text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Məlum olduğu kimi, türkdilli xalqları tarixi köklər, ortaq mədəniyyət, milli-mənəvi və dini dəyərlər, adət-ənənələr birləşdirir və bu amillər qarşılıqlı səmərəli fəaliyyət üçün əsas təməldir. Türkdilli ölkələr arasında əlaqələr hər keçən gün artmaqda və inkişaf etməkdədir. Son 10 il ərzində Türkdilli ölkələr ara... | ANL |
Süveydaya məktublar. Xəyallarımdan başqa yelkən açacaq yer yox. Hər kəsin xoşuna gələn, eşitdiyi anda gülümsədiyi və ya heç sevmədiyi kəlmələr vardır. Mən səni xəyalımda, sükut paltarı üstündə nurunla ətrafı günəş kimi işıqlandırarkən və gülərkən təxəyyül etdim həmişə. Əslində, sən hansı çiçəyi, hansı musiqini se... | ANL |
Əli İldırımoğlu yaradıcılığı yeni tədqiqat işığında. Mən hər zaman çalışmışam, standartçılıqdan qaçım, ürəyimə hansı hiss damıbsa, başımı ona yönəldim, yoxsa idrakımda acizləşirəm, nahaq o işə girişdiyimə peşmanlayıram. Görünür, burada təbii bir həqiqət mövcuddur. Çünki hər bir kəs sevdiyini xəyalında canlandırmaq... | ANL |
O boyda tibb ocaqları, xəstəxanalar var, özü də dövlətin nəzarəti, qayğısı da üzərində! Üstəlik, hər gün televiziya kanallarında yayımlanan məlum proqramları da izləyir, müxtəlif taleli insanlara, xüsusən xəstələrə ikinci nəfəs kimi görünən bu verilişlər ümidini bir az da artırırdı. Lap uşaq kimiydi,a rada xəlvətə ... | ANL |
Sevgin poeziyasından gələn addım səsləri. Ürək döyünürsə sözün canında, Gərəkdir deyəsən onu anında, Nadan məclisində, cahil yanında. Bu yaxınlarda "İkinci addım" adlı yeni şeirlər toplusu işıq üzü görən Dayandur Sevginin bu kitabında əsasən vətənpərvərlik, vətənə sevgi mövzularda qələmə alınmış şeirlər toplanıb.... | ANL |
Qalib və məğlub Səyavuş Aslan. Səyavuş Aslan haqqında fikirləşəndə nəyə görəsə xəyal məni ötən əsrin 70-ci illərinin əvvəllərinə - Azərbaycan televiziyasında hər həftə yumoristik novellalar adlı verilişin - hekayə-səhnəciklərin şıdırğı yayımlandığı vaxtlara aparır. N.Zeynalova, Ə.Ağayev, H.Bağırov, E.Zeynalov kimi... | ANL |
Rasimi "ortastatistik"liyə yuvarladan "qüvvə". Uşaqlığıma geri dönmək istədikdə qulaqlarımda cingildəyən ilk cümlə "mama, ata maaş alanda bunu alarıq (onu edərik)?" Elə bilərsiniz, bu, bizim üçün travmadır, xeyr, əksinə, həmişə anamın bizə öyrətdiyi bu cümləylə qürur duymuşam. Çünki bu cümlə bir növ bizim tərbiyəmiz... | ANL |
Xalqımızın multikultural dəyərlərinin Azərbaycan diasporuna təsir imkanları. Azərbaycanda multikulturalizm. Latıncadan tərcümədə "çoxmədəniyyətlilik" mənasını verən "multikulturalizm" sözü iyirminci əsrin ortalarından istifadə olunmağa başlasa da, son illərdə daha ümumişlək anlayışa çevrilib. Etnik, dini, irqi və ... | ANL |
Bugünlərdə bir nağıl oxudum. Qız başa düşür ki, gülü xoşbəxt olduqca o da xoşbəxt olur... Deməli, xoşbəxt olmaq üçün xeyir işlər görməlisən, başqalarını sevməlisən, onlara gərəkli olmalısan... Sevindirdiyin kimsəylə sevinəndə xoşbəxt olarsan... Və bu gözəl duyğuları da nağıllarda görəcəyik deyəsən... Qarışqa şirəy... | ANL |
Azərbaycan səhiyyəsi tarixində parlaq imza - Yevsey Gindes. XX əsrin əvvəllərində Azərbaycanın səhiyyə tarixində Yevsey Yakovleviç Gindesin adı keçir. Çoxları bəlkə də onu Cümhuriyyət naziri və yaxud da uşaq həkimi kimi tanıyır. Lakin onun həyat səhifələrini araşdırdıqca bu şəxsiyyətin zəngin və şərəfli həyat yolu keç... | ANL |
Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin aparıcı strukturlarından olan "Azərbaycantelefilm" Yaradıcılıq Birliyi, 60 illik sənət yolu keçmiş, yüzlərələ sənədli, bədii, musiqili və cizgi televiziya filmlərinə ekran həyatı bəxş etmişdir. Müasir texniki tərəqqi əsrində milli mənəvi dəyərləri, tarixi həqiq... | ANL |
Professor Səlahəddin Xəlilovla söhbət. Onun cəmiyyət, insan, mənəviyyat, əxlaq, sevgi, ağıl və sair haqqındakı aforizmləri, rübailəri və şeirləri qəzetlərdə çap olunurdu. Sonralar bu aforizmlər Rusiyada və Almaniyada da kitab halında çap olundu, Türkiyədə də yayıldı. Azərbaycanda bir çox kitablara, hətta dərs kit... | ANL |
