text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Müsahibim, ömrünün 80-ci baharını yaşayan Zahiddin Abbasov öz həyat fəaliyyəti və təcrübəsini "Həbsxananın bir addımlığında" adlı romanında əks etdirib. Uzun müddət partiya orqanlarında işləməsinə baxmayaraq, onun bu yaşda, sənədli-publisistik janrda bir əsər ərsəyə gətirməsi bədii ədəbiyyata bağlılığı baxımından ma...
ANL
Mirzə Şəfi Vazeh nəğmələri "Yubileylər silsiləsi"ndə. Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Mərkəzi Kitabxana Sisteminin mərkəzi kitabxanasının nəzdindəki "Gənc yazarların Mirzə Şəfi məclisi"ndə görkəmli Azərbaycan şairi Mirzə Şəfi Vazehin 225 illik yubileyinə həsr olunmuş "Mirzə Şəfi Vazeh nəğmələri" ad...
ANL
Aşıq Veysəl şeirlərində vətən sevgisi. Aşıq Veysəlin ilk çap olunan əsəri Qazi Mustafa Kamal Paşa Atatürkün şərəfinə yazdığı şeirdir. Aşıq Veysəl öz bədii külliyyatını yaradarkən ən çox Yunus İmrədən, Karacaoğlandan, Emrahdan, Dərdlidən və başqalarından bəhrələnmişdir. Onun şeirlərinin əsas mövzularından birini...
ANL
Mənə elə gəlir ki, lap birinci romanımı qələmə alandan dərhal sonra bundan sonrakı taleyimin necə olacağını anlamağa bağlamışdım. Heç vaxt, hətta bir dəqiqə belə yeni eranın pioneri olduğuma şübhəm qalmamışdı. Başa düşürdüm ki, atacağım hər bir addımım bundan belə böyük maraqla izləniləcək. Ona görə də özümün bütün əm...
ANL
Ürək həmən-həmən, qəlb həmən-həmən, Amma uşaqlıqdan uzaq olmuşam. Hələ çiynimdədir bir ömür yükü, Hələ ömür yükü daşıyıram mən. Hələ var həyatda dostum-sirdaşım, Həyat, ömür adlı qüllədəyəm mən. Hələ unudulub pis dediklərim, Hələ ki, dövrəmdə əzizlərim var. Həmişə açılmır baxtın qapısı, Sevincim gah olub, gah olma...
ANL
Bazarda səhnəcik. Teatr tamaşalarında tərəf-müqabil, hətta bəzən rəqib olan səhnəmizin iki qüdrətli sənətkarı - Xalq artistləri Lütfəli Abdullayev və Bəşir Səfəroğlu həyatda yaxın dost idilər. İndi də sevə-sevə baxdığımız, ekran həyatının yarım əsrini çoxdan başa vurmuş "Əhməd haradadır?" deyə ayaq üstə dura bilməyən...
ANL
"Od gəlini" əsas etibarı ilə IX əsrdə baş vermiş tipik tarixi hadisələrə və bu hadisələrin başında duran xalq sərkərdəsi Babəkin ərəb işğalçılarına qarşı mübarizəsinə həsr edilmişdir. Sovet tənqidinin "ateist ruhlu", dinə qarşı mübarizədə çox təsirli əsər kimi qiymətləndirdiyi faciədə konkret olaraq islam və on...
ANL
Ana dilimiz: millətin varlığı və qürur mənbəyi. Ana dili hər bir xalqın, millətin varlığı, kimliyi və ən böyük mənəvi sərvətlərindən biridir. Müstəqil Azərbaycan Respublikasının dövlət dili olan Azərbaycan dili istər qədimliyi, istərsə də özümlüyü və zənginliyi, ahəngdarlığı və rəngarəngliyi, axıcılığı və səlisl...
ANL
"Hamımızın həyatında bir daha nəzər salınmalı məqamlar var". MİRZƏ ƏLƏKBƏR SABİR FONDUNUN TƏSİSÇİSİ VƏ PREZİDENTİ SEVDA TAHİRLİ GÖRÜLMÜŞ VƏ GÖRÜLƏCƏK İŞLƏRDƏN DANIŞIB. "Art-Motiv" layihəsinin ideyası necə yarandı? Dövrümüzdəki stress, gərginliklər, həyatın keşməkeşləri, qayğıların çoxluğu və böyüklüyü insanları...
