text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
QOCALIRIQ YAVAŞ-YAVAŞ... Dünən qızlar çıxardılar yoluma, Keçərdilər hey sağıma, soluma. İndi gəlin axtarıram oğluma, Almalıyam toya daş-qaş, deyəsən, Qocalırıq yavaş-yavaş, deyəsən. Cavanlığa ömrün tacı deyirəm, Sevənlərə eşq möhtacı deyirəm. Qocalırıq yavaş-yavaş, deyəsən. Diş də batmır indi tikə kababa, Sifarişi gərə... | ANL |
"Mənim ağ göyərçinim” nümayiş olunub. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yazıçı-dramaturq Tamara Vəliyevanın 20 Yanvar faciəsinə həsr olunmuş "Mənim ağ göyərçinim" tamaşası nümayiş etdirilib. SİA-nın verdiyi məlumata görə, tamaşadan əvvəl şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Teatrın direktoru... | ANL |
“Qanlı yanvar” filminin təqdimatı keçirilib. Təqdimat mərasimində dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, tanınmış elm və mədəniyyət xadimləri, kütləvi informasiya vasitələrinin nümayəndələri, filmin yaradıcı heyəti iştirak edib. Azərbaycanın müstəqillik tarixinin qanlı və şanlı səhifəsinə çevrilmi... | ANL |
Zəlimxan, bağrımı çatdatma belə, Qoy sənə nə gəlir, Ucadan gəlsin, Zəlimxan, qoy səsin ucadan gəlsin! Bu səs cələngmidir güldən, çiçəkdən, Bu səs yaranmışdır vətən deməkdən! Hərdən Koroğludan, hərdən Babəkdən, Hərdən Bəzirgan yox, Xocadan gəlsin, Zəlimxan, qoy səsin ucadan gəlsin! Zəlimxan, Zəlimxan, qaldır səsini! Qar... | ANL |
Mənəvi dəyərlərə işıq salan əsər. SADIQ ELCANLININ "ZÜLMƏT" ROMANI HAQQINDA DÜŞÜNCƏLƏR. Çoxsaylı, yetkin romanlar müəllifi istedadlı yazıçımız Sadıq Elcanlının "Zülmət" əsərinin redaktoru və naşiri olduğumdan bu əsəri çox diqqətlə oxumuşam. Əvvəlcə birnəfəsə oxuduğum romanı, təzədən naşir gözüylə təkrarən oxumalı oldum... | ANL |
Çanaqqala zəfərinin təntənəsi Azərbaycanın Dağlıq Qarabağda qələbəsinin paroludur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyəyə rəsmi dövlət səfəri zamanı ölkəmizin Çanaqqala zəfərinin 100 illiyini Türkiyə Cümhuriyyəti ilə birlikdə qeyd edəcəyini bəyan etməsi xalqlarımızın ciddi sınaqlardan çıxmış sar... | ANL |
ATİ-dən ATMU-ya: 9 ilə bir nəzər... 22 dekabr 2014-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Turizm İnstitutunun (ATİ)bazasında Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) yaradılması barədə imzaladığı müvafiq sərəncam ölkə rəhbərinin Azərbaycanın gələcəyi ilə bağlı düşün... | ANL |
Sənin 60 yaşın olmasını Ramiz Rövşənin yazısından bildim. Mən də səni - xalqımızın, millətimizin dəyərli övladını 60 yaş münasibətilə ürəkdən təbrik edirəm, sənə cansağlığı və mənalı ömür arzulayıram, yaradıcılığında uğurlar diləyirəm! Əzizim Məzahir, tale, qismət elə gətirib ki, uzun illər görüşə bilməmişik. Son dəfə ... | ANL |
Bir torpağı, Qəhrəmanlar, sənətkarlar. Yetişdirən bir ocağı. Səni azad görsün deyə. Neçə-neçə igid ərlər. Can verdilər. Qız-gəlinlər. Diri-diri basdırıldı, yandırıldı, Sərt soyuqda donduruldu, Millət məğlub olsun deyə. Amma məğlub edilmədik, Heç bir zaman əyilmədik. Bir gün mütləq alınacaq. Düşmənlərdən torpağımız, Yen... | ANL |
“İçərişəhər” Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşən, dünyada ilk özəl Miniatür Kitab Muzeyi miniatür kitabların dünyada ən böyük kolleksiyası kimi Ginnesin Rekordlar Kitabına daxil edilib. “Qafqazinfo”nun məlumatına görə, muzeyin təsisçisi və yaradıcısı, respublika “Kitab” cəmiyyətinin idarə heyətinin sədri, Əmək... | ANL |
“Azərbaycan xalçaları” nınyeni sayı çapdan çıxıb. Hər sayında oxucularını yeni və maraqlı tədqiqat materialları, reportajlar, təhlillər və müsahibələrlə tanış edən “Azərbaycan xalçaları” jurnalının XII buraxılışı nəşr olunmuşdur. Jurnal professor V.Muradovun Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezident... | ANL |
Azərbaycan əsilli Türkiyə alimi: böyük ədəbiyyatşünas Əbdülbaqi Gölpınarlı. Əslən Azərbaycandan - Şəkinin Gölbulaq köyündən olan Əbdülbaqi Gölpınarlı Türkiyədə çox yaxşı tanınan ədəbiyyatşünas alim, dini-mənəvi islami görüşləri, geniş tərcüməçilik fəaliyyəti ilə tarixdə, yaddaşlarda qalan parlaq təfəkkür sahiblərindən ... | ANL |
2014-cü ilin fevralından başlamış məlum Ukrayna hadisələri Krım problemini artıq bir xalqın taleyinə təsir göstərən lokal xarakterli məsələ çərçivəsindən çıxararaq, regional və qlobal sabitliyə real təhlükə yaradan qlobal problemə çevirmişdir. Təəssüf ki, bu proseslərdə ən böyük zərbəyə məruz qalan geo-siyasi mübarizən... | ANL |
Milli dəyərlərə sadiqlik və peşəkarlıq örnəyi. Hər insanın iki dünyası var: yaşadığı dünya və yaşatdığı dünya. İnsanın ağlı, zəkası, mənəvi fəzilətləri və özünü ifadə forması yaşadığı dünyada yeni bir dünya yaradır. Bu mənada, insan həm də mövcud olduğu zamanın, tarixin, mədəniyyətin məhsuludur. Dünyada həm də yaratmaq... | ANL |
(Səməd Vurğun haqqında duyğu və düşüncələrim silsiləsindən). Quşlar dəstə-dəstə ellərdən keçər, Bəşər nəsil-nəsil dünyadan köçər;. Dilsiz əsrlərdən mirasdır bizə;. Əsir bahar yeli qəlblərimizə;. Lakin arxasınca kəfən geyir qış: Təbiət varlığı belə qarğımış. Səməd Vurğun. Səməd Vurğuna: Səndən sonra məclislərin hərarəti... | ANL |
Bir xalı üstündəyəm, zillənmişəm bir nöqtəyə, Bəklərəm ol vəhyi ki, gəlsin dəmi bir söz deyəm. İlmə-ilmə salmışam bu xalıya öz ruhumu. Ki, naxış vursun mələklər getdiyim bu səcdəyə. Gözlərimlə qatmışam əhvalıma naxışları, Rəngləri almış məni məndən, gətirmiş vəcdəyə. Öz səsiylə dinmiş hər rəng, hər çalarda musiqi, Gönd... | ANL |
Müharibə və onun nəticələrinə təsir edən amillər. Britaniyalılar öz qəddarlığını və vandalizmini onunla izah edirdilər ki, ABŞ təcavüzkar kimi çıxış edərək, müharibəni elan etməklə ona başlamışdır. Vaşinqton dağıntılara məruz qalsa da, hökumətin yerləşdiyi məkan olmasını davam etdirdi, baxmayaraq ki, paytaxtın başqa şə... | ANL |
Ədəbi irsimizin dəyərli səhifəsi – İbrahim Tahir yaradıcılığı. XIX əsr Qarabağ ədəbi mühitində böyük nüfuza malik olan Mir Möhsün Nəvvab özünün “Təzkireyi-Nəvvab” adlı əsərində şeir-sənət ocağı Şuşa şəhərində dünyaya gəlmiş şairi şəxsən tanıdığını, təzkirəsi tərtib olunarkən onun 22-23 yaşlı “xoş əhvallı, düz əxlaqlı” ... | ANL |
Gecə yağmağa başlayan yağış səhərə yaxın qəfildən kəsdi. O, yağışı bəhanə edib işə getmək istəmirdi, amma indi bu mümkün olmayacaqdı. Bu gecə demədinmi, sabah bütün günü bir yerdə olacağıq?! O bilmədi, sözünə sahib çıxmamaqda onu günahlandıran arvadına nə cavab versin. Bu düşüncələrlə indi o öz iş otağına girmək üçün d... | ANL |
Sənət adamları haqqında “Sənət hekayələri”. Biz özümüzdən asılı olmayaraq, ara-sıra uzaq zaman məsafəsində yaşamış müdriklərin ibrətamiz kəlamlarına söykənib fikrimizi sübuta yetirməyə çalışırıq. Bu təbii, məntiqi, eləcə də qanunauyğun bir haldır. Çünki həmin kəlamlar zamanın sınağından keçmiş, özünü doğrultmuş, bu və ... | ANL |
Onun hazırladığı libasları Avropanın və Amerikanın birinci xanımları geyiniblər. Heyranlıqla baxan yüzlərlə göz mağazaya yönələn nərdivanın ən üst pilləsində dayanmış madmazelə dikilmişdi: sadə şlyapa, dəbdə olmayan kostyum və kobud makiyaj... Şəkillərini çəkən fotoqraflar, nəzakətli iltifatlar... Şanel podiuma baxır v... | ANL |
Həyatını ciddiyə almayanları həyat qoldan qola atar. Sitatlar, misallar sadəcə təsəllidir! Oxşar hadisə başına gəlməyincə insanların verdiyi qərarlar ağılsız, atdığı addımlar məntiqsiz görünür hərdən. Azmı olub dost-tanışla, qohum-qonşuyla kiminsə taleyini eninə boyuna müzakirə etdiyimiz? Həyat qozqıran deyil, xüsusi o... | ANL |
Azadlıq mücadiləsinin və mücahidlərinin haqqını verən kitab. AZƏRBAYCAN TÜRKCƏSİNDƏKİ NƏŞRƏ ÖN SÖZ. Dəyərli araşdırıcılar Ramiz Abutalıbov və Georgi Mamulia Azərbaycan siyasi mühacirətinin tarixinə həsr edilmiş “Odlar ölkəsi. Azadlıq və müstəqillik uğrunda mübarizədə. Azərbaycan mühacirətinin siyasi tarixi. Əvvəlcə Bak... | ANL |
ELÇİNİN LİRİK QƏHRƏMANININ SON İLLƏRİN NƏSRİNDƏ TRANSFORMASİYASI. Elçin – ən müxtəlif səpgili əsərlərin müəllifidir. Öz yaradıcılıq yoluna Abşeron mühitini əks etdirən hekayə və povestlərlə başlayan müəllif sonralar “Mahmud və Məryəm”, “Ölüm hökmü” kimi fundamental, müəyyən dövrü təcəssüm etdirən romanlara qədər yüksəl... | ANL |
Moskva döyüşləri. Qəzetimizin müxtəlif nömrələrində Xalq yazıçısı Anarın “Yaşamaq haqqı” əsərinin bəzi fəsilləri dərc olunub. Keçən şənbə bu yazıdan “Qara Yanvar” fəslini dərc etdik. Bu sayımızda 1990-cı ilin Yanvar hadisələrinə həsr olunmuş başqa bir fəsli oxuculara təqdim edirik. SSRİ Ali Sovetinin sessiyası Yanvar h... | ANL |
Musiqi və rəssamlıqda təzahür tapan həyat eşqi. Ağdaş rayonunun Abad kəndinin 21 yaşlı sakini Qənirə Xəlilova fiziki imkanları məhdud olsa da, özünü bəxtsiz saymır. Üç yaşında ikən keçirdiyi ağır xəstəlik səbəbindən ayaqları və bədəni iflic olan Qənirə Xəlilova böyüdükcə həyatdan küsməyib, əksinə mübarizə aparıb. Əlil ... | ANL |
Azərbaycanlı gənc bəstəkar Rusiyada birincilik qazanıb. Georgi Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəbinin bəstəkarlıq ixtisası üzrə X sinif şagirdi Arzu Abbasova yeni uğura imza atıb. Gənc ifaçı İstedadlı Uşaq və Gənclərə Dəstək Fondunun təşkilatçılığı ilə 2014-cü ilin payızında Rusiya Federasiyasının Novosi... | ANL |
Bir kəndin tarixini yaşadan kitab. İstedadlı telejurnalist, İctimai Televiziyada böyük redaktor Kamil Məhərrəmoğlunun (Nehrəmli) 2014-cü ildə "Xan" nəşriyyatında yayımlanan və doğma kəndi "Nehrəmin şanlı tarixi və şəxsiyyətləri haqqında salnamə" adlandırdığı "Tarixi özündə yaşadan kənd" kitabını oxuyarkən yadıma 2000-c... | ANL |
Beş gün əvvəl nəvəmi-balaca Səyyad Ağbabalını yanıma çağırıb bir az bədii qiraətlə məşğul olmaq lazım olduğunu bildirdim. -Get istədiyin bir kitabı gətir,-deyə cavab verdim. Nəvəm cəld bir hərəkətlə balaca kitabxanamıza yönəldi və gətirdiyi kitabı-Zəlimxan Yaqubun "Hüseyn Saraclı dastanı"nı stolun üstünə qoyub üzümə ba... | ANL |
"Ruhuma uymayan, ürəyimə yatmayan işlə məşğul olmuram". "HƏR ÜÇ SAHƏ - JURNALİSTİKA, FOTO SƏNƏTİ VƏ YAZIÇILIQ ÖZÜNÜİFADƏ VASİTƏSİ KİMİ MƏNƏ ÇOX DOĞMADIR". Tanınmış publisist, yazıçı və fotoqraf Şirməmməd Nəzərli ilə həmsöhbət olub, onun bu yaxınlarda keçirilən "Azərbaycan rəssamlarının fotoportretləri" sərgisi, Fotoqra... | ANL |
Şəfiqə Axundova Musiqi Mədəniyyəti Muzeyində anılıb. Musiqi Mədəniyyəti Dövlət Muzeyində görkəmli bəstəkar, Xalq artisti, Şərqdə opera yazan ilk bəstəkar qadın Şəfiqə Axundovanın anadan olmasının 91-ci ildönümü münasibətilə tədbir keçirilib. Tədbirdə muzeyin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar mədəni... | ANL |
Milli Elmlər Akademiyası Folklor İnstitutunun elmi şurasının qərarı ilə nəşr olunan "Dədə Qorqud" jurnalının 50-ci nömrəsi çap edilib. Topluda maraqlı elmi məqalələr, Azərbaycan folklorundan yeni nümunələr, türk xalqları folklorundan örnəklər, rəylər və digər materiallar yer alıb. Professor Osman Əfəndinin "Dədə Qorqud... | ANL |
Xalqın söz xəzinəsindən qaynaqlanan Adil Babayev poeziyası. XX əsr Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən olan Adil Babayev bütün yaradıcılığı boyu şifahi xalq ədəbiyyatından, onun ayrı-ayrı janrlarından bəhrələnib. Bu bir həqiqətdir ki, xalq ifadə tərzini bilmədən, xalq dilinin incəliklərini öyrənmədən xa... | ANL |
Nurəngiz Günün vəfatından, bu işıqlı dünyaya göz yummasından qırx gün keçir. Bu qırx gün ərzində onun qızı, nəvəsi, doğmaları, dostları bəlkə hər gün, hər saat onu bir həzin xəyal kimi xatırlayıblar. Həzin xəyal... Mən onun zahiri ilə şeirləri arasında uyarlığa bundan yaxşı bir ad tapa bilmədim. Bu qırx gün ərzində bir... | ANL |
Heç vaxt olmamış kimi silinəndə havadan, Bizə məxsus nə varsa. Qurtulub qürbət əsarətindən, Ruhlarımız dönəcək. Təsadüfən düşəcək kiminsə də əlinə... Ruhlarımız göylərdə hiss edəcək, Duyacaq. O bəxtəvər anları. Yenə biz olacağıq. Yüz il bundan sonranın sevgi qəhrəmanları. Bir dostum var idi qonşu otaqda, Otaqla birlikd... | ANL |
Dövlət Gənc Tamaşaçılar Teatrı III Riçard”ı təqdim edib. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında U.Şekspirin “III Riçard” tamaşasının premyerası olub. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tamaşa U.Şekspirin anadan olmasının 450 illiyi münasibətilə səhnəyə qoyulub. Səhnə əsərinin quruluşçu reji... | ANL |
Rusiyalı nümayəndə heyəti Milli Kitabxanada olub. Rusiya Federasiyasının Mətbuat və Kütləvi Kommunikasiyalar üzrə Federal Agentliyinin rəhbəri, kitab mədəniyyəti üzrə tədqiqatçı və bibliofil Mixail Seslavinski, Moskva Şəhər Jurnalistlər İttifaqının sədri, “Moskovskiy komsomoles” qəzetinin baş redaktoru Pavel Qusev və “... | ANL |
"Ulduz" jurnalının yeni sayı çapdan çıxıb. Bugünlərdə "Ulduz" jurnalının yeni sayı işıq üzü görüb. Jurnalın ötən nömrəsindəki materiallar haqqında yazıçı-dramaturq Firuz Mustafa "İstedadlı yazarlar… istedadlı yazılar…" adlı ekspert rəyi verib. Ekspert, gənclərin yaradıcılığını sistemli şəkildə izlədiyini bildirib və bu... | ANL |
"Azərbaycan" jurnalının bu ildəki birinci sayı nəşr olunub. Jurnalın ənənəvi "Poeziya" bölməsində Vaqif Bəhmənli, Barat Vüsal, Zirəddin Qafarlı və Balayar Sadiqin şeirləri verilib. Məmməd Orucun "Qısa qapanma" romanının əvvəli jurnalın "Nəsr" rubrikasında yer alıb. "Dramaturgiya" bölümündə Mehman Musabəylinin "Yük vaqo... | ANL |
"Çağdaş Azərbaycan postmodern romanı" nəşr edilib. Tədqiqatçı Salidə Şərifovanın "Çağdaş Azərbaycan postmodern romanı" adlı monoqrafiyası "Elm və təhsil" nəşriyyatında işıq üzü görüb. Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının qərarı ilə çapa tövsiyə olunan kitabın rəyçiləri ... | ANL |
Vətən səmasında parlayan işıq. Bu günlərdə unudulmaz müəllimimiz, Azərbaycan jurnalistlərinin mənəvi atası olan tədqiqatçı-alim, ensiklopedik bilik sahibi, milli qeyrətli, ideal əxlaqlı, örnək şəxsiyyət olan professor Şirməmməd Hüseynovun 90 illik yubleyi münasibətilə Bakıya gəlmişdim. İlk görüş Beynəlxalq Mətbuat Mərk... | ANL |
"Beynəlxalq Türk Akademiyası Astanada bütün türk dünyasını təmsil edir". Beynəlxalq Türk Akademiyasının yaradılması ideyası 2009-cu ilin oktyabrında türkdilli ölkə başçılarının Naxçıvanda keçirilən sammitində Qazaxıstan prezidenti Nursultan Nazarbayev tərəfindən irəli sürülüb. Akademiyanın təsisçiləri Azərbaycan, Qazax... | ANL |
Azərbaycan uşaq ədəbiyyatının müasir durumu müzakirə olunub. Dünən Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun Elektron akt zalında Ədəbiyyat İnstitutu və Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Azərbaycan uşaq ədəbiyyatı: ədəbi-tarixi ənənələri və müasir problemləri" mövzusunda birgə ... | ANL |
Azərbaycanda Vahid Mərkəzləşdirilmiş Kitabxana İnformasiya sistemi yaradılıb. BUNUNLA BAĞLI İŞLƏRİ MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ İLƏ MİLLİ KİTABXANA BİRGƏ HƏYATA KEÇİRİB. Mədəniyyət və Turizm Nazirliyi cəmiyyətin sənəd-informasiya tələbatını, o cümlədən, ədəbiyyata olan tələbatının daha dolğun və müfəssəl şəkildə ödən... | ANL |
Londonda azərbaycanlı rəssamların sərgisi açılıb. "Buta" İncəsənət Mərkəzinin təşkilatçılığı ilə Londonda keçirilən ikinci Beynəlxalq "Buta" Azərbaycan incəsənəti festivalı çərçivəsində məşhur "Louise Blouin Foundation" incəsənət qalereyasında ölkəmizin müasir incəsənətinin istedadlı nümayəndələri Aida Mahmudovanın və ... | ANL |
Taleyin ağrı-acısını dadıb, doğma Vətəndən uzaq düşən elələri var ki, onların adı sonradan mənsub olduqları məmləkətlərlə bir çəkilir. Fransada yaşayıb-yaratmış azərbaycanlı yazıçı Ümm-əl-Banu (Banin) Əsədullayeva da belələrindəndir. Məşhur Azərbaycan milyonçuları Şəmsi Əsədullayevin və Musa Nağıyevin nəvəsi, Azərbayca... | ANL |
Milli mədəniyyətimizdə Fətullayevlər pleyadası. Azərbaycanın tanınmış rejissoru Hafiz Fətullayevin əvvəl səhhətinin pisləşməsi və sonra vəfatı barədə xəbəri internet səhifələrində oxuyub çox məyus oldum. Özümə mənəvi borc bildim ki, mərhum sənətkarın mənsub olduğu Fətullayevlər sülaləsi barədə bir yazı qələmə alaraq ox... | ANL |
"TÜRKSOY-la UNESCO-nun əməkdaşlığı mədəni irsin dünyada təbliğinə töhfə verir". Müsahibimiz TÜRKSOY-un baş katibi Düsen Kaseinovdur. - Bu günlərdə Bakıda türkdilli ölkələrin UNESCO ilə əməkdaşlığı müzakirə olundu, bir sıra təşəbbüslər səsləndi. UNESCO ilə əməkdaşlıq prosesi barədə nə deyə bilərsiniz? - İki təşkilat ara... | ANL |
Sağalmaz yarası ilk məhəbbətin. Şairlər bir ailəyə deyil, bütün xalqa məxsusdur. Xalq şair oğlunun həyat və yaradıcılığında qaranlıq məqamları həmişə bilmək istəyib. Görkəmli şair Hüseyn Kürdoğlu haqqında əsaslı araşdırma apardığımdan şairin həyatı və yaradıcılığı ilə bağlı bir məqama da toxunmağı münasib bildim. İllər... | ANL |
Balet səhnəmizin unudulmaz Leylası. Səhnədə məharətlə ifa etdiyi Odetta, Odilliya, Avrora, Kitri, Jizel, Qaraca qız, Şirin, Aişə, Gülyanaq və digər obrazlarla incəsənət tariximizə parlaq səhifələr yazmış məşhur balerina - Xalq artisti, Dövlət mükafatı laureatı Leyla Vəkilovanın anadan olmasından 88 il ötür AzərTAc Leyl... | ANL |
Milli ədəbi irsin tədqiqi və təbliği yolunda mühüm addımlar. AMEA NİZAMİ ADINA ƏDƏBİYYAT İNSTİTUTUNUN FƏALİYYƏTİNİN YENİ VƏ DAHA QAYNAR MƏRHƏLƏSİ UĞURLA DAVAM EDİR. İllər quş kimi uçur, gözünü yumub açdıqca yarpaqların saralaraq xəzəl kimi yerə tökülməsinin, tumurcuqlamış ağacların ətir və gözəlliyinin, cəh-cəh vuran q... | ANL |
Uğurlu gənclər siyasəti parlaq gələcəyə təminat verir. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasəti bu gün öz uğurlu nəticələri ilə dünyanın diqqətini cəlb edir. Artıq Azərbaycan dövlətinin həyata keçirdiyi gənclər siyasəti bir sıra ölkələr üçün nümunəyə, təcrübə mənbəyinə çevrilib. Həyata keçiril... | ANL |
Qrimm qardaşları. Onları “Heç vaxt nağıl yazmayan nağılçılar”, “Alman filologiyasının əcdadları” da adlandırırlar. Ailə Almaniyanın Qessen regionunun Hanau şəhərində yaşayırdı. Qardaşlar bir-biri ilə olduqca mehriban dolanır, analarına işlərində kömək edir və tez-tez gələcəkdə onların taleyində böyük rol oynayacaq xala... | ANL |
Balalarımdan, nəvələrimdən uzaq, nakamlıq sanki alnıma yazılıb. 7 il nişanlı qalıb atamın uzaq səfərdən dönəcəyini gözlədim. Mənə yazdığı məktublarda tez-tez evlənməyimi tələb edirdi. Yazırdı dünyanın işini bilmək olmaz, evlən, gəlib nəvə görüm. Cavabında yazırdım ki, yox ata, sənin alnına bir oğul toyu görmək yazılıb,... | ANL |
Yazıçı Seyran Səxavət altı il üzərində işlədiyi ikihissəli “Qaçhaqaç” romanını tamamlayıb. Roman bütöv şəkildə “Azərbaycan” jurnalının yaxın saylarında dərc olunacaq. Yaxşılığın altı, üstü və haqqın qapısı... Neçənci il olduğu dəqiq yadımda deyil, onu bilirəm ki, “Ədəbiyyat və incəsənət” qəzetində işləyirdim. O dövran ... | ANL |
Yazıçının həqiqət və harmoniya axtarışları. Yazıçılardan birinin nə vaxtsa belə bir fikrini oxumuşdum. O, yazıçı əməyini əkinçi zəhmətinə, yazıçı dözümünü əkinçi səbrinə bənzətmişdi. Böyük yazıçı Qoqolun da bu xüsusatda maraqlı şərhi var. O, yazıçı işini rahiblikdə, səbr və dözümlə ibadətdə, yəni əzablı zəhmətdə görürd... | ANL |
“Körpüdə ümid” Yazıçılar Birliyində müzakirə olunub. Azərbaycan Yazıçılar Birliyində (AYB) yazıçı, Əməkdar jurnalist Natiq Məmmədlinin müəllifi olduğu “Körpüdə ümid” romanının müzakirəsi keçirilib. AYB-nin katibi İlqar Fəhmi əsərin bədii məziyyətlərindən danışaraq bildirib ki, romanda müəllifin ictimai hadisələrə qərib... | ANL |
Axır dönüş Allaha tərəfdir! Hamı Allahın hüzuruna qayıdacaqdır. Cəlaləddin Rumi. Tez-tez udqunur, cadar-cadar olmuş dodağını diliylə isladırdı. – Sifəti uzunsovuydu, amma baxışları yastıydı. Yezidəm məgər? Allahın suyudur da. Baxışlarını dondurub fincanı xeyli süzdü, sonra da özümə qaytararaq getdi... lll. Bilmirəm, ba... | ANL |
Təhtəlşüurun poetikası. Klassik şeirimizin məziyyətləri yalnız sətiraltı mənaların bolluğu və yüksək bədiiliyi ilə məhdudlaşmayıb, həm də assosiativ obrazlarla müəyyənləşir. Assosiativ obraz bir mənanın oxucu təxəyyülündə oxşar mənalar doğurmasıdır. Hər bir fərdin yaddaşı yaşadığı mühit, təhsil dairəsi, ünsiyyət qurduğ... | ANL |
Cənnətin bütün sevgiləri sənin olsun!.. Düz qırx gündür ki, məzarın başında haqqında cənnətdəki ünvanına pıçıldadığım vida nitqim qulaqlarımda səslənməkdədir: “- Nurəngiz xanım, mənə görə, sənin bir adın da SEVGİ idi. Sən mənim sevgi müəllimim olmusan. Heç bir sevgi dastanlarından, əfsanələrdən, türkü və şərqilərdən öy... | ANL |
Həmrəylik şairi olan dost barədə düşüncələrim. Fərq yalnız zamandadır. İllər bir-birini əvəzləyib. Hətta dövran da kökündən dəyişib. Ancaq heç dəyişilməyib. Təhsil alırdıq. İndi mən Bakıdayam. Əliş Əvəz isə həyatını təhsil aldığımız şəhərə bağlayıb. Mən Azərbaycan Dövlət İnformasiya Agentliyində – Azərinformda (indiki ... | ANL |
Altmışıncılar nəslinin tanınmış və layiqli nümayəndəsi kimi bu ad Azərbaycan ictimaiyyətinə yaxşı tanışdır. Bir dəfə istehza və rişxəndlə belə dedilər ki, “altmışıncılar” artıq tarixdə qalmışlar, onları indi heç kəs qəbul edə bilmir, sevilmirlər, bəziləri bu nəslin nümayəndələrini heç görmək istəmir. Altmışıncıların əd... | ANL |
...Və günlərin bir boş günü qırçın-qırçın qırışmış sifətini dəfələrlə gördüyün, amma hələ də tanımadığın küçəyə açılan pəncərəyə yastı kökə kimi yapışdırıb heç mövcud olmayan birini gözləyirmiş kimi uzaq yollara zillənəndə qəfil hər şeyin mənasızlığını anlayacaqsan...Elə anladığın andaca rahatlıq tapacaqsan, çünki onda... | ANL |
Şirməmməd HÜSEYNOV. Hörmətli redaktor! Qəzetinizin 28 yanvar 2015-ci il tarixli nömrəsində hörmətli Rafael Hüseynovun “Ərköyünlük, saymamazlıq haqqını Ermənistana kim verib?” sərlövhəli müsahibəsini oxudum. Təcavüzkar erməni-daşnak güruhunun Qafqazda Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasəti bir əsrdən artıqdır k... | ANL |
İnformasiya-kommunikasiya texnologiyaları və ünsiyyət: dildə yeni nə var? İnformasiya-kommunikasiya texnologiyaları ( İKT) ayrı-ayrı toplumlarda yeni tendensiyaların formalaşmasında və yayqınlaşmasında böyük rol oynayır. Çoxsaylı yayım kanalları dünyada baş verən hadisələri bir andaca milyardların söhbət mövzusuna, düş... | ANL |
“Qərb liberalizmi və demokratiyası artıq dünya əhalisi üçün cəzbedici deyil”. MÖHSÜN PAKAYİN: “QƏRB ÖLKƏLƏRİ İSLAM MÜQƏDDƏSLƏRİNƏ QARŞI HÖRMƏTSİZLİK GÖSTƏRMƏKLƏ ÖZLƏRİNİ DÜNYADAN TƏCRİD EDİRLƏR”. İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakayinin “525-ci qəzet”ə müsahibəsi. İnqilab İran xalqının və... | ANL |
Ramiz Mehdiyevin Litvada kitabı nəşr edilib. Bu günlərdə Vilnüsdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Azərbaycanın keçmişdəki itkiləri və gələcəyinin strateji görünüşü” (Ramizas Mehdijevas. İki hissədən ibarət olan kitabın birinci hissəsində R.Mehdiyevin “Azə... | ANL |
AKADEMİK RAMİZ MEHDİYEVİN “AZƏRBAYCANLILARA QARŞI SOYQIRIM GERÇƏKLİKLƏRİ” TARİXİ OÇERKİ BARƏDƏ POLİTOLOJİ MÜLAHİZƏLƏR. Vilnüs Universitetinin Beynəlxalq Münasibətlər və Siyasi Elmlər İnstitutunun müəllimi, sosial elmlər doktoru. Akademik Ramiz Mehdiyevin “Azərbaycanlılara qarşı soyqırım gerçəklikləri“ adlı tarixi oç... | ANL |
Tariximizin qanlı səhifələri fotolarda. ŞAMAXIDA TÖRƏDİLMİŞ 1918-ci İL MART SOYQIRIMI BELARUS ƏSİLLİ FOTOQRAFIN GÖZÜ İLƏ. Erməni millətçilərinin türk dünyasına qarşı apardığı soyqırım və təcavüz siyasətinin bir məqsədi var: uydurma "Böyük Ermənistan" dövləti qurmaq. Bu məqsədə çatmaq üçün əsrlər boyu Azərbaycan ermənil... | ANL |
Mart soyqırımının qurbanları Milli Kitabxanada yad edilib. Martın 31-də Milli Kitabxanada "31 Mart Azərbaycanlıların soyqırımı günüdür" adlı kitab sərgisi açılıb və sərgi çərçivəsində Dürdanə Ağayevanın "Erməni zindanında səkkiz gün" adlı kitabının təqdimatı keçirilib. Milli Kitabxananın direktoru Kərim Tahirov 1918-ci... | ANL |
Gənc Tamaşaçılar Teatrı soyqırım qurbanlarını anıb. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib. Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə teatrın uşaq və yeniyetmələrlə iş aparan təşkilatçı-pedaqoq, Əməkdar artist Ötkəm İsg... | ANL |
BSU-dan 525.az-a verilən məlumata görə, tədbir soyqırımı ilə bağlı qısametrajlı filmin nümayişi ilə başlayıb, soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Mərasimi açan BSU-nun rektoru, professor Asif Hacıyev azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı ... | ANL |
ABŞ-Azərbaycan əlaqələri yüksələn xətlə inkişaf edir. PREZİDENT İLHAM ƏLİYEVİN VAŞİNQTON SƏFƏRİ AZƏRBAYCANIN DÜNYA BİRLİYİ ÜÇÜN ƏHƏMİYYƏTLİ BİR ÖLKƏ OLDUĞUNU ORTAYA QOYUB. Martın 30-da Vaşinqtona səfər edən Prezident İlham Əliyev IV Nüvə Təhlükəsizliyi Sammiti çərçivəsində artıq bir neçə görüş keçirib. Xüsusi diqqət çə... | ANL |
Parisdə Dağlıq Qarabağ münaqişəsinə dair kitab nəşr olunub. Bakı Dövlət Universitetinin müəllimi, hüquq elmləri doktoru Fazil Zeynalovun "Dağlıq Qarabağ münaqişəsi, ədalətli sülh, yoxsa qaçılmaz müharibə: tarixi, geosiyasi və hüquqi baxış" adlı kitabının ikinci nəşri işıq üzü görüb. Kitab Fransanın məşhur "L'Harmattan"... | ANL |
Neft və Sənayə Universitetində soyqırım qurbanları anılıb. Martın 31-də Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Azərbaycan tarixində acı səhifələrdən biri kimi yadda qalan 31 Mart Azərbaycanlıların Soqırımı Gününə həsr olunmuş anım tədbiri keçirib. Universitetdən verilən məlumata görə, tədbirdə universitetin rekt... | ANL |
Aqil Abbasın yeni yaşına. Aprelin 1-i çağdaş Azərbaycanda yazıçı və ictimai xadim Aqil Abbasın dünyaya gəldiyi gün kimi də əlamətdardır. Çünki mətbuatımızın, ədəbiyyatımızın, mədəni-ictimai mühitimizin xüsusilə son 30 ilini Aqil Abbasın çoxşaxəli fəaliyyətini nəzərə almadan təsəvvür etmək çətindir. Aydın vətəndaş mövqe... | ANL |
Haraya çağırır Kəlbəcər səni. Oğlum Nəbiyə. Mənə divan tutur dərdi dağların, Qoy boğub üzməsin bu qəhər səni. Buralar bizlərin yurdu deyilmiş, Haraya çağırır Kəlbəcər səni. Yurdumuz-yuvamız qaldı yadlara, Düşmən at oynadır belədən-belə. Yağılar əlində talanır dağlar, Düşmən divan tutur çiçəyə-gülə. Qürbətin bəzəyi başq... | ANL |
Bu gecə sinəmi yağışa açdım, Bu gecə dərdimi yağışa dedim. Bir ürkək, bir odlu baxışa açdım, Aparıb çatdırsın Tanrıya, dedim. Hissimi, fikrini qoydum ortaya, İmanımdan deyil, payımdan oldum. Bu gecə bir təzə nağıl başladım, Gözlədim, Göylərdən alma düşmədi. Saçlarım qabardı ağrılarımdan, Ağrılar dünyanı dəyişdirmədi. Ə... | ANL |
“Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qarşısında. Araşdırıb toplayanı, ərəb əlifbasından latın əlifbasına çevirəni, ön sözün müəllifi, lüğətin tərtibçisi: Şirməmməd Hüseynov. Transliterasiya redaktorları: professor Şamil Vəliyev, elmi işçi Samir Xalidoğlu (M... | ANL |
İmperiyalar və onların süquta sürüklənməsi. (Əvvəli ötən şənbə saylarımızda). 1438-ci ildən sonra Müqəddəs Roma imperiyası Habsburq sülaləsinin əlinə keçdi. Habsburq sülaləsi Dunay ətrafında, kollektiv şəkildə Avstriya adlanmaqla tədricən bir sıra torpaqlara sahib oldu və imperiyanın ən varlı torpaq sahiblərindən birin... | ANL |
Qara güzgü. Bu sorğu aradabir məni düşündürsə də, inişil “Köçürülmə”nin ardını yox, ƏVVƏLİNİ yazmağa başladım. Bu mühacirlərdən biri də o zaman on beş yaşını haqlayan atam olub... Sonralar o mühacirəti doğuran səbəblər haqqında mənə yana-yana danışan atam... Bu yazını qələmə alarkən, atamın xatiratları ilə yanaşı, görk... | ANL |
Yaddaş güzgüsündəki keçmiş. ... Keçmişdən qaçmaq olar, keçmişi gizlətmək olar, amma keçmiş bir gün yaddaşında oyanıb səni xatırlamağa məcbur edəcək... Hər dəfə ovcuna baxanda qara tutun izlərini görürdü. İzlər də adi izlər deyildi, elə bil hamının gözü qarşısında alnındakı alın yazısı sürüşüb ovcuna düşmüşdü. Bu yazı M... | ANL |
Dosta təsəlli əvəzi. Novruz Nəcəfoğluya. Dostlar da çıxmışdı az qala söz ovuna. On yeddi yaşda bir qıza özü kimi utancaq bir oğlan bəlkə də əlləri əsə-əsə bir dəstə gül uzadacaqdı. Səssiz-səmirsiz gəzib dolanan o qızcığaz, deyirlər ki, az qala barmaqları üstdə yeriyərmiş ki, səs çıxmasın... Ancaq bu gedişiylə nə yaman ... | ANL |
Arif Abdullazadə yaradıcılığı elmi təhlil müstəvisində. VƏ YAXUD “TƏNHALAR CƏMİYYƏTİ”NİN ROBİNZONLARI. XX əsrin 80-ci illərində bədii nəsrin inkişaf meylləri, mövzuları ilə bağlı qoyulan problemləri araşdıran tənqidçi Akif Hüseynov “bədii sözü xalqın, zamanın səsi, həqiqət səsi kimi” səciyyələndirirdi. “60-cı”lar nəsli... | ANL |
“Azərbaycan gəncləri” qəzetində çalışırdım. Redaksiyaya Ağcabədi rayonundan şikayət məktubu gəlmişdi. Qəzetimizin redaktoru Cəmil Əlibəyov məni, yazılanları yerində yoxlamaq üçün, rayona göndərdi. Məni elə bil qəfəsdən açıb buraxmışdılar. Əmim Adil Təbiəti Mühafizə idarəsinin zona müfəttişi idi. Əmimgil səkkiz bacı-qar... | ANL |
Mən Mişel Uelbekəm. Əgər bu yazını Ramil Əhməd yazsaydı, bəlkə də, “Xəritə və torpaqlar” romanımı Bəyoğlundakı kitabçıdan necə almasından başlayacaqdı. Şübhəsiz ki, Mişel Uelbeki çoxdan tanısa da, kitabını oxumaq fürsətini tapa bilmədiyini də əlavə edəcək və kim bilir daha nələrdən danışacaqdı. Mən Mişeləm. Ədəbiyyat a... | ANL |
Teymur Əhmədovun külliyyatı beş cilddə. Filologiya elmləri doktoru, professor Teymur Əhmədovun “NURLAR” nəşriyyat-poliqrafiya mərkəzində nəfis tərtibatla beş cilddə çap olunmuş “Seçilmiş əsərlər”i bütövlükdə zəhmətkeş alimin külliyyatını əks etdirir. AZƏRTAC xəbər verir ki, “Seçilmiş əsərlər”in birinci cildi Nəriman Nə... | ANL |
“YAY Gallery” Parisdəki müasir incəsənət sərgi-yarmarkasında. Parisdə “Grand Palais”də nüfuzlu və çox sevilən “Art Paris Art Fair” müasir incəsənət sərgi-yarmarkasında Azərbaycan adından “YAY Gallery” qatılıb. Sərgi-yarmarkada Azərbaycanda müasir incəsənətin ictimai dərki və incəsənətimizin ölkə daxilində və beynəlxalq... | ANL |
“Nizami” Kino Mərkəzində yeni filmlər. Kino mərkəzindən AZƏRTAC-a bildirilib ki, Amerika rejissoru Den Traktenberqin çəkdiyi “Kloverfild 10” filmi fantastika, triler, dəhşət, detektiv və dram janrındadır. Filmdə rollara aktyorlar Con Qudman, Meri Elizabet Uinsted, Con Qallaher, Duqlas M.Qriffin, Syuzann Krayer, Bredli ... | ANL |
“Kitabi-Dədə Qorqud” dastanının poetikasina giriş”. ÖN SÖZ ƏVƏZİ, YAXUD POETİKANIN DANSÖKÜLƏNİNDƏ. Akademik Kamal Abdulla uzun illərdən bəri qələmə aldığı “Kitabi-Dədə Qorqud” dastanının poetikasına giriş” adlı tədqiqat əsərini tamamlayıb. Əsər qədim dastan poetikasının özəl, immanent xüsusiyyətlərini öyrənməklə yanaşı... | ANL |
"Ədəbi-nəzəri fikrin inkişaf mərhələləri" - Rafiq Yusifoğlu yaradıcılığının yeni bəhrəsi. Rafiq Yusifoğlu Azəbaycan milli poetik düşüncəsində özünəməxsus yeri olan şair olmaqla bərabər, həm də peşəkar ədəbiyyatşünas kimi ədəbi prosesi diqqətlə izləyərək bədii əsərlərin sənətkarlıq xüsusiyyətlərini ustalıqla, özünəməxsu... | ANL |
İncəsənət Universitetinin tələbəsi Texasda konsert verib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin magistr I kurs xanəndəlik ixtisası üzrə təhsil alan tələbəsi Aqil Süleymanov üzvü olduğu "Qarabağ" ansamblı ilə birlikdə Texasda keçirilən Beynəlxalq festivalda iştirak edib. Bu festival həm də KİV sahələ... | ANL |
Bakı Dövlət Universitetində Qəşəm Nəcəfzadə ilə görüş. Bakı Dövlət Universitetində tanınmış şair Qəşəm Nəcəfzadə ilə müəllim və tələbələrin görüşü keçirilib. Tədbiri giriş sözü ilə açan universitetin müəllimi Daşqın Qəmbərov şairlərlə keçirilən tədbirlərin əhəmiyyətini vurğulayıb. Tələbələrin ədəbi dünyagörüşünün, mill... | ANL |
Kamal Abdullayev Nevada Ştat Assambleyasının sədri ilə görüşüb. Aprelin 4-də Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) Nevada Ştat Assambleyasının spikeri Con Həmbrik (John Hambrick) il... | ANL |
Bakıda gənc polyak fotoqrafların sənət festivalı açılıb. Aprelin 2-də Bakıda Müasir İncəsənət Mərkəzində polyak gənclərin sənədli fotoqrafiya festivalının rəsmi açılışı keçirilib. Festival “Sputnik Photos”, “Oculi Populi”, Azərbaycan Fotoqraflar Birliyi və “People You May Know” təşkilatı tərəfindən təşkil edilib. AZƏRT... | ANL |
Aprelin 4-də Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Qara Qarayev adına “Təhlil və ifa edir gənc musiqiçilər” III respublika elmi-ifaçılıq müsabiqəsinə start verilib. AZƏRTAC xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyi və Bakı Musiqi Akademiyasının birgə təşkilatçılığı ilə reallaşan müsabiqəyə Bakı və respublik... | ANL |
Böyük ədibin taleyindən keçən unudulmaz insan. MİRZƏ CƏLİL BİR MÜDDƏT HƏYAT YOLDAŞI OLMUŞ NAZLI XANIMI ÖMRÜ BOYU EHTİRAMLA YAD EDİB. Yazıçının mühiti və şəxsi həyatında yaşadığı məqamların və özünəməxsusluğu ilə fərqlənən ayrı-ayrı mərhələlərin onun dünyagörüşünə, ədəbi-bədii və ictimai fəaliyyətinə hökmən müəyyən təsi... | ANL |
Müharibənin informasiya cəbhəsi. Azərbaycan Mətbuat Şurası cəbhəyanı zonalardakı gərginliyin mediada təqdimatı məsələləri ilə bağlı bəyanatını yaydı, kütləvi informasiya vasitələrinə, internet saytlara, sosial şəbəkə istifadəçilərinə səsləndi. Ümumən hər dəfə təmas xəttində həyəcan artanda Şura bu sayaq çağırışlar edir... | ANL |
Haqq divanın mübarək, Azərbaycan! Bu gün bütün Azərbaycan xalqının ürəyi cəbhədəki oğullarımızın yanındadır. Günboyu hər kəsin ovqatı da, sözü-söhbəti, qayğıları da müharibə meydanından gələn xəbərlərə köklənib. Hamının bir yumruğa dönüb düşmən üstə getdiyi bir məqamdır bu gün. Dünyanın müxtəlif ölkələrindən Azərbaycan... | ANL |
Ədalət bərqərar olacaq. Son günlər qoşunların təmas xəttində erməni işğalçılarının təxribata əl atacağı gözlənilən idi. Ermənistanı belə bir təxribata sövq edən bir neçə səbəblər var. Bir tərəfdən, Ermənistanda çoxdan davam edən iqtisadi tənəzzül artıq elə bir həddə çatıb ki, başqa ölkələrə köçə bilməyib məcburən Ermən... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.