text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış. Hörmətli oxucular, bu məqalədə Azərbaycanda məktəb tikintisi, onların təmiri, avadanlıqlarla təchiz edilməsi, istiliklə təminatı məsələləri ilə əlaqədar məlumatları diqqətinizə təqdim etmək istəyirəm. Məktəb tikintisi. Azərbaycanda ilk dünyəvi məktəblər ...
ANL
“Ruhlar şəhəri” silsiləsindən. Ağdam turistlər arasında maraq doğuran 20 ruhlar şəhərindən biridir. Məhəllədə futbol oynamağa yer olmadığından Əli İbrahimov küçəsi, 2-də (evimizin nömrəsi 8 idi) yerləşən Köhnə hamamın Lenin küçəsinə burulan tinindən milis idarəsinə qədər olan hissəni stadiona döndərmişdik. “Giriş qadağ...
ANL
Bənövşə qoxulu payız. Hansı ixtisasın sahibi olmasına baxmayaraq, qəlbi həmişə poeziya ilə döyünüb. İndiyədək Tofiq Yusifin 8 kitabı çapdan çıxıb. O, cəsarətli jurnalist, gözəl nasir, sevilən şairdir. Nə yazırsa yazsın, öz dəsti xətti ilə seçilir. Onun erməni xislətini açıb göstərən “Vəhşilər” poeması necə oxunaqlıdırs...
ANL
JURNALIN BU NÖMRƏSİ TOFİQ ABDİNİN “DÖVLƏT ÇEVRİLİŞİ” POVESTİNİN VƏ VİLAYƏT QULİYEVİN TƏRCÜMƏSİNDƏ CORC ORUELİN “1984” ROMANININ DƏRC EDİLMƏSİLƏ ƏLAMƏTDAR SAYILA BİLƏR. Bu bölmədə xalq şairi Nəriman Həsənzadənin “Nuru paşa” poeması ilə yanaşı, Xasay Mehdizadə, Tamella Pərvin, Süleyman İsmayıl, Mahcamal, Rahil Məmmə...
ANL
(Əvvəli ötən saylarımızda). – Qəzili belə-belə olmuş örüşlərin güllü-çiçəkli otunu qoyub dağa-daşa dırmanırlar. Əmimə kefinin kök vaxtı bir-iki dəfə eşitdirmişəm ki, bu damazlığı kəsilmişləri sat getsin. Əmimdən olsa, keçinin kökünü çoxdan kəsərdi. Onu da arvadı qoymur.- Keçini sat-deyəndə Qönçə xalanı od götürür. Barm...
ANL
Qatı millətçiliyin cəbbəxanasındakı “Damokl qılıncı”. (Əvvəli ötən saylarımızda). Qatı erməni millətçilərinin nifrət bəslədiyi xalqlardan biri olan azərbaycanlılara isə, heç bir mübaliğəyə yol vermədən demək olar ki, şovinizm hissləri yaddır. Azərbaycanda çox sayda milli azlıqlar titul millətlə birlikdə bütün vətəndaş ...
ANL
GƏLƏCƏYİN BÖYÜK ŞAİRİ. Pasportumdakı doğum günü qeydiyyatını doğru sansaq, iyirmi beş yaşım var. Bu iyirmi beş yaşın on yeddisini Bakıdan çox uzaq bir kənddə keçirmişəm: orta məktəbdə oxumuşam, çilingağac oynamışam... pambıq yığmışam və məktəbimizdə keçirilən bədii gecələrdə şeir söyləmişəm. Ancaq ona sevinirəm ki, gec...
ANL
Sehirli qutudan səslər. “Radio mənim taleyimdə” verilişi üçün aşağıdakı müsahibəni alanda respublikamızın Əməkdar artisti, Dövlət mükafatı laureatı Səməndər Rzayev yorğun görünürdü. Səsində də bu hiss olunurdu. 41 illik ömrünü Ağsu orta məktəbində, Azərbaycan Dövlət İncəsənət İnstitutunda, Akademik Milli Dram Teatrında...
ANL
Borçalıdakı “Sarvan” rəqs qrupu yeni mükafatlar qazanıb. Gürcüstanda fəaliyyət göstərən Azərbaycanlıların Mədəniyyət Mərkəzinin (AMM) nəzdindəki “Sarvan” rəqs qrupu kuboka layiq görülüb. Bu barədə APA-nın Gürcüstan bürosuna AMM-in mətbuat katibi Nərgiz Əliyeva bildirib. Onun sözlərinə görə, Gürcüstan paytaxtındakı İdma...
ANL
“Dədə Qorqud” eposu bizə bəlli olan bütün qəhrəmanlıq və vətənpərvərlik məzmunu ilə birgə Qalın Oğuz elinin düşüncə sistemini də kifayət qədər nümayiş etdirir. Amma məsələ onda deyil ki, hər bir folklor nümunəsi, yaxud folklor abidəsi xalq təfəkürünün canlı inikas formasıdır, həm də məna və mətləb ondadır ki, xalq təfə...
ANL
Bu keyfiyyətdən məhrum olan ilk baxışda parıldayan amma parıltısından işıq və istilik alınmayan bu cür əsərlər, uzaqdan gözəl görünən hissiz gözəlləri xatırladır. Onlara baxanlar çox olur, amma sevən olmur” – deyən böyük şairimiz Məmməd Arazın bu ədəbi fikriylə razılaşmamaq qeyri – mümkündür. Hər bir tarixi dövr istəni...
ANL
Din və fəlsəfə: İslam fəlsəfəsi nə vaxtdan başlanır? İslam fəlsəfəsi tarixinin əl-Kindi ilə başlandığı haqqındakı ənənəvi fikir təəccüb doğurur. Necə olur ki, İslam yaranandan çox az sonra az qala dünyanın yarısında yayıldığı halda, IX əsrə qədər onun fəlsəfəsi olmamışdır? Digər tərəfdən, əl-Kindinin fəlsəfi təlimi bir...
ANL
Həqiqət bir kimsədən asılı deyil. Sonsuzluğun da sonunda həqiqət var. Bizim vəzifımiz öz imkanımız daxilində həqiqətin mümkün qədər tez üzə çıxmasına xidmət etməkdi. Amma üzə çıxan həqiqət adi bir qarışqanın məhvinə səbəb olacaqsa, mən o həqiqətə düşmənəm! Bəzən insan ağlına elə qəribə fikirlər doluşur ki, onları ifadə...
ANL
Nəşrlərdə kənara qoyulmuş mətbu əsərləri. Bu tarixi xalqımız milli bayram kimi qeyd edəcəkdir. Hazırlıq işləri artıq başlanmışdır. Üzeyir bəyin, onun zəngin irsinin pərəstişkarı kimi mən də, neçə ildir ki, bu dahi şəxsiyyətin yaradıcılıq irsini, xüsusilə bu vaxtadək olan nəşrlərdə kənara qoyulmuş, hətta heç yerdə adı b...
ANL
Rəşid Faxralının “Seçilmiş əsərləri”nin təqdimatı olub. Atatürk Mərkəzində şair-publisist Rəşid Faxralının 55 illik yubileyi və üçcildlik “Seçilmiş əsərləri”nin təqdimatı ilə bağlı mərasim keçirilib. Tədbirin aparıcısı Azadə Taleh mərasimi açaraq R.Faxralının təqdim olunan üçcildliyinin məziyyətlərindən danışıb. Tədbir...
ANL
“Yazıçı”nın yeni sayı Azər Abdullaya həsr olunub. “Oğuz eli” qəzetinin xüsusi buraxılışı kimi işıq üzü görən “Yazıçı”nın bu nömrəsi şair Azər Abdullanın anadan olmasının 70 illiyinə həsr edilib. Dərgi xalq şairi Vaqif Səmədoğlunun Azər Abdullaya yazdığı şeirlə açılır. “Yazıçı”da xalq şairləri Qabil, Sabir Rüstəmxanlı, ...
ANL
Görkəmli rəqs ustası Əminə Dilbazi dünyasını dəyişib. Azərbaycanın xalq artisti, tanınmış rəqqasə Əminə Dilbazi dünən səhər saatlarında 91 yaşında vəfat edib. Mədəniyyət və Turizm Nazirliyinin İncəsənət şöbəsinin müdiri Fərəh Əliyeva APA-ya bildirib ki, mərhumla vida mərasimi mayın 1-də Rəşid Behbudov adına Dövlət Mahn...
ANL
Nurlu ömrün bədii salnaməsi. Görkəmli Azərbaycan ədibi, populyar roman və povestlərin müəllifi, ictimai xadim, Milli Məclisin deputatı Hüseynbala Mirələmovun “Zərifə Əliyeva” adlı nəfis kitabı baharın əlamətdar bir məqamında işıq üzü görüb. Məşhur Azərbaycan oftalmoloqu, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü, ço...
ANL
Qəbul imtahanlarına hazırlıqla bağlı yeni vəsaitlər nəşr olunub. RABİL NOVRUZOV: “İMTAHANLARA HAZIRLIQ DAHA DA İNTENSİVLƏŞDİYİ ÜÇÜN TQDK ABİTURİYENTLƏRƏ ELMİ-METODİKİ KÖMƏK YÖNÜNDƏ İŞLƏRİ XEYLİ GÜCLƏNDİRİB”. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası bugünlərdə qəbul imtahanlarına hazırlığa dair yeni vəsaitlər nəşr edib. Qə...
ANL
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış. Hörmətli oxucular, bu məqalədə ümumii təhsil sahəsində məni düşündürən bir sıra məsələlərlə bağlı fikirlərimi, arzu və istəklərimi davam etdirmək istərdim. İlk növbədə müəllim amili barədə. Sirr deyil ki, insanın şəxsiyyət kimi formalaşmasında, onun təhs...
ANL
“Qobustan” sənət toplusunun yeni sayı işıq üzü görüb. Toplunun ilk səhifəsində fəlsəfə elmləri doktoru Rahid Uluselin “İntibah dəyərləri və çağdaş yaradıcı düşüncə” məqaləsi yer alıb. Yazıda müəllif dövrümüzdə İntibah və onun dəyərlərinə dərin maraq göstərilməməsinin səbəblərini araşdırıb. Jurnalda sənətşünas Məleykə A...
ANL
Milli Kitabxanada türkoloq Əhməd Zəki Validinin yubileyi qeyd olunub. M.F.Axundov adına Milli Kitabxanada tanınmış türkoloq Əhməd Zəki Validinin 120 illik yubileyinə həsr olunmuş sərgi və beynəlxalq elmi konfrans keçirilib. Milli Kitabxanadan verilən məlumata görə, Mədəniyyət və Turizm Nazirliyi, TÜRKSOY və AMEA-nın Şə...
ANL
Yazıçı Yaşarın gənc ədiblərlə görüşü olub. Mayın 1-də M. F.Axundov adına Milli Kitabxanada Gənc Ədiblər Məktəbinin (GƏM) növbəti toplantısı keçirilib. Tədbiri giriş sözü ilə açan məktəbin rəhbəri, Yazıçılar Birliyinin katibi Rəşad Məcid gəncləri salamlayıb, Nəsimi Milli Mükafatı, eləcə də Mədəniyyət və Turizm Nazirliyi...
ANL
Xalq şairi Rəsul Rzanın yubileyilə bağlı elmi sessiya təşkil edilib. Azərbaycan Milli Elmlər Akademiyasının(AMEA) Nizami adına Ədəbiyyat İnstitutunda xalq şairi Rəsul Rzanın anadan olmasının 100 illik yubileyinə həsr edilmiş elmi sessiya keçirilib. AMEA-dan verilən məlumata görə, tədbiri giriş sözü ilə açan institutun ...
ANL
Kulturologiya elmi: mülahizələr, perspektivlər. Bu mövzuya müraciət etməyim son zamanlar kulturologiya haqqında səslənən bəzi mülahizələrə öz münasibətimi bildirmək arzumdan irəli gəlir. Məlumdur ki, kulturologiya elmi son dövrlərdə sürətlə inkişaf etməyə başlamışdır. Hələ 1993-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İ...
ANL
Ümummilli liderin əmanətləri. Tarixdə həmişəyaşar liderlər var. Onlar öz şəxsiyyətləri, xalqına və dövlətinə xidmətləri ilə seçilən nadir şəxsiyyətlərdir. Belə şəxsiyyətlər bir xalqın görkəmli övladı olmaq statusundan çıxaraq bəşəriyyətin tanıdığı və qəbul etdiyi simalara çevrilirlər. Onlar öz xalqlarına daim xidmət et...
ANL
Ümumdünya Söz Azadlığı Gününə həsr olunmuş dəyirmi masa keçirilib. Dünən Azərbaycan Mətbuat Şurası “Söz azadlığı və jurnalist peşəkarlığı koalisiyası” ilə birgə 3 may Ümumdünya Söz Azadlığı Gününə həsr olunmuş dəyirmi masa keçirib. Toplantıda “Söz azadlığı və jurnalist peşəkarlığı koalisiyası”nın “Etik Jurnalistika Təş...
ANL
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində xalq şairi Rəsul Rzanın yubileyi qeyd olunub. Ötən gün Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Tədris Teatrında xalq şairi Rəsul Rzanın 100 illiyinə həsr olunan “Üzü küləyə” adlı ədəbi-bədii mərasim keçirilib. Tədbiri giriş sözü ilə açan filolo...
ANL
İsmayıl Ömərov TÜRKSOY-un mükafatına layiq görülüb. İctimai Televiziya və Radio Yayımları Şirkətinin Baş direktoru İsmayıl Ömərov TÜRKSOY tərəfindən mükafatlandırılıb. Mükafat İ.Ömərova Türk dünyası mədəniyyətinin tanıdılması istiqamətində fəaliyyətinə, İctimai Televiziyanın ortaq Türk televiziyası layihəsində tariximi...
ANL
İçərişəhərdə Nikulinə abidə. Bakıda – İçərişəhərdə görkəmli rus-sovet kinoaktyoru Yuri Nikulinin abidəsi ucaldılıb. Abidə “Brilliant əl” filminin çəkilişlərinin reallaşdığı ərazidədir. Bu barədə Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix Memarlıq Qoruğu İdarəsinin direktoru Mikayıl Cabbarov məlumat verib. Sözü...
ANL
Folklor İnstitutunun “Dədə Qorqud” elmi-ədəbi toplusu çapdan çıxıb. AMEA Folklor İnstitutunun dövri nəşrlərindən olan “Dədə Qorqud” elmi-ədəbi toplusunun növbəti sayı işıq üzü görüb. AMEA-dan verilən məlumata görə, ildə dörd sayı çapdan çıxan bu elmi-ədəbi toplunun əsas hissəsini qorqudşünaslıq, eləcə də folklorşünaslı...
ANL
Şəki Dram Teatrı paytaxtda. “Pəri cadu”nu nümayiş etdirib S.Rəhman adına Şəki Dövlət Dram Teatrının yaradıcı kollektivi Gənc Tamaşaçılar Teatrında “Pəri cadu” tamaşasını təqdim edib. İkihissəli, psixomistik tamaşa Ə.B.Haqverdiyevin eyniadlı əsəri əsasında səhnələşdirilib. Tamaşanın quruluşçu rejissoru Qızıl Dərviş müka...
ANL
“Ülkərin ürək dünyası” “Uşaq Dünyası” qalereyasında. T.İsmayılov adına Uşaq və Gənclər Mədəniyyət Sarayının “Uşaq Dünyası” qalereyasında Ülkər Zeynalovanın “Ülkərin ürək dünyası” adlı rəsm və əl işləri sərgisi keçirilib. “Uşaq dünyası” rəsm qalereyasında keçirilən sərgi Mədəniyyət və Turizm Nazirliyi, Əlillərin “Zaur” ...
ANL
Xanımana Əlibəylinin 90 illiyi Gəncədə qeyd olunub. Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) 22 saylı filialında “Uşaqların sevimlisi” başlığı altında Xanımana Əlibəylinin 90 illiyi ilə əlaqədar şeir gecəsi keçirilib. Bu barədə Gəncə MKS-dən məlumat verilib. Gecəni giriş sözü ilə adıçəkilən filialın böy...
ANL
(Əvvəli ötən saylarımızda). Andranik gördü ki, Fərman sadə qəlbli adamdır və onu sidq-ürəkdən evinə dəvət edir, taksi sürücüsü ilə razılaşdı. Fərman sükanı sağa burub, maşını şəhərin mərkəzindən bir qədər aralıdakı evinə tərəf döndərdi. Onlar səliqə ilə daş döşənmiş küçələrdən keçib, qədim arxitekturası olan çoxmərtəbə...
ANL
Orta əsrlər Yaponiyasına səyahət. Yaponiya elə bir cazibədar ölkədir ki, onun bugünkü özünəməxsus gözəlliklərini görmək, bir qədər fərqli sivilizasiyasını dərk etmək, son yarım əsrdə qazandığı nailiyyətləri ilə tanış olmaq nə qədər maraq kəsb edirsə, keçmişinə nüfuz etmək, yüz illər bundan əvvəl mövcud olan həyat fəlsə...
ANL
Mayın 5-də Azərbaycanın görkəmli rejissoru və aktyoru Adil İsgəndərovun anadan olmasının 100 illiyi tamamlanıb. APA-nın məlumatına görə, bununla əlaqədar mərhum sənətkarın uzun illər çalışdığı Azərbaycan Dövlət Akademik Milli Teatrın kollektivi onun II Fəxri Xiyabandakı məzarını ziyarət edib. Ziyarət zamanı teatrın rəh...
ANL
Yazıçılar Birliyində gənclərin poeziya saatı olub. Yazıçılar Birliyində (AYB) qurumun Ədəbiyyat Təbliği Bürosunun təşəbbüsü və təşkilatçılığı ilə Gənc Ədiblər Məktəbinin (GƏM) poeziya saatı keçirilib. Tədbiri AYB-nin katibi, GƏM-in rəhbəri Rəşad Məcid açaraq, belə şeir axşamlarının təşkilini müsbət addım kimi dəyərlənd...
ANL
Ağdaşda III Kitab Bayramı. Ağdaş rayon mədəniyyət evində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü, faşizm üzərində Qələbənin 65 illiyi münasibətilə III ənənəvi Kitab Bayramı keçirilib. Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Tədbiri gi...
ANL
Dünya Gənc Türk Yazarlar Birliyi dörd kitab nəşr etdirib. Dünya Gənc Türk Yazarlar Birliyinin layihəsi çərçivəsində dörd kitab nəşr olunub. Layihənin rəhbəri, sözügedən birliyin sədri, şair Əkbər Qoşalının bildirdiyinə görə, türk dilində çıxan “Çağdaş Azərbaycan şeiri – 2” adlı kitab Prezident yanında Qeyri-Hökumət Təş...
ANL
Muzey Mərkəzində Ənvər Əsgərovun əsərləri sərgilənir. Muzey Mərkəzinin Sərgi Qalereyasında əməkdar rəssam Ənvər Əsgərovun 70 illiyi ilə bağlı yubiley sərgisi təşkil olunub. Muzey Mərkəzindən verilən məlumata görə, ekspozisiyada rəssamın son illərdə yaratdığı 85-dən çox yeni rəngkarlıq əsəri sərgilənir. Sərginin açılış ...
ANL
S.Rəhman adına Şəki Dövlət Dram Teatrının yaradıcı kollektivi “Milli Teatr Festivalı-2010” layihəsi çərçivəsində Gənc Tamaşaçılar Teatrında fransız dramaturqu Jan Batist Molyerin “Xəsis” tamaşasını nümayiş etdirib. Tamaşa Azərbaycanda peşəkar teatrın yaranmasının 135 illiyinə həsr olunub. Tamaşanı fransız dilindən Mehm...
ANL
İstanbulda azərbaycanlı rəssamın sərgisi açılıb. İstanbuldakı Böyük Klubda azərbaycanlı rəssam Sadıq Babayev və tələbələrinin rəsm sərgisi açılıb. APA-nın xəbərinə görə, sərgidə S. Babayev və tələbələrinin əsərləri nümayiş etdirilir. Açılış münasibətilə təşkil olunan ziyafətdə APA-ya açıqlama verən rəssam Münəvvər Sami...
ANL
Ayıq vicdanla yazılan mətləblər. Hər hansı bədii əsər, istər yığcam şeir, istər vahid və sadə süjetli kiçik hekayə, istərsə də qollu-budaqlı, şaxəli, neçə-neçə hadisəni, insan taleyini özündə birləşdirən iri həcmli roman üçün doğulan mövzu da var, quraşdırılan, uydurulan mövzu da. Doğulan mövzudan əsl bədii əsər doğulu...
ANL
Bayatılarımız şairin gözü və sözü ilə. “Bayatılar haqqında yenicə yazıb çap etdirdiyim kitabımdan birini sənə verim, birini də baş redaktorun Həsən müəllim üçün yazmışam, aparıb ona çatdırarsan”. Sevincək özümü ustadın ünvanına yetirdim. Son dərəcə nəfis tərtibatda hazırlanmış bərli-bəzəkli “Bayatı rüzgarı” kitabını al...
ANL
Orta əsrlər Yaponiyasına səyahət. Yaponların hətta detektiv janrında yazılan əsərlərində təsirli bir səmimiyyət, dərdin yaratdığı hisslər olduqca canlı təsvir edilməklə, janrın xüsusiyyətlərini də arxada qoya bilir. Ona görə də bu əsərlər bədbəxt insanların taleyinə həsr olunmuş elegiyanı xatırladır. “Həsir şlyapa” əsə...
ANL
“Rəsul Rza ənənələri və çağdaş ədəbi proses” Milli Kitabxanada müzakirə olunub. Ötən gün M.F.Axundov adına Milli Kitabxanada “Rəsul Rza ənənələri və çağdaş ədəbi proses” mövzusunda elmi-nəzəri konfrans keçirilib. Konfrans Yazıçılar Birliyinin (AYB) Tənqid və Publisistika Seksiyası (TPS) ilə Yeni Yazarlar və Sənətçilər ...
ANL
“Azərbaycanda yaşayan milli azlıqların nəşrləri” təqdim edilib. Ötən gün Media Mərkəzində Nəsiman Yaqublunun “Azərbaycanda yaşayan milli azlıqların nəşrləri” kitabının təqdimatı keçirilib. Kitabda Azərbaycanda yaşamış və hazırda yaşayan milli azlıqların nəşr nümunələri sistemli şəkildə araşdırılıb öyrənilməklə, bu barə...
ANL
Azərbaycanlı vokalçı beynəlxalq müsabiqənin birincisi olub. Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Təşkilatçılar Cavidin ifasını Youtube-da izləyib, özləri onu taparaq, müsabigəyə dəvət ediblər. Qeyd edək ki, Cavid Səmədov Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə 2...
ANL
Bəkir Nəbiyevin yubileyi Ağdaşda silsilə tədbirlərlə qeyd edilib. Ağdaş rayonunda Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik, Bəkir Nəbiyevin 80 illik yubileyi ilə bağlı silsilə tədbirlər keçirilib. AMEA-dan verilən məlumata görə, B. Nəbiyev təhsil aldığı şəhər 3 nömrəli ...
ANL
(Əvvəli ötən saylarımızda). Andranik paxırının üstünün açılacağından ehtiyat edib narahat hisslər keçirirdi. Odur ki, Fərmanın yanında rüsvay olmamaq üçün şəhərə belə çıxmaqdan ehtiyat edirdi. Silva atasının bir neçə ay bundan əvvəl gördüyündən də gümrahıdı. Heç bir azar-bezarı yox idi. Atasına teleqram vurmaqda məqsəd...
ANL
Orta əsrlər Yaponiyasına səyahət. (Əvvəli ötən saylarımızda). Yapon da öz hərəkətinə haqq qazandıra bilərdi. Necə olur ki, onun evində yaşayan bir adam ev sahibinin düzgün sayılan istəyinə əməl etməsin. Yaponiyada davranış qaydalarına əməl etmək çox vacib sayıldığından hamı ehtiyatlı hərəkət etməyə borclu idi. Digər tə...
ANL
Azərbaycanın özü qədər əbədi. ...Kövrək notları ruhumdan keçib məni öz dünyamdan uzaqlaşdıran bu kədər nəğməsini bayaqdan bəri neçənci dəfə dinlədiyimi bir Allah bilir... Dön geri, qəlbimdə yer saxlayaram, Zülmət gecələrim dönər sabaha... Mən sənə sarılıb qucaqlayaram, Qoymaram heç yerə gedəsən daha!... Elegiyanın – bu...
ANL
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış. Hörmətli oxucular, ötən məqalədə cəmiyyətin inkişafında müəllimin rolu, müəllim nüfuzu barədə fikirlərimi sizinlə bölüşmüşdüm. Bu məqalədə müəllim nüfuzunun bərpası istiqamətində atacağımız addımlar barədə mülahizələrimi diqqətinizə təqdim edirəm. Hazırd...
ANL
GƏLƏCƏYİN BÖYÜK ŞAİRİ QARA QARAYEV MƏKTƏBİ VARSA RƏSUL RZA MƏKTƏBİ DƏ VAR... Uzaq... uzaq illərin birində böyük şairimiz Rəsul Rza haqqında heç bir yanda çan etdirə bilmədiyim bir məqalədə yazmışdım: “Əllinici illərdə və bundan sonra ədəbiyyata gələn ədəbi nəslin bir çoxunun bəxti onda gətirdi ki, onların taleyinə Rəsu...
ANL
Səsin bənövşə duruşu. “Məndə yaşayanlar” silsiləsindən. Görkəmli elm adamı, folklorşünas-alim kimi tanıdığımız Məhərrəm Qasımlının “Sənə sözüm var” adlı şeirlər kitabını oxuduqdan sonra söz sənətinə dair qənaətlərimdən biri öz yerini məndə daha da möhkəmləndirdi: Deməyə sözün varsa, o söz səni yatmağa, işləməyə qoymaya...
ANL
Murad Rzayev fədakarlığı. AZƏRBAYCAN İNCƏSƏNƏTİNƏ MÜHÜM XİDMƏTLƏR GÖSTƏRMİŞ BU YORULMAZ MƏDƏNİYYƏT VƏ MAARİF XADİMİ HƏLƏ DƏ LAYİQLİ QİYMƏTİNİ ALMAYIB. Murad Rzayev qırx ildir müxtəlif psixologiyaya malik istedadlı uşaqların tapılıb üzə çıxması yolunda yorulmadan, usanmadan həvəslə çalışır. İlk günlər görürsən ki, bir u...
ANL
Arif Abdullazadənin əziz xatirəsinə. Arif Abdullazadənin 70 yaşı olacaqdı! İlk dəfə olaraq ömrün növbəti onillik dayanacağını Arif Abdullazadəsiz qeyd edirik. Qeyd edirik deyəndə ki, əllisində, altmışında təmtəraqlı, təntənəli rəsmi yubiley tədbirləri keçirilməməsi (əslində o, bunu sevməzdi də) ənənəsi elə indi də dava...
ANL
Bolnis-Kəpənəkçi kəndindən. Abdulla ağanın oğluyam, Anam: Salatın xanım Daşdəmir qızı. qeyb etdim atamı. Bir neçə dil bilirəm, Dünyaya gəlib-gəlməyəli. İyirmi səkkiz ildir Bakılıyam, Ən sevdiyim bir şəhər Bakı! Bakıdan çıxıb yola: Kiyevə getmişəm, Sonra Moskvaya, Sonra İstanbula. İndi mənim üçün. Dünyanın hər yerinə yo...
ANL
Faşizm üzərində Qələbənin 65 illiyilə bağlı sərgilər açılıb. M.F.Axundzadə adına Milli Kitabxanada İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin 65 illiyinə həsr olunuş “Qələbə-65” kitab sərgisi təşkil olunub. Tədbiri açan kitabxananın direktoru, əməkdar mədəniyyət işçisi Kərim Tahirov çıxışında qələbənin qazanı...
ANL
Nəşrlərdə kənara qoyulmuş mətbu əsərləri. (Əvvəli ötən şənbə saylarımızda). Bu tarixi xalqımız milli bayram kimi qeyd edəcəkdir. Hazırlıq işləri artıq başlanmışdır. Üzeyir bəyin, onun zəngin irsinin pərəstişkarı kimi mən də, neçə ildir ki, bu dahi şəxsiyyətin yaradıcılıq irsini, xüsusilə bu vaxtadək olan nəşrlərdə kəna...
ANL
Qarabağ havaları. Yağan qarın beşdə biri. Nəzər salıb gördüm, çatmır. Çiçəklərin beşdə biri. Günəş qalxdı asimana- Aləmlərin atəş-piri. Gördüm,yoxdu al Günəşin. İşığının beşdə biri. Fikirləşdim, bu nə işdi, Bilinməyir rəbbin sirri. Axı gedib torpağımın, Ərazimin beşdə biri. Çökür ürəyimə Qarabağ çəni. Biz çıxdıq, baxan...
ANL
Orta əsrlər Yaponiyasına səyahət. (Əvvəli ötən saylarımızda). Yaponlara görə həyat yalnız şehcik daxilindəki şehcikdir. Axı şeh günəş çıxan kimi yoxa çıxır. Bu xalqa məxsus olan əxlaq qaydalarından birində deyilirdi ki, “Yaddan çıxarma ki, tale və talesizlik göydən və təbii qanundan asılıdır. Onları dua etməklə və ya i...
ANL
“Ömrümü xalqıma bağışlayıram” və “Əbədiyyət məbədi” kitablarının təqdimatı olub. Dövlət Mahnı Teatrında Heydər Əliyev adına Beynəlxalq Azərbaycan Forumunun ölkəmizdəki nümayəndəliyinin təşkilatçılığı ilə şair, yazıçı-publisist Mirkazım Seyidovun ümummilli liderə ithaf etdiyi “Ömrümü xalqıma bağışlayıram” və Heydər Əliy...
ANL
Dünya, həyat və fəlsəfə məsələləri Səlahəddin Xəlilovun “Baxış bucağı”nda. Tanınmış alim və filosof Səlahəddin Xəlilovun “Baxış bucağı” adlı fəlsəfi-publisistik kitabı işıq üzü görüb. Kitabda müəllifin son zamanlar “525-ci qəzet”də “Baxış bucağı” rubrikasında çap olunmuş fəlsəfi məqalələri toplanıb. Yazılarda mədəni-mə...
ANL
Eldar Mikayılzadənin “Dahilərə ithaf” sərgisi açılıb. Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi ümummilli lider Heydər Əliyevin 87-ci ildönümü münasibətilə Hacı Eldar Mikayılzadənin “Dahilərə ithaf” adlı sərgisini təşkil edib. Eldar Mikayılzadə Ə.Əzimzadə adına Rəssamlıq məktəbini və Azərbaycan Dövlət İnc...
ANL
Bu il ali məktəbi qurtarmalıdır. Maşallah, göz dəyməsin, çox ağıllı, fərasətli qızdır. Biliyinə söz yoxdur. Onu beş oğula dəyişmərəm. Neçə ildi ki, özü ilə oxuyan bir oğlan ona vurulmuşdu, Silvadan əl çəkmirdi. Silva da ata-anasından icazəsiz ona razılıq vermirdi. Bu sirri də ata-anasından gizlədirmiş. Qızın nə ixtiyar...
ANL
Orta əsrlər Yaponiyasına səyahət. Yastığa baş qoymaq Yaponiyada normal hal sayılmırdı. İnsana həzz verən hər hansı bir şey necə günah sayıla bilər? Katolik ruhani xadimlərin tselibatına – nigahsızlığına zidd olaraq bəzi Buddist sektaları hətta intim yaxınlığı bir sitayiş forması kimi təklif edirdi. Allahın bunu lənətlə...
ANL
Naxçıvanın memarlıq inciləri. Dünyada böyük dövlətlər var, amma böyük abidələr yarada bilmirlər, çünki imkanları yoxdur”- bu sözlər xalqımızın ümummilli lideri Heydər Əliyevə məxsusdur. O, Naxçıvan şəhərində Mömünə xatun məqbərəsini ziyarət edərkən bu sözləri söyləyib. Dahi öndər “bizlər çox vaxt bu abidəni gözəl memar...
ANL
Abbas Abdullanın yubileyi Yazıçılar Birliyində qeyd olunub. Dünən Yazıçılar Birliyində (AYB) görkəmli şair, tanınmış tərcüməçi Abbas Abdullanın 70 illik yubileyi və “Seçilmiş əsərləri”nin təqdimatı ilə bağlı mərasim keçirilib. Tədbirin aparıcısı AYB-nin birinci katibi, xalq şairi Fikrət Qoca A.Abdullanı “həmişə özünə m...
ANL
“Şirvanşahlar Saray Kompleksinin inciləri” sərgilənib. İçərişəhərdə ümummilli lider Heydər Əliyevin 87-ci ildönümünə həsr edilmiş “Şirvanşahlar Saray Kompleksi Dövlət Tarix-Memarlıq qoruq-muzeyinin fond materiallarından incilər” mövzusunda sərginin açılışı olub. Mərasimdə Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət T...
ANL
Xocalı soyqırımı ilə bağlı sərgi-müsabiqə elan olunub. Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Rəssamlar İttifaqı ilə birlikdə Xocalı soyqırımına həsr olunmuş respublika sərgi-müsabiqəsi elan edib. Bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib. Sərgi-müsabiqənin məqsədi 1992-ci il fevralın 25-dən 26-a keçə...
ANL
“İçərişəhəri tanıyaq, tanıdaq və qoruyaq” layihəsinə start verilib. “Bakı – Dirçəliş” İctimai Birliyi “İçərişəhəri tanıyaq, tanıdaq və qoruyaq” adlı layihənin icrasına başlayıb. Layihə çərçivəsində İctimai Birlik sözügedən tarixi-memarlıq abidəsinin ərazisində araşdırmalara başlayacaq, buranın sakinlərinin qədim ənənəl...
ANL
Milli Elmlər Akademiyasında Rəsul Rzaya həsr olunan elmi sessiya keçirilib. Ötən gün Milli Elmlər Akademiyasında (AMEA) Dövlət Mükafatı laureatı, xalq şairi Rəsul Rzanın anadan olmasının 100 illiyinə həsr olunan elmi sessiya keçirilib. Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Mahmud Kərimov R. Rzanın A...
ANL
ELÇİNİN AD GÜNÜNƏ. İlyasın atası da çox yaxşı insan idi, ailəsinin ehtiyaclarını qarşılamaq üçün əlindən gələni edirdi. Ovda atasını seyr edərkən İlyasın həmişə atasının öldürdüyü heyvanlara və quşlara yazığı gələrdi, ona görə də atasıyla ova getməyi heç istəməzdi. Bir gün mən qocalanda sən mənim yerimə ova gedib bizim...
ANL
Uğurlu və əbədi yazıçı ömrü. Xalq yazıçısı Elçinin “Mahmud və Məryəm”i ilə erkən gəncliyimdə rastlaşmışam. Fəlsəfi örtüyə bürünmüş ilahi məhəbbətin təmiz havası bu əsərdən məni elə vurub ki, həmin vaxtdan Elçin mənim sevimli yazıçılarımın siyahısında ön cərgədə öz yerini tutub. Sonrakı dövrlərdə oxuduğum “Ölüm hökmü” i...
ANL
Orta əsrlər Yaponiyasına səyahət. (Əvvəli ötən saylarımızda). Romandakı daymyo Toranaqa obrazı müxtəlif situasiyalarda təsvir edilir. Onun müdrikliyi addımbaşı öz təsdiqini tapır. O, şahinlə ov etməyi də çox xoşlayırdı və bilirdi ki, bu yırtıcı quş onu tərk etdikdən sonra başqa quşları və kiçik heyvanları öldürəcək, is...
ANL
Faşizm üzərində qələbədə Azərbaycanın rolu. XALQIMIZ HƏM ÖN CƏBHƏDƏ, HƏM DƏ ARXA CƏBHƏDƏ XÜSUSİ RƏŞADƏT GÖSTƏRİB. Bu yaxınlarda Rusiya Federasiyasının Krasnodar vilayətinin Tuapse şəhərində “Birlikdə qazanılmış böyük qələbə: Qafqaz Böyük Vətən müharibəsi illərində” adlı beynəlxalq konfrans keçirilirdi. Konfransa mən də...
ANL
Məşhur futbolçu Ələkbər Məmmədovun 80 illiyinə. Təxminən 20 il öncə İtaliyada yaradıcılıq ezamiyyətində idim. Səfər proqramımda Milana getmək də nəzərdə tutulmuşdu. Təbii ki, bu gözəl şəhərdə olacağım təqdirdə dünyaşöhrətli “La Skala”nı da görməyi vacib sayırdım. Bilirdim ki, vaxtı ilə bir sıra müğənnilərimiz möhtəşəm ...
ANL
(Əvvəli ötən saylarımızda). Gün əyilmişdi. Armenak onu dümsükləyib oyatmaq istədi ki, yığışıb getsinlər. Haçan kefim istəsə gedəcəyəm. Ona etibar eləməyin. Girəvə düşsə başını bədənindən üzün. Qoy düşmənlərimizin sayı heç olmasa bir nəfər azalsın. Armenakla Akop gördülər ki, Andranik getdikcə sərsəmləyib ağzına gələni ...
ANL
Firidun Rüstəmlinin “Könül nəğmələri”. Bu yaxınlarda şair və pedaqoq Firidun Rüstəmlinin 70 yaşı tamam olur. 44 il Bakıda Xətai rayonunun 165 saylı orta məktəbində çalışıb, pedaqoqun yetirmələri elmin müxtəlif sahələrində özünü təsdiqləyən mütəxəssislər kimi fəaliyyət göstərirlər. 2006-cı ildən təqaüdə çıxan F.Rüstəmli...
ANL
Ələmdar Mahirin 60 illiyi Yazıçılar Birliyində qeyd edilib. Ötən gün Yazıçılar Birliyində (AYB) şair Ələmdar Mahirin 60 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan AYB-nin mətbuat katibi, şair Ədalət Əsgəroğlu yubilyarı Birlik adından təbrik edib. “Şəms” ədəbi birliyinin sədri, şairə Eln...
ANL
Qobustanda kitab bayramı. Qobustan rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) təşəbbüsü ilə rayondakı Heydər Əliyev adına parkda kitab bayramı təşkil edilib. Qobustan rayon MKS-nin direktoru Adilə Cəbrayılova tədbir haqqında məlumat verərək, hələ qədim dövrlərdən insanların kitabla sıx bağlı olduğunu və məhz bu...
ANL
Rəsul Rzaya həsr olunan ədəbi-bədii gecə təşkil edilib. Xalq şairi Rəsul Rzanın 100 illiyilə bağlı bugünlərdə Daxili İşlər Nazirliyinin Polis Akademiyasında görkəmli söz ustadına həsr olunmuş ədəbi-bədii gecə keçirilib. Görüşü akademiyanın məsul işçisi Nizami Hüseynov açıb və bu cür görüşlərin müdavimlərin təlim-tərbiy...
ANL
Firəngiz Əlizadənin “İntizar”ı yeni quruluşda. Heydər Əliyev Fondu yeni beynəlxalq musiqi layihəsini – çağdaş Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələrindən biri olan Firəngiz Əlizadənin “İntizar” operasının yeni quruluşda premyerasını təqdim edib. Premyeraya dövlət başçısı İlham Əliyev və xanımı Mehriban...
ANL
İtaliyanın paytaxtı Romada Santa Çeçiliya Musiqi Akademiyasında Azərbaycanın xalq artisti Alim Qasımov və onu müşayiət edən ansamblla görüş keçirilib. Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Görüş Roma Musiqi Fondu və Santa Çeçiliya Konservatoriyasının layihəsi əsasında Azərbayc...
ANL
Yunis ilə yoldaş olsun. Gəlsin Allahına gedən. Elə insanlar var ki, şeir onlardan istifadə edir ki, şeir olsun.Yəni, şeirin müəllifi onu yazan şair deyil. Şeirin müəllifi yazıldığı zaman və bu zamanda mövcud olan cəmiyyətdir. Sadəcə olaraq şeir öz formasını almaq, aliləşmək üçün şairlərdən istifadə edir. Böyük Yunus Əm...
ANL
Abidələr keçmişin yadigarı, tarixin güzgüləridir. Neçə-neçə qaranlıq səhifələrə işıq salan çıraqdır abidələr. Hər parçasında hələ bir çox açılmamış sirlər gizlədir abidələr. Hərdən bizə adi bir daş, qaya kimi görünən abidə divarları zaman-zaman dilə gəlib onların gözü qarşısında yaşanmış əfsanələr, dastanlar söylər. Bi...
ANL
Ay Laçın... Azərbaycanın qərb sərhədlərinin qurtaracağında bir rayon vardı. Soruşanda “dünyanın qurtaracağında yaşayırıq” deyərdilər. And içəndə yüz iyirmi dörd min peyğəmbərə and içərdilər, uşaqlar da gözlərini döyə-döyə böyüklərə baxıb huşa gedərdi və Həsənağa meşəsindən moruq yığmaqdan dönəndə yüz iyirmi dö...
ANL
ABBAS ABDULLA’NIN ŞİİRLER KİTABI TÜRKİYE’DE. Ölemmedim amma. Ve Hacaloğlu’dan iki şiir. Amma minalanmış torpağam babam. Tofiq ABDİN.
ANL
Sənətdə və həyatda Ədil İsgəndərov yolu. Bu il Azərbaycan səhnəsinin görkəmli xadimi Ədil İsgəndərovun 100 illiyi tamam olur. Hamının inamla “Ədil” deyə müraciət etdiyi, əvəzində “buyur, qadam” – cavabı aldığı Ədil İsgəndərov Azərbaycan teatrının və kinosunun xoşbəxt sənətkarlarındandır. Bu xoşbəxtlik bəzən zamanın sər...
ANL
Verilməyən şans. Rasim Gərayoğluna. ...Rayondan öz maşınıyla Bakıya tək-tənha gələrkən Rabil yolboyu Muxtarla bağlı il yarım qabaq düşməncəsinə ayrıldıqları o gərgin saatları, dözülməz anları deyil, qəribə də olsa, onunla bağlı uzun illər yoldaşlıq elədikləri günlərdəki xoş məqamları, “Moskviç” maşınına səkkiz yüz kilo...
ANL
Xəbərim olmayıb bu səadətdən”. Əgər dünyasını dəyişməsəydi, indi səksən beş yaşı qeyd olunacaqdı. Onun gördükləri, çəkdikləri, bildikləri, kədəri, qəmi dedikləri və deyə bilmədikləri udub içəri verdikləri, onun mübarizəsi, çığırtısı, fəryadı, yanğısı, eşqi, həsrəti vətənə, millətə, xalqa, torpağa, dilə olan sonsuz məhə...
ANL
Sənsiz dünyam həzin düşdü. Dərdə xoş gəldin dedi Zakir Fəxri. Qapılarını taybatay açdı onun üzünə. Yalnız şeirindəmi? Yoxsa həyatından boylanan acılarına şirinlik qatdı Zakir müəllim! Dərdi hörmətə mindirdi... Çünki Allahın göndərdiyini qəbul etdi. Qəbul etdi və onları qələmə alıb yazılarında yaşatdı. Zakir müəllim All...
ANL
Erkən ölən ataların səsi. Günlər hər gün sinəsini bir az da açır ağrıların, kədərlərin üzünə. Zamanın nə mənbəyi var, nə də mənsəbi... Həyat tək ayağı üstə sıldırımın kanarında dayanmağa nə qədər də çox bənzəyir. Sıldırımda səni aşağıdan çağıranın da güdazına gedə bilərsən, arxadan səsləyənin də. Yapışdığından yıxıldıq...
ANL
Nəşrlərdə kənara qoyulmuş mətbu əsərləri. Bu tarixi xalqımız milli bayram kimi qeyd edəcəkdir. Hazırlıq işləri artıq başlanmışdır. Üzeyir bəyin, onun zəngin irsinin pərəstişkarı kimi mən də, neçə ildir ki, bu dahi şəxsiyyətin yaradıcılıq irsini, xüsusilə bu vaxtadək olan nəşrlərdə kənara qoyulmuş, hətta heç yerdə adı b...
ANL
Göyçayda xalq şairi Rəsul Rzanın ev-muzeyi istifadəyə verilib. Xalq şairi Rəsul Rzanın Göyçay şəhərindəki ev-muzeyinin əsaslı təmirdən sonra açılışı olub. APA-nın yerli bürosunun məlumatına görə, tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, rayon icra hakimiyyətinin ...
ANL
“Mənim doğma vətənim” mövzulu fotosərgi açılıb. Dünən İçərişəhərdə yeni açılan İncəsənət Bağında Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Mənim doğma vətənim” fotomüsabiqəsinin yekunlarına həsr edilən foto sərgi keçirilib. Sərginin açılışında çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev sərgin...
ANL
Azərbaycan Dövlət Universitetinin (Bakı Dövlət Universiteti o vaxt belə adlanırdı) jurnalistika fakültəsinin II kursunda oxuyurdum. Ara-sıra “Bakı, “Azərbaycan gəncləri”, “Kommunist” və başqa qəzetlərdə şeirlərimlə, publisist yazılarımla çıxış edirdim. Ən çox sevə-sevə oxuduğum Nazim Hikmət, Hüseyn Cavid, Cəlil Məmmədq...
ANL
Teatrla, tamaşalarla bağlı, eləcə də görkəmli sənətkarlar haqqında yazdığı dəyərli yazılarından qiyabi tanıdığım sənətşünaslıq doktoru, professor, əməkdar incəsənət xadimi Məryəm Əlizadə ilə daxili aləminin güzgüsü olan işıqlı aurasında qısa mükaliməmiz olmuşdu. Onda qətiyyən təsəvvür eləməzdim ki, gülərüz, şirindil, m...
ANL