text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Nə qədər arsızam, yoxluğuna dözürəm. Birgə dolaşdığımız yerlərdə. sənsiz gəzirəm. Elə bilirdim, səndən yaxa qurtaranlara. belə asanca təslim etməyəcəksən, məni qoyub getməyəcəksən. Özünü qurban verdin. Xanımlıq taxtından. Keçdiyim küçələr. səni soruşur məndən. Xəyalınla yaşadığım gecələr. səni soruşur məndən. Söz tapa ...
ANL
Milli Qəhrəman Salatın Əsgərova haqqında film təqdim edilib. "Nizami" Kino Mərkəzində "Milli Qəhrəmanlar" sənədli filmlər həftəsi çərçivəsində Azərbaycanın Milli Qəhrəmanı, jurnalist Salatın Əsgərovaya həsr edilmiş "23" sənədli filminin təqdimatı olub. Təqdimatı Bakı şəhər icra hakimiyyəti başçısı Aparatının Kino Xidmə...
ANL
Milli Dram Teatrında Səyavuş Aslanın 80 illiyi qeyd edilib. Noyabrın 25-də Akademik Milli Dram Teatrında xalq artisti Səyavuş Aslanın 80 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirilib. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yubiley mərasimi Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı baş ...
ANL
Muzey Mərkəzində "İslam sivilizasiyası uşaqların gözü ilə" mövzusunda respublika rəsm müsabiqə-sərgisi açılıb və qalibləri mükafatlandırılıb. İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO) İcraiyyə Şurasının 36-cı iclasının iştirakçıları sərgi ilə yaxından tanış olublar. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ...
ANL
Azərbaycanlı rəssamın əsərləri "Qran Pale"də sərgilənir. Nümayiş olunan rəsm əsərləri akademiklər və incəsənətşünaslardan ibarət münsiflər heyəti tərəfindən seçilib. Parisdə yaşayan azərbaycanlı rəssam Nigar Nərimanbəyovanın "Bütün həyat teatrdır" silsiləsindən "Sevgi apofeozu" və "Nostalgiya" tablolarından ibarət komp...
ANL
Bəxtiyar Vahabzadə "İnsan və zaman"la yad edilir. XALQ ŞAİRİNİN 90 İLLİYİ İLƏ BAĞLI ELMİ-PRAKTİK KONFRANS AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ UNİVERSİTETİNDƏ TƏŞKİL OLUNUB. Noyabr ayının 26-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Xalq şairi Bəxtiyar Vahabzadənin 90 illik yubileyinə həsr olunmuş "İnsan və zaman" möv...
ANL
"Əsrlərin sədası" Milli İncəsənət Muzeyində. Milli İncəsənət Muzeyində istedadlı gənc rəssam Məryəm Ələkbərlinin "Əsrlərin sədası" adlı sərgisi açılıb. Bakı şəhərində keçirilən İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) İcraiyyə Şurasının 36-cı iclasının iştirakçıları sərgi ilə tanış olublar. Tədbirdə Baş na...
ANL
Ünsiyyət körpülərinin memarı... BÖYÜK ALİMİMİZ YAŞAR QARAYEVİ BİR DAHA EHTİRAMLA XATIRLARKƏN... KİVDF Layihəsi. Professor Yaşar Qarayevi Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasına daxil olandan sonra şəxsən tanımağa başlamışdım. Elmi rəhbərim Əziz Mirəhmədov institutun direktoru, ...
ANL
Yalanın ömrü qısa olur və ya yalanin rəsmiləşdirilməsi. Bütün yalanların üstü gec-tez açılır, həqiqətlər üzə çıxır. Uzun illər ərzində gizli saxlanılanlar bir gün mütləq tamaşaçılara bəlli olur. Amma həqiqətin aşkarlanması onlar üçün kifayət qədər ciddi fəsadlar yarada bilər. Bu gün səhnə arxasında səsləndirilən fonoqr...
ANL
Günay Əfəndiyeva "Əsas hədəfimiz türk dünyasının sahib olduğu mədəni irsi yenidən ona qaytarmaqdır". Xəbər verildiyi kimi, türkdilli dövlətlər arasında mədəniyyət sahəsində əməkdaşlığı daha da inkişaf etdirmək məqsədilə yeni beynəlxalq təşkilat - Türk Mədəniyyəti və İrsi Fondu təsis olunub. Bu il sentyabrın 10-11-də Qa...
ANL
Professor Yusif Seyidovun elmi-pedaqoji fəaliyyətinə həsr olunan seminar keçirilib. Bakı Dövlət Universitetinin filologiya (BDU) fakültəsində Əməkdar Elm Xadimi, professor Yusif Seyidovun elmi-pedaqoji fəaliyyətinə həsr olunan seminar keçirilib. BDU-dan AZƏRTAC-a bildiriblər ki, seminarı giriş sözü ilə açan Azərbaycan ...
ANL
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2015-ci ildə ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanlarında yüksək nəticə göstərərək Prezident təqaüdünə layiq görülmüş gənclər haqqında məlumatları “Abituriyent” jurnalının 11-ci sayında dərc edib. TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, jur...
ANL
İstiqlalı yaşadan mühacirət poeziyası. Azərbaycanda suverenlik aktının imzalanmasından 25 ilə yaxın bir zaman keçir. Çox təəssüf ki, istiqlaliyyətimiz uğrunda canlarından keçən mübarizlərin ömür yolları və fəaliyyəti hələ da layiqincə öyrənilməyib. Onlar haqqında yazılan azsaylı məqalə və kitablar mətbuat bolluğunda it...
ANL
“Cəmiyyət içinə çıxanda obraza girməyə məcburam”. “BÖYÜKLƏRİMİZ TANRIDAN UZAQLAŞDILAR, ONLARIN ƏZAB YÜKÜNÜ BİZ - MÜHARİBƏ DÖVRÜNÜN KÖRPƏLƏRİ DAŞIMALI OLDUQ”. Müsahibim gənc şair Emin Piridir. Çevik, enerjili biri olduğu ilk cümlələrindən hiss edilir. Ədəbiyyatı ciddi həyat tərzi kimi qəbul etdiyi qədər, ədəbi proseslə ...
