text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Kəramət Böyükçöl. Birincidə yox, ikincidə arzuma çatmışam. İlk imtahandan kəsilməyimin əsas səbəbi ingilis dilini öyrənə bilməməyim oldu, neçə müəllim yanına getdim, hamısı gözəl qız çıxdı. Heç vaxt baş aça bilmədim ki, nə sirdi, niyə qarşıma çıxan Azərbaycan dili müəllimələri çirkin, ingilis dili müəllimələri g...
ANL
Bir dəfə adamları günəmuzd işə götürməsi barədə ondan sənədi soruşduqda, o, cibində nəyisə axtardığını nümayiş etdirdi, bıçağının zərbəsi ilə bu sualı verən həmin hakimi yerə sərdi. Onun zabit olduğu qoşunda əsgərlərin xidmətdən qaçması üzündən hərbi dəstənin tərkibi xeyli seyrəlməyə başladı. Sonralar Kiroqa da...
ANL
Məchul dilin məlumluğu. “Böyük yazar kəlmələri işlədərkən. avamın xoşuna gəlib-gəlmədiyini düşünməz”. Həyat Əzəl gündən Məlum Məchul, Məchul Məlumdur. Şeir, ümumiyyətlə, sənət də Məchulluqdan qaynaqlanan bir Məlumluqdur. Bunun səbəbini soruşanda cavabını belə əsaslandırdı: - Çünki sözü anlamaq da çətindir, anlatm...
ANL
Avqustun 2-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil muzeyində görkəmli dirijor və bəstəkar, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan və SSRİ Dövlət Mükafatları laureatı, C.Nehru adına Beynəlxalq Mükafat laureatı Maestro Niyazinin xatirəsinə həsr olunmuş tədbi...
ANL
Günahlarım var, amma şeytan deyiləm. Mən sadəcə bu qocaman dünyada sevəcək birilərini axtaran kiçik bir qızam”- deyirdi. Tək istədiyim sadəcə mən olduğum və bacarıqlarım üçün sevilməkdir”. Sevgi yoxsulluğu... Əslində, bircə uşaqlığında çəkmişdi bu yoxsulluğu. Kimsə tərəfindən sevilməmişdi, ya da sevildiyini kims...
ANL
Vahid, sorma Vətən nədən yaxşıdır? Xalq artisti Aygün Bayramova oxuyur. Göy üzündən qopub ehmalca qonmuşdu torpağın yaxasına. Bəxtəvər idik, bu kənddə doğulmuşduq və ömrümüz hər cür pisliklərdən uzaq bu “cənnət”in qoynunda əriyirdi. Səssiz-küysüz açılan səhərləri, qaynayıb-daşan gündüzləri, haray-həşirsiz qarala...
ANL
Sirli təbiətin yazıçı və rəssam oğlu Ernest Seton-Tompson. Şahanə MÜŞFİQ. Onun romanları və hekayələrinin mövzuları ilə ilk dəfə tanış olan çoxları onu uşaq yazıçısı hesab edirlər. Çünki demək olar ki, əsərlərinin hamısı vəhşi təbiətə, ecazkar meşələrə və orada həyat quran heyvanlara, quşlara həsr olunub. Həm rom...
ANL
VII Beynəlxalq Multikulturalizm Yay Məktəbi başa çatdı. RƏVAN HƏSƏNOV: “YAY VƏ QIŞ MƏKTƏBİ LAYİHƏSİ BİRBAŞA PREZİDENT İLHAM ƏLİYEVİN TÖVSİYƏSİ VƏ DƏSTƏYİ İLƏ HƏYATA KEÇİRİLİR”. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) təşkilatçılığı ilə reallaşan “Bakı prosesi 10 il: Mədəniyyətlərarası dialoqun inkişa...
ANL
Yaddaqalan mədəniyyət hadisəsi: X Qəbələ Beynəlxalq Musiqi Festivalı. Şahanə MÜŞFİQ. Avqustun 7-də Heydər Əliyev Fondunun təşkilatçılığı, “Gilan Holdinq”in dəstəyi ilə keçirilən X Qəbələ Beynəlxalq Musiqi Festivalının möhtəşəm bağlanış mərasimi və yekun konserti baş tutdu. Bakıdan dəvət olunan bir qrup jurnalistlə ...
ANL
İtkin səsin möhtəşəmliyi: Akif İslamzadə. ÇAĞDAŞ MƏDƏNİYYƏTİMİZDƏ XÜSUSİ YER TUTAN GÖRKƏMLİ İFAÇININ 70 YAŞI TAMAM OLDU. Şahanə MÜŞFİQ. Keçən günlərimi qaytaraydılar, Gələn günlərimi qurban verərdim. Axı insan həmişə sabahı gözləyən, gələcəyin özüylə birgə gətirəcəyi günlərə ümidlə, inamla, arzu ilə baxan varlıqd...
ANL
Belarus vətəndaşı, azərbaycanlı rəssam Kamil Kamalın danışan rənglər dünyası barədə düşüncələr. Bizə uzaq və yaxın olan dost ölkənin hotel otağında pəncərədən çölə baxıram; qanadlı düşüncələrim bayırdakı payız axşamının mülayim havasında sükut səsinə (sükutun da səsi olur - bu barədə bir qədər sonra!) qarışıb, g...
ANL
Böyük şair və müasirləri haqqında dəyərli tədqiqat. Böyük Nazim Hikmət Azərbaycan poeziyasını çox sevirdi - Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rza, Mikayıl Rəfili ilə dostluq edirdi. Yeri gələndə, onların yaradıcılığından söz açırdı. Məsələn, Nazim Hikmət Rəsul Rza sənətinə bir neçə məqalə həsr etmişdi. Həmin mə...