ANL
Rəşad Mahmudov! Hətta şöhrəti Azərbaycandan kənarda da geniş yayılıb. Xalqımızın ən görkəmli və ən məşhur cərrahlarından biridir, ürək cərrahı kimi isə birincilərdən biridir və bəlkə də elə birincidir. Gəncdi, həddindən artıq sadə, səmimi və çox istiqanlı bir həkimdi. Vaxtilə uzun illər bundan öncə professor Əhliman ...
ANL
Keçmişlə gələcəyin vəhdəti. SEÇİLMİŞ ƏSƏRLƏRİ" KİTABI HAQDA QEYDLƏR. Azərbaycan qadını tarixən müqəddəsliklə yanaşı, həmçinin, müdriklik simvolu olub, iti zəkası, dərin düşüncəsi, geniş dünyagörüşü ilə dövlətçilik işində də, mədəni və elmi inkişafımızda da müstəsna xidmətlər göstərib. XIX əsrin sonu - XX əsrin əvvəl...
ANL
Elm xadimləri: Akif Əlizadə sirri. Akif adının mənası "çalışqan, məqsədyönlü" deməkdir... Adətən övlad dünyaya gələrkən ona verilən adda valideynlərin, bu adı ona yaraşdıran böyüklərin istək və ümidləri ifadə olunur. Ona da Akif adını belə bir arzu ilə vermişdilər ki, adın ehtiva etdiyi məzmun onun gələcək taleyin...
ANL
Bir yaz günü, günəşlə qol-boyun olduğunuz, göylərdən üstünüzə yağan alovun istisinə aldanıb nazik paltarla şəhərin küçələrini dolandığınız anda, heç olmazın zamanda gələn və sizi saçınızın ucundan ayaq barmaqlarınıza qədər isladan, soyuğunu iliklərinizə qədər hiss etdirən yağış kimidir. Nə baş verdiyini bilməz, ...
ANL
Tarixin yaşıdı qalalar: izimiz qalacaqmı? Qədim qalalarımızı görəndə, çox dəyərli insan, nadir istedad sahibi, əsl vətənpərvər alim, rəhmətlik Xudu Məmmədovun yuxarıdakı bayatısı yadıma düşür. Qalalar qeyrət rəmzi, qəhrəmanlıq səhifələri ilə dolu şərəfli tariximizin şahidləri və yadigarlarıdır. Onları mühafizə...
ANL
Gəlişinlə gecikmisən. Səndən başqa çəmənlikdə. Başqa güllər görmədim mən. Tənhalığı bu həyatda. Duymuşam mən. Çox qəmləndim, Sevinmədim. dövranına. Gecikmisən gül bahara, bu son payız. İlk şaxtalar toxunduqca. ləçəyinə, yarpağına. Muğanımın çəmənində donacaqsan. Xoşbəxtliyin ondadır ki, qürbətdə yox, Doğma Vətən - Az...
ANL
Milli Kitabxanada daha iki sərgi. Kitabxanadan bildirilib ki, sərgi Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Kitabxananın birgə təşkilatçılığı ilə reallaşıb. Kitabxananın direktoru Kərim Tahirov UNESCO tərəfindən milli dillərin və mədəni müxtəlifliyin qorunması və təbliği məqsədilə təsis edilmiş bu əlamətdar günün...
ANL
"Şollerin arxivi" Niderland mətbuatında. Ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımov olan "Şollerin arxivi" bədii filmi ilə bağlı Niderlandın "31mag" jurnalının saytında iki məqalə yerləşdirilib. Bu barədə məlumat verən C.Qasımov deyib ki, film bu yaxınlarda Niderlandın "European C...
ANL
Bu yazını - mənə və yəqin ki, mənimlə həmfikir olan yüzminlərlə soydaşımıza rahatlıq verməyən bəhs edəcəyim mövzunu - qələmə almaq istədikdə, unudulmaz xalq şairimiz Səməd Vurğunun məşhur bir beytini xatırladım: Bizdə şeir də var, sənət də vardır, Şairə, sənətə hörmət də vardır. Elə mövzuya başlıq seçməkdə də b...
ANL
Qadın və qağayı. Səhər saatları idi. İstanbul bu günə də yağışla başlamışdı. Arada əsən küləyin uğultusu uzaqdan eşidilən qadın qışqırtısına qarışmışdı. Əvvəl-əvvəl buna çox da əhəmiyyət vermirdim. Ancaq külək zəifləyəndə, narahat edən səslər daha aydın duyulduğundan fikir verməmək mümkün deyildi. Adama elə gəlirdi ki,...