ANL
Çin - qədim sivilizasiya və müasir möcüzələr ölkəsi. Müasir Çin möcüzələr ölkəsidir. Çin xalqı özünün qədim sivilizasiyası, zəngin tarixi ilə fəxr edə bilər. Xalqı birləşdirən mədəniyyət fenomeni hələ bizim eradan əvvəl 221-ci ildə əvvəlki dövlətlərdən yaranan vahid mərkəzləşmiş imperiyanın ərazisinin min illər boyu qo...
ANL
Ağdamda nəyim qaldı? “Azərbaycan” jurnalının builki 10-cu sayında yazıçı-dramaturq Əli Əmirlinin “Ağdamda nəyim qaldı” avtobioqrafik romanının “ardı var”sız, bütöv şəkildə çap olunduğunu görəndə bu əsəri mütləq oxuyacağımı düşündüm. Amma mütaliəylə bağlı aldadıcı qənaətlərim az olmayıb. Necə belə əsəri bir neçə cümlədə...
ANL
Ömürləri nurlu insanlar... Aydının hər keçən günü, ömrü, qibtə ediləcək rayihələrlə dolu təkrarolunmaz rənglərdir. Bunun üçün də o, oturub-durduğum gündən bəri həmişə ağızdolusu ulu Tanrısına, onun tale qismətinə bəxş etdiyi dostlarına minnətdarlıq edir. Ömrünün yola saldığı ötən illərində yazıçı dostumun ünvanına üz t...
ANL
Şəhriyar şeirinə yeni baxış. XX əsr Azərbaycan poeziyasında milli ruhu və düşüncəni ifadə etmək qüdrəti baxımından yalnız Səməd Vurğunla müqayisə edilə biləcək dahi Şəhriyarın yaradıcılığı, onun ana dilimizin qənirsiz gözəlliyini, misilsiz şəhd-şəkərini, məhrəm melodiyasını təcəssüm etdirən şeirləri onilliklərdir ki, t...
ANL
Allah sizi qorusun, Allah bizi qorusun, Sizi bizdən qorusun. Bizi sizdən qorusun. Allahım pis nəfisdən, yaman gözdən qorusun. həm əyridən qorusun, həm də düzdən qorusun. Bu təzə maşınımı. Özün qoru Allahım. Bu maşında əzilsə. qanmaz yaşından qoru. Ötən maşından qoru, Gələn maşından qoru. Özü qorunan azdı, anlayan-qanan...
ANL
Muxtariyyətdən öncəki Naxçıvan səhiyyəsi “Molla Nəsrəddin” jurnalında. Niyə mənə nə olub, sinnimin bu vaxtında yalan deyim? Əgər yalan desəm, adam başıma qəhətdi? Bir adam tapa bilmirəm, gərək elə gəlib səni tovlayam? “Danabaş kəndinin məktəbi” povestində Mirzə Cəlilin qüdrətli sənətkar qələmi ilə təsvir edilmiş bu epi...
ANL
Hələ orta məktəbdə televiziya ekranlarından apardığı verilişlərlə tanıdığım, öyrəndiyim, sevdiyim dilçi və ədəbiyyatşünas, sonralar oxuduğum ali məktəbdə yuxarı kurslara dediyi mühazirəni hətta qapı arxasından da dinlədiyim müəllim, tamaşalarına bəzən bir zalda yanaşı əyləşib baxdığım dramaturq, özündən çox-çox kiçiklə...
ANL
Axır vaxtlar uzaqlardan gözümə sataşan sozalmış bir işığınmı, ya yaşımdan gələn maraq üzündən üstündə gəzdiyim torpağın, asfalt küçələrin, səkilərin alt qatlarından xəbər tutmağa meylim artıb. Ən çox da metro qatarlarının şütüdüyü qaranlıq dərinliklərə, şəhərimizdə insanların rahatlığına hesablanmış yeraltı keçidlərə. ...
ANL
Dərgi filologiya elmləri doktoru Gülşən Əliyeva-Kəngərlinin oktyabr sayı ilə bağlı qələmə aldığı “Hər çapında xüsusi çəki sərgiləyən jurnal” ekspert yazısı ilə açılır: “Ulduz”un bu sayı ilə tanış olan oxucu çağdaş Azərbaycan ədəbi prosesində nələr baş verdiyini aydın təsəvvür edə bilər”. Ekspert yazıya sözardı olaraq -...
ANL
Nyu-Yorkun dünya şöhrətli “Brodvey” teatr məhəlləsində yerləşən Mint teatrında məşhur Azərbaycan ədibi, Xalq yazıçısı Elçinin “Şekspir” pyesinin motivləri əsasında hazırlanmış “Şekspir kosmosda” adlı ekssentrik komediya nümayiş etdirilib. Tamaşanın quruluşçu rejissoru “The Complete Theatre Company” teatr truppasının bə...
ANL
Gənc Tamaşaçılar Teatrında bir ayda 40 tamaşa. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının 2015-ci ilin son ayı olan dekabr üçün oynanılacaq tamaşaları təsdiqlənib. Kollektiv dekabr ayında iki yeni tamaşanı təhvil verməklə bərabər, ümumilikdə ay ərzində məktəblilər və böyük tamaşaçılar üçün 40 adda müxtləif janrlı tam...
ANL
Bəstəkarlar İttifaqında Giya Kançeli ilə görüş. Tanınmış gürcü bəstəkarı, SSRİ Xalq artisti Giya Kançelinin Bakıya səfəri çərçivəsində Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) görüş keçirilib. ABİ-nin sədri, Xalq artisti, professor Firəngiz Əlizadə G.Kançelinin yaradıcılığından danışaraq bildirib ki, böyük bəstəkar öz ...
