text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Mirzə Fətəli Axundzadə irsinin daha bir maraqlı səhifəsi. BÖYÜK ƏDİBİN PARİSƏ GÖNDƏRDİYİ BİR TELEQRAMIN MARAQLI TARİXÇƏSİ VAR. AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun arxivində böyük Mirzə Fətəli Axundzadəyə aid 2 saylı fondda mühafizə olunan olduqca qiymətli materiallar içərisində müəllifin öz əli ilə yazdığı və P...
ANL
GÜNÜMÜZÜN FƏLSƏFƏSİ. Körpünün fəlsəfəsi. Bir neçə il öncə TV-lər Bakı şəhərində açılan körpülərdən reportaj verdilər. Amma heç kəs məsələnin fəlsəfəsini açıqlamadı. Məncə, bu açılışlara bir fəlsəfi don biçmək olar. Eyni bir iqtisadi dəyərə malik müxtəlif sosial obyektlərin (məktəbin, xəstəxananın, mədəniyyət sarayının ...
ANL
Çin - qədim sivilizasiya və müasir möcüzələr ölkəsi. Konfutsi ortodoksiyası müstəvisi ilə əlaqəsi olmayan kommoner Sun Yatsen Havay adalarındakı və Honkonqdakı Qərb üslublu məktəblərdə oxumuşdu. Tezliklə o, yenidən Havaya yollandı və orada anti-Mancu qardaşlığını yaratdı, onun adı Bərpa Olunan Çin cəmiyyəti idi. Honkon...
ANL
Esselərin Paşa ətri, qəlb nuru. Şeirlərinin poetik istisində qızındığım, nəsrinin quzeyində islanıb, güneyində qurulandığım Paşa Qəlbinurun esselər toplusuyla qarşılaşdıqda, nədənsə, qələmlərinə və şəxsiyyətlərinə hörmət və qibtə elədiyim Elçin və Kamal Abdullanı xatırladım. Onların cərgəsinə sənətin çox janrında qələm...
ANL
Ustadımın ad gününə hədiyyə. Azərbaycanda ərəb dili ilə maraqlanmış, onu özünə ixtisas seçmiş elə bir adam tapılmaz ki, bu dildən bəhs edərkən ilk növbədə respublikamızda ərəbşünaslığın əsasını qoymuş, gözəl alim və pedaqoq, əməkdar elm xadimi, prezident təqaüdçüsü professor Ələsgər Məmmədovu xatırlamasın. Gənclik illə...
ANL
Ədəbiyyatı dünya hadisəsinə çevirən xalqın kitab mədəniyyəti. Neçə ildi uşaqlarda kitab oxumağa vərdiş yaratmaq üçün çıxarmadığım oyun qalmayıb. Tək kitab oxutmaqla kifayətlənmirəm, oxuduqları haqda yazmalarını da istəyirəm. İT dövrünün uşaqları üçün qəddar atayam, bilirəm. Olsun, qoy məni elə qəddar bilsinlər! Bir dəf...
ANL
Yer adamı kimi doğulub sonra göyə çevrilmək var. Çevrilmələr dürlü-dürlüdür. “Allahın bütün çevirmələri xeyirliyədir” deyənlərin o göyün altında gedən insani çevrilmələrin ziyanından danışmağa dili varmaz. İnsani çevrilmələrin ən divanəsindən, ən gözəlindən, ən doğmasından, ən eşqlisindən və başqa “ən”lərindən söz açsa...
ANL
Müsyö İbrahimin gülləri... ...Ömrünün ikinci yarısını yaşayan Müsyö İbrahim! Həyat tərəzisinin “keçmiş” gözü daha ağır gələn zəngin kişi. Yaşam qanunlarına aid ən kiçik, ən adi işarələrlə böyük mətləbləri izah edən müsəlman... O dünyanı gerçək vətəni sayan sufi. Ölümü də təmkinlə gözləyən müdrik adam! ...Erkən yaşından...
ANL
Yeri başda olan adam... gen-bol at səyirtdiyi, cövlan etdiyi bir vaxtda, bu yaxınlarda, poçtalyonun qapımı döyməsinə, necə deyərlər, dədə-baba qaydası ilə qol çəkdirib mənə barat verməyinə, düzü, azacıq da olsa, heyrətləndim. Bəli, yerli poçtalyonun, gündəlik mətbuatla yanaşı, ünvanıma gətirdiyi o barat uzaq Lerikdən H...
ANL
Edam vaxtını dəyişmək olmaz. Onu artıq təkadamlıq kameraya keçirmişdilər. Yerində uzanıb gözlərini rəngsiz tavana zillədi. Əllərini başının arxasında daraqladı. Beləcə sabahdan axşama qədər uzanmaqdan başqa heç nə edə bilmirdi. Bu hal onun ən sevimli halı idi. Yenə də saniyələri ölçüb daha dəqiq vaxtı müəyyənləşdirməyə...
ANL
Azərbaycan Koreyadakı kitab sərgisində təmsil olunur. Koreyanın paytaxtı Seulda Koreya Nəşriyyatçılar Assosiasiyasının təşkilatçılığı ilə “Mədəniyyəti öyrən, dünyanı öyrən” adlı beynəlxalq kitab sərgisi açılıb. Sərginin əsas məqsədi kitab oxumaq vərdişini daha geniş təbliğ etmək, sərgi vasitəsilə iştirakçı ölkələrin ça...
ANL
“Təyyarə qanadında uçan ruh”un təqdimatı keçirilib. Azərbaycan Dillər Universitetində (ADU) Almaniyada yaşayan, ADU-nun məzunu olmuş, yazıçı-publisist Əzimə Ağalarovanın “Təyyarə qanadında uçan ruh” adlı kitabının təqdimat mərasimi keçirilib. Azərbaycan dili və ədəbiyyatı kafedrasının dosenti Əqidə Axundovanın təşkilat...
ANL
Kaşeyin ölümü - cəmiyyətin müflisləşməsi. “Ulduz” jurnalının 9-cu sayında Xalq yazıçısı Elçinin “Kölgə” hekayəsi və “Kaşeyin taleyi” povestinin yer aldığı “Kaşeyin taleyi” adlı kitab AYBkitab layihəsi çərçivəsində çap olunaraq oxuculara hədiyyə edildi. Xeyli vaxtdır “Kaşeyin taleyi” ilə bağlı yazmaq haqqındakı fikirlər...
ANL
Sevir Odlar diyarını - sevir onu Azərbaycan! Planetin beş qitəsi dadıb ruhi qidasını, Arzulayır sülh, barışıq böyük şair Fikrət Qoca! Zaman sonsuz karvanını sürüb gedir yavaş- yavaş, Təbrikiylə bölgələri qabaqlayıb doğma Ağdaş... Sağ ol, ölməz bəstəkarla nəinki dost, həm də adaş - Məclislərə yar-yaraşıq, böyük şair Fik...
ANL
“… Rüşvətsiz və tapşırıqsız oxumaq mümkündür”. AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİNİN REKTORU, PROFESSOR ƏDALƏT MURADOV: “NEQATİV HALLARIN QARŞISINI ALMAQ ÜÇÜN DİGƏR ALİ MƏKTƏBLƏRDƏN VƏ XARİCİ ÖLKƏLƏRDƏN TƏLƏBƏ KÖÇÜRÜLMƏLƏRİNİ QADAĞAN ETDİK”. Ölkə iqtisadiyyatının və biznesin vəziyyəti həm də burada çalışan kadrlard...
ANL
“Türk xalqlarının kitab abidələri. Prezident Kitabxanasının əməkdaşları türkdilli xalqların mədəni irsinin bir hissəsi olan kitab abidələrinin Kitabxananın fondunda olan nüsxələrinin elektron versiyalarını hazırlamış, bir qisminin isə elektron versiyalarını virtual məkandan toplayaraq “Türk xalqlarının kitab abidələri....
ANL
“Türk xalqlarının kitab abidələri. Prezident Kitabxanasının əməkdaşları türkdilli xalqların mədəni irsinin bir hissəsi olan kitab abidələrinin Kitabxananın fondunda olan nüsxələrinin elektron versiyalarını hazırlamış, bir qisminin isə elektron versiyalarını virtual məkandan toplayaraq “Türk xalqlarının kitab abidələri....
ANL
İnsan da var ki, ömrün dolaylarında çırpınır, işin çətinindən yapışır, müşkülləri asan etməyə çalışır. Əziz rəfiqəm, tələbə yoldaşım, istedadlı qələm sahibi Rəhilə Gülgün kimi. Rəhilə haqqında həmişə xoş sözlər danışsam da, onu səciyyələndirən, xarakterini açan cəhətləri dilə gətirsəm də, barəsində yazmaq fürsətim olma...
ANL
Baxıram dənizə - sinəsi mərmər, Durnatək düzəldir qatar dalğalar, Elə şahə qalxıb, elə enirlər, Qorxuram özündə batar dalğalar. Nəsə can atırlar nağıllayalar, Yatmırlar, elə bil uğur yayalar, Sanki zənn edirlər oğurlayarlar, Suyunu, bir azca yatar dalğalar. Çıxar məcrasından sahili qoysa, Sanır ləkə qalmaz dünyanı yusa...
ANL
“Nuhçıxandan –Naxçıvana” kitabı təqdim olunur. Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəylinin "Nuhçıxandan –Naxçıvana” kitabı "Elm və təhsil” nəşriyyatında çapdan çıxıb.Kitabda Azərbaycanın ən qədim elm, təhsil və mədəniyyət mərkəzlərindən biri olan Naxçıvan...
ANL
Bu insan saza yaraşıq verməyin ustasıdır. Mən belə deyərdim. Solo ifasının və rəhbərlik etdiyi qrupun timsalında sazın pərdələrinə necə rəng qatmaq, səsə - həm də aşıq sənəti kimi köklü-soylu bir səsə - müasir zehnin estetik duyumunca necə anlam yükləmək mümkünmüş, şahidi oldum. Cənubi Azərbaycan aşıqlarının Rəşid Behb...
ANL
Bilik Fondu Müəllimlər İnstitutunda Rəşad Məcidin tələbələrlə görüşünü keçirib. Ötən gün Azərbaycan Müəllimlər İnstitutunda (AMİ) Yazıçılar Birliyinin katibi, "525-ci qəzet"in baş redaktoru, şair, publisist Rəşad Məcidlə tələbələrin görüşü olub. Görüş Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun informa...
ANL
İsrafil İsrafilov TÜRKSOY Teatr Direktorları Şurasının toplantısında iştirak edib. Türkmənistanda TÜRKSOY-a üzv olan dövlətlərin Teatr Direktorları Şurasının toplantısı keçirilib. Milli Dram Teatrının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə TÜRKSOY-un Azərbaycan üzrə təmsilçisi Elçin Qafarlı çıxış ed...
ANL
Mirzə Fətəli Axundzadə irsinin daha bir maraqlı səhifəsi. BÖYÜK ƏDİBİN PARİSƏ GÖNDƏRDİYİ BİR TELEQRAMIN MARAQLI TARİXÇƏSİ VAR. Əvvəlcə Nikolai barədə. Fransız diplomat bir müddət İranın Rəşt şəhərində Fransanın baş konsulu kimi fəaliyyət göstərmiş, sonra Parisə çağırılaraq Xarici İşlər Nazirliyində çalışmışdı. Bir müdd...
ANL
Azərbaycan xalçaçılığı: keçmişdən gələcəyə. Köndələn çayının sahilində yerləşən, XIX-XX əsrlərdə qoyunçuluq təsərrüfatı və xalçaları ilə məşhur olan Füzuli rayonunun Kürdmahmudlu kəndindəyəm. Söhbət etdiyim sakinlər deyirlər ki, Kürdmahmudlu xalçaları xanların dəyərli hədiyyəsi, tacirlərin bahalı malları, gəlinlərin ce...
ANL
Azərbaycanın sığorta-pensiya sistemi. AZƏRBAYCANIN SIĞORTA-PENSİYA SİSTEMİ ÖLKƏ ƏHALİSİNİN 45 FAİZDƏN ÇOX HİSSƏSİNİ ƏHATƏ EDİR. Prezident İlham Əliyevin uğurla reallaşdırdığı sürətli inkişaf strategiyası nəticəsində dayanıqlı makroiqtisadi sabitlik və davamlı iqtisadi artım təmin olunub, ölkəmizdə əhalinin rifah halını...
ANL
Natəvan Dəmirçioğlu yaradıcılığı və Azərbaycançılıq ideyası. Natəvan Dəmirçioğlu imzası hələ tələbəlikdən mənə tanış idi. Odlar Yurdu Universitetinin böyük akt zalında keçirilən Beynəlxalq konfransların birində bu qiyabi tanışlığın əyaniyə çevrildiyi o unudulmaz gün qəlbimdə hələ illər sonra da xoş bir təəssürat kimi y...
ANL
Qonaqkənd məktubları. Qonaqkənd rayonunun kəndləri uzun illər ərzində boşalır, artıq bir neçə evdən ibarət kəndlərin sayı çoxalır. Gedənlərin nisgili, qalanların qayğısı üzündən oxunur. Yurd sevgisi, yurd dərdi insanları danışdırır. Hər dövrün öncül çətinlikləri olur. Bu çətinliklərin həll edilməsi dövlətin, hökumətin ...
ANL
OKTYABRIN 12-DƏ MÜSLÜM MAQOMAYEV ADINA AZƏRBAYCAN DÖVLƏT FİLARMONİYASINDA XALQ ŞAİRİ FİKRƏT QOCANIN 80 İLLİYİNƏ HƏSR OLUNMUŞ TƏNTƏNƏLİ YUBİLEY GECƏSİ KEÇİRİLİB. Fikrət Qocanın bir neçə doğum günü var. Amma məncə Fikrət müəllim özü məhz may ayının 8-də anadan olmasına inanır. Amma Şuşa işğal olandan sonra bu inamı zəifl...
ANL
Azərbaycan cazı Vyanada səslənib. Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və dəstəyi ilə Vyanada "Porgy & Bess" klubunda Azərbaycanın tanınmış caz pianoçusu Elçin Şirinovun rəhbərlik etdiyi Azərbaycan-Britaniya-İtaliya caz triosu konsert verib. Vyananın ən tanınmış caz məkanı sayılan "Porg...
ANL
Yazıçılar Birliyində Fazil Güneyin 70 illiyi qeyd olunub. Ötən gün Azərbaycan Yazıçılar Birliyində (AYB) tanınmış yazıçı, publisist, şərqşünas alim Fazil Güneyin 70 illik yubileyi keçirilib. Tədbiri AYB-nin katibi Rəşad Məcid açaraq yubilyarı təbrik edib: "Fazil müəllimi uzun illərdir tanıyıram. Mən hələ gənc olanda, F...
ANL
"Azərbaycanın elm və mədəniyyət xadimləri" seriyasından daha bir nəşr. "Azərbaycanın elm və mədəniyyət xadimləri" seriyasından daha bir nəşr "HÜSEYN RAZİ: BİBLİOQRAFİYA" KİTABI AMEA NAXÇIVAN BÖLMƏSİ RƏYASƏT HEYƏTİNİN TÖVSİYƏSİ İLƏ ÇAP OLUNUB. Naxçıvan "Əcəmi" Nəşriyyat Poliqrafiya Birliyinin 2015-ci il nəşri olan "Hüse...
ANL
Daha təkmil statistika - daha yaxşı həyat. İlk baxışda cansıxıcı görünən statistik hesabatlar, əslində, dərin siyasi, sosial-iqtisadi mahiyyət kəsb edir. Statistik rəqəmlər bu və ya digər ölkənin, bütövlükdə dünyanın ümumi inkişaf mənzərəsini, qlobal meyilləri, yeni çağırışları, Yer üzündə ekologiya, insan inkişafı, tə...
ANL
Azərbaycan jurnalistikasının səsi olmağa layiq namizəd. Seçkilər hər bir ölkənin siyasi həyatında mühüm hadisə, eyni zamanda vətəndaşların, dövlətin və ictimai həyatın idarə olunmasında kütləvi iştirak formalarından biridir. Xalqın iradəsinin ifadəsi olan seçkilərin demokratik, azad keçirilməsi ölkədəki ictimai-siyasi ...
ANL
Vətənin doğulması. (Kitabi-Dədə Qorqud və Nibelunqlar dastanları əsasında). Hər xalqın eposu olmur. Qəhrəmanların şəninə çox nəğmələr qoşulsa da, nağıllar, dastanlar söylənsə də, bu, hər zaman epos səviyyəsinə qədər qalxmır. Dastanlar məhz bir millətin vətəninin doğulmasının və qorunmasının, torpağı vətənə çevirib sevd...
ANL
Bu günlərdə şair publisist Xanəli Kərimlinin tərtibatı ilə işıq üzü görən "Şəhidlik zirvəsi" kitabı oxucu ünvanına yol aldı. Kitabda Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi zamanı şəhid olmuş kapitan Ceyhun Orucəliyevin ömür və hərbi xidmət yoluna bir işıq tutulub. Dörd bölmədən ibarət kitabda rəsmi materiallar, məqa...
ANL
Biz üç şair idik: Vahid Əlifoğlu Füzulidən, Əbülfət Mədətoğlu Qarabağın Tuğ kəndindən, mən İmişlidən. 80-ci illərin əvvəllərində Çingiz Əlioğlu Vahidi, Əbülfəti və məni Azərbaycan Dövlət Televiziyasının "Gənclik" verilişinə çağırmışdı. Orda tanış olduq. Vahid çəkilişdə şeir deyə bilmirdi həyəcanından. Əbülfətlə mən onu...
ANL
Gənc yazıçı Natiq Məmmədlinin "Körpüdə ümid" romanı ümidini itirmiş insanların nicat tapacağı, xilas olacağı, günahlardan qurtulacağı bir sözün axtarışına həsr olunub. O söz bir kəndi, bir şəhəri bütövlükdə bəşəriyyəti xilas edəcək yeganə açar sözdü... Yeni, uğurlu əsər ədəbiyyat, mənəviyyat, ruh hadisəsidir. İllərin t...
ANL
Bakıda Üzeyir Hacıbəyli və Müslüm Maqomayevin 130 illiyi qeyd olunub. Cövdət Hacıyev adına 3 nömrəli 11 illik musiqi məktəbində Üzeyir Hacıbəyli və Müslüm Maqomayevin anadan olmasının 130 illiyi münasibətilə Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi tərəfindən ədəbi-bədii tədbir ke...
ANL
XALQ YAZIÇISI İLYAS ƏFƏNDİYEVİN MƏŞHUR ƏSƏRİNİN YENİ SƏHNƏ YOZUMU BÖYÜK MARAQ DOĞURUR. Oktyabrın 13-də Rəşid Behbudov adına Şuşa Dövlət Musiqili Dram Teatrında Xalq yazıçısı İlyas Əfəndiyevin "Boy çiçəyi" pyesi tamaşaya qoyuldu. Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Loğman Kərimovdur. Pyesdəki Həsənzadə obrazını...
ANL
Londonda Elçinin əsəri əsasında hazırlanmış tamaşanın premyerası olub. Britaniyada fəaliyyət göstərən "Alov" Teatrının təşkilatçılığı ilə Londonun "St. James" Teatrında Xalq yazıçısı Elçinin "Cəhənnəm sakinləri" pyesinin motivləri əsasında hazırlanmış "Gecə yarısı" ("Midnight") adlı musiqili tamaşanın premyerası olub. ...
ANL
Tehranda İranın Mədəniyyət və İslami İrşad Nazirliyinin və "Niyavaran" Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Azərbaycanın kamança ustadı, Xalq artisti Habil Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan Mərkəzin direktoru Seyidabbas Səccadi belə bir tədbirin keçirilmə təşəbbüsünün İr...
ANL
Repressiya qurbanı olmuş qələm sahiblərimiz. Lakin o aydındır ki, bəzi istisnalar nəzərə alınmasa, güllələnənlərin, sürgün edilənlərin, həbsxana divarları arasında min bir işgəncə ilə qətlə yetirilənlərin böyük əksəriyyəti Sovet rejimi, kommunist ideologiyası və mövcud quruluşa qarşı real və ciddi təhlükə yarada biləcə...
ANL
Sanjay Ranan:"Azərbaycana səfir təyinatını böyük məmnunluqla qarşıladım". "GƏLƏCƏKDƏ SƏFİR KİMİ FƏALİYYƏTIMDƏ ÜÇ ƏSAS PRİORİTETİM OLACAQ". Müsahibimiz Hindistanın Azərbaycandakı yeni səfiri Sanjay Ranandır. Azərbaycanda ilk dəfə olduğunu deyən diplomat daha əvvəl Maldiv adalarında çalışıb. - Cənab səfir, Azərbaycanda o...
ANL
Bəli, sözünün qulu olmaq da, ağası sayılmaq da jurnalist, şair, yazıçı taleyidir. Əli Nəcəfxanlı da taleyinə, Allahın verdiyi istedada qaildir, şükür-sənalıdır. Söz onunçun ən qiymətli sərvətdən dəyərlidir, parlaqdır, nurludur, ürək rahatlığıdır. Çünki kamalın bəzəyi dil, dilin bəzəyi sözdür. İnsan öz əqli ilə məsləhət...
ANL
Hurufilər hərf, rəqəm və şəkillərdən mənalar çıxararaq dünyanın sirrini açmağa çalışırdılar. Hurufi düşüncəyə görə, insan ilahinin surəti və həqiqətin açarıdır; Allah hər zərrəcikdə mövcud olduğu kimi insanın üzündə rəmzlərlə ( burun, göz, dodaq, qaş, kiprik və s.) dərin mənalar ifadə edir. İnsan doğrudan da təbiətin d...
ANL
Yazıçılar Birliyində Sabir Rüstəmxanlının yeni kitabı təqdim olundu. Ötən gün Azərbaycan Yazıçılar Birliyində (AYB) Xalq şairi Sabir Rüstəmxanlının "Şair və şər" kitabının təqdimat mərasimi keçirilib. Tədbirdə Sabir Rüstəmxanlının həyat və yaradıcılığı, onun ədəbi və ictimai fəaliyyəti haqda ətraflı məlumat verilib. Qe...
ANL
Naxçıvan Dövlət Universitetində "Məmməd Araz: Bu da belə bir ömürdü" mövzusunda elmi konfrans keçirilib. Tədbirdə müstəqil Azərbaycan dövlətçiliyi tarixində ilk dəfə "İstiqlal şair" adını almış qələm sahiblərindən Xalq şairi Məmməd Arazın həyat yolundan, yaradıcılığından ətraflı söhbət açılıb. Konfransı giriş sözü ilə ...
ANL
Repressiya qurbanı olmuş qələm sahiblərimiz. Lakin o aydındır ki, bəzi istisnalar nəzərə alınmasa, güllələnənlərin, sürgün edilənlərin, həbsxana divarları arasında min bir işgəncə ilə qətlə yetirilənlərin böyük əksəriyyəti Sovet rejimi, kommunist ideologiyası və mövcud quruluşa qarşı real və ciddi təhlükə yarada biləcə...
ANL
Yaxud kimdir Əflatun Amaşov? Məncə ömrümüz bizim istədiyimiz, sevdiyimiz və bizi istəyən, sevən insanların, o cümlədən, dostların, səmimi yoldaşların, məsləkdaşların varlığı ilə tamdır. Yoxsa yaşamağın mənası və gözəlliyi olmazdı. Bu sarıdan nə yaxşı ki tale məni Əflatun Amaşovla rastlaşdırdı! Kim danışığında əcnəbi, y...
ANL
“Mən səni sevirəm vəhyə çəkilən peyğəmbər Allahı sevdiyi kimi”. Biz hara gediriksə. ordan qayıdır zaman. Hədiyyə edirəm özüm özümə, Dünyanı özümə bağışlayıram, Qumu tullayıram pisin gözünə, Yaxşını min dəfə alqışlayıram. Qalxıb qəlbi dikə ulduz sayıram, Keçirəm qürubun eniş altından. Bayatı tinindən ehmalca ötüb. Qonur...
ANL
... Yaddaşını küləklər daradıqca sümüyü sürmə olmuş anasının həzin laylasını eşidir, iki yaddaşın arasında nə edəcəyini bilmirdi... Əlif kişi payızda sümüklərini şaqqıldada-şaqqıldada evdən həyətə çıxar, köhnə kötüklərdən birinin üstündə oturub özünü guya günə verərdi. Belə vaxtlarda hardansa bir durna qatarı qaqqıldaş...
ANL
Çin - qədim sivilizasiya və müasir möcüzələr ölkəsi. Parlament fraksiyaları və ictimai rəy daha pis qaydada parçalandı, general Çan Hsünün tələbi ilə parlament buraxıldı. Sonrakı günü Çan öz ordusu ilə (Sulla və Qay Yuli Sezar Romaya girən kimi) Pekinə girdi ki, Tsin sülaləsini bərpa etməyə yaxın bir iş qursun. O andac...
ANL
Ülvi duyğular, nəcib ideallar şairi Yusif Nəğməkar. Tanınmış istedadlı və sevilən şair Yusif Nəğməkar yaradıcılığı barədə ara-sıra yazılarım olub. 60 illiyi ərəfəsində onun kitablarını yenidən vərəqlədim və məmnuniyyətlə təsir gücündən yaxa qurtara bilmədiyim yazılara, mövzulara bir də qayıdası oldum... Həqiqətən də ki...
ANL
Maarif, mədəniyyət və mətbuat tariximizin unudulmaz səhifəsi. Mövzu oxucular və pedaqoji ictimaiyyət tərəfindən maraqla qarşılanıb. Bu mövzuda yazılan digər məqalələrim bir sıra elmi və dövri nəşrlərdə də işıq üzü görüb. Həmin yazını kiçik əlavələrlə oxucuların, xüsusən pedaqoji ictimaiyyətin diqqətinə çatdırmaq istədi...
ANL
Buludlanmış baxışlarından ürəyinə axan yağmurdan iliklərinə qədər “islandığın”- Allahın o ver(məyən) günündə bütün həyatının, yaşadıqlarının, çəkdiklərinin və yazdıqlarının vur-tut 5-6 şeir mətninə sığdığının fərqinə vararsan. Bu fərqindəlik hissi içinlə çölünün eyniləşdiyi bir havada, deyəlim ki, şırıl-şırıl yağmurlar...
ANL
Şahzadə Qreys. Nağıl həyat... Qreys Kellinin həyatı nağıla bənzəyir! Monako knyazı III Renyenin xanımı, şahzadə Qreys. Kim bilir, bəlkə imkanlı ailənin əzizxələf qızı Qreys uşaqlıqda ağ atlı şahzadəsini xəyal da edirmiş?! Çox güman ki, ilk gənclik illərində fotomodel kimi obyektiv önünə keçəndə də özünü hansısa anlarda...
ANL
“Dağlarının şiş ucları buludlarla döyüşən”, “ayaqlarında coşqun Xəzər oynayan” (C.Cabbarlı), buz bulaqlarının zümzüməsi quşlarının cəh-cəhinə qarışan əbədi-əzəli yurdumuz-yuvamız Azərbaycanımız! “Əcdadlarımızın mədfəni, övladlarımızın məskəni olan könlümüzün sevgili məhbubi Vətən...” (A.Səhhət). Hələ bir-birindən uca d...
ANL
Koreyada Azərbaycan filmləri festivalı keçirilir. SEBA Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası Koreya Respublikasında növbəti layihəyə imza atıb. Belə ki, SEBA Assosiasiyasının təşkilatçılığı ilə Azərbaycan filmləri festivalı başlayıb. “Mirospase” kinoteatrında keçirilən festivalın açılış mərasimdə Koreya...
ANL
Şərq Əməkdaşlığı fotoalbomunun təqdimatı keçirilib. Muzey Mərkəzində “Ailə albomu” Şərq Əməkdaşlığı fotoalbomunun təqdimatı olub. Azərbaycan Fotoqraflar Birliyinin (AFB) sədri Mirnaib Həsənoğlu çıxış edərək bildirib ki, fotoalbom 30 ay davam etmiş “Say Cheese” layihəsinin yekunu olaraq çapdan çıxıb. Avropa Birliyinin “...
ANL
Rəssamlar İttifaqında “Açıq rəngkarlıq” sərgilənir. Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda tanınmış rəssam Valentina Əfəndiyevanın əsərlərindən ibarət “Açıq rəngkarlıq” adlı fərdi sərgisi açılıb. Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağəli İbrahimov həvəskar rəssam V.Əfəndiyevanın əsərləri haq...
ANL
Görkəmli aktyor Süleyman Ələsgərovun 100 illiyi qeyd edilib. Dövlət Gənc Tamaşaçılar Teatrında Xalq artisti, tanınmış teatr və kino aktyoru Süleyman Ələsgərovun anadan olmasının 100 illiyinə həsr edilmiş xatirə gecəsi keçirilib. Əvvəlcə yubiley iştirakçıları unudulmaz sənətkarın zəngin yaradıcılığını əks etdirən fotosə...
ANL
UNESCO-da Azərbaycan mədəni irsinin təqdimatı olub. Ümumdünya mədəni və təbii irsin qorunması üzrə Konvensiyaya üzv dövlətlərin 20-ci Baş Assambleyası UNESCO-nun baş konfransı çərçivəsində noyabrın 18-dən 20-dək təşkilatın mənzil qərargahında keçiriləcək. Azərbaycan Ümumdünya İrs Komitəsinə seçilmək üçün namizədliyini ...
ANL
Təkrarolunmaz bir görüşün zövqü. Azərbaycan Müəllimlər İnstitutunun qarşısında tıxac olduğundan tələsdiyim tədbirə vaxtında çatmaq üçün bir xeyli aralıda taksidən enməli oldum. İnstituta tərəf addımlaya-addımlaya günəşli havanın yaratdığı yüksək əhval-ruhiyyənin təsiri altında düşündüm ki, görəsən, indiyədək neçə-neçə ...
ANL
“Anar dünyası”na elmi-publisistik səyahət. Azərbaycan və eləcə də dünya ədəbiyyatının klassik nümayəndələri sırasına qoyula biləcək yazıçı Anarın yaradıcılıq dünyası polifonik formatda olub təkcə bədii sözə marağı olan kəslər üçün deyil, habelə elm adamları, filosoflar və digər elitar zümrə üçün də ciddi əhəmiyyət kəsb...
ANL
Azərbaycan multikulturalizminin İndoneziyadakı təntənəsi. Multikulturalizm həyat tərzimizdir. Azərbaycan multikulturalizminin İndoneziyadakı təntənəsi. 30 sentyabr-2 oktyabr tarixlərində İndoneziya Bali adasının Denpasar şəhərində Xaricilərə İndoneziya dilini Tədris edən Müəllimlər Assosiasiyasının təşkilatçılığı ilə b...
ANL
"Mahnıdan-Şarkıya": Türk dünyası konsertlər silsiləsi başlandı. Oktyabrın 16-da Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Bəstəkarlar İttifaqının və Türkiyə Elm və Ədəbiyyat Əsər Sahibləri Birliyinin (İLESAM) birgə layihəsi çərçivəsində təşkil olunan "Mahnıdan-Şarkıya" adlı konsert keçirildi. Türk dünyası konsertlər silsi...
ANL
Xalça Muzeyində elmi-praktik seminar. Azərbaycan Xalça Muzeyində xalça sənəti ilə bağlı təşkil olunan elmi praktik seminarda xalça sənətində mövcud olan problemlərin araşdırılması və onların həlli yolları, qədim və müasir xalça nümunələrinin qorunub saxlanması, öyrənilməsi, təbliği və inkişaf etdirilməsi ilə bağlı məsə...
ANL
İncəsənət Muzeyində Yaponiyanın bağışladığı xatirə simvolunun təqdimatı olub. Yaponiyanın "Sülh naminə Daş Hirosima Assosiasiyası" təşkilatı və Yaponiyanın "Kyodo News" informasiya agentliyi dünyada sülhün təbliği məqsədilə "Sülh naminə Daş" adlı xatirə simvolunu Azərbaycan Respublikasına hədiyyə edib. Mədəniyyət və Tu...
ANL
"Anar dünyası" Pərvinin təqdimatında. "Anar dünyası"na Ramiz Rövşənin aşağıdakı misralarıyla qoşuldum: Yenə tək. Gəzirəm boş küçələri. Qapıdan qovulmuş bir qonaq kimi. Yenə zəng vurmağa gicişir əlim. Şənbə günüdür və Milli Kitabxanada Pərvinin "Anar dünyası" kitabının təqdimat mərasimi keçirilir. Bu, açığı, mənim Pərvi...
ANL
Şair, alim və rəssam Sadiq bəy Əfşar məktubları: tariximizə dair mühüm ştrixlər. İsgəndər bəy Münsi, Məhəmmədəli Tərbiyət, İsmayıl Əmirxızı, Nəsrullah Fəlsəfi, Hacı Hüseyn ağa Naxçıvani, Qafar Kəndli və Adil Qazıyev ədibin türkcə və farsca məktublarının olduğunu qeyd etmişlərsə də, onları ilk dəfə nəzərdən keçirən tədq...
ANL
Multikulturalizm dəyərləri: Azərbaycandan dünyaya. Ölkəmiz tarix boyu sivilizasiyaların və mədəniyyətlərin qovuşuğunda yerləşib, Asiya ilə Avropa arasında körpü olması burada mədəniyyət müxtəlifliyinin yaranmasında mühüm rol oynayıb. Azərbaycan çoxmillətli, qonaqpərvər bir diyardır. Burada tarixən birgə yaşayan xalqlar...
ANL
"Azərbaycan və dünya incəsənətində soyqırım" mövzusunda tədbir keçirildi. TƏDBİRDƏ XOCALI, XOLOKOST, XİROSİMA FACİƏLƏRİNƏ DAİR İNCƏSƏNƏT NÜMUNƏLƏRİ TƏQDİM OLUNDU. Dünən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Memarlıq və İncəsənət İnstitutu tərəfindən "Azərbaycan və dünya incəsənətində soyqırım" mövzusunda beynəl...
ANL
Kiçik Qafqaz sıra dağlarının ətəyində yerləşən, dağlar qoynunda bir dağ kimi dayanan qədim şəhər yorğunluqdan sonra qoynunda yatmış sakinləriylə könülsüz, yavaş-yavaş yuxudan oyanırdı. Sübh tezdən, obaşdan, dan yeri söküləndə insanların bir qismini ipəkçiliklə məşğul olan zavodların aramsız və amiranə fitləri işə səslə...
ANL
Teatr Xadimləri İttifaqında Ruslan Həsənlinin 70 illiyi qeyd edilib. Teatr Xadimləri İttifaqında kukla sənətinin istedadlı nümayəndəsi Ruslan Həsənlinin anadan olmasının 70 illiyinə həsr olunmuş anım günü keçirilib. Teatr Xadimləri İttifaqının idarə heyətinin sədri, Xalq artisti Azərpaşa Nemət kukla ustası haqqında məl...
ANL
Özbəkistan mediasında Azərbaycanla bağlı ən yaxşı məqalə müəllifləri mükafatlandırılıb. Azərbaycanın Özbəkistandakı səfirliyi və bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) və Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin Azərbaycanın müstəqillik günü münasibətilə elan etdiyi "Özbəkistan ...
ANL
"Bölgələrdən paytaxta"nın növbəti ünvanı - Xaçmaz. Dövlət Gənc Tamaşaçılar Teatrında Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə "Bölgələrdən paytaxta" adlı layihənin növbəti 9-cu təqdimatı Xaçmaz rayonuna həsr edilib. Layihə çərçivəsində Mədəniyyət və Turizm Nazirliyi, Bakı Şəhər Turizm İdarəsi və Xaçmaz Rayon İcra ...
ANL
"Ziyalı ünsiyyəti"ndə bu dəfə Hüseyn Cavid anılıb. "Aydınlığa doğru" milli-mənəvi dəyərlərin qorunması İctimai Birliyi ənənəvi "Ziyalı ünsiyyəti" layihəsi çərçivəsində növbəti görüşü XX əsr Azərbaycan ədəbiyyatının klassiki Hüseyn Cavidin 133-cü ildönümünə həsr edilib. Tədbiri giriş sözü ilə açan birlik sədri Solmaz Əm...
ANL
Natiq Rəsulzadənin "Pəncərə"si tanıdıldı. "İçərişəhər" Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşən, dünyada ilk özəl Miniatür Kitab Muzeyində tanınmış yazıçı-dramaturq, Əməkdar İncəsənət Xadimi Natiq Rəsulzadənin "İndiqo" mətbəəsində rus dilində çapdan çıxmış "Pəncərə" ("Okno") miniatür kitabının təqdimatı olub. Tədbi...
ANL
İşığa çıxasan... Azərbaycan ədəbiyyatına çox da bel bağlamıram. Düşünürəm ki, yerli ədəbiyyatda roman, ümumiyyətlə, böyük ölçülü əsərlər yazacaq qələm adamları hələ yetişməyib. Qısa mətnlər, yaxud şeirlər gözəl alınır. Xeyli sayda nümunə də gətirmək olar. Oxucunu ədəbiyyat bir qırağa, dildən küsdürürlər. Xarakter baxım...
ANL
Şair, alim və rəssam Sadiq bəy Əfşar məktubları: tariximizə dair mühüm ştrixlər. Sadiqinin məktublarının dili ərəb-fars söz və ifadələri ilə yükləndiyindən, onları müasir oxucunun oxuyub-başa düşməsi çox çətindir. Sadiqi münşəatının, ümumiyyətlə, nəsrinin dilini müasir oxucu üçün mürəkkəbləşdirən amillərdən biri də bur...
ANL
Müasir Azərbaycanın sürətli inkişaf modeli. VÜQAR BAYRAMOV: "PREZİDENTİN REALLAŞDIRDIĞI SON İQTİSADİ İSLAHATLAR MULTİ-EFFEKTLƏRƏ MALİKDİR". Prezident İlham Əliyevin təşəbbüsü ilə sahibkarlıq sahəsində yoxlamaların 2 il müddətinə dayandırılması, lisenziyaların sadələşdirilməsi və "ASAN xidmət" mərkəzlərinə verilməsini n...
ANL
Səma mələkləri: AZAL stüardessalarının işinin sirləri. Stüardessaların işi həmişə romantika ilə əhatə olunub, lakin az adam bilir ki, "səma mələyi" (bort baxıcılarını çox vaxt belə adlandırırlar) olmaq üçün xeyli səbr, əzmkar iş və fiziki güc tələb olunur. Bugünkü reportajda romantik görünən, lakin çətin olan bu işin s...
ANL
ŞAİR-PUBLİSİST VAQİF BƏHMƏNLİNİN YARADICILIĞI HAQQINDA DÜŞÜNCƏLƏR. Yaxşı təbi və incə zövqü olan istedadlı şair ədəbiyyat hadisəsi, dürüst və vicdanlı adam isə mənəviyyat hadisəsidir. Amma bir adamda həm parlaq ədəbi istedadın, həm də yüksək insani keyfiyyətlərin birləşməsi bizim günlərdə az qala qeyri-adilik sayılır. ...
ANL
Gürcüstanın paytaxtında keçirilən beynəlxalq kino festivalında Azərbaycanın Xalq artisti, tanınmış rejissor Oqtay Mirqasımovun "Qisas almadan ölmə. Keçmişdən məktublar" filmi nümayiş olunub. Tbilisidəki İncəsənət Universitetində keçirilən təqdimatda çıxış edənlər Oqtay Mirqasımovun yaradıcılığından danışıb, onun rejiss...
ANL
Görkəmli rəqqas Əlibaba Abdullayevin 100 illiyi qeyd edilib. Azərbaycanın Xalq artisti Əlibaba Abdullayevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən 525.az-a verilən məlumata görə, sabah saat 14:00-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Azərbay...
ANL
Məhəmməd ağa Şahtaxtlı və onun "Şərqi-Rus" qəzeti haqqında yeni bilgilər. Qeyd edək ki, həmin illərdə Tiflis həm də Qafqaz xalqlarının mədəni mərkəzi idi. Bu səbəbdən Tiflisdə yaşayan xalqların qabaqcıl ziyalıları bir-birləri ilə yaradıcılıq əlaqəsi saxlayırdılar. Belə səmimi yaradıcılıq münasibətlərinin nəticəsiydi ki...
ANL
Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz yeni metodiki vəsaitlər təqdim edib. Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi tərəfindən hazırlanmış 30 adda müxtəlif tədris proqramları və metodiki vəsaitlərin təqdimat mərasimi keçirilib. Mərkəzin direktoru Asif Usubəliyev çıxış edərk...
ANL
Rafiq Yusifoğlunun sənət dünyası. Müstəqillik illəri Azərbaycan ədəbiyyatının inkişafında xüsusi xidmətləri olan qələm sahiblərindən biri də tanınmış şair, ədəbiyyatşünas, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, ədəbi mükafatlar laureatı, filologiya elmləri doktoru, professor Rafiq Yusifoğludur. Rafiq Yus...
ANL
İkisi də dərslərinə elə çalışırdılar ki, müəllimlər də hər ikisinin cavablarına eyni qiymətləri yazırdılar. Nə Kərimin Nadirə, nə də Nadirin məktəbdə Kərimə paxıllıq etməyinə elə bir səbəb yox idi. Elə əyin-başları da eyni idi. Kərim böyük qardaşının nimdaş pəncəyini geyindiyindən qolları ona uzun gəlirdi. Nadirin şalv...
ANL
Moskvanın “Dərviş” Milli Dram Teatrının səhnəsində. Teatr Azərbaycan mədəniyyətinin Rusiyada təbliğ edilməsi istiqamətində indiyədək bir neçə uğurlu layihə həyata keçirib. Moskvanın “Dərviş” Teatrının aktyorları Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çıxış ediblər. Oxu.Az xəbər verir ki, tamaşanın nümayişindən...
ANL
Oktyabr "Ulduz"u. Bugünlərdə "Ulduz" jurnalının oktyabr sayı nəşr olunub. Jurnal Sadıq Elcanlının "Bütöv oxuduğum jurnal" adlı "sentyabr sayına baxış"la açılır. Ekspert qeyd edib ki, "Ulduz" jurnalının sentyabr sayında bölgələrdən ədəbi səslər, gənc müəlliflər də təqdim olunub ki, bu, təqdirolunası, diqqətəlayiq cəhətd...
ANL
Gənc Ədiblər Məktəbinin yeni məzunlarına diplomlar təqdim olunub. Ötən gün Azərbaycan Yazıçılar Birliyində (AYB) 2-ci dönəm Gənc Ədiblər Məktəbinin (GƏM) məzunlarına diplomlat təqdim edilib. Tədbiri AYB-nin katibi, GƏM-in rəhbəri Rəşad Məcid açaraq Məktəbin yaranması və fəaliyyəti haqqında məlumat verib: "2008-2010-cu ...
ANL
YAXUD "QATİL"İN KİNO ÖMRÜ UĞURLA BAŞLADI. Hər qadın məhvinin arxasında bir kişi naqisliyi, hər kişi qətlində bir qadın kibri rol alır. Və hər xoşbəxtliyin bir nalbahası olur mütləq. Bədbəxtlik isə gələndə sel kimi gəlir. Aylarla, illərlə getmir ki getmir. Həyat tərzinə çevrilir. Onunla qaynayıb-qarışırsan. Bədbəxtliyin...
ANL
Bacardığınla başlayanda... ABİD TAHİRLİNİN 60 İLLİYİ MÜNASİBƏTİLƏ. aldığım, ayda bir-iki dəfə şair-publisist Dilsuzla birlikdə gah Pirallahıya, gah Qubaya, gah da Qəbələyə səfərlərə çıxdığım dostumuz haqqında söz demək istədim. Perestroyka, yenidənqurma dövrü idi. Bir müddət sonra Azadlıq hərəkatı başlandı. Bax, o zama...
ANL
Məhəmməd ağa Şahtaxtlı və onun "Şərqi-Rus" qəzeti haqqında yeni bilgilər. Böyük demokrat yazıçı Cəlil Məmmədquluzadə "Xatiratım"da yazır: "... mənə, Məhəmməd ağanın vətəninin övladına bu məlumdur ki, o vaxtlar ədibimiz qəzet məşqinə düşəndə, mən eşitdim ki, Məhəmməd ağa atadanqalma mülkünün öz hissəsini satıb on səkkiz...
ANL
Yerdən göyə bir baxış... ÜMUMTÜRK POEZİYASININ SÖNMƏZ ULDUZU BƏXTİYAR VAHABZADƏNİN ƏZİZ XATİRƏSİNƏ. Bəxtiyar Vahabzadədən söz düşəndə dəfələrlə təkrar-təkrar oxuduğum şeirlərinin bütün sətirləri gözlərim önündən keçir. Bu keçid o qədər sürətli, o qədər uzun və o qədər dərindir ki, leysan yağışından sonra nərilti ilə üz...
ANL
Azərbaycan Neft və Kimya İnstitutunu, Bakı Ali Partiya Məktəbini fərqlənmə diplomu ilə bitirib. Uzun illər neft sənayesində çalışıb, Əli Bayramlı (indiki Şirvan) Neft Texnikumunun direktoru, Şəhər İcraiyyə Komitəsinin sədr müavini, sədri, Əli Bayramlı Şəhər Sovetinin sədri, icra başçısının müavini kimi bir çox məsul və...
ANL
Hərdən. çıxıram şəhərdən... Xəzərin yanına gedirəm, kəsdirirəm dizinin dibini. YENİ ŞEİRLƏRİM VAR SƏNƏ. bir avtomobil qəzaya uğrayıb. Bu gün havam yaxşı olacaq, efirdə gördüm səni. içini yemiş ürəyindən, dilimlə doyulmaz ki... Sinəndə deşik xatirə gəzdirirdin. Qarabağdan gətirilmə... Tikanlıqda şərqi deyənlərin. nəğməs...
ANL
TÜRK ƏSGƏRİ. Türk əsgəri! Zirvələr yaraşır sənə. Zirvələrə qon! Türk əsgəri! Dayanmısan keşiyində. Hürriyyətin, ədalətin! Sən ki, məğlub olammazsan, Sənə qalib gəlmək-çətin! Sənə tərəf güllə atan. Sənin kimi ər igidlər- Milyon-milyon! O şərəfsiz, əliqanlı. Türk əsgəri! Sən qadirsən! Sən ucasan! Allah səni. Düşmənini se...
ANL