text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Gülçöhrə Məmmədovanın yubileyi sərgi salonunda qeyd olundu. Aprelin 12-də Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Sərgi salonunda Memarlıq fakültəsinin iki istedadlı tələbəsi İsmayıl Hacıyev və İsmayıl Əvəzovun “İsmayıl və İsmayıl” adlı fərdi yaradıcılıq sərgisi açılıb. AzMİU-nun rektoru, Əməkdar memar, p...
ANL
Sevginin kök hüceyrəsi. Sənə məktub yazıram. Yazarkən, barmaqlarımın bu qədər gözəl sözü necə bir araya yığa bilməsinə heyrət edirəm. Sevgini beyinlə bərabər, barmaqların ucunda hiss etmək necə əsrarəngiz hiss imiş. Varlığının möcüzəsi sanki barmağımdan bədənimə işləyib. Yazmaq öpüşmək qədər gözəl deyil, yavan, hətta b...
ANL
XX əsr Azərbaycan ədəbiyyatı: milli intibah üçün böyük təkan. XX əsr Azərbaycan ədəbiyyatı dərsliyi kimi nəzərdə tutulmuş bu kitab indiyədək mövcud olan ali məktəb proqramlarına əsasən iyirmi illik bir zamanı əhatə edir. Lakin XX əsrin bu iyirmi illik ədəbiyyatı ideya-bədii dəyərinə görə əvvəlki mərhələlərdən heç də az...
ANL
“Qalan ömrün ilk günü”ndə yaşananlar. Şahanə MÜŞFİQ. Yazımı “Sağlam bədəndə sağlam ruh olar” kimi artıq klişeyə çevrilmiş atalar sözü ilə başlamaq istəməzdim. Amma neyləməli ki, əksər məsəllərimiz kimi bu da özünü doğruldub və demək olar ki, həyatın əksər anlarında qarşımıza çıxır. Hər dəfəsində isə bizə öz hikmətini s...
ANL
Mövcud şəraitin sənətə təsiri qaçılmazdı. Əslində, qəribə bir qanunauyğunluq var. Toxluq zamanı da, aclıq zamanı da sənət kölgəyə çəkilir. Harınlaşmış cəmiyyətə sənətdən danışmaq sözünü divara demək kimidi. Amma sənətin xilaskar missiyasını da kim dana bilər ki?! Toxluqdan da, aclıqdan da... Xilaskarlıq missiyasından d...
ANL
Amerikanın xilaskar peyğəmbəri - Abraham Linkoln. (Əvvəli ötən şənbə saylarımızda). Zəncilərlə səmimi görüş və baş tutmayan sui-qəsd. Zənci liderlərindən bir neçəsi Prezidentlə görüşə gəlmişdi. Görüş ideyası Linkolnun ağlına çoxdan düşmüşdü. O, yalnız az sayda rəngli adamı tanıyırdı. Bu vaxt isə bir sıra məsələlər barə...
ANL
Vilayət QULİYEV. (Azərbaycan Xalq Cümhuriyyəti nümayəndə heyətinin Paris sülh konfransında iştirakla bağlı üzləşdiyi çətinliklər). Batum limanından Gürcüstan nümayəndə heyətinin üzvləri ilə birlikdə Türkiyəyə yollanan Azərbaycan parlamentarları yanvarın 20-də İstanbula çatmışdı. Burada isə yollar ayrılmışdı. Ciddi mane...
ANL
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ 2018-Cİ İLİ - AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ İLİ ELAN ETMİŞDİR. Şirməmməd HÜSEYNOV. Müsəlman Şərqində ilk demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyəti hansı tarixi şəraitdə və hansı sistem üzərində qurulmuş, yaradılmışdı? Dövrün mətbuatında mötəbər şərhləri nəzərdən keçirək. ...
ANL
Mənəvi-əxlaqi problemlər “Vəsiyyət” güzgüsündə. Müasir dramaturgiyamızın ən öndə gedən nümayəndələrindən biri, istedadlı nasir, dramaturq və publisist kimi tanınan Hüseynbala Mirələmovun yaradıcılıq arealı bir istiqamətli inkişaf etməyib; o, müasir cəmiyyətimizin bütün problemlərinə işıq salmağa, qaranlığa məhkum etdiy...
ANL
Şahanə MÜŞFİQ. “Elə kitablar var ki, onu yalnız bir dəfə oxuyursan və illər keçir, o kitabı yenə oxumaq istəyirsən, amma cürət etmirsən, çünki ömürlük olaraq səndə elə bir şəffaf, incə, məhrəm hiss-həyəcan yaradıb ki, elə bil, ikinci dəfə oxuyandan sonra o hiss-həyəcanın - axşamın yüngül şaxtasından sonra, suyun üzündə...
ANL
Milli ideya və onun təkamül fəlsəfəsi. AKADEMİK RAMİZ MEHDİYEVİN ƏSƏRİ ÜZƏRİNDƏ DÜŞÜNƏRKƏN. Müasir Azərbaycan fəlsəfi fikrinin inkişafında xüsusi xidmətləri olan akademik Ramiz Mehdiyev növbəti sanballı əsərini ərsəyə gətirib. 2017-ci ildə Rusiyanın paytaxtında nəşr edilən və iki kitabdan ibarət olan əsər Azərbaycan cə...
ANL
Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət-din münasibətləri. 2018-ci il mayın 28-də ölkəmizin tarixində ən əlamətdar hadisələrdən sayılan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi tamam olur. Həmin tarixdə Rusiya İmperiyasının dağılması, Azərbaycanda milli azadlıq hərəkatının güclənməsi nəticəsində Ş...
ANL
Avstriyada "Uçan xalça" sərgisi açıldı. Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan və Avstriyanın gənc rəssam-tələbələrini birləşdirən "Uçan xalça" sərgisinin açılışı olub. Azərbaycan Xalça Muzeyinin mətbuat xidmətinin məlumatına görə, sərginin təşkilatçıları ölkəmizin Mədəniyyət və Turizm N...
ANL
"Qiymətli xəzinənin mühafizəçiləri". KƏNARDAN GÖRÜNMƏYƏNLƏRƏ KƏNAR BAXIŞ. Qələm əhlinin qənaətinə görə, təəssüratlar əsasında ərsəyə gələn yazılarda obyektin təhlili və real təsvir elementləri güclü olur. Bu səbəbdən AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) direktoru Leyla İmanovanın tapşırığı ilə "Fondların mühafizəsi" ...
ANL
Akademik təhsildə ixtisas dərsləri: Ədəbiyyat İnstitutunun nümunəsi. Sivilizasiyanın təkamülü boyu forma və məzmun dialektikası inkişafın stixiyasını müəyyənləşdirən əsas faktorlardan biri olub. Formaya nisbətdə daha mütəhərrik olan məzmun çağın prinsiplərinə daha tez uyğunlaşır, dəyişir. Dəyişmələr yeni formanın tətbi...
ANL
Millətə xidmətlə qazanılan unudulmazlıq: Əhməd bəy Pepinov. Vaxtilə "Azərbaycan Milli Mərkəzinin işi" və "Əksinqilabi Azərbaycan Milli Mərkəzinin işi üzrə yekun ittihamnaməsi" işlərində bir qrup millətçi şəxslərlə bərabər ağır cəzaya layiq görülmüş Əhməd Pepinov, sözsüz ki, bu dəfə güllələnmədən başqa bir hökm gözləyə ...
ANL
"Bakı Prosesi"nin 10-cu ildönümünün qeyd edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, aprelin 15-də Milli Kitabxanada "Bakı Prosesi-10" adlı kitab sərgisi açılıb. Sərgidə "Bakı Prosesi" çərçivəsində keçirilən çoxsaylı beynəlxalq tədbirlər, layihələr, festivallar haqqında Azərbaycan...
ANL
Hörmətli Vaqif müəllim! Aprel ayının ilk günlərindən qəzetlərdə haqqınızda dərc edilən məqalələrdən xəbər tutdum ki, yaxında yuvarlaq yubileyiniz - 70 yaşınız tamam olur. Axı, belə ədəbi məhsuldarlıq yalnız cavan, enerjili qələm adamlarına xas olar. Ancaq fakt faktlığında qalır. Yaxşı, xeyirxah söz deməkdə gərək xəsis ...
ANL
Yeni əsərləriniz və işıqlı əməlləriniz hələ qarşıdadır... XALQ YAZIÇISI ANARIN 80 İLLİK YUBİLEYİNƏ. İndiyədək çıxan kitablarınızı oxumuş və bir çoxu haqda öz fikirlərimi yazıb mətbuatda çap etdirmişəm. Yazıçı və tədqiqatçı Pərvin Nurəliyevanın "Anar nəsrində tale və zaman kataklizmləri axarında dəyişən və dəyişməyən in...
ANL
Azərbaycanlı rejissor İlqar Nəcəfin "Nar bağı" bədii filmi Vyanada "LETS CEE" beynəlxalq film festivalında nümayiş olunub. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası və "Buta Film" kino şirkətinin birgə istehsalı olan ekran əsəri tamaşaçılar və kinematoqrafçılar t...
ANL
Millətə xidmətlə qazanılan unudulmazlıq: Əhməd bəy Pepinov. 28 may 1919-cu ildə Azərbaycanın müstəqillik əldə etməsinin birinci ildönümü bayramının keçirilməsi ilə əlaqədar məsələ müzakirəyə çıxarılarkən parlamentdə "Hümmət" partiyasının mövqeyini ifadə etmək Ə.Pepinova həvalə olunmuşdu: Çıxışları daim konkretliyi və m...
ANL
Beynəlxalq Trabzon Ədəbiyyat Festivalı uğurla davam edir. Türkiyədə gerçəkləşdirilən nüfuzlu ədəbi-mədəni tədbirlər sırasında öz dəyərli yerini almış Beynəlxalq Trabzon Ədəbiyyat Festivalı (UTEF) ilk dəfə Qaradəniz Yazarlar Birliyi dərnəyinin başqanı Əsma Ala Türkmən tərəfindən 2014-cü ilin 20-26 oktyabrında "Tarix və ...
ANL
Qətər Milli Kitabxanasının açlışında Azərbaycan da təmsil olunub. Aprelin 16-da Qətərin paytaxtı Doha şəhərində Qətər Milli Kitabxanasının yeni binasının təntənəli açılış mərasimi olub. Mərasimdə bir sıra qonşu ölkələrin dövlət və hökümət başçıları, mədəniyyət və turizm nazirləri, 30-dan artıq ölkənin milli kitabxanası...
ANL
Bakıda "Türk İslam sənətləri" sərgisi. Dünən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının muzey-sərgi kompleksində Türkiyə Cümhuriyyəti Bursa Böyükşəhər Bələdiyyəsinin nəzdində fəaliyyət göstərən BUSMEK (Bursa Böyükşəhər Bələdiyyəsi Sanat ve Meslek Eğitim kursları) inventarında olan əsərlərdən ibarət "Türk İslam sənətlər...
ANL
Nazim Əhmədlinin məktəblilərlə görüşü oldu. Aprelin 16-da Bakı şəhəri Yasamal rayonundakı 13 nömrəli tam orta məktəbdə tanınmış şair Nazim Əhmədlinin şagirdlərlə görüşü keçirilib. Görüşdə məktəb rəhbərliyi, müəllim və şagird kollektivi, ziyalılar və media nümayəndələri iştirak ediblər. Məktəbin direktoru, Əməkdar müəll...
ANL
Aprelin 18-i dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur. Bu əlamətdar gün Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (İCOMOS) təklifi üzrə UNESCO tərəfindən 1983-cü ildə təsis olunub. Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir. Abidələr və tarixi yer...
ANL
Bəşəriyyətin yol xəritəsi İslam: elmi-biblioqrafik mənbə. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci ili "İslam Həmrəyliyi İli" elan etməsi ilə əlaqədar olaraq Azərbaycan Milli Kitabxanası "İslam" adlı elmi-köməkçi biblioqrafik göstərici tərtib edib. Kitabın tərtibçi-müəllifi Mehriban Cəfərova, elmi r...
ANL
TÜRKSOY Anarın 80 illiyini Ankarada qeyd etdi. Türkiyədə Azərbaycanın Xalq yazıçısı, görkəmli ictimai xadim və ədib, Yazıçılar Birliyinin (AYB) sədri Anarın 80 illik yubileyi münasibətilə silsilə tədbirlər davam edir. Növbəti tədbir Ankarada Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) mənzil-qərargahında keçiril...
ANL
Zahirəddin Məhəmməd Babur XVI əsr özbək ədəbiyyatı. Mərkəzi Asiya xalqları tarixində teymurilər dövrü (XIV - XV əsrlər) mədəniyyəti xüsusilə fərqlənir. Bu dövrdə elm və mədəniyyət müxtəlif sahələrdə inkişaf etdi, dünyada tanınan məşhur alimlər yetişdi. O dövrə mənsub həmin şəxsiyyətlərdən biri də zəngin yaradıcılıq irs...
ANL
Aşıq sənətinin Hüseyn Saraclı zirvəsi. Azərbaycan aşıq sənətinin kökü qədim türk ozan yaradıcılığından gələn çox zəngin bir tarixi vardır. Və bu sənətin əsas özəlliklərindən biri də budur ki, bütün tarix boyu qazanılmış təcrübəni yaşatmağa çalışmış, zaman-zaman nə qədər müasirləşsə də, kökdən (gendən) gələn tipoloji ke...
ANL
Bir hekayənin təəssüratı: duyğular, düşüncələr. Söz sənətimiz nə qədər zəngin olsa da, həyat davam etdikcə onun yeni səhifələri meydana çıxır və orijinallığı ilə diqqət çəkir. Həyat hadisəsi, mövzu müəyyən qədər oxşar ola bilər, lakin problemin qoyuluşu, məsələyə yanaşma tərzi və təqdimat fərqliliyi seçilir. Həmayil Əh...
ANL
Talassemiya - bugünümüzü və sabahımızı təhdid edən bəla. Deyirlər, sağlamlıq bir insanın yox, bütün cəmiyyətin ən dəyərli nemətidir. Elə bu səbəbdən bizə əziz olan insanlarla görüşəndə, ayrılanda onlara can sağlığı arzulayırıq, bu dəyərli, həmçinin, xoşbəxt həyatın əsas şərti və təminatıdır. Halbuki bizim sahib olduqla...
ANL
Millətə xidmətlə qazanılan unudulmazlıq: Əhməd bəy Pepinov. Əhməd bəy Pepinovun 1937-ci ildə həbsə alınmasından qabaq onun barəsində hazırlanan gələcək ittihamların arasında görkəmli dövlət, elm xadimlərinin, yaradıcı ziyalıların ifadələrinin mühüm yer tutması da təsadüfi deyildi. Vaxtilə çar rejiminin hərtərəfli sınaq...
ANL
Mir Cəlal Paşayevlə bağlı kitabların təqdimatı oldu. Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsində görkəmli ədəbiyyatşünas alim və yazıçı Mir Cəlal Paşayevin anadan olmasının 110 illik yubileyi ilə əlaqədar üç kitabın təqdimatı keçirilib. BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru, AMEA-nı...
ANL
Yenilməz, yanılmaz və yorulmaz Vaqif Yusifli. Filologiya elmləri doktoru, AMEA-nın baş elmi işçisi. Çağdaş Azərbaycan nəzəri-estetik fikrinin sayılıb-seçilən nümayəndələri haqqında düşünərkən dərhal yadımıza fəal və məhsuldar tənqidçi və ədəbiyyatşünaslarımızdan biri kimi Vaqif Yusifli düşür. Vaqif Yusifli öz yaradıcıl...
ANL
Sən xoşbəxtliyindən zövq alırdın, Mən isə ağrılarımı udurdum. Sonda küsmüş taleyimə bürünüb. sənin göz qamaşdıran "xöşbəxt"liyinin. göz yaşlarına dönüb. Sən bağışlanmazsan. Sən bağışlanmazsan, Ona görə ki, ağ göyərçin kimi uçan təmiz sevgim. xəyallarımda qaldı. Ürəyimdə qalan gələcək arzularımı. açmamış bir çiçək kimi ...
ANL
Lələtəpəyə sancılan bayraq. Cocuq Mərcanlıda qaynar həyat, qələbəyə gedən yol. Aprel döyüşləri tarixə ordumuzun gücünün, xalqla ordunun birliyinin, vətənpərvərliyinin göstəricisi kimi düşdü. Aprel qələbəsi bir daha sübut etdi ki, ordumuz torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Əks-hücum əməliyyatı aparan hissələr...
ANL
Milli Kitabxanada Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən biri, filologiya elmləri doktoru, tənqidçi, ədəbiyyatşünas-alim, Əməkdar mədəniyyət işçisi Vaqif Yusiflinin 70 illiyi münasibətilə "Vaqif Yusifli - 70" adlı kitab sərgisi açılıb. Sərgi bir həftə davam edəcək.
ANL
Alimlikdə və insanlıqda Xalıq Koroğlu nümunəsi. Hər bir şagirdin, tələbənin öz sevimli müəllimləri olur. On il orta məktəbdə Kəlbəcərdə, beş il Bakıda M. F. Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunda, beş il Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunda, üç il isə Rusiya Mədəniyyət, İncə...
ANL
Naxçıvan Muxtar Respublikası: uğurlar və töhfələr. Azərbaycan Respublikası sosial-iqtisadi inkişaf sahəsində artım dinamikasına əminliklə davam etməkdədir. Bu proseslər milli iqtisadiyyat quruculuğu sahəsində çox mühüm amil olmaqla yanaşı, həm də regional siyasətin səmərəliliyinə xidmət etməkdədir. 2016-cı ilin dekabr ...
ANL
Xalq şairi Nəriman Həsənzadə ilə görüş keçirildi. Aprelin 20-də “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin dəstəyi ilə Psixoloji Xidmət və Tədqiqatlar İctimai Birliyi tərəfindən təşkil edilən Əməkdar İncəsənət xadimi, Xalq şairi Nəriman Həsənzadə ilə “Həyat bir nərdivandır” adlı görüş keçirilib. Görüşdə tanınmış icti...
ANL
Ələmdar Cabbarlı “Qızıl” kitabını təqdim etdi. Dünən Bakı Dövlət Universitetində filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü Ələmdar Cabbarlının “Aşıq Şəmşir” Mədəniyyət Ocağı və İctimai Birliyinin dəstəyilə çap olunan “Qızıl” kitabının təqdimat mərasimi keçirilib. Mərasimdə ziyalılar, ədəbiyy...
ANL
Sona Vəliyevanın “Qar ətri” kitabı ingilis dilində. Bakıda “Vektor” Beynəlxalq Nəşrlər Evi tanınmış Azərbaycan şairi Sona Vəliyevanın “Qar ətri” (The Smell of Snow) adlı şeirlər kitabını ingilis dilində çapdan buraxıb. Şeir mətnlərini ingilis dilinə filologiya üzrə fəlsəfə doktoru Kamran Nəzirli çevirib. Topluya ön söz...
ANL
ÇİLLƏ. Nə yaman bozarıb üzü çillənin, Açıb ətəyini qırma səpir ki. Çovğunu adamın bağrını sökür, Elə bil dünyanın axırı gəlib. Gəlinlər getməyir un gətirməyə, Gedənin əlləri donur çuvalda. Dağ-dərə çilləyə yurda dönübdü, Şaxtası meydanlar sulayır elə. Küləklər acıxmış qurda dönübdü, Süləngi it kimi ulayır elə. Hirsində...
ANL
Bakıda türkiyəli xanım rəssamların sərgisi açıldı. Aprelin 19-da Müasir İncəsənət Mərkəzində Azərbaycan Rəssamlar İttifaqı və Türkiyənin ölkəmizdəki səfirliyinin mədəniyyət və tanıtma müşavirliyinin təşkilatçılığı ilə türkiyəli xanım rəssamların əsərlərindən ibarət sərgi açılıb. Açılış mərasimində hər iki ölkənin tanın...
ANL
Könül BÜNYADZADƏ. fəlsəfə elmləri doktoru. Bizim bu canı görüb-görməməyimizdən asılı olmayaraq, istər Yer kürəsinin qatları olsun, istər ağaclar, istər quru daş olsun, istər kiçik mamır, istər kiçik bulaqlar olsun, istər nəhəng dalğalar - hər biri özünəməxsus şəkildə nəfəs alır, bir ömür yaşayır, doğulur, böyüyür, ömrü...
ANL
Bir cümhuriyyət xadimi - Olqerd Kriçinski. Vilayət QULİYEV. Milli ordumuzun ilk Ümumi Qərargah rəisi, general-leytenant Masey Sulkeviçin (1865-1920) timsalında tatar əsilli polyak hərbçilərinin Azərbaycana sədaqətli xidməti haqda müəyyən təsəvvür mövcuddur. Cümhuriyyətin dövlət qurumlarında çalışan digər məşhur tatar a...
ANL
USTAD ƏDƏBİYYATŞÜNAS VAQİF YUSİFLİNİN 70 YAŞINA. Vaqif Yusifli şəxsiyyəti haqqında düşünərkən təhtəlşüurumda ilkin yada düşən məfhum “SƏS”dir. İkincisi isə Vaqif Yusiflinin geniş, çoxşaxəli və zəngin yaradıcılığının əsrarəngiz səsidir. Alimin yaradıcılığının rənglərinin bir neçə məqamını sözlə rəsm etmək istərdim. Bəşə...
ANL
Mənə “19+1” adlı kitabını bağışlayarkən Azərbaycan nasiri öz arzusunu qısaca belə ifadə eləmişdi. Bəli, bu qiymətli insan mənə təkcə adi salam verməmişdi, bir kəlmə sözlə məhz əmin-amanlıq, sağlamlıq, firavanlıq və uğur arzulamışdı... Onun alicənablığı təkcə qəlbinin istiliyində, söhbətlərində, dialoq aparmaq və dinləm...
ANL
Türkiyədə Xalq yazıçısı Anarın 80 illik yubiley tədbirləri keçirilib. Bugünlərdə Türkiyədə Xalq yazıçısı Anarın 80 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər keçirilib. Aprelin 16-da Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı TÜRKSOY Xalq yazıçısının 80 illik yubileyi münasibətiylə nəşr olunan “Çağdaşlarım” kitabının t...
ANL
XX əsrin əvvəllərində Azərbaycan maarifçiliyi. XIX əsrdə olduğu kimi, XX əsrin əvvəllərində də ədəbi-tarixi prosesi və mədəni-siyasi fikri məşğul edən əsas məsələ maarifçilik olub. Milləti savadlandırmaqla onun vətəndaşlıq şüurunu inkişaf etdirib müstəqil, azad və suveren cəmiyyətə hazırlamaq missiyasını ilk olaraq öz ...
ANL
Yavuz Akpınara Ədəbiyyat İnstitutunun "İlin alimi" mükafatı təqdim edildi. Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun növbəti Elmi şurası keçirilib. Elmi şuranın gündəliyində olan birinci məsələ tanınmış alim, Azərbaycan ədəbiyyatının Türkiyədə görkəmli tədqiqatçısı professor Yav...
ANL
Qara Qarayev Vaşinqtonda klassik musiqi gecəsilə anıldı. Vaşinqton kafedral kilsəsində ABŞ-da yaşayan azərbaycanlı orqançalan Cəmilə Cavadova-Spitzberqin konserti olub. Vaşinqton kafedral kilsəsinin keşişi Bencamin Streyli tədbiri açaraq, tamaşaçılara Cəmilə Cavadova-Spitzberqin fəaliyyəti və Qara Qarayevin yaradıcılıq...
ANL
XALQ ARTİSTİ YUSİF QASIMOVUN FİKRİNCƏ, RƏQS ÜÇÜN TƏHSİLDƏN DAHA MÜHÜM OLAN KEYFİYYƏT İSTEDADDIR. Bu münasibətlə yubilyarla rəqs sənəti, pedaqoji fəaliyyəti barədə ətraflı söhbət etdik. - Yusif müəllim, rəqsə marağınız necə yarandı, karyeranız necə başladı? - Rəqs sənətinə uşaqlıq dövründən böyük maraq göstərmişəm. Rəqs...
ANL
Türkiyədə Anarın yeni kitabı nəşr olundu. Ankaranın "Bengü" nəşriyyatı Xalq yazıçısı Anarın 80 illiyi münasibətilə "Anar: Türkiyə - ikinci vətənimdir" adlı kitabını buraxıb. Bu il Anarın yubileyi ərəfəsində "Türk ədəbiyyatı vəqfi" "Yaxşı padşahın nağılı" (Azərbaycan, türk, özbək, qazax, qırğız, türkmən, tatar, başqırd,...
ANL
O qədər də böyük həcmli olmayan, altmışdan bir az çox şeirin toplandığı bu kitabda elə bir misra tapmaq çətindir ki, arxasında Həyat, onun çoxspektrli hissləri, duyğu-düşüncə mənzərələri və bu mənzərələrin təbii relyefi dayanmasın... Bir sevgi uydurmuşam. Uşaq evcik quran kimi. Köçəcəyəm o evciyə. ...Hazırdır sevgi mək...
ANL
Əzəli yurd yerlərimizin nisgili. PROFESSOR EYNƏDDİN MƏMMƏDOVUN “İRƏVANDAN BAŞLANAN YOL” KİTABI HAQQINDA DÜŞÜNCƏLƏR. Qərbi Azərbaycandan bəhs edən kitablar, qəzet və jurnal məqalələri, habelə digər çap materialları bu qaim-qədim yurd yerlərimizlə bağlı qan yaddaşımızı daha da möhkəmləndirir, qəlbimizdə düşmənə nifrət və...
ANL
Şolom Aleyxemin əsərləri ilk dəfə Azərbaycan dilində. Azərbaycan Tərcümə Mərkəzinin yeni nəşri, dünya ədəbiyyatında “Şolom Aleyxem” imzasıyla tanınan məşhur yəhudi əsilli rus yazıçısı Solomon Rabinoviçin “Seçilmiş əsərləri” işıq üzü görüb. İnsan xislətinə xas olan ən gizli, incə mətləbləri canlı səhnələr, duzlu yumorla...
ANL
Yedəkdə qalan qərib. Ah çəkdirər, ağladar qürbət. Dağ çəkər, dağladar qürbət. Qürbətdə vətəni ürəyinin başında gəzdirər, gözlərində nurlandırarsan. Müdam düşüncələrində, fikrində, xəyalında canlandırarsan. Yuxularında zənciri qırmış kimi vətəninə qanad alarsan. Yurdu qucaqlarsan, sönən ocağı ocaqlarsan. Sönən şamı yand...
ANL
Bilik Fondu "Məmməd Araz poeziya müsabiqəsi"nin qaliblərini mükafatlandırdı. Azərbaycan Yazıçılar Birliyinin (AYB), Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı və Qazax Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Xalq şairi Məmməd Arazın xatirəsinə həsr edilən poeziya günləri Qazax rayonund...
ANL
"İnnovasiya və yaradıcılıqda qadınlar: dəyişikliyin aparıcı qüvvəsi". BEYNƏLXALQ ƏQLİ MÜLKİYYƏT GÜNÜ MÜNASİBƏTİLƏ GENİŞ TƏDBİR KEÇİRİLİB. Dünən Müəllif Hüquqları Agentliyinin (MHA), Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) birgə təşkilatçılığı ilə "İnnovasiya və yaradıcılıqda qadınlar: ...
ANL
Atatürk Mərkəzində Azərbaycanın tanınmış şairi Zakir Fəxrinin “Şeirlər” (“Poems”) kitabının təqdimat mərasimi keçirilib. Tədbirdə ölkənin ziyalıları, elm, mədəniyyət və ədəbiyyat xadimləri iştirak ediblər. Mərasimi giriş sözü ilə açan akademik Nizami Cəfərov şairin yaradıcılığından, poetik dünyasının zənginliyindən və ...
ANL
Günay Mehdizadə: "Sənətdə millilik sevgisi mənə ailəmdən gəlir". Müsahibimiz Azərbaycan Rəssamlar İttifaqının üzvü, "Voicepress Academy"nin Mədəniyyət departamentinin sədri, bir sıra beynəlxalq yaradıcılıq layihələrinin müəllifi Günay Mehdizadədir. Ancaq istedadlı adam təhsilsiz tam professional olmayacaq. Bu ikisi...
ANL
Fikirlərin, ideyaların cövhəri. KAMAL ABDULLANIN ESSELƏRİ KONSEPTUAL DÜŞÜNCƏ MƏNBƏYİ KİMİ. Semantikanın və sintaksisin dildə və nitqdə mühüm rolundan biri də, şübhəsiz, modern mətnləri də formalaşdırması və mənalandırmasıdır. Belə mətnlərə esseləri də örnək göstərmək olar. Esse bir ədəbi janr kimi xüsusi tip mətnd...
ANL
Ədəbiyyatımızda müxəmməs janrı haqqında dəyərli tədqiqat əsəri. Azərbaycan ədəbiyyatında müxəmməs janrı qədim və zəngin ənənəyə malikdir. Abbasilər dövründə ərəb şeirində yeniliklərə olan meylin artdığı bir zamanda yaranan müxəmməslər sonralar bir çox dəyişikliklərə məruz qalmış, eyni zamanda, mövzu və forma cəhə...
ANL
Azərbaycan Moldovadakı beynəlxalq forum-sərgidə. Moldovanın paytaxtı Kişinyovda bu ölkənin Mədəniyyət Nazirliyi, İon Kryange adına Milli Uşaq Kitabxanası və Moldova Uşaq Kitabı Şurasının təşkilatçılığı ilə XXII Beynəlxalq Uşaq Kitab sərgisi açılıb və beynəlxalq forum keçirilib. Sərgiyə səkkiz ölkədən - Rusiya, Ukra...
ANL
İçərişəhərdə uşaq rəsm qalereyası açıldı. İçərişəhərdə "M-galeri" adlı uşaq rəsm qalereyası açılıb. Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İradə Qasımova ilk ekspozisiyanı tədbir iştirakçılarına təqdim edib. O, İçərişəhərdə yeni qalereyan...
ANL
Gənc Tamaşaçılar Teatrının aktyoru Gürcüstan görüşlərində. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, Kalmıkiya Respublikasının Əməkdar artisti İlham Əsədov Gürcüstan Dövlət Peşəkar Gənc Tamaşaçılar Teatrının 90 illik yubiley tədbirlərində iştirak edib. Aktyor Gürcüstanın mədəniyyət və abidələrin mühafizəs...
ANL
Yaxşı köhnələr. Konstitusiya Məhkəməsi 11 aprel Prezident seçkilərinin nəticələrini təsdiq edən günün səhərisi keçirilən andiçmə mərasimində ötən dövr ərzində qazanılan uğurlu nəticələrdən, inkişaf göstəricilərindən danışan Prezident İlham Əliyev həm də qarşıdakı 7 ildə görüləcək işlərlə bağlı praqmatik xarakterli fiki...
ANL
Əməkdar müəllim. Qəm-kədər dağıdıb, fərəh paylayır, Xırmana, zəmiyə sərinlik yayır, Soyuq səngərləri isidir bu səs! Şuşam, Kəlbəcərim, Göyçəm, Qubadlım... Qürbətə çevrilmiş bölgələrimdən, Ata ocağımdan, öz yurd yerimdən. Vüsal bağımızda gül bitsin gərək, Çağlayıb kükrəyək İraqda, Çində;. Bizi Həbəşistan eşitsin gərək, ...
ANL
Türkoloji dilçiliyimizdə yeni imza. Son vaxtlar türkoloji dilçilikdə yeni bir imza tez-tez görünməkdədir: Elçin İbrahimov. Çox geniş tədqiqat obyekti və dərin təhlil gücü ilə seçilən gənc türkoloq alim az vaxtda əsərləri ilə dünyanın bir çox tanınmış türkoloqlarının diqqətini cəlb edə bilmiş, artıq bu sahənin bi...
ANL
"Yaxın Şərqin ən qocaman sənət ocaqlarından biri olan Naxçıvan teatrı çox şərəfli bir yol keçmişdir. Teatr bu gün də zəngin yaradıcılıq ənənəsini şərəflə davam etdirir". Heydər Əliyev. Azərbaycan xalqının Ümummilli lideri. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan tarixin ayrı-ayrı dövrlərində Azərbaycan...
ANL
Bir ağsaqqal həmkarımla İstanbula uluslararası konfransa dəvət almışdıq: "Türkdilli dövlətlərin ortaq mədəni irsi və araşdırmalar". Konfrans sizinçün elə də maraqlı olmaz. Hamı bilir ki, türk arkadaşlarımız dildən pərgardırlar: uzun uzadı danışarlar, dürlü-dürlü qərarlar da qəbul edərlər, amma yerinə yetirməzlər...
ANL
Azərbaycan-Türkiyə ədəbi-maarif münasibətləri müzakirə edildi. Dünən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda "XX əsrin əvvəllərindən bu günə Azərbaycan-Türkiyə ədəbiyyat və maarif münasibətləri" adlı panelin açılış mərasimi keçirilib. Ədəbiyyat İnstitutu, Bakı Yu...
ANL
Akademik Zərifə Əliyevanın 95 illiyi rəsm sərgisi ilə qeyd edildi. Aprelin 24-də Bakıdakı "Qalereya 1969"da Mədəniyyət Nazirliyi və Nəsimi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın anadan olmasının 95-ci ildönümünə həsr edilmiş sərgi açılıb. Sərgidə rayon ...
ANL
Azərbaycan rəssamları Beynəlxalq simpoziumda. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Rəssamlıq fakültəsinin Dizayn və dekorativ tətbiqi sənət kafedrasının müdiri, Əməkdar incəsənət xadimi, professor, Dünya Rəssamlıq Akademiyasının həqiqi üzvü Arif Əziz və Təsviri sənət kafedrasının müəllimi, Dünya Rəss...
ANL
AŞPA-nın sərgi zalında Anar Hüseynzadənin sərgisi açıldı. Avropa Şurası Parlament Assambleyasının sərgi zalında azərbaycanlı rəssam Anar Hüseynzadənin əsərlərindən ibarət "Abşeron nağılı" adlı sərgi təşkil edilib. Sərginin açılışında qonaqlara rəssamın həyat və yaradıcılığı haqqında məlumat verilib. Qeyd edilib...
ANL
Mətbuat Şurasında Zakir Fəxrinin 70 illiyi qeyd edildi. Dünən Azərbaycan Mətbuat Şurasının (MŞ) təşəbbüsü ilə şair-publisist, yazıçı və jurnalist Zakir Fəxrinin 70 illik yubileyi münasibəti ilə toplantı keçirilib. Tədbiri giriş sözü ilə açan MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov yubilyarın keçdiyi ömür yolu...
ANL
Oğurlanmış Azərbaycan tarixi: Şeyx Səfi Kitabxanası. Qədim dövlətçilik ənənələrinə və böyük tarixi keçmişə sahib olan Azərbaycanın tarixini, maddi-mənəvi dəyərlərini özündə əks etdirən olduqca qiymətli mənbələr və tarixi əsərlər yazılıb. Təəssüflər olsun ki, biz Azərbaycanın tarixini, etno-siyasi coğrafiyasını, əd...
ANL
Mərkəzin rəhbəri, böyük yazıçı Afaq Məsud kitabın ön sözündə yazır: "...Həqiqi Azərbaycan ədəbiyyatını tapmağın, üzə çıxartmağın, "həqiqi olan"ı "oxşar"ından seçib ayırmağın bir yolu da yaranan və yaranmaqda olan nadir ədəbi incilərin yeni formatlarda və müstəvilərdə təqdim olunmasıdır. ...Yazıb-yaratdıqlarını ...
ANL
Cümhuriyyətin ən gənc naziri - Mustafa bəy Vəkilov. Azərbaycan Cümhuriyyətinin formalaşmasında, bir dövlət olaraq güclənməsində Mustafa bəy Vəkilovun (Vəkilli) böyük xidmətləri var. M.Vəkilov Azərbaycanda yaşadığı illərdə bütün bacarığını güclü dövlətin yaranmasına həsr edib. Sonradan ağır mühacirət həyatında o, ye...
ANL
"Yaxın Şərqin ən qocaman sənət ocaqlarından biri olan Naxçıvan teatrı çox şərəfli bir yol keçmişdir. Teatr bu gün də zəngin yaradıcılıq ənənəsini şərəflə davam etdirir". Azərbaycan xalqının Ümummilli lideri. Qədim sənət ocağının müstəqillik illərindəki qaynar fəaliyyətindən, yaradıcılıq uğurlarından bəhs edərkən...
ANL
Amerikanın xilaskar peyğəmbəri - Abraham Linkoln. O, yarım milyon səs çoxluğunu qazandı, beləliklə, yenicə aydın olan kimi, artıq əvvəlkitək azlığın deyil, çoxluğun prezidenti idi. İllinoys ona 25 min artıq səs qazandırmışdı, onun doğma qraflığında isə Makklellan irəlidə idi. Özünün doğulduğu Kentukki ştatında d...
ANL
Vətən həsrəti. Şirməmməd HÜSEYNOV. Müsəlman Şərqində ilk demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyəti hansı tarixi şəraitdə və hansı sistem üzərində qurulmuş, yaradılmışdı? Dövrün mətbuatında mötəbər şərhləri nəzərdən keçirək. Əli usta hal-hazırda Şərqi Qarahasarda Alucra qəzasında yaşamaqdadır. Əli usta...
ANL
Yox olmuş Cümhuriyyətin sorağında. Vilayət QULİYEV. Mühacirət nümayəndələrindən professor Əhməd Cəfəroğlunun “Azərbaycan tarixinin ən qara günü” adlandırdığı 28 apreli Cümhuriyyətin qurulmasında və iki illik mövcudluğunda bu və ya digər şəkildə iştirak etmiş fərqli insanlar fərqli şəkildə qarşılamışdılar. Dərdə, ...
ANL
Aprel tezisləri - postinsan haqqında esse. Əsəd CAHANGİR. Əzrayılın mirzələri. Amma essedən məqsəd bu anlayışlar barədə bütün təfərrüatlarına qədər nəzəri bilik vermək deyil. İstəyirik ki, bədii fikrimizi çulğalayan neqativ axın və ondan qurtulmaq xüsusunda qeydlərimizi bölüşək. Sadəcə, fikrimiz tam aydın olsun ...
ANL
Birinci Respublikanın rəsmi siması - Əlimərdan bəy Topçubaşov. CÜMHURİYYƏTİMİZİN BEYNƏLXALQ TƏSDİQİNİN MÜBARİZİ, AZƏRBAYCAN SİYASİ MƏDƏNİYYƏTİNİN YARADICISI ƏLİMƏRDAN BƏYİN PORTRETİNƏ ŞTRİXLƏR. Şəxsiyyət enerjisi. adlı əsərində özünün digər elmi araşdırmalarında da irəli sürdüyü “passionarlıq nəzəriyyəsi”nin dah...
ANL
Kinomuzun sözlü-musiqili naxışları. Şahanə MÜŞFİQ. Hardan yadıma düşdü bu mahnı, niyə yolun ortasındaca ətrafdakıların nəzərlərinə aldırmadan dilimin altında zümzümə etməyə başladım - bilmirəm. Zümzümə edərkən bir tərəfdən də mahnının hansı filmdən olduğunu xatırlamağa çalışırdım. Əslində, bilirdim. Amma mahnını...
ANL
Sən niyə gecikdin, hardaydın qadın? Bəlkə əllərimi çətir eyləyim, saxlayım dənizin başının üstə. Ölüm mələyinin qara əlləri, seyrək saçlarımla əylənir, ana. Başıma düşməyə daşın müntəzir, evimi hörməyə daşın yoxdumu? Özünü asmağa ip tapa bilməz. Yolun yoxuşuna dirənib gedər. yıxılar bu yolun hamarından o. Özünü a...
ANL
Belqrad Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi yaradıldı. Aprelin 26-da Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullanın birbaşa təşəbbüsü, Azərbaycan Respublikasının Serbiyadakı səfirliyinin və Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan di...
ANL
Kamil şəxsiyyət. Murtuz Ələsgərovun əziz xatirəsinə. AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor. Gələcəkdə qazanılacaq bütün uğurların təməli körpəlikdən qoyulur. Atasını çox erkən itirmiş Murtuzda hələ kiçik yaşlarından möhkəm iradi keyfiyyətlər, torpağa ba...
ANL
Binadan çıxan kimi ilk işi siqaret yandırmaq oldu. İri gövdəli bir ağaca söykənərək sümürməyə başladı. Saatı öyrənmək üçün telefonunu axtardı. On ikinin yarısına az qalmışdı. Sonuncu sifarişi də də yola vermişdi. Əlini cibinə salanda barmaqları pula toxundu. Bayaq ev sahibinin onun cibinə pul qoyduğunu xatırladı...
ANL
Azərbaycan əlifbası və Azərbaycan dili günü. Dil millətin simasını səciyyələndirən mühüm amillərdən biri, onun milli sərvətidir. Millətin dilinin dövlət dili statusuna yüksəlməsi isə tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir. Bu yüksəliş millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorum...
ANL
Milli mədəniyyətimizin əvəzsiz. bilicisi və yorulmaz təbliğatçısı: Mustafa Çəmənli. Mənim üçün xatirə ədəbiyyatı özümün yenidən yaşamağımdır, - desəm həqiqətə bənzər, keçmişə qayıdıram və yaşımın tarixini hesablayıram. Əlbəttə, qısa ömür tarixçəsində bu, yaddaşın səsidir. Amma hər memuar mənə həqiqəti soraq vermi...
ANL
Ana dilimiz - milli varlığımızın dönməz təsdiqi. Ancaq xalqın dilini yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə qaldırmaq xalqın qabaqcıl adamlarının, elm, bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur" - belə demişdi bir zamanlar Ümumilli Lider Heydər Əliyev. Bu sözlərinə ilk əməl edən,...
ANL
İSTANBUL ARXEOLOJİ MUZEYLƏRİNİ ZİYARƏT EDƏRKƏN. Bəşər sivilizasiyasının ilk ocağı olan Şumer mədəniyyəti müxtəlif sahələrə, ədəbiyyat və sənət nümunələrinin ən qədim örnəklərinə sahib olması ilə səciyyələnir. Dünyanın ən qədim eşq şeiri də bu zəngin mədəniyyət abidələri arasındadır. Əsər İstanbul Arxeoloji Muzeylərini...
ANL
Mənalı ömrün əbədiləşən anları. Son vaxtlar az qala bir oturuma maraqla oxuduğum bir kitabın - Kamil Məmmədovun "Yaşadıqlarım" memuarlar toplusunun təsirindəyəm. Elə adından da göründüyü kimi, avtobioqrafik səpkidə yazılmış bu kitab keşməkeşli, zəngin və şərəfli bir ömür yolu keçmiş insanın yaşantılarıdır. Xalq k...
ANL
Səhnə və ekran sənətimizin ulu korifeyi: Məmmədrza Şeyxzamanov. Qədim tarixə, köklü və zəngin mədəniyyətə malik, Azərbaycanın ikinci böyük şəhəri Gəncədə XX əsrin əvvəllərində Şeyxzamanovlar soyadı artıq çoxdan məşhur idi. İslam dinini bütün qəlbi ilə sevən, Allaha, peyğəmbərinə bağlı Gəncə əhalisi Şeyxzamanovlar...
ANL
Azərbaycan tibb elminin fəxri. Azərbaycan xalqı həmişə ona şöhrət gətirən öz görkəmli elm xadimləri, bacarıqlı alimləri ilə öyünüb, fəxr edib. Belə elm xadimləri sırasında ulu öndər Heydər Əliyevin "... Onun bizim üçün və gələcək nəsillər üçün qoyduğu irs milli sərvətimiz, milli iftixarımızdır" - deyə haqqında ...
ANL
Ana dili xalqın ruhudur, mənəvi dünyasıdır, psixologiyasıdır. İnsan ən dərin və ən incə hisslərini yalnız anasından öyrəndiyi dil vasitəsi ilə daha dəqiq ifadə edir. Ana dili minillərin o üzündən şölələnən bir ocaqdır. Əsrlərdən işara-işara gələn közündə, qığılcımında elə bugünkü kimi almaz kəsərli, əvvəlki kimi ...
ANL