ANL
Şəki gələn il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunub. Artıq bütün dünyada mədəniyyətlərarası dialoqun mərkəzi məkanına çevrilən Azərbaycan ildən-ilə mötəbər tədbirlərə uğurla ev sahibliyi edir. Belə tədbirlərdən biri də artıq ölkəmizin mədəniyyət brendinə çevrilən “İpək Yolu” Beynəlxalq musiqi festivalı...
ANL
Əli bəy Hüseynzadənin bir memuarı. Təbii ki, yazı Əli bəy irsi ilə məşğul olan tədqiqatçılarımızın diqqətindən yayınmayıb. Müxtəlif münasibətlərlə, ilk növbədə isə azərbaycanlı fikir adamının Osmanlı imperiyasının siyasi simasını dəyişən İttihad və Tərəqqi partiyasının qurulması və fəaliyyəti ilə bağlı rolundan bəhs ed...
ANL
İttihad və Tərəqqi necə quruldu? Təxminən qırx altı il bundan əvvəl Übeydullah əfəndi ilə necə tanış olmuşdum? Əsgəri tibb məktəbinin tələbəsi idim. Bura Peterburq Universitetində təhsilimi bitirdikdən sonra gəlmişdim. Danışığımda hələ də Azəri şivəsinin təsirindən qurtara bilməmişdim. Yəni tam qurtara bilməmişdim. Yol...
ANL
Şairlər şəhərindən reportaj. Bu il noyabrın 20-də Türkiyənin Qəhrəmanmaraş şəhərində ikinci Beynəlxalq “Kitab və mədəniyyət sərgisi” açıldı. Azərbaycanın millət vəkili Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva fəxri qonaq kimi Anadolunun ən böyük kitab sərgisinin açılışında iştirak etdi...
ANL
Ahıl və qocalara minnətdarlıq duyğusu ilə... Dünyanın hər yerində 1 oktyabrı Ahıl və Qocalar Günü kimi qeyd edirlər. Əslində bu gün ahıl və qocalar günü kimi yox, ahıl və qocaların bayramı günü kimi keçirilməlidir. Hər bir yaşlı insan evin yaraşığı və bərəkətidir. Evdə yaşlı adamın olması bir yaraşıqdır, gözəllikdir. D...
ANL
Sergey Yeseninin "İran nəğmələri"nin yeni təqdimatı. XX əsr rus poeziyasının nəhəng simalarından biri Sergey Yeseninin bu ilin oktyabr ayının 3-də anadan olmasının 120 illiyi tamam olur. Bu poeziya nəhənginin doğum tarixi Rusiyada mütəmadi olaraq qeyd olunsa da, Azərbaycanda da böyük şairin yubileyinə daim münasibət ye...
ANL
Mühacirət irsi və XX əsr Azərbaycan ədəbiyyatı haqqında dəyərli elmi əsər. lap əvvəlindən - "Giriş"in ilk cümlələrindən bəlli olur ki, mühacirət ədəbiyyatının tanınmış tədqiqatçılarından olan AMEA Nizami adına Ədəbiyyat İnstitutu Mühacirət ədəbiyyatı şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan...
ANL
Bəxtiyar Vahabzadənin 90 illik yubileyi qeyd edilib. Sentyabrın 30-da Yasamal rayonundakı Heydər Əliyev Mərkəzində Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Xalq şairi, dramaturq Bəxtiyar Vahabzadənin anadan olmasının 90 illiyi qeyd olunub. AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ulu ön...
ANL
Bakıda Rusiya filmləri həftəsi başlanır. Rusiya Federasiyası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, "Kinofest" Prodüser Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşacaq film həftəsi Nizami Kino Mərkəzində keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, film...
ANL
İnsan da var ki, ömrün dolaylarında çırpınır, işin çətinindən yapışır, müşkülləri asan etməyə çalışır. Əziz rəfiqəm, tələbə yoldaşım, istedadlı qələm sahibi Rəhilə Gülgün kimi. Rəhilə haqqında həmişə xoş sözlər danışsam da, onu səciyyələndirən, xarakterini açan cəhətləri dilə gətirsəm də, barəsində yazmaq fürsətim olma...
ANL
Baxıram dənizə - sinəsi mərmər, Durnatək düzəldir qatar dalğalar, Elə şahə qalxıb, elə enirlər, Qorxuram özündə batar dalğalar. Nəsə can atırlar nağıllayalar, Yatmırlar, elə bil uğur yayalar, Sanki zənn edirlər oğurlayarlar, Suyunu, bir azca yatar dalğalar. Çıxar məcrasından sahili qoysa, Sanır ləkə qalmaz dünyanı yusa...
ANL
“Nuhçıxandan –Naxçıvana” kitabı təqdim olunur. Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəylinin "Nuhçıxandan –Naxçıvana” kitabı "Elm və təhsil” nəşriyyatında çapdan çıxıb.Kitabda Azərbaycanın ən qədim elm, təhsil və mədəniyyət mərkəzlərindən biri olan Naxçıvan...
ANL
Bu insan saza yaraşıq verməyin ustasıdır. Mən belə deyərdim. Solo ifasının və rəhbərlik etdiyi qrupun timsalında sazın pərdələrinə necə rəng qatmaq, səsə - həm də aşıq sənəti kimi köklü-soylu bir səsə - müasir zehnin estetik duyumunca necə anlam yükləmək mümkünmüş, şahidi oldum. Cənubi Azərbaycan aşıqlarının Rəşid Behb...
ANL
Bilik Fondu Müəllimlər İnstitutunda Rəşad Məcidin tələbələrlə görüşünü keçirib. Ötən gün Azərbaycan Müəllimlər İnstitutunda (AMİ) Yazıçılar Birliyinin katibi, "525-ci qəzet"in baş redaktoru, şair, publisist Rəşad Məcidlə tələbələrin görüşü olub. Görüş Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun informa...