ANL
Mirzə Cəlil cəsarəti: anlamaq və anlatmaq yolunda. Cəlil Məmmədquluzadə. Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanan tarixi sərəncamlara əsasən keçirilən hər bir yubiley ölkəmizin mənəvi həyatını zənginləşdirən təntənəli söz-sənət bayramına çevrilir. Bu sərəncamlar dövlətimizin mədəni siyasətin...
ANL
Hortensi məhkəməyə məlumat verdi ki, Verresin Sesili tərəfindən ittiham edilməsinə heç bir əsas yoxdur və o, heç bir səbəb verməmişdir. Siseronun qardaşı Kvint bildirdi ki, Hortensi məhkəmənin işini poza bilməz, çünki Roma məhkəməsi dünyada ən yaxşı sistemdir. Dayə kitablarındanmı? Sən güman edirsən ki, Hortensi...
ANL
İlk Cümhuriyyətimiz: olmuşlar və düşüncələr. Neçə min illik dövlətçilik tariximizdə ilk dəfə “Azərbaycan” adlı müstəqil dövlətimizi - Xalq Cümhuriyyətini yaratmış, qısa müddətdə olsa da şərəflə yaşatmış və dünyaya tanıtmış istiqlal mücahidlərimiz məcburi fasilə dövründə mühacirətdə nələr yazmış, nə düşünmüş, bi...
ANL
Saniyədə 24+1 sayda fotonun mavi ekranda eyni sürətlə əvəzlənməsi ilə gözümüz aradakı kiçik fərqləri anlamır, sürətli və davamlı hərəkəti görür və ordan anladıqlarını beyinə ötürür. Filmdir bu... Böyük bir heyranlıqla, zövqlə izlədiyimiz, asudə vaxtlarımızı ən yaxşı şəkildə dəyərləndirmək deyəndə ilk ağıla gələnlər...
ANL
Bir qətlin tarixçəsi. Başı ağrıyırdı, bərk ağrıyırdı. Bolluca su içib arxası üstə yerə uzandı. Sonra ayağa qalxıb təmiz havaya çıxdı. Başağrısı artıq keçmişdi. Fikir götürdü adamı: görəsən, ağrısına məlhəm olan bunlardan hansı idi? Başqa şeylər haqda da düşündü. Məsələn, görəsən, sevgilisi konkert hansı səbəbə görə tə...
ANL
Şahid-bazi ənənəsi və onun Nəsimi şeirində əksi. Müqəddəs Quranda bəşər övladının xarici gözəlliyi Yusif peyğəmbərin obrazında canlanır. Patriarxal din olan İslam bu məsələdə də qadına deyil, kişiyə üstünlük verir. Onların Yusifi görərkən meyvə əvəzinə əllərini kəsməsi ilahi gözəllik qarşısında ekstaz yaşantısına...
ANL
Qoluma girmək, üzümdən öpmək, dediyim sağlıqları tərifləmək, şirin-şirin danışmaq ürəyin istəyən kimi. Amma başqalarının yanında. Vallah, yaxşısı elə səfərə getməkdi, konfransdan-filandan olan kimi, çıxıram ey aradan. Gecə uçuşları beş-on manat ucuzdu deyəsən, bizim əli pulla oynayan simic mühasibimiz həmişə gec...
ANL
YAZIÇI SADIQ ELCANLININ BİR HEKAYƏSİ BARƏDƏ DÜŞÜNCƏLƏR. Alman filosofu Nitşenin “Zərdüşt belə söylədi” əsəri fövqəlbəşər və sonuncu insan barədəydi, çox maraqlı və populyar əsərdir; vaxtilə bütün Avropanı silkələyən bu əsərlə böyük filosof insanlara həqiqətin qorxunc mənzərələrini, ruhən xəstə cəmiyyətlərin mücə...
ANL
Analitik təfəkkür sahibi filoloq alimlərimizdən söz düşəndə göz önünə ilk gələnlərdən biri sadəliyi, təvazökarlığı, səmimiyyəti, dərin elmi biliyi ilə seçilən, incə yumoru, zarafatları ilə qəlbləri fəth edən Nizami Cəfərov olur. Nizami Cəfərov o xoşbəxt taleli alimlərdəndir ki, Bakı Dövlət Universitetində tələbələrin ...
ANL
Rənglərin mifologiyası və mozaikası. Rənglərin rəngbərəngliyinə, cazibədarlığına, bədii üslubların müxtəlifliyinə görə Azərbaycan təsviri sənəti dünya rəssamlığında xüsusi yerə və böyük imkanlara malikdir. Azərbaycan təbiətinin qeyri-adi əlvanlığı, təbii gözəllikləri və cazibədarlığı sanki milli təsviri sənətin z...