ANL
Bütün elmlər təbiətdən başlanır. Bütün fəlsəfələrin təməli təbiətdədir. Məgər təbiətə aid olmayan elm varmı? İbtidai icma quruluşundan üzü bəri bütün quruluşlarda və rejimlərdə insan dünyanı, zamanı və ən əsası özünü təbiətlə üz-üzə duraraq öyrənib. İldırımdan qorxub, yağışdan islanıb, günəşdən yanmadan, küləyin...
ANL
Yerlə Göy arasında qalanların romanı. Bir müddətdir hisslərimi “qıdıqlayan” bir mahnıya aludə olmuşam. Gün ərzində dəfələrlə dinlədiyim, qəhrəmanın düşdüyü situasiyaya həm acıqlanıb, həm də kövrəldiyim bir mahnı. Söhbət Ələkbər Tağıyevin bəstəsi olan “Dinə bilmədim” mahnısından gedir. Xatırlamasanız da inkişaf edən ...
ANL
Pərvinin son hekayələri haqda qeydlər. Bu hekayələri araşdırma predmetinə çevirməklə, həm gənc yazıçı, həm gənc ədəbiyyatımız, həm də ümumən nəsrimizin durumu haqda fikirlərimizi sizinlə bölüşmək istəyirəm. Pərvinin hekayələri hansı yöndən maraqlıdır ki, saydığın məsələləri aydınlaşdırmaq üçün məhz onları seçmi...
ANL
Uzun illərdi, şair Nəcməddin Mürvətovu tanıyıram. Tez-tez Azərbaycan Yazıçılar Birliyinə gəlir, kitab təqdimatlarında özünəməxsus sözünü deyir, sonra isə tələsik çıxıb harasa gedər. Adətən, tədbirlərdən sonra iştirakçılar bəlkə də tədbirin çəkdiyi vaxt qədər foyədə, koridorlarda, pilləkənlərdə, ən çox Yazıçılar Birl...
ANL
Şahanə MÜŞFİQ. Bu sirri insan oğlu deyil, bircə Uca Yaradan bilir. Bəzi mənbələrdə isə bu haqq aşiqinin Türkiyənin müxtəlif yerlərində anadan olduğu söylənilir. Ona görə də onun anadan olduğu yer və doğum tarixi barədə qəti fikir söyləmək mümkün deyil. Yenə də 82 yaşında ikən haqqın dərgahına qovuşduğu söylənilir....
ANL
Hərb və dövlətçilik tariximizdən səhifələr: Rəhim xan Naxçıvanski və onun varisləri. AMEA Naxçıvan Bölməsi, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru. Rusiya imperiyasının ordusunda Azərbaycanı və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvanı cəsurluqla və ləya...
ANL
Xatirələrimdəki ölümsüz şair: unudulmaz Nüsrət Kəsəmənli. Nüsrət Kəsəmənli bir şair kimi çox tez məşhurlaşıb, sevilib. O illərdə bu məşhur şeiri Azərbaycanda, demək olar ki, əksər yeniyetmələr, gənclər əzbər bilirdilər. Sonralar Nüsrət Kəsəmənli bir-birindən duyğulu, kövrək, həzin sevgi şeirləri yazdı, neçə şeiri...
ANL
“Ateizm və onun tarixi də ciddi öyrənilməlidir”. İLAHİYYAT İNSTİTUTUNUN REKTORU CEYHUN MƏMMƏDOV: "QARŞIMIZA QOYDUĞUMUZ MƏQSƏDLƏRDƏN BİRİ BUDUR Kİ, AZƏRBAYCANDA TƏHSİL ALAN TƏLƏBƏLƏR KƏNAR TƏSİRLƏRƏ MƏRUZ QALMASINLAR". İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov müsahibəsini ixtisarla oxuculara təqdim edirik. - ...
ANL
İstinin tüğyan elədiyi bir vaxtda onun görüşünə getdim. Gördüm uzunömürlü yatağında uzanıb eynəksiz televizora baxır. Başını qaldırıb mənə xoş gəldin elədi. Bakıdan gəldiyimi, şəxsən onunla görüşmək istədiyimi bildirdim. Xeyli dinmədi və birdən qərib bir ah çəkdi. Keçdiyi həyat yolundan, Şuşalı günlərindən asta-asta, h...
ANL
Rəğbətlə qarşılanacaq ibrətamiz bədii nümunələr. Məndə belə qənaət formalaşıb ki, mənalı ömür yaşamış, zəngin həyat təcrübəsinə və yüksək intellektə malik olan ziyalı insanların qələmə aldıqları yazılar oxuculara daima mənəvi qida verir. Adətən, xeyirxah məqsədlər güdülən, düşündürücü kəlam, məsləhət və tövsiyələrdən...
ANL
Kitabsevər uşaqlar üçün Feysbukda yaradılan səhifə fəaliyyətini uğurla davam etdirir. Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə kitabxanalarda uşaq ədəbiyyatının təbliğini gücləndirmək məqsədilə 2016-cı ildə Feysbukda "Kitabsevər uşaqlar" səhifəsi yaradılıb və səhifə bu günə qədər fəaliyyətini uğurla davam etdirir. Layih...
ANL
Kəlbəcər Mədəniyyət Evində ustad aşıqların və gənc ifaçıların iştirakı ilə tədbir. "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyi (İB) Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə "Qaçqın və məcburi köçkün bölgələrindən olan ustad aşıqlara məxsus dastançılıq ənənəsinin ...
ANL
Mehdi Hüseynzadə “Yubileylər silsiləsi” layihəsi. Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Mirzə Şəfi Vazeh adına Yasamal rayon Mərkəzi Kitabxanasında (MKS) “Yubileylər silsiləsi” layihəsi çərçivəsində əfsanəvi qəhrəman Mehdi Hüseynzadənin 100 illik yubileyinə həsr olunmuş “Mehdi Hüseynzadə─100” adlı videoçarx hazırlanıb...