ANL
İsrafil İsrafilov TÜRKSOY Teatr Direktorları Şurasının toplantısında iştirak edib. Türkmənistanda TÜRKSOY-a üzv olan dövlətlərin Teatr Direktorları Şurasının toplantısı keçirilib. Milli Dram Teatrının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə TÜRKSOY-un Azərbaycan üzrə təmsilçisi Elçin Qafarlı çıxış ed...
ANL
Mirzə Fətəli Axundzadə irsinin daha bir maraqlı səhifəsi. BÖYÜK ƏDİBİN PARİSƏ GÖNDƏRDİYİ BİR TELEQRAMIN MARAQLI TARİXÇƏSİ VAR. Əvvəlcə Nikolai barədə. Fransız diplomat bir müddət İranın Rəşt şəhərində Fransanın baş konsulu kimi fəaliyyət göstərmiş, sonra Parisə çağırılaraq Xarici İşlər Nazirliyində çalışmışdı. Bir müdd...
ANL
Azərbaycan xalçaçılığı: keçmişdən gələcəyə. Köndələn çayının sahilində yerləşən, XIX-XX əsrlərdə qoyunçuluq təsərrüfatı və xalçaları ilə məşhur olan Füzuli rayonunun Kürdmahmudlu kəndindəyəm. Söhbət etdiyim sakinlər deyirlər ki, Kürdmahmudlu xalçaları xanların dəyərli hədiyyəsi, tacirlərin bahalı malları, gəlinlərin ce...
ANL
Azərbaycanın sığorta-pensiya sistemi. AZƏRBAYCANIN SIĞORTA-PENSİYA SİSTEMİ ÖLKƏ ƏHALİSİNİN 45 FAİZDƏN ÇOX HİSSƏSİNİ ƏHATƏ EDİR. Prezident İlham Əliyevin uğurla reallaşdırdığı sürətli inkişaf strategiyası nəticəsində dayanıqlı makroiqtisadi sabitlik və davamlı iqtisadi artım təmin olunub, ölkəmizdə əhalinin rifah halını...
ANL
Milli mətbuatda Mirzə Cəlal Yusifzadənin rolu və "Həqiqəti-əfkar" qəzetinin yeri. Azərbaycan romantizm ədəbi cərəyanının görkəmli nümayəndəsi, şair, mütərcim Abbas Səhhətin "Həqiqəti-əfkar"da dörd nəzm nümunəsi işıq üzü görüb. "Tərəqqi və təbiətin qanunu" adı ilə daxil edilmiş, digər üç şeiri isə çağdaş oxucu auditoriy...
ANL
Jurnalistikanın beşiyi Qazi, reklama ehtiyacı olmayan Başkənt, ildə bir dəfə yenilənən Ankara. ÜÇÜNCÜ YAZI. Yol uzanır, hava sərinləşir, səs-küy azalır, diqqət Düzcəyə, Sakaryaya, Boluya və bu istiqamətdə olan bütün qəsəbə və kəndlərə yönəlir. Kimsədən səs çıxmır, heç kim nəyisə müzakirə etmir, təbiətin gözəlliyi hamın...
ANL
KİV-in fəaliyyəti yeni araşdırma formatında. Müasir dünyamızda kütləvi informasiya vasitələrinin ictimai həyatın bütün sahələri ilə əlaqəli olması, medianın ictimai institut, IV hakimiyyət və s. funksiyaları ona getdikcə daha çox diqqətin- həm də beynəlxalq diqqətin ayrılmasına təbii şərait yaratmaqdadır. Diqqət etsək ...
ANL
Azadlıq mücahidinin həyat dramı. Keçmiş həmişə bədii düşüncənin mənbəyini təşkil edib; zaman-zaman yaşanılmış tarixin özü ilə yanaşı, onun bədii düşüncədəki, təxəyyüldəki təzahürü hesabına ikinci həyat qazanıb. Doğrudur, gerçək tarixin bədii düşüncədə əksi həmişə bütün yazarlarda eyni dərəcədə uğurlu alınmır. Çünki tar...
ANL
"Yazıçı" bu dəfə Ələkbər Salahzadəni yad edib. "Oğuz eli" qəzetinin ayrıca buraxılışı olan "Yazıçı"nın bu sayı Azərbaycan oxucusunun yaddaşında yaşatdığı, misralarına tez-tez üz tutduğu mərhum şairimiz Ələkbər Salahzadəyə həsr olunub. Məlum olduğu kimi, Ələkbər müəllim təbiət etibarilə çox sakit, təmkinli, necə deyərlə...
ANL
Dövlət Akademik Milli Dram Teatrında Əməkdar artist, unudulmaz sənətkar Vəfa Fətullayevanın 70 illiyi münasibətilə tədbir keçirilib. Tədbirdə əvvəlcə sənətkarın xatirəsinə həsr edilmiş videoçarx nümayiş olunub. Teatr Xadimləri İttifaqının sədri, teatrın bədii rəhbəri və baş rejissoru, Xalq artisti Azərpaşa Nemətov çıxı...
ANL
Vyanada Azərbaycan Milli Musiqi Günü ilə bağlı konsert olub. Sentyabrın 30-da Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzində Milli Musiqi Günü və dahi bəstəkar Üzeyir Hacıbəylinin 130 illik yubileyi münasibətilə klassik musiqi axşamı keçirilib. Tədbirdə Avstriyanın dövlət və hökumət rəsmiləri, Vyanada akkreditə olunmuş dip...
ANL
Daşkənddə Nizami adına Universitetin 80 illiyi keçirilib. Daşkənddə Nizami adına Dövlət Pedaqoji Universitetinin 80 illik yubileyi geniş qeyd olunub. Yubiley tədbirində Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev, səfirliyin və onun nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin əməkdaşları iştirak ediblər....
ANL
Aşıq Ulduzun yubileyi keçirilib. Sentyabrın 30-da R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Əməkdar Mədəniyyət İşçisi, aşıq Ulduz Quliyevanın anadan olmasının 70 illiyinə həsr edilmiş yubiley tədbiri keçirilib. Əvvəlcə aşığın fəaliyyətini əks etdirən videomaterial nümayiş olunan tədbirdə mədəniyyət və turizm n...
ANL
Məlum və Naməlum Üzeyir Hacıbəyov. (63 illik ömrünün 60 ilini Üzeyir bəy Hacıbəyli Çar Rusiyası və Sovet Azərbaycanında Hacıbəyov soyadı ilə yaşayıb və yaradıb. Məqalə sənədlər əsasında yazıldığı üçün müəllif, Hacıbəyov soyadını saxlayıb). Azərbaycanın XX əsr mədəniyyət və musiqi tarixində Üzeyir bəy Hacıbəyov (Hacıbəy...
ANL
Ceyhun Bayramov: “Həm məktəbəqədər təhsil şəbəkəsinin və onun əhatəlilik səviyyəsinin, həm də özəl orta məktəblərin şəbəkəsinin və onun əhatəlilik səviyyəsinin göstəriciləri kifayət qədər aşağıdır”. Azərbaycanın təhsil nazirinin müavini Ceyhun Bayramovun Trend-ə müsahibəsini təqdim edirik. - Azərbaycanda yaxın illər üç...
ANL
Özümüzdən keçən jurnalistika... Mənə Milli mətbuatımızla əlaqədar yazı yazmaq təklif olunanda bir qədər tərəddüd etdim. Çünki müxtəlif vaxtlarda bu mövzuda çox yazmışdım, efir dalğalarında çıxışlarım olmuşdu. Hər dəfə də təkrar olmasın deyə mövzuya müxtəlif səmtlərdən (faktoloji və üslub cəhətdən) yanaşmışdım. sualına ...
ANL
Bizimlə rahat nəfəs alın! Son illər Azərbaycanda burun estetik əməliyyatına maraq xeyli artıb. Burada əsas məqamlardan biri doğru cərraha müraciət etməkdir. Çünki burunda estetik əməliyyat etdirən pasientlər bir çox hallarda nəfəsalmada çətinlik çəkir, estetik görünüşün qənaətbəxş olmamasından şikayətlənir. Ona görə də...
ANL
Məlum və Naməlum Üzeyir Hacıbəyov. (63 illik ömrünün 60 ilini Üzeyir bəy Hacıbəyli Çar Rusiyası və Sovet Azərbaycanında Hacıbəyov soyadı ilə yaşayıb və yaradıb. Məqalə sənədlər əsasında yazıldığı üçün müəllif, Hacıbəyov soyadını saxlayıb). 1905-ci il Bakının qaynar ictimai-siyasi və mədəni həyatı böyük istedadlar və cə...
ANL
Saz bu yerdə ağsaqqaldı,- Sazın ayağına durun! Neyləyəcək qar mənə, Ocağa oxşar mənə? gün işığı kəsəcəkdi göbəyinizi? Ananız bu ömür adlı ipin avqust ayına. sərəcəkdi körpə-körpə köynəyinizi? Payız iməkləmək öyrədəcəkdi sizə. xəzəllərin üstündə? gedəndə ağladıb gedir. Ovcunu tək tanrıya aç. Kərtənkələ sürüsü, Bir ilana...
ANL
Ədəbiyyatşünaslığın nailiyyəti: “Milli oyanış və özünəqayıdış lirikası”. Ədəbi-elmi fikrin və ədəbi tənqidi düşüncənin inkişafında müxtəlif ədəbiyyatşünas nəsillərinin, o cümlədən, ayrı-ayrı yaradıcı şəxsiyyətlərin rolu böyük və danılmazdır. Ədəbiyyatı sevən, onu öyrənib təbliğ edən, ədəbi-elmi fikrə xidmət göstərmək i...
ANL
GÜNÜMÜZÜN FƏLSƏFƏSİ. Proseslər fərd - kütlə müstəvisində. Fərd və kütlə problemi ilə bağlı həm Şərq, həm də Qərb filosoflarının dəyərli fikirləri çoxdur. Şeyx Sədi Şirazi fərd- kütlə probleminə öz münasibətini belə bildirmişdi: Əgər oyaq qalsa şah otağında, Yoxsul rahat yatar öz yatağında. Kütlənin kamilliyinin əhəmiyy...
ANL
Çin - qədim sivilizasiya və müasir möcüzələr ölkəsi. Sənaye inkişafı və kənar zonalardakı dəyişikliklər. Çox sayda kiçik müəssisələr yaranmışdı. Lakin onların istehsal səviyyəsi ümidləri doğrultmurdu. Başlıca sərmayə qoyanlar kompradorlar (iqtisadi cəhətdən geridə qalmış ölkələrdə burjuaziyanın bir hissəsi olmaqla, onl...
ANL
Səhərdir. Xudmani bağda oturmuşuq, böyrümüzdən soyuq bulaq axır, bir az aralıda cökə, palıd, akasiya, qovaq ağaclarıdı, lap o üzdə böyürtkən kolluqlarıdı, dağın başında isə möhtəşəm və qədim-qayım Çıraqqala dayanıb... Cırcıramalar cırıldaşır. Yağışdan sonra günəş yandırıcı olacaq. Bal arıları uçuşur, yaxınlıqda arı qut...
ANL
Rəşad Məcidin “Bir də gəlməyəcək” kitabı Türkiyədə nəşr edilib. Bugünlərdə şair Rəşad Məcidin Ankaradakı “Bengü” nəşriyyatında “Bir də gəlməyəcək” şeirlər kitabı işıq üzü görüb. Kitabı nəşrə Seyfəddin Altaylı və Eldar Avşin Altaylı hazırlayıb. Seyfəddin Altaylı kitaba yazdığı önsözdə Rəşad Məcidlə dostluq tarixçəsindən...
