text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
“Mədəni hüquqların qorunması və milli prioritetlər” müzakirə edilib. Mədəniyyət və Turizm Nazirliyi Ombudsman Aparatı və Müəllif Hüquqları Agentliyi ilə birgə “Mədəni hüquqların qorunması və milli prioritetlər” mövzusunda dəyirmi masa təşkil edib. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, tədbiri giriş sözü... | ANL |
“Divani-Hikmət”də Fikrət Sadıq təntənəsi. “Divani-Hikmət” mədəni məclisində görkəmli şair Fikrət Sadıqın 80 illik yubileyi münasibətilə tədbir keçirilib. Şairin ailəsi tərəfindən təşkil olunan mərasimdə yubilyarın qələm dostları, tanınmış elm və sənət adamları, doğmaları iştirak ediblər. Tədbir şairə həsr olunan “Pəncə... | ANL |
Keçən ay Almaniyanın Ştutqart şəhərində ilk təqdimat mərasimi keçirilən “Ümid yeri“ filmi bugünlərdə Gənc Tamaşaçılar Teatrında Azərbaycan ictimaiyyətinə təqdim olundu. Almaniyanın “ Zudist – medicagentur e.K” və Azərbaycanın “ Salnamə” sənədli filmlər studiyasının birgə istehsal filmin rejissoru və ssenari müəllifi əs... | ANL |
Musiqiylə və Polşa sevgisiylə döyünən böyük Ürək. Polyak milli musiqisinin klassiki, dünya şöhrətli bəstəkar Friderik Şopen 1810-cu ildə Varşava yaxınlığındakı Jelyazova Volya qəsəbəsində anadan olub. Şopenin doğum tarixi haqqında müxtəlif fikirlər söylənilir. Rəsmi sənədlərdə onun 22 fevralda dünyaya gəldiyi və xaç at... | ANL |
Azərbaycan və Sloveniya: Mədəni əlaqələr yeni inkişaf mərhələsində”. Bu gün Azərbaycan dünyada beynəlxalq əməkdaşlıq, o cümlədən strateji tərəfdaşlıq üçün çox böyük əhəmiyyətə malik olan bir dövlət kimi tanınır. Xüsusən də, enerji və nəqliyyat layihələrinin həyata keçirilməsində Azərbaycanın müstəsna rol oynaması, eləc... | ANL |
Tarzən Zamiq Əliyevin yubileyi Beynəlxalq Muğam Mərkəzində qeyd olunub. Beynəlxalq Muğam Mərkəzində tanınmış tarzən, xalq artisti, Zamiq Əliyevin 60 illik yubileyinə həsr olunan mərasim təşkil edilib. Yubilyarın 40 illik yaradıcılığına həsr edilmiş videomaterialın nümayişi ilə başlanan mərasimi giriş sözü ilə xalq şair... | ANL |
Ağcabədidə III Kitab Bayramı. Ağcabədi şəhərində rayon mədəniyyət və turizm şöbəsinin təşkilatçılığı ilə III Kitab bayramı keçirilib. Tədbirdə mərkəzləşdirilmiş kitabxana sisteminin direktoru İradə Allahverdiyeva, Qarabağ Muğam Mərkəzinin direktoru Aydın Məmmədov, şair Tahirə İsaqızı və başqaları çıxış edərək kitabsevə... | ANL |
“İşıq adamı” – Nəriman Əbdülrəhmanlı yaradıcılığına bir baxış. Tanınmış ədəbiyyatşünas Sabir Bəşirovun yeni nəşr olunan “İşıq Adamı” kitabı Azərbaycan ədəbiyyatında ötən əsrin 80-ci illər nəslinə mənsub dəyərli qələm adamlarından biri, istedadlı nasir, kinodramaturq, publisist və tərcüməçi Nəriman Əbdülrəhmanlıya həsr ... | ANL |
Gəncə şəhər Mərkəzi Kitabxanasının oxu zalında “Rəsul Rzanın söz dünyası” adlı ədəbi-bədii gecə keçirilib. Tədbiri Gəncə şəhər MKS-nin direktoru Elmira Əliyeva açaraq prezident İlham Əliyevin R.Rzanın 100 illik yubileyinin keçirilməsi ilə bağlı imzaladığı sərəncamın əhəmiyyətindən danışıb: “Ölkə başçısının imzaladığı b... | ANL |
(Əvvəli ötən saylarımızda). Arsen: – Əlbəttə, millətlə millətçiləri qarışdırmaq istəməzdim. Əks-təqdirdə ədalətsizliyə yol vermiş olardım, babalarımın ruhu məni bağışlamazdı. Müsəlmançılığı qəbul etmək fikrinə düşsəm də, əslən erməni olduğumu dana bilmərəm. Buna baxmayaraq, içimizdə olan insan qiyafəli iblislərə, qonşu... | ANL |
Dubay – müasir dövrün möcüzəsi. Deyirlər pul hər şeyi həll edir. Amma pulu düzgün istiqamətləndirmək üçün ağıl və zəkanın olması da önəmlidir. Bu zaman istədiyin nəticəni ala bilərsən. Hətta səhrada cənnət belə yaradarsan. Örnəyi bu gün bütün dünyada məşhur olan və hamının görməyi arzuladığı Dubaydır. 1971-ci ildə Böyü... | ANL |
1 İyun Uşaqları Beynəlxalq Müdafiə Günü silsilə tədbirlərlə qeyd olunub. Ölkənin müxtəlif mədəniyyət ocaqlarında 1 İyun – Uşaqları Beynəlxalq Müdafiə Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib. R.Mustafayev adına Dövlət İncəsənət Muzeyində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə “Uşaq İncəsənət Festiv... | ANL |
Bakıda Rusiya Kinosu Günləri başlayıb. Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino evində Mədəniyyət və Turizm Nazirliyi və Rusiya Kinosunun İnkişafına Dəstək Fondunun birgə təşkilatçılığı ilə Rusiya Kinosu Günlərinin açılışı keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin Kino departamentinin rəisi Cahangir Məmmədov iy... | ANL |
“Mənim nəğməkar ürəyim” Yazıçılar Birliyində təqdim edilib. Azərbaycan Yazıçılar Birliyində şair-publisist Hacı Cabir Xəlifəzadənin anadan olmasının 75 illiyi və “Mənim nəğməkar ürəyim” kitabının təqdimatı keçirilib. Bu barədə birliyin mətbuat katibi, şair Ədalət Əsgəroğlu məlumat verib. Birliyin katibi, xalq şairi Fik... | ANL |
Qəşəm Çıraqlının yeni şeirlər kitabı işıq üzü görüb. Bu yaxınlarda “Çinar-Çap” nəşriyyatında şair Qəşəm Çıraqlının “Bir işıq ucundan tutub gedirəm” kitabı nəşr olunub. Kitabın redaktoru, Vahid Poeziya məclisinin sədri Hacı Rafiq Əliyev nəşrə “Təxəllüsü şeirinə işıq saçır” adlı ön söz yazıb. Ön sözdə şairin yaradıcılığı... | ANL |
Görkəmli xanəndə Ağabala Abdullayevin 100 illiyi qeyd olunub. Sumqayıtdakı “28 May” mədəniyyət evində görkəmli xanəndə Ağabala Abdullayevin 100 illik yubileyi qeyd olunub. Bu barədə mədəniyyət evindən məlumat verilib. Qubadlı və Füzuli rayonlarının rəhbərliyi tərəfindən təşkil olunan gecənin aparıcısı, Mədəniyyət və Tu... | ANL |
Mikayıl Mirzə təbiəti. Atam təbiəti çox sevərdi. O təbiətə çoxlarının baxa bilmədiyi gözlə baxırdı. Elə bir gözlə ki orada yaradıcı təxəyyül və bu təxəyyüldən ürəkdə məhəbbət, dəli bir təbiət vurğunluğu baş qaldırırdı. Hərdən təbiətə biganə münasibət görəndə kövrəlirdi də. Ən çox sevdiyi təbiət mənzərəsindən Ağsu aşırı... | ANL |
Dubay – müasir dövrün möcüzəsi. Dubaya səyahət edənlərin baş çəkdikləri ünvanlardan biri də musiqili fəvvarənin yerləşdiyi ərazidir. Bu fəvvarəyə insan nə qədər tamaşa etsə də, yorulmur. Azərbaycanlı jurnalistlərə bu mənzərəni seyr etmək imkanını “flydubai” şirkətinin baş direktoru Qeyt əl-Qeyt yaratdı. Dubaya səfərimi... | ANL |
R.Ağayev Azərbaycanın zəhmətkeş ailəsində doğulub və ailədə 9 uşaq olublar. Özü ehtiyatda olmasına baxmayaraq, qardaşlarından 3-ü Azərbaycanın hüquq mühafizə orqanlarında çalışır. Onun hərb sahəsinə marağı uşaq yaşlarından başlayıb. Özünün dediyi kimi, polkovnik rütbəsində olan dayısı onlara qonaq gələndə mündirini böy... | ANL |
Suzen Dark və ya məhəbbət piri. Azərbaycanın xalq şairi Fikrət Qocanın yaradıcılığında nəsr nümunələri önəmli yer tutur. Görkəmli şair yaradıcılığının hələ lap ilk dövrlərindən öz ədəbi missiyasını proza və poeziyanın vəhdətində görüb və ədəbiyyatın hər iki qolundan zaman-zaman böyük ustalıqla bəhrələnə bilib. Fikrət Q... | ANL |
BU ÖLKƏDƏ HƏR KƏS MƏNDƏN DƏ DƏLİDİ... Türkiyənin dəli, dahi şairi Lalə Müldürü şeir festivallarına dəvət etməyənlər haqqında deyir : onlar məni dəli hesab eləyirlər.Mən də yeni yazdığım kitabımda onlara cavab verəcəm. 1956- cı ildə Aydında doğulub.Fəqət Aydını heç xatırlamadığını deyir.Robert Kolecini bitirdikdən sonra... | ANL |
Şairlər dünyanın dərdini yazar, Dərdlər tapışarlar, arxalaşarlar;. Ölümün yumurtasını onun yarasına qoymasından 37 il keçmişdi. Lorka da göz vurmaq istədi, amma gözləri yumuldu və bir daha açılmadı. O gün qaraçıların nəğmələri güllələndi. Frankoçuların etnik təmizləməsində 15 min adamın gövdəsi gülləylə öpüşdü. Son ill... | ANL |
Ölkə prezidentinin 2007-ci il 24 avqust tarixli sərəncamı ilə 150 cildlik dünya ədəbiyyatı seriyasından kitabların Azərbaycan türkcəsində çapına başlanılması ölkənin ədəbi-mədəni həyatında böyük səs-küyə səbəb oldu. Bu kitabların kimlər tərəfindən tərcümə olunması, çapa necə və hansı səviyyədə hazırlanması çox böyük da... | ANL |
Qarabağın dünəni və bu günü Aqil Abbasın gözüylə. Çağdaş nəsrimizin tanınan simalarından biri olan Aqil Abbas özünəməxsus yazı manerası, üslub özəlliyi ilə ədəbiyyatımızda yeni bir cığır açıb. A. Abbas yaradıcılığını sanki əsrlərin o tayından üzü bu yana at çapan türk oğlunun qılıncının zərbindən və atının ayaqlarından... | ANL |
Dəyişən saçın rəngidir. Yadımdadır, ötən əsrin 70-ci illərinin əvvəllərində Azərbaycan Dövlət Teleradio Verilişləri Komitəsində eyni redaksiyada birlikdə çalışdığım şair dostum Dilsuz Mustafayevi o çağlarda hansısa bayram ərəfəsində Xalq şairimiz Süleyman Rüstəmdən müsahibə almağa göndərmişdilər. Son dərəcə həssas olan... | ANL |
AZƏRBAYCANIN YOL GÖSTƏRƏNİ. Həyatının mühüm bir faktı Həsən bəyə hücumları daha da gücləndirmişdi. Bu da ailə həyatı qurması ilə bağlı idi. Tale onun qarşısına gənc və yaxşı təhsil görmüş dağlı qızı Hənifə Abayevanı çıxarmışdı. Hənifə xanım mənşəcə balkar idi. Qarlı Elbrusun ətəklərində yaşayan türk əsilli kiçik Balkar... | ANL |
Nəşrlərdə kənara qoyulmuş mətbu əsərləri. Bu tarixi xalqımız milli bayram kimi qeyd edəcəkdir. Hazırlıq işləri artıq başlanmışdır. Üzeyir bəyin, onun zəngin irsinin pərəstişkarı kimi mən də, neçə ildir ki, bu dahi şəxsiyyətin yaradıcılıq irsini, xüsusilə bu vaxtadək olan nəşrlərdə kənara qoyulmuş, hətta heç yerdə adı b... | ANL |
Deyirlər, böyük insanlar haqqında yazmaq çətindir. Başa düşürəm, çətin olmaqla bərabər həm də məsuliyyətli işdir. Amma lütfən, icazə verin, xofu və hürküsü adamı uzaqdan vuran, daha doğrusu, qarabasma qədər vahiməli olan bu gəlişigözəl sözlərin mənim üçün Bakıdan Şamaxıya qədər uzaq olduğunu bəri başdan nəzərinizə çatd... | ANL |
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qala Festivalı keçirilib. Bakının Xəzər rayonunun Qala qəsəbəsində “Qala” Dövlət Tarix Etnoqrafiya Qoruğunun ərazisində Qala festivalı təşkil olunub. Festivalda Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili, Mehriban Əliyeva və Fondun ... | ANL |
Əyyub Quliyev “Musiqi Olimpi” üçün seçilən 3 dirijordan biri olub. Mayın sonlarında Sankt-Peterburq şəhərində əsl klassik musiqi təntənəsi yaşanıb. Şəhərin ən əhəmiyyətli mədəni hadisələrindən biri olan “Musiqi Olimpi” XV Beynəlxalq Festivalına mayın 25-də Marinsk Teatrında start verilib. Festivalın poqramına 14 ölkəni... | ANL |
Muzey Mərkəzinin sərgi qalereyasında “Belarus bu gün” fotosərgisi keçirilib. Belarus Dövlət Teleqraf Agentliyi – BELTA, Belarusun ölkəmizdəki səfirliyi və “Azərbaycan-Belarus” Dostluq və Əməkdaşlıq Cəmiyyəti tərəfindən təşkil olunan epozisiyada BELTA xəbər agentliyi fotomüxbirlərinin Belarusun təbiəti, siyasət, mədəniy... | ANL |
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Kulturoloqların II Milli Forumu keçirilib. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, “Mədəni müxtəliflik sosial-siyasi dəyər kimi” mövzusuna həsr olunmuş tədbirin məqsədi Azərbaycanda mədəniyyətin təbliğini, təşviqini, qorunmasını və bu sahədə elmi tədqiq... | ANL |
Mustafa Çəmənlinin “Fred Asif” kitabının yeni nəşri təqdim olunub. Ötən gün Yazıçılar Birliyində, tanınmış yazıçı və publisist Mustafa Çəmənlinin Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmova həsr olunmuş “Fred Asif” kitabının yenilənmiş nəşrinin təqdimat mərasimi keçirilib. Tədbirin aparıcısı, yazıçı-dramaturq Əli Əmi... | ANL |
Hamısı araşdırmaçı, hamısı qələm əhlidir: Azərbaycan ədəbiyyatı üzrə Türkiyədə ən görkəmli mütəxəssislərdən biri, ölkəmizdə də yaxşı tanınan professor Yavuz Akpınar, Türkiyə Milli Təhsil Nazirliyi Təlim və Tərbiyə Kurulunun başçılarından biri Ömər Özcan, hüquqşünas professor, üç il öncə Bakıdan böyük sevgilərlə ayrılmı... | ANL |
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış. Hörmətli oxucular, bu məqalədə təhsilin idarəolunması, bu sahədə mövcud problemlər və onların həlli yolları barədə mülahizələrimi diqqətinizə təqdim etmək istəyirəm. Məlumdur ki, müasir dövrdə menecment, başqa sözlə fəaliyyətin təşkili və idarə olunması ... | ANL |
Dubay – müasir dövrün möcüzəsi. “Burc Xəlifə”nin yaxınlığında yerləşən “Dubai Mall” həm də dünyada ən böyük ticarət mərkəzlərindən biri sayılır. Ticarət mərkəzi deyəndə ağlınıza yalnız alış-veriş gəlməsin. Əvvəlki yazımda qeyd etmişdim, Dubaydakı ticarət mərkəzlərinin birinə daxil olmaqla insan bütün istəklərini həyata... | ANL |
AMEA Mərkəzi Elmi Kitabxanası müasir informasiya məkanında. Son illər ərzində milli elmi potensialın güclənməsi, elmi infrastrukturun genişlənməsi və inkişaf etməsi, yeni tədqiqatlar, yanaşma və metodologiyalarla zənginləşməsi, qlobal xarakter alması, inteqrasiyaya açıq və hərtərəfli olması ölkədə gedən proseslərlə sıx... | ANL |
Ötən ilin sentyabr ayından başlayaraq, “Bizim 100 yaşımız var” layihəsi çərçivəsində öz sevimli tamaşaçıları ilə müxtəlif maraqlı görüşlər keçirən Azərbaycan Dövlət Musiqili Komediya Teatrı balaca seyrçilərini də unutmur. Həftənin şənbə və bazar günləri göstərilən uşaq tamaşalarından öncə onlar gənc rejissor Elvin Mirz... | ANL |
Muxtar müəllim, yaxud müəllimlərimin müəllimi. Mən xoşbəxtəm ki, həm orta məktəbdə, həm də xüsusilə Universitetdə çox böyük dilçi müəllimlərdən dərs almışam; onların yalnız məşhur (və mənim üçün doğma!) adlarını çəkmək kifayətdir ki, şair demiş, “qəziyyə məlum” olsun: Muxtar Hüseynzadə, Əlövsət Abdullayev, Ağamusa Axun... | ANL |
Alim Qasımov və David Vendettanın klipinin təqdimatı olub. Böyük xanəndə Alim Qasımovla məşhur fransalı dicey və bəstəkar David Vendettanın birgə oxuduqları “İ am your goddes” mahnısına çəkilən klipin təqdimatı keçirilib. APA-nın məlumatına görə, layihəni həyata keçirən “Mamedia” şirkətinin prezidenti və layihənin prod... | ANL |
Bədii publisistikanın yeni uğuru. Son illər bədii publisistikaya maraq xeyli artıb. Bu da onunla əlaqədardır ki, keşməkeşli zəmanənin ən zəruri problemləri haqqında nüfuzlu qələm sahiblərinin sözlərini eşitməyə böyük ehtiyac var. Belə nüfuzlu qələm sahiblərindən biri də tanınmış yazıçı – publisist Ziyəddin Sultanovdur.... | ANL |
Suzen Dark və ya məhəbbət piri. Fatma xanım səsə oyandı. Gözünü açdı, başının üstündə Suzen xanımı gördü. Gülümsündü, gecəki əhvalatı xatırladı, sifətindəki təbəssümün yerini donuq, soyuq bir ifadə aldı. Deyəcəksiz ki, bu arvad gecə başıma oyun açır, səhər də yatmağa qoymur. Yaxşı elədin oyatdın. – Dedim səhər yeməyinə... | ANL |
“Sarsılmaz mövqe” cəngavərləri. Çexov həyatda olmasa da, qələmi ilə həyat verdiyi buqələmunlar hələ də ömür sürürlər. O, maşınını yeni salınmış parkın yanında saxlayıb, küçənin əks tərəfindəki zirzəmiyə, nəyisə kompyuterdə çap etdirməyə getmişdi. Oğlu maşında oturub, atasının aldığı dönər bükülmüş kökəni iştahla yeyird... | ANL |
Azərbaycanlı gənc bəstəkarın musiqisi Litvada səsləndirilib. Heydər Əliyev Fondunun dəstəyi ilə Nyu York Manhetten Konservatoriyasının bəstəkarlıq üzrə magistraturasında təhsilini davam etdirən gənc musiqiçi Türkər Qasımzadə yeni uğurlara imza atmaqdadır. Onun “Boş otaqlar” adlanan yeni əsəri bu yaxınlarda Litvada keçi... | ANL |
Suzen Dark və ya məhəbbət piri. Qəfər kişi Əşrəfi “Günəşli”nin qapısında qarşıladı. Az qala ümidimi üzürdüm. Səhər də gec oyandım. Bir az ləngidim. Yox, istirahət evinə yox, yaxında balaca bağ var, xudmani bir yerdi, gözəl yeməklər verirlər. Bir müddət yanaşı addımladılar. Səndən kəndimizin ətrini aldım. Az şey yadımda... | ANL |
Şair Aslan Kəmərli anılıb. Qazax rayonunun Kəmərli kəndində. Aslan Kəmərli adına orta məktəbdə Qazax Xeyriyyə Cəmiyyətinin , “Məhsəti” Qadın Şairlər İctimai Birliyinin dəstəyi ilə şair Aslan Kəmərlinin anım günü keçirilib. Birlikdən verilən məlumata görə, tədbirdə akademik Teymur Bünyadov, millət vəkili, Azərbaycanda... | ANL |
Kitab Klubunda “Saturnun tövbəsi” təqdim olunub. Kitab Klubunun sərgi salonunda xalq yazıçısı Çingiz Abdullayevin “Saturnun tövbəsi” kitabının təqdimat mərasimi olub. Tədbiri giriş sözü ilə açan tərcüməçi Təbəssüm Muxtarova əsərin süjet xəttindən bəhs edib: “Kitabdakı hadisələr qədim Roma mifologiyasından qaynaqlanır. ... | ANL |
Tarzən Valeh Rəhimovun yubileyi qeyd edilib. R.Behbudov adına Dövlət Mahnı Teatrında Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə tanınmış tarzən, əməkdar artist Valeh Rəhimovun 60 illiyinə həsr olunmuş yubiley mərasimi keçirilib. Tədbirdə çıxış edən akademik Vasim Məmmədəliyev V.Rəhimovun ifaçılıq sən... | ANL |
Suzen Dark və ya məhəbbət piri. Əvvəli ötən saylarımızda. Yeməkxanadan çıxanda Suzen astaca pıçıldadı: – Yeməkdən sonra hərəkət eləmək yaxşıdı. Bir az həyətdə gəzinsək pis olmaz. Bilirdi ki, Suzenə görə ona yanaşmırlar. Suzen də yaxşı bilirdi qoca arvadların, elə kişilərin də ürəyini söz deşir. Təkliyə düşən kimi yazıq... | ANL |
Qız skamyada oturub ağlayırdı. Onun səsində şikayət-zad yox idi, əksinə bir həzinlik, bir yanğı vardı. Ağappaq, göyərçin əllərilə üzünü örtmüşdü. Mən onun yaraşıqlı çöhrəsini sonradan gördüm. O, qəfildən hönkürdü. Sel-su onun yanaqlarında yekə şırımlar açdı. Mən qızın yanında oturdum. Yəqin ona görə ki, o qəşəng idi. G... | ANL |
BU ÖLKƏDƏ HƏR KƏS MƏNDƏN DƏ DƏLİDİ... Türkiyənin dəli, dahi şairi Lalə Müldürü şeir festivallarına dəvət etməyənlər haqqında deyir: onlar məni dəli hesab eləyirlər. Mən də yeni yazdığım kitabımda onlara cavab verəcəm. Robert Kolecini bitirdikdən sonra bir şeir yarışması təqaüdü ilə Florensiyaya gedir.. Türkiyəyə döndük... | ANL |
Nəşrlərdə kənara qoyulmuş mətbu əsərləri. (Əvvəli ötən şənbə saylarımızda). Bu tarixi xalqımız milli bayram kimi qeyd edəcəkdir. Hazırlıq işləri artıq başlanmışdır. Üzeyir bəyin, onun zəngin irsinin pərəstişkarı kimi mən də, neçə ildir ki, bu dahi şəxsiyyətin yaradıcılıq irsini, xüsusilə bu vaxtadək olan nəşrlərdə kəna... | ANL |
Yazıçılar Birliyində “Mingəçevir leysanı”. Yazıçılar Birliyində (AYB) yaradılmasının 2-ci ildönümü münasibətilə “Mingəçevir leysanı” jurnalının 8-ci nömrəsinin təqdimatı keçirilib. Birliyin mətbuat katibi, şair Ədalət Əsgəroğlunun verdiyi məlumata görə, tədbiri giriş sözü ilə qurumun katibi, xalq şairi Fikrət Qoca açıb... | ANL |
Azərbaycan kitabları Moskvadakı beynəlxalq müsabiqədə mükafatlar qazanıb. Bugünlərdə Moskvada “Kitab sənəti–2010” beynəlxalq müsabiqəsi yekunlaşıb. Ölkəmizin Mədəniyyət və Turizm Nazirliyinin nəşriyyat sektorunun müdiri, əməkdar mədəniyyət xadimi, şair Çingiz Əlioğlunun “Çərçivə” kitabı müsabiqənin “Qran pri”sinə layiq... | ANL |
Xəyallar gələcəyin xəbərçisidir. Müasir kinomuzun bu günkü vəziyyəti, onun axtarışları və şöhrəti, kinoda xəlqilik və ideyalılıq, aktyor oyunu və rejissorluq problemləri və s. bu kimi sənət məsələlərindən danışmaq şübhəsiz ki, təkcə sənət ictimaiyyətimiz üçün deyil, həm də ümumiyyətlə geniş oxucu kütləsi üçün də maraql... | ANL |
AZƏRBAYCANIN YOL GÖSTƏRƏNİ. Həsən bəyin həyatının təqiblərlə dolu dövrü başlandı. Ailəsi ilə birlikdə inzibati qaydada Bakıdan Stavropola köçürülməsi onun maddi cəhətdən tamam müflisləşməsinə səbəb oldu. Həsən bəy yeganə gəlir mənbəyini-müəllim maaşını itirdi. Lakin o, maddiyyat məsələlərinə həmişə laqeyd yanaşdığından... | ANL |
“Muzeydə musiqi axşamları” bu dəfə Arif Məlikova həsr olunub. “Azərbaycan musiqisinin inkişafı və tədrisi” İctimai Birliyi və İncəsənət Muzeyinin birgə təşkil etdiyi “Muzeydə musiqi axşamları” layihəsi çərçivəsində növbəti konsert reallaşıb. Mərasim xalq artisti, bəstəkar Arif Məlikovun yaradıcılığına həsr olunub. Tədb... | ANL |
Azərbaycanın qısametrajlı filmləri beynəlxalq festivalda. Almaniyanın Detmold şəhərində keçirilən VI Beynəlxalq Kinofestivalda Azərbaycan da təmsil olunub. “Tərəddüd” filminin ssenari müəllifi Səbinə Hüseynlidir. Qısametrajlı filmdə əsas rolları Mələk Abbaszadə və Rasim Cəfərov ifa ediblər. Qeyd edək ki, film ABŞ-ın Az... | ANL |
“İstanbul reysi” ictimaiyyətə təqdim edilib. Heydər Əliyev Sarayında rejissor Eldar Quliyevin “İstanbul reysi” bədii filminin təqdimatı keçirilib. Təqdimat mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanda yeni filmin ekranlara çıxmasını böyük və sevindirici hadisə kimi qiymətləndirib: “Se... | ANL |
Bakıda “Yunus Əmrədən Füzuliyə insan sevgisi” adlı beynəlxalq simpozium keçirilib. Simpoziumun iştirakçıları Şəhidlər Xiyabanını, buradakı türk şəhidlərinin xatirə kompleksini ziyarət ediblər. Dünya Gənc Türk Yazarlar Birliyi, Gəncliyə Yardım Fondu, Azərbaycanda Atatürk Mərkəzi, Türkiyənin Türk Əməkdaşlıq və İnkişaf Da... | ANL |
“Borcumuzdur bu ehtiram” Atatürk Mərkəzində təqdim olunub. Ötən gün Atatürk Mərkəzində filologiya elmləri namizədi, professor Qəzənfər Paşayevin “Borcumuzdur bu ehtiram” adlı kitabının təqdimat mərasimi keçirilib. Tədbiri giriş sözü ilə açan professor Nizami Cəfərov müəllifin kifayət qədər çətin və zəhmət tələb edən bu... | ANL |
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış. Hörmətli oxucular, bu məqalədə təhsilin idarəolunması, bu sahədə mövcud olan bəzi problemlər və perspektivlər barədə mülahizələrimi diqqətinizə təqdim etmək istəyirəm. İnkar etmək olmaz ki, idarəetmə bütün səviyyələrdə effektiv olduqda fəaliyyət uğurlu o... | ANL |
İyun ayının 12 – də Moskvanın Mərkəzi Yazıçılar Evinin böyük zalında Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin, “Ocaq” Moskva Azərbaycan mədəniyyəti cəmiyyətinin,Moskva Mərkəzi Yazıçılar evinini birgə təşkil etdiyi və Azərbaycanın Rusiyadakı səfirliyinin dəstəyi ilə xalq şairi Rəsul Rzanın 100-illiyinə həsr edi... | ANL |
“Ziyalı ünsiyyəti”ndə musiqinin rolu. “Aydınlığa doğru” Milli-Mənəvi Dəyərlərin Qorunması İctimai Birliyi aylıq “Ziyalı ünsiyyəti” çərçivəsində GRBS Beynəlxalq Tədris Mərkəzi növbəti görüşü təşkil edib. Bu dəfəki görüşün mövzusu “İnsan həyatında musiqinin yeri”- may toplantısının davamı olaraq “Musiqi əyləncədir, yoxsa... | ANL |
Astarada Canəli Əkbərovun yubileyi qeyd olunub. Astara rayon mədəniyyət evində xalq artisti, professor Canəli Əkbərovun 70 illik yubileyi keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, mərasimdə çıxış edən Astara rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev, xalq artistləri A... | ANL |
Mahnı Teatrında “Koroğlunun Çənlibelə qayıdışı”. R.Behbudov adına Dövlət Mahnı Teatrında yazıçı-publisist Adil Babayevin “Koroğlunun Çənlibelə qayıdışı” kitabının təqdimatı keçirilib. Kitabın mövzusu əsasən keçmiş SSRİ dağıldıqdan sonra Azərbaycanda baş verən hadisələrə və ulu öndər Heydər Əliyevin ikiknci dəfə hakimiy... | ANL |
Suzen Dark və ya məhəbbət piri. Axşam işdən gələndə Elimin darvazasının qabağında Süsən Nazlı ilə qarşılaşdı. Süsənin əlində içi ərzaqla dolu bağlama vardı. Ağasəfin qucağında ayaqları bir-birinə bağlanmış toyuq, çolpa, xoruz. Ağasəfin xoşbəxt gözlərindən qığılcım yağırdı. – Gəlinbacı, uşaqlara qoşulub mal qabağına çıx... | ANL |
Musiqili gül çələngi. Onun kitabı bir gül çələnginə bənzəyir. Tanınmış fotojurnalist Rafiq Salmanovun zaman-zaman mətbuat “bağça”sında “əkdiyi” növbənöv “gül”lərdən hörülmüş bu çələng həm sənətsevər oxuculara, həm də elə 60 yaşın zirvəsində duran müəllifin özünə gözəl hədiyyədir. Topluda milli musiqimiz, incəsənət usta... | ANL |
Suzen Dark və ya məhəbbət piri. Əvvəli ötən saylarımızda. Öz kabinetinə apardı. Çay gətirdilər. Dəmir müəllim qarayanız, arıq, qırx-qırx beş yaşlarında çevik bir insan idi. Əşrəfə danışmağa macal vermədi. Çölü qaşınıb, indii belə eləyirlər, içinə də əl gəzdirmişik. İndi belədi planımız, uşaqlar da siznən görüşmək istəy... | ANL |
ORALARDA KİMLƏR VAR: TOFİQ HÜSEYN. Tofiq ABDİN. TOFİQ HÜSEYN KİMDİR- Şair.Publisist. Özünün qələmindən: Doğulduğum Məmmədxanlı kəndi Masallı rayonunun aran hissəsində yerləşir və sən deyən gözəgəlimli kənd deyil. Bu kənddə erkən yaşlarımdan dərk etdim ki, burdakı həyat vərdişləri – mal-qara saxlamaq, dəryaz çalmaq, nax... | ANL |
Azərbaycan mətbuatının irsi öyrənilməmiş xadimləri. Azərbaycan mətbuatının 135 illiyinə. Qarşıdan Azərbaycan mətbuatının 135 illik yubileyi gəlir. Bu mətbuatımızı yaşatmış, təbliğ etmiş çoxlu sayda şəxsiyyətlər var ki, onların həyat və fəaliyyətinin öyrənilməsinə ciddi ehtiyac var. Onların bəziləri Sovetlər Birliyi döv... | ANL |
Azərbaycan Televiziyası Qurtuluş gününü bir neçə əlamətdar hadisə ilə qeyd etdi. AZƏRBAYCAN TELERADİOSUNDA 2006-cı İLDƏN BAŞLANAN İSLAHATLAR, YENİLƏŞMƏ, MÜASİRLƏŞMƏ PROSESİ DAVAM EDİR. Ötən həftə – xalqımızın Qurtuluş gününü qeyd etdiyi gündə və Azərbaycan mətbuatının 135 illik yubileyi ərəfəsində Azərbaycan televiziya... | ANL |
AZƏRBAYCANIN YOL GÖSTƏRƏNİ. Həsən bəy yuxarıda adlarını çəkdiyim mətbuat orqanlarındakı olduqca faydalı və səmərəli publisist fəaliyyəti ilə bir sırada Bakı şəhərinin idarəçilik məsələlərində də yaxından iştirak edirdi. O, iki dörd illik müddət ərzində ardıcıl şəkildə şəhər Dumasına üzv seçilmişdi. Jurnalistlik fəaliyy... | ANL |
Nəşrlərdə kənara qoyulmuş mətbu əsərləri. (Əvvəli ötən şənbə saylarımızda). Bu tarixi xalqımız milli bayram kimi qeyd edəcəkdir. Hazırlıq işləri artıq başlanmışdır. Üzeyir bəyin, onun zəngin irsinin pərəstişkarı kimi mən də, neçə ildir ki, bu dahi şəxsiyyətin yaradıcılıq irsini, xüsusilə bu vaxtadək olan nəşrlərdə kəna... | ANL |
İrəvan teatrından sürpriz. (“Unutmağa kimsə yox” tamaşasının premyerası haqqında). “Aktyor ikicə şeyi yaxşı bacarmalıdır – rolunu əzbərləməyi və səhnədə mebellərə ilişməməyi” – Spenser Treysinin bu sözləri bir tərəfdən obıvatel yanaşmasını əks etdirirsə, digər tərəfdən yarıtmaz, ortabab tamaşanın, aktyor oyununun doğur... | ANL |
Kabusun “gözüylə” Parisdə təqdim olunub. Parisdə Azərbaycan və Fransanın ilk birgə layihəsi olan “Kabusun gözüylə” filminin təqdimatı keçirilib. Böyük maraqla qarşılanan film Bakıdan gələn bir qrup yaradıcı heyət üzvləri tərəfindən təqdim edilib. Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat v... | ANL |
Qaxda II respublika kukla teatrları festivalı. Mədəniyyət və Turizm Nazirliyi Qax şəhərində rayon icra hakimiyyəti ilə birgə II respublika kukla teatrları festivalı keçirir. Festivalda Abdulla Şaiq adına Bakı Dövlət Kukla Teatrının, habelə Qax, Naxçıvan, Gəncə və Salyan dövlət kukla teatrlarının kollektivləri iştirak e... | ANL |
Gəncədə xalçaçı rəssam Cavanşir Əliyevin sərgisi açılıb. Gəncə Olimpiya İdman Kompleksində görkəmli xalçaçı-rəssam Cavanşir Əliyevin əsərlərindən ibarət sərgi nümayiş etdirilib. Mərasimi giriş sözü ilə Gəncə şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov açaraq tanınmış el sənətkarının Gəncədə nümayiş etdirilən bu sərg... | ANL |
“Mədəni sərvətlərimiz elə qüdrətlidir ki, istənilən ovqatda olan insanın düşüncələrinə hakim kəsilməyə qadirdir”. Əbülfəs Qarayevin ənənəvi avtobioqrafik təqdimata ehtiyacı yoxdur. Hamı onu əvvəl Gənclər, İdman və Turizm naziri, indi isə Mədəniyyət və Turizm naziri kimi tanıyır. Azərbaycanın ilk pediatrı olan babasının... | ANL |
Cəmiyyətimizdə qadına qarşı zorakılıq hələ də zorakılıq halı kimi qəbul edilmir. MƏTANƏT ƏZİZOVA: “ZORAKILIQ PİK NÖQTƏYƏ ÇATANDA QADINLAR BUNA DÖZƏ BİLMİR VƏ VƏZİYYƏTDƏN ÇIXIŞ YOLU KİMİ BIÇAĞA, BALTAYA, YAXUD DA SİLAHA ƏL ATMAQDAN ÇƏKİNMİRLƏR”. “Həm beynəlxalq təşkilatların, həm də qeyri-hökumət təşkilatlarının hesabat... | ANL |
Suzen Dark və ya məhəbbət piri. Nazlı əlini qarnının üstünə qoyub gözünü döşəmədə xalçaya zilləmişdi. Elim bilmədi Nazlının fikri qarnındakındadı, yoxsa ona qulaq asır. – Qarnımdakına deyirəm. Mən deyirəm həmdən həmə, sən deyirsən dəmdən dəmə. Elə şey onun heç ağlına gəlmir. Ondansa qızın yerini dəyişin, başqa kəndə gö... | ANL |
Mahnı Teatrında Musa Ələkbərlinin yubileyi qeyd olunub. Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə R. Behbudov adına Dövlət Mahnı Teatrında şair Musa Ələkbərlinin anadan olmasının 60 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilib. Gecədə baş nazirin müavini Elçin Əfəndiye... | ANL |
Heydər Əliyev Fondu- Azərbaycanın mədəniyyətinin hamisi. Müasir Azərbaycanın qurucusu, ümummilli lider Heydər Əliyevin milli-mənəvi sərvətlərimizin və mədəniyyətimizin qorunmasına verdiyi önəm hər zaman ölkə ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilib. Ümumilli liderin yürütdüyü məqsədyönlü siyasət ölkəmizin dünya ... | ANL |
Şərur rayonu Naxçıvanın sosial-iqtisadi inkişafında həmişə ön sıralarda olub. Şərur rayonunun bərəkətli, münbit torpağı, axarlı çayları var. Coğrafi mövqeyinə görə həm aran, həm də yaylağı xatırladan bu bölgənin insanları tarixən qoçaq, zəhmətkeş, əməksevər olublar. Bu qədim oğuz-türk yurdu öz inkişaf yoluna ötən əs... | ANL |
Bu gün Azərbaycanda Gürcüstan Mədəniyyəti Günləri başa çatır. Azərbaycanda Gürcüstan Mədəniyyəti Günlərinə S.Bəhlulzadə adına sərgi salonunda təşkil olunan sərgi ilə start verilib. Mərasimdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Azərbaycan ilə Gürcüstan arasında mədəni əlaqələrin səviyyəsini ... | ANL |
Seyid Yəhya Bakuvinin “Şəfa əl Əsrar” kitabı nəşr olunub. Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu Elmi Şurasının qərarı ilə XV əsrdə yaşamış böyük sufi alimi Seyid Yəhya Şirvani Bakuvinin “Şəfa əl Əsrar” (Sufiliyin sirləri) əsəri işıq üzü görüb. Əlyazmalar İnstitutundan verilən məlumata g... | ANL |
Yazıçılar Birliyində Yusif Kərimovun yubileyi qeyd olunub. Yazıçılar Birliyində (AYB) tanınmış yazıçı-publisist, dramaturq Yusif Kərimovun 70 illik yubileyinə həsr olunan yaradıcılıq gecəsi keçirilib. Bu barədə AYB-nin mətbuat xidmətindən məlumat verilib. Tədbirdə çıxış edən AYB-nin katibi, xalq şairi Fikrət Qoca Yusif... | ANL |
“Aydınlığa doğru” Qubanın ziyalı qadınları ilə görüş keçirib. “Aydınlığa doğru” Milli – Mənəvi Dəyərlərin Qorunması İctimai Birliyinin mart ayından Bakıda start verdiyi “Müasir cəmiyyətdə qadın şəxsiyyəti” mövzusunda silsilə konfranslar regionlarda davam etdirilir. Bu barədə birliyin mətbuat katibi Zülfiyyə Əmrahlı məl... | ANL |
“Azərbaycan kinematoqrafçıları” kitabı çap olunub. Mədəniyyət və Turizm Nazirliyi və Dövlət Film Fondunun təşəbbüsü ilə kinoşünas, əməkdar incəsənət xadimi Aydın Kazımzadənin “Azərbaycan kinematoqrafçıları” kitabı işıq üzü görüb. Müəllifin bildirdiyinə görə, kitabda 15 kino xadiminin həyat və yaradıcılığından söhbət aç... | ANL |
Suzen Dark və ya məhəbbət piri. Qaxay kəndi bu tərəflərdə çox məşhur olan iki pirin arasında yerləşirdi. Seyid Şah Mərdan qəzəbli pir sayılırdı. Ətrafında qəbiristanlıq salınmışdı. Pirin qəzəbindən qorxduqlarına görə ziyarətçisi az olurdu. Amma Veysəl Qara hər zaman ziyarətçisi bol olan bir pir idi. Veysəlqarada qalın ... | ANL |
Şair Baba Vəziroğlunun yaradıcılıq gecəsi keçirilib. Dövlət Filarmoniyasında əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlunun yaradıcılıq gecəsi keçirilib. Gecədə çıxış edən Baba Vəziroğlu yaradıcılıq gecəsinə toplaşan qonaqlara minnətdarlığını bildirib: “Bu gün sadəcə mənim yaradıcılıq gecəmdir və bu qədər insanın gəl... | ANL |
Azərbaycan Aşıqlar Birliyinin mətbu orqanı “Ozan dünyası” jurnalının ilk nömrəsi işıq üzü görüb. Dərgidə Azərbaycan aşıq sənətinin YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi, Azərbaycan aşıqlarının V qurultayı, qurultay nümayəndələrinin prezident İlham Əliyevə müraciəti, qurultayın qətnaməsi yer alıb.... | ANL |
Gəncə Dram Teatrı mövsümü Mir Cəlalın “Ərik ağacı” ilə yekunlaşdıracaq. Gəncə Dövlət Dram Teatrı 115-ci mövsümünə Mir Cəlal Paşayevin “Ərik ağacı” əsəri əsasında səhnələşdirdiyi eyniadlı tamaşa ilə yekun vuracaq. Teatrın direktoru Əli Qasımovun bildirdiyinə görə, başa çatan teatr mövsümü kollektiv üçün uğurlu olub: “Ya... | ANL |
Beynəlxalq film festivalında ölkəmizi “Kuklalar” təmsil edəcək. İyulun 2-də Çexiyanın Karlovı Varı şəhərində beynəlxalq film festivalı keçiriləcək. Festivalda ölkəmizi Çingiz Rəsulzadənin rejissoru olduğu “Kuklalar” filmi təmsil edəcək. Ç.Rəsulzadənin sözlərinə görə, “Kuklalar” filmi iyulun 7-də nümayiş olunacaq: “Bu f... | ANL |
Samux ərazisində qədim şəhərin qalıqları aşkarlanıb. Samux rayon mədəniyyət və turizm şöbəsindən Mədəniyyət və Turizm Nazirliyinə verilən məlumata görə, rayonun Siracəddin Ağa ziyarətgahı deyilən ərazisində qazıntı işləri aparılarkən burada qədim şəhərin qalıqları aşkar edilib. Nazirliyin əməkdaşları rayon mərkəzindən ... | ANL |
Elçinin “Cəhənnəm kirayəçiləri”. Şuşa teatrının səhnəsində Şuşa teatrının səhnəsində tanınmış yazıçı – dramaturq Elçinin “Cəhənnəm kirayəçiləri” əsəri əsasında hazırlanan yeni tamaşa nümayiş olunacaq. Rejissor Elşən Zeynallının quruluş verdiyi tamaşa üzərində yaradıcı heyət məşqlər aparır. Rejissor Elşən Zeynallı tamaş... | ANL |
İqtisad elminin fədaisi. Azərbaycan xalqının dünya elminə bəxş etdiyi alimlər sırasında Ziyad Səmədzadə adlı bir parlaq ulduz da vardır. O, bu gün vətənində və onun sərhədlərindən çox-çox uzaqlarda akademik, elmlər doktoru, professor, böyük alim, nüfuzlu şəxsiyyət, geniş dünyagörüşlü insan kimi tanınır. Ziyad müəllim b... | ANL |
Papaq ömrü. Atam Mikayıl Mirzənin ruhuna ithaf olunur. Sadiq kişi üç il olardı ki dünyasını dəyişmişdi. Üç il olardı ki, onun ayaq döydüyü yerlər, oturduğu kreslosu, masası, masa üzərində yazdığı qələmi, bloknotu, yatdığı çarpayısı, şkafdakı geyindiyi bahalı kostyumları, qalstukları, köynəkləri, ayaqqabıları, rəfdəki m... | ANL |
Suzen Dark və ya məhəbbət piri. Əvvəli ötən saylarımızda. Əşrəfə qapını Gülzar xanımın nəvəsi açdı. Əşrəf Gülzar xanıma bir şokolad qutusu almışdı, bir dəstə çiçək. Qutunu qıza verdi. Qız həvəslə qutunu aldı. – Ayaqqabımı çıxardım. Əşrəf ayaqqabısını çıxartdı. İçəri keçdi –Gülzar xanım çarpayıda oturmuşdu – Xəstə olduğ... | ANL |
Öncə qısa bir xəbər :Ədəbiyyat sahəsində Nobel mükafatına layiq görülmüş məşhur portuqal yazıçı Joze Saramaqo 87 yaşında vəfat edib. “Reuters” agentliyinin verdiyi məlumata görə yazıçı Kanarya adalarındakı Lanzarote qəsəbəsindəki evində gözlərini əbədi yumub. Joze Saramaqo son vaxtlar ağır xəstəlikdən əziyyət çəkirmiş.... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.