text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Görəsən, bundan daha dəhşətli nəsə var? Dəhşətlidir, deyilmi? Sevirsən, fədakarlıq edirsən, onun həyatındakı varlığını hüceyrələrinə sancırsan, toxumalarına yeridirsən, iliyinə qarışdırırsan, sübut etmək istəyirsən ki, dəyərlidir. Amma o, əlinə düşdüyü ilk fürsətdəcə səni xərçəng edir, vərəmə yoluxdurur. İtirə-itirə ... | ANL |
Ay işığının həsrəti. Biz nələrin həsrətini çəkirik, nələrin? Bir düşünək hələ. O, bəlkə də, hamının arzuladığı, adını eşidib özünü görmədiyi xoşbəxtliyin... Biz nələrin həsrətini çəkirik, nələrin? Amma dəqiq bilirəm: bunların içində ay işığı yoxdur. Sizə bir möhtəşəm xəbər deyimmi? Təsəvvür edin, təsəvvür edin, çəkinm... | ANL |
Nəsiminin Gəncədə qorunan yadigarı. 25 İL ƏVVƏL ŞAİRİN NƏSLİNİN NÜMAYƏNDƏLƏRİ ONUN HƏLƏBDƏKİ TÜRBƏSİNİN QƏDİM KİLİDİNİ GƏNCƏLİ BİR SƏYYAHA BAĞIŞLAYIBLAR. Azərbaycanlıların yeni ili böyük bir ism ilə şərəfləndi. Biz azərbaycanlılar üçün bu, həm də Nəsiminin zamanları aşaraq, neçə-neçə nəslin mənəvi dünyasına hopmuş ... | ANL |
Siciliyalı getdikdən sonra Siseron kabinetində tək oturmuşdu, dəri şarı bir əlindən o bir əlinə atırdı, bu əllərini möhkəmləndirmək məşğələlərindən biri idi. O, “Rəqs edən Ustadın” və “Qabanın” yaxınlığını bilirdi. Onlar bir müddət bir yerdə olmuşdular. Həm də bəzi siciliyalılar heç Roma vətəndaşları da deyildil... | ANL |
İLK CÜMHURİYYƏTİMİZ: OLMUŞLAR VƏ DÜŞÜNCƏLƏR. Neçə min illik dövlətçilik tariximizdə ilk dəfə “Azərbaycan” adlı müstəqil dövlətimizi - Xalq Cümhuriyyətini yaratmış, qısa müddətdə olsa da şərəflə yaşatmış və dünyaya tanıtmış istiqlal mücahidlərimiz məcburi fasilə dövründə mühacirətdə nələr yazmış, nə düşünmüş, b... | ANL |
Kövrək duyğuların tüğyanı. Bir neçə şeir və poemalar kitabının müəllifi olan tanınmış neftçi-alim, şair-publisist Hacan Hacısoy heç bir yerdə özünü şair kimi təqdim etmir. Ancaq onun poetik topluları ilə tanış olan hər kəs poeziya aləmində özünəxas ədəb-ərkanı olan “çiynində söz yükü daşıyan bir yolçu” görür, b... | ANL |
Birinci dəfə iyirmi yaşımda öldüm. Hər şey qəfil baş verdi və heyrətdən genişlənib az qala əlliqəpiklik boyda olan gözlərimdən xəstə bir sızıltı keçdi. Zəif bədənim ölümün bihuşedici dadını hiss edən an səyriməyə başladı, damar-damar olmuş sifətim buz soyuğu özünə çəkdi. Hündür körpüdən lil, bullanıq suyu üstündə çör... | ANL |
Vaqif Bəhmənli poeziyası: sözün və səsin rəng çalarları. Çağdaş poeziyamızın görkəmli nümayəndəsi Vaqif Bəhmənlinin son bir ayda iki şeirlər kitabı nəşr edilib. Bu kitablardan biri Azərbaycanda (“Qansız savaş”. Hər iki kitabı şairin son dövr poetik düşüncə və obrazlar aləminin zənginliyinin, müxtəlifliyinin bir f... | ANL |
Gəncəyə getmişdim, Əjdər Olu axtarmağa. Elə bilirdim, hər addımda qarşıma çıxacaq. İlıq bir təbəssümlə üzümə gülümsəyəcək, sağ əllə görüşəcək, sol əlini çiynimə qoyacaq. Orda tapdığı dostla yenidən tanış olmaq və heç nəyi gözdən qaçırmadan gəlib bu günə çıxmaq istəyir. Xüsusən, Gəncə Dövlət Universitetinin yat... | ANL |
Küləklər şəhərinin tarixi, lap qədim tarixi həmişə mənə maraqlı gəlib. Bax bir də o yaşlarında tanımaq istəyirəm Bakını. Mənim gördüyüm ən qədim liman şəklində iki tacir və taxta gəmi var idi. Qədim Bakı mənim üçün o gəmidən ibarət oldu. Mənə elə gəlir, dənizin altından çıxıb bu şəhər. Qumu səma rəngində imiş. Öz təsə... | ANL |
Qələmsiz yazılanlar. Orxan Pamukdan feysbuk statusları barədə soruşanda tərəddüdlə belə cavab vermişdi: “Bəlkə bu da bir ədəbiyyat növüdü, hələ ki bir söz deyə bilmərəm”. Dövrün, innovasiyaların yaratdığı bu janrın mahiyyəti yəqin ki, gələcəkdə xüsusi araşdırılacaq! Bəlkə bu da jurnalistikanın, yaxud ədəbiyyatın bir n... | ANL |
Amma ürəyimdə təbii olaraq həm də bir qürur və sevinc hissi keçirdim. O, “Bağanıs-Ayrım soyqırımı” və “İstiqlal yolları”nda kitablarının həmmüəllifidir. AMEA-nın Tarix İnstitutunda elmi iş müdafiə edərək tarix üzrə fəlsəfə doktoru olub. 2005-ci ildə Akademik Yusif Məmmədəliyev adına mükafata, 2005-ci ildə jurnali... | ANL |
Gənclər siyasətində ənənə və varislik. Hazırda Azərbaycan dövləti bütün sahələrdə öz inkişafının yeni mərhələsinə daxil olub. İnkişafın bu mərhələsi dünyamızda baş verən elmi, texniki, ictimai, siyasi və mədəni proseslər fonunda özünə yeni yol tutur və davamlı insan resursları inkişafını özünün prioriteti hesab edə... | ANL |
Ölkəmizin hərtərəfli inkişafında gənclərin çox böyük rolu var. Bu gün müstəqil Azərbaycan dövləti üçün prioritet istiqamətlərdən birini də gənclər siyasəti təşkil edir. Həm Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə, həm də indi gənclərlə iş, gənclər siyasəti dövlət siyasətində mühüm yer tutub... | ANL |
İnsan oğlu bu səslərə səsini qatır. Ağlamaq, çağırmaq, səsləmək səsini. Səs heç vaxt adamı aldatmır, səsin içindəki titrəyiş əslində ürəkdir. Sözlər yaranmamışdan qabaq, yəni dünyanın səs vaxtı müharibələr yox idi. Elə ki, səsdən istifadə azaldı, müharibələr başladı. Analar balasını ilk dəfə səsindən tanıyır. K... | ANL |
Azərbaycan xalqının tarixinə və taleyinə qara hərflərlə yazılan dövrlərdən biri də 1930-cu illər - Stalin repressiyaları dövrüdür. O dövrdə minlərlə dəyərli Azərbaycan övladı müxtəlif bəhanələrlə, şərləmələrlə, "Xalq düşməni", "pantürkist" adıyla güllələndi, gedər-gəlməzə göndərildi, ailəsi, qohumları, övladları... | ANL |
Nadir peşə sahiblərinin hamisi. Xoreoqrafiya olduqca rəngarəng, mürəkkəb və eyni zamanda, dünya mənəvi mədəniyyət xəzinəsində xüsusi nüfuza malik nümunələri təcəssüm edən ən zərif sintetik sənət növüdür. Tarixən xoreoqrafiya sənəti təşəkkül və inkişaf, tənəzzül və intibah kimi bir neçə mərhələ keçmişdir. Əlamətda... | ANL |
Bir şəkilin tarixçəsi. Uzun illər axtardığım rəssam. Otuz ilə yaxın idi, bir tablonu çəkmiş rəssamın kimliyini müəyyənləşdirməyə çalışırdım. Tabloda külək saçlarını üzünə dağıtmış cəsur və qürurlu bir gənc təsvir edilib. Onun yuxarı qaldırdığı sağ əlində qandal var. Sol əli ilə tutduğu Azərbaycan Cümhuriyyətinin... | ANL |
Örnək sayılası ömür yolu. ƏMƏKDAR JURNALİST BƏBİR HÜSEYNOVUN "HƏYAT İLLƏRİN AYNASINDA" KİTABI İŞIQ ÜZÜ GÖRÜB. "Qələmə aldığm "Həyat illərin aynasında" adlı kitabımda həyatımın qısa xronologiyası, son illərdə müxtəlif qəzet, kitab və jurnallarda dərc olunmuş yazılarım, xatirələrim, hekayələrim, dostluq, gənclik ... | ANL |
Publisistik sözün gücü. ANARIN "SƏHƏR-SƏHƏR" YAZILAR TOPLUSU BARƏDƏ DÜŞÜNCƏLƏRİM. Bir vaxtlar "müharibə uşaqları" adlandırılan yazıçı və şairlərimizin əsərlərini mütaliə etməkdən yorulmazdıq. Həmin əsərlərin təsiri ilə müharibəyə nifrət ruhunda böyüyə-böyüyə bir də gördük ki, özümüz də zorən müharibəyə cəlb olunmuş... | ANL |
Bir şəkilin tarixçəsi. Sual yarana bilər ki, Ələkbər Rzaquliyev sink üzərində hazırladığı başlıqları o dövrün imkanları daxilində İstanbula necə göndərə bilib? Bu suala dəqiq cavab tapa bilməsəm də, məntiqlə cavab vermək olar. İstintaqdan aydın olur ki, 1927-ci ildə Məhəmməd Əmin Rəsulzadənin kitabları və Müsav... | ANL |
Dünən Azərbaycan Yazıçılar Birliyinin "Natəvan" klubunda şair Dayandur Sevginin 60 illik yubileyi və "İkinci addım" kitabının imza günü keçirilib. Mərasimdə AYB rəhbərliyi, tanınmış ziyalılar, yubilyarın qələm dostları, ailə üzvləri və media nümayəndələri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan AYB-nin katibi ... | ANL |
Aqil Abbas: "Allaha inanmayan Şuşaya gedəcəyinə də inanmaz". - Aqil müəllim, üzvü olduğunuz parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu günlərdə keçirilən iclasında "Məni Şuşaya Azərbaycan dövləti aparacaq" fikrini səsləndirmisiniz və bunu bir deputat həmkarınız öz Feysbuk səhifəsində ... | ANL |
Kitaba yazılmış ön sözü təqdim edirik: Əkbər Qoşalı imzası təkcə Azərbaycan oxucusu üçün deyil, ümumtürk coğrafiyası üçün bəlli və sayğı duyulan bir imzadı. Çağdaş türk ədbiyyatında və ədəbi prosesində bu imzanın həm şair kimi, həm publisist kimi, həm də türkoloq kimi ayrıca yeri və mövqeyi var. Hər üç müstəvidə onu y... | ANL |
YAXUD ŞƏXSİYYƏTLƏ SƏNƏTKARLIĞIN VƏHDƏTİNƏ AZAD ŞÜKÜROV ÖRNƏYİ. Uzaqdan adamla bərabər bir kölgə gəlir. Böyüyür, böyüyür dağ boyda bir adam olur. Ürəyə yatımlı səslə sözün qarışıq cazibəsi səni özünə çəkir. Sözü səsə çevirib diqqətinə hakim kəsilən, hələ üzünü görmədiyin bu adama qarşı içindən bir doğmalıq hissi ... | ANL |
Filologiya üzrə fəlsəfə doktoru, AMEA Naxçıvan Bölməsinin Folklorşünaslıq şöbəsini müdiri. Danışdırmasan, qətiyyən səsi çıxmaz. Bir az da yumaq kimi görünür kənardan baxanda. İçinə elə çəkilib ki, elə bilirsən, toxunsan, uşaqların əlindəki balon kimi məhv edə bilərsən dünyasını. Elə bu şəkildə də tanışlığımızın ç... | ANL |
Dünən Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda yazıçı Elçin Hüseynbəylinin (Qaraçuxa) "Qarabağ hekayələri" silsiləsindən "Gözünə gün düşür" kitabının təqdimat mərasimi keçirilib. Təqdimatı giriş sözü ilə açan AYB-nin katibi Rəşad Məcid Elçin Hüseynbəyli yaradıcılığı və yeni kitab haqqında danışıb. ... | ANL |
XALQ YAZIÇISI, MİLLƏT VƏKİLİ ELMİRA AXUNDOVANIN YARADICILIĞI HAQQINDA DÜŞÜNCƏLƏR. Mənim üçün görkəmli publisist, Xalq yazıçısı, Azərbaycanın Əməkdar jurnalisti, Respublika Dövlət mükafatı laureatı, "Şöhrət" ordenli, Vətənimizdən çox-çox uzaqlarda tanınan yazıçı haqqında yazmaq bir tərəfdən asan, o biri tərəfdən ... | ANL |
Parlaq əsərlərin - xalqın bayramı Adını ucaldıb çox məşhur etdi. Dar gündə, Vətənin haqq savaşında Meydana atılıb sən qələm çaldın. Yalançı naqqallar həddi aşanda Qara daşlarını əlindən saldın. Onlarca uşaq şeiri hətta dərsliklərə də düşmüş 86 yaşlı Tofiq Ağayev haqqında daha çox eşitmişdim. Bilirdim ki, bu qoca... | ANL |
Maltada türk izləri. Bəsirə ƏZİZƏLİ. Filologiya üzrə fəlsəfə doktoru, dosent. Malta türk və islam izlərinin geniş şəkildə təsadüf olunduğu Avropa ölkələrindəndir. Bunun da mühüm tarixi səbəbləri var. 870-ci ildən etibarən iki əsr yarım müddət ərzində Malta müsəlman ərəblərin hakimiyyəti altında olub, Qozo adası u... | ANL |
"Qurbanəli bəy" hekayəsi: görünən və görünməyən tərəflər. Azərbaycan realist ədəbiyyatının qüdrətli nümayəndəsi Cəlil Məmmədquluzadə hekayə ustadı kimi əvəzolunmazdır. Bir əsrdən artıqdır ki, onun ecazkar qələminin gücü ilə yaradılan hekayələr nəinki Azərbaycan ədəbiyyatının, eyni zamanda, dünya ədəbiyyatının bu ja... | ANL |
Süsən NƏVADEYE RƏZİ. Yelə bel bağlamaq, Suya sarılmaq, Havanı həvəngdə döyməkdir, Bəlkə də sevmək. Nəsələr var olmaqdan ötə, Nəsələr var ölməkdən ötə, Elə donuq-donuq baxma qadası! Söylə, Hansı saatda yaranmısan? Bu fəsildən sonra. Heç bir fəsil gəlməyəcək. Səhər-səhər almalıqlara. Pıçıldasın sənə. Yel günəşi yerdən... | ANL |
Akademik Milli Dram Teatrı uzun illərdir ki, Azərbaycan mədəniyyətində, incəsənətində aparıcı yerlərdən birini tutur. Onun tez-tez yeniləşən repertuar zənginliyinə teatrsevərlər, daimi tamaşaçılar yaxşı bələddir. Biz isə çoxsaylı oxucularımızı teatrın repertuar quruluşu, son illər Azərbaycan teatr səhnəsində baş ve... | ANL |
Bakıdakı Atatürk Mərkəzində "Bu dünyanın fidanları. Deti - siyaniya planetı" kitabının təqdimatı olub. Kitab Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Mərkəzi Kitabxana Sisteminin (MKS) mərkəzi kitabxanasının yazıçı-publisist, şair Sevinc Basqallı ilə birgə həyata keçirdiyi layihə əsasında işıq üzü görüb. Tə... | ANL |
“Azərbaycan mətbəxində dolmalar. Fevralın 6-da Bakı Kitab Mərkəzində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə uzun müddət nəşri üzərində iş aparılan və yenicə işıq üzü görmüş "Azərbaycan mətbəxində dolmalar. Tədbiri mərkəzin direktoru Günel Rzayeva açaraq belə bir təqdimatın təmsil etdiyi mədəniyyət ocağında ke... | ANL |
"Yaradanlar və yaşadanlar"da Əbülfət Əliyev anıldı. Beynəlxalq Muğam Mərkəzində "Yaradanlar və yaşadanlar" layihəsi çərçivəsində reallaşan növbəti konsert görkəmli xanəndə, Xalq artisti Əbülfət Əliyevin yaradıcılığına həsr olunub. Muğam Mərkəzindən bildirilib ki, respublikanın tanınmış incəsənət ustalarının ... | ANL |
Məmməd Tahirin sevgi dünyası. Çoxdandı Məmməd Tahirin şeirləri məni sehirləmişdi, onun haqqında yazmaq istəyirdim. Bu səhər yenidən kitablarını vərəqlədim. "Kimi" şeirinin son bəndindəki poetik ifadə nəzər-diqqətimi cəlb elədi. Sanki bu bənd Məmməd Tahirin bütün yaradıcılığının hərəkət istiqamətini müəyyənləşdiri... | ANL |
Uşaqlıq çağlarımızda əlli-altmış yaş bizə çox uzun, ulduzlar qədər uzaq məsafədə olan əlyetməz bir zirvə kimi görünürdü. Nə vaxtsa biz də bu yaşa gəlib çatacağımıza hələ çox illər qaldığını zənn edirdik. Hələ ömür yolunun başlanğıcında olduğumuzu düşünürdük. Amma həyat yollarında addımlaya-addımlaya əllini keçib ... | ANL |
İsa Həbibbəyli: "Dərsliklərin yazılmasında özfəaliyyət ola bilməz". "525"in müxbirinin suallarını Milli Məclisin Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli cavablandırır. - İsa müəllim, parlamentin bu günlərdə öz işinə başlayan 2019-cu il yaz sessiyası ilə bağlı komitənizin ilk iclasında məlumat verildi... | ANL |
Müharibənin uşaqları. Bir ovuc torpağı bölə bilməyənlərin dünyasında hamısı eyni göy üzünü paylaşırlar. Gözlərini uzaqlara dikib, sabaha ümid bağlayırlar. Qorxu yumaq kimi əzələlərinin içərisində yumalanır. Həyəcan buz parçası kimi bədənlərinə dolaraq, sümüklərini gizildədir. Müharibə şəraitində yaşayan uşaqlar... | ANL |
Üzeyir təntənəsi və ermənilərin yalançı artistliyi. Üzeyir bəy “Nicat” Xeyriyyə Cəmiyyəti ilə çəkişməkdədir. Mətbuat səhifələrindən bir-birinin ünvanına ittihamlar yağdırırlar. Bu narazılıq, umu-küsülər əvvəllər də olmuşdu. Gənc bəstəkar Peterburqdan Müslüm Maqomayevə yazdığı məktubda “Nicat” cəmiyyətindən gileyl... | ANL |
Bu sözə aristokratlar gülüşdülər. Siseronun gələcək düşməni Katilina ona işarə edərək, barmaqlarını boğazının yarımdairəsinə çəkdi. Siseron qərənfil kimi qızarsa da, özünə nəzarətini saxladı. Hətta azacıq gülümsədi də. Aydın idi ki, Hortensi və onun dostları sessiyanın qalan hissəsində danışmaq istəyəcəklər ki, S... | ANL |
İLK CÜMHURİYYƏTİMİZ: OLMUŞLAR VƏ DÜŞÜNCƏLƏR. Neçə min illik dövlətçilik tariximizdə ilk dəfə “Azərbaycan” adlı müstəqil dövlətimizi - Xalq Cümhuriyyətini yaratmış, qısa müddətdə olsa da şərəflə yaşatmış və dünyaya tanıtmış istiqlal mücahidlərimiz məcburi fasilə dövründə mühacirətdə nələr yazmış, nə düşünmüş, b... | ANL |
Dil yalnız ünsiyyət vasitəsi deyil, həm də təməldir. İnsanın, hisslərin, varlığın təməli, geniş mənada bütöv millətin təməli. Bir millətin dilinin, dininin, hətta xarici görünüşünün də konkret səbəbləri var. Allah insanları eyni yaratdı, amma fərqli dillər, mədəniyyətlər, adət-ənənələr sayəsində seçildi bu adam... | ANL |
XX əsrin əvvəlləri Azərbaycan tarixinə bir neçə mühüm əlamətlə daxil oldu: bu əsrdə üç ictimai inqilab, iki dünya müharibəsi baş verdi; Şərqdə ilk demokratik respublika - AXC yarandı, neftin sayəsində milli burjuaziya formalaşdı, Bakı tarixi əhəmiyyətinə görə dünya şəhərinə çevrildi; milli mətbuat, peşəkar milli... | ANL |
Nəsimi şeirində “pərdə” və pərdənin ardındakılar. Hər sadə insanın nitqi və yazısı sözlərin üzərində qurulduğu kimi, böyük ədiblərin də düşüncə və duyğuları ifadəsini elə hamı tərəfindən istifadə olunan sözlərlə tapır. Amma mühüm bir fərqlə ki, sadə insanların dilindəkindən fərqli olaraq, qüdrətli şairlərin qələ... | ANL |
Ağrının bədii ifadəsi. Kafkanın miniatürləri (pritçaları, məsəlləri) onun roman və hekayələrindən az bədii-fəlsəfi-psixoloji yük daşımır və yaradıcı bir fərd kimi Kafkanın müəmmalı qeyri-konkretliyi - o, kimdir? və qiymətləndirmək mümkün deyil. Onun əlçatmaz hesab etdiyi yazıçılara fikir verin: Flober, Qrilparser... | ANL |
Qələmsiz yazılanlar. Orxan Pamukdan feysbuk statusları barədə soruşanda tərəddüdlə belə cavab vermişdi: “bəlkə bu da bir ədəbiyyat növüdü, hələ ki bir söz deyə bilmərəm”. Dövrün, innovasiyaların yaratdığı bu janrın mahiyyəti yəqin ki, gələcəkdə xüsusi araşdırılacaq! Bəlkə, bu da jurnalistikanın, yaxud ədəbiyyatın bir... | ANL |
Professional rəssam və mahir heykəltəraş. Azərbaycan təsviri sənətinin və heykəltəraşlığın inkişafında özünəməxsus mühüm xidmətləri olan görkəmli xalq rəssamı, professor Hüseynqulu Əliyev çoxcəhətli yaradıcılıq fəaliyyətinə malikdir. O, təsviri sənətin rəngkarlıq, qrafika, teatr rəssamlığı istiqamətlərində və hey... | ANL |
İnsan kainatın sirlərinə elmin gücü ilə vaqif olur. Bəşəriyyət dünyanı hər gün addım-addım irəli aparan inkişaf proseslərinə görə alimlərə borcludur. Müasir həyatımızın tərəqqi mənzərəsi onların fədakar zəhmətinin, elmi kəşflərinin nəticəsidir. Nə qədər qəribə səslənsə də, cəmiyyət bu zəhməti, dövrün texnoloji ... | ANL |
Bəşər nəslinin ən böyük sərvəti elə sözdür. Sözün göstərdiyi yolla gedən adamın mərtəbəsi də ucalır. Dostum Hafiz Hüseynxanlının 75 yaşı tamam olur. Söz duyğulanmaları ilə Hafiz Hüseynxanlı haqqında danışmaq istəyim təsadüfi deyil. Dünyada qəribə yazıçılar var. Onlar çox vaxt yazmırlar və yaxud çox az yazırlar. M... | ANL |
Fevralın 9-da Gəncliyə Yardım Fondunda Zirvə Kitab Layihəsi çərçivəsində çap edilən şair, publisist Əkbər Qoşalının "Ürək daşı" şeirlər kitabının imza günü keçirilib. Tədbirdə millət vəkilləri, ziyalılar, ədəbiyyat və incəsənət nümayəndələri və jurnalistlər iştirak ediblər. Çıxış edən kitabın redaktoru Almaz Ülvi... | ANL |
Aqil Abbasın yeni hekayəsi... Aqil Abbasın "Camış bağa girdi, gəl" hekayəsi nostalji hisslər üzərində qurulub və mən də bu hekayəni oxuyanda elə o hissləri keçirdim. Nostalgiyada bir xiffət anlayışı var və hekayə nə qədər nikbin bir əhvalda qələmə alınsa da, Aqil Abbasın həyatından keçən o illər, aylar, günlər üçün ... | ANL |
Şain Sinarianın heyranlığı və uğuru. “İVON BOTTONUN ARZULADIĞI HƏYAT” KİTABININ İMZA MƏRASİMİNDƏN QEYDLƏR. Fransada yaşayan həmyerlimiz, yazıçı Şain Sinarianın “İvon Bottonun arzuladığı həyat” romanı ilə həm fransız, həm də Azərbaycan ədəbi mühiti, oxucusu çoxdan tanışdır. Bu sənədli-bədii romanda öz cəsarəti, azərba... | ANL |
Hər kəsin, o cümlədən, elmi-pedaqoji sahənin adamlarının uğurlu fəaliyyəti onun həmin sahədəki praktik işi ilə çox bağlıdır. Praktik təcrübəsi olmayan elm, təhsil mütəxəssisi anlayışındakı "mütəxəssis" sözü istər-istəməz özünə dırnaq işarəsi tələb edir. Jurnalistika təhsili sahəsində müəllimin praktikadan gəlməyi onu... | ANL |
Vətən tarixinin fədakar təəssübkeşi. AKADEMİK YAQUB MAHMUDOVUN 80 İLLİK YUBİLEYİNƏ. Vaxtilə fəlsəfəni elmlərin atası hesab etmiş olsalar da, mən hər zaman tarixi bu yüksək məqamda görmüşəm. Tarix zaman və məkan kimi əzəli və əbədidir. Əvvəli və sonu yoxdur, bilmədiyimiz, bildiyimiz və bilə bilməyəcəyimiz tarix vardı... | ANL |
Heydər Əliyev irsinin tədqiqinə layiqli töhfə. Ümummilli lider Heydər Əliyev irsinə şəxsiyyət və zaman kontekstində diqqət yetirdikdə, Azərbaycanda müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış və elmin, təhsilin, ədəbiyyatın, mədəniyyətin... | ANL |
Üzeyir Hacıbəyli Azərbaycan Xalq Cümhuriyyərinin ideoloqlarından biri, müsəlman Şərqində ilk demoktatik respublikanın Dövlət Himninin müəllifidir. Müasir, müstəqil Azərbaycan Respublikasının dövlət atributlarından olan Dövlət Himninin də müəllifi məhz Üzeyir Hacıbəylidir. Erməni musiqiçiləri tərəfindən Üzeyir Hac... | ANL |
Cəlil Məmmədquluzadənin əsərləri özbək dilində. Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli dünyanın müxtəlif ölkələrində böyük demokrat yazıçı Cəlil Məmmədquluzadənin əsərlərini xarici dillərdə kitab halında nəşr etmək missiyasını həyata keçirir. İndiyədək akademik İsa Həbib... | ANL |
Cümhuriyyət tələbələri Fransada. Ötən il mayın 28-də müsəlman Şərqində ilk parlamentli respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi tamam oldu. O zaman yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni imkanlarının ən son həddinə qədər çalışaraq şərəflə ... | ANL |
Sovet dövründə ədəbiyyat dərslərində "Əmək insanı ucaldır" mövzusunda inşa yazırdıq. O zaman mənə elə gəlirdi ki, əmək qəhrəmanları yalnız pambıq tarlalarında, neft mədənlərində işləyənlərdir. Zaman keçdi və mən iş həyatına qədəm qoyandan sonra öz düşüncəmdə yanıldığımı gördüm. Əslində, bu yanlışlıq bizim şüuru... | ANL |
Azərbaycan Dillər Universiteti: İntellektual təhsilin daimi ünvanı. Hər bir ölkənin gələcək inkişafını, sosial-iqtisadi və digər sahələrdə tərəqqisini onun xalqının təhsili, savadı, elmi biliyi və bundan asılı olan dünyagörüşü müəyyənləşdirir. Cəmiyyətin ictimai, sosial, hüquqi və digər sahələrinin inkişafı bila... | ANL |
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 7 illiyi qeyd edilib. Əlamətdar gün münasibətilə Xidmətin rəhbərliyi və şəxsi heyəti Fəxri Xiyabanda Ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə ... | ANL |
Vətən, torpaq uğrunda mübarizə çox çətin, şərəfli və həm də müqəddəs missiyadır. Elə 95 il bundan əvvəl məntiqi sonluqla yekunlaşdırılan Naxçıvanın muxtariyyət mücadiləsi də Azərbaycanın taleyində və dövlətçilik tarixində müstəsna əhəmiyyət kəsb edən böyük nailiyyət idi. Bu gün də dünyada muxtariyyətlərin əsasını... | ANL |
Səssiz yeriyən ADAM. Bəzilərinə sadə, bəzilərinə qəliz, bəzilərinə isə "özününkü" kimi görünür bu ADAM. Deyər, gülər, fikir bildirər, ancaq səssizliyin içindən boylanar bu ADAM. Minillərin yükünü, biliyini, dərdini çəkir bu ADAM. Ona görə səssiz yeriyir. Ona görə ehtiyatla yeriyir, səssiz yeriyir. Bu yaddaşı hər kəsə ... | ANL |
Gücə çevrilərəm uca dağ aşsaq, Səhrada bulağın, buzun olaram! Ayrılıq daş atıb qırsa qəlbimi, Hayqırram yaralı aslanlar kimi;. Dinsə mizrabınla könlümün simi, Ceyranın olaram, quzun olaram! Desən fəsillərə, illərə çevril. Sən həyat istəsən özünə məni, Bütün ömürlərdən uzun olaram! Qara gözlərin. Dərinliyində. Səhəri ... | ANL |
Cəfər Cabbarlının yubileyi Ankarada qeyd olunub. Ankarada, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) mərkəzi qərargahında görkəmli dramaturq Cəfər Cabbarlının 120 illik yubileyi münasibətilə konfrans keçirilib. AZƏRTAC xəbər verir ki, əvvəlcə TÜRKSOY-un fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub. C... | ANL |
Sevincimin həddi-hüdudu yox idi. Bu gün oğlum doktorluq dissertasiyası müdafiə edəcəkdi. Bu, onun zəhmətinin təqdimatı idi. Övladım elmin yoluyla irəliləyirdi. Elm sənin illərlə çəkdiyin zəhmətinin, düşüncələrinin məhsuludur. Düşünürdüm sabah dünyanı dəyişəndə, əbədi məskəndə rahat uyuyacam, çünki bilirdim ki, övl... | ANL |
Bəxtiyar Vahabzadə “Ustada sayğı gecəsi” ilə yad edildi. Dünən Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda Xalq şairi Bəxtiyar Vahabzadənin vəfatının 10-cu ildönümü ilə bağlı “Ustada sayğı gecəsi” keçirilib. Tədbir Bakı Yunus Əmrə İnstitutu, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) və Azərbaycan... | ANL |
Cümhuriyyət tələbələri Fransada. 1917-ci ildə İrəvan kişi gimnaziyasını bitirmiş, Petroqrad dağ-mədən institutuna daxil olmuş, lakin maddi çətinlik üzündən təhsilini yarımçıq buraxıb geri qayıtmağa məcbur olmuşdu. X.Hacıyev öncə Parisdə oxuyub. Fransa, İtaliya, Almaniya və Türkiyədəki dövlət təqaüdçüsü olan Azər... | ANL |
Efirin Kamili - həmsöhbətin kamili. Azərbaycanda çox qədim tarixi və təbiət abidələri, ziyalıları, zəngin adət-ənənələri ilə məşhur olan kəndlər var. Sıralamalı olsaq, ilkin yerlərdən birini də Naxçıvandakı Nehrəm kəndi tutar. Nehrəmin keçmişi o qədər qədimdir ki, əfsanələrə və rəvayətlərə bürünərək, bu gün də s... | ANL |
Kimin qızıyam? 1984-cü ildə Tehranda yerləşən Tərbiyəti Texnikumun Mikrobiyoloji bölməsinə daxil olsa da, təhsilini yarımçıq qoymaq məcburiyyətində qalıb. Bir müddət radioloji sahədə texniki işçi kimi işləyib. 1997-ci ildə ildə Lahicanda yerləşən Azad Universitetin İngilis dili mütərcimliyi bölməsinə daxil olub, anc... | ANL |
Şəhrəkdə orta təhsilini başa vurandan sonra, dəmirçilik işinə məşğul olmağa başlayıb. Uşaqlıq dövründən şeirə, ədəbiyyata böyük maraq göstərib və ilhamı gələndə şeir yazıb. "Qar adamı" kitabı bütünlüklə uşaq ədəbiyyatı nümunələrindən ibarətdir. Davud İntizar Təbrizdə yaşayır və yaradıcılığını davam etdirir. Bu ... | ANL |
Cümhuriyyət tələbələri Fransada. Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti təhsil sahəsində bir sıra islahatlar həyata keçirdi. Xaricə təhsil üçün göndərilən bu gənclər 1920-ci il yanvarın 14-də Parlament və Hökumət üzvlərinin, tanınmış xeyriyyəçilərin, iş adamlarının, din xadimlərinin, ictimaiyyət nümayəndələrinin v... | ANL |
Ozan Arif və Azərbaycan. “Madımak toplayıb yesəm o anda, Yola rəvan olsam eyni zamanda, Bir gecə müsafir Azərbaycanda. Tələbəydim... Artvindən Qarsa, Qarsdan da Ərzuruma sürgün olunmuşdum. Dava-dalaşlar, işgəncələr, qorxular, qaçışlar ruhumu darmadağın etmişdi. Bir qohumun dəvətilə Manisanın Turqutlu qəsəbəsinə getdim.... | ANL |
Ürəkdaşı adlı qardaşın kitabı. O, çox insanlara ürək daşı olmağı bacarıb, çoxlarına arxa olub, mənəvi dayaq olub, gücünün çatdığı qədər güvənc yeri olub. Budur Ürəkdaşının bir fərd olaraq başqalarından fərqli özəlliyi. Yeri gəlmişkən, “Ürək daşı”nın müəllifinin adını şərti olaraq Ürəkdaşı qoyuram bu yazıda, izninizlə,... | ANL |
Fiziklər, liriklər. Akademik İsa Həbibbəyliyə. Elm insanı mağaradan çıxartdı, İnsan çox arzuya elm ilə çatdı. Bəla gəlsə, güvəndiyi sipəri. Amma zəka ayrılanda imandan, Sevincdən çox olur elmin kədəri. Kainatın ahəngindən gəlmirsə, Haqqın yolu alimi dindirmirsə, Allah lənət etsin elə elmi ki, Şəri qovub, xeyri xilas ... | ANL |
Şabranda sözün və elmin daha bir təntənəsi. Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli ötən ilin sonlarında “525-ci qəzet”də çıxan “Şabranda ədəbi həyat” məqaləsində qeyd edir... | ANL |
Krez kimi varlı Krass və onun qəddarlığı. Bir nəfər Krassı “sürüdəki ən təhlükəli öküz adlandırmışdı”. Onun var-dövləti iki yüz milyona bərabər idi. Onu qədim Midiya çarı, varlılıq simvolu olan Krezlə müqayisə etmək olardı. Qəddarlıqda da Krass ad çıxarmışdı. O, Spartak üsyanını yatırtdıqdan sonra Appi yolunda ça... | ANL |
İLK CÜMHURİYYƏTİMİZ: OLMUŞLAR VƏ DÜŞÜNCƏLƏR. Neçə min illik dövlətçilik tariximizdə ilk dəfə “Azərbaycan” adlı müstəqil dövlətimizi - Xalq Cümhuriyyətini yaratmış, qısa müddətdə olsa da şərəflə yaşatmış və dünyaya tanıtmış istiqlal mücahidlərimiz məcburi fasilə dövründə mühacirətdə nələr yazmış, nə düşünmüş, b... | ANL |
Tarix müəyyən zaman fasilələri ilə təkrarlanan və bu periodda özünə yeni mənalar qazandıran keçmişdən ibarət yaddaş kartıdır. İllərlə yorulmadan öz qisas prinsipini insan və gələcək üzərində sınayan, heç çəkinmədən buna tale deyərək bütün məsuliyyəti hansısa bilinməzə yükləmək də tarixin köhnə vərdişidir. Tarixin kort... | ANL |
Atamın sönməyən çırağı. Atam haqqında yazmaq mənim üçün çox ağırdır. Əlli iki yaşında ömrü qırılmış doğma bir adamın həyatına, keçdiyi ömür yoluna, ədəbiyyatımız, mətbuatımız qarşısında xidmətlərinə hansı tərəfdən baxsam, orda qaranlıq görə bilmirəm, sanki onun ruhu şam kimi yanır, bizi - övladlarını, nəvələrini... | ANL |
Nəsiminin cavablı və cavabsız sualları. Sualsız insan yoxdur və təbii ki, dili sualsız bircə şairimiz də olmayıb. Amma ədəbiyyatımız Nəsimidən çox sualları olan ayrı böyük şairimizi də tanımır. Suallar onun şeir yaratma üslubunun sabit özəlliklərindən, düşüncə tərzinin, özünüifadəsinin bariz cəhətlərindəndir. An... | ANL |
Sənət və məktəb. Amma anam elə hey darta-darta aparırdı məni, yaman tələsirdi, “bir az tez gəl” - deməsi indiyəcən qulaqlarımdadı, heç özüm də bilmirdim hara gedirik, az qala uçurdum barmaqların ucunda... Bakının kiçik qəsəbələrindən birində, qışın oğlan çağında maraqlı nə ola bilərdi axı?! Hərdən uşaqlığımı yada sal... | ANL |
Tanınmış hüquqşünas Zahir Məmməd oğlu Əlizadəni “Təzəpir” məscidinin vida zalından son mənzilə yola salırdıq. Nisbətən sakit və istənilən ölümün qaçılmazlığını qəbul etməyə hazır durumda onda deyə bilmədiklərimi asta-asta kağıza köçürürəm (“Kağız hər şeyə dözür”). Əslində, din xadimlərimiz dünyasını dəyişmişlər... | ANL |
İstanbulun Tarabya səmtindən geri dönürdük. Yolumuz uzun idi. Günəş dənizin üzərindən çəkilir, surətlə qaranlıq çökürdü. Beynimdə dostlarla olan söhbətləri çək-çevir edirdim. O isə susub nəsə düşünürdü. Birdən ikimiz də eyni anda “Azərbaycan” deyib sükutu pozduq. Mən ona Azərbaycanla bağlı söz demək, o isə soruşm... | ANL |
Qələmsiz yazılanlar. Orxan Pamukdan feysbuk statusları barədə soruşanda tərəddüdlə belə cavab vermişdi: “Bəlkə bu da bir ədəbiyyat növüdü, hələ ki bir söz deyə bilmərəm”. Dövrün, innovasiyaların yaratdığı bu janrın mahiyyəti yəqin ki, gələcəkdə xüsusi araşdırılacaq! Bəlkə bu da jurnalistikanın, yaxud ədəbiyyatın bir n... | ANL |
Seyran Səxavətin Gənc Ədiblərlə görüşü. Fevralın 14-də Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda IV Gənc Ədiblər Məktəbinin (GƏM) növbəti görüşü keçirilib. Bu dəfə gənclərin qonağı yazıçı Seyran Səxavət olub. Tədbiri AYB katibi, GƏM-in rəhbəri Rəşad Məcid açaraq qonağı iştirakçılara təqdim edib, onun haqqınd... | ANL |
Ölkəmizin sabahına Prezident qayğısı. Azərbaycan Respublikasında tələbə gənclərin təhsil almasının stimullaşdırılması istiqamətində ardıcıl dövlət siyasəti həyata keçirilməkdə davam edir. Ölkəmizin Prezidenti İlham Əliyevin sərəncamları ilə tələbələrin təqaüdlərinin artırılması və yüksək bal toplamış tələbələrin dövlə... | ANL |
Könüllərdə şəhərlər salan insan. İnsanları bir-birinə birləşdirən amillər çoxdur. Amma vacib olan budur ki, onlar bir yerə toplaşıb cəmiyyət halında yaşamalıdırlar ki, bu da öz növbəsində şəhərsalma mədəniyyətini ortaya çıxarmış olur. Şəhərsalma mədəniyyəti bütün mədəniyyətlərdən üstün və çoxşaxəlidir. Çünki söhbət ya... | ANL |
FƏRQANƏ MEHDİYEVA: "ŞAİRİN ÖZ ÖMRÜNÜ UDUZA-UDUZA YAZDIQLARINI OXUCU QAZANIR". Şairin yazdığı şeiri Tanrının yazdığı alın yazısı ilə müqayisə edir. Sözün üstündə yarpaq kimi əsir. Özünü unudub şeir olur. Təkcə qələmindən deyil, gözlərindən, simasından da şeir yağan qadındır Fərqanə Mehdiyeva... Bu gün yubiley yaşı... | ANL |
Doxsan inciməsin... Nəriman Həsənzadənin doğum gününə. Sağ olsun Vətənin müdrik övladı, Xeyli qabaqdadır ömrünün ardı! Şöhrət kitabında əbədi adı, İzi var Nəriman Həsənzadənin! Köksündə eşqinin sönməyən odu, Közü var Nəriman Həsənzadənin! Nuru Paşayada illərdən bəri, Sözü var Nəriman Həsənzadənin! Deyir: - birləşdirək ... | ANL |
Cəfər Cabbarlı irsinin tədqiqi yolunda daha bir uğurlu addım. 2018-ci ilin Prezident İlham Əliyev tərəfindən “Cümhuriyyət ili” elan olunması bir sıra ziyalılarımızı əsaslı tədqiqatlara cəlb etdi. Bu sırada professor Asif Rüstəmlinin çap etdirdiyi bir neçə kitab da önəmli yer tutmaqdadır. Filologiya elmləri doktoru... | ANL |
Fevral ayının 16-da Milli Kitabxanada tanınmış ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor Asif Rüstəmlinin 65 illik yubileyi münasibətilə kitab sərgisi açılıb. Sərgidə yubilyarın müəllifi olduğu kitablar, ön söz yazdığı, redaktoru olduğu nəşrlər və dövri mətbuat materialları nümayiş etdirilir. | ANL |
Ağa Laçınlı ağayana kişi idi. Kitabxanamın "Xəzinə" bildiyim guşəsində əziz və unudulmaz qələm dostlarımın bir vaxt avtoqrafla mənə hədiyyə etdiyi kitablarını məhəbbətlə qoruyub saxlayıram. Həmin kitabı yenidən vərəqləyə-vərəqləyə unudulmaz şairimiz Ağa Laçınlı ilə ilk görüşümü xatırlayıram. Ağa müəllim qələm dostu Əhə... | ANL |
Mənalı həyat yolu və ya bir yubiley haqqında qeydlər. Ona görə ki, bir ömrü kiçik bir yazıya sığışdırmaq, həyatının bütün məqamlarını orada bütünlüklə ifadə edə bilmirsən, ömrün hansısa məqamları unudulur. Filologiya elmləri doktoru, mədəniyyət(şünas) xadimi Adilxan Bayramovun yetmiş yaşını mən bu düşüncələrlə qa... | ANL |
Milli musiqi mədəniyyətimizin yorulmaz tədqiqatçısı. Ömrünü elmə, təhsilə həsr etmiş kamil insanlardan biri də həyatının ən gözəl çağında 70 illiyini qarşılayan Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "Azərbaycan ənənəvi musiqi... | ANL |
Sanki kimsənin dərdi-səri, qüssəsi yoxmuş. Sanki həyat yalnız firavanlıqdan, insanlar xoşbəxtlərdən ibarət imiş. Çünki Novruz sevinci ilə yanaşı, ona Uca Allah tərəfindən bir mükafat da verilib. Bu hadisədən üç il keçəndən sonra Qafar kişi dünyasını dəyişdi. Onun yoxluğu ailənin vəziyyətini olduqca ağırlaşdırdı.... | ANL |
Yavaş-yavaş tanrı göy üzündən günəşi çəkib, səmaya ulduzlar səpməyə başlamışdı. Həyəcan məni qəribə bir tilsim altına almağı da bacarmışdı, çarpayımda oturub kürəyimi divara söykəyərək, pəncərədən topa-topa qara buludlara baxırdım. Televiziyada sabah havanın yağışlı keçəcəyini də eşitmişdim, bu, məni daha da həyəcanla... | ANL |
Bütün sevdalar öldü, Hamı getdi bircə-bircə. Qar üstündə qalan sərçə. Bilmirsən ürəyin, yoxsa, Ömrün halına yanasan. Hər şeydən bezib gəlmişəm, Yorulub gəlmişəm, Allah. Gələnlər bulanıq gəlir, Durulub gəlmişəm, Allah. Burda qoluma girmişdin, Burda üzündən öpmüşdüm. Gedəndə burayla getdin - Gedən izindən öpmüşdüm. Bur... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.