ANL
Əkrəm Qaflanoğlunun “Talelər kəsişəndə” kitabı işıq üzü görüb. Yazıçı-publisist Əkrəm Qaflanoğlunun “Talelər kəsişəndə” kitabı nəşr olunub. Eyniadlı povestin yer aldığı kitabda 80-90-cı illərinin əvvəllərində baş vermiş hadisələr əsasında qələmə alınıb. Müəllif hadisələri özünəməxsus tərzdə, üslubda canlandırıb, birgan...
ANL
Arxa fondakı İlyas Əfəndiyev. Dövlət Mükafatı laureatı, Əməkdar İncəsənət xadimi, Xalq yazıçısı, görkəmli dramaturq İlyas Əfəndiyev! Bu ad XX əsrin 40-cı illərindən bu günə qədər ədəbiyyat, teatr və mədəniyyətimizin bütün sahələrində ilmə-ilmə, qarış-qarış əzbərlənib. Çünki İlyas Əfəndiyev ədəbiyyatda yeni bir mərhələ ...
ANL
Əgər gəlsə! Əslində bütün fəlsəfə, məna da məhz bu gözləntidədir. Haçansa, yaxud heç zaman gəlməyəcək qatarı gözləmək; səni harasa uzaqlara aparacaq adam kimi, təzadlarını nizamlayacaq varlıq kimi... Əməkdar incəsənət xadimi Bəhram Osmanovun “21:15 qatarı” tamaşasının qəhrəmanları da gözləyirlər. Akademik Milli Dram Te...
ANL
YUĞ Teatrı mövsümü yeni tamaşa ilə açdı. PƏRVİNİN EYNİADLI PYESİ ƏSASINDA REJİSSOR, XALQ ARTİSTİ RAMİZ HƏSƏNOĞLUNUN QURULUŞ VERDİYİ “SONUNCU” TAMAŞASI MARAQLA QARŞILANIB. Bu günlərdə YUĞ Dövlət Teatrında gənc yazıçı Pərvinin “Sonuncu” adlı pyesi əsasında rejissor, xalq artisti Ramiz Həsənoğlunun quruluş verdiyi tamaşa ...
ANL
Aida İmanquliyevanın tədqiqat sferası. Ərəb ölkələri arasında “Bilədu-Şam” (Şam diyarı - Suriya, Livan, İordaniya və Fələstin) adlandırılan regionun xristian Avropa ilə əlaqəsi hər zaman mövcud olmuş, avropalı missionerlər bu ərazilərdəki xristian ərəblər üçün təhsil mərkəzləri açmış, onların maarifləndirilməsində geni...
ANL
Ramiz Rövşən və ya bir üslubun suqqestiyası. mənim də mənsub olduğum ədəbi nəslin ideya-estetik zövqü formalaşanda Ramiz Rövşən artıq kifayət qədər tanınmış (müəyyən dairələrdə həddindən artıq sevilən, müəyyən dairələrdə həddindən artıq sevilməyən, müəyyən dairələrdə isə mübahisəli olan) şair idi. Və cəmiyyətdə onun şa...
ANL
DƏYƏRLİ ŞAİR VƏ TƏRCÜMƏÇİNİN YUBİLEYİ YAZIÇILAR BİRLİYİNDƏ QEYD EDİLDİ. Ötən gün Yazıçılar Birliyində (AYB) tərcüməçi, şair Səyavuş Məmmədzadənin 80 illik yubileyi qeyd olunub. Tədbiri AYB-nin sədri, Xalq yazıçısı Anar açaraq yubilyarı təbrik edib. Anar S.Məmmədzadənin həyat və yaradıcılığı ilə bağlı fikirlərini bölüşü...
ANL
Yazıçılar Birliyində Əlibala Hacızadənin 80 illiyi qeyd olundu. Dünən Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda mərhum ədibimiz Əlibala Hacızadənin 80 illik yubileyi münasibətilə tədbir keçirilib. Həmin vaxt Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin tələbəsi olan Ə.Hacızadənin təxminən ...
ANL
“Qoca” Fikrətin təxəllüsü deyil, sadəcə, “ov”u atılmış familidir, ancaq ilk şeirlərindən etibarən, xüsusən indi ün yetməz, səs çatmaz bir keçmişdə qalmış 60-cı illərin başlanğıcında - o zaman ki, oxucular poeziyamızın Sovet dönəmində Fikrət şeirlərinin yeniliyini, estetik orijinallığını və mövzu müstəqilliyini duydular...
ANL
Transatlantizm və Avrasiyaçılıq: bir medalın iki üzü. Dövlətlər arasında münasibətlərin çevrəsi genişləndikcə, intensivliyi artdıqca, siyasi, iqtisadi, mədəni əlaqələr dərinləşdikcə bu əlaqələrin xarakteri də mürəkkəbləşir. Sovet İttifaqının süqutundan sonra Qlobal siyasi sistemin vahid mərkəzdən idarə olunmasının mümk...
ANL
Həsrətin sonu vüsal…. Bəşər övladı dünyaya gəlib ömür payını yaşadığı çağlarda öz yolunu vaxtında tapmağı bacarırsa, insanlıq missiyasını şərəflə yerinə yetirmiş olur. Yazıb-yaratmaq eşqinə düşənlər isə sözün sehrini mənəvi qidaları sanıb, Haqdan butalarını alanda əsil möcüzə baş verir. Axı ulu əcdad çox qədim zamanlar...
ANL
İnsan hüquqları ilə bağlı beynəlxalq normalar. Bu gün dünyada insan hüquqları ən çox dartışılan, mübahisələrə səbəb olan mövzudur. Ancaq gedişat göstərir ki, dünyanın inkişaf etmiş sayılan ölkələrində bu sahədə daha ciddi problemlər mövcuddur. Bu, onu göstərir ki, insanlararası münasibətlərin qorunması, doğmalığın yara...
ANL
Sözü doğruluq günəşi ilə sınanan sənətkar. "NATƏVAN" KLUBUNDAKI TƏQDİMAT MƏRASİMİNDƏ ETMƏDİYİM ÇIXIŞIN MƏTNİ. Bu günlərdə AYB kitab layihəsi çərçivəsində İLESAM-ın rəhbəri, şair Mehmet Nuri Barmaqsızın bədii qayəsi sufi-panteist ənənədən gələn esselər toplusu Azərbaycan türkcəsinə çevrilərək "Həsrət, Eşq və Sükut" adı ...
ANL
İtaliyanın nüfuzlu jurnalında Rəşad Məcidin şeirləri cap olunub. İtaliyanın ən mühüm elmi, ədəbi və bədii elektron jurnallarından biri - "Hind-Aralıq dənizi Elmləri"ndə şair-publisist Rəşad Məcidin bir neçə ay öncə İtaliyada italyan dilində nəşr edilmiş “O” adlı şeirlər kitabından seçmələr və kitab haqqında italyan şai...
ANL
İxtisasca mühəndis olsa da ömrünü ədəbiyyata-poeziyaya bağladı. Bu bağ onun istedadıydı, sözə sevgisiydi və ayrıla bilmədi. Bu günə qədər bir şair yaşayır poeziyada. Jurnalist kimi əmək fəaliyyətinə başladı. Fərqliliyi, zəhməti onu tez tanıtdı. Qəribəydi, xəbəri olmadan kiminsə şeirlərini qəzetə, jurnala verər, tərtib ...
ANL
Zülmətdən keçən yol. Sadıq Elcanlı - çağdaş nəsrimizin özünə- məxsus yaradıcılıq dəsti-xətti olan bir tanınmış nümayəndəsi! Onu hələ Sadıq İbrahimov imzası ilə ötən əsrin 70-ci illərində bizim Şabranda yerli qəzetdə irili-xırdalı publisistik yazılarının ilk bədii yaradıcılıq nümunələri olan vaxtlardan tanıyıram. Yazıçı...
ANL
Məlum və Naməlum Üzeyir Hacıbəyov. (63 illik ömrünün 60 ilini Üzeyir bəy Hacıbəyli Çar Rusiyası və Sovet Azərbaycanında Hacıbəyov soyadı ilə yaşayıb və yaradıb. Məqalə sənədlər əsasında yazıldığı üçün müəllif, Hacıbəyov soyadını saxlayıb). Bir neçə ay çəkən "Gilan qastrolları"nın bu vilayəti bürümüş vətəndaş müharibəsi...
ANL
Azərbaycan X Böyük Türk Dili Qurultayında uğurla təmsil olunub. Türkiyənin paytaxtı Ankara şəhərində yerləşən və dünyanın nüfuzlu ali məktəbləri sırasında yer alan İhsan Doğramacı Bilkənd Universitetinin təşkilatçılığı ilə hər il sentyabr ayında dünyanın ayrı-ayrı ölkələrində Uluslararası Böyük Türk dili Qurultayı keçi...
ANL
Görkəmli alim, tanınmış arxeoloq. Arxeologiya elmi İctimai-humanitar elmlər sırasında özünün bir sıra səciyyəvi və spesifik xüsusiyyətləri ilə seçilir. Məşhur Britaniya-Avstraliya arxeoloqu Qordon Çayldın təbirincə desək "tarix elmində çevriliş edən arxeologiya keçmişi öyrənmək perspektivini yüz dəfələrlə artırmışdır"....
ANL
İstidən qovrulan, kül kimi. göyə sovrulan. Möhtacdır bəndələrə, möhtacdır yerə-göyə. Mən sənə- sənin böyüklüyünə, ürəyindən keçənlərə, bütün dediklərinə. insanlara söylədiklərinə. möhtac olan kimi. Bu qəfil gurultudan. Diksinər buludlar, səksənər insanlar. Mənimçün, bəlkə də sənünçün. Küçələrdən. gecələrdən. Bu bizləri...
ANL
Məcnun Hacıbəyovun 80 illiyi qeyd olunub. Oktyabrın 5-də Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Teatr Xadimləri İttifaqı (ATXİ) və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə Əməkdar artist Məcnun Hacıbəyovun 80 illik yubileyi qeyd edilib. AZƏRTAC xəbər verir ki, yubiley tədbirini Xalq artist...
ANL
Bugünlərdə dostum - tanınmış alim, filologiya elmləri doktoru, professor, şair Əsgər Rəsulovla görüşdüm. Əsgər müəllimlə uzun illərdir dostluq edirik. O, dost və tanışlarının, yaxınlarının, iş yoldaşlarının uğuruna sevinən, onların sevincinə ürəkdən şərik olan tək-tək insanlardandır. Və hər dəfə də görüşəndə özünün yox...
ANL
Əhmədəli orta yaşlı, arıq bədənli, qarayanız, gözləri batıq bir kişidir. Ancaq hərə bir şeyə adət etdiyi kimi, Əhmədəli də xəstəlikdən danışmağa adətkərdədir. Hansı məclisə düşürsə, fikri-zikri ancaq xəstəlikdən söz salmaqdır. Yanında oturduğu adam istər tanış olsun, istər yad, Əhmədəlinin ona ilk sualı bu olur: - Səhh...
ANL
Əhmədəli orta yaşlı, arıq bədənli, qarayanız, gözləri batıq bir kişidir. Ancaq hərə bir şeyə adət etdiyi kimi, Əhmədəli də xəstəlikdən danışmağa adətkərdədir. Hansı məclisə düşürsə, fikri-zikri ancaq xəstəlikdən söz salmaqdır. Yanında oturduğu adam istər tanış olsun, istər yad, Əhmədəlinin ona ilk sualı bu olur: - Səhh...
ANL
Məlum və Naməlum Üzeyir Hacıbəyov. (63 illik ömrünün 60 ilini Üzeyir bəy Hacıbəyli Çar Rusiyası və Sovet Azərbaycanında Hacıbəyov soyadı ilə yaşayıb və yaradıb. Məqalə sənədlər əsasında yazıldığı üçün müəllif, Hacıbəyov soyadını saxlayıb). "Azərbaycan" qəzetinin redaktoru olduğu müddətdə musiqi fəaliyyəti ilə çox az mə...
ANL
"Ortaq türk ədəbiyyatı" dərsliyinin konsepsiyası müzakirə olunub. Qazaxıstanın paytaxtı Astana şəhərində Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı ilə Türk dünyası Ədəbiyyat institutları direktorlarının iclası keçirilib. Tədbiri Beynəlxalq Türk Akademiyasının prezidenti, professor Darxan Kıdırəli açıb və Türk Dövlə...
ANL
Timuçin Əfəndiyev:"Prezidentin Fəxri Diplomu" mənim üçün çox doğma və əziz mükafatdır". Müasir Azərbaycan ədəbiyyatşünaslığının, sənətşünaslığının öncül simalarından olan Timuçin Əfəndiyev artıq qırx ildən artıqdır ki, ölkə elminə, təhsilinə töhfələr verməkdədir. Ədəbiyyatşünaslıq və sənətşünaslıq mövzularında yüzlərlə...
ANL
Hadi ömrü - parlaq bədii təfəkkür işığında. Söhbət Xalq şairi Sabir Rüstəmxanlıdan, daha doğrusu, S.Rüstəmxanlının bu yay nəfis bir kitab şəklində çap olunmuş "Şair və Şər" romanından gedir. Sözün açığı, yalnız ədəbiyyat yox, həm də ictimai-siyasi səhnədə öz sözünü cəmi türk dünyasında kifayət qədər söyləmiş xalq şairi...
ANL
ŞEİRİN TOZU. Tutub düzü-dünyanı. Bağların tül örtüsü, Dağların çəni, sisi, Ulduzların həsrəti, Günün, ayın haləsi. Çox gizli arakəsmə, Xeyli palaz-xəlçələr. Qumlu, daşlı torpaqlar, Əsən küləklər tozdur. Sərasər özümüz də, Nəfəsimiz də tozdur! Tozdan bezib yorulmaq, Bəlkə də hələ tezdir. Yaşamaq özü tozdur. Yanmaqdı mən...
ANL
X Uluslararası Böyük Türk Dili Qurultayı mühüm elmi-mədəni tədbir kimi. Sentyabrın 28-dən oktyabrın 1-dək Bosniya və Herseqovinanın paytaxtı Saraybosna şəhərində X Uluslararası Böyük Türk Dili Qurultayı keçirilib. Əsasən Türkiyənin Bilkənd Universiteti və Bosniya və Herseqovinanın Sarayevo Universitetinin təşkilatçılığ...
ANL
Tatar və noqay adıyla kimlər nəzərdə tutulur? Bu gün "Monqol-tatar" məfhumu deyiləndə, tarixi nöqteyi-nəzərdən monqollar ilə tatar tayfalarının (yəni türkköklü) birgə hərbi ittifaqı və onların birgə istila yürüşləri başa düşülür. Həqiqətən də bu belədirmi? Əgər tarixin bu günə daşıdığı "Monqol -tatar" anlayışı belədirs...
ANL
Məlum və Naməlum Üzeyir Hacıbəyov. (63 illik ömrünün 60 ilini Üzeyir bəy Hacıbəyli Çar Rusiyası və Sovet Azərbaycanında Hacıbəyov soyadı ilə yaşayıb və yaradıb. Məqalə sənədlər əsasında yazıldığı üçün müəllif, Hacıbəyov soyadını saxlayıb). 1920-ci ilin aprelində Azərbaycanın siyasi mühitində yaranmış vəziyyət Üzeyir bə...
ANL
Rəsulzadə qəsəbəsindəki 99 nömrəli tam orta məktəb 48 ildir ki, Həsən Qardaş oğlu Cəbrayılovun adını daşıyır. Onun qısa, lakin şərəfli həyat yoluna işıq tutmağa çalışdım. İlk həmsöhbətim böyük qardaşı Məcid dayı oldu: "Bizim taleyimizə Böyük Vətən müharibəsinin məşəqqətli günlərini görmək düşüb. Atamız müharibəyə getmi...
ANL
Qarabağ qoxulu poeziya. Ağdamın, "Külli-Qarabağın" al-əlvan libasa büründüyü, Qədirin "Sona Bülbüllər"inin, Novruzlu İsgəndərin "Ağdam Qarabağın toy otağısan" mahnısının el-el, oymaq-oymaq pərvazlandığı bir bahar çağında, daha dəqiq desək 44 il əvvəl lirik şeirlərilə o dövrün qəzetlərində, almanaxlarında görünən, tanın...
ANL
Məlum və Naməlum Üzeyir Hacıbəyov. (63 illik ömrünün 60 ilini Üzeyir bəy Hacıbəyli Çar Rusiyası və Sovet Azərbaycanında Hacıbəyov soyadı ilə yaşayıb və yaradıb. Məqalə sənədlər əsasında yazıldığı üçün müəllif, Hacıbəyov soyadını saxlayıb). 1937-ci ilin sonlarında Az.K(b)P MK Bürosunun qapalı iclasında məsələyə baxılır,...
ANL
Oktyabrın 11-i mərhum şair Eldar Nəsibli Sibirelin anım günüdür. Bu münasibətlə “525-ci qəzet” şairin müxtəlif illərdə qələmə aldığı şeirlərdən seçmələri oxuculara təqdim edir. Sevgimi umanlar sanki nağıldı, Səni görən kimi qaçdı, dağıldı, Mən indi dəliyəm, yoxsa ağıllı, Özüm də özümə əyan deyiləm. Bu həsrət vüsala qov...
ANL