ANL
Qələmsiz yazılanlar. Orxan Pamukdan feysbuk statusları barədə soruşanda tərəddüdlə belə cavab vermişdi: “bəlkə bu da bir ədəbiyyat növüdü, hələ ki bir söz deyə bilmərəm”. Dövrün, innovasiyaların yaratdığı bu janrın mahiyyəti yəqin ki, gələcəkdə xüsusi araşdırılacaq. Bəlkə bu da jurnalistikanın, yaxud ədəbiyyatın bir n...
ANL
Azğın havadarın salıb yanına, Qan çiləyib olmayan vicdanına, Körpəsini anasının qanına. Dinc arvad-uşağın qəsdinə durmaq, Düşmənçilikdir həm, həm də qudurmaq. Həqiqəti mümkün deyil susdurmaq, Gec-tez öz yerini tapır, Xocalı, Quduz it sahibin qapır, Xocalı. Susayıb qanına, durub qəsdinə, Düşmən köpək kimi düşdü üstünə, ...
ANL
Yağılar yurduma dikəndə gözü, Oldun bizə arxa-dayaq, Mübariz. Azğın düşmənlərdən qorudun bizi, Gecə-gündüz daim oyaq, Mübariz! Erməni quldurlar duranda qəsdə, Eli hər an qoruyurdun, Mübariz. Bu gün ruhun gəzir başımız üstə, Övladısan ana yurdun, Mübariz. Düşməni məhv etdin sən yuvasında, Viran qoydun o məkanı, Mübariz...
ANL
Xocalı soyqırımı Türkiyə mətbuatında. 1992-ci ildə Xocalı soyqırımının baş verdiyi zaman dünya mətbuatında faciənin işıqlandırılmasında ən böyük fəallığı Türkiyə mediası göstərmişdir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Xocalı faciəsinin 26-cı ildönümündə şəhidlərimizin ruhunu rəhmətlə yad edərək qeyd etmi...
ANL
Sofiyada Xocalı soyqırımına həsr olunan anım mərasimi. Sofiya şəhərinin tarixi məkanlarından olan Mərkəzi Hərbi Klubda Azərbaycanın Bolqarıstandakı səfirliyi və Bakı Slavyan Universitetinin Müqəddəs Kliment Oxridski adına Sofiya Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzin...
ANL
Fevralın 22-də Milli Kitabxanada Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə Xocalı Soyıqırımının 27-ci ildönümünə həsr olunmuş "Xocalı - XX əsrin soyqırımı" adlı kitab sərgisinin açılış mərasimi və Ulduz Qasımın "Xocalı şikəstəsi" adlı kitabının təqd...
ANL
Fevralın 23-də "Azərkitab"da ədəbi və elmi ictimaiyyətin nümayəndələrinin iştirakı ilə Ulduz Qasımın Azərbaycan və türk dillərində çap olunan "Xocalı şikəstəsi" romanının təqdimat mərasimi keçirilib. Mərasimdə millət vəkilləri, ziyalılar, ictimaiyyət nümayəndələri, oxucular və jurnalistlər iştirak ediblər. Tədb...
ANL
“Xalqımızın tarixinə qanlı hərflərlə yazılan bir neçə hadisə var. Bunlardan biri də Xocalı soyqırımıdır. Gənc Tamaşaçılar Teatrının əməkdaşı Ötkəm İskəndərov Xocalı faciəsinə həsr olunmuş “Arzu və Murad” tamaşasından öncə bu statistik məlumatları sadalayır. Həqiqətən bu rəqəmlərin hər birində böyük ağrı var, dərd var, ...
ANL
Afad Qurbanovun ümumi dilçilik dərsləri. Afad Qurbanov Azərbaycan ali məktəbləri üçün ümumi dilçilik dərsliyi yaratmaq axtarışlarına 1960-cı illərin ortalarından başlamışdır. 2011-ci ildə "Elm" nəşriyyatının çap etdiyi ikicildlik fundamental "Ümumi dilçilik" kitabının "Ön söz"ündə Azərbaycan MEA-nın prezidenti M...
ANL
Görkəmli alim, bacarıqlı və fədakar elm təşkilatçısı. Azərbaycanın görkəmli geoloq-alimi, elm təşkilatçısı və ictimai xadim, Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Ağa Mehdi oğlu Əlizadənin 85 illiyi qeyd olundu. Əmək fəaliyyətinə "Suraxanıneft" mə-dənində quyuların tədqiqi üzrə texnik vəzifəsindən ...
