text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
İblisin Madonnasının yandırılmazdan öncəki nitqi. Ey möhtərəm Zadlar və Zadələr! Yandırılma mərasimimə xoş gəldiniz... İndiyə qədər məni tək-tək dindirib məhşər ayağına çəkirdiniz. Sizi bu çağadək bu şəkildə-sürü halında heç görməmişdim. Miskinliyinizin “möhtəşəmliyini” anlatmağa sözümün qüdrəti yetməz, məni məzur görü... | ANL |
Çin - qədim sivilizasiya və müasir möcüzələr ölkəsi. Mayın 30-da vətənpərvər tələbələr Şanxayda antiimperialist nümayişi təşkil etdilər və xarici polislə toqquşdular. Britaniya kapitanı öz stansiyasına hücum ehtimalına inandığından polisə əmr etdi ki, kütləyə atəş açsın. Tələbələr daxil olmaqla 12 çinli öldürüldü. Bu, ... | ANL |
Mən, cavan ailə sahibi, gənc rus arvadımla (mənim Smolensk əsilli, Samara - o zaman Kuybışev ellərində doğulmuş Moskva məhəbbətim) Bakı-Mərdəkan avtobusuna otururuq və hövsələ ilə Şüvəlana qədər yırğalana-yırğalana gedirik və sonra “Şimal” QRES-əcən təpik döyürük. Əli Qafarov, Vova Kalinin, Valeri İvçenko, nasir ərində... | ANL |
Uşaqları çiçəklərə bənzədirlər, yaxud da əksinə, amma nədənsə qadın deyəndə gül yada düşür. Onun birində daim tərəvəz əkilir. Və fəsillərə uyğun olaraq tərəvəzin növü də dəyişir. O, ləklərə qulluq edən adamların işgüzarlığına, təbiət və ailə sevgisinə qibtə edirəm, ürəyimdə onları sevirəm də. Bir ləkdə isə dövrələmə qı... | ANL |
Siyavuş Məmmədzadənin sirli istəyi. Özü də təəccüb edir: doğrudanmı bu sanballı rəqəm onun dünyamızda fiziki mövcudluğunu dəqiq hesablayır? Mən də çaşqınlıq içərisindəyəm: doğrudanmı bu sadəlövh, uşaq kimi təmiz ürəkli və həyatın müdrikləşdirdiyi, gözləri kədərli filosofun 80 yaşı var? Amma bununla belə həyat yolumuzun... | ANL |
Dostum Aydın Tağıyev bir ara hər görüşümüzdə həsbi-haldan sonra şəhərin - Şabranın Əmirxanlı deyilən məhəlləsindəki, bəlkə də qədim Şabranın özü qədər yaşı olan köhnə qəbiristanlıqda hasarın sökülməsindən söz salar, uçulan köhnə çəpərə bir əl gəzdirməyin vacibliyini özünəməxsus yumşaq tərzdə, bəzən də dolayısı ilə diqq... | ANL |
Bu film rəssam xanımın günümüzdə də populyarlığını itirməməsinə, daha artıq tanınmasına səbəb olub. İstedadlı aktrisa Salma Hayekin canlandırdığı Frida rəssamın real görünüşünə, xarakterinə xeyli uyğunlaşdırılıb. Və mənə görə filmin ən təsirli səhnəsi, məhz Trotskinin Fridanın evini tərk etdiyi məqamdı. - deyəndə Frida... | ANL |
Tarixin müasirliyi və ya “Baş”ın metafizikasından “O”nun apokalipsisinə. Xalq yazıçısı Elçinin yeni romanını - “Baş”ı əlyazmasında oxudum və belə qərara gəldim ki, kitab şəklində nəşri ərəfəsində ilkin təəssüratlarımı bildirim... Hər şeydən əvvəl onu deməliyəm ki, roman həm mövzusuna (tarixi- informativ fakturasına), h... | ANL |
Azərbaycan poeziyasında Vaqif Bəhmənlinin öz dəsti-xətti, üslubu var. İlk qələm təcrübəsindən, ilk şeirlərindən oxucu qəlbinə yol tapıb, hansı mövzuya müraciət etməsindən asılı olmayaraq, yeni söz deyə bilib. Bəlkə də elə bu səbəbdəndir ki, oktyabrın 22-də Gənc Tamaşaçılar Teatrına şairin 60 illik yubileyini təbrikə gə... | ANL |
Tarixi abidələrimiz İraq mətbuatında. İraqın məşhur “Əl-Muraqib Əl-İraqi” qəzetində jurnalist Mutəzz Muhy Əbdülhəmidin Azərbaycan haqqında məqaləsi dərc edilib. Məqalədə Azərbaycana səfəri zamanı gördüklərindən, Bakının gözəlliyindən, zəngin mədəniyyətindən və tarixi keçmişindən söz açan müəllif şəhərin Qafqazda təkcə ... | ANL |
Vyanada Azərbaycan pianoçularının konserti olub. Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində gənc musiqiçi istedadları öz ətrafında birləşdirən “T.Prime” musiqiçilər birliyinin konserti və ilk diskinin təqdimatı olub. Tədbiri giriş sözü ilə açan Mərkəzin rəhbəri Leyla Qasımova görkəmli pianoçu və musiqi pedaqoqu, professo... | ANL |
Azərbaycan ictimaiyyəti onu ilk növbədə “bizlərə”, “onlara”, “hamıya” xitabən ünvanladığı səmimiyyət dolu şeirləri ilə seçilən, çağdaş poeziya aləminin görkəmli nümayəndəsi kimi tanıyır. O Qarabağ ruhunu, havasını, nəfəsini yazılarına hopdurmuş və mükəmməl yaradıcılıq qabiliyyətinə malik bir şeir-sənət ustası kimi sözü... | ANL |
Xalq Artisti Cavanşir Məmmədovun 100 illiyi qeyd olunub. Azərbaycanın görkəmli kinooperatoru və kinorejissoru, Xalq Artisti Cavanşir Məmmədovun anadan olmasının 100 illiyinə həsr olunmuş xatirə gecəsində sənətkarın ömür yolundan və çəkdiyi ekran əsərlərində söz açılıb. AZƏRTAC xəbər verir ki, oktyabrın 22-də Nizami Kin... | ANL |
Uzun sözün qısası. Dostum Fikrət Sadıqa bir qədər gecikmiş yubiley güldəstəsi. Uzun şeirləri xoşlamıram. Bu fikrin mübahisə doğuracağını düşünərək dəqiqləşdirirəm: Nəsiminin “Məndə sığar iki cahan, mən bu cahana sığmazam” və ya Molla Pənah Vaqifin “Mən cahan mülkündə mütləq doğru halət görmədim” şeirləri nə qədər uzund... | ANL |
Babək Abbaszadənin “Ümid işığı”. “BU FİLMİN MƏNİ BÖYÜK KİNOYA APARAN UĞURLU BAŞLANĞIC OLACAĞINA İNANIRAM”. Bugünlərdə redaksiyamızda çox gənc bir qonaqla həmsöhbət olduq. Dostlardan birinin poçtuma göndərdiyi 20 dəqiqəlik “Ümid işığı” adlı filmə tamaşa etdikdən sonra ilk baxışdan gələcək uğurlar haqqında proqnoz verən ... | ANL |
Elmlər Akademiyasının yaradılması prosesi və ilk tərkibi. Azərbaycan Milli Elmlər Akademiyası xalqımızın milli sərvətidir. Bu sərvəti qoruyub saxlamalıyıq. Heydər Əliyev, Azərbaycan xalqının ümummilli lideri. Azərbaycanda müstəqil elmi-təşkilati qurumun yaradılması işinə XX əsrin əvvəllərində, daha dəqiq desək, 1923-cü... | ANL |
Dilçilikdə yeni istiqamət: "Qeyri-səlis dilçilik təcrübəsi" üzərində düşüncələr. "Sözlərin mənasını müəyyən edin və onda dünyanı yanlışlığın yarısından xilas edərsiniz". Tanınmış dilçi-alim Sərxan Abdullayevin "Qeyri-səlis dilçilik təcrübəsi" əsəri çapdan çıxıb. Müəllifin özünəməxsus bir təvəzökarlıqla "qeyri-səlis dil... | ANL |
Tokioda Azərbaycan musiqisi axşamı. Tokionun Vaseda Universitetində Azərbaycan musiqisi axşamı təşkil olunub. Universitetin professoru Hiroaki Mohri ali məktəbin tələbə-müəllim heyətinin bu yaxınlarda Azərbaycana səfərə hazırlaşdığını bildirib. Qeyd edib ki, 10 gün davam edəcək səfər çərçivəsində tələbələr paytaxt Bakı... | ANL |
Bu günlərdə Azərbaycan MEA- nın müxbir üzvü, professor Nizami Cəfərovun "Elçin" məqalələr toplusu çapdan çıxıb. Elçinin bədii, elmi və publisistik yaradıcılığı Azərbaycan ədəbi- ictimai təfəkkürünün XX əsrin sonu XXI əsrin əvvəllərində (əslində, daha doğru olar deyək ki, II minilliyin sonu III minilliyin əvvəllərində) ... | ANL |
Səmimiyyət işığı. VARLIĞINDAN İFTİXAR DUYDUĞUM TEATR FƏDAİSİ İFTİXAR PİRİYEVƏ AD GÜNÜ TƏBRİKİ. Səmimiyyət elə bir mənəvi keyfiyyətdir ki, insanın ruhuna nur səpir, çöhrəsinə təbəssüm çiləyir, xarakterinə bütövlük gətirir, şəxsiyyətini formalaşdırır, onu kamillik zirvəsinə doğru inamla aparır. Səmimiyyət həmçinin sahibi... | ANL |
Ötən gün Azərbaycan Yazıçılar Birliyində (AYB) "Bir uzun küçə" kitabının təqdimat mərasimi keçirildi. Kitabda Azərbaycan ədəbiyyatında "səksənincilər" adlandırılan nəslin ən tanınmış nümayəndələrindən beş şairin - Məmməd İlqar, Qoca Xalid, Sabir Sarvan, Əjdər Ol və Ramiz Qusarçaylının şeirləri verilib. Tədbiri Yazıçıla... | ANL |
Görkəmli ədib və ictimai xadim Əsgərağa Goraninin ömür yoluna bir baxış. "QARANLIQDAN İŞIĞA" KİTABINDAN PARÇALAR. Azərbaycan ictimai fikir tarixinin görkəmli simalarından biri - xeyriyyəçi, pedaqoq, tərcüməçi, dramaturq, jurnalist, Azərbaycan teatrının yaradıcılarından olan Əsgərağa Adıgözəlov - Goraninin anadan olması... | ANL |
Luvrun Karusel qalereyasında Məryəm Ələkbərlinin fərdi sərgisi açılıb. Oktyabrın 23-də Parisdə, dünyanın məşhur rəssamlarının sərgilərinin təşkil olunduğu Luvr muzeyinin Karusel qalereyasında keçirilən "Art Shopping" festivalı çərçivəsində istedadlı gənc azərbaycanlı rəssam Məryəm Ələkbərlinin fərdi sərgisi açılıb. Mil... | ANL |
Arif Əmrahoğlu ilə tanışlığım Azərbaycanın müstəqillik qazandığı ilk illərə təsadüf edir. Mən uzun illər Sovet ordusunda xidmət etmişəm. SSRİ dağılan ərəfədə Azərbaycana qayıtdım və Lənkəran sərhəd dəstəsində fəaliyyətimi davam etdirməyə başladım. Bir müddətdən sonra məni Bakıya - yüksək vəzifəyə dəvət etdilər (Respubl... | ANL |
Mahir Qabiloğlunun üçillik "Sandıq"ı. Bugünlərdə Mahir Qabiloğlunun "Sandıq" kitabı işıq üzü görüb. Kitabın girişində müəllif nəşrin adı ilə bağlı oxucuya açıqlama verib: " Sandıq". Köhnə sözdür. Nənəmin də sandığı vardı. Həmişə üstünə nimdar salıb oturardı. Biz nəvələrinə pul və ya hədiyyə verəndə üstündən düşər, dizi... | ANL |
Aybəniz Əliyarın "Qürubda günəş"i işıq üzü görüb. Bu yaxınlarda şair Aybəniz Əliyarın "Qürubda günəş" kitabı nəşr olunub. Müəllif bu kitaba son dövrlərdə yazdığı şeirləri daxil edib. | ANL |
"Vaqif Bəhmənli" adlı biblioqrafiya nəşr edilib. Azərbaycan Milli Kitabxanası müasir Azərbaycan ədəbiyyatında xüsusi üslubu ilə seçilən, tanınmış şair, publisist, ictimai xadim, Əməkdar mədəniyyət işçisi Vaqif Bəhmənlinin yaradıcılığını və ictimai fəaliyyətini tam şəkildə əks etdirən biblioqrafik göstərici işləyib hazı... | ANL |
Kanadada Firəngiz Əlizadənin konserti olub. Kanadanın Toronto şəhərində Azərbaycanın Xalq artisti, dünya şöhrətli bəstəkar, görkəmli pianoçu Firəngiz Əlizadənin ikigünlük konserti keçirilib. adlı konsert Toronto şəhərində fəaliyyət göstərən "Saşar Zərif Rəqs Teatrı"nın rəhbəri, əslən İrandan olan soydaşımız Saşar Zərif... | ANL |
"Paytaxtdan bölgələrə" layihəsinə start verilib. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən "Paytaxtdan bölgələrə" adlı Azərbaycan mədəniyyətinin və incəsənətinin bütün sahələrini əhatə edən yeni bir layihənin həyata keçirilməsinə başlanılıb. Layihənin əsas məqsədi bölgələrdə yaşayan insanları müasir mədəni proseslərə c... | ANL |
Görkəmli ədib və ictimai xadim Əsgərağa Goraninin ömür yoluna bir baxış. "QARANLIQDAN İŞIĞA" KİTABINDAN PARÇALAR. Bakı real gimnaziyası Şamaxıda üçsinifli qəza məktəbi kimi təsis edilmiş, 1860-cı ildə dağıdıcı zəlzələdən sonra digər dövlət idarələri kimi Bakıya köçürülmüşdür. 1867-ci ildə isə dördsinifli məktəb real gi... | ANL |
...Sovet paytaxtının ən böyük küçələrinin birindəki mənzilin zəngi çalınır. Qapıya yaşlı qadın çıxır. Poçtalyon əlindəki zərfi ona uzadır: "Sifarişli məktubdur, Bakıdan, zəhmət olmasa bura qol çəkin". Qapını bağlayıb, zərfi açır: "Çox hörmətli yoldaş Razumovskaya S.V. Azərbaycan SSR Mərkəzi Komitəsi, Azərbaycan SSR Ali... | ANL |
"Bakı, mən səni sevirəm" kinolahiyəsi təqdim edilib. Oktyabrın 23-də Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən “Bakı, mən səni sevirəm” kinolayihəsinin Heydər Əliyev Mərkəzində təqdimat mərasimi olub. Mərasimdə layihənin rəhbəri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib. Təqdimatdan ... | ANL |
Məzahir Əhmədoğlunun işığa çıxan "Metamorfoz"u. Tanınmış publisist Məzahir Əhmədoğlunun "Metamorfoz" kitabı işıq üzü görüb. Sözügedən nəşr müəllifin sayca ikinci publisistik kitabıdır. Yazıçı-publisist Loğman Rəşidzadə "Ön söz əvəzi"ndə M. Əhmədoğlunun yaradıcılığının ən müxtəlif məqamlarını özünəməxsus bir dillə diqqə... | ANL |
Tələbəmə məktub. YAXUD SƏN YAZIÇI DOĞULMUSAN... Gərək ki, Nyuton olubdu, deyən ki, mən böyüklüyüm üçün özümdən əvvəlkilərin çiyninə borcluyam. Həmişə böyümək istəyənlər belə olublar, belə düşünüblər, belə deyiblər. Biz də belə olmuşuq, ən azından belə olmağa çalışmışıq. İlanın da qanadları olub (Adəmin cənnətdə yediyi ... | ANL |
Bəxtiyar Vahabzadə ilə bağlı nəşrlərin təqdimatı olub. M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında TÜRKSOY-un dəstəyi ilə çap olunmuş "Türk dillərində Bəxtiyar Vahabzadənin 90 şeiri" kitabının təqdimat mərasimi keçirilib. Mərasimdə şairin şeirləri öz səs yazısında təqdim olunub. Qonaqlar əvvəlcə foyedə şairin k... | ANL |
"Edam vaxtını dəyişmək olmaz" haqqında düşündüklərim. Məşhur bir kəlamda deyilir: "Söz uçar, yazı qalar..." Qalan yazıya dair yazıların, şərhlərin, haşiyələrin və interpretasiyaların meydana gəlməsi tarixi reallıq və aktuallığı təşkil edir. Həqiqətən də elm və düşüncə tarixini seyr etdikdə bunu əyani şəkildə görürük. B... | ANL |
Görkəmli ədib və ictimai xadim Əsgərağa Goraninin ömür yoluna bir baxış. "QARANLIQDAN İŞIĞA" KİTABINDAN PARÇALAR. 1874-cü ilin iyun ayında həm Əsgərağa Adıgözəlov Gorani və Nəcəfqulu bəy Vəzirov real gimnaziyanı bitirir, sonrakı il Moskvada Petrovski-Razumovski adına Kənd Təsərrüfatı Akademiyasına daxil olurlar. Əsgəra... | ANL |
Pensiya islahatlarına dair beynəlxalq konfrans keçirilib. Bu gün “Fairmont Baku” otelində Dövlət Sosial Müdafiə Fondu və Avropa İttifaqının birgə layihəsinin fəaliyyət planına uyğun olaraq konfrans keçirilib. Fondun İctimaiyyətlə əlaqələr sektorundan Lent.az-a verilən məlumata görə, Dövlət Sosial Müdafiə Fondunun sədri... | ANL |
Fikrimdə Xatirə Rəhimbəylinin şeirləri... ürəyimdə yazmağa başlayıram. Bir az keçmiş düşüncələrimi kağıza köçürürəm... Bir oxucu kimi deyərdim ki, Xatirə xanımın şeirlərinin ayrıca, öz havası var. Ona görə də onun bir şair kimi səsini, nəfəsini duyursan. Sevgi şeirləri isə başqa bir aləmdi. Oxuduqca sanki bir sevgi rom... | ANL |
"Köhnə qvardiya"nın ən qocaman generalı. Çox yaşamaq, ürəyincə ömür sürmək bu dünyada hər adama nəsib olmur. Vaxtilə Azərbaycan uzunömürlülər diyarı kimi tanınırdı və dünyanın bütün ölkələrindən jurnalistlər Lerikə - Mahmud Eyvazovun, Şirəli Müslümovun doğulduğu məkana üz tuturdular ki, 150 il yaşamağın sirlərini öyrən... | ANL |
Mustafa Rasimoğlundan "Məni haraylayır Gəmiqayası". Bugünlərdə şair Mustafa Rasimoğlunun "Məni haraylayır Gəmiqayası" kitabı işıq üzü görüb. Müəllif Gəmiqayasının timsalında kökünü-keçmişinə üz tutur. Şairin oxucularla üçüncü görüşü olan, 50 illiyi münasibətilə hazırlanmış bu kitabda son illərdə qələmə aldığı şeirləri,... | ANL |
Vasif Adıgözəlovun 80 illiyi xüsusi konsertlə qeyd edilib. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində görkəmli bəstəkar, Xalq artisti Vasif Adıgözəlovun 80 illiyi münasibətilə geniş konsert proqramı təşkil olunub. Konsert Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cə... | ANL |
Azərbaycanlı rəssamın əsərləri ABŞ qalereyasında. Miçiqan ştatındakı Arte De Mundo qalereyasında keçirilən "Dünya incəsənəti" ekspozisiyasında Azərbaycanın tanınmış rəssamı, beynəlxalq mükafat laureatı Mehriban Əfəndinin əsərləri də nümayiş etdirilib. Mehriban Əfəndi 3 il əvvəl Arte De Mundo qalereyası ilə əməkdaşlıq h... | ANL |
Eyvaz Zeynalovun "Bələdçi"si alman dilində. Tanınmış yazıçı Eyvaz Zeynalovun "Bələdçi" romanı keçən ay Almaniyada "Vintervork" nəşriyyatında alman dilində işıq üzü görüb. "Der zugbegleiter" adlanan kitabı almancaya alman mütərcim M. M. Kiehl tərcümə edib. Kitab oktyabr ayının 14-18-də Almaniyanın Frankfurt şəhərində ke... | ANL |
Mətbuatda çalışan redaktorların həmişə aktual mövzuları olur. Yəni hava məlumatı hamını maraqlandırır, ya da metrodan yazsan, material oxunacaq mütləq. Bir də mövsümə bağlı tapşırıqlar olur: deyək, əhalinin çox işlətdiyi məhsullardan yazırlar, çörəyin qiymətindən, keyfiyyətindən ya da kartofdan. Bir də ara-sıra həmişə ... | ANL |
Hüquqi dövlət quruculuğu: məhkəmə islahatı və insan hüquqlarının müdafiəsi. Müasir dünyada insan hüquqları ümumbəşər mədəniyyətinin ayrılmaz tərkib hissəsidir. Yalnız insan hüquqları prizmasından bu gün dünyada mövcud olan mürəkkəb siyasi, sosial, iqtisadi beynəlxalq münasibətləri sistemli şəkildə qiymətləndirmək mümkü... | ANL |
Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsinin Türk filologiyası kafedrasının müdiri, professor Rüfət Rüstəmovu deyirəm - bizim sevimli Rüfət müəllimimizi. Zamanın təkcə zil qara saçlara, qara bığlara hökmü çatıb, ancaq zaman onun çallaşmış saçlarında gəncliyin izini itirməyə çalışsa da, bacarmayıb. Rüfət Əşrəf oğl... | ANL |
Bəlkə yaddaşımdır, bəlkə yaşımdır;. Sellər sal daşımı yudu apardı, Xatirə gözlərin çıxıb yadımdan, İllər yaddaşımı yudu apardı - Gözümdən yaş kimi üzülüb gedib. Saçın pəncərədə pərdələnərdi. Xatirə ulduza, xatirə aya, Necə baxacağam mən bu dünyaya? Qalsaydı aynada zərrə şəfəqin, İşığı mənə də, bəlkə düşərdi. Ruhun yaşa... | ANL |
“Anam deyirdi, ayaqlarım sızıldayır, duman gələcək. Hikmət Sabiroğlunun “Qarabağ söhbətləri”ndən. Sənin nə yalançı ayaqların varmış” -, Amil həkim evdən çıxaçıxda beş yaşına dünən adlamış toppuş nəvəsinin ağzını marçıldada-marçıldada elədiyi giley-güzarın qabağında deməyə düz-əmməli söz tapmadı, həmişəki kimi başını sı... | ANL |
Çin - qədim sivilizasiya və müasir möcüzələr ölkəsi. Çinin Birləşmiş Ştatlar və Böyük Britaniya ilə ittifaqı dərin münaqişə ilə əlamətdar oldu. Böyük Britaniya özünün başlıca düşməni olan Almaniyanın məğlubiyyətinə ən yüksək qaydada prioritetlilik verirdi. Çin həmçinin Amerikanın strateji planlaşdırılmasında aşağı mövq... | ANL |
Şairanə görkəmindən tutmuş, səsinin ahənginə, ləngərli danışığına və davranışına, hətta ən sərt sözünə və gözlənilməz hərəkətlərinə qədər bir poeziya idi. Qarış-qarış gəzdiyi bu torpağa, gülündən-çiçəyindən ilham aldığı ana təbiətə vurğunluğu da bənzərsiz idi. Sevgisi də, nifrəti də, giley-güzarı da, kədərlə alış-veriş... | ANL |
İş elə gətirdi ki, həmişə vədələşməni dəqiqliklə yerinə yetirməyə çalışsam da, bu dəfə məndən asılı olmayan səbəbdən, az qala hərbi intizamla yaşayan, həyatına özünəməxsus dəmir qaydalar tətbiq edən son dərəcə dəqiq müsahibimə verdiyim sözü tuta bilmədim. Amma yaşından və statusundan asılı olmayaraq, kişinin əsl xarakt... | ANL |
İkinci Mahmud: “Ədəbi mühitdəki intriqalardan kənardayam”. “BİZİM ƏDƏBİYYATDA KƏND MÖVZUSUNU DİNCƏ QOYMAQ LAZIMDIR”. Gənc yazar İkinci Mahmud son illər ədəbiyyatımıza gəlmiş istedadlı və fəal yazarlardan biri kimi diqqət çəkib. Babasının adaşı olduğuna görə özünə İkinci Mahmud təxəllüsünü götürdüyünü deyir. Təxəllüsü t... | ANL |
Heç biri rahatlıq gətirmədi ona! Bəlkə elə ona görə tale özü bu qadını faciə qəhrəmanına çevirdi. Əslində, axı bütün insanlar faciə qəhrəmanlarıdırlar. Amma Diananın ölümü arzuların, həyatın, sevginin kuliminasiyasında yaxaladı onu... Paparasilərdən qaça-qaça ölümə qovuşdu... Arxadan paparasilər qovur, qarşıda ölüm göz... | ANL |
Qatili Kamal Abdulladan soruşdum... Van Qoqun otağımda asılmış “Gecə kafesi” əsərinə hər dəfə onda yeni nəsə tapmaq ümidilə yaxınlaşıram. Əks olunan obrazlar, əşyalar, binalar - yəni görünənlər arasında görünməyən nəsnələri arayıram. Məsələn, kafenin qapısındakı qaraltı şəklində təsvir olunmuş adamın duruşundan, görünt... | ANL |
Əbdürrəhim bəy Haqverdiyevin “Seçilmiş hekayələr”i macar dilində. Azərbaycanın Macarıstandakı səfirliyinin təşəbbüsü ilə görkəmli yazıçı və ictimai xadim, diplomat Əbdürrəhim bəy Haqverdiyevin “Seçilmiş hekayələr” kitabı macar dilində nəşr edilib. Kitabın tərtibçisi Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəb... | ANL |
Xalq yazıçısı Elçinə açıq məktub. Hörmətli Elçin müəllim! Real həyatın, bədiiyyatın, tarixin (sizin təxəyyülünüzün məhsulu olan tarix daxil) və fəlsəfənin qovşağında bərqərar olan “Baş” romanınızın əlyazmasını maraq və istəklə oxudum. Dünyanın faniliyindən söz açan, fəlsəfi traktat təsiri bağışlayan əsərinizi oxuyanda ... | ANL |
Bəxtiyar Vahabzadənin təntənəli yubiley tədbiri keçirilib. Heydər Əliyev Sarayında Azərbaycanın Xalq şairi, tanınmış dramaturq, ədəbiyyatşünas və ictimai xadim, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, professor Bəxtiyar Vahabzadənin 90 illik yubileyi təntənə ilə qeyd olunub. Qonaqlar tədbirdən əvvəl əsərlər... | ANL |
Ələddin Əzimlinin təqdimatında “Sən”. Bugünlərdə Ələddin Əzimlinin “Sən” şeirlər kitabı işıq üzü görüb. Kitaba tanınmış ədəbiyyatşünas Muxtar Kazımoğlu “Yolların pambıq olsun” adlı ön söz yazıb: “Ələddin xəbislikdən, xudbinlikdən... uzaq adamdır. Ələddini xatırlayanda tələbə yoldaşlarımızın hərdən onun şeirlərindən (ən... | ANL |
Rəşad Mehdiyevdən fərdi sərgi. Müasir İncəsənət Muzeyində tanınmış rəssam, Rusiya İmperator Rəssamlıq Akademiyasının Fəxri Akademiki, təsviri sənət üzrə fəlsəfə elmləri doktoru, Azərbaycan Rəssamlıq Akademiyasının dosenti Rəşad Mehdiyevin fərdi sərgisi açılıb. Sərgini tanınmış dünya brendi “Hennessy” 250-ci ildönümü mü... | ANL |
“Paytaxtdan bölgələrə” çərçivəsində ilk tədbir Şamaxıda olub. Mədəniyyət və Turizm Nazirliyi “Paytaxtdan bölgələrə” adlı yeni layihənin icrasına başlayıb. Layihənin əsas məqsədi bölgələrdə yaşayan insanları müasir mədəni proseslərə cəlb etmək, bölgələrdə paytaxtın aparıcı muzey və qalereyalarında qorunub saxlanılan sən... | ANL |
Azərbaycan multikulturalizmi fənninin tədrisində mühüm yüksəliş. Multikulturalizm həyat tərzimizdir. Çoxəsrlik multikulturalizm və tolerantlıq ənənələri həm Azərbaycan xalqının həyat tərzi, həm də dövlət siyasətində prioritet istiqamətlərdən biri kimi çoxdan öz təsdiqini tapıb. Prezident İlham Əliyev ölkəmizdə tolerant... | ANL |
Moskvada Fikrət Qocanın 80 illik yubileyi qeyd edilib. Axşam.az-ın məlumatına görə, mərkəzi ədiblər evində keçirilən yubiley tədbiri “Ocaq” ictimai cəmiyyəti tərəfindən təşkil olunmuşdu. Yubiley tədbirində çıxış edən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu zərif və incə ruhlu, həssas qəlbli Fikrət Qocanı dost o... | ANL |
Tofiq Abdin unudulmazlığı. USTA ŞAİR VƏ YAZARIMIZI DOĞUM GÜNÜNDƏ DƏRİN EHTİRAMLA YAD EDİRİK. Dəyərli şair və publisistimiz, Azərbaycan ədəbiyyatı və mətbuatında xüsusi yer tutmuş, uzun illər qəzetimizlə sıx əməkdaşlıq etmiş Tofiq Abdinin bu gün doğum günüdür. Müsahibələrinin birində Tofiq Abdin özü deyirdi ki: "Mənim a... | ANL |
Veteranın xatirələri. Böyük Vətən Müharibəsi başlayanda Hümbətin on altı yaşı yenicə tamam olmuşdu. Hərbi səfərbərlik bığ yeri yenicə tərləyən Hümbətin doğma kəndlərindən ayrılmasına, özüdə acı göz yaşları içərisində ayrılmasına səbəb oldu. Hələ ana uşağı hesab olunsa da onu Biləcəri toplanış məntəqəsinə gətirdilər və ... | ANL |
O, böyük türk ədəbiyyatşünası, ədəbiyyat tarixçisi və yazarı Əhməd Kabaklının qardaşı oğlu, mənəvi övladı və ədəbi irsinin ləyaqətli təbliğatçısı idi. Sərvət Kabaklı 1956-cı il 13 martda Elazığda dünyaya gəlmiş, Fırat Universitetinin Ədəbiyyat fakültəsini bitirmiş, nüfuzlu mətbuat orqanlarından "Tərcüman", "Yeni Harput... | ANL |
Güneydə çağdaş ədəbi proses. Bu gün Güney ədəbi prosesində 1979-cu il inqilabından sonrakı ovqatla yeni əsrin əvvəllərindəki bədii dünyagörüş arasında yaxın və fərqli cəhətlər göz qabağındadır. Quzey Azərbaycanın müstəqillik əldə etməsi, onun dünyada söz sahibi olması Güneydə milli özünəqayıdışa böyük təkan verdi. Araz... | ANL |
Dəyərli sənətkar ömrü. Yaradıcılıq Tanrının insana hələ ana bətnində olarkən bəxş etdiyi işıqdır; insan o işıqla ömrünün sonuna qədər yaşayır və yaratdıqlarını öz xalqına, millətinə və ümumən dünyaya bəxş edir. Çağdaş milli teatr prosesimizdə öz sənət yolu, bənzərsiz yaradıcılıq haləsi, demokratik düşüncə və məfkurə ko... | ANL |
Milli Kitabxananın əməkdaşı beynəlxalq tədbirə qatılıb. Avqustun 27-dən 30-dək M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxananın şöbə müdiri Aygün Hacıyeva Rusiya Federasiyasının Həştərxan Vilayətində ezamiyyətdə olub. O, Həştərxan Vilayətinın Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə B.Şaxovski adına Gənclə... | ANL |
Azərbaycan və dünya aqrar elmində akademik Eyyub Bəşirov imzası. Görkəmli alim, akademik Eyyub Bəşirovun bu yaxınlarda oxuduğum "Azərbaycanda biologiya elminin və heyvandarlığın inkişaf tarixindən" adlı kitabı 50 ildən artıq böyük bir dövr ərzində Azərbaycanda biologiya və heyvandarlıq elmlərinin inkişafı istiqamətində... | ANL |
Dəyərli vətəndaş, nurlu şəxsiyyət. Bu yaxınlarda filologiya üzrə fəlsəfə doktoru Sadıq Murtuzayevin mərhum milis polkovniki, uzun illər milis sistemində müxtəlif məsul vəzifələrdə çalışmış, bir vaxtlar Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri olmuş polkovnik Məmməd Yaqubov haqda tərtib etdiyi xatirələr toplu... | ANL |
AzTV milli mənəvi dəyərlərimizin əsl keşikçisidir. “Azərbaycan Televiziyası xalqımızın milli sərvətidir”. Elə həmin gundən də Televiziyanin bir millətin, bir ölkənin həyatında nə qədər böyük rol oynadığının fərqinə varmışam. Azərbaycan öz dövlət müstəqilliyini əldə etdikdən sonra ölkəmizin hansı ağır məşəqqətlərlə üzlə... | ANL |
Azərbaycan və dünya aqrar elmində akademik Eyyub Bəşirov imzası. O, Moskvada Ümumittifaq Heyvandarlıq İnstitutunun aspiranturasına daxil olur. Sovet dövrünün ən görkəmli alimlərindən biri Viktor Konstantinoviç Milovanovun rəhbərliyi altında "Azərbaycan camışının çoxaldılması biologiyası məsələləri" ("Voprosı bioloqii r... | ANL |
Azərbaycan və dünya aqrar elmində akademik Eyyub Bəşirov imzası. Akademik Eyyub Bəşirovun elmi yaradıcılığı ötən əsrin ortalarından bu günə kimi istər ölkə, istərsə də beynəlxalq elmi ictimaiyyət tərəfindən daim izlənməkdədir. Azərbaycan, Rusiya, keçmiş İttifaqın digər respublikalarının, ayrı-ayrı xarici ölkələrin tanı... | ANL |
Fədakar alim, dəyərli şərqşünas. PROFESSOR MAQSUD HACIYEVİN 80 İLLİYİNƏ. Maqsud Hacıyev. Çağdaş Azərbaycan şərqşünaslığında özünü təsdiq edən, Şərq ədəbiyyatı ilə bağlı onlarla məqalənin, bir neçə kitabın müəllifi. Eyni zamanda bir dilçi kimi də maraqlı yazıları ilə diqqəti cəlb edən alim. Yazıçı və publisist. Tərcüməç... | ANL |
Ürəyi incitmək olmaz. Köpək uşaqları kartı necə paylayırlarsa, hər dəfə bu andıra qalmış ona düşür. Açılan küncdən onun qara işarəli olduğunu görüb əsəbi halda üçüncünü də açdı. Dodaqaltı söyüş yağdıra-yağdıra kartları masanın üstünə tulladı. Kondisioner içərini kifayət qədər soyutmuşdu, amma nədənsə ona çox isti idi, ... | ANL |
GÜNÜMÜZÜN FƏLSƏFƏSİ. I. Əgər həyatın əsas mənası dünyanı və böyük Yaradanı dərk etməkdirsə, bütün elmlər bu niyyətlə hərəkət edərək biliklər toplayırsa, bu biliklər birləşərək fəlsəfəni yaradırsa, deməli, fəlsəfə ilahi elmdir. Fəlsəfəyə bağlı olmayan nəsnənin əbədiliyinə heç bir varlıq qarant dura bilməz. Məlumdur ki, ... | ANL |
Çin - qədim sivilizasiya və müasir möcüzələr ölkəsi. Yeni sülalənin banisi Çu Yuan- can Kayfen şəhərindən olan ailədən idi.. Yuan dövrlərində ailənin vəziyyəti Anveydə gəzib-dolaşan icarəçi əkinçilər arasında daha da pisləmişdi. 1344-cü ildə aclıq və taun xəstəliyi nəticəsində yetim qalan gənc Çu kiçik buddist monastır... | ANL |
Prezident İlham Əliyev tərəfındən “Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətlərinə görə “Şərəf” ordeni ilə təltif edilən Azərbaycanın ünlü şairi, Yazıçılar Birliyinin sədr müavini Fikrət Qocanın səksən yaşına girdiyi bugünlərdə ondan nələr hiss etdiyini soruşdum. Sualı soruşduğum an onun çox sevdiyim dörd misra... | ANL |
Azərbaycan ədəbiyyatının dostu. Özbək-Azərbaycan, Azərbaycan-özbək ədəbi əlaqələrinin min illik keçmişi vardır. Bu əlaqələrin beşiyi başında Nizami və Nəvai, Füzuli, Nəsimi kimi şairlər durublar. Bu iki xalqın əsrlər boyu davam edən tarixi münasibətləri iki ölkənin istedadlı mədəniyyət xadimlərinin yaradıcılıq əlaqələr... | ANL |
Nigar İsmayılqızının sevən ürəyi... Gecənin bir vaxtı zəng gəlir. -deyə ürəyimdə fikirləşirəm. Axırı xeyir olsun. Yoldaşım da mənim kimi ayıq yatır və bu cür zəngləri məndən qabaq eşidir. Dikəlirəm. Canıma vəlvələ düşür. Ürəyində oxuyur, qayıdır ki, bir xanımdı, İstanbulda yaşayır, səni tanıyır. Zamanında məndən müsahi... | ANL |
Klassik irsimizin dəyərli tədqiqatçısı Michael Hess. Klassik türkdilli Azərbaycan ədəbi irsi uzun illərdir ki, Qərb şərqşünaslığının diqqətindən yayınmışdır. Əgər keçən əsrin əvvəllərində E. Gibb və V. Minorski kimi böyük şərqşünaslar Qazi Bürhanəddin, İmadəddin Nəsimi, Şah İsmayıl Xətai, Cahanşah Həqiqi kimi şairlərə ... | ANL |
Altay, yəni Qızıl dağlar, özünü türk sayan hər bir kəsin ömrü boyu heç olmazsa bircə dəfə görmək istədiyi, ziyarətinə can atdığı sirli, qutsal bir yerdir. Türk ruhundakı enerjinin köklərini duymaq istəyənlərin, tarixlə, mifologiya ilə, türk dilləri və folkoru ilə maraqlananların dəli sevdasıdır. Əfsanədir, nağıldır… Qə... | ANL |
“Zirvələrdən zirvələrə”. Kitabı oxuduqca ikili hisslər keçirdim. Düşündüm ki, Azərbaycan mədəniyyətini dünyada yayan, təmsil edən, möhtəşəm işlər görən dostum, Azərbaycanda layiq olduğu səviyyədə tanınmır, qiymətləndirilmir. Təsəllimi kitabında yer alan “Rusların 50 il üzünü göstərmədiyi general, professor Kərim Kərimo... | ANL |
Hidayət dünyası. Yaradıcı insan, dəfələrlə deyilmiş fikri bir daha təkrar etsək, bütöv bir Dünyadır ki, onun zəngin tarixi, geniş coğrafiyası var. Və bu Dünya mənsub olduğu xalqın möhtəşəm Dünyasının ayrılmaz tərkib hissəsidir... Hidayətin Dünyası kimi... Müasir Azərbaycan ziyalılığının görkəmli nümayəndələrindən olan ... | ANL |
Vaqif Bəhmənlinin 60 yaşına yubiley töhfələri. Tanınmış şair, publisist və tərcüməçi, Azərbaycan Yazıçılar Birliyi (AYB) İdarə heyətinin üzvü Vaqif Bəhmənlinin 60 illik yubileyi qeyd olunur. Vaqif Bəhmənlinin şeir və məqalələrdən ibarət 35-dən çox kitabı işıq üzü görüb. Çox sayda beynəlxalq ədəbiyyat və kitab festivalı... | ANL |
" Televiziyanın Maddi problemlər olanda hər çalınan havaya oynamaq lazım gəlir”. Etibar Babayev: “Televiziya rəhbərinin qarşısında “hardan pul qazanaq?” problemi dayananda milli-mənəvi dəyərlər, yaradıcılıq arxa plana keçir". Feyziyyə ilə Xəzərin sahilində. Yenə Xəzərin sahilindəyəm. Bu dəfə tanınmış telejurnalist Etib... | ANL |
Akademik Ağamusa Axundov vəfat edib. Görkəmli dilçi və türkoloq alim - akademik Ağamusa Axundov sentyabrın 5-də vəfat edib. Bu barədə "Azadlıq" radiosuna mərhumun yaxınları məlumat veriblər. Ağamusa Axundov dil və ədəbiyyata dair fundamental araşdırmaların müəllifi idi. O, son illər AMEA-nın Rəyasət Heyətinin müşaviri ... | ANL |
Xalq artisti İlham Əsgərov dünyasını dəyişib. Azərbaycanın xalq artisti, görkəmli aktyor İlham Əsgərov qəflətən dünyasını dəyişib. Bu barədə İlham Əsgərovun yaxın qohumu olan müğənni Rövşən Əziz məlumat verib: "Yarım saat öncə dünyasını dəyişdi. Qəflətən infarkt keçirdi. Allah rəhmət eləsin! | ANL |
Berlində azərbaycanlı gənc rəssamın sərgisi açılıb. Berlin şəhərində Berlin-Bakı qalereyasının təşkilatçılığı ilə azərbaycanlı gənc rəssam Kamal Əlizadənin sərgisi açılıb. K.Əlizadənin rəsm əsərləri alman vətəndaşları tərəfindən yüksək qiymətləndirilib. Gənc rəssamın rəsmlərinə öz heyranlıqlarını bildirən sənətsevərlər... | ANL |
Azərbaycan kitabları Rusiyada mükafatlara layiq görülüb. Rusiya paytaxtında 28-ci Moskva beynəlxalq kitab satış-sərgisi çərçivəsində MDB ölkələrinin "Kitab sənəti" ("İskusstvo kniqi") XII Beynəlxalq müsabiqəsi qaliblərinin təntənəli mükafatlandırılması mərasimi keçirilib. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin mü... | ANL |
Filmlərimiz XI Kazan beynəlxalq müsəlman kinosu festivalında. Tatarıstanın Kazan şəhərində XI Kazan beynəlxalq müsəlman kinosu festivalı keçirilir. Sentyabrın 11-dək davam edəcək festival "Mədəniyyət dialoqundan dialoq mədəniyyətinə" devizi altında baş tutacaq. Festivalın proqramına 25 ölkədən bədii, sənədli və animasi... | ANL |
Azərbaycan və dünya aqrar elmində akademik Eyyub Bəşirov imzası. Akademik Eyyub Bəşirovun "Azərbaycanda biologiya elminin və heyvandarlığın inkişaf tarixindən" adlı kitabında toplanmış elmi məruzələr, arayışlar onilliklər ərzində aparılan araşdırmaların, tədqiqatların nəticələri, məhsuludur. Kitabdakı "Mal-qaranın məhs... | ANL |
HABİL KAMANLA ŞƏRTLƏŞMƏ. Rahat mənizlindəki o böyük otaqda ki, adətən orada Habil müəllimlə xörək yeyərdik, dərdləşərdik, sənət söhbətləri edərdik, zarafatlaşrdıq, indi bura çarpayı qoyulmuşdu və Habil müəllim yataqda idi. Yanında ixtisasca həkim olan qızı, gecə-gündüz xidmətində dayanan şəfqət bacıları, tibb mütəxəssi... | ANL |
Dəyərli alim, fədakar tədqiqatçı, örnək ziyalı. PROFESSOR ƏRTEGİN SALAMZADƏNİN 50 İLLİK YUBİLEYİNƏ. Həm də bu illər elə-belə ötmür, çarpışmalarla, elmi hökm və dəyərləndirmələrin həqiqiliyini bitməz-tükənməz diskussiyalarda isbat etməklə gəlib keçir. Uzun illər boyu elmin uca zirvələrinə yol alıb bu işə on illər vaxt s... | ANL |
Multikulturalizmin milli-mədəni irsimizdə dini əks-sədası. Polietnik və çoxkonfessiyalı Azərbaycanda tarixən gəlişmiş multikulturalizm dəyərlərinin dini müstəvidə əks-sədasının köklərini də araşdırmaq xeyli maraqlıdır və bunları milli-mədəni irsimizin məşhur nümunələrində aydın görürük. İlk olaraq azərbaycanlıların qəh... | ANL |
Elm və təhsil fədaisi. Böyük türk şairi Ziya Paşa yaxşı deyib: Ayinəsi işdir kişinin, lafə baxılmaz, Şəxsin görünər rütbeyi - əqli əsərindən. Yəni insanın fəaliyyətinin meyarı, göstəricisi onun işi, əməlləridir. Boş sözdən kar aşmaz. Hər kəsin ağlının dərəcəsi onun əsərindən məlum olar.İnsan illərin sayı ilə yox, əməll... | ANL |
Yaddaşın mühakiməsi. MUSTAFA ÇƏMƏNLİNİN "ÜÇ YAŞLI ƏSİR" POVESTİ HAQQINDA DÜŞÜNDÜKLƏRİM. Mustafa Çəmənlinin ilk hekayəsinin işıq üzü görməsindən düz qırx üç il keçir və bu müddət ərzində o, özünü istedadlı bir yazıçı və publisist kimi tanıda və sevdirə bilib. Onlarla hekayənin, bir neçə povestin, "Xallı gürzə" və "Ölüm ... | ANL |
Milli Kitabxanada amerikalı nümayəndə ilə görüş keçirilib. Sentyabr ayının 9-da Amerika Birləşmiş Ştatları Səfirliyinin İnformasiya Resursları üzrə direktoru xanım Holly Murten və səfirliyin İctimai əlaqələr şöbəsinin Maarifləndirici proqramlar üzrə direktoru Aydan Əsgərova Azərbaycan Milli Kitabxanasında olublar. Qona... | ANL |
Alim və Fərqanə Qasımovaların Malayziyada konserti olub. Azərbaycanın Malayziyadakı səfirliyinin dəstəyi və "Pusaka" qurumunun təşkilatçılığı ilə "Diverse City 2015: Kuala Lumpur" Beynəlxalq İncəsənət Festivalı çərçivəsində Kuala-Lumpurun əzəmətli konsert sarayı "Dewan Filarmonik Petronas"da tanınmış muğam ustası, Xalq... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.