Hansısa adamın haqqında yazmağa başlayanda ilk olaraq onun doğum günü, yəni doğulduğu günü, ayı, ili, tanıtım məqsədi ilə oxucuya təqdim edilirlər. Sadəcə, atası Muradxan Cahangirov onun doğum tarixini dəyişib. Niyəsin soruşmayın, çünki deməyəcəm. Doğum günü ilə talehini yazan, böyük məktəb... | ANL |
Allah, bu dünyanı necə yaratdın, Ömrün yarısında yarımcan qaldım. Yaşamaq beləmi matah oldu ki, Öz ciyərparəmdən ciyər pay aldım. Bəhruz. Çağdaş inkişaf etmiş dünya tibbinin zirvəsi sayılan orqan nəqli, özəlliklə canlı qaraciyər və böyrək köçürülməsi (transferi) sahəsində sizin qazandığınız böyük uğurlar dünyada tanını... | ANL |
Rusiya şərqşünaslığında Azərbaycan məktəbi (XIX əsrin birinci yarısı). Tarix göstərir ki, inkişaf etmiş intellektə malik insanlar dünyanın hansı ölkəsində və hansı vəziyyətdə çalışmalarından asılı olmayaraq, öz biliklərini reallaşdırmağa imkan tapır və öz missiyalarını yerinə yetirirlər. Əslində qəbul olunmuş bəzi qayd... | ANL |
Qarğa qarıltısı çöldən qarışır, Otaqda sükuta dolur, gömülür. Üstünə zərifcə çəkilən pərdə. Yenə əzəlkidir, baxışın, səsin, Yenə əzəlkidir kətan saçların. Keçir gün şüası şüşədən, qalır. SON GÖRÜŞ NƏĞMƏSİ. Necə də üşütmə tutmuşdu, fəqət, Çəkib aparırdı ayağım məni, Özümdə deyildim, çaşqındım əlbət, Sağ ələ geymişdim so... | ANL |
Sevdiyim və məni sevən bütün dostlarıma ithaf edirəm. Aydını mənə doğmalaşdıran bir amil də bəlkə onun həm də Leriklə bağlılığıdır. Bir vaxtlar Lerik rayonunda təhsil şöbəsinə başçılıq etmiş Gülağa Rüstəmovdan, yerli rayon qəzetinin redaktoru olmuş Həmzə Vəliməmmədovdan, dəfələrlə evində qonaq qaldığı Abdulhüseyn kişid... | ANL |
Əlibaba Abdullayevin 100 illiyi qeyd olunacaq. Noyabrın 12-də Bakı Xoreoqrafiya Akademiyasında peşəkar rəqqas, Xalq artisti Əlibaba Abdullayevin 100 illik yubileyinə həsr olunmuş elmi-praktiki seminar keçiriləcək. Seminarda Bakı Xoreoqrafiya Akademiyasının rektoru, professor Timurçin Əfəndiyev, milli rəqslər kafedrasın... | ANL |
Bakı şəhər xalq teatrlarının festivalı keçirilir. Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə hər il ənənəvi olaraq Bakı şəhər xalq teatrlarının festivalı gerçəkləşir. Builki festival Mərdəkan xalq teatrının 95 illik yubileyinə həsr olunub. Noyabrın 10-dək davam edəcək festival xalq yaradıcılığının inkişafı, məd... | ANL |
Tarixi və Tarixi-coğrafiyası” təqdim edilib. Kitabevim.az mağazasında professor Qafar Cəbiyevin “Elm və Təhsil” nəşriyyatinda çapdan çıxan “Girdiman. Tarixi və Tarixi-coğrafiyası” kitabının təqdimat mərasimi olub. MİRAS İctimai Birliyindən verilən məlumata görə, kitabda erkən orta əsrlərdə Albaniyanın iqtisadi, siyasi,... | ANL |
“Fusion Doll” III Bakı Beynəlxalq kukla biennalesi yeddi ölkədən rəssamları bir araya gətirib. Belə ki, sərgidə Rusiya, Ukrayna, Belarus, Estoniya, Yaponiya, Latviya və Azərbaycandan olan peşəkar və həvəskar kuklaçı rəssamların 50-dək əl işləri nümayiş olunur. Mədəniyyət və Turizm Nazirliyin təşkilatçılığı keçirilən bi... | ANL |
“Azərbaycan multikulturalizminə səyahət” - inandırmaq və həyat tərzi ilə əsaslandırmaq. Multikulturalizm həyat tərzimizdir. Bəzən həqiqəti və həyat tərzini sadəcə deməklə iş bitmir, qarşındakını səmimiliyinə inandırmaq üçün hərdən bunları əyani nümayiş etdirmək lazım gəlir. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin y... | ANL |
Beynəlxalq simpoziumda “Kitabi-Dədə Qorqud” müzakirəsi. Ötən gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Kitabxanasında “Kitabi-Dədə Qorqud” abidəsinin elm aləminə məlum olmasının 200 illiyinə həsr olunmuş “Epos və Etnos” adlı beynəlxalq simpozium keçirilib. Simpozium Azərbaycan Respublikası Prezidenti ya... | ANL |
Azərbaycan-Polşa əlaqələrinin təşəkkülü, formalaşması. POLŞA RESPUBLİKASININ MÜSTƏQİLLİYİ GÜNÜ MÜNASİBƏTİ İLƏ. Azərbaycanın görkəmli dövlət xadimi, Azərbaycan Milli Qurtuluş Hərəkatının ideoloqu M.Ə.Rəsulzadə Azərbaycan-Polşa əlaqələrinin üç başlıca səbəbini göstərirdi: "Azərbaycanın Qafqaz xalqları ailəsinə mənsubluğu... | ANL |
Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə Naftalanda infotur. Noyabrın 7-də Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının və "Naftalan Hotel by Rixos" Sağlamlıq və İstirahət Mərkəzinin təşkilatçılığı ilə Naftalan şəhərində infotur həyata keçirilib. Son... | ANL |
Bakıda “Tarixin etüdləri sərgilənir “. Noyabrın 10-da Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının muzey-sərgi kompleksində akademiyanın müəllimi Sabir Hüseynovun “Tarixin etüdləri” adlı rəsm sərgisi açılıb. Nümayiş olunan əsərlər sırasında mənzərə, natürmort, kompozisiya, portret janrları yer alıb. Sərgi bir həftə davam... | ANL |
Azərbaycan Dövlət “Yuğ” Teatrının səhnəsində gürcü yazıçısı Gela Dumbadzenin “Məhşər günü” pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirilib. Teatrın direktoru Tərlan Rəsulov AZƏRTAC-a bildirib ki, səhnə əsəri baş rejissor Gümrah Ömərin quruluşunda təqdim olunub. Azərbaycan dilinə Nəriman Əliyev tərəf... | ANL |
"Sonsuz dəhliz" filmi Milan festivalının mükafatına layiq görüldü. Müstəqil litvalı rejissor Aleksandras Brokasın rejissoru olduğu “Endless Corridor” (Sonsuz dəhliz) sənədli filmi ötən həftə 2015-ci il Milan Beynəlxalq Film Festivalında “Ən yaxşı montaj olunmuş sənədli film” nominasiyasında mükafata layiq görülüb. Avro... | ANL |
"Ədəbiyyatın dostları"nın ilk görüşü. AZƏRBAYCAN YAZIÇILAR BİRLİYİNDƏ GƏNCLƏRİN İŞTİRAKI İLƏ YENİ YARADICILIQ KLUBU FƏALİYYƏTƏ BAŞLADI. Həftənin şənbə günü, adətən, Azərbaycan Yazıçılar Birliyində tədbirlər keçirilmir. Ötən həftə isə Xalq yazıçısı Anar və Xalq şairi Fikrət Qocanı AYB-nin Natəvan klubunda gördük. Onları... | ANL |
Şairliklə insanlığın həmişəyaşar vəhdəti. ABBASAĞA AZƏRTÜRKÜN 80 İLLİYİNƏ. Həvəslə işə başlamışdım. İş gününün qızğın vaxtında qapım döyüldü. Redaksiyanın sürücüsü Əlifağa yol boyu şeirlərinizi əzbər deyib, mən də məmnuniyyətlə qulaq asmışam. Qasım bəy Zakirə nəzirəniz xüsusilə xoşuma gəlib... Doğrusu neçə vaxtdır, yol... | ANL |
Sərhəd tanımayan Cəfər Cabbarlı şöhrəti. Görkəmli Azərbaycan dramaturqu, şairi və nasiri Cəfər Cabbarlının adı gürcü xalqına və ədəbi ictimaiyyətinə hələ XX əsrin əvvəllərindən tanış idi. 1920-ci illərdən Gürcüstanda da yeni cəmiyyət qurulurdu və gürcü xalqı Azərbaycanın ictimai həyatına, mədəniyyətinə böyük maraq göst... | ANL |
Azərbaycanın orta əsrlər tarixinə dair yeni tədqiqat. Şərqşünas alim, tarix elmləri doktoru Nərgiz Əliyevanın yenicə çapdan çıxmış "Azərbaycanın elmi-mədəni mühitinin öyrənilməsində ərəbdilli ədəbiyyatın rolu (XI-XIII əsrlər)" monoqrafiyası Azərbaycan tarixşünaslığında az toxunulmuş sahə olan orta əsrlər Azərbaycan şəh... | ANL |
Professor Nərgiz Paşayeva Oksford Universitetinin universitetin Şərqşünaslıq İnstitutunun müdiri, professor Mark Smitlə görüşüb. Oksford Universitetinin Nizami Gəncəvi elmi Mərkəzinin Azərbaycan tərəfindən rəhbəri professor Nərgiz Paşayeva universitetin Şərqşünaslıq İnstitutunun yeni təyin olunmuş müdiri professor Mark... | ANL |
Qafqaz Albaniyasına səyahət öyrənilməmiş səhifələrin izi ilə. Tarix - bizə kimliyimizi tanıdan, dövlətçilik ənənələrimizi yaşadan, tolerantlığımıza şahid olan əsrlərin daş yaddaşı. Tarix – soy kökümüzü qoruyan sirr pərdəsi. O sirləri açmaq, dərin araşdırmalar süzgəcindən keçirmək, oyadaraq gələcək nəsillərə ötürmək müq... | ANL |
Almatıda Bəxtiyar Vahabzadənin 90 illik yubileyi qeyd olundu. Noyabrın 10-da Qazaxıstanın Almatı şəhərində TÜRKSOY və Azərbaycanın Qazaxıstandakı səfirliyinin təşkilatçılığı ilə xalq şairi Bəxtiyar Vahabzadənin 90 illik yubileyi qeyd olunub. Mədəniyyət və Turizm Nazirliyindən 525.az-a verilən məlumata görə, tədbir çərç... | ANL |
"Müasir kinematoqrafda rəssam işi" tədris olunacaq. Bu gün - noyabrın 12-də C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında beynəlxalq kino industriyasında böyük nüfuza malik, Britaniya İncəsənət və Dizayn Ali Məktəbinin kuratoru, həmyerlimiz Əddis Hacıyevin "Müasir kinematoqrafda rəssam işi" mövzusunda mühazirələrə... | ANL |
Azərbaycan cazı Parisdə. Paris Xarici Mədəniyyət İnstitutları Forumunun 14-cü "Jazzycolors" festivalı çərçivəsində Azərbaycanın Fransadakı səfirliyinin Mədəniyyət Mərkəzində caz musiqisindən ibarət konsert təşkil olunub. Fransadakı səfirimiz Elçin Əmirbəyov konsertdən əvvəl çıxış edərək Azərbaycanda caz musiqisinin yar... | ANL |
Milli Dram Teatrının direktoru Yaponiya səfiri ilə görüşüb. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takahaşi ilə görüşüb. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, görüşdə teatr sahəsində gələcək əməkdaşlıq haqqında fikir mübadiləsi a... | ANL |
"Göygöl" ansamblı Beynəlxalq Muğam Mərkəzində konsert verib. Beynəlxalq Muğam Mərkəzində Xan Şuşinski Fondunun dəstəyi və təşkilatçılığı ilə Gəncənin "Göygöl" mahnı və rəqs ansamblı geniş konsert proqramı ilə çıxış edib. Beynəlxalq Muğam Mərkəzindən bildirilib ki, konsert Xalq artisti, tarzən Fikrət Verdiyevin bədii rə... | ANL |
"Ədəbiyyatımızın vicdanı" - Məmməd Arif Dadaşzadə haqqında dəyərli nəşr. Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) görkəmli ədəbiyyatşünas alim, akademik Məmməd Arif Dadaşzadənin anadan olmasının 110 illiyinə həsr olunmuş "Ədəbiyyatımızın vicdanı. Məmməd Arif Dadaşzadə. Məqalələr. Xatirələr. Məktublar" kitabı çap o... | ANL |
Keçmişə boylanmaq ehtiyacı. Əziz qardaşım Əli! Sənin "Azərbaycan" jurnalının oktyabr nömrəsində çap etdirdiyin "Ağdamda nəyim qaldı?" avtobioqrafik romanını, demək olar, birnəfəsə oxudum. Etiraf edim ki, burada "oxudum" ibarəsi, sənin romanını oxuduğum anlardakı ovqatımı heç də özündə tam əks etdirmir. Sənin səmimi, öz... | ANL |
Azərbaycanın dövlətçilik və mədəniyyət tarixində Lənkəranın yeri və rolu. Azərbaycanın ən gözəl, dilbər guşələrindən biri olan Lənkəran bölgəsinin tarixi çox qədimdir. Lənkəran bölgəsi ayrı-ayrı dövrlərdə müxtəlif Azərbaycan dövlətlərinin - Manna, Atropatena, Sacilər, Salarilər, Atabəylər, Qaraqoyunlu, Ağqoyunlu və Səf... | ANL |
"Dünya ölkələri Azərbaycandakı tolerantlığın onlarda olmasını arzulayırlar". "Radikal-ekstremist qüvvələrin əsas məqsədi iğtişaşlar yaratmaq,dövlətçiliyin dağılması, məhv olması istiqamətində fəaliyyət göstərməkdir. Onlar bu fəaliyyətlərini həyata keçirmək üçün özlərinə yuva salıb, meydan yaradıb, nəzarətsiz yerlər tap... | ANL |
Azərbaycan İstanbul kitab sərgisində uğurla təmsil olunub. Mədəniyyət və Turizm Nazirliyindən CBC-yə daxil olan məlumata görə, sərgidə Azərbaycan uğurla təmsil olunub. Tərtibatı və mövzu zənginliyi ilə fərqlənən milli stendimiz ilk gündən kitabsevərlərin ən çox üz tutduqları məkanlardan birinə çevrilib. Azərbaycan guşə... | ANL |
Bu dünyada yaşamaqdan doymadım, Bu həyatın fəlsəfəsi Vətəndir. Əyilmədim, saxtalığa uymadım, Ömrün-günün xoş nəğməsi Vətəndir. Məddahlığa, yaltaqlığa üzüm yox, Ürəyimin hər kəlməsi Vətəndir. Vətən ana, mən vətənə bağlıyam, Dərdim çoxdur,qəlbi çarpaz dağlıyam, Odlar yurdu - Azərbaycan oğluyam, Od yurdumun pərvanəsi Vətə... | ANL |
Dağ çayının uğultusu, yaxud sözün nəfəsi. Onlardan biri də indi Azərbaycanın tanınmış yazıçısı və tərcüməçisinə çevrilmiş yazıçı Saday Budaqlıydı. O vaxtlar Saday Budaqlı kimi gənc yazıçıların imzası hesab edirəm ki, möhürlü imzalardı. Çünki o imzaların altında çox-çox böyük şəxslər imza qoyub, qol çəkib, öz möhürlərin... | ANL |
Azərbaycanın dövlətçilik və mədəniyyət tarixində Lənkəranın yeri və rolu. Lənkəran həm də tarixi dini-memarlıq abidələri ilə zəngin rayonlarımızdandır. Buradakı Bəlləbur qalası orta əsr memarlığının nümunəsidir. Abidənin tarixi VIII-IX əsrlərə söykənir. Qalanın qalıqları Lənkəran şəhərindən 9 km aralı Bəlləbur kəndi ya... | ANL |
"Azərbaycan xalçaçılığı keçmişdən gələcəyə" mövzusunda müsabiqənin nəticələri açıqlanıb. Noyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və "Azər-İlmə" Xalçaçılıq Mərkəzinin "Azərbaycan xalçaçılığı: keçmişdən gələcəyə" mövzusunda keçirdiklər... | ANL |
Unudulmaz Qulam Məmmədli: İnsan-Ensiklopediya. Qulam Məmmədli XX əsr Azərbaycan mədəniyyəti tarixində ən unudulmaz adlardan biri, teatr və mətbuat tariximizin yorulmaz tədqiqatçısı, tanınmış mətnşünas, ensiklopedik bilik və yaddaş sahibi (1897-1994). Ömrünün son günlərini, aylarını dünya işığına həsrət yaşadı. Amma tər... | ANL |
Şeir gəzirəm. Məni tərpədəcək şeir gəzirəm. Kələ-kötür olsun, sığalsız olsun, Tüküm ürpədəcək, şeir gəzirəm. Qopan qayalardan səs çəkdi məni, Duman çəkdi məni, sis çəkdi məni, Qədər-qiymətinə tərs çəkdi məni, Təzə-tər bitəcək şeir gəzirəm. Qitədən-qitəyə oyuna düşdük, Zalımın oxuna, yayına düşdük, Yetmədi, tək canın, h... | ANL |
Göyçək Fatma. Mən Göyçək Fatmayam, düşüb başmağım. Sizin küçənizin o tərəfinə. Bir sevgi nəğməsi zümzümə etdin, Düşdü həyatının qu tərəfinə. İlk və son nəğməni dilə gətirdin, Amma bir dinləyən olmadı onu. Mənimçün ölərək düşdü tarixə- O boyda ömrünün tək bircə anı. Mən Göyçək Fatmayam, itən başmağım, Getdi şahzadənin ə... | ANL |
Ümiddən qabaq ölmək. Yenə də adəti üzrə paltarını geyindi, qalstukunu taxdı, şlyapasını qoydu. Məktəbdə ilk zəng vurulanda çölə çıxdı. Məktəblə evlərinin arasında bir çəpər vardı. Arvadı əlində süd badyası içəri girdi, ərini geyincəkli görəndə çaşdı: -Hara gedirsən? - ötkəmliklə soruşdu. -Dünən səni işdən çıxarmadılar!... | ANL |
Dünya sözə qalacaq. Poeziya, şeir yaradıcılığı yaxşı şeirin özü qədər sirli-sehirli bir aləmdir. Poetik yaradıcılığın özünəməxsusluq faktını dərk etdikcə adam daha çox inanır ki, şairlik birbaşa Allah vergisidir və qəlblərə, duyğulara təsir gücünə malik poeziyanın müəllifi qəti olaraq istedadla birgə doğulur. Deməli, ə... | ANL |
Çin - qədim sivilizasiya və müasir möcüzələr ölkəsi. Tayvanda millətçi hökumət və Böyük Sıçrayış. İkinci Dünya müharibəsi başa çatdıqdan sonra bir-birinin yanında iki Çin dövləti mövcud idi. Çan Kayşinin Millətçi hökuməti cənubi və mərkəzi Çində olmaqla, amerikanlar tərəfindən dəstəklənirdi. Mao Tszedunun başçılıq etdi... | ANL |
Azərbaycanlılar tolerant olanda o söz leksikonumuzda yox idi. Biz azərbaycanlılar gözümüzü dünyaya açandan bəzi başqa xalqlara qarşı səmimi davranmışıq, mehriban yaşamışıq, qonşu, qohum olmuşuq. O qədər qaynayıb-qarışmışıq ki, adətlərini adətimiz bilib, bayramlarını birgə keçirib, yaslarında yas tutmuşuq. Azərbaycanın ... | ANL |
Akademik Bəkir Nəbiyev, yaxud mütəvaze böyüklük. ...Bakının möhtəşəm “Gülüstan” sarayında akademik Bəkir Nəbiyevin yetmiş illik yubileyi keçirilirdi. Qonaqlara özünəməxsus səmimiyyətlə, daxildən gələn hərarətlə xoş gəldin edəndən sonra yubiley məclisini aparmağı kürəkəni, görkəmli iqtisadçı, professor Nazim İmanova həv... | ANL |
Xalq artisti Fidan Hacıyeva Gülçöhrə rolunda. Noyabrın 28-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasının nümayişi olacaq. Tamaşada ilk dəfə baş rolu - Gülçöhrə obrazını Xalq artisti Fidan Hacıyeva ifa edəcək. Bu münasibətlə Beynəlxalq Mətbuat Mərkəzində keçiril... | ANL |
Milli Dram Teatrı yeni tamaşasını təqdim etdi. Mədəniyyət və Turizm Nazirliyindən 525.az-a verilən məlumata görə, Qriqori Qorinin eyniadlı əsəri əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadədir. Səhnə əsərində əməkdar artistlər Elşən Rüstəmov, Sabir Məmmədov, Ayşad Məmm... | ANL |
Tbilisidə azərbaycanlı rəssamın “Quşlar üçün viza”sı sərgilənir. Tbilisidəki TBC İncəsənət Qalereyasında Azərbaycanın Əməkdar rəssamı Əliyar Əlimirzəyevin rəsm əsərlərindən ibarət “Quşlar üçün viza” adlı sərgi açılıb. Sərgidə rəssamın qrafik işləri ilə yanaşı, heykəltəraşlıq nümunələri də təqdim olunur. TBC qalereyasın... | ANL |
Azərbaycan nəsrində Əli İldırımoğlu mərhələsi. Bəlkə elə ona görə insan ömrü boyu özünü əbədiləşdirmək barədə düşünür? Bəlkə bu, eləcə dünyanın faniliyinə bir üsyan, faniliyi yenmək, faniliyə qalib gəlmək, faniliyi fani etmək arzusudur?.. Buna görə də insan daim düşünür, daşınır, yollar arayır, hissi-emosional, əqli-in... | ANL |
Müasirləri Əli İldırımoğlu haqqında. “Əli İldırımoğlunun yaradıcılığını, onun qəzet səhifələrindəki çıxışlarını maraqla izləyirəm. Bu müəllifin yazılarında məni ən çox qane edən cəhət təsvir etdiyi hadisələrin, lövhələrin mərkəzində duran canlı həyatdır, səfərbərlik duyğusudur”. Mirzə İbrahimov. Xalq yazıçısı. “Əli İld... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.