ANL
Misilsiz mədəniyyət xəzinəsi: Lənkəran Tarix-Diyarşünaslıq Muzeyi. Hər küncündə bir tarix yatan doğma vətəni qarış-qarış gəzmək, onun təbiətinə, tarixinə, maddi-mədəni sərvətinə bələd olmaq insanda bir qürur, fərqli bir özgüvən yaradır. Hələ getdiyin hər yerdə sənin tarixinlə maraqlanan əcnəbi turistləri görmək ...
ANL
Yurd nisgili ilə nöqtələnən sənətkar ömrü. Şahanə MÜŞFİQ. Bu gün Azərbaycan muğam sənətinin nadir incilərindən Xalq artisti Qəndab Quliyevanın doğum günüdür. Ancaq əcəl imkan vermədi. Həssas, kövrək, bütün dərd-səri göz yaşlarına büküb bir bağlı qutu kimi gizlədiyi, Qarabağ həsrəti ilə alışıb-yanan ürəyi də ona v...
ANL
Hər qadına şeir yazılmaz deyirlər. Bu təşbehi davam etdirsək, şeir yazdıran Qadın yağışdan əvvəlki ildırıma bənzəyir... Guruldayır, vahimələndirir, darıxdırır, düşündürür və Yazdırır. Əlbəttə, sms yazmaqla şeir “guppuldatmağı” qarışdıran bəzi müasir “şairlərdən” danışmıram... Poeziya tarixinə nəzər salanda qeyri...
ANL
bu şəhərdən yavaş-yavaş uzaqlaşar qatarlar. üzülmə, quşlar ona çatarlar. uzaqlaşar ömürdən sevgilər də astaca. Yağış yağır deyirsən, bilirəm. günəş çıxıb deyirsən, bilirəm. külək əsir deyirsən, bilirəm. Mən bilirəm qəribdi adamlar... qayıdıram evimizə, əlim ətəyimnən uzun. atam sahura oyanıb, ucadan qılır namazın. du...
ANL
Pampanın şəhər üzərində qələbəsi nəticəsində rollar dəyişildi, qauço ponçodan çıxıb mundir geyinməyə başladı. İstiqlaliyyət uğrunda müharibənin əsgəri isə ponçoya keçdi. Birinci qalib olmaqla, ikinnci məhv olurdu. O dövrdə hər bir argentinalıda pampa ruhu var idi. Frakın ətəyini azacıq qaldırsan, onun altından q...
ANL
Türkiyədə “İstanbulun xəzinələri” sərgisi açıldı. İstanbulun yeni məscid padşah qəsrində bənövşəyi kaftan qalereyasının nəzdində fəaliyyət göstərən 10 sənətkarın əsərinin yer aldığı “İstanbulun xəzinələri” sərgisi açılıb. Sərgidə ənənəvi sənət sahələri ilə yanaşı, müasir incəsənət əsərləri də nümayiş olunur. Türk mə...
ANL
Kulinarlarımızın növbəti uğuru. Avqustun 10-da “Trend” şirkətlər qrupunda Azərbaycan Milli Kulinariya Assosiasiyası (AMKA) və Azərbaycan Milli Kulinariya Mərkəzinin (AMKM) əməkdaşlarının Türkiyənin Məngən şəhərində 33-cü Beynəlxalq Aşpazlıq və Turizm Festivalında və Rusiya Federasiyası Yekaterinburq şəhərində baş aşp...
ANL
Sirli təbiətin yazıçı və rəssam oğlu Ernest Seton-Tompson. Şahanə MÜŞFİQ. Onun romanları və hekayələrinin mövzuları ilə ilk dəfə tanış olan çoxları onu uşaq yazıçısı hesab edirlər. Çünki demək olar ki, əsərlərinin hamısı vəhşi təbiətə, ecazkar meşələrə və orada həyat quran heyvanlara, quşlara həsr olunub. Həm rom...
ANL
VII Beynəlxalq Multikulturalizm Yay Məktəbi başa çatdı. RƏVAN HƏSƏNOV: “YAY VƏ QIŞ MƏKTƏBİ LAYİHƏSİ BİRBAŞA PREZİDENT İLHAM ƏLİYEVİN TÖVSİYƏSİ VƏ DƏSTƏYİ İLƏ HƏYATA KEÇİRİLİR”. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) təşkilatçılığı ilə reallaşan “Bakı prosesi 10 il: Mədəniyyətlərarası dialoqun inkişa...
ANL
Yaddaqalan mədəniyyət hadisəsi: X Qəbələ Beynəlxalq Musiqi Festivalı. Şahanə MÜŞFİQ. Avqustun 7-də Heydər Əliyev Fondunun təşkilatçılığı, “Gilan Holdinq”in dəstəyi ilə keçirilən X Qəbələ Beynəlxalq Musiqi Festivalının möhtəşəm bağlanış mərasimi və yekun konserti baş tutdu. Bakıdan dəvət olunan bir qrup jurnalistlə ...
ANL
İtkin səsin möhtəşəmliyi: Akif İslamzadə. ÇAĞDAŞ MƏDƏNİYYƏTİMİZDƏ XÜSUSİ YER TUTAN GÖRKƏMLİ İFAÇININ 70 YAŞI TAMAM OLDU. Şahanə MÜŞFİQ. Keçən günlərimi qaytaraydılar, Gələn günlərimi qurban verərdim. Axı insan həmişə sabahı gözləyən, gələcəyin özüylə birgə gətirəcəyi günlərə ümidlə, inamla, arzu ilə baxan varlıqd...
ANL
Belarus vətəndaşı, azərbaycanlı rəssam Kamil Kamalın danışan rənglər dünyası barədə düşüncələr. Bizə uzaq və yaxın olan dost ölkənin hotel otağında pəncərədən çölə baxıram; qanadlı düşüncələrim bayırdakı payız axşamının mülayim havasında sükut səsinə (sükutun da səsi olur - bu barədə bir qədər sonra!) qarışıb, g...
ANL
Şahanə MÜŞFİQ. "Hər bir xalqı onun mədəniyyəti ilə tanıyırlar. Hər bir sənətkar sənətə gələrkən bu şüarla gəlməlidir: mən bütün çətinliklərə dözməliyəm, mən bu sənəti fəth etməliyəm. Çünki mən xalqımı sevirəm. Mən xalqımın mədəniyyətinin tanınmasında kiçik də olsa bir rol oynamalıyam". Bu gün bu sözlərin müəllifi...
ANL
Aysel Əlizadə yeni şeirlər kitabını çapa hazırlayır. Şairə kitabının çapı ilə bağlı TEAS Press Nəşriyyat evinə məxsus "YAY" nəşrləri ilə müqavilə imzalayıb. Çox maraqlı mövzuları əhatə edən və ədəbi mühitdə ciddi müzakirələrə səbəb olacağı gözlənilən kitaba daxil edilmiş bütün şeirlər ilk dəfə işıq üzü görəcək. A.Əl...
ANL
Bədii düşüncənin ali ifadə modeli: Məmməd Araz poeziyası. Tanınmış pedaqoq və ədəbiyyatşünas-yazıçı Allahverdi Eminov uzun illərdən bəri Xalq şairi Məmməd Arazın poeziyasını araşdırmaqla məşğuldur. Məmməd Araz poeziyası haqqında yazıram - sualsız bu fikir məni gecə saatlarında səhərin açılmasına xeyli qalmış sil...
ANL
Əməkdar artistimiz İstanbulda konsert verdi. Əməkdar artist, pianoçu, bəstəkar, dirijor Turan Manafzadə İstanbulda "All Saints" Kilsəsində konsert proqramı ilə çıxış edib. O, səhnəni türk əsilli gənc skripka ifaçısı Mevsim Engin ilə bölüşüb. Konsertdə dünya klassiklərinin əsərləri ilə yanaşı, fransız bəstəkar Claude ...
ANL
Moskvada yaşayan həmvətənimiz Emil Qədirov "Novaya volna-2018" müsabiqəsinin final mərhələsinin iştirakçıları sırasındadır. Yarımfinalda dünyanın müxtəlif ölkələrindən 150 musiqiçi iştirak edib. Rusiyanın Xalq artisti İqor Krutoyun sədrlik etdiyi münsiflər heyətində Rusiyanın Xalq artisti Filip Kirkorov, müsabiqənin...
ANL
Avqust ayının 14-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Əməkdar elm xadimi, professor Kamal Talıbzadənin 95 illiyi münasibətilə "Kamal Talıbzadə-95" adlı kitab sərgisi açılıb. Kitabxanadan bildirilib ki, sərgidə müəllifin əsərləri, redaktoru olduğu, "Ön söz" yazdığı, tərtib etdiyi, haqqında yazıla...
ANL
İsa Həbibbəyli VII Beynəlxalq Altay topluluqları konfransında. MONQOLUSTANA SƏFƏR ÇƏRÇİVƏSİNDƏ AMEA-nın VİTSE-PREZİDENTİ BİR SIRA GÖRÜŞLƏR KEÇİRİB. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Monqolustanın paytaxtı Ulan-Batorda keçirilən VII Beynəlxalq Altay topluluqları konfransında təmsil olunub. Türkiyə Altay T...
ANL
Hazırda bütün Türk dünyasında türk sivilizasiyası, türk mədəniyyəti, elmi, dövlətçiliyi, hərb sənəti və s. haqqında intensiv araşdırmalar aparılır, bəşər sivilizasiyası tarixində özünəxas yeri olan bu möhtəşəm irsin tam öyrənilməsinə fundamental tədqiqatlar həsr olunur. Məlumdur ki, uzun müddət dünya sivilizasiyala...
ANL
bir gilə siqaret. ocağı, odu sönmüşlərdən. siqaretin sonunu gözləyirsən. Öz aramızdı, son qullabda şirin olur salamımız. Ciblərim bələk olub ayaq izlərinə... Səndən əvvəl daşlar gəlin köçmüşdü bu evə, səndən sonra mamır uzaqlıqlar böyütdü. ayrılığın xalçasına kimsəsiz ilmə kimi. düşməmək üçün. ...Qayıt, əlindən tut ay...
ANL
TÜRK TOPLUMUNDA QADININ YERİ VƏ DƏYƏRİ. Azərbaycan Türk Oğuz yurdudur və biz qədim tarixə malik olan Oğuz Türkləriyik. Biz Türklərin tarixində qadın, xatun və ya xanım dəyərli və əvəz olunmazdır. Dünya tarixinin səhifələrini aramla incələsək türklər qədər qadına dəyər vərən, qadını ucaldan ikinci bir millətin olmadığ...
ANL
Xəzər sabitlik və əməkdaşlıq dənizinə çevrilir. "QƏBUL OLUNAN KONVENSİYA BÜTÜN XƏZƏRYANI DÖVLƏTLƏRİN MARAQLARINA CAVAB VERİR". Avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin prezidentlərinin V zirvə toplantısında Xəzər dənizinin hüquqi statusuna dair qəbul olunan konvensiya tarixi razılaşma olm...
ANL
Bədii düşüncənin ali ifadə modeli: Məmməd Araz poeziyası. Allahverdi EMİNOV. Tanınmış pedaqoq və ədəbiyyatşünas-yazıçı Allahverdi Eminov uzun illərdən bəri Xalq şairi Məmməd Arazın poeziyasını araşdırmaqla məşğuldur. Məmməd Arazın poeziyası fəal estetik və intellektual qüvvədir, şeir - mətn bir hərəkətdir, jestdir...
ANL
Gülxar Həsənovanın anadan olmasının 100 illiyi qeyd olunacaq. Prezident İlham Əliyev avqustun 15-də görkəmli opera müğənnisi, Xalq artisti Gülxar Həsənovanın anadan olmasının 100 illiyinin keçirilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Gülxar Həsənovanın 100 illik yubileyinə həsr olunmuş tədbirlər planının...
ANL
Xüsusilə, bölgədə yaşayıb, yazdıqlarını Bakıda çap etdirmək çox ağır, üzücü iş idi. Lakin Ə.Mədətoğlu bütün bunların öhdəsindən vaxtında gələ bilmişdi. Adi, zəhmətkeş bir ailədə böyüyən, ali təhsil alan, sonra özünə çətinliklə yuva quran bir şair üçün ən ağır, ağrılı, çəkiləsi çətin olan yük, qurduğun yuvanın, bütöv...
ANL
Səhnəmizin Hamleti. İsfəndiyar VAHABZADƏ. Allah ondan heç nəyi əsirgəməmişdi. Boy-buxun, yaraşıq, gözəl nitq qabiliyyəti, jest, davranış, ən başlıcası mərdlik, sözündə bütövlük, əyilməzlik. Mən Mədəniyyət nazirinin müavini işləyən vaxtlarda dəfələrlə Fuad Poladovla görüşmək istəmişdim. Məndən qaçırdı. Çünki heç yerdə ...
ANL
Dünya mediası X Qəbələ Beynəlxalq Musiqi Festivalından yazır. "Mən bir neçə gün əvvəl gözəl Qəbələ şəhərində oldum, israilli dostlarımla birgə Yerusəlim Simfonik Orkestrinin ifasında Sergey Raxmaninovun fortepiano və orkestr üçün 4 nömrəli konsertini dinlədim. Mən oturub fikirləşirdim: Azərbaycan Respublikası - Cənu...
ANL
Zülfünü bənd eləyib, etmisən eşqində əsir, Vədəmiz oldu tamam, eşqimi elanə gəlim. Ayrılıq dərdi mənim əldən alıb taqətimi, İxtiyar səndədi, ey gözləri məstanə, gəlim. Gecə röyadə səni zülfi-pərişan görürəm, Əllərim zülfi-pərişanına bir şanə, gəlim. Səndə bu dərdlərimin çarəsini mən görürəm, Vəslinə yetmək üçün son ...
ANL
Təvəzökarlıqdan kənar olsa da, ömrümün 70-ni haqlayan çağlarında cavanlıqdan bəri hələ ki, indiyəcən oturub-durduğum, qədimi dostların istər üzümə, istərsə də hətta mətbuat səhifələrində haqqımda "Aydın etibarlı, sədaqətli adamdır" kəlmələri qəlbimdə (lovğalıq, ədəbazlıq yox) daxili bir qürur hissi oyadırdı. Az qa...
ANL
“Azərbaycan” jurnalının avqust sayında Rəşad Məcidin şeirləri dərc olunub. Müəllifin ad günü ərəfəsində həmin şeirləri oxucularımıza təqdim edirik. Əvvəl qəlbin çırpınacaq. Tora düşmüş quş kimi, Sonra gözün yol çəkəcək. Gələnin varmış kimi. Sonra havan çatmayacaq. Sənə zindan tək gələcək. Yaşadığın qəfəsin. Səsdən ...
ANL
Rosas idarəetmə ilə məşğul olmurdu, o, bu sözün ümumi qəbul edilən mənasında hökmranlıq da etmirdi. Aylarla evindən çıxmamaqla, heç kəsi görmədən o, yalnız hərbi hərəkətlərə, intriqalara, casusluğa rəhbərlik edirdi. Masorka vasitəsilə özünün iyrənc siyasətinin bütün qollarını hərəkətə gətirir, nəsə müharibənin x...
ANL
Tənhalığın simfoniyası. Şahanə MÜŞFİQ. Əlifbanı təzə öyrənməyə başlayanda bir faydasız vərdiş formalaşmışdı məndə - sözün ilk hərflərini oxuyub, qalanını öz fantaziyama uyğun düzüb-qoşurdum. Elə bil bir sözü sona qədər oxumağa səbrim çatmırdı. Demək olar ki, hər dəfəsində də ilk hərflərdən uydurduğum söz səhv ç...
ANL
Əjdər Olun adamları. Yay aylarının üstün tərəflərindən biri də mütaliə imkanı verməsidir. Bəzən yeni kitabların qatı açılmamış səhifələrindən əvvəllər heç tanımadığın müəllifin cümlələrini oxuyub adamın kələyini kəsən istiyə şükür edirsən. Elə bu yayın da çağdaş reklamların dili ilə desək, daha bir fürsəti Əjdər...
ANL
Özbəkistan görüşləri. Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri. Avqustun 6-da Özbəkistan Yazıçılar İttifaqının dəvətiylə mən və dramaturq Firuz Mustafa Beynəlxalq konfransda iştirak etməkçün Daşkəndə yola düşdük. İki saat sürən uçuşdan sonra İslam Kərimov adına Beynəlxalq Hava Limanında bizi Özbəkist...
ANL
Nədənsə, hamıya elə gəlir ki, insanın ata-anasına məhəbbəti sövq-təbii bir hissdir, heç bir sual doğurmamalıdır. Gözünü açdınmı, ata-ananı sevməlisən. Onun işıqlı kabineti, rəngli jurnallar, bu jurnalları yazmağım, hətta otağın döşəməsinə salınmış boz kovrolit belə yadımdadır. Bakıya gələndə gəzməyə getməyimizi, ...
ANL
Elm və sənətin qələbələr yolunda. Sadıq ELCANLI. Dağlarında-düzlərində Dədə Qorqud dastanları yaşayan, yollarında Xudafərin körpüləri həsrət heykəlinə dönən, səmalarında Dərbənd, Ərk, Şuşa qalaları əbədiyyət nəğməsi oxuyan, Tovuzun bir yaz çəmənində bənövşəsi sevdalanan qayım-qədim və tər-təzə bir dünyanın yoll...
ANL
Aləm Kəngərlinin “Naməlum adam” adlı yeni kitabı çap olundu. Bugünlərdə şair Aləm Kəngərlinin “Naməlum adam” yeni kitabı işıq üzü görüb. Kitabda müəllifin bir povesti və on yeddi hekayə cəmlənib. Kitabın adı povestin adından götürülüb. Kitabın ön söz müəllifi Xalq şairi Sabir Rüstəmxanlı, redaktoru filologiya üzrə fə...
ANL
Müsahibimiz Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadədir. - Ziyad müəllim, bildiyiniz kimi, bu günlərdə tarixi hadisə baş verdi, Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında Xəzər dənizinin hüquqi status...
ANL
Şahanə MÜŞFİQ. Uşaqlar üçün nəzərdə tutulmuş hər şeyi sevirəm, xüsusən də kitabları. Fikrimcə, hər bir uşaq ta kiçik yaşlarından kitaba öyrəşdirilməlidir. Hələ hərf tanımasalar da, yaşlarına uyğun çeşidli şəkilli jurnal və kitablarla onlarda kitaba maraq və həvəs oyatmaq olar. Hərfləri tanıdıqdan, sərbəst oxuya bi...
ANL
Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın imzalanması tarixi nailiyyətdir. BU TARİXİ RAZILAŞMA NƏTİCƏSİNDƏ DONDURULMUŞ VƏ MÜBAHİSƏLİ YATAQLAR BİRGƏ İŞLƏNƏCƏK, XƏZƏRYANI DÖVLƏTLƏRƏ VƏ XALQLARA FAYDA GƏTİRƏCƏK. “Aktauda Xəzəryanı ölkələrin dövlət başçılarının Xəzər dənizinin hüquqi statusuna dair Konvensi...
ANL
Bədii düşüncənin ali ifadə modeli: Məmməd Araz poeziyası. III məqalə. Allahverdi EMİNOV. Tanınmış pedaqoq və ədəbiyyatşünas-yazıçı Allahverdi Eminov uzun illərdən bəri Xalq şairi Məmməd Arazın poeziyasını araşdırmaqla məşğuldur. Şair gecə də Xəzərimizi seyr edir, axşamlar Bakımızın mənzərəsi qeyri-adi enerji payla...
ANL
Şəxsiyyətinə və imzasına böyük hörmət bəslədiyim, publisistik yazılarını, şeirlərini sonsuz həvəslə oxuduğum, televiziya və radioda, ədəbi məclislərdə, yubiley yığıncaqlarında ürəyimdən xəbər verən çıxışlarını maraqla dinlədiyim Flora xanım Xəlilzadə yubiley yaşındadır. Universitet auditoriyalarında, uzun illər ...
ANL
Çünki nədən, kimdən yazmasına baxmayaraq, hər zaman həqiqəti yazır, qəlbindən keçəni yazır, bəlkə də elə bu səbəbdən oxucu rəğbəti qazanır. Xalq şairi Məmməd Arazın poeziya bulağından su içən, professor Qulu Xəlilovdan dərs alan Flora Xəlilzadə başqa cür yaza bilməz. Müsahibələrindən birində "Mənim ruhumda böyü...
ANL
Aşıq Şəmşir - xalq ruhunun tərcümanı. Bu il Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi, Əməkdar incəsənət xadimi Aşıq Şəmşirin 125 illiyi tamam olur. Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, bu münasibətlə C.Cabbarlı adına Mərkəzi Kitabxananın oxu zalında Qax rayon S.Vurğun adına Mədəniyyət Mərkəz...
ANL
Əsgər atası. İttifaq MİRZƏBƏYLİ. Rəngin səbəbi. Bazar günləri yorğunluğu azaltmaq, iş həftəsinin stressini atmaq üçün hansısa kitabı vərəqləmək, ənənəvilikdən kənar olan yaradıcı insanların əsərlərinə baxmaq istəyirəm. Bu dəfə "Kaspi" qəzetinin artkaspi.az əlavəsində mərhum şair, tərcüməçi və rəssam Adil Mirseyidin rə...
ANL
Zireh - daxildəkini, gözlənilən xarici təhlükədən qorumaq üçün geyim. Bununla yanaşı, bu zirehlər cansızdır və çox nadir hallarda qorumalı olduğu cismi, sözün əsl mənasında, xətasız-bəlasız, təhlükədən uzaq tutmağa qadirdir. Əbəs yerə “gözlənilən” təhlükə demirik, bilinən bir təhdid peyda olmadığı müddətcə zirehə...
ANL
“Ağ göl”ün roman iqlimi və ya Pircahanın tanış hekayəsi. Rəvan CAVİD. Bəzi kənd romanları şəhər romanlarının yazılmasına zəmin yaradır, hətta bəzən hər hansı bir şəhər romanında kənd romançısının detallarına, üslub texnikalarına, mövzu rənglərinə rast gəlmək olur. Bu növ kənd romanları ötən əsrdə Türkiyə romanında post...
ANL
Xəzrisi damları da, qumları da göyə sovuran, gilavarı isti havanı ciyərlərinə doldurub ürəyini bir az daha darıxdıran. Ümumiyyətlə bu möcüzə şəhəri anlamaq olmur. Bakının füsunkar təbiəti, yaşamaq üçün gözəl şəraiti tarixən olmayıb. Hələ ötən əsrin əvvəllərində kustar üsulla neft çıxarılmasının ekologiyaya vurd...
ANL
Şahmar Ələkbərov cəmi 49 il yaşayıb, amma bu müddətdə yaratdığı obrazlarla, çəkdiyi filmlərlə adını əbədi olaraq kino tariximizə yaza bilib. AZƏRTAC xəbər verir ki, bu günlərdə görkəmli kino aktyoru və rejissor Şahmar Ələkbərovun anadan olmasının 75-ci ildönümü tamam olub. Azərbaycan İncəsənət İnstitutunun aktyorlu...
ANL
Müasir Azərbaycan qadınının parlaq siması. Azərbaycan qadını həmişə öz iradəsi və mərdliyi, sədaqəti, ailəyə, milli-mənəvi dəyərlərimizə bağlılığı ilə cəmiyyətimizin həyatında, Azərbaycan dövlətçiliyinin güclənməsində, xalqımızın milli-mənəvi dəyərlər sisteminin formalaşmasında mühüm rol oynayıb. Tarixin bütün dö...
ANL
YAXUD VƏFA FƏTULLAYEVANIN İMTİNALARI VƏ İTKİLƏRİ. Hamımızın sevimli “Göz həkimi”... Hətta baxmayanların da dillər əzbəri olan televiziya tamaşasında əsas rollardan birini oynayan sevimli sənətkarımız... Azərbaycan milli səhnəsində misilsiz dramatik rollar ifaçısı. Tükənməz coşğu, səngiməz temperament, emosiyalar daşı...
ANL
Yubiley yazılarını sevmirəm. Nə yazmağı, nə də oxumağı... Yubilyar kreslosunda oturub tərif dinləyənlər də həmişə məni təəccübləndirib. Doğrudanmı, insanların, yaradıcı, fədakar, ciddi adamların bu cür səhnələşdirilmiş “yubiley oyunları”na hansısa mənəvi ehtiyacı var? Yəni insanların həmin adam haqqında bildikləri...
ANL
Ələkbər Əminin işıqlı uşaq təbəssümü. Şahanə MÜŞFİQ. Gəncliklə uşaqlıq arasında anlaşılmaz bir keçidin üzərində “yol gedirdim”. İlk dəfə onda elə bilmişdim uşaqlığım işıq sürətilə məndən uzaqlaşdı, bütün gözəl xatirələrim bu sürətin yaratdığı bircə anlıq təkanla başıma uçdu. Asan deyildi gülüş dolu, qayğısız uş...
ANL
Sözdən imarət tikənlər. BARAT VÜSALLA İKİ SÖHBƏT. Şahnaz ŞAHİN. Birinci söhbət. Adamlar var ki, onlarla ədəbiyyat haqqında ədəbiyatçı kimi tutur söhbətin. Elə sənin müxtəlif qayğılar burulğanında batdığın, ciyərinə çəkməyə bir udum hava tapmadığın zaman yetirir özünü sənə! Çoxfunksiyalı, imkanlı telefonu götürüb yığd...
ANL
Azərbaycan-Polşa münasibətlərinin tarixinə qısa ekskurs və Qarabağ. Azərbaycan və Polşanın müasir diplomatik münasibətlərinin tarixi nisbətən qısa bir dövrü əhatə edir. Lakin iki xalq arasındakı dostluq və əməkdaşlıq ənənələri bir neçə əsr öncədən mövcud olmuşdur. Hələ XV əsrdə, xüsusən Ağqoyunlu dövlətinin hökmd...
ANL
Bir daha Ağaoğlu Məhəmməd haqqında. Görkəmli tədqiqatçı-alim, hörmətli səfir Vilayət Quliyevin “525-ci qəzet”in şənbə buraxılışlarında dərc olunmuş, həqiqətən, dünya şöhrətli azərbaycanlı sənətşünas Məhəmməd Ağaoğlunun həyat və yaradıcılığından bəhs edən, böyük zəhmətin bəhrəsi olduğu aydın sezilən və nəhayət, vətən, x...
ANL
Bu döyüşün nəticəsində silah-sursat, canlı qüvvə baxımından qat-qat güclü yunan ordusu üzərində parlaq qələbə qazanılıb, işğalçılar Sakarya çayının qərb hissəsindən qovulub, düşmənin Qurtuluş savaşının simvolu və dirəniş mərkəzi hesab edilən Ankara arzusu birdəfəlik puç olub. Təsadüfi deyil ki, Sakarya dastanı u...
ANL
Bədii yaradıcılıqda özünəməxsusluq modeli: Elçin Mirzəbəyli poeziyası. Hüseynağa QƏNİYEV. Yaradan insandan başqa bütün varlıqları təbiəti və təyinatı ilə birgə yaratdı. İnsana isə öz əlaməti olan yaradıcılıq istedadı verdi ki, şüurlu, azad insan təbiətini və təyinatını özü yaratsın. Düşüncə tərzimə uyğun olmasa da...
ANL
Anar müəllimin heyrəti. Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar avqustun 6-da Özbəkistan Yazıçılar İttifaqının dəvətilə beynəlxalq konfransda iştirak etməkçün Daşkənddə səfərdə olub. Özbəkistan Respublikası Prezident Aparatı Mədəniyyət şöbəsinin müdiri, yazıçı və tərcüməçi Məmmədqul Həzrətqulov...
ANL
Ülviyyə HEYDƏROVA. Dualar içində. Birinci dəfə idi ki, yazım məni xəyallarıma, yaxın-uzaq keçmişimə, səmanın hansısa qatına yox, əlimdən tutub Avropaya apardı. O lap böyüklər kimi viza məsələmi, gediş-gəliş biletimi, otelimi həll etdi. "Adamın adamı" zamanında yazın səni götürüb Avropanın mərkəzinə pulsuz aparırsa...
ANL
"Türk dünyasının vətəndaş cəmiyyəti institutlarının inkişaf modelləri" müzakirə edildi. Avqustun 27-də Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən Azərbaycanda Atatürk Mərkəzində türk xalqları ədəbiyyatını təmsil edən bir qrup şair və yazıçının iştirakı ilə "Türk dünyasının vətəndaş cəmiyyəti institutlarının inkiş...
ANL
"Türk və Azərbaycan ədəbiyyatında sevgi şeirləri" təqdim edildi. Avqustun 27-də Azərbaycanda Atatürk Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin və Qafqaz İslam Ordusunun 100 illiyinə həsr olunan "Türk və Azərbaycan ədəbiyyatında sevgi şeirləri" adlı antologiyanın birinci cildinin təqdimatı keçirilib. devizi altında ...
ANL
"Əlibaba" ləqəbi ilə düşmənə qan udduran Günnüt qəhrəmanı. Gənclərə örnək ömür yolu. SSRİ kimi böyük imperiyanın dağılmasından, xalqımızın azadlıq uğrunda mücadiləsindən, 20 Yanvar hadisələrindən, müharibənin törətdiyi çətinliklərdən bizi 30 ilə yaxın zaman ayırır. Ölkəmiz, eləcə də onun ayrılmaz parçası olan Na...
ANL
Mədəniyyət müəssisələrinin əməkdaşları üçün seminar-təlimlər. Bakı şəhər Mədəniyyət Baş İdarəsinin təşkilati dəstəyi ilə Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz tərəfindən paytaxtdakı mədəniyyət mərkəzləri, evləri və klublarının müxtəlif ixtisaslı əməkdaşları üçün tematik xarakterli silsilə seminar-təlimlər keçi...
ANL
Xalq yazıçısı Elçinin "Baş" romanı Türkiyənin "İş Bankası Kültür Yayınları" nəşriyyatında nəfis tərtibatda çap olunub. Nəşriyyat əsərlə bağlı geniş şərhlər verməklə, müəllifi oxuculara "Modern ədəbiyyatın ən önəmli təmsilçilərindən" biri kimi təqdim edib. Türk dilinə Azad Ağaoğlu tərəfindən çevrilən roman Elçinin q...
ANL
Xətti və qeyri-xətti proseslərdə təfəkkürün inkişaf motivasiyası. Kainatın ən mükəmməl kəşfinə - insan varlığına məxsus olan ağıl - ağlın sürətli inkişaf dinamikası; düşüncə - düşüncənin dərketmə arealının geniş miqyası; dərrakə - dərrakənin anlama həddinin yüksək hüdudu; idrak - idrakın dərin fəlsəfi yük potensialı; ...
ANL
"Muğam mühiti dövlətimizin böyük diqqət və qayğısı ilə əhatə olunub". XAN ŞUŞİNSKİ FONDUNUN RƏHBƏRİ, FƏAL MƏDƏNİYYƏT TƏƏSSÜBKEŞİ BƏYİMXANIM CAVANŞİROVA-VERDİYEVA İLƏ HƏYAT VƏ SƏNƏT SÖHBƏTİ. Cəmi bir neçə gün sonra - sentyabrın 2-də isə həmin ailənin növbəti üzvü, Bəyimxanım Cavanşirovanın həyat yoldaşı, Xalq a...
ANL
Bakı Dövlət Universiteti Vasili Razumovskinin xatirə - oçerkində. Bizə-yəni bütün xalqımıza doğma olan,milli tariximizin iftixarı Bakı Dövlət Univerisitetinin yüz illik yubleyinə qısa bir müddət qaldı.Millətimizin və dövlətçiliyimizin tarixində hadisə kimi qiymətləndirilən bu universitetin layiqli qiyməti Bakı ...
ANL
Özbəkistanda gördüklərimiz - Daşkənddən reportaj. Özbəkistan son illər turizm sahəsini inkişaf etdirməyə başlayıb. Yaxın illərdə turist sayının daha da artacağını nəzərə alan hökumət, yeni islahatlar keçirir, bu sahəyə xarici investisiyaların cəlbi üçün yeni addımlar atılır. Xarici investorlar müasir otellərin tikinti...
ANL
Bir sıra ad sadalamaq olar dediyim bu səsli-sədalı şəhərlərə misal kimi. Amma mənim üçün bu siyahıda Azərbaycanın sənət beşiyi, ən gözəl güşələrindən biri olan Şuşa şəhəri birinci yerdədir. Muğam dedikdə elə ilk yada düşən bu şəhər haqqında bunu da eşitməmiş deyilik: “Şuşada bələkdəki körpələr də muğam üstə ağlardılar...
ANL
“Mən and içmək istəyəndə əlimi sənin rəsmini gəzdirdiyim sinəmin üstünə qoyuram. Mənim yanımda olacaqsan?! Elə bil ürəyimə yüzlərlə bıçaq saplanıb. Bu bıçaqları daha da dərinə batırma, yalvarıram! Ürək titrədən bu sevgi məktubunun aşağı-yuxarı iki əsr yarım yaşı var. Oxuyanda, səni dərhal Jozefina ilə müqayisə el...
ANL
Cahana sığmayan şairin həyatı haqqında düşüncələr. “Bu möhtəşəm ədəbi-elmi abidənin gözəl, dəqiq, maraqlı və uzunömürlü yaranmasında bir kərpic qoyanın da, yüz kərpic qoyanın da zəhməti hörmət və təqdirlə yad edilməlidir”. Bu tarixi sözlər Nəsiminin qəbrini Hələbdə aşkar edən, çağdaşlarımız arasında onu ilk ziyarət e...
ANL
Necəsə azad olmaq istəyirsən bu əzabdan, nə isə uydurmaqla, yaxud duyğularını yaxşı ya pis, səviyyəli ya zəif formada sənətə çevirməklə qurtulmağa çalışırsan. Bəlkə Allah da dünyanı ağrıdan yaradıb və bəndəsinə qoyduğu tələblər də ona görə belə qəlizdi. Nəyəsə, yaxud kiməsə zəhmət sərf edirsənsə, qəddar, tələb...
ANL
Müasir Azərbaycan və dünya rəssamlığının görkəmli nümayəndəsi, Xalq rəssamı Tahir Salahovun 90 yaşı tamam olub. Tədbirdə muzeyin direktoru Səadət Mirzəyeva çıxış edərək rəssamın ev-muzeyinin yaradılmasından və nəzərdə tutulan işlərdən danışıb. Bildirib ki, ev-muzeyində Tahir Salahovun Azərbaycan dövlətinə bağ...
ANL