M.F.Axundzadə adına Milli Kitabxanada Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən biri, şair, tərcüməçi, Əməkdar İncəsənət xadimi Tofiq Bayramın anadan olmasının 85 illiyi münasibətilə "Tofiq Bayram-85" adlı kitab sərgisi açılıb. Kitabxanadan bildirilib ki, sərgidə şairin Azərbaycan və xarici dillərdə mü... | ANL |
Dekabrın 16-da Heydər Əliyev Sarayında Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan xoreoqrafiya məktəbinin tanınmış nümayəndəsi, görkəmli rəqs ustası, Xalq artisti Əminə Dilbazinin anadan olmasının 100 illik yubileyi keçirilib. Əvvəlcə Əminə Dilbazinin ömür yolu və fəaliyyətini əks etdirən videoçarx nümayiş ... | ANL |
Nəşrin tərtibçisi və redaktoru tanınmış yazıçı-publisist Mustafa Çəmənlidir. Tədbirdə AYB katibliyi, tanınmış incəsənət və ədəbiyyat nümayəndələri, jurnalistlər iştirak ediblər. AYB-nin katibi Rəşad Məcid giriş sözündə kitabın əhəmiyyətindən bəhs edərək bildirib ki, yeni nəşr Prezident İlham Əliyevin görkəmli şa... | ANL |
"Dünyada əmanətəm" kitabının təqdimatı keçirilib. Görüşü giriş sözü ilə sənətşünaslıq üzrə fəlsəfə doktoru, tanınmış aktrisa Zülfiyyə Eldarqızı açaraq Gilə Əliqızının yeni kitabını iştirakçılara təqdim edib və şeirlərindən bir neçəsini səsləndirib. Zülfiyyə Eldarqızı qeyd edib ki, Gilə Əliqızı "Azərbaycan Respubl... | ANL |
Dekabrın 15-də AZƏRKİTAB kitab evində gənc şair Gülsadə İbrahimlinin "Femme" kitabının təqdimat mərasimi keçirilib. Mərasimdə tanınmış yazıçılar, ictimaiyyət nümayəndələri və jurnalistlər iştirak ediblər. Tədbirdə çıxış edən şairlər Əkbər Qoşalı, Qulu Ağsəs, İntiqam Yaşar və başqaları qeyd ediblər ki, son iki il ər... | ANL |
Yaxın tariximizə güzgü tutan canlı roman yazır. Yazıçı Əjdər Olun "Lo" əsərindən yaranan təəssürat və düşüncələr. İctimaiyyət nümayəndələri, incəsənət və ədəbiyyat xadimlərinin iştirak etdiyi tədbirdə hər kəs romanın həyəcanında idi. Romanı öncədən oxuyanlar isə barmaqla sayılacaq qədərdi. "Hövsələm daralmışdı. D... | ANL |
- KİMİ SUALLARA CAVAB AXTARANDA NƏLƏRİN ŞAHİDİ OLURUQ? Son vaxtlar mətbuatın da gündəmində olan Qaregin Njde adı çoxlarında maraq doğurdu. Ermənistanda "erməni dövlət xadimi" adlandırılan bu hərbi cinayətkara İrəvanda heykəl qoyulması və bu ənənənin Rusiyanın Armavir şəhərində də davam etdirilməsi ciddi təpkilərl... | ANL |
Borcumuzu qaytaraq!.. Dünən bir qrup ziyalı “Borcumuzu qaytaraq!” çağırışı və Bakıda Məhəmməd Əmin Rəsulzadənin ev muzeyi yaradılması təşəbbüsü ilə ictimaiyyətə müraciət edib. Müraciətin mətnini oxucuların diqqətinə çatdırırıq. Azərbaycan Xalq Cümhuriyyətinin 101-ci ili başa çatmaqdadır. 100 illiklə bağlı ümidlər ... | ANL |
XIX yüz ilin başlarında Azərbaycanı istilaya başlayan ruslar, yüz ilin ilk çərəyində Azərbaycan güneyi İran-Qacar dövlətində qalmaq üzrə feilən ikiyə ayırmışlardı.Zəif Azərbaycan xanlıqlarının müqavimətlərini qolayca alt edən Çarlıq Rusiyası mövcud durumu Osmanlı dövləti ilə yapdığı Ədirnə anlaşması (1829) və İranl... | ANL |
Bir Turan yolçusu diyor ki: Çox dolaşdım əski Şərqin ölü hissiz yurdunu, Sübh olmuşdu, fəqətyenə bir oyanıq görmədim. Anlamazdı kimsə onun o şübhəli dərdini, Ağlamazdı ona kimsə, qəlbi yanıq görmədim. Bu qaranlıq gecələrin ıssız, tutqun çağında, Almasyıldız doğacaq da üfüqə yıldız saçacaq. Vəhşi Qafqas dağlarının o ... | ANL |
Füzuli aşiqi rəssam. Öz gündəliyində rəssam belə yazırdı. Nağılların, bambaşqa dünyanın insanı idi. Uzun barmaqları, nazik əlləri, işıldayan iri mavi gözləri, köpük kimi qaynayan saçları, qarabuğdayı siması olan, sanki bir çox sirlərdən agah, dərviş surətli, arıq bir insan idi. O, Səttar Bəhlulzadə idi. Azərbayca... | ANL |
Deyimlər. Siyəzəndə yaşayan şair Firdovsi Ələm oğlu Hacısoy da ixtisasca həkimdir. Azərbaycan Yazıçılar Birliyinin üzvü olan Firdovsi Ələmoğlu bir neçə kitabın müəllifidir. Yaradıcılığından nümunələri oxuculara təqdim edirik. Çiçəklən, Çiçəklən, Azərbaycanım! Tarixlər şahidi qədim Naxçıvan. Çiçəklən, çiçəklən, A... | ANL |
Əli İldırımoğlu yaradıcılığı yeni tədqiqat işığında. Əli İldırımoğlunun poetikasında bədii yaradıcılığa xas milli özünü anlamaq konsepsiyası onun daxili potensialından qidalanır və ondakı həyati müşahidə inandırıcıdır, bəşəri ideyaların təsdiqidir, əsərlərin məzmununu zəiflətmir. Bu o deməkdir ki, yazıçının həya... | ANL |
Məhəmməd peyğəmbər buyururdu ki, elm Çində də olsa, onun dalınca gedin. Qarabağın gözəl guşəsi Ağdamın, xüsusən də Novruzlu camaatının bəxti bu sarıdan gətirmişdi. Onlar elm dalınca yaxın-uzaq ellərə deyil, elə kəndlərində yaşayan elm məbədinə - Əməkdar müəllim Səlim Əzimovun məbədinə üz tuturdular. Ağdamdan çıxmış on... | ANL |
Xatırladığım ömür və Əziz Nesinin bildikləri. Əziz Nesini oxumaq yazmaq eşqimə olan xəyanət idi, bilirdim, amma oxumağa olan sədaqətimi nümayiş etdirməkdə gecikmək istəmirdim. Bir də yazıçıların əsərlərindən əlavə, onların yazmaq-oxumaq haqqındakı düşüncələrini də anlamağa çalışıram. Düşünürəm ki, bütün yazıçılar yazd... | ANL |
Hər oxuduğumuz mətn növündən, janrından, həcmindən asılı olmadan hansısa bir keyfiyyəti ilə yaddaşımızda yer alır. Həm də hər kəsin mütaliəsinə durduğu yazının dərki prosesində ona müəyyən bir baxış bucağının da yeri olduğu şübhəsizdir. Kimsənin yaradıcı şüurunda hasilə gəlib yetişən hər hansı növ əsəri mütaliəy... | ANL |
"Məmməd Səid Ordubadi: Şərq və Qərb" monoqrafiyasının təqdimatı olub. AMEA-nın Naxçıvan Bölməsində İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Nərgiz İsmayılovanın "Məmməd Səid Ordubadi: Şərq və Qərb" monoqrafiyasının təqdimatı keçirilib. T... | ANL |
Şair Kəramətin "Xatirə muzeyi". Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda tanınmış şair Kəramətin "Xatirə muzeyi (adam)" adlı şeirlər kitabının təqdimatı olub. Tədbiri giriş sözü ilə AYB katibi Rəşad Məcid açaraq qonaqları salamlayıb. O, Kəraməti yeni kitabına görə təbrik edərək aparıcılığı Ağacəf... | ANL |
Dekabrın 18-də Milli Kitabxanada Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən biri, tədqiqatçı, şair, dramaturq, publisist Teyyub Yarməmməd oğlu Qurbanovun (Teyyub Qurban) anadan olmasının 85 illiyi münasibətilə "Teyyub Qurban - 85" adlı kitab sərgisi açılıb. Sərgidə Teyyub Qurbanın Azərbaycan və rus dill... | ANL |
Ədəbiyyatşünaslığımıza yeni töhfə. Bu günlərdə Latviyada beynəlxalq Globe edit mətbəəsində işıq üzü görən AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun "Ədəbiyyatşünaslıq" şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Nərgiz İsmayılovanın "Məmməd Səid Ordubadi: Şərq və Qərb" mon... | ANL |
Sənətkar qüdrəti. Tip-xarakter, koloritli obraz yaratmaqda Cəfər Cabbarlı əvəzolunmaz dramaturqdur, qüdrətli ustad sənətkardır. Bu obrazların tarixdə qalan maraqlı və cazibəli, möhtəşəm və qüdrətli ifaçıları olub. Dramaturqun koloritli və orijinal səhnə surətləri arasında "Yaşar" dramındakı İmamyar xüsusi yer tutur. ... | ANL |
Azərbaycanın səsi “Riga Symphony” müsabiqəsinin polifoniyasında. Dekabr ayında, yeni il ərəfəsində Latviyanın paytaxtında ənənəvi olaraq gənc vokalçıların “Riga Symphony” adlı müsabiqə-festivalı keçirilir. Müsabiqə 5-25 yaş arası vokalçılar üçün bütün əsas nominasiyalar üzrə keçirilir. Burada vokal sənətinin əsas ist... | ANL |
Nəsimi ilə bağlı yeni yanaşmanı əks etdirən kitab. Bu günlərdə "Şərq-Qərb" nəşriyyatında Azərbaycan Respublikasının Əməkdar elm xadimi Qəzənfər Paşayevin "Nəsimi: Edamdan sonrakı həyat" kitabı işıq üzü görüb. Nəşriyyatın baş redaktoru Nərgiz Cabbarlının verdiyi məlumata görə, kitab Nəsimişünaslar və oxucular tərəfin... | ANL |
David Çikvaidze Ümummilli Lider Heydər Əliyevi belə yad etdi... Beynəlxalq Avrasiya Mətbuat Fondunun təmsilçisi olaraq mən və mənim həmkarlarım tez-tez müxtəlif ölkələrə səfərlərə gedir, vacib tədbirlərdə, o cümlədən, BMT-nin qərargahında təşkil olunan tədbirlərdə iştirak edirik. Bu ilin sentyabr ayında Cenevrəyə son... | ANL |
Məni Nazim Hikmət yanıltdı... Sevgini ən gözəl şeirlərdən, ən maraqlı romanlardan, ən dərin yazarlardan öyrəndim. Ən çox da Nazim Hikmətdən. Bütün gün uşaq ağlımla bunu təkrarlayaraq müəllifin nə demək istədiyini beynimdə çək-çevir etmişdim. Bir insanın digəri üçün necə heçə dönməyindənmi, yoxsa qırğınlığının nə qədər... | ANL |
Əli İldırımoğlu yaradıcılığı yeni tədqiqat işığında. "Daş yağan gün"dən danışan tənqidçi insan taleyi fonunda hadisələrin inkişaf dinamikasını da unutmur. Əsərin mətnindən çıxış etməklə: yazıçı insan xarakterini, fenomenal varlığını, habelə əxlaqi kodlarının açılmasını səciyyəvi saymışdır. Mühüm odur ki, Əli İld... | ANL |
Şəmsəddin Kuzəçinin "İraq mətbuat tarixi" kitabı Bakıda təqdim edilib. İraq Türkmən Jurnalistlər Cəmiyyətinin sədri Şəmsəddin Kuzəçinin Regional hüquqi və iqtisadi maarifləndirmə İctimai Birliyinin dəstəyilə çap olunan "İraq mətbuat tarixi" adlı kitabının təqdimat mərasimi keçirilib. Şəmsəddin Kuzəçinin də iştirakıyl... | ANL |
Ədəbiyyatın dövrləşdirilməsinin Azərbaycan modeli. Humanitar elmlərin yeni tendensiyalara və çağımızın önə sürdüyü trendlərə əsaslanan müstəvisində ədəbiyyatın, xüsusilə milli ədəbiyyatın tarixini yazmaq, dövrləşdirmək ciddi nəzəri-konseptual həll tələb edən probemlərdəndir və miqyası böyükdür. Dünya miqyasında ədəb... | ANL |
31 dekabr dünya azərbaycanlılarının həmrəylik və birlik günüdür. 1991-ci il ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edib. ...Uzun zaman ... | ANL |
“Ay işığı” sonatasını ilk dəfə Qretanın ifasında eşitmişəm. Qriqoryan Qreta Bakı ermənisiydi. Ağdam Musiqi Texnikumunda oxuyurdu. Evimizin birinci mərtəbəsində kirayə qalırdı. Üç il olar, uşaqları Vyanaya gəzməyə aparmışdım. Bethovenin ev-muzeyində onu bir də dinlədim. Bəstəkarın muzeyi bir andaca çönüb evimiz “olm... | ANL |
Beş il Nurəngiz Günsüz. Bu dünyaya təşrif buyuran hər kəs bir yolçudur əslində. Çünki bu dünya beşikdən məzara uzanan yoldur. Adına ömür yolu deyərik. Gözəlliyi, işvəsi, ədası, ağlı, təmkini, nuruyla yolunun üzərində Günəş kimi addımlamağa başladı. O yol Tibb Məktəbini, Mədəniyyət və İncəsənət Universitetini görd... | ANL |
Qəfil gün doğdu bir gecə... Dekabrın 18-də Heydər Əliyev sarayının qarşısındakı izdihamın səbəbi Xalq şairi Ramiz Rövşənin şeirləri əsasında yazılan mahnılar və muğam parçalarından ibarət "Qəfil gün doğsa bir gecə" adlı konsert idi. Öncə foyedə Ramiz Rövşənin kitabları diqqət çəkdi. Oxucular sevimli şairlərini... | ANL |
Professor Səlahəddin Xəlilov araşdırmalarını bir neçə ildir ki, Türkiyədə davam etdirir. Bu günlərdə Bakıya qayıdan alimlə müsahibəmizin ikinci hissəsində onun Türkiyədəki fəaliyyəti, Azərbaycanda və Türkiyədə elm, elmşünaslıq və fəlsəfənin vəziyyəti və bir də milli fəlsəfi fikir, Türkiyədə nəsimişünaslıq və Nəs... | ANL |
İki il öncə mart ayının 5-də millət vəkili Qənirə Paşayevanın dəvətilə 8 Mart Beynəlxalq Qadınlar Günü və yeni bir İctimai Birliyin açılışı münasibətilə keçirilən tədbirə dəvət aldıq. Olduqca yüksək səviyyədə hazırlanmış tədbirdə yeni bir qeyri-hökumət təşkilatının yaranmasına şahidlik etdik: Regional Hüquqi və... | ANL |
"Azərbaycanlı şairlərin Türkiyəyə həsr olunan şeirləri" səslənib. Dekabrın 19-da Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında "Azərbaycanlı şairlərin Türkiyəyə həsr olunan şeirləri" adlı musiqili şeir gecəsi keçirilib. Tədbir Mədəniyyət Nazirliyi, Bakı Yunus Əmrə İnstitutu və Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzini... | ANL |
Azərbaycan Yazıçılar Birliyinin 85 illiyi qeyd edilib. Dekabrın 19-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Azərbaycan Yazıçılar Birliyinin (AYB) 85 illiyi təntənəli şəkildə qeyd olunub. Mərasimdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, AYB-nin üzvləri iştirak ediblər. Əvvəlcə tədbir... | ANL |
Əhməd Cəfəroğlunun 120 illiyilə bağlı elmi sessiya keçirilib. AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda görkəmli dilçi və türkoloq alim Əhməd Cəfəroğlunun anadan olmasının 120 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib. Şərqşünaslıq İnstitutundan Trend-ə verilən məlumata görə, sessiyanı g... | ANL |
Səvadsız savadlılar, yaxud "ürək dövləti". hədsiz bilikli olanlara savadlı adamlar deyiblər. Bəs savadsız deyilən adamlar da olub axı! Əlbəttə ki, Yunis İmrə kimi "Eşq başımdan aşa gəldi"deyənlər! Savad biliklə bağlıdır. Səvad yazı qabiliyyəti olmamaqla, yazı-pozuya o qədər də meyl salmamaqla. Çox təəssüf ki, bu nəsnəl... | ANL |
Mən Göyçənin Zod qəsəbəsində doğulmuşam: qızıl mədənlərinin olduğu bir yerdə. Sonra da Azərbaycanın ən yüksək nöqtələrindən birində - Daşkəsəndə böyümüşəm və dünyanı buradan tanımışam: daşların kəsildiyi, dağların yarılıb içindən dəmir filizi, mərmər, kobalt, daha nələr çıxartdıqları bir yerdən. Bəlkə bu səbəbd... | ANL |
Hər insana cavabdehik... Azərbaycan balasıyam. Vətənimdə. Hər canlıya, hər cansıza, Vicdanlıya, vicdansıza cavabdehəm. Mən dilimdən çıxan. Sözə cavabdehəm. Vətənimdə vətənsizə cavabdehəm. Mən vətənin. Həm özümə, həm də sizə cavabdehəm, Cavabdeh də qalasıyam! Yazıçılar Birliyinin 85 illiyinə. Əliylə döyüldüyüm, Sürdülər... | ANL |
Həsən bəy Zərdabinin də indi Təbriz ziyalılarını düşündürən problemi var idi: "Bəs qəzetləri necə çıxardım? Bir-iki yüzdən artıq oxuyan da olmayacaq. Amma Həsən bəy Zərdabi hələ o zaman təkbaşına bu problemin öhdəsindən gəldi. Mətbuat tarixçilərinin obrazlı şəkildə söylədiyi kimi, "Əkinçi" milli ictimai şüurun ... | ANL |
Onu sovet hökumətinin hünərli vaxtlarından tanıyıram. Onda insanlar indiki kimi qayğılı deyildilər. Rüzgarın hansı tərəfdən əsəcəyi heç veclərinə də deyildi. Heç insanlar çörəklə də imtahana çəkilmirdi. Televizorun düyməsini basan kimi, sovet şairlərinin qardaşlıq mövzusunda yazdıqları mahnıları maraqla dinləyir,... | ANL |
Türküstan yelləri öpüb alnını, Söylüyor dərdinisanabayrağım! Üç rəngin əksini Quzğun dənizdən, Ərmağan yolla, sən, yara bayrağım! Gedərkən Turana, çıxdın qarşıma, Kölgən dövlət quşu, qondu başıma. İzn ver, gözümdə coşan yaşıma, Dinlətsin dərdini aha, bayrağım! Qayı Xan soyundan aldığın rəngi, Qucamış Elxanla müsəlman b... | ANL |
İbrahim Tahirin Xəyyamdan tərcümələri. O, Şuşa şəhərində dünyaya gəlmiş, Qarabağ ədəbi mühitinin yetirməsi olmuşdur. Gəncliyində ticarətlə məşğul olan İ.Tahir XX əsrin əvvəllərində Bakıda nəşr olunan əksər qəzet və jurnallarla əməkdaşlıq əlaqələri yaratmış, mətbuatda ardıcıl olaraq şeirləri, publisistik məqalələri... | ANL |
"Müsavatçı" komsomollar. Martın 6-da (1929) Bakıda Azərbaycan Komunist Firqəsinin ümumi qurultayı açılmış.Qurultayda Azərbaycan Komunist Firqəsi katibi-ümumisi Əli Heydər Qarayev 2 gün davam edən bir rapor vermişdir.Bakıda çıxan "Komunist" qəzetəsi ilə Tiflisdə nəşr olunan "Zarya Vostoka" qəzetələri 7, 8, 9, 10 mart ta... | ANL |
Hamlet Xanızadə böyük sənətə asta və kövrək addımlarla - hay-küy salmadan, öz adı ətrafında qeyri-adilik illüziyası yaratmadan gəlib. Hərçənd, hər bir sənət adamının can atdığı olimpə doğru yürüşdə bu astagəllik onun temperamenti, elmi dillə desək, psixoloji portreti ilə uyuşmurdu. Hamleti yaxından tanıyanlar tə... | ANL |
Təsdiq və inkar. Artur Şopenhauerlə Məhəmməd Hadiyə müqayisəli baxış. "Əgər diqqətlə fikir versən, görərsən ki, dünyanın ən böyük filosofları milliyyətcə ya alman olublar, ya da yəhudi. Əksər alman filosofları idealist, əksər yəhudi filosofları isə materialist olublar". Rəhmətlik akademik Məmməd Cəfər müəllimlə o... | ANL |
Qafqasya Dağlılar firqəsinin fikirlərini nəşr etmək üzərə Parisdə çıxmaqda olan "Qafqasya Dağlıları" məcmuəsinin kanuni-sani (yanvar) - şubat (fevral) nüsxəsiintişareyləmişdir. Bu nüsxə əksəriyətlə polemik məqalələrə həsr edilmişdir. "Dağlılardakı ayrılma hərəkatı və onun mənşələri" ünvanlı məqalədə keçənlərdə... | ANL |
Əli İldırımoğlu yaradıcılığı yeni tədqiqat işığında. Bu milli xəzinədən yararlanmaq və yaşatmaq xalqın müqəddəs borcudur. Dil insanlara və yalnız insan cəmiyyətinə xidmət göstərmişdir. Min illər keçmiş, əsrlərdən əsrlərə inkişaf etmiş və formalaşmışdır. Belə ki, Azərbaycan dili başqa türk dillərindən fərqli olaraq f... | ANL |
Bir neçə gün öncə "Təhsil Nəşriyyat-Poliqrafiya" müəssisəsinin "Nəsimi ili"nə töhfəsi kimi "Zərrə mənəm, günəş mənəm" adlı albom-kitab nəfis şəkildə nəşr edilib oxuculara təqdim edildi. Bu münasibətlə Yazıçılar Birliyinin "Natəvan" klubunda təqdimat mərasimi də keçirildi. Bu nəcib təşəbbüs ziyalılar tərəfindən y... | ANL |
kitabı təqdim olundu. Dekabrın 23-də Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət Nazirliyinin təqdimatında tanınmış yazıçı-jurnalist Rafiq Hacıyev tərəfindən yazılmış və görkəmli tarzən, Əməkdar artist, Beynəlxalq müsabiqə laureatı Əhsən Dadaşovun işıqlı xatirəsinə həsr olunmuş "Əhsən sənə, Əhsən!.." portret-roman kitab... | ANL |
Burada şairin əsərləri, tərtib və tərcümə etdiyi, ön söz yazdığı və haqqında yazılmış kitab, jurnal və qəzet materialları nümayiş olunur. Sərgi bir həftə davam edəcək. | ANL |
Ərtoğrul Cavid irsinin təntənəsi. Bu günlərdə Azərbaycan Bəstəkarlar İttifaqının Konfrans zalında Cavidlər ailəsinin anım törəninə toplaşdıq. Onların əziz xatirəsi hər zaman olduğu kimi, yenə də dərin hüzn və ehtiramla yad edildi. Mütəfəkkir şair, görkəmli dramaturq Hüseyn Cavid və onun istedadlı oğlu musiqişünas, bə... | ANL |
Nəsiminin 650 illiyinə həsr edilmiş nəşrlərin təqdimatı oldu. Ötən gün M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə yazıçı-publisist, professor Hüseynbala Mirələmovun Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş "S... | ANL |
Qələmsiz yazılanlar. status-esselər. Doğum günü ərəfəsində cənab Prezidentin yerli jurnalistlərə müsahibəsi diqqətçəkən, təqdirəlayiq addım idi və böyük maraqla qarşılandı. Ölkə ictimaiyyətini maraqlandıran, demək olar, bütün məsələlərlə bağlı suallar dövlət başçısı səviyyəsində ətraflı və müfəssəl şəkildə cavablandı... | ANL |
Əminə Dilbaziyə həsr olunmuş elmi sessiya keçirilib. Azərbaycan xoreoqrafiya məktəbinin tanınmış nümayəndəsi, görkəmli rəqs ustası, Azərbaycan Respublikanın Xalq artisti Əminə Dilbazinin 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamını rəhbər tutaraq Bakı Xoreoqrafiya Akad... | ANL |
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxananın (MEK) direktoru Leyla İmanova MEK-in illik fəaliyyətini təqdim edib. Leyla İmanova çıxışında 2019-cu ildə MEK tərəfindən Azərbaycan Respublikasını Prezidenti İlham Əliyevin sərəncamlarının icrası çərçivəsində "Nəsimi - 650", "Həmid Araslı - 110", "M... | ANL |
Hardan başlanır teatr? Ölkədə ilk inklüziv teatrı yaradarkən, dövlətdən dotasiya alan bütün teatrların böhran içində çabaladıqları bir zamanda, evdən çölə çıxmaq üçün yardıma ehtiyacı olan istedadları bir yerə toplayıb onlara ümid, sevinc bağışlayarkən Nihad bir and verdi – nə olursa olsun, “Əsa”nı ayaqda saxlayacaq..... | ANL |
Famil Mehdinin işıq üzü görməyən şeiri. Amma onun nurani siması, özünəməxsus gülüşü, vüqarlı duruşu, oxuduğumuz ədəbiyyatların üz qabığının rəngiylə belə maraqlanması, diqqəti və tələbkarlığı, ciddiyyəti və qayğıkeşliyi sanki dünənmiş kimi yadımdadı... Milçək belə uçsa qanadının səsi eşidilirdi onun dərslərində. G... | ANL |
Mənim Billurə nənəm, Mənim Billurə balam. Mənim gözəl tələbəm. Ən böyük mükafatım, Ən uğurlu qələbəm. Ömrümdə, taleyimdə. Ulduz tək doğuldunuz. Gözəllər görən gözüm, Gözəllik tacım oldu. Şuşadan, Kəlbəcərdən, Ağdamdan gəlsin, qızım. Babalar da çağrar, Nənələr də çağrar. Səni Billurə nənə! | ANL |
Dekabrın 25-də M.F.Axundzadə adına Milli Kitabxanada Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən biri, şair və elm xadimi, professor Famil Mehdinin anadan olmasının 85 illiyi münasibətilə “Famil Mehdi – 85” adlı kitab sərgisi açılıb. Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə şairin əsərləri, tərtib etdiyi... | ANL |
İbtidai və orta məktəbi həmin şəhərdə bitirib, sonra əsgərlik xidmətini başa çatdırıb. İşləyib, ailəsinin dolanışığı üçün əziyyət çəkib. Ailə qurduqdan sonra Tehrana üz tutub. Mircamalın ədəbiyyat aləminə qədəm qoymasında şair qardaşı Mircəlil Hüseyninin böyük təsiri olub. Azərbaycanın çağdaş dövr tanınmış şairl... | ANL |
Elçin Mirzəbəylinin poetik dünyası. İzah olunarsa dəyərini, məzmununu, təsirini itirər. Sevgi hər kəsin içindədir. Həmin o hər kəsi dünyaya, həyata bağlayan bir duyğudur. Etiraf edək ki, bu duyğular şairlərdə daha aydın görünür və şeirdə-bədii sözdə reallaşıb oxucuya bir az da doğmalaşır. Füzuli sevgisi ilə yadd... | ANL |
Azərbaycan kitabxanaşünaslığının patriarxı. Azərbaycan elmində məktəb yaradan, yeni cığır açan, böyük elmi kəşflər edən alimlər, ziyalılar çox olmuşdur və indi də vardır. Ancaq bütöv bir elm sahəsini yaradan, yarım əsrdən çox bir müddətdə onu ayaqda saxlayan, ayrıca bir elm sahəsinin inkişafı onun adı ilə bağlı olan, ... | ANL |
Bir azadlıq əfsanəsi. Keçmiş günlərdən xatirə-reportaj. Təmiz sini qalağına yaxınlaşdı, birini götürdü, içərisinə təmiz boşqab, çəngəl, qaşıq qoydu. Buna əvvəllər cəhd edənlər olmuşdu. Ancaq razı olmamışdı. Razı olmamaq bir yana, xətrinə dəymişdi. Həmişəki kimi sırasını gözlədi. Sonra boylanıb boş stul axtardı,... | ANL |
2019-cu il Azərbaycan Dillər Universitetinin (ADU) elmi-pedaqoji istiqamətində, beynəlxalq əlaqələrində, o cümlədən, sosial həyatında bir sıra əlamətdar hadisələrlə yadda qaldı. Universitetin rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla özünün tələbəyönümlü, eləcə də professor-müəllim heyətinin peşəkarlığının d... | ANL |
Ötən gün Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda yazıçı Yunus Oğuzun "Səfəvi Şeyxi" tarixi romanının təqdimat mərasimi keçirilib. Tədbirdə AYB rəhbərliyi, tanınmış ədəbiyyat, incəsənət xadimləri, oxucular və media nümayəndələri iştirak ediblər. Tədbiri giriş sözü ilə yazıçı, kitabın bədii redakto... | ANL |
"525-ci qəzet"in 20 Yanvar şəhidi, şair Ülvi Bünyadzadənin anadan olmasının 50 illiyi münasibətilə vətənpərvərlik mövzusunda elan etdiyi şeir və esse müsabiqəsinin qalibləri müəyyən olunub. Professor Cahangir Məmmədli, AMEA-nın müxbir üzvü Könül Bünyadzadə və "525-ci qəzet"in baş redaktor müavini, ədəbiyyatşünas Seyf... | ANL |
"Jurnalistikada peşəkarlıq istedadla yanaşı, mənəvi keyfiyyətləri də əhatə edir". QULU MƏHƏRRƏMLİ: "BUGÜNKÜ TƏLƏBƏLƏRİN TƏNBƏLLİYİ, AZ MÜTALİƏ ETMƏLƏRİ MƏNİ NARAHAT EDİR". Müsahibimiz Bakı Dövlət Universitetinin professoru, tanınmış telejurnalist Qulu Məhərrəmlidir. - Qulu müəllim, uzun illərdir ki, praktik jurn... | ANL |
BİR AĞRININ ŞEİRİ. Son kərə vuraraq dişə. Günüm sovrulduqca hədər. AĞRIDAN DOĞULAN ŞEİR. Soyuqdu, üşüyürəm. Dərdin sinəsin cızıb. Səssiz qoşub vaxt xoruna. Qəlbimdən axan qara qan. Dizimdən təpər, candan qor. Məni həmənki kimi gör! (Saralmış dəftərdən). Gör necə göynəyir bağrımın başı? Daş üstə göyərir seçdiyim qismət!... | ANL |
Köhnə mətləblərdən təzə söhbətlər. Axşamdan xeyli keçmiş hərə bir yanda başını atıb yatandan sonra yazı masamın arxasına keçdim. Təbim gəlmişdi. Neçə gündü böyük həvəslə "Molla Nəsrəddini"i vərəqləyir, gözümü o karikaturalardan, yazılardan çəkə bilmirdim. Baxırdım, yazıları üç kərə, beş kərə oxuyurdum, yenə də ... | ANL |
MÜSAHİBİMİZ ŞAİR NAZİM ƏHMƏDLİDİR. Mənəvi dünyamın sehirli bir qüvvəsidir. Lap erkən yaşlarımdan, orta məktəb illərimdən şeir yazıram, bu günə kimi də davam edirəm. Ədəbiyyatsız, şeirsiz heç vaxt yaşaya bilmərəm. - Şair dünyanı özünəməxsus tərzdə görən, duyan, heç kimin görmədiyi dünyanı görən, onu poetik notla... | ANL |
Dünya türkologiyasında müstəsna imza - Əhməd Cəfəroğlu. Tanınmış dilçi və türkoloq alim İstanbul Universiteti Ədəbiyyat fakültəsi Yeni türk filologiyası kafedrasının professoru Əhməd Cəfəroğlu 17 aprel 1899-cu ildə Gəncədə doğulub. Kiçik yaşlarında (3 yaşında) atasını itirən Ə.Cəfəroğlu anası Gövhər xanımın və onu... | ANL |
Əhməd bəy Ağaoğlunun azadlıq və demokratiya axtarışları. 30-cu illər Türkiyəsində (bu zaman Türkiyə birpartiyalı sistemə malik idi və hələ demokratiyaya tam oturuşduğunu demək olmazdı) belə bir əsərin ortaya çıxmasına yalnız təəccüb etmək olardı. Əslində, özü də sərbəst düşüncəli insan olan Ə.Ağaoğlu bu əsərdə ... | ANL |
Sərhəd hərəkatından həmrəylik və azərbaycançılığa. Azərbaycanın ən yeni tarixinə "Sərhəd hərəkatı"nın baş verdiyi gün kimi daxil olan həmin gün indiki yaşlı və orta nəslin hafizəsində dərin iz buraxıb. Məhz həmin gün xalqın iradəsi və yenilməz gücü ilə 70 il göz bəbəyi kimi qorunan SSRİ-nin dövlət sərhəddindəki ... | ANL |
Ancaq qəribə bir qanunauyğunluq da müşahidə eləmək olur. Düşüncə inkişaf etdikcə, ağrının mahiyyəti dəyişir, daha dərinə işləyir. Yaralar boylanır - Açıq yaralar - taybatay qapılar. Ağrıdan yana-yana axan göz yaşları qələmin yanan xəttinə çevrilir. Bir dəfə türk musiqisinin ustadlarından biri Rəhmi Oruc Güvən ağ... | ANL |
Anamın boyat dərdi. Onda da içimdə indiki kimi çoxbucaqlı hisslər vardı. Düşünmüşdüm ki, görəsən, mən də nə vaxtsa Göyçədən danışa biləcəyəmmi? Əslində, anamın dilindən heç vaxt “Göyçə gölü” çıxmayıb, bunu coğrafi termin kimi yazıram. Taxtaların arasından içəri görünməsin deyə babam qəzet yapışdırıbmış vaqonun div... | ANL |
NƏSİMİYƏ HƏSR OLUNMUŞ TƏDBİR-KOMPOZİSİYA TƏŞKİL EDİLİB. Dekabrın 25-də Nazim İsmayılov adına 80 nömrəli məktəbdə böyük Azərbaycan şairi, mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş "İki cahana sığmayan dahi" adlı tədbir-kompozisiya keçirilib. Tədbirdə tanınmış ziyalılar, ədəbiyyat və incəsənət... | ANL |
Dostum Rəşad Məcidlə Yeni il ərəfəsində söhbət. Canından uzaq, bu bayram ərəfəsi ətrafı bürüyən qrip epidemiyasından mənə də pay düşüb. Adətimdir, belə vəziyyətlərdə halsızlığı unutmaq üçün oxumağı planlaşdırdığım kitablar həyanım, məlhəmim olur. Sənin yeni çapdan çıxmış "Səbəbi sənsən" kitabı da əlimim altında... | ANL |
Yanvarın 2-si görkəmli naşir, "Təhsil Nəşriyyat-Poliqrafiya" MMC-nin qurucusu, Əməkdar mədəniyyət işçisi, mərhum Bəhruz Axundovun doğum günüdür. Ömrünü Azərbaycanda nəşriyyat-poliqrafiya işinin inkişafına həsr etmiş tanınmış naşir Bəhruz Axundovun xatirəsini ehtiramla yad edir, onun bir neçə il öncə "Sənsiz səni... | ANL |
Əbülfəs Qarayev: "Qloballaşma dövründə mədəniyyətə təsir formaları da müasirləşib". MƏDƏNİYYƏT NAZİRİ ƏBÜLFƏS QARAYEVİN APA-ya MÜSAHİBƏSİ. Bu il ölkənin mədəni həyatında bir sıra əlamətdar hadisələr baş verdi. Lap əvvəl Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın mədəniyyət xadimləri i... | ANL |
Nəvai yaradıcılığında Nəsimi obrazı. VƏ YA ÖZBƏK ƏDƏBİYYATI SƏHİFƏLƏRİNDƏ NƏSİMİ İZLƏRİ. İmadəddin Nəsimi, Lütfi, Səkkaki, Ətayi, Müqimi və türk dilində yazan digər klassik sənətkarların yaradıcılığından bəhrələnməsi Əlişir Nəvai üçün böyük məktəb olub. Təkcə öz xalqının deyil, həm də bütün Orta və Yaxın Şərq ... | ANL |
"Sənətkarın elmi pasportu" seriyasından ilk monoqrafik tədqiqat. Artıq yarım əsrdən çoxdur ki, Azərbaycan ədəbiyyatşünaslıq elmində ədəbiyyatımızın böyük yaradıcıları olmuş şəxsiyyətlərin həyatı və yaradıcılığına həsr edilmiş monoqrafik tədqiqatlara təsadüfdən-təsadüfə rast gəlmək olur. Ədəbiyyat tarixi istiqamətində k... | ANL |
Rejissor Vəfa Ağabalayeva: "Çəkilişə başlayanda qəribə reaksiyalarla qarşılaşdım". Budəfəki müsahibimiz televiziya və radio aparıcısı, idman jurnalisti, sənədli filmlər üzrə rejissor Vəfa Ağabalayevadır. Elə söhbətimizə də bu filmin yaranma ideyasından başlayaq. Film daun sindromlu uşaqların muziklda çıxışından ... | ANL |
Laçın nisgilli şair. Bir neçə gündür, yazı masamın üzərində iki kitab var. Hərdən açıb, vərəqləyir, içindəki misralar əllərimi, gözlərimi, ürəyimi yandırana qədər yerə qoymuram. O səhifələrdən boylanan kədər, həsrət, intizar, qəlb yanğısı o qədər böyük, o qədər güclüdür ki, qarşısında daş da olsa əriyər, nəinki ins... | ANL |
Deyir - həyat sənətdən qat-qat maraqlıdı. Buna görə çətindi bizim işimiz, hissləri bol eləsən hind kinolarından, elmi yükü artırsan ensiklopediyalardan təsirləndiyini deyəcəklər. Reallıqda yaşananı qələmə alsan, “özünü yazır” deyib intellektinə şübhə edəcəklər, nəyisə uydurmağa çalışdınsa, “sünidi, kitabdan gəlir” ... | ANL |
Beş cildlik ədəbi tərcümeyi-hal. YAXUD ELÇİN İSGƏNDƏRZADƏ YARADICILIĞI BÜTÖV BİR ÇƏLƏNG HALINDA. “İstedaddan xəbər verən misraların işığı”. Mərhum Xalq şairi Məmməd Araz onun yaradıcılığından bu cür bəhs edib. Onun poetik ilham mayasının Allah vergisi olduğunu böyük əminliklə söyləyib. Yəqin bu vergisini sehrinə,... | ANL |
Yanvarın 31-də paytaxtın Suraxanı rayonunun Əmircan qəsəbəsindəki Mədəniyyət evində Mədəniyyət Nazirliyi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Azərbaycan Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə görkəmli şair Səməd Mənsurun (1879-1927) 140 illiyinə həsr olunmuş “Həpsi rəngdir” adlı ədəbi-bədii tədbir keçirilib. Tə... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.