text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
"İRS-Naslediye" jurnalının yeni buraxılışı. Moskvada "İRS-Naslediye" jurnalının növbəti sayı nəşr edilib. Jurnalın baş redaktoru Musa Mərcanlının "İyun ayında Bakı Avropanın idman paytaxtına çevrilib" başlıqlı yazısı Bakıda Birinci Avropa Oyunlarına həsr edilib: "Regional miqyaslı yeni idman tədbirinin təməlini hamı tə...
ANL
Dəyərli alim, fədakar tədqiqatçı, örnək ziyalı. PROFESSOR ƏRTEGİN SALAMZADƏNİN 50 İLLİK YUBİLEYİNƏ. Gənc ikən Ərtegin Salamzadə həm memarlığı, həm də sənətşünaslığı özündə əks etdirən elmi problem üzərində çalışmaq istəyirdi. Elə bu məqsədlə də metropoliten stansiyaları tərtibatında bədii üslub mövzusunu seçmişdi. Bu m...
ANL
Multikulturalizmin milli-mədəni irsimizdə dini əks- sədası. Nizami bu əsərini qələmə alarkən o dövrdə müxtəlif dillərdə olan qaynaqları oxumuş və tarixilik kontekstində təsvir etdiyi hadisələrin məzmununda öz ideallarını səsləndirmişdir. Nizaminin mütaliə dairəsi heyrət doğurur. Təkcə elə dini mətnlərin mütaliəsinə gəl...
ANL
Müasir Səudiyyə ədəbiyyatının qadın nümayəndələri nədən və necə yazırlar? Rusiya Elmlər Akademiyasının Moskvadakı "Şərq ədəbiyyatı" Nəşriyyatında işıq üzü görmüş "Qum təpələrinin arxasında" - "Müasir Səudiyyə ədəbiyyatı antologiyası" kitabı bizə çoxdan tanıdığımız, ancaq bir çox incəliklərinə bələd olmadığımız Səudiyyə...
ANL
Aylar keçdi, illər dolandı, nəhayət, gəlib ömrünün altmış ilinə çatdın, əziz dostumuz! Dostun, yoldaşın, yaxınların, uzaqların sevincinə sevinməyin, kədərinə üzülməyin də ürəyinin təmizliyindən, xoşniyyətli olmağındandır.. - Üzün həmişə gülür, təbəssümün əskik olmur-özündən böyüklər də, kiçiklər də səninlə rastlaşanda....
ANL
Emin Piri "Tanrının kölgəsi"ndə. "Mən sözümdə oluram, Heç özümdə olmuram"- deyərək ədəbi istedadı ilə seçilən gənc yazarlardan biri də Emin Piridir. O, bugünkü uğurlarına imza atana qədər məxsusi ömür yolu keçib. Uşaqlığında ayağı böyüdükcə ayaqqabısı yırtılmasın deyə dua edən Emin Piri "Anamın erkən ağaran saçlarında ...
ANL
Moskvada Əsgər Məmmədovun yubiley sərgisi açılıb. Rusiyanın Əməkdar rəssamı Əsgər Məmmədovun 70 illiyi münasibətilə Moskvada onun fərdi sərgisi təşkil edilib. Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu sərgini açaraq deyib: "Hər bir rəssamın fərdi sərgisi onun həyatında çox böyük hadisədir. Moskvada, Mərkəzi Rəssa...
ANL
Yeni teatr mövsümünün başlaması ilə əlaqədar müşavirə keçirilib. S.Vurğun adına Dövlət Rus Dram Teatrında mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev yeni teatr mövsümünün başlaması ilə əlaqədar müşavirə keçirib. Nazirlikdən toplantıda nazirliyin müvafiq şöbə və sektorlarının müdirləri, respublikanın teatr-ko...
ANL
Gənc Tamaşaçılar Teatrının əməkdaşı “Ən yaxşı aktyor” seçilib. Gənc Tamaşaçılar Teatrının aktyoru Xəyal Salahov “Bakı Oskarı qısametrajlı filmlər” Festivalının qalibi olub. Teatrdan 525.az-a verilən məlumata görə, aktyor Qarabağ şəhidlərinin xatirəsinə həsr olunmuş “Məriz” qısametrajlı filmində canlandırdığı erməni rol...
ANL
Dəyərli alim, fədakar tədqiqatçı, örnək ziyalı. PROFESSOR ƏRTEGİN SALAMZADƏNİN 50 İLLİK YUBİLEYİNƏ. Milli dövlətçilik və dövlət elm siyasəti mövqeyindən çıxış edərək Ərtegin Salamzadə öz alimlik və idarəçilik fəaliyyətində incəsənət tarixinin, zəngin mədəni irsimizin günümüzün reallıqları müstəvisində yenidən dəyərlənd...
ANL
Multikulturalizmin milli-mədəni irsimizdə dini əks- sədası. Gürcü qızı Xumara aşiq Şeyx Sənan onunla evlənmək müqabilində qızın keşiş atasının ilk baxışdan alçaldıcı görünən şərtlərilə razılaşır: donuz otarır, şərab içir. Papaz çibindən xaç çıxarıb ona verir ki, boynundan assın və dinindən döndüyü beləcə ictimaiyyət qa...
ANL
Bənzərsiz şəxsiyyətə, görkəmli ədibə vəfa borcu. Xalq yazıçısı Mirzə İbrahimovun adı çəkiləndə gözlərimiz önündə xalqımızın keçdiyi mübarizə dolu səhnələr canlanır, bal kimi şirin, bulaq kimi saf, şəlalə kimi çağlar, ana südü, dağ çiçəyi kimi halal, müqəddəs ana dilimizin əzəməti, təntənəsi yada düşür. Faciələrlə, zidd...
ANL
Hamı üçün yazılan şeirlər. Musa Ələkbərlinin adı və imzası şeir, sənət aləmində tanınan adlardan və imzalardan biridir. Bu imza hələ ötən əsrin 70-ci illərindən oxuculara yaxşı bəllidir. O zaman bədii əsərlərin, hətta kiçik həcmli şeirlərin belə çap olunmaq imkanları xeyli dərəcədə məhdud olsa da, Musa Ələkbərlinin yaz...
ANL
Şərqin şairi və şeiri. Dostum Rüstəm Behrudinin şeirlərini nə zaman oxusam, ağlıma Cibranın yuxarıda sözü gəlir. Şeirlərinin hamısında qanayan bir yaranın sızısını görmək mümkündür. Amma hər şeirinin ana təmasında mütləq bir üsyan duyarsınız. Özünə, eşqinə, yaradıcısına, taleyinə, ürəyinə, nəfsinə... Ən əhəmiyyətlisi i...
ANL
GÜNÜMÜZÜN FƏLSƏFƏSİ. Professor, Əməkdar elm xadimi. Bizdə geriyə həsrət hissi böyükdür. Bunu bayramlar zamanı TV-lərdən, yeni tikilən mağara tipli restoranlardan da görmək olar. Bu hissi doğuran səbəb nədir? Keçmişin hansı üstünlüyü olub ki, genetik yaddaş qabaqkı dövrü arzulayır? İndi biz azad məmləkətik, geriyə yox, ...
ANL
Çin - qədim sivilizasiya və müasir möcüzələr ölkəsi. Avropalıların Çinə gəlişi. Belə şəraitlər erkən Çinin sahilinə müasir avropalıların gəlmələrini məhdudlaşdırırdı, ilk dəfə onlar 1514-cü ildə Min Çininə gəlmişdilər. Portuqaliyalılar artıq cənubi Hidistanda və Malakkada özlərini yerləşdirmişdilər, onlar həmin məkanla...
ANL
Bakıda Kolumbiya mədəniyyəti nümayiş etdirilib. Kolumbiyanın Bakıdakı səfirliyi ölkəsinə məxsus mədəniyyəti azərbaycanlılarla bölüşmək məqsədilə qastronomiya və musiqi tədbiri təşkil edib. Tədbir “Tato Marenco y Vea 40” qrupunun ifasında Kolumbiyanın Karibyanı regionunun ənənəvi və zəngin musiqi sədaları altında baş tu...
ANL
Qeydlər. Bu il sentyabrın 11-də mərhum yazıçı Aslan İsmayılovun ad günü ikinci dəfə özünün iştirakı olmadan yaxınları, doğmaları, onu sevənlər və oxucuları tərəfindən qeyd edildi. Bu yaxınlarda yazıçının arxivində indiyə qədər dərc olunmamış bir sıra şeirləri, parodiya, tərcümə və lətifələri tapılmışdır. Maraqlı ola bi...
ANL
“Tənhalıq cəhənnəmi”nin məhkumu ilə “Qaranlıqda dialoq”... Məsafə, din, dil, irq, mental dəyərlər və müasir insanın özündən uydurduğu, hamımızı əvvəl-axır tənhalığın cəhənnəminə sürükləyən digər hansısa saxta ayırıcı nəsnələr baxımından yanaşsaq, o bizdən çox-çox uzaq olan adamdır. O - Akutaqava Rünoske... Ancaq çox-ço...
ANL
Bütövlük və genişlik. Azərbaycan ədəbiyyatının yeni dövrünün tanınmış nümayəndəsi Rüstəm Behrudini gənclik illərindən yaxşı mənada iddialı görmüşəm. İlk növbədə o, XX əsrin yetmişinci illərində Naxçıvan Dövlət Universitetində tələbə ikən dərslərdə, iclaslardakı yerindən danışmaq iddiası ilə yadımda qalıb. Danışmağı dər...
ANL
Gecə mənzərələri. Gecələr yuxum gəlməyəndə çölə çıxıb, sözxanada (besedkada) oturmaq və gecə mənzərələrini seyr etmək xoşuma gəlir. Gündüzlərə nisbətən hava təmiz və sərindi, gecə böcəklərinin aramsız səsi (bəlkə də “nəğmələri” demək doğru olar) kəndi xatırladır. Binaların əksəriyyətində işıqlar yanır. Bu şəhərin sakin...
ANL
Vaqif İbrahimi unutmamışam. Vaxt sürətlə axıb gedir. Hər gün qarşımıza bir-birindən mürəkkəb yeni-yeni vəzifələr qoyur və onların həllini tələb edir. Bir də görürsən ki, bir zaman çox vacib hesab elədiyi bir məsələni, xatirəsini əziz tutduğun bir şəxsi neçə illərdir ki,yadından çıxarmısan. Həyatdan vaxtsız getmiş isted...
ANL
Bir təşəbbüsün tarixçəsi. XIX əsrin son rübünə qədər Azərbaycan türkləri arasında dünyəvi təhsil sistemi, necə deyərlər, Allah ümidinə buraxılmışdı. Hökumət məsələnin həllindən yaxasını tamamilə kənara çəkmişdi. Dəyişən şərtlər daxilində molla məktəblərinin və mədrəsələrin bir işə yaramadığı artıq heç kəsə sirr deyildi...
ANL
VII Beynəlxalq Musiqi Festivalına hazırlıq iclası keçirilib. Sentyabr 18-dən 28-dək Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Bakıda Üzeyir Hacıbəylinin anadan olmasının 130 illiyinə həsr olunmuş VII Beynəlxalq Musiqi Festivalı keçirilməsi münasibətlə M.F.Axundzadə adına Azərbaycan ...
ANL
Qocalıq axmaq şeydi. Qurban əmim deyəndə gülməyim tutardı rəhmətliyə. İndi görürsən, öz maşınımı tanımıram. Həştaddandı hamısı... Dizimin üstünə nə zəndlə baxırsan? Xəbərim var, Eldar Baxış yazmışdı. Yazmışdı ki, siz durnaya güllə atırsız, qanı tökülür Habilin dizinin üstünə. Arvadın başın xarab eləmişdim. Kamançanı xi...
ANL
“Sim-sim.az”: Azərbaycan multikulturalizminə açılan daha bir qapı. Multikulturalizm həyat tərzimizdir. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Azərbaycan Yaradıcılıq Fondunun (AYF) “sim-sim.az” mədəniyyət portalının təqdimatı olub. Təqdimat mərasimi dəyərli fikirlər və maraqlı müzakirələrlə yadda qalıb. Mərasimdə A...
ANL
“Xatirələr işığında” yaranan düşüncələr. Səmimi avtoqrafla göndərdiyiniz “Xatirələr işığında ömür keçdi, gün keçdi” kitabınızı aldım. Əsərin adı hardasa oxuduğum, yaddaşımda daşlaşan bir bayatını yada saldı: Keçdi ömrüm, Gör necə keçdi ömrüm. Harayladım dönmədi, Elə bil heçdi ömrüm. Memuar ədəbiyyatının böyük üstünlüyü...
ANL
Müsahibimiz dünya şöhrətli foto-jurnalist Rza Diqqətidir. Onun müxtəlif münaqişə zonalarında, Ruanda, Bosniya, Əfqanıstan, Pakistan, İraq, eləcə də Azərbaycanda çəkdiyi savaş səhnələri hər. kəsdə dərin təəssürat yaradır. O, 20 Yanvar, Xocalı faciəsi də daxil olmaqla, Azərbaycan həqiqətlərini dünyaya göstərən fotojurnal...
ANL
Dəryada duran qocaman dağ. Zaman-zaman müxtəlif simptomlarla təzahür edən "klassiklərə hücum" meyli bugünlərdə yenidən özünü göstərdi. Bu dalğada, dahi şairimiz Mirzə Ələkbər Sabirin də ünvanına bəzi ifadələr yer aldı. Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın bununla bağlı redaksiyamıza ünvanladığı y...
ANL
Bir müəllim ömrünün yaddaşımda qalan anları. Ağamusa Axundov vəfat etdi. Mediada kədərlə səslənən bu ağır xəbər Azərbaycan elminin bütün kəslərini sarsıtdığı kimi mənim də qəlbimi ağrıtdı. Ona görə ki, Ağamusa Axundov sıradan bir alim, sıradan bir müəllim deyildi. Yüzlərlə filoloq tələbəsi universitet illərində onun bi...
ANL
Yeni teatr mövsümü Gəncədən başladı. Azərbaycan milli peşəkar teatrının 143-cü mövsümünün açılışı Gəncə şəhərində olub. Bu münasibətlə şəhərdə teatr və incəsənət bayramı da keçirilib. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin də qatıldığı mərasimdə tanınmış teatr və incəsənət xadimləri, respublika teatrlarının rəhb...
ANL
İslam bəy Qəbulzadə - Azərbaycanın maarif çırağı və istiqlal şəhidi. Azərbaycan tarixində indiyədək layiqli dəyəri verilməmiş görkəmli şəxsiyyətlərimizdən biri də həyatını millətimizin maariflənməsinə fəda etmiş, Azərbaycanın azadlığı və xoşbəxtliyi yolunda şəhid olmuş İslam bəy Hacı Pirməhəmməd bəy oğlu Qəbulzadədir. ...
ANL
Azərbaycan dövlətinə, millətimizə, müstəqilliyimizə, istiqlalımıza qarşı daha bir məkrli addım atmağa cəhd göstərilib. Dünyada siyasi ağalıq iddiasında olan müəyyən güclərin diktəsi, təhriki, təhdidi və çox yerə girə bilən araqarışdırıcı barmaqlarının vasitəsilə Avropa Parlamentində 2015-ci il sentyabrın 10-da əvvəlind...
ANL
Avropa Parlamentinin qərəzli və sifarişli qətnaməsi və Azərbaycan reallıqları. Avropa Parlamentinin Azərbaycan haqqında təcili dinləmələr keçirməsi və haqsız qətmanə qəbul etməsi ümumiyyətlə ədalətə və qanunun aliliyinə ziddir və hörmətsizlikdir. Avropa Parlamentində heç bir alt qurumda, komitədə müzakirə edilmədən təl...
ANL
Bugünkü yaşlı nəsil sənətkarların tez-tez və qürurla işlətdikləri bir kəlmə var: "Mən filankəsi özümə müəllim sayıram". Uşaq vaxtı televiziya ekranlarından, tələbəlik illərində isə bəzi "sənət müəllimləri"mdən bu kəlmələri tez-tez eşidəndə, istər-istəməz qıcıqlanırdım. Lakin yaradıcılıq yollarında itirdiyim vaxt hesabı...
ANL
Yaratmaq şövqü. Azərbaycan Naşirlər və Poliqrafçılar İctimai Birliyinin sədri, nüfuzlu "Təhsil Nəşriyyat-Poliqrafiya" MMC-nin baş direktoru Bəhruz Axundovun "Dünənki sabah" adlı kitabı önünüzdədir. Adətən, başqalarının kitablarını böyük şövqlə, yüksək zövq və keyfiyyətlə nəşr edən Bəhruz müəllim bu dəfə çox təvazökarca...
ANL
MOSKVADA ŞAİR ƏKBƏR QOŞALI İLƏ GÖRÜŞ OLUB. Moskvada "Nicat" Azərbaycan İrsinin Dirçəlişi Cəmiyyəti və "Şəhriyar" Ədəbi-mədəni Cəmiyyətilə birgə təşəbbüsü, eləcə də, AMİİ Fondunun və ASGA-nın Moskva nümayəndəliyinin iştirakı ilə Dünya Gənc Türk Yazarlar Birliyinin keçmiş başqanı, hazırda məsləhət şurasının sədri, şair Ə...
ANL
İslam bəy Qəbulzadə - Azərbaycanın maarif çırağı və istiqlal şəhidi. İ.Qəbulzadənin yaxın qohumu Abdurəhman Qəbulzadənin, öz soyunun tarixinə həsr etdiyi dəyərli araşdırmada İslam bəy haqqında yazdıqları da elmi baxımdan maraq doğurur. "Azərbaycan Tarixi Şəcərə Cəmiyyətinin Xəbərləri"ndə ana dilimizdə və rusca nəşr etd...
ANL
Avropa Parlamentinin Azərbaycana qarşı 10 sentyabr terroru. Əgər hər hansı ölkənin xalqı öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olur". Heydər Əliyev. Dünyada baş verən ən dəhşətli hadisələrə ən həssas reaksiya bir çox hallarda "güldürən adamlar"dan gə...
ANL
Azərbaycan və Çin Milli Kitabxanalarının əməkdaşlığı genişlənir. Sentyabrın 15-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Çin Milli Kitabxanası ilə əməkdaşlıq haqqında memorandum imzalanıb. Memorandumu Azərbaycan Milli kitabxanasının direktoru, professor Kərim Tahirov və Çin Milli Kitabxanasının rəhbəri Çjo...
ANL
Dövrün ədəbi salnamələri - yazıçı gündəlikləri. Ədəbi-bədii, ictimai-siyasi nəşrlər arasında gündəliklər müstəsna yer tutur. Keçən əsrdə bir çox siyasi və sosial sarsıntılara məruz qalan xalqların ədəbiyyat tarixlərinin tam mənzərəsinin yaradılmasında gündəliklərin rolu böyükdür. Bu səbəbdən də, bu gün ictimaiyyətə təq...
ANL
Gözdən düşmüş ipəkçilik. ÖLKƏMİZDƏ BU SAHƏNİN NƏZƏRİYYƏSİ VƏ İSTEHSAL İŞİ ƏNƏNƏVİ OLARAQ PARALEL İNKİŞAF EDİB, AMMA HAZIRDA BUNU DEMƏK ÇƏTİNDİR. Keçmişdə ipəkçiliklə məşğul olana "şərbaf" deyərmişlər. Hətta 19-cu əsrin sonlarında Gəncədə ipək istehsalı sənaye relslərinə də salınıbmış. Həmin dövrdə şəhərdə çoxlu baramaç...
ANL
Dram Teatrı yeni islahatlar dövründə. 142 illik zəngin tarixi olan Azərbaycan teatrı dedikdə, bizcə əsasən Akademik Milli Dram Teatrının keçdiyi mürəkkəb yaradıcılıq yolu nəzərdə tutulmalıdır. Milli dramaturgiyanın banisi M.F.Axundzadənin "Təsnifatı" özül rolunu oynayaraq xalq teatrının ənənələrinə və mövcud dramaturgi...
ANL
IV Bakı Beynəlxalq kitab sərgi-yarmarkası açılıb. Bu gün IV Bakı Beynəlxalq kitab sərgi-yarmarkası öz işinə başlayıb. Sərgi-yarmarkanın iştirakçıları Fəxri Xiyabana gələrək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər. Sərgi-yarma...
ANL
Mehmet Nuri Parmaksızın "Həsrət, Eşq və Sükut" Yazıçılar Birliyində təqdim olunub. Bu gün Azərbaycan Yazıçılar Birliyində (AYB) Türkiyə Elm və Ədəbiyyat Əsəri Sahibləri Məslək Birliyinin sədri, şair Mehmet Nuri Parmaksızın "Həsrət, Eşq və Sükut" kitabının təqdimatı keçirilib. "Aybkitab" layihəsi çərçivəsində işıq üzü g...
ANL
İslam bəy Qəbulzadə - Azərbaycanın maarif çırağı və istiqlal şəhidi. İslam bəy Qəbulovun yazdıqlarına Qax məktəbinin naziri təkrarən bu cavabı göndərmişdir: "Qax məktəbinin müsəlman şagirdlərinin cümə günləri bayram etməyə Sizin heç bir əsaslı və qanuna müvafiq haqqınız olmadığı barəsində Sizə bəyanat verdikdən sonra t...
ANL
"Azərbaycanın uğurları antiazərbaycançı şəbəkələri narahat edir". "SSRİ dağıldıqdan və müstəqillik əldə etdikdən sonra Azərbaycan beynəlxalq hüququn müstəqil subyekti olaraq yeni beynəlxalq münasibətlər sisteminin də tərkib hissəsinə çevrilmişdi. Müstəqilliyin ilk illərində ciddi problemlərlə üzləşən respublikada müxtə...
ANL
20 DƏQİQƏYƏ AZƏRBAYCANA QARŞI QƏRƏZLİ QƏTNAMƏ QƏBUL EDƏNLƏR, 20 İLDİR DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNİN HƏLLİNƏ TƏSİR EDƏ BİLMİRLƏR. Avropa Parlamentinin Azərbaycana qarşı məlum qərəzli qərarı ilə Qərbin ölkəmizə qarşı mövqeyinin ədalətsiz olduğu bir daha aydın olub. Dövlətimizə qarşı ikili standartlar siyasəti yürüdən xari...
ANL
“Avropa İttifaqının icraçı qurumları Avropa Parlamentinin qətnaməsinin icrasını planlaşdırmır”. Fuad İsgəndərov: “Siyasi dialoq birtərəfli monoloqa çevrilməməlidir”. Azərbaycanın Belçika Krallığındakı səfiri və eyni zamanda Avropa İttifaqı yanında nümayəndəliyinin rəhbəri Fuad İsgəndərovun APA-ya müsahibəsini təqdim ed...
ANL
Murad Qoçuoğlu şeirlərinin həyatını yaşayan şairdir. Hər şeirində oxucunun danışmağı üçün yer saxlayır. Yəni oxucunun həmin yerdən başlamağına bir abzas yer qoyur. Elə şairlər var ki, yaradıcılığı çevrə kimi qapanır və oxucunun danışmağı üçün gizli mətləblər saxlamır, hamısını izah edir, oxucunu danışdırmır. Murad yazı...
ANL
Naxçıvan Dövlət Universitetində Milli Musiqi Günü qeyd olunub. Üzeyir musiqisinin bənzərsizliyindən və ölümsüzlüyündəndir ki, hər il Naxçıvan Dövlət Universitetində keçirilən Milli Musiqi Günü artıq ənənə halını alıb. Bu münasibətlə təşkil olunan tədbiri giriş sözü ilə açan rektor, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov...
ANL
"Dünənki sabah"ın uğurlu sabahı. Şairə Sevinc Nuruqızıyla həmredaktor olduğum bir kitabdan söz açmaq istəyirəm. Naşir-publisist, Azərbaycan Naşirlər və Poliqrafçılar İctimai Birliyinin sədri, Azərbaycan və Avrasiya Yazıçılar birliklərinin üzvü, Əməkdar mədəniyyət işçisi, dosent Bəhruz Axundovun "Dünənki sabah" kitabınd...
ANL
Azərbaycan Özbəkistandakı Milli Mətbəx Festivalında təmsil olunub. Özbəkistan Nazirlər Kabineti yanında Xarici Ölkələrlə Mədəni Əməkdaşlıq üzrə Dostluq Cəmiyyətləri Şurası (DCŞ) Daşkənddəki "Redisson" otelində "Tasanno-2015" adlı Milli Mətbəx Festivalı keçirib. Festivalda Özbəkistanda fəaliyyət göstərən 20-dən artıq öl...
ANL
Bu da bir oğuznamədi, Qalıbdı dağlar başında, Dağların daş yaddaşında. Qəbələnin qardaşıdı, Bir qardaş da Ağdaşıdı. Qoca tarixin yaşıdı, Oğuz bir oğuznamədi. Minillər getdi tarixdən, Oğuznamələr yaşadı. Bu dünyanın göbəyində. Bu dağların qucağında. Yaradılan cənnətə bax. Yer insan əlində yaşar, Hər kəs əməlində yaşar. ...
ANL
"Azərbaycan inciləri dünya kitabxanalarında". Dünən Azərbaycan Milli Kitabxanasında Rusiya Milli Kitabxanasının fondlarında qorunan, ölkəmizə dair dair qiymətli materialların və klassiklərimizin əlyazmalarının elektron versiyasının təqdimetmə mərasimi olub. Həmçinin Azərbaycan və Bosniya-Herseqovina milli kitabxanaları...
ANL
Gənc Tamaşaçılar Teatrında 88-ci mövsümün ilk tamaşaları sabah olacaq. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yeni - 88-ci teatr mövsümünün ilk tamaşaları sentyabr ayının 19-da nümayiş etdiriləcək. Görkəmli Danimarka yazarı Hans Kristian Andersenin "Çirkin ördək balası" nağılı əsasında səhnələşdirilmiş eyniadlı t...
ANL
İslam bəy Qəbulzadə - Azərbaycanın maarif çırağı və istiqlal şəhidi. ZAQATALA DAİRƏSİNİN KOMİSSARI. 1917-ci ilin fevralında Rusiyada çarizmin devrilməsi ilə başa çatan burju inqilabı və milli siyasi qüvvələrin fəallaşması İslam bəy Qəbulzadənin görüşlərində və həyatında kəskin dönüş yaratdı. Rusiyada yeni qurulmuş Müvə...
ANL
Əli Cura:"Yunus Əmrə İnstitutu bütün dünyada yetərlilik sertifikatı verən qurumdur". Yunus Əmrə Türk Mədəniyyət Mərkəzi hazırda dünyanın bir çox ölkələrində fəaliyyət göstərir. Azərbaycan və Türkiyə prezidentləri tərəfindən imzalanan əməkdaşlıq müqaviləsi çərçivəsində qurum 2012-ci ildə ölkəmizdə də fəaliyyətə başlayıb...
ANL
IV Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasına böyük maraq var. Mərasimdə Baş nazirin müavini Elçin Əfəndiyev, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar, Atatürk Mərkəzinin rəhbəri, millət vəkili Nizami Cəfərov, AYB katibi Rəşad Məcid və başqaları iştirak ediblər. Nazir ...
ANL
“Dini və milli tolerantlıq - millətlərarası münasibətlərin inkişaf etdirilməsində medianın rolu” mövzusunda Forum keçirilir. Sentyabrın 16-da Bakıda Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) təşkilatçılığı, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə...
ANL
İslam bəy Qəbulzadə - Azərbaycanın maarif çırağı və istiqlal şəhidi. 28 fevral 1918-ci ildə Seymin Mandat komissiyası fraksiyalar üzrə Seym üzvlərinin ən son siyahısını təsdiqləyib. Elə həmin 28 fevralda Seymin bir sıra müsəlman üzvləri istefa veriblər və onların yerinə namizədlər üzv seçilib. Seymin yeni üzvləri arası...
ANL
Hüseynbala Mirələmov kimdir... Nəsə yerlibazlıq eləməyim gəlir. Deyirlər ki, bakılılar, şirvanlılar yerlibaz olmur. Bunu lap çoxdan, uşaq vaxtı atam Qabildən eşitmişəm. Subyektiv fikrim kimi qəbul edin bunu, mümkünsə. İndi deyəcəksiniz ki, bəs sən şirvanlısan, Hüseynbala Mirələmov isə talış zonasından - Lerikdən. Amma ...
ANL
Həyatı köçürtməyin cansıxıcı detalları. İyirmi dörd saat işləyən köşkdən bir şüşə soyuq su alıb xırda qəpikləri cibinə soxdu. Bir udum içib yoluna davam elədi. Bu küçədə qarşısına daim eyni adamlar çıxırdı və bu adamlar ona fikir vermirdilər. Qapıları min ildir qapalı olan kilsənin qarşısından keçib sola döndü. Son müş...
ANL
GÜNÜMÜZÜN FƏLSƏFƏSİ. Qadınların cəmiyyətdə yeri. Son zamanlar bu problemlər cəmiyyətdə geniş müzakirə olunur. Bu problemin müzakirəsi cəmiyyətdən böyük enerji udur. Amma bizim Qarabağ problemimiz onların yadına gec-gec düşür. Yuxarıdakı düsturun işığında bu problemə də işıq salmaq olar. Vacib nəticə bundan ibarətdir ki...
ANL
Çin - qədim sivilizasiya və müasir möcüzələr ölkəsi. Tiryək müharibəsi. Tiryək məsələsi XIX əsrdə ilk Çin-Britaniya toqquşmasına səbəb oldu. Britaniyalılar çalışırdılar ki, Çinin xeyrinə olmayan ticarəti Hindistandan tiryək gətirməklə əks tarazlığa nail olsunlar. 1779-cu ildə Şərqi İndiya Kompaniyası tiryək ticarətini ...
ANL
Kitablarla söhbətləşənlərin imza günü. Yəqin ki, bir yerə qonaq gedəndə adamların “xoş gəlmisiniz, hər zaman siz gələsiniz” ifadələrini eşidib eyni səmimiyyətlə də cavab vermisiniz. Amma bu qarşılamanın kitablarla olması ayrı bir ləzzətdir. Bu gün Əl Oyunları İdman Sarayında keçirilən IV Beynəlxalq Kitab Sərgi Yarmarka...
ANL
Çingiz Abdullayev həqiqəti... İnsaflı oxucular (lap elə insafsızları da) bilir ki, bəndəniz həmişə alternativ fikri dəstəkləyib və tənqidə dözümlü olub. “Birinin azadlığı başladığı yerdə o birinin azadlığı itir”. Açması: yəni sən öz fikirlərində azad olduğun kimi, qarşındakı da azaddır. Daha bir obrazlı ifadə də işlədi...
ANL
Bugünlərdə “Yada düşdü” ədəbi-bədii, nostalji jurnalın növbəti buraxılışı işıq üzü görüb. 30-dan çox dövlət və hökumət başçısı 68 min tamaşaçı ilə birlikdə Bakı Olimpiya Stadionunda ilk Avropa Olimpiya Oyunlarının əsrarəngiz açılış mərasimini izlədi. Həmin gün dünya ölkələri Azərbaycanın qısa müddətdə belə nüfuzlu bir ...
ANL
“Xeyrəddin Qocanın gülüşü” miniatür nəşr kimi. Bugünlərdə “Yazıçı” nəşriyyatında “Xeyrəddin Qocanın gülüşü” adlı miniatür kitab işıq üzü görüb. Nəşriyyatın oxuculara ünvanladığı “Ürəkdən gülmək istəyirsinizsə...” adlı önsözdə qeyd olunub ki, yazıçı Xeyrəddin Qoca əlinə qələm alandan bəri cəmiyyətdəki naqislikləri tənqi...
ANL
“Azərbaycan” toponiminə fərqli yanaşma. Bu yazıda “Azərbaycan” toponiminin etimologiyası, daha anlaşıqlı tərzdə desək, “Azərbaycan” sözünün mənası haqqında danışacağam. Məsələnin ciddiliyi barədə. Əvvəlcə bu suala cavab vermək lazımdır: doğrudanmı, ölkənin adı, adının mənası bu qədər vacib məsələdir? Qısası, “Azərbayca...
ANL
Nurəngiz Günün poetik ağrısı. Müasir Azərbaycan poeziyasını Nurəngiz Günsüz təsəvvür etmək qeyri-mümkündür. Poetik təfəkkürü, həssas qəlbi, özünəməxsus dəsti-xətti, yolu olan, şeirlərində səmimiliyi, ideya aydınlığı ilə seçilən Nurəngiz xanım XX əsrin 70-ci illər ədəbi nəslinə mənsubdur. Daha dəqiq desək, onun əsərləri...
ANL
Könül Bünyadzadənin təqdimatında: “İnsan: kamilliyin arxitektonikası”. Fəlsəfə elmləri doktoru Könül Bünyadzadənin çapa hazırlanan “İnsan: kamilliyin arxitektonikası” kitabının nəşrini səbirsizliklə gözləyirdim. Çox vaxt mətni kənara qoyub müəllifdən danışmağın əDƏBiyyat adına təqdim olunduğu çağdaş zamanımızda hər dəf...
ANL
“Heydər Əliyev Azərbaycan multikulturalizminin siyasi banisidir”. BİLİK GÜNÜNDƏ MÜHAZİRƏLƏR BU MÖVZUYA HƏSR EDİLİB. Multikulturalizm həyat tərzimizdir. “Multikulturalizmin Azərbaycanda həyat tərzinə çevrildiyi artıq danılmaz həqiqətdir. Bu gün Azərbaycanda milli azlıqların ədəbiyyat, mədəniyyət, dil və tarixlərinin qor...
ANL
Bir təşəbbüsün tarixçəsi. Heç şübhəsiz, bütün fəzilətlərinə baxmayaraq Axund Əbu Turabın Bakı Darülmüəllimatının tədris proqramı, xüsusi burada türkcənin elmi qrammatikasını öyrədilməsi ilə bağlı tutduğu mövqe də eyni dərəcədə yersiz idi. Öz-özlüyündə aydındır ki, hövsələsizliyi və sərtliyi ilə ad çıxarmış “Firəng Əhmə...
ANL
Şəki mədəniyyəti Bolqarıstanda təqdim edilib. Bolqarıstanın Qabrovo şəhərində Azərbaycanın bu ölkədəki səfirliyinin təşəbbüsü və Şəki şəhəri ilə qardaşlaşmış Qabrovo şəhərinin icra hakimiyyətinin dəstəyi ilə Şəki şəhərinin mədəniyyətinin təbliğinə dair sərgi təşkil edilib. Sərginin açılışında çıxış edən Qabrovo şəhərin...
ANL
IV Bakı Beynəlxalq kitab sərgi-yarmarkası yekunlaşdı. Ötən gün IV Bakı Beynəlxalq kitab sərgi-yarmarkası çərçivəsində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə həyata keçirilən ALISA (Automated Library System of Azerbaijan) mərkəzləşdirilmiş elektron kitabxana sisteminin təqdimat mərasimi olub. Təqdimat mərasiminə ...
ANL
Mədəniyyət və Turizm Nazirliyi Beynəlxalq Sülh Gününü qeyd edib. Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin təşkilatçılığı ilə 21 sentyabr-Beynəlxalq Sülh Gününə həsr olunmuş dəyirmi masa keçirilib. Müvafiq hüquq mühafizə qurumları, Azərbaycan Milli Elmlər Akademiyasının institut...
ANL
Özünün bütün fəaliyyət istiqamətləri ilə dünyaya tam müstəqil bir dövlət kimi inteqrasiya olunmuş Azərbaycanın siyasi, ictimai, iqtisadi çalarları ilə elmi təhlilə cəlb edilməsi bu günün çox aktual məsələlərindən biridir. Əlbəttə, ölkəmizin dünya çapında getdikcə daha çox hiss olunması, bir çox siyasi, iqtisadi məsələl...
ANL
Azərbaycanda Üzeyir Hacıbəyli təntənəsi. DAHİ BƏSTƏKARIN 130 İLLİYİ VƏ ÜZEYİR MUSİQİ GÜNÜ SİLSİLƏ TƏDBİRLƏRLƏ QEYD OLUNUR. 18 sentyabr - dahi bəstəkar Üzeyir Hacıbəylinin dünyaya göz açdığı gün Azərbaycanda Milli Musiqi Günü kimi qeyd olunur. Bu il görkəmli bəstəkarın anadan olmasının 130 illiyidir. Üzeyir Hacıbəyli bə...
ANL
“Fəxri adlar dövlətimizin sənət adamlarına verdiyi yüksək qiymətdir”. ƏMƏKDAR ARTİST İLKİN ƏHMƏDOV: “ÖZÜMƏ QARŞI HEÇ VAXT HEÇ KİMDƏN PAXILLIQ, QISQANCLIQ GÖRMƏMİŞƏM”. - İlkin bəy, öncə sizi bir neçə gün əvvəl “Əməkdar artist” fəxri adına layiq görülməniz münasibəti ilə təbrik edir, sənət, yaradıcılıq uğurları arzulayır...
ANL
Təkcə ona görə yox ki, çox zəhmət çəkmək, xeyli yazıb-pozmaq, hansısa faktı dəqiqləşdirmək üçün əlləşmək, həqiqəti araşdırmaq üçün nə qədər şeyi ələk-vələk etmək, istədiyin yaxşı bir yazını ərsəyə gətirməkdən ötrü yuxusuz gecələr keçirmək lazımdır. Həm də ona görə ki, bu peşənin daşıyıcısı çox çevik, intellektual, müta...
ANL
Hekayədə bədii struktur: Mübariz Örən təcrübəsi. Mübariz Örən ədəbi gündəmdə marağa səbəb olan, həm yazarlar, həm tənqidçilər tərəfindən birmənalı şəkildə tədqir edilən yazıçılardandır. Bir çoxları onun hekayələrinin, təhkiyəsinin fərqliliyini, ideya yazıçısı (S.Sahil) olduğunu vurğulayır, Kortasarla (C. Yusifli), Hemi...
ANL
Teatrın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, mövsümə "Sonuncu" tamaşasının premyerası ilə başlayıb. Pərvinin pyesi əsasında hazırlanmış tamaşanın quruluşçu rejissoru və səhnə tərtibatçısı Xalq Artisti Ramiz Həsənoğludur. Tamaşanın geyim üzrə rəssamı Nana-Burxan, musiqi tərtibatçısı Əlibala Qasımovdur. Qraf...
ANL
Mədəniyyət və İncəsənət Universitetində Milli musiqi qeyd edilib. Milli musiqi günü kimi qeyd olunan Azərbaycan professional musiqisinin banisi, dahi Üzeyir Hacıbəylinin doğum günü sentyabr ayının 18-i Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində də qeyd olundu. Universitetin rektoru professor Fərəh Əliyev...
ANL
Kamal Abdulla İtaliyada yüksək ədəbi mükafata layiq görülüb. İtaliyanın L’Aquila şəhərində Tanturri Fondunun təsis etdiyi məşhur 42-ci “Scanno” mükafatının təqdimat mərasimi keçirilib. Tanınmış Azərbaycan yazıçısı Kamal Abdullanın da layiq görüldüyü bu mükafatın təqdimat mərasimində İtaliyanın ədəbi və mədəni, siyasi d...
ANL
Hollivudda nümayiş olunub. Bu, filmin Hollivudda ilk premyerası kimi tarixə düşüb.Ekran əsəri Hollivudun ən qədim kinoteatrlarından olan “Ricardo Montalban” kinoteatrında təqdim edilib. Nümayişdə filmin 2013-cü ildə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə bərpa edilmiş və rənglənmiş versiyası göstərilib. Təqdim...
ANL
İslam bəy Qəbulzadə - Azərbaycanın maarif çırağı və istiqlal şəhidi. Qaxdan söz açan Hacı Səlim yazır: "İslam bəy əslən buralıdır. Bu münasibətlə beş gün burada dayandıq. İslam bəyin burada bir nəfər qardaşı vardır, adı Hacı Mahmuddur. Çox dindar və əhli-mərifət adamlardandır. Sonra buranın raportlarını imza edib, cama...
ANL
Başlanğıca qayıdış - Daşkəsəndə bir gün. Təsəvvüf fəlsəfəsindən yazanda tez-tez idrak prosesinin bir çevrə olduğunu təkrar edirəm - insan öz mən-inin fövqünə qalxıb ilahi aləmə yüksəlir, vəhdət anı yaşayır və yenidən geri - öz mən-inə dönür. Çevrə tamamlanır və insan yeni bir çevrə ilə yoluna davam edir - daha böyük çe...
ANL
Ədəbiyyatşünaslığın və ədəbi tənqidin sinxron təzahürü. Bədii söz sənəti yarandığı, çeşidli formatlara düşməyə başladığı ilkin çağlardan bəri özünün həm araşdırıcılarını, həm də ədəbiyyata qiymət vermək missiyasını çiyninə götürən tənqidçilərini yetişdirmək öhdəliyini də unutmamışdır. Doğrudur, bu fikirdə səslənən "ara...
ANL
Üzeyir Hacıbəyli adına VII Beynəlxalq Musiqi Festivalı davam edir. Bəstəkarlar İttifaqında Üzeyir Hacıbəyli adına VII Beynəlxalq Musiqi Festivalı çərçivəsində görkəmli bəstəkarın 130 illiyinə həsr edilmiş elmi konfrans keçirilib. Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə qonaqları salamlay...
ANL
Fikrət Qocaya "Şərəf" ordeni təqdim olunub. Azərbaycan Yazıçılar Birliyində (AYB) Xalq şairi Fikrət Qocaya "Şərəf" ordeninin təqdim olunması ilə əlaqədar mərasim keçirilib. APA-nın məlumatına görə, mərasimdə Baş nazirin müavini, Xalq yazıçısı Elçin Əfəndiyev, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Yazıçılar Birli...
ANL
İslam bəy Qəbulzadə-Azərbaycanın maarif çırağı və istiqlal şəhidi. Zaqatalalılar Dairənin valisi (qubernatoru) vəzifəsində özlərindən olan birini görmək istəyirdilər. Onların namizədləri içərisində, əlbəttə, ilk yerdə iki ay öncə bu vəzifədə bulunmuş indiki müəllim İslam bəy dururdu. Bunu dairənin ayrı-ayrı kəndlərində...
ANL
Gənclərə xalqına və dövlətinə sadiq vətəndaş kimi yaşayıb-yaratmağı öyrətməliyik. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu artıq ikinci ildir ki, "İlboyu bilik" proqramı çərçivəsində 15 sentyabr - Bilik Günündə ölkənin bütün rayonlarında mühazirələr təşkil edir. Layihə ötən il 70-dən çox məktəbdə həyat...
ANL
Üzeyir Hacıbəylinin 130 illiyi Ağcabədidə geniş qeyd edilib. Azərbaycan professional musiqi sənətinin banisi, dahi bəstəkar, görkəmli ictimai xadim Üzeyir Hacıbəylinin 130 illiyi ölkəmizin hər yerində möhtəşəm bayram tədbirləri ilə müşayiət olunub. Heydər Əliyevin 18 sentyabr 1995-ci il tarixli sərəncamına uyğun olaraq...
ANL
Vaxtı ilə Ələsgər Abdullayev adlı belə bir müğənni olub. Deyilənlərə görə, "Rahab" muğamını onun kimi ifa edən olmayıb. O, dünyasını dəyişəndə deyiblər ki, biz şəkili Ələsgəri dəfn etmirik, "Rahab"ı dəfn edirik. Bu həqiqətən də belə oldu. "Rahab" muğamını Ələsgər Abdullayev kimi oxuyan olmadı. Doğrudur, "Rahab" muğamın...
ANL
Dərddaşım dağlar. Poeziyamızın inkişaf yolunda məsafə daşlarından olan şair Məmməd Aslan haqq dünyaya köçdü. İllərdən bəri "525"də davamlı yer verilən, şeirləri, yazıları ilə qəzetimizdə tez-tez çıxış edən usta qələm sahiblərindən olub Məmməd Aslan. Hər zaman redaksiyanın qapısını ona çox yaraşan ərklə, ağayanalıqla aç...
ANL
Repressiya qurbanlarına park və bir daha Yusif Vəzir haqda. Diqqətli oxucuların yadındadırsa, təxminən iki il əvvəl məşhur ədib və fikir adamı Yusif Vəzir Çəmənzəminlinin nəşinin qalıqlarının vətənə gətirilməsi və Bakıda xırda parklardan birində repressiya qurbanlarına abidə kompleksi ucaldılması barədə təklif irəli sü...
ANL
Tbilisidə Azərbaycan xalçaları sərgilənir. Tbilisi şəhərindəki "Avropa Evi"ndə Gürcüstanın Kvemo Kartli-Borçalı bölgəsində yaşayan azərbaycanlıların toxuduqları xalçaların sərgisi açılıb. Sərgi "Qafqaz Ümid Əməkdaşlığı" təşkilatının təşəbbüsü ilə keçirilib. Təşkilatın rəhbəri amerikalı Rayn Smit açılışda çıxış edərək x...
ANL
Türkiyənin "Səhnə" dərgisi Amaliya Pənahovadan yazıb. Türkiyənin məşhur "Səhnə" dərgisinin avqust sayı üz qabığında Xalq artisti, professor Amaliya Pənahovanın şəkli ilə teatrsevərlərin görüşünə gəlib. Teatr, balet və opera mövzusunda sanballı yazıların yer aldığı mötəbər dərgidə həmçinin tanınmış Azərbaycan aktrisası ...
ANL
"Türk ocağı"nın Azərbaycanda fəaliyyəti ilə bağlı dəyərli nəşr. "İctimai məzmunu, əsas qayəsi türk millətini sevmək və ucaltmaq olan, Türkiyə Cümhuriyyətinin dövlətçilik tarixinin formalaşmasında, milli əsaslara söykənməsində əvəzsiz xidmətlər göstərən "Türk ocağı" fəaliyyətinin bir əsrini tamamladı. Milli fikir və düş...
ANL