ANL
Afad Qurbanovun ümumi dilçilik dərsləri. Afad Qurbanovun Şərq dilçiliyi ilə Qərb dilçiliyinin əlaqəsi barədəki fikri də maraq doğurmaya bilməz. "Ümumi dilçilik" müəllifi əmindir ki, Şərq filosofları Qərbi Avropa dilçiliyinin inkişafına böyük təsir etmişlər. Bu məsələdə şərhçi və tərcüməçilərin də fəaliyyəti az ol...
ANL
Həmid Araslının 110 illiyi Ədəbiyyat İnstitutunda qeyd olundu. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda görkəmli ədəbiyyatşünas, Əməkdar elm xadimi, akademik Həmid Araslının anadan olmasının 110 illiyinə həsr olunmuş elmi sessiya keçirilib. Əvvəlcə XX əsr Azərbaycanın el...
ANL
Hər birimiz bir ömür əmanətiyik. Haqdan gəlib Haqqa doğru yol gedirik. Haqqa doğru qayıdışdayıq. Onun adı ədəbi ictimaiyyətə, elm və təhsil müəssisələri əməkdaşlarına yaxşı tanışdır. Dediyim budur ki, bu tanıtma ona asan başa gəlməyib, istedad, zəhmət və mədəni irsə sahiblik onu elmi-mədəni mühitə zaman-zaman yaxınlaşd...
ANL
Yaşıl palto. Anamın yaşıl paltosu var idi. Yaşıl deyirəm, amma bu yaşıl rəng qaraya daha çox oxşayırdı. Onu mənim qədər çox və mənim qədər yaxından görməsəydiniz, yəqin ki, elə qara olduğunu düşünərdiniz. Bəlkə də yaşca məndən böyük idi, çünki xatırladığım bütün qışlarda anamın əynində o palto var idi. Həmin palto ana...
ANL
Əliabbas Qədirov: sənətkarın şöhrəti və unudulmazlığı. Əliabbas Qədirov bütün ömrünü Azərbaycan teatr və kino sənətinə həsr etmiş, onlarla bir-birindən maraqlı rollara öz imzasını həkk etmiş və əsl sənətkar ömrü yaşamış aktyor idi. Onun həyatına, aktyor sənətinə gətirib çıxaran ömür yoluna nəzər salanda, keçdiyi maneə...
ANL
Naxçıvanın muxtariyyət statusu: dərsləri və nailiyyətləri. Azərbaycanın geniş ərazilərində mövcud olan ilk yaşayış məskənlərindən biri kimi Naxçıvan çətin və şərəfli çoxəsrlik yol keçmişdir. Arxeoloji materiallar göstərir ki, təxminən 5 min il bundan əvvəl salınmış Naxçıvan protoşəhərində indiki azərbaycanlıları...
ANL
Şəxsiyyət və lider nümunəsi. Türkiyənin son illər davamlı, dayanıqlı iqtisadi inkişafını, siyasi müstəqilliyini həzm edə bilməyən ABŞ və Qərb qardaş ölkə iqtisadiyyatını çökdürmə planlarını avqust ayından açıqca bəyan edib reallaşmasına start verdi, sanksiyalara, maliyyə hücumlarına məruz qalan türk lirəsi dəyər...
ANL
Onunla illər öncə ədəbiyyat ocağımız Azərbaycan Yazıçılar Birliyinin foyesində rastlaşdıq. Tanış olduq. Bəstəboylu, saçlarına yenicə ağ dənlər düşən bu nurlu insanın Göyçaydan olduğunu biləndə hörmətim daha da artdı. Həm də ona görə ki, Şirvanın gözəl guşələrindən olan Göyçaydan ta yeddinci əsrdən üzü bəri neçə...
ANL
Sözə təşnə Zakir Məmməd. Bir qələm dostumun dedikləri yadıma düşdü: "Sən şeirləri yazarkən sanki onları pıçıldayaraq yazırsan". Bəlkə elə bu pıçıltılarda Şair özünü sözlə izhar etməyə çalışır? Pıçıltılar olmasa, aşıb-daşan boşluqları necə doldura bilər ki? Qışqıra-qışqıra, bağıra-bağıra hansı boşluq doldu ki? Mətləbə k...
ANL
Afad Qurbanovun ümumi dilçilik dərsləri. Afad Qurbanov finikiya əlifbası əsasında yaranan arami, yunan, etrusk, latın, slavyan əlifbalarının tarixi inkişafından bəhs etməklə yanaşı, müasir dövrdə geniş yayılmış əlifