text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Hörmətli Əli müəllim! Sizi, müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini, istedadlı yazıçı və böyük söz ustasını yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, can sağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq. Siz əlinizə qələm aldığınız gündən Azərbaycan həqiqətlərini böyük şövq ...
ANL
Yaşamaq və yaşatmaq. Əli İldırımoğlunun səksən səkkiz yaşı tamam olur. Bu adın qarşısına çox epitetlər yazmaq olar; məşhur jurnalist, görkəmli yazıçı, el ağsaqqalı və s... Amma məğrur, qocaman bir palıdın, üstünə qonan bərbəzəkli quşlara ehtiyacı olmadığı kimi, bu adın da heç bir bərbəzəyə ehtiyacı yoxdu. Amma Azərbayc...
ANL
Xalq yazıçısı Elçindən yeni roman. Təxminən iki əsr əvvəl Qafqazda baş vermiş mühüm tarixi hadisələrdən bəhs edən əsərdə nələrin şahidi olacaqsınız? - Hüseynqulu xan Bakı ağsaqqallarını, bəylərini, axundlarını Məşvərət otağına hansı mühüm qərarın müzakirəsi üçün toplamışdı? - Hüseynqulu xanın bacısı oğlu Mahmud bəy məş...
ANL
Dəyişməzlik. Mən ilk dəfə Abidlə az qala otuz il bundan əvvəl - hər şey vaxta baxsa da, vaxt heç nəyə baxmır - 1987-ci ildə tanış olmuşam, elə həmin vaxtdan etibarən də bir yerdə işləmişik və bütün bu dövr ərzində Abidin gənc bir jurnalistdən elmlər doktorunacan, “Odlar yurdu” qəzetinin baş müxbirindən əsl vətəndaş qay...
ANL
Hərə öz imzasının arxasındadır. Çünki qəzetin ümumi prinsipləri var. Sadəcə redaksiyanın işçiləriylə iş prosesində bəzi dəyişikliklər ola bilər. Deyək ki, Aqil Abbasın hansısa sahəyə sərt baxışı var, İradə Tuncayın başqa bir sahəyə sərt baxışı ola bilər. Ümumilikdə, prinsiplər eynidirsə, elə bir kəskin fərq olmaz. - İr...
ANL
Milli Kitabxanada treninqlər davam edir. Kitabxanalarda yeni avtomatlaşdırılmış kitabxana sistemi olan ALISA proqramının tətbiqi ilə bağlı M. F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında mütəmadi olaraq təşkil edilən 10 günlük treninqlər davam edir. Treninqə Qubadlı, Cəbrayıl, Samux, Qazax, Naftalan, Goranboy rayo...
ANL
Londonda Fərhad Bədəlbəylinin konserti olub. Azərbaycanın görkəmli pianoçusu, Xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli Londonda “Müqəddəs James” kilsəsində daha bir uğurlu konsert proqramı ilə çıxış edib. “Cancer research” xeyriyyə təşkilatına yardım məqsədilə təşkil edi...
ANL
Xoreoqrafiya Akademiyasında Əlibaba Abdullayevin 100 illiyi qeyd olundu. Bakı Xoreoqrafiya Akademiyasında (BXA) peşəkar rəqqas, Xalq artisti Əlibaba Abdullayevin 100 illik yubileyinə həsr olunmuş “Ustad sənətkar” adlı elmi-praktiki seminar keçirilib. Bu ali təhsil müəssisəsinin elm və yaradıcılıq işləri üzrə prorektoru...
ANL
Dünyaya universal töhfə: Azərbaycan tolerantlığı. BMT Baş Assambleyasının 1996-cı il qərarına əsasən quruma üzv ölkələrə hər il noyabrın 16-da Beynəlxalq tolerantlıq günü kimi qeyd etmək və bununla bağlı təhsil müəssisələrində, eləcə də geniş ictimaiyyət arasında müvafiq tədbirlər keçirmək tövsiyə olunub. Məhz bu tövsi...
ANL
Düsen Kaseinov:“Mübahisə ilə yox, mədəni layihələr, qarşılıqlı fəaliyyətlə iş görmək lazımdır”. TÜRKSOY təşkilatı son bir neçə ayda ortaq türk mədəniyyətinin tanıdılması və təbliği istiqamətində maraqlı layihələr gerçəkləşdirib. Müsahibimiz qurumun baş katibi Düsen Kaseinov bu layihələr, gələcək planlar barədə daha ətr...
ANL
Yazıçıların uğurlarının qarantı isə yaşantılarını, fikirlərini, düşüncələrini, ideyalarını- beləliklə, özünü daşıyıcısı olduğu dilin hansı qatında ifadə etməsinə bağlıdır. Yazıçının həyatının, özünün və iç dünyasının nə dərəcədə maraqlı olmasından asılı olmayaraq oxucu onun yazdıqlarında özündən bir nişanə görmürsə, öz...
ANL
Mədəniyyət və incəsənət xadimlərinə mükafatlar təqdim olunub. Noyabrın 16-da Muzey Mərkəzində Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə təltif olunmuş mədəniyyət və incəsənət xadimlərinə mükafatların təqdim olunması mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, mərasimdə çıxış edən mədəniyyət və turi...
ANL
Müasir İncəsənət Muzeyində Aida Mahmudovanın "Elysium"u sərgilənir. Müasir İncəsənət Muzeyində istedadlı gənc rəssam Aida Mahmudovanın "Elysium" adlı fərdi sərgisi açılıb. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, görkəmli elm, incəsənət və mədəniyyət xadimləri, diplomatik korpusu...
ANL
Kürdəmirdə Seyid Əzim Şirvaninin 180 illik yubileyi qeyd olunub. Kürdəmir rayon İcra Hakimiyyəti və AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran Regional Şöbəsi rayonun Atakişili kənd orta məktəbində klassik Şərq poeziyasının böyük nümayəndəsi, XIX əsr maarifçilik ideyalarının ən böyük təbliğatç...
ANL
Azərbaycanın dövlətçilik və mədəniyyət tarixində Lənkəranın yeri və rolu. Lənkəranın gözəl memarlıq abidələrindən biri də Mir Əhməd xanın yaşayış evidir. Milli memarlıq elementlərindən bacarıqla istifadə olunub. Onun fasadları əlvan naxışlarla zəngindir. Bina tikilərkən bir çox inşaat materialları Lənkərana Fransadan v...
ANL
Son illərdə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun maddi-texniki bazası, elmi potensialı əsaslı şəkildə yenilənib. Çoxcildlik ədəbiyyat tarixinin müxtəlif cildləri üzərində ciddi iş gedir, şöbələr yenidən komplektləşdirilir. İnstitutun "Poetika, izm" jurnalının bir neçə nömrəsi nəşr olunub. Jurnal elmi-nəzəri səv...
ANL
Uşaqların "Çiçəklər"i Tarix Muzeyində. Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarixi Muzeyində "Çiçəklər" uşaq rəsmləri sərgisinin açılışı olub. Bilik Fondunun və muzeyin birgə təşkilatçılığı ilə reallaşan sərgidə Dövlət Uşaq Filarmoniyası və Hövsan Mədəniyyət evinin rəsm dərnəyinin üzvləri olan 16 gənc rə...
ANL
İsrafil İsrafilov Avstriya səfiri ilə bir arada. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru professor İsrafil İsrafilovun Avstriyanın ölkəmizdəki səfiri Aksel Vexlə görüşü olub. Görüşdə iki ölkənin teatrları arasındakı əlaqələr müzakirə olunub, gələcək əməkdaşlıqla bağlı danışıqlar aparılıb. Teatrın dire...
ANL
Əjdər Olla Neftçalada görüş keçirildi. Noyabrın 14-də Neftçala rayonunda Heydər Əliyev Mərkəzində şair, yazıçı, publisist, dramaturq Əjdər Olla rayon sakinlərinin görüşü olub. Görüşdən əvvəl Bakıdan gələn qonaqlar və rayon ictimaiyyəti Heydər Əliyevin xatirəsini yad edib, heykəlinin önünə gül dəstələri qoyublar. Görüşü...
ANL
Azərbaycanın dövlətçilik və mədəniyyət tarixində Lənkəranın yeri və rolu. Lənkərandakı Seyid Xəlifə türbəsi XIX əsrin yadigarıdır, Cil kəndində yerləşir. El arasında bu türbəyə "Sexəlifə" deyilir. Baş daşlarındakı təsvirlərdə əl, ayaq izləri, ox, qılınc, nizə, əmud və başqa silah növlərinin təsviri olan daş parçalar di...
ANL
Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolu. ELÇİN ƏHMƏDOV: "BEYNƏLXALQ BİRLİK MÜXTƏLİF COĞRAFİYALARDA BAŞ VERƏN OXŞAR HADİSƏLƏRİ FƏRQLİ PRİZMALARDAN YANAŞMAĞA. Türkiyənin Antalya şəhərində keçirilən "Böyük İyirmilik" (G20) dövlətlərinin Sammitində Azərbaycanın iştirakı, Prezident İlham Əliyevin ali tr...
ANL
Bədii sənət məbədi elmi müstəvidə. "Ağaclar çoxdur, lakin hamısı meyvə vermir. Meyvələr də çoxdur, lakin hamısı dadlı deyil. Elmlə ünsiyyətin əsas vahidi təcrübi-praktik təzahürlərdir. Elm təkcə beynəlxalq müstəvidə deyil, sanbalı ilə örnək göstərilən elmi dərgilərdə də müxtəlif zəminləri, modernçi aspektləri ilə təzah...
ANL
Jurnalist peşəsi mətndən başlanır. Oxudum, həm də ona görə ki, Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin tələbələri tərəfindən hələ 1966-cı ildə bünövrəsi qoyulan bu qəzet məndə xatirələr duyğusu yaratdı. Əvvəlcə özümün tələbəlik illərim yadıma düşdü, sonra o qəzetdə bizim ilk yazılarımızı redaktə edib səhifəl...
ANL
Tolerantlıq günü ilə bağlı tədbir keçirildi. “Azərbaycanda tolerantlıq və multikulturalizm dövlət siyasətinin ayrılmaz hissəsidir” mövzusunda seminar-treninq keçirilib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən (DQİDK) 525.az-a verilən məlumata görə, dünən komitənin Masallı bölgəsi üzrə şöbəsi və Masallı Rayon İcra H...
ANL
Yunus Oğuzun "Şah arvadı və cadugər"i Daşkənddə təqdim olunub. Azərbaycanın Özbəkistandakı səfirliyi və bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü ilə Əlişir Nəvai adına Milli Kitabxanada yazıçı-publisist, türkoloq alim, tarixi romanlar müəllifi Yunus Oğuzun Daşkənddə özb...
ANL
Xalq yazıçısı Elçindən yeni möhtəşəm roman. Təxminən iki əsr əvvəl Qafqazda baş vermiş mühüm tarixi hadisələrdən bəhs edən əsərdə nələrin şahidi olacaqsınız? - Hüseynqulu xan Bakı ağsaqqallarını, bəylərini, axundlarını Məşvərət otağına hansı mühüm qərarın müzakirəsi üçün toplamışdı? - Hüseynqulu xanın bacısı oğlu Mahmu...
ANL
Ruh düzündə intihar. Dünyamızda 11 gün qonaq olmuş Fatimə adlı bir qızcığazın əziz xatirəsinə ithaf edirəm. Mən ölüm içmə, çərənləyirsən. Ümumiyyətlə yaşaya bilmirsən. Ə, bir başını qaldır bədirlənmiş aya bax, ayın əksini arxda görüb özünü suya vuran aysevdalısı qurbağaya bax. - Olmaya arvaddan başqa gəzdiyin var? Mən ...
ANL
Müəllim və müəllimliin də qəribə taleyi var. Bəzən müəllim təkcə öz taleyini deyil, haçansa orta məktəbin sinif otaqlarında, universitetin tələbə auditoriyalarında dərs dediyi şagirdlərin, tələbələrin də taleyini yaşayır-pisinin də, yaxşısının da. Amma deyəsən, pislər çox yadda qalmır. Müəllimin hansısa şagirdi, tələbə...
ANL
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında "Muğamatım bir dəryadır" musiqi təlimi keçirilib. Prezident yanında Gənclər Fondunun dəstəyi və Bakı Musiqi Akademiyasının təşkilatçılığı ilə baş tutan təlim üç gün davam edib. Layihənin rəhbəri İlahə Qismətin bildirdiyinə görə, təlimin əsas məqsədi gənc ifaçılara və bu...
ANL
Amerikanın məşhur caz ifaçısı İncəsənət Muzeyində. Amerikanın görkəmli caz ifaçısı Qabriel Stravelli Milli İncəsənət Muzeyində geniş konsert proqramı ilə çıxış edib. Konsertdə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta ilə yanaşı, bir sıra xarici diplomatik korpusun nümayəndələri də iştirak edib. Konsert öncəsi qeyd ol...
ANL
Moskvada azərbaycanlı general haqqında sənədli filmin təqdimatı olub. Moskvadakı "Baku" kinoteatrında görkəmli Sovet alim-mühəndisi, general Kərim Kərimova həsr edilmiş "Ucalıq" sənədli filminin təqdimatı olub. Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu filmin rejissoru Vasif Babayevi təqdimat münasibətilə təbrik ...
ANL
Türkiyəli yazarın Qarabağ müharibəsi ilə bağlı kitabı Bakıda təqdim edildi. Kitabevim.az kitab mağazasında türkiyəli yazar Osman Qazi Kandemirin "Qərənfil" romanının təqdimatı və imza günü keçirilib. “Miras” İctimai Birliyindən bildirilib ki, "Qərənfil" müəllifin ilk romanıdır, Qarabağ müharibəsi zamanı baş verən hadis...
ANL
YAY Qalereyasında "Yeganə pələngin mənəm". Noyabrın 19-da YAY Qalereyası gənc rəssam Fərhad Fərzəliyev "Yeganə pələngin mənəm" adlı ilk fərdi sərgisini təqdim edəcək. Fərhad Fərzəliyev 2010-cu ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasını bitirib. 2015-ci ildə Rusiyanın Perm şəhərindəki PERMM muzeyində Azərbaycan müas...
ANL
Ötən gün Milli İncəsənət Muzeyində "Muzeylərdə, tarixi obyektlərdə və mədəniyyət mərkəzlərində XXI əsrin kuratorluğu" mövzusunun müzakirəsinə həsr olunmuş seminar keçirilib. "Muzey işinin təşkili və idarəedilməsində innovasiyalar" mövzusunda olan seminar ABŞ-ın Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə reallaşıb. Semin...
ANL
Azərbaycan ərəbşünaslıq elminin dəyərli nümayəndəsi. Bu il AMEA Nizami adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi filologiya elmləri doktoru, professor Məmmədhəsən Qəmbərlinin 80 ili tamam olur. Uşaq yaşlarında Arazın o tayında baş verən siyasi hadisələrə görə ailəsi ilə birlikdə Arazın bu tayına mühacirət edərək, Şə...
ANL
Portuqaliyada Azərbaycan multikulturalizminə böyük maraq var. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin “Azərbaycan multikulturalizmi fənninin xarici və yerli universitetlərdə tədrisi” layihəsi çərçivəsində Azərbaycan multikulturalizmi fənni 19 yerli ali təhsil məktəbləri ilə yanaşı 11 nüfuzlu xarici universitetdə tə...
ANL
Azərbaycanın ədliyyə və məhkəmə sistemi uğurla inkişaf edir. 22 noyabr Ədliyyə işçilərinin peşə bayramı günüdür. Fəxrlə demək olar ki, bu il ədliyyə və məhkəmə sistemi üçün daha əlamətdar və yaddaqalan olmuşdur. Hələ may ayında Məhkəmə-Hüquq Şurasının 10 illiyi bütün ölkə miqyasında, o cümlədən, xarici ölkələrin, nüfuz...
ANL
Əbədi yaşar sənətkar ömrü. Hər bir dövlətin, millətin özünəməxsus milli sərvəti, zəngin mənəvi xəzinəsi var. İncəsənətin ayrı-ayrı sahələri ilə məşğul olan insanlar öz millətinin, xalqının milli-mənəvi sərvətini inkişaf etdirməklə yanaşı, eyni zamanda onu dünyaya tanıdırlar. Vaxtilə böyük ingilis ədibi Vilyam Şekspir b...
ANL
Kitabxana işçilərinin müşavirəsi olub. İsmayıllı rayonu uşaq kitabxanasında mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərliyi ilə kitabxana işçilərinin Şirvan zonası üzrə müşavirəsi keçirilib. Müşavirədə Şirvan, Şamaxı, İsmayıllı, Ağsu, Qəbələ, Qobustan, Kürdəmir, Göyçay, Hacıqabul və Oğuz kitabx...
ANL
Xalq artisti Gülağa Məmmədovun 90 illiyi qeyd edilib. Müslim Maqomayev adına Dövlət Filarmoniyasında milli musiqi sənətimizin tanınmış nümayəndəsi, Xalq artisti Gülağa Məmmədovun anadan olmasının 90 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə reallaşan gecədə sən...
ANL
Milli Dram Teatrı Minskdəki Beynəlxalq Teatr Forumunda. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı Minskə qastrol səfərinə yollanıb. SİA-nın verdiyi xəbərə görə, kollektiv Belarusda keçiriləcək Gənclərin II Beynəlxalq Teatr Forumunda “İlahi oyun” tamaşası ilə iştirak edəcək. Səfər Mədəniyyət və Turizm Nazirliyinin də...
ANL
Azərbaycan UNESCO Ümumdünya İrs Komitəsinə üzv seçilib. Ümumdünya mədəni və təbii irsin qorunması üzrə Konvensiyaya üzv dövlətlərin 20-ci Baş Assambleyası UNESCO-nun 38-ci Baş Konfransı çərçivəsində noyabrın 18-dən 20-dək təşkilatın mənzil-qərargahında keçirilir. Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ...
ANL
Yusifsiz günlərin sonu. Yusifli günlər də Yusifsiz günlərdən sonra başladı. Ölümü yuxumda mənə əyan edilmişdi. Səməd Vurğun cənazənin baş tərəfindən tutmuşdu. İllah da yazıçı dostunun yarımçıq romanında son cümləsinə qoyduğu üç nöqtəni görəndə.Yoxsa Yusifin komputerində son cümləsindəki üç nöqtəni ilk dəfə məhz Anar gö...
ANL
Bəxtiyar Vahabzadə: mənim gördüyüm və mənə görünən şair kimliyi. Dediyin - yazdığın kimlik göstəricindir. Əməl ki, insan şəxsiyyətini sözdən betər "interpretasiya edər"). Şair qəlbinin, ağlının tərcümanıdır. Onun hansı arzu və ideal daşıyıcısı olduğunu lirik "mən" nişan verir. Mən burada şairlərimizi həyatda a) şeirini...
ANL
Macarıstan mətbuatında Azərbaycanla bağlı yazı dərc olunub. "İRƏLİ" İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən "Münaqişə tərəfi Azərbaycan - Həqiqətlər və Reallıqlar" layihəsi zamanı ölkəmizdə rəsmi səfərdə olan macar jurnalist Alpar Kato layihə ilə bağlı "Daily News Hungary" saytında məqalə dərc etdirib. "...
ANL
"Türk dövlətləri birliyi" kitabı haqqında düşüncələrim. Bu gün millət vəkili Cavabşir Feyziyevin “Türk Dövlətləri Birliyi Qlobal İnteqrasiyanın Avropa modeli” kitabının təqdimatı olub. Modern.az xəbər verir ki, türk dövlətlərinin birliyini təbliğ edən kitabda türk keçmişdən başlayaraq bu günədək inkişaf perspektivlərin...
ANL
“Kitabi-Dədə Qorqud” eposu haqqında mülahizələr. Oğuzların dünya, zaman, insan, dövlət, ordu, qəhrəmanlıq, ənənə və s. haqqında yazılmamış qanunlar, düşüncələr, baxışlar məcmuəsi “Kitabi-Dədə Qorqud” bitgin və sistemli bir abidədir. Görkəmli türk alimi Fuad Köprülü təsadüfi yazmırdı: “Bütün türk ədəbiyyatı tərəzinin bi...
ANL
Tələbə dostlarıma. Bir anlıq qayıdın ötən günlərə, Danışın həsrətli illərinizdən. Mən də qəribliyin daşını atım, Məni buraxmayın əllərinizdən. Ruhum pərvazlandı xoş soraq üçün, O illər geriyə dönməyir nədən? O illər necədə şirinmiş, dostlar, Unuda bilmirəm o illəri mən. Əzəldən işlərim düz gətirməyib, Qədərdən,qismətdə...
ANL
Otuz ildən sonra. Saday Budaqlının “Yolüstü söhbət” kitabına ön söz. Aradan otuz il keçib, ancaq o əl boyda kitabdan ürəyimə düşən gümüşü işıq hələ də öləziməyib. “Yazıçı” nəşriyyatında “Müəllifin ilk kitabı” seriyasından nəşr olunsa da, “Döngə” Saday Budaqlının heç də ilk kitabı deyildi; bundan bir il qabaq, yəni 1984...
ANL
Çin - qədim sivilizasiya və müasir möcüzələr ölkəsi. Çində fond birjasının uçqunu. Nailiyyətlərdən söhbət gedirsə, bu heç də o demək deyildir ki, Çin iqtisadiyyatı bütünlüklə problemlərdən xalidir və ancaq hamar yolla irəliləyir. Bu, əslində belə deyildir. Çin dünyanı bürüyən 2008-ci il böhranından kənarda qalsa da, 20...
ANL
Mənim sərçələrim. Mənim öz sərçələrim var. Vətəndaş cəmiyyətinin əsas atributlarından olan qarşılıqlı sayğılıq təbiətin bütövlüyünü və toxunulmazlığını qoruyur. Hərdən çıxıb zeytunluğu gəzirəm. Gözlərim onları axtarır. Mənim sərçələrim çox uzaqlara uçmağı sevmirlər. Eləcə zeytun xiyabanında ora-bura uçuşurlar, yağış ya...
ANL
Oğluma oyuncaq avtomat almışdım, uşağın uçmağa qanadı yox idi; gah “avtomatın” çaxmağını çəkib lüləsindən çıxan “səsli işığı” üstümüzə tuşlayır, gah divanın üstünə arxası üstə yıxılıb od saçan silahını tavana tutur, gah da “daranq! Paaaart!” deyə ağzıyla əcaib-əcaib səslər çıxarırdı. Oğlum əməlli-başlı dirilmişdi, elə ...
ANL
Yazıçı, kinodramaturq və aktyor Ercan Kesalın (1959) imzası son illər Türkiyə hüdudlarını aşaraq beynəlxalq miqyasda tanınıb. Xüsusən də, böyük rejissor Nuri Bilgə Ceylanın ali mükafatlar almış məşhur “Bir zamanlar Anadoluda”, “Üç meymun” filmlərində ssenarist və aktyor kimi iştirakı Ercan Kesala ciddi şöhrət gətirib. ...
ANL
Əgər qalsam qalmağımda bir ayrılıq olacaq, Getsəm, yarı canım burda qalacaq”. Elə Şabranda da orta məktəbi, sonra M.F.Axundov adına Azərbaycan Pedaqoji İnstitutunu (indiki Bakı Slavyan Universitetini) bitirib. Otuzdan çox ədəbi və publisistik kitabın müəllifi olmasını da nəzərə alsaq, kişi “dövlətli” adamdı. Bax, bu bi...
ANL
“Ədəbiyyatın dostları” şair Fikrət Sadıqla görüş keçirib. Ötən gün Azərbaycan Yazıçılar Birliyində “Ədəbiyyatın dostları” klubunun ikinci görüşü olub. Görüş Fikrət Sadıqın 85 illik yubileyi səbəbilə şairin yaradıcılığına həsr edilib. Tədbiri AYB sədri Xalq yazıçısı Anar açıb: “Bu gün bizim böyük şairimiz, Azərbaycan po...
ANL
Ankarada “Mahnıdan-Şarkıya” silsiləsindən konsert olub. Bəstəkarlar İttifaqı (ABİ) ilə Türkiyə Elm və Ədəbi Əsər Sahibləri Birliyi (İLESAM) tərəfindən birgə həyata keçirilən “Mahnıdan-Şarkıya” layihəsi əsasında Ankarada geniş konsert təşkil edilib. Konsertdən əvvəl Türkiyənin mədəniyyət və turizm naziri Yalçın Topçu, A...
ANL
Modern.az saytının müsahibi gənc yazıçı, dramaturq, esseist Pərvindir. Gənc Ədiblər Məktəbinin ilk məzunlarından olan Pərvin ədəbiyyatda fəallığı, “525-ci qəzet”də apardığı maraqlı layihələri ilə yadda qalıb. Bir çox mükafatlara layiq görülüb. Hazırda Yazıçılar Birliyində idarə heyətinin üzvü, Tərcümə seksiyasının və y...
ANL
Deyəsən, hərdən lap ürəkdən. Bildiyim budur ki, illər də keçsə, heç ağlımdan çıxarmadığım, çıxara bilmədiyim “o gün” Bugün olacaq. Tarix sıralamasının əhəmiyyəti yoxdur, hətta yadda saxlamasam belə, Bugün həmişə ən çox ağrı hiss etdiyim gün olacaq. Bugün hiss etdiklərimi yazmamaq üçün aylardır özümü güclə saxlayıram. Ç...
ANL
Qulu Xəlillinin söz abidəsi, yaxud akademik Məmməd Arifdən dülgər Müstəcəb kişiyədək... Çoxşaxəli yaradıcılıq aləminə sahib olan Qulu Xəlilli ədəbi mühitin bir sıra istiqamətlərinə mənsub cəmiyyətlərin hörmət etdiyi şəxsiyyət idi. Ədəbiyyatşünaslıq, ədəbiyyat tarixi ilə bağlı fundamental tədqiqatları ilə bu sahənin müt...
ANL
“Bizim kino günləri - audiovizual məkanda peşəkarlıq”. Ötən gün “Nizami” Kino Mərkəzində Mədəniyyət və Turizm Nazirliyi Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası ilə birgə “Bizim kino günləri - audiovizual məkanda peşəkarlıq” adlı layihə çərçivəsində tədbir təşkil edib. Layihə Azərbaycan kinosunun təbliği, mü...
ANL
“Milan Expo 2015” ümumdünya sərgisində Azərbaycanın iştirakının yekunları ilə əlaqədar Heydər Əliyev Mərkəzində mətbuat konfransı keçirilib. Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov “Milan Expo 2015” ümumdünya sərgisində Azərbaycan pavilyonu layihəsinin həyata keçirilməsi ilə bağlı görülən işlərdən danışıb. “A...
ANL
Beynəlxalq Tolerantlıq Gününün qeyd olunması - mənəvi haqqımızın ifadəsi. Bugünlərdə Bakıda keçirilən daha bir möhtəşəm tədbir Azərbaycanın xalq və dövlət kimi unikal tolerantlıq və multikulturalizm modeli olduğunu bir daha isbatladı. Noyabrın 16-da “Kempinski” otelində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Beynəlxa...
ANL
G20 sammiti: Azərbaycan dünyanın lider dövlətləri ilə bir sırada. BEYNƏLXALQ TERRORİZMLƏ MÜBARİZƏDƏ AZƏRBAYCANIN ROLU. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bir sıra beynəlxalq təşkilatlara - Birləşmiş Millətlər Təşkilatı, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, Avropa Parlamenti, İslam Əm...
ANL
Puç olmuş ümidlər və ya bir demokratiya nağılı... Yaxın Şərq və Şimali Afrikada baş verən olaylar, beynəlxalq terrorizm haqqında. Bir neçə gün əvvəl Türkiyənin Antalya şəhərində baş tutan “Böyük 20-lik” ölkələrinin sammitinin gözlənilən ümidləri doğrultmadığını desək, yanılmarıq. Bu sammit dünya liderlərinin ötən il ke...
ANL
Dan yeri söküləli çisək başlayıb. Yağış, çisək həvəslisi olan könüllər də bu gün bir inama, bir güvəncə görə göylərdən insaf umur... Səngiyən çisək kəsir, göy üzünə yayılmış buludlar seyrəlir. Horadiz şəhər stadionuna tələsənlərin üzü gülür, narahatlığının qırışığı açılır. 23 il çəkən intizarın, həsrətin, sıxıntının ya...
ANL
Aysəba Umutlu:“10 illik fəaliyyətimizin ən böyük nəticəsi Beynəlxalq Gənclər Mərkəzinin yaradılması olar”. Bakı Beynəlxalq Tələbə Klubunun (BBTK) təşkilatçılığı və Azərbaycan Respublikası Prezidenti Yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Azərbaycanda Əcnəbi Tələbə Gənclərin 2-ci ümumrespublika forumu” keçirilib....
ANL
Anarın "Göz muncuğu" əsəri polyak dilində. Kitab Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin “Azərbaycan ədəbiyyatını xaricdə təbliği” istiqamətində gördüyü son uğurlu işlərdən biri kimi ərsəyə gəlib. Bədii Tərcümə Mərkəzinin sədri Səlim Babullaoğlu bildirib ki, “Göz muncuğu” povesti son illərdə ən çox dartışılan və müz...
ANL
Böyük ifaçı Habil Əliyev Beynəlxalq Muğam Mərkəzində anıldı. Beynəlxalq Muğam Mərkəzində görkəmli kaman ustası, Xalq artisti Habil Əliyevin xatirə gecəsi keçirilib. Tədbir iştirakçıları əvvəlcə mərkəzin foyesində sənətkarın həyat yolundan bəhs edən fotosərgiyə tamaşa ediblər. Tədbirin aparıcısı - yazıçı Əjdər Ol sənətk...
ANL
Dövlət rəsm qalereyalarının fəaliyyəti müzakirə edilib. Milli Kitabxanada mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevin iştirakı ilə nazirliyin tabeliyində olan dövlət rəsm qalereyalarının fəaliyyətinə həsr olunmuş iclas keçirilib. İclasda respublikanın rayon və şəhərlərində dövlət rəsm qalereyalarının fəaliy...
ANL
Milli Dram Teatrı Minskdə "İlahi oyun"u nümayiş etdirib. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kollektivi Belarusda keçirilən Gənclərin II Beynəlxalq Teatr Forumunda "İlahi oyun" tamaşası ilə iştirak edib. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfər Mədəniyyət və Turizm Nazirliyinin dəstəy...
ANL
Paşa Qəlbinurun yeni kitabı nəşr olunub. Müəllifin müxtəlif illərdə qələmə aldığı qəhrəmanlarının taleyinin davamı kimi izlənilən iki romanın daxil edildiyi kitab Qılıncxan Bayramovun tərcüməsi, tanınmış ingilis yazıçı və publisisti Michael Brannokun redaktəsi ilə nəşr edilib. Xatırladaq ki, bu əsərlər ədəbi tənqidin d...
ANL
Tbilisidə "Çağdaş Azərbaycan poeziyası"nın təqdimatı keçirilib. Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində müasir Azərbaycan şairlərinin gürcü dilinə tərcümə olunmuş şeirlərindən ibarət "Çağdaş Azərbaycan poeziyası" antologiyasının təqdimatı olub. M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyin...
ANL
Elçinin "Baş" romanına baxış - bu günün geosiyasi anlamı çərçivəsində. Xalq yazıçısı Elçinin yeni qələmə aldığı "Baş" romanı bugünlərdə oxucuların ixtiyarına verilib. Əsərin "Azərbaycan" jurnalının xüsusi buraxılışı kimi ilk nəşri məqsədəuyğundur: roman adəti üzrə jurnalın ən azı 2-3 nömrəsinə bölünsəydi, oxucular əsər...
ANL
O bir qartalın uçuşunda, bir lalənin duruşunda, bir körpənin baxışında bütün kainatı, ictimai aləmi və məna dolu həyatımızı görmək istəyir. Ana həsrəti ilə böyüyən bir gəncin məhəbbətini ifadə edən nə gözəl bir xitab!". Şair qəlbinin yaşantı və sarsıntıları onda əks edir. Ədəbi növlər və janrlar içərisində, xüsusən lir...
ANL
Nimetullah Hafiz:“Qan qardaşım Azərbaycandan qalan xatirələr” adlı kitab yazmağı düşünürəm”. Müsahibimiz əslən Kosovodan olan, dünyada tanınmış türkoloq və ədəbiyyatçı Nimetullah Hafizdir. O, hətta Şərqi Avropada, Balkanlarda sosializmin tüğyan etdiyi illərdə belə türkçülüyün təbliği istiqamətində işlər görüb, araşdırm...
ANL
İnfornasiya siyasəti, informasiya təhlükəsizliyi, informasiya savaşı. Qloballaşan dünyamızda cərəyan edən hadisələr sosial həyatımızı da durmadan dəyişir. Cəmiyyətin informasiyaya olan tələbatı informasiya cəmiyyətində indiki qədər aktual olmayıb. Biz elə bir dövrdə yaşayırıq ki, informasiya siyasəti hər bir dövlətin d...
ANL
Əzizim vətən yaxşı, Geyməyə kətan yaxşı. Bu el bayatısını dinləyəndə yadıma qürbətdə yaşamış ziyalılarımız düşür. O insanlar ki, ölkədən öz xoşuna getməmişdilər. Canları qədər sevdiyi Azərbaycanı tərk etməli olmuşdular. Siyasi mühitin girdabında boğulmamaq üçün qan qoxuyan meydandan quru canlarını götürüb uzaqlara qaçm...
ANL
Gözlədim, gözümün kökü saraldı, Dözümüm tükəndi, səbrim daraldı, Uca dağ başına sanki qar aldı. Bu ürək əvvəlki ürəyin deyil, Bəlkə məhəbbətim gərəyin deyil?! Bəlkə bezikmisən düzünü danış, Bəlkə özgəsiynən olmusan tanış? Əgər küsmüsənsə, qayıt, tez barış, Bu ürək əvvəlki ürəyin deyil, Bəlkə məhəbbətim gərəyin deyil?! ...
ANL
Musiqili Teatrda Həsənağa Qurbanov anılıb. Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Musiqili Teatrında görkəmli pianoçu, əməkdar incəsənət xadimi Həsənağa Qurbanovun anadan olmasının 60 illiyinə həsr olunmuş tədbir keçirilib. Əvvəlcə qonaqlar Həsənağa Qurbanovun həyat və yaradıcıl...
ANL
Ruhəngiz Qasımovanın yubileyi qeyd olunub. "Kapellhaus" Alman-Azərbaycan Mədəniyyət Birliyinin orqan musiqi zalında bəstəkar Ruhəngiz Qasımovanın anadan olmasının 75 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bəstəkarı yubileyi münasibətilə ...
ANL
Teatr Xadimləri İttifaqında Ağakişi Kazımovun 80 illik yubileyi qeyd olunub. Teatr Xadimləri İttifaqında Xalq artisti, Prezident təqaüdçüsü, teatr rejissoru Ağakişi Kazımovun 80 illik yubileyi qeyd olunub. Tədbirdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev A.Kazımovu milli teatrın özünəməxsus yaradıcılıq üs...
ANL
Azərbaycan və İran teatrlarının əməkdaşlığı müzakirə edilib. Dövlət Akademik Milli Dram Teatrında İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin sədri Seyid İbrahim İbrahiminin təklifinə əsasən mərkəz sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə Təbriz teatrının ...
ANL
Polşadakı festivalda "Axınla aşağı"nın təqdimatı olub. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının istehsalı olan "Axınla aşağı" bədii filminin Polşadakı "Golden Anteaters" beynəlxalq film festivalında təqdimatı keçirilib. Filmimiz 57 ölkə tərəfindən təqdim olunan 700 ekran əsərinin arasından seçilərək digər 8 t...
ANL
Norveçin məşhur etnomusiqi qrupu Milli Konservatoriyada. Milli Konservatoriyada Norveçdən gələn Elen Kaavenin qrupunun konserti baş tutub. Tədbirin keçirilməsində ən vacib amil iki ölkə arasında mədəni əlaqələrin daha da genişlənməsidir. Konserti konservatoriyanın rektoru, Xalq artisti, professor Siyavuş Kərimi açaraq ...
ANL
Xalq yaradıcılıq nümunələrinin dirçəlişi seminar mövzusu olub. Muzey Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin təşkilatçılığı ilə "Unudulmaqda olan xalq yaradıcılıq nümunələrini dirçəltmək" mövzusunda seminar keçirilib. Seminarda çıxış edən Elmi-Metodik Mərkəzin direk...
ANL
Ukraynada "Kitabi-Dədə Qorqud eposunda multikultural dəyərlər" müzakirə edilib. Bakı Slavyan Universitetinin Ukraynanın Poltava İqtisadiyyat və Ticarət Universitetində fəaliyyət göstərən Azərbaycan Tədris-Mədəniyyət Mərkəzində "Kitabi-Dədə Qorqud eposunda multikultural dəyərlər" mövzusunda tədbir keçirilib. Mərkəzin di...
ANL
İncəsənət Universitetinin müəllimi Türkiyədə seminar keçib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi və doktorantı, bəstəkar-pianoçu Pikə Axundova-Talıblı bu günlərdə İstanbulda, Mimar Sinan Gözəl Sənətlər Universiteti Dövlət Konservaturunda Bəstəkarlar Forumunda iştirak edib. Universitetdən v...
ANL
"...Nəriman Həsənzadə haqqında danışmaq, ümumən, müasir Azərbaycan poeziyası barəsində danışmaq deməkdir, - XX əsrin ikinci yarısının sosial-estetik problemlərini yaradıcılığında bütün miqyası ilə əks etdirən N.Həsənzadə böyük Səməd Vurğundan sonrakı dövrün ən gözəl şairlərindəndir... ". Nizami Cəfərov, AMEA-nın müxbir...
ANL
"Azərbaycan multikulturalizminin təbliği insanlığa töfhədir". Bu günlərdə Azərbaycan nümayəndə heyəti İsveç Krallığında rəsmi səfərdə olub. Səfər təsüratlarını bölüşmək məqsədilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru, professor Azad Məmmədovla görüşdük. - Əvvəlcə bu səfərin təşkili və məqsədləri ...
ANL
Elin ruhuna köklənmiş qələm. Bu günlərdə elektron mediada bir yazıya rast gəldim; şair Musa Yaqubun "Daş" şeiri ilə bağlı bir müəllif araşdırmasına Ramiz Göyüşov "Daş haqqında düşüncələr" adlı publisistik yazısı ilə cavab verirdi. R.Göyüşöv Azərbaycan ədəbiyyatında daş haqqında yazılmış əsərlərə istinad edərək maraqlı ...
ANL
"Azərbaycan"ın noyabr sayı. Jurnal "İncilər"lə açılır: "Kitabi-Dədə Qorqud" dastanından Dirsə xan oğlu Buğacın boyu dərc edilib. Jurnalın "Yeni tərcümələr" rubrikasında Patrik Züskindin "Göyərçin" povesti Əziz Rzazadənin tərcüməsində təqdim olunub. Ənənəvi "Poeziya" bölümündə Xalq şairi Fikrət Qocanın "Mamontlar" poema...
ANL
Xalça Muzeyində kəlağayı ilə bağlı sərgi. Noyabr ayının 24-də Azərbaycan Xalça Muzeyində “Kəlağayısı gülgəz, libası əlvan” adlı sərgi keçirilib. Bununla da, xalqımızın milli-mənəvi dəyərləri sistemində kəlağayının mühüm mədəniyyət nümunəsi olduğu beynəlxalq səviyyədə təsdiqini tapıb. Bu münasibətlə də noyabrın 24-ü Azə...
ANL
Vyanada Rəşid Behbudov anılıb. Vyanada dünya şöhrətli müğənni, Azərbaycanın görkəmli musiqi və ictimai xadimi Rəşid Behbudovun 100 illik yubileyi münasibətilə konsert keçirilib. Tədbirdə Vyanada akkreditə olmuş diplomatik korpusun nümayəndələri, avstriyalı musiqisevərlər və soydaşlarımız iştirak ediblər. Azərbaycan Məd...
ANL
Afaq Məsud nüfuzlu mükafata layiq görülüb. Yazıçı-dramaturq, Əməkdar İncəsənət Xadimi Afaq Məsudun “Mənsur Həllac” əsəri görkəmli türk dramaturqu Haldun Tanərin anadan olmasının 100 illiyi münasibətilə keçirilən “Beynəlxalq səhnə əsərləri müsabiqəsi"nin üç qalib əsəri sırasındadır. AZƏRTAC xəbər verir ki, bu barədə Avr...
ANL
Parisdə Azərbaycan Mədəniyyət Mərkəzinin təqdimatı olub. Parisdə Heydər Əliyev Fondunun və Fransadakı səfirliyimizin dəstəyi ilə yaradılan Azərbaycan Mədəniyyət Mərkəzinin və ona həsr edilmiş kitabın təqdimat mərasimi keçirilib. Səfir Elçin Əmirbəyov mərasimdə çıxış edərək Azərbaycan ilə Fransa arasında tərəfdaşlığın s...
ANL
Hüseyn Cavid yaradıcılığına fərqli baxış. Bu günlərdə Filologiya elmləri doktoru, professor, filoloq-tarixçi Əjdər Tağıoğlunun (İsmayılov) "Hüseyn Cavid yaradıcılığı və dünya ədəbiyyatında demonizm ənənəsi" adlı kitabı işıq üzü görüb. Kitab "Elm və təhsil" nəşriyyatında çapdan çıxıb. Redaktor Akademik İsa Həbibbəyli, r...
ANL
"Audiovizual məkanda uşaq mövzusu" müzakirə edilib”. Mədəniyyət və Turizm Nazirliyi və Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının birgə keçirdiyi “Bizim kino günləri - Audiovizual məkanda peşəkarlıq” layihəsi davam edir. AZƏRTAC xəbər verir ki, noyabrın 25-də Nizami Kino Mərkəzində layihə çərçivəsində növbə...
ANL
Müqəddəs nemətin qədrini bilək... Çörəyin müqəddəsliyi haqqında bu günə kimi çoxlu sayda kitab yazılıb, məsləhətlər verilib, fikirlər söylənilib, zərb-məsəllər yaranıb. "Çörəyi ver çörəkciyə, birini də üstəlik", "Çörək itirən çörək tapmaz" kimi məsəllər xalqımızın çörəyə ali münasibətinin ifadəsidir. Azərbaycan xalqı ç...
ANL
Yaşatdım əhdi-peymanı, Gördüm yaxşıynan yamanı. Var dünyanın Nərimanı, dünyanın Sarası yoxdu. N.Həsənzadə. Şairin "Daş ana" şeirində daş obrazının özünəməxsus poetik təlqinini və təsvirini müşahidə edirik. Müəllifin öz duyğuları və qəlbinin özünəməxsus harayı bu obrazı ümumilikdən, adilikdən xilas edib. Şairin bu mövzu...
ANL
Söz və silahla çəkilmiş ömür xətti. Milli Qəhrəman Çingiz Mustafayevin əziz xatirəsinə. Qarabağ münaqişəsinin yenidən alovlanmasından sonra Azərbaycan xalqının tarixə verdiyi qəhrəmanların sırası da genişlənməyə başladı. Öncə Sovet, daha sonra Rusiya rəhbərliyinin, o cümlədən, Amerika və Avropa ölkələrinin hakimiyyətlə...
ANL