text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Azərbaycan mədəniyyətinin təbliğinə dəyərli töhfə - "Doxsan imza". Bu yaxınlarda yazıçı, publisist Təranə Vahidin "Doxsan imza (Mədəniyyət yazıları silsiləsi) kitabı işıq üzü görüb. Kitabda son illərdə "Mədəniyyət" qəzetində çap olunmuş mədəniyyətimizin müxtəlif sahələrini əks etdirən maraqlı müsahibələr, reportajlar, ... | ANL |
Məni şair yetişdirib zəmanə... ƏVƏZ QURBANLININ YARADICILIĞI HAQDA DÜŞÜNCƏLƏR. Əvəz Qurbanlının əruz vəznində yazdığı şeirlər məni həmişə heyrətləndirib. Bu qədər əruza bələdlilik, vəznin enerjisini hiss eləmək bacarığı məni çox düşündürüb. Hələ o, nə qədər şairlərə əruzu asan bir yolla mənimsədib. İndi onlar Əvəzi öz ... | ANL |
Bizdə Dissertasiya Şurası. Nizami adına Ədəbiyyat İnstitutunda institutun direktoru, AMEA-nın vitse-prezidenti, millət vəkili, akademik İsa Həbibbəylinin rəhbərliyi ilə D 01. 131 şifrəli Dissertasiya Şurası işinə çox böyük əzm və şövqlə başlamış. Bunu içində olub, yaxından müşahidə elədiyim elmi-ədəbi prosesin şahidi k... | ANL |
"Böyük ədib və mütəfəkkir Əli bəy Hüseynzadə" məqalələr toplusu nəşr olunub. Bu günlərdə "Böyük ədib və mütəfəkkir Əli bəy Hüseynzadə" məqalələr toplusu "Elm" nəşriyyatında çapdan çıxıb. Bu toplu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Əli bəy Hüseynzadənin 150 illik yubileyinin keçirilməsi haqqında... | ANL |
Zemfira Məhərrəmlinin yeni kitabı. Bugünlərdə yazıçı-publisist Zemfira Məhərrəmlinin "Oyuncaq" adlı kitabı işıq üzü görüb. Azərbaycan və rus dillərində tərtib edilən kitabın redaktoru Elçin Hüseynbəyli, Azərbaycan dilində olan hissənin ön sözünün müəllifi tənqidçi Vaqif Yusiflidir. Ruscaya tərcümə edən və rusca ön sözü... | ANL |
Milli mətbuatda Mirzə Cəlal Yusifzadənin rolu və "Həqiqəti-əfkar" qəzetinin yeri. Azərbaycanın milli mətbuatının yaranmasında və təşəkkülündə Həsən bəy Zərdabi, Səid, Cəlal və Kamal Ünsizadə qardaşları, Əlimərdan bəy Topçubaşov, Məhəmməd ağa Şahtaxtlı, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Cəlil Məmmədquluzadə, Üzeyir... | ANL |
BDU müəllimləri Türkiyədə - I HİSSƏ. "Diqqət: Əziz həmkarlar, hamınızı salamlayıram. Bildiyiniz kimi, 17-27 avqust tarixlərində Türkiyəyə səfərimiz planlaşdırılıb. Aynur Kərimova". Bakı Dövlət Universitetinin Televiziya və radio jurnalistikası kafedrasının müdiri, dosent Aynur Kərimova WhatsApp-da yaratdığı "Turkey Tea... | ANL |
VII Beynəlxalq Musiqi Festivalı çərçivəsində geniş tədbirlər keçirilib. Üzeyir Hacıbəylinin 130 illiyinə həsr olunmuş VII Beynəlxalq Musiqi Festivalı çərçivəsində Müslüm Maqomayev adına Dövlət Filarmoniyasında "Baku Canta Napoli" adlı konsert proqramı təşkil olunub. Konsertdə dünya şöhrətli italyan dirijoru Fabrisio Fe... | ANL |
Hafiz Şirazi yaradıcılığında türk obrazı. Ecazkar qələmindən çıxmış lirik şeirləri ilə farsdilli poetik fikrin zirvəsində dayanan və təxminən yeddi əsr Yaxın Şərq ədəbiyyatının ideya - bədii istiqamətini müəyyənləşdirən Hafiz Şirazinin yaradıcılığında tez-tez rast gəlinən sözlərdən biri də "türk" və onun "torkane-Şiraz... | ANL |
"Qız qalası" kitabı - Azərbaycan tarixi və mədəniyyəti üçün əlamətdar hadisə. TANINMIŞ ALİM VƏ İCTİMAİ XADİM HƏSƏN HƏSƏNOVUN MÜƏLLİFİ OLDUĞU BU ƏSƏR ÖLKƏ KİTABXANALARINA HƏDİYYƏ EDİLİR. Azərbaycan Yazıçılar Birliyində (AYB) ölkəmizin Polşadakı səfiri, diplomat, alim Həsən Həsənovun rus dilində çap olunan "Qız qalası" k... | ANL |
Xalq yazıçısı, professor Elçinin "Ədəbi düşüncələr"ində "İlyas Əfəndiyevin bir cümləsi" adlı qeydi var və həmin qeyddə "Ədəbi düşüncələr" müəllifi, İlyas Əfəndiyevin "Könlündəki fərəhli duyğular təzə bahar sabahlarında üzərindən duman şırımları sürünən şehli bənövşələrin rayihələri qədər xəfif və sevimli idilər" cümləs... | ANL |
VII Beynəlxalq Musiqi Festivalı başa çatıb. Heydər Əliyev Fondu və Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli VII Beynəlxalq musiqi festivalına sentyabrın 28-də yekun vurulub. AZƏRTAC xəbər verir ki, festivalın bağlanış mərasimində Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simf... | ANL |
Milli mətbuatda Mirzə Cəlal Yusifzadənin rolu və "Həqiqəti-əfkar" qəzetinin yeri. Mirzə Cəlal Yusifzadə çoxşaxəli fəaliyyət və yaradıcılıq istiqamətlərinə malik idi. Onun növbəti kitabı - "Qumar, şərab və aidiyyatı sairənin müzərrətlərini göstərən risaləsi "Nəhyi münkər" adı ilə Tiflisdə 1905-ci ildə böyük demokrat Mir... | ANL |
Beşiktaşın Ulus məhəlləsində, Boğaziçi Köprüsünün önündə yerləşir. TRT Radiodan bir qədər uzaq və daha gözəl məkanda. Proqramının sıxlığına, işinin çoxluğuna baxmayaraq, məhz bizim üçün "Ulus"a gələn TRT İstanbul müdiri Abdulhamit Avşar ölkəmizə olan isti münasibətini bir daha nümayiş etdirir. Nəzərdə tutduğumuz film ü... | ANL |
Hər şey öz dilində təmiz danışır. Yağış səpələnir kəlmələr kimi, Küləklər danışır, yellər danışır. Dənizlər dil açır ləpələrində, Gur sular dillənir, sellər danışır. Baxıb ulduzların təlaşlarına. Gecəylə sübhədək danışmaq olur. İşığın dilində həqiqətləri. Zülmətə şübhətək danışmaq olur... Lal deyil yollar da, heç cığır... | ANL |
"Nabat" filmi Los-Ancelesdə göstərilib. C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından Publika.az-a bildirilib ki, festivalın “AWARD BUZZ” proqramında yer alan filmin təqdimatı Los-Anceles şəhərinin “Palm Springs Regal” kinoteatrında keçirilib. Bu, artıq 12 beynəlxalq film festivalında yer alan filmimizin ABŞ-da i... | ANL |
Tbilisidə Azərbaycan və Gürcüstan ədiblərinin görüşü olub. Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyət Muzeyində Azərbaycan və Gürcüstan yazıçılarının görüşü olub. Muzeyin direktoru Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən görüşdə Azərbaycanın əməkdar jurnalisti, Gəncədəki "Tomris" İctimai Birliyinin sədri Nü... | ANL |
Məhəmməd Hadi irsinə təkrar qayıdış ehtiyacı. VƏ YA BÖYÜK ƏDİBİN KİTABLARINDA YER ALMAYAN İKİ YARADICILIQ NÜMUNƏSİNƏ DİQQƏT. İyirminci əsr Azərbaycan ədəbiyyatının məşhur nümayəndələrindən Məhəmməd Hadinin (1879-1920) ədəbi irsinin nəşri və tədqiqi sahəsində çoxsaylı işlər görülsə də, qarşıda duran vəzifələr də az deyi... | ANL |
İkinci atəş. Avtobusda rahatca oturub pəncərədən su kimi axıb arxada qalan mənzərələri seyr edə-edə yol getməyin də özünün bir gözəlliyi, romantikası var. Hərdən gözlərini yumursan, xəyalın cilovsuz at kimi baş alıb ucsuz-bucaqsız səhralara doğru çapdıqca çapır. Bir azca da kövrəlirsən, nostalji hisslərə qapılırsan. Be... | ANL |
Xızıda Mikayıl Müşfiq yad edilib. Xızıda XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, 30-cu illər repressiyasının qurbanı Mikayıl Müşfiqin xatirəsi anılıb. Nakam şairin ölümünün 77 illiyinə həsr olunan mərasim rayonun Sayadlar kəndində, Mikayıl Müşfiqin xatirə muzeyinin qarşısında keçirilib. Ölməz şairin büstü... | ANL |
Folklor İnstitutu Azərbaycan dastanlarını təqdim edir. Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutu dastan ifaçılığı barədə geniş təsəvvür yaratmaq, bu ifaçılığı əvəzsiz bir sənət sahəsi kimi gələcək nəsillərə çatdırmaq məqsədilə silsilə musiqi albomları buraxmağı vacib hesab edərək institutun nəzdində folklor ... | ANL |
Əyyub Quliyev "Yevgeni Onegin"in musiqi rəhbəri olub. Vasiliy Safonov adına Rusiya Dövlət Akademik Filarmoniyası və Opera Teatrının böyük zalında P.Çaykovskinin "Yevgeni Onegin" operasının premyerası keçirilib. Dahi rus bəstəkarının 175-lik yubileyinə həsr olunmuş premyera Rusiyanın Mədəniyyət Nazirliyi və Safonov adın... | ANL |
Məmməd Aslan - şairlik, vətəndaşlıq və insanlıq örnəyi. Müasir poeziyamızın görkəmli nümayəndəsi, sevimli şairimiz Məmməd Aslanın dekabrın 24-də 75 yaşı tamam oldu. Doğum günü - yubileyi münasibətilə əziz şairimizi ürəkdən təbrik edirəm,ona cansağlığı arzulayıram,yaradıcılığında yeni-yeni zirvələr fəth etməyi diləyirəm... | ANL |
"Azərbaycanın uğurlarını bir sıra dairələr qısqanclıqla qarşılayır". Müsahibimiz Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin üzvü Sahibə Qafarovadır. - Sahibə xanım, artıq arxada qalan 2014-cü ili Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsi prizmasından necə qiymətləndirmək olar? - M... | ANL |
"Günəş"-adındakı müqəddəs məna, Layiqli övladdı Azərbaycana;. Qoruyur müəllif hüquqlarını. Məşhur Yazıçılar Birliyində O. Çiynində gəzdirər ən ağır dağı - Yoxdur nə dincliyi, nə rahatlığı;. Daim təmasdadır xeyirlə, şərlə. çoxdan öldürüblər" adlı əsərlə. Neçə kimsəsizin dadına yetib. Vədini əmələ döndərən kişi. Hazırdır... | ANL |
Müəllim ömrünün istisi və işığı. ŞABRANDA AZƏRBAYCANIN ƏMƏKDAR MÜƏLLİMİ BABƏK XUBYAROVUN 60 İLLİK YUBİLEYİ QEYD EDİLİB. Müəllimlik qocalmaq bilməyən peşələrdəndir. Hələ bir neçə min il öncə Çin filosofu Konfutsi demişdir: "Əgər birillik planın varsa, taxıl ək. Əgər yüzillik planın varsa, insanları öyrət!". Dərin bilik,... | ANL |
İnfaq - İslamda nəyisə paylaşmaq mədəniyyətidir. İnfaqın ən ali səviyyəsi isə özünün nəyəsə bərk ehtiyacı olduğu halda, öz ehtiyacından başqasının xeyrinə imtina etməkdir. I. Səhabələrdən biri meydanda ölən və yaralananların arasında əmisioğlu İkriməni axtarırdı. Dualar oxuya-oxuya, zikr edə-edə gözü yerə sərilmiş döyü... | ANL |
Ənənəvi musiqi-folklor irsimiz: bərpa, təbliğat və inkişaf. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həyata keçirilən "2010-2014-cü illərdə Azərbaycan Xalq Yaradıcılığı Paytaxtları" Proqramı artıq başa çatıb. Proqram ötən beş il ərzində respublikamızın ayrı-ayrı bölgələrində konkret məqsəd və tədbirlərlə həyata keçiri... | ANL |
"2015-ci il beynəlxalq münasibətlər baxımından Azərbaycan üçün daha əlverişli olacaq". Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AzərTAc-a məxsusi müsahibə verib. Müsahibəni təq... | ANL |
Daşkənd mediası Zeynəb Xanlarovadan yazıb. Daşkənddəki kultura.uz saytında böyük sənətkarımız, Xalq artisti Zeynəb Xanlarova haqqında geniş material verilib. Azərbaycanın Özbəkistandakı səfirliyi və səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə yazılan məqalənin əvvəlində deyi... | ANL |
Xalq artisti Leyla Bədirbəylinin 95 illiyi tamam olub. Yanvarın 8-də Azərbaycan teatrının görkəmli nümayəndələrindən olan, milli kino sənətimizin bənzərsiz simalarından sayılan Leyla Bədirbəylinin anadan olmasının 95 illiyi tamamlanıb. Anası Bikə xanım Şəmkirdə Musa xanın qızı, atası Ağalar bəy isə həmin bölgənin kənd ... | ANL |
Ömrün fəsilləri. Təbiət gözəldir hər donda, insan gözəldir hər yaşda. cücərər, yarpaqlanar, allanar. insan kimi, Baharı çox sevirəm uşaq kimi saf, təmizdi, Baharı çox sevirəm uşaqlığımla əkizdi. Yayı sevirəm. Gənclik kimi qaynayar qan da, Yayı sevirəm dənizi sevdiyim qədər, Günəşin şəfəqləri dalğalarla sevişər hər səhə... | ANL |
Ənənəvi musiqi-folklor irsimiz: bərpa, təbliğat və inkişaf. Keçmiş SSRİ dönəmində, bütün respublikalarda olduğu kimi, Azərbaycanda da Bəstəkarlar İttifaqına üzv bəstəkar və musiqişünaslar mütəmadi olaraq folklor ekspedisiyalarına, yaradıcılıq ezamiyyətlərinə göndərilir, yerlərdə xalq mahnı və rəqslərini nota yazır, bəd... | ANL |
Şimali Kiprin Azərbaycandakı nümayəndəsi: “Avropa İttifaqı bizə verdiyi sözlərdən heç birini yerinə yetirmədi”. “İstərdik ki, azərbaycanlı iş adamları Şimali Kiprin turizm və xidmət sektoruna daha çox diqqət ayırsınlar və sərmayə yatırsınlar”. Şimali Kipr Türk Cümhuriyyətinin Azərbaycandakı təmsilçisi Sadəddin Topukçun... | ANL |
Zahid Oruc: "Azərbaycana qeyri-sabitlik ixracı mümkün olmayacaq". Təbii ki, bu il ölkəmizdə keçiriləcək ilk Avropa Olimpiya Oyunları və 5-ci çağırış parlament seçkiləri daha önəmli hadisələrin sırasında dayanır və dayanacaq. Bəs digər hansı hadisələr, xüsusilə, gözlənilməz hadisələr yaşana, önəmliliyi ilə seçilə bilər?... | ANL |
Əli HƏSƏNOV: Azərbaycan istəyir ki, onun milli iradəsinə və beynəlxalq hüquq normalarına uyğun siyasətinə hörmətlə yanaşılsın. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov “Bloomberg” agentliyinə müsahibə verib. AzərTAc müsahibəni təqdim edir. – Hörmətli Ə... | ANL |
DEYƏSƏN TƏZƏDƏN UŞAQ OLMUŞAM. Qalxanda bir yolun ucuna belə, Qalıram uçuna –uçuna belə, Daha gücüm çatmır ayaqlarıma, Döndərib üzünü, üzümə baxmır. Qəfil küsərəm ha, inciyərəm ha, Yaman dəymədüşər olmuşam nəsə. Adam var danışır,nə dediyini. Eşidə bilsəm də, başa düşmürəm. Lüzumlu-lüzumsuz sözlər yaranır, Kəlmələr çeynə... | ANL |
Söhbət bu yaxınlarda 85 yaşı tamam olan mərhum rusiyalı aktrisa Klara Rumyanovadan gedir. Taleyin hökmü. “Uşaqlığımızın səsi” metaforası ilə tanınan Klara Rumyanova 1929-cu ildə Leninqradda anadan olub. RSFSR-in multiplikasiya üzrə “Əməkdar artist” adına layiq görülmüş ilk və yeganə aktrisası olan Klaranın kinoya həvəs... | ANL |
PROFESSOR ƏMİRXAN XƏLİLOV: “YEDDİ CİLDLİK “DÜNYA ƏDƏBİYYATI”NI TAMAMLADIQDAN SONRA DA BELƏ DÜŞÜNÜRƏM Kİ, HƏLƏ ÇOX AZ İŞ GÖRMÜŞƏM”. Azərbaycanın nüfuzlu ədəbiyyatşünaslarından biri, Bakı Dövlət Universitetinin professoru Əmirxan Xəlilov insan kimi də, alim və pedaqoq kimi də nümunəvi ömür yolu keçib. Səksən yaşın astana... | ANL |
Şeirlə yazılmış türk tarixi – “Səyavuş” Gülşən ƏLİYEVA-KƏNGƏRLİ 1934-cü ildə keçmiş SSRİ-də iki böyük ədəbi hadisə baş verdi: dünyada yazıçıların ən böyük forumu – SSRİ yazıçılarının birinci qurultayı keçirildi və dünya ədəbiyyatının dahisi Əbülqasım Firdovsinin anadan olmasının 1000 illiyi qeyd olundu. Sovetlər İttifa... | ANL |
Bir eynək təsəvvür edin: qara sağanaqlı, iri, yuxarısı düzbucaqlı, aşağısı dairəvi olan qalın optik şüşəli bir eynək. Qoşa lupaya bənzər şüşələrin arxasından iki diri göz baxır. Bu eynək lopa bığlı, qalın qaşlı, ovurdları batmış, ağzında beş-üç çürük dişi qaldığı üçün çənəsi burnuna yapışmış, bəstəboylu qaraçıya bənzər... | ANL |
Hidayət Orucovla bağlı biblioqrafik nəşr hazırlanıb. M.F.Axundzadə adına Milli Kitabxanası ötən il “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından şair, yazıçı-publisist, dramaturq, ictimai-siyasi xadim Hidayət Orucov biblioqrafiyasını nəşr edib. Kitabxanadan verilən məlumata görə, çoxşaxəli yaradıcılığı və mükəmməl... | ANL |
Əbdürrəhimbəy Haqverdiyevin xatirəsinə. Həsən əmi qışdan bəri elə hey deyinib durmuşdu: – Qar hökmən yağmalıdı. Adamın gözü qar görməlidi. – Həyətdə gözlərindən cin çıxan qonşu uşaqlar yaşı ötmüş, dizləri taqətini, gözləri itiliyini itirmiş bu qoca kişinin arxasınca gülüşə-gülüşə qaçaraq həmişəki suallarını yağdırdılar... | ANL |
ŞAİR ÇİNGİZ ƏLİOĞLU İLƏ DAHA BİR GÖRÜŞ. “Metro kraterinin yenə də axın-axın insan lavası püskürdüyü, yanan avtobus ciyərlərinin işlənmiş qaz borusundan buğum-buğum tüstü öskürdüyü” Bakının qaynayan bir küçəsinin yolu məni yenə görkəmli şair Çingiz Əlioğluya sarı istiqamətləndirib. Hələ ilk qarın nübarını dadmayan şəhər... | ANL |
Bütün yönləri ilə yaradıcı təhlil. akademik İsa Həbibbəyliyə açıq məktub. Çox hörmətli İsa müəllim! Azərbaycan ədəbi ictimaiyyəti və bütövlükdə Azərbaycan cəmiyyəti Sizi ədəbiyyatımızın, mətbuatımızın – bir sözlə, milli söz dünyamızın istedadlı tədqiqatçısı, klassik yazıçı və şairlərimizin, mətbuat xadimlərimizin, mill... | ANL |
“NORMAL İNŞA CÜMLƏSİ YAZA BİLMƏYƏN ADAM ROMAN YAZIR”. Feyziyyə ilə Xəzərin sahilində. – Bəs sonra necə... “Kim kimdən müsahibə alır, başa düşmürəm?” şaqqaşaqla fotomuzu çəkən Firəngizin sualına duruxub gülüşürük. Amma bu, təbii ki, fikrimizi yayındırmır və Fəxri bəyin mənlə “müsahibəsini” yarımçıq qoymur. Əslində bu su... | ANL |
XƏLİL RZA ULUTÜRKÜN ƏSƏRLƏRİ “XALQ ƏMANƏTİ” KİMİ TƏQDİM OLUNDU. Dünyanın aparıcı bank və şirkətlərinin sponsorluğu və dəstəyi ilə genişmiqyaslı mədəni proqramlar çərçivəsində filmlər çəkilir, konsert və sərgilər təşkil edilir, kitablar nəşr olunur. Bu baxımdan, Xalq Bank Azərbaycanda uğurlu iqtisadi fəaliyyəti ilə yana... | ANL |
“Mən şou-bizneslə əlaqəsi olmayan adamam”. XALQ ARTİSTİ AYGÜN BAYRAMOVA: “HƏR ZAMAN ÇALIŞIRAM Kİ, GETDİYİM ÖLKƏLƏRDƏ ÇIXIŞLARIM YAXŞI QARŞILANSIN”. – Aygün xanım, Azərbaycan musiqisinin, səhnəsinin, mədəniyyətinin bugünkü durumu sizi qane edirmi? Xüsusilə də, şou-biznes adı altında neçə illərdir mədəniyyətimizə, milli ... | ANL |
Düşündüyünüz kimi deyil və heç yeri də deyil. Hər biri ayrıca bir Qarabağdır. Hərəsi bir Qarabağ dünyasıdır. Bütün dünyaya yayılmış Qarabağ namələridir. Üzeyir bəyin, Niyazinin, Xan Şuşinskinin, Cabbar Qaryağdıoğlunun musiqili namələri! N.Vəzirovun, Ə.Haqverdiyev və Q.Zakirin sözlə yazdıqları Qarabağ! Hər biri yeriyən ... | ANL |
“Gənclərimizin olduqları ölkələrin mədəniyyətini öyrənmələri faydalı olar”. Müsahibimiz Türkiyənin Erciyes Unversitetinin magistrantı, Zəngin Azərbaycan Mübarizə İctimai Birliyinin Kayseri nümayəndəsi Ləman Süleymanlıdır. Tələbələrin hamısını desəm yalan olar, amma əksəriyyəti ilə görüşürəm. Müəllimlərin hamısı məni ya... | ANL |
"Allah erməniyə qarğasın! Və mən azından anamın oğlu kimi bilirəm ki, o belə deyəndə qətiyyən dünya ermənilərini nəzərdə tutmur: qarğışın hədəfi ancaq anamın dünyasını dəyişən ermənilər olur.Necə deyərlər, daş kəsən yox, baş kəsən ermənilər. Həmin ermənilər ki, indi Ermənistan Respublikası adlandırılan ərazilərdən anam... | ANL |
Düşüncələrdən yoğrulan və düşündürən poeziya. Həqiqi şair orijinal görünməyə yox, orijinal olmağa can atır. Orijinallıq şairin öz içinə, duyğularına sədaqətli qalması, dünyanı necə görürsə, o cür ifadə etmək bacarığıdır. Həqiqi ədəbi mübarizə şairin duyduğu naqisliklərlə mübarizədir. Fikir və düşüncələrini kənar bərbəz... | ANL |
İki gəncin yarım qalan eşqi və ölüm... Yazar, bəlkə də erkən öləcəyini hiss edərək romanındakı qəhrəmanların eşqlərini da yarımçıq qoymuşdu. Belə gənc ölümlər üçün Yunus Emre nə gözəl bayatı söyləmiş: “Bu dünyada bir nəsnəyə. Yigit ikən ölənlərə. Göy əkin kimi biçilən yazıçı Gülşən Lətifxanın Hollandiyada da vəfatını e... | ANL |
Romanda Azərbaycan tarixi və azərbaycanlı taleyi. YAXUD "İŞĞAL VADİSİ" ƏSƏRİNDƏN ALINACAQ İBRƏT DƏRSİ. Bəzən tarixi hadisələri bədii ədəbiyyata gətirəndə belə düşünənlər də olur ki, onsuz da tarix məlumdur, onu bədiiləşdirməyə nə ehtiyac? Zənnimcə, bu, kökündən yanlış olan bir fikirdir. Axı, tarixi faktları hər zaman y... | ANL |
Avropada yeni bir kabus... Hələ təxminən 10 il öncə Fransaya səfərlərimdən birində axşama yaxınYelisey çöllərində gəzişərkən ərəbmənşəli fransızların yaratdıqları iğtişaşların şahidi olmuşdum. Səbəb çox bayağı idi. Həmin anda adlarını indi xatırlaya bilməyəcəyim iki ərəb ölkəsinin futbol klubları arasında yoldaşlıq gör... | ANL |
Bir sənətkarın səsi və xatirəsi. XANƏNDƏ NOVRUZ ABDULLAYEVİN SƏNƏTİ VƏ ŞƏXSİYYƏTİ BARƏDƏ DÜŞÜNCƏLƏR. Ölümün atı çaparaq olar, deyiblər. Onun da ölüm xəbəri bizim Şabrana tez yayıldı. Dekabrın həmin soyuq günü - ayın 12-də mərhumun hüzr yerinə gələndə maşını maşına söykənən gördüm. Günorta saatlarında mərhumu doğulduğu ... | ANL |
Mübarək. ARDNŞ-nin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin 85 illiyinə. Səksən beşinci qış qalır arxada, Gəlir yenə də yaz, Xoşbəxt müəllim! Tarixə çevrilir ön də, arxa da, Fədakar, yorulmaz Xoşbəxt müəllim! Duyğular çağırır şeir yazmağa, Nəğmə qəhrəmanım - sevimli insan! Teleqram göndərib qarlı Sibirdə... | ANL |
İntizarda qoyma qalsın göslərim, Bağrım başın öz əlinlə yarı yar. Gözlərimə təbəssümlər nəqş elə, Sevincini çiçəklərdə əks elə... Aşiqinə saf məhəbbət bəxş elə. Onda Həmid sevgisindən yarıyar... Seyid Həmid LAÇINLI. | ANL |
Dəniz istəyirəm. Mən bir dəniz istəyirəm, Ruhumda və düşüncəmdə. Fırtına, tufan qoparsın. Qəlbimdəki dərdi, qəmi. Mən bir dəniz istəyirəm, Sükuta o, qənim olsun, Mən bir dəniz istəyirəm, Sinəmdəki ürəyimtək. Həmişəlik mənim olsun. | ANL |
Böyük sözün sonucu... ANAR AMİNİN POEZİYASI HAQQINDA QEYDLƏR. Böyük söz güzgüdür. Böyük söz insanın özünə oxşamağını istəyir, onda onu düzgün əks etdirir, oxşamadımı onu olduğu kimi göstərmir. Mütləq söz deyilməyib. Mütləq söz Allaha məxsusdur! Onu insan deyə bilməz! Lakin böyük olmaq sanşını insan hələ ki, özündə saxl... | ANL |
"Təbiətdə izi qalan meşəçilər" işıq üzü görüb. Bu yaxınlarda yazıçı-publisist Əlləz Vəliyevin (Ormeşənli) "Təbiətdə izi qalan meşəçilər" kitabı nəşr olunub. Müəllif kitabı meşə mühafizəsi işinin görkəmli təşkilatçısı və dövlət xadimi, meşəçilərin yaxın dostu olmuş Sosialist Əməyi Qəhrəmanı Mehdi Mustafayevin 100 illik ... | ANL |
Romanda Azərbaycan tarixi və azərbaycanlı taleyi. YAXUD "İŞĞAL VADİSİ" ƏSƏRİNDƏN ALINACAQ İBRƏT DƏRSİ. Bəzən tarixi hadisələri bədii ədəbiyyata gətirəndə belə düşünənlər də olur ki, onsuz da tarix məlumdur, onu bədiiləşdirməyə nə ehtiyac? Zənnimcə, bu, kökündən yanlış olan bir fikirdir. Axı, tarixi faktları hər zaman y... | ANL |
Nehrəmi gəzdim, gəldim. "Biz hamımız uşaqlıqdan gəlirik..." Bu sözlər böyük humanist yazıçı Ekzüperiyə məxsusdur. Həmin kəlamın məntiqi davamı kimi deyə bilərik ki, bizim hər birimizin rişələri doğulub ərsəyə gəldiyimiz yerdədir, başqa sözlə, dünyanı dolaşsaq da, göbəyimiz basdırılan yerdən heç vaxt ayrıla bilmirik. Bu... | ANL |
Azərbaycanlı qaçaq Beriyanı necə məğlub etdi? NKVD ŞEFİNİN BİABIRÇI QAÇIŞI. 1921- ci ildə 22 yaşlı gənc bir gürcü arxasında böyük siyasi qüvvənin, beynəlxalq nüfuzun və xüsusi mülkiyyətin dayandığı menşevik güclərini hakimiyyətdən salıb, Gürcüstan SSRİ-ni qurdu. Eynəkli gözləri heç bir şey ifadə etməyən bu şəxs, amansı... | ANL |
"Həyatda amalsız, məqsədsiz yaşamaq qeyri-mümkündür". ƏFLATUN NEMƏTZADƏ: "YUBİLEYİMDƏ DƏ ÖZ TORPAĞIMA, VƏTƏNİMƏ TƏŞƏKKÜR ETDİM, ÇÜNKİ MƏNİ BU TORPAQ YETİŞDİRİB". Bu il Azərbaycanın Əməkdar incəsənət xadimi, professor Əflatun Nemətzadənin anadan olmasının 70, yaradıcılıq fəaliyyətinin 50 ili tamam olur. Keçmiş sovetlər ... | ANL |
"Burdan min atlı keçdi" tamaşası nümayiş etdirilib. Yaxın günlərdə İrəvan Dövlət Azərbaycan Dram Teatrında şair-dramaturq Hidayətin “Burdan min atlı keçdi” əsəri əsasında hazırlanan eyniadlı tamaşanın məşqlərinə başlanılacaqdır. Teatrdan AzərTAc-a bildirmişlər ki, dövlət sifarişi ilə hazırlanan tamaşanın quruluşçu reji... | ANL |
"Muğama xalqımızın misilsiz sərvəti, müqəddəs nemətimiz kimi yanaşıram". XALQ ARTİSTİ MÖHLƏT MÜSLÜMOV: "AZƏRBAYCANDA MUĞAMA, TAR İFAÇILIĞINA OLAN YÜKSƏK DİQQƏT BU SƏNƏTİN İNKİŞAFINA GENİŞ YOL AÇIR". Ustad tarzən, Xalq artisti, Milli Konservatoriyanın professoru və Ə.Bakıxanov adına Xalq Çalğı Alətləri Ansamblının bədii... | ANL |
Bakı Dövlət Universitetinin jurnalist ixtisası üzrə birinci kursunda təhsil alanda bizim əslində, şərti mənada da olsa və əgər belə demək mümkünsə, iki qism müəllimimiz vardı: bir ənənəvi alim, peşəkar müəllimlərimiz, yəni, ixtisası sevdirən, onun incəliklərini təlqin edənlər, bir də üçüncü kurs tələbələri. Bu da səbəb... | ANL |
Mənim Məzahir Avşar sərgim. Azərbaycanın görkəmli sənətkarı Məzahir Avşar mübarək qədəmlərilə 60-ına daxil oldu. O, sənət zirvələrini də, insan qəlblərini də fəth edənlərdəndir. Bu yaşındakı fütuhatı artıq geniş bir mənəviyyat ərazisini tutub. Mübarək 50 yaşına qədəm qoyduğun bu gündə yaxından bələd olduğum bütün yarad... | ANL |
Bu günlərdə Türkiyədən tanınmış təhsil işçisi, mahir publisist-tədqiqatçı, Azərbaycan mədəniyyətinin yaxın dostu Ömər Özcandan ünvanıma "Kubbealtı Akademisi Mecmuası"nın 2015-ci il tarixli 173-cü nömrəsində dünya şöhrətli türkoloq prof. Əhməd Cəfəroğlu ilə bağlı dərc olunmuş yazı göndərilmişdir. Mövzu maraqlı və tanış ... | ANL |
Qəşəm Nəcəfzadə Gənc Ədiblər Məktəbinin qonağı olub. Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda Gənc Ədiblər Məktəbinin (GƏM) növbəti toplantısı keçirilib. Bu dəfəki toplantının qonağı Yazıçılar Birliyinin Uşaq Ədəbiyyatı seksiyasının rəhbəri, şair Qəşəm Nəcəfzadə olub. Tədbiri açan Yazıçılar Birliyinin gənclərlə iş... | ANL |
Zəlimxanın poeziya aləminə səyahət. Zəlimxan Yaqub poeziya aləminə gəldiyi ilk gündən ədəbi ictimaiyyətin diqqət mərkəzində olmuş və bu diqqət, bu məhəbbət bir an belə səngiməmiş, çəkilmələrə məruz qalmamışdır. Ona görə də şairin poeziyasında həyat həqiqətdə olduğundan daha həyatidir. Ən önəmlisi isə odur ki, onun poez... | ANL |
Xəzər Universitetində"Azərbaycanda ali təhsilin inkişafı və dünya reytinq cədvəlləri" müzakirə olunub. REKTOR HAMLET İSAXANLI UNİVERSİTETİN SON UĞURLU NƏTİCƏLƏRİ HAQQINDA MƏTBUATI GENİŞ MƏLUMATLANDIRIB. Ötən gün Xəzər Universitetində media nümayəndələrini iştirakı ilə "Azərbaycanda ali təhsilin inkişafı və dünya reytin... | ANL |
Tarixdə izi və sözü olan Cəmo bəy Cəbrayılbəyli. Maraqlı həyat yolu keçmiş görkəmli bir ziyalımız haqqında söz açmaq istəyirəm. Atası o vaxtlar Şamaxıda yerləşən Bakı Əhli-Təsənni İdarəsində kargüzar işləyirdi-Adil bəy Cəbrayılbəyov. Adil bəy Cəbrayılbəyov Zaqafqaziya Əhli-Təsənni İdarəsinin müftisi şamaxılı Hacı Əbdül... | ANL |
Gəlir bu bağların təbiətindən, Coşub-daşmağım var, sozalmağım var. Sözdən öz ömrümə bir heykəl yonub, Gözəllik önündə heyrətdən donub, Arıtək çiçəkdən-çiçəyə qonub, Dədə ocağından köz almağım var. Bir qarlı, boranlı qışdan çıxmışam, Təzə çiçəklənib yaz olmağım var. Duyğular bağında güllər bitirib, Bir ömrün içində min ... | ANL |
Müharibə və onun nəticələrinə təsir edən amillər. Təbiətin müharibənin gedişinə təsiri. Müharibə vakuumda və ya ətraf mühitdən izolə olunmuş şəraitdə getmədiyindən digər mühüm amillərlə yanaşı təbiətin, iqlimin də müdaxiləsi ona öz təsirini əsaslı surətdə göstərir. Təbii sərhədləri olmayan ölkələr, məsələn, Prussiya bu... | ANL |
Dünyanın məşhur “sərçə”si Edit Piaf. Anası Annetta Covanna Maillard yarı italyan, yarı əfqanəsilli idi. Atası Luis Alfons Qassion isə kəndirbazlıqla məşğul olurdu. Valideynləri küçələrdə şou hazırlayaraq pul qazanırdılar. Özü isə uzun müddət əxlaqsızlar yuvasında yaşamalı olub. Söhbət dünya ulduzu Edit Piafdan gedir...... | ANL |
«Dünya ədəbiyyatı» dərgisinin yeni sayı çapdan çıxıb. Azərbaycan yazıçılar Birliyi Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin nəşri olan «Dünya ədəbiyyatı» dərgisinin yeni sayı işıq üzü görüb. Dərginin yeni sayı əsasən Ukrayna ədəbiyyatına həsr olunub və bu nömrənin hazırlanmasına dəstək vermiş Ukrayna Ali Radasının de... | ANL |
Oxucusuna yaşıl ümidlər vəd edən əsər. Natiq Məmmədlinin “Körpüdə ümid” romanı haqqında düşüncələr. “Kaspi”yə Rəfibəylilərlə bağlı bir məqalə aparmışdım. Orada tanış olduq. Səmimi adamdır Natiq müəllim. Romanını məmnuniyyətlə oxudum. Bəribaşdan deyim ki, əsərdə epik materialın azlığı görünsə də, onu psixoloji roman da ... | ANL |
İradə Tuncay: “Qadını təhsilsiz millətin sabahı sual altındadır”. "İSTƏYƏRDİM BİR TƏŞKİLATIM OLSUN, ORDA TƏHSİLLƏ BAĞLI, XÜSUSƏN, QIZLARIN TƏHSİLİ İLƏ BAĞLI ÖNƏMLİ LAYİHƏLƏR HƏYATA KEÇİRİM". Feyziyyə ilə Xəzərin sahilində. Dəniz dalğaları sahilə çırpılıb qayıtmayan damlalarını axtarmaqdan yorulub yatana oxşayırdı. Qırı... | ANL |
Hərdən mənə elə gəlir ki, əlimdə qələm, gözümdə eynək doğulmuşam. Qələm də — aydın məsələdir — yazmaq üçündür, eynək bəzən görmək üçün olmasa da... Dağların, qayaların mühasirəyə aldığı uzaq bir kənddə dünyaya gəldim. Quşlar evlərin damında yaşayır, buludlar yallarda yalmanırdı. Adamlar Günəşi yandırıb işə çıxır, söndü... | ANL |
Bir ümmandan yüz ləpə. Azərbaycan Yazıçılar Birliyi “Ən yaxşı şeir” müsabiqəsi təşkil edib və “10 şair-100 şeir” poeziya almanaxında müsabiqə qaliblərinin şeirləri nəşr edilib. Söhbətimiz həmin almanaxdakı şeirlər haqqında olacaq. Bu gün –XXI əsrin ikinci onilliyində yenə də poeziya qapıları döyməkdə, ürəkləri oxumaqda... | ANL |
Mənəviyyat adamı. İstənilən cəmiyyətin gücü mənəviyyatdadır. Mənəviyyat varsa sabaha ümid, getməyə yol, udmağa hava var. Mənəvi işartılar olmayan yerə həmişə mağara havası hopur. Hətta balaca bir kollektivdə də söykənəcək üçün mənəvi dəyərlər yoxdursa, orada ruhi birlik alınmır, sadəcə ora nəyə xidmət etdiyi bilinməyən... | ANL |
“Jurnalistikaya məşhurlaşmaq, şöhrət qazanmaq xətrinə gəlməmişəm”. Tanınmış jurnalist İmran Bədirxanlının 50 yaşı tamam olur. 2005-ci ildən İctimai Teleradionun əməkdaşı olan İmran Bədirxanlı əvvəl radioda müxtəlif səpkili verilişlərə müəlliflik və aparıcılıq, telekanalın “TV-1” jurnalına redaktorluq edib. Hazırda “Car... | ANL |
Milli Kitabxananın direktoru Misir Mədəniyyət Mərkəzində olub. M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov və elmi katib Əminə Cəfərova yanvar ayının 15-də Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin Misir Mədəniyyət Mərkəzində olublar. Mədəniyyət Mərkəzinin müdiri doktor Əhmə... | ANL |
Bu sayımızda 25 il öncə baş verən, xalqımızın taleyinə qara hərflərlə yazılan 20 Yanvar hadisələri haqda parçanı ixtisarla oxuculara təqdim edirik. Bu gün tarixə Qara Yanvar kimi düşdü. Bu dəhşətli hadisəyə bir gün qalmış Azərbaycan KP MK binasında SSRİ Ali Sovetinin sədri E.M.Primakov və Sov. İKP MK Katibi A.Qirenkoyl... | ANL |
Bizim işimizin mühüm bir hissəsi jurnalist sorğularının obyektiv və operativ cavablandırılmasına sərf olunur. “2014-cü ildə əmək münasibətləri və sosial müdafiə müstəvisində aktuallaşmış məsələlərin həllinə yönələn islahatlar kursu cəmiyyətin maraqlarını təmin etmiş oldu”. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin... | ANL |
“Asiya ölkələri beynəlxalq münasibətlər sistemində” kitabı nəşr olunub. Bakı Dövlət Universiteti beynəlxalq münasibətlər kafedrasının dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru Rza Talıbovun “Asiya ölkələri beynəlxalq münasibətlər sistemində” kitabı “Elm və təhsil” nəşriyyatında çap olunub. Kitabda Asiya ölkələrinin d... | ANL |
Yaddaşıma yazılan Qara Yanvar. Üç gün təbiətin özü şəhidlərə yas tutdu. Gözlərindən gildir-gildir leysan tökdü. Evlərin pəncərələrindən qara bayraqlar asıldı. Adamlar matəm libası geyindilər. Ürəklər qan ağladı, gözlər qan-yaş tökdü, bütün Azərbaycan yas tutdu. Necə sarsılmayasan! O vahiməli gecədən də hələ bir neçə gü... | ANL |
Şəhidlər verdik, Azadlıq qazandıq. Siseronun bir kəlamını xatırlayıram: "Mən ya vətənimin rifahı üçün yaşamalı, ya da onunla birlikdə məhv olmalıyam". Tarix deyir ki, Siseron bu kəlamı deməmişdən çox-çox əvvəllər xalqımızın tale cığırdaşı olub. Şəhidlik xalqın yaşam, var olma düsturudu... Gülüstan müqaviləsi ilə ikiyə ... | ANL |
Şəhidlər Xiyabanı necə yarandı? Azərbaycan radiosunun "Xəbərlər" redaksiyasında işlədiyim zaman üç qrupa bölünərək növbə ilə proqramın məsuliyyətini öz üzərimizə götürür, həmin günün verilişlərinə məsul olurduq. Mərhum jurnalist Qəzənfər Qəribovdan başqa rəhbərlik etdiyim qrupun bütün üzvləri getmişdilər. Həmin şərhdə ... | ANL |
Halbuki indi qeyd etdiyim fəxri adlarının heç birini bu şeirə görə almayıb. Böyük Vətən müharibəsinin başlanğıcından hərbi jurnalist kimi çalışmağa başlayan K.Simonov payız aylarında "Jdi menya" ("Gözlə məni") şeirini yazır. O, bu şeirini öz sevgilisinə həsr etsə də, "Jdi menya" müharibədə vuruşan ərlərini gözləyən büt... | ANL |
"Miniatür hekayələr yazıram. Xatirələrimi də yazıram. Özü də elə yazıram ki, kitabı açanda hansı hissəsini oxumaq istəsən, digəri ilə heç bir əlaqəsi olmasın, başa düşülsün. Rəhmətlik Aslan müəllim bu sözləri son müsahibələrinin birində demişdi... Həmin kitabı sağlığında nəşr etdirmək ona qismət olmadı. Lakin vəfalı hə... | ANL |
Bu yaxınlarda şair və publisist Güləmail Muradın "Dağlarda şəhid səsi" kitabı çapdan çıxıb. Kitaba Milli Məclisin üzvü, professor Nizami Cəfərov ön söz yazıb: "Güləmail Murad imzası geniş oxucu kütləsinə yaxşı tanışdır. Mən də uzun illərdir ki, onu tanıyır, dövri mətbuatda şeirlərini maraqla izləyirəm. Bir neçə gün önc... | ANL |
Məzahir Süleymanzadə ilə Şakir Yaqubovun "Qara Yanvar dialoqu". Bugünlərdə əməkdar mədəniyyət işçiləri, Ali Media Mükafatı laureatları Məzahir Süleymanzadə və Şakir Yaqubovun "Qara Yanvar dialoqu" kitabı işıq üzü görüb. Bir neçə gün öncə geniş təqdimatı keçirilmiş nəşrdə hər iki müəllifin xatirə-dialoqu, rəsmi sənədlər... | ANL |
Opera və Balet Teatrında "İntizar" təqdim edilib. Dövlət Akademik Opera və Balet Teatrında Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadənin "İntizar" operası nümayiş olunub. Librettosu "ÜNS" Yaradıcılıq Səhnəsinin bədii rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Nər... | ANL |
Yaradıcı şəxsiyyətin bütövlüyü və ucalığı. ...Aslan müəllim haqda keçmiş zamanda danışmaq mənim üçün çox çətindir. Bir kollektivdə çalışdıq, eyni binada qonşu olduq. Bu illərlə bağlı çox xatirələrim var: onların bir qismi Aslan müəllimi görkəmli elm adamı kimi, bir qismi peşəkar müəllim kimi, bir qismi rəhbər kimi, bir... | ANL |
Mənəvi səfalətin ünvanı. (Müasir dünya əhalisinin böyük hissəsi ruhi-mənəvi səfalət içində yaşamaqdadır. İnsanları bir araya gətirən ideya, mənəvi-əxlaqi, dini və müqəddəs ailə dəyərlərindən artıq əsər-əlamət qalmayıb.). Beynəlxalq ictimaiyyətin idrak səviyyəsi hələ müasir dövrdə baş verən ideya dəyişikliyini, əsrlər b... | ANL |
Cərimə zərbəsi. Bir qohum nübar tut arağı çəkmişdi. Heç bunun üstündən iki gün keçməmiş iki şüşə arağın hayıfını, əvəzini iyirmi dəfədən artıq çıxdı. Qaranəfəs özümü darvazaya çatdırıb ürəyimdə Allaha yalvardım ki, kaş xeyir xəbər olsun. Darvazanı açanda gördüm ki, çox yaxın bir tanışım həyəcanlı halda qapının ağzındak... | ANL |
Şəxsiyyətin harmoniyası. ...Orta məktəbdə ədəbiyyat dərslərində bədii əsərlərlə tanış olan şagirdlər, kinofilmlərə baxan yeniyetmələr gözəl düşüncələr, ülvi xəyallarla yaşamağa başlayır, özlərini gələcəkdə bədii əsərlərin qəhrəmanları kimi görmək istəyir, müsbət obrazlara bənzəməyə çalışırlar. Belə hissləri mən də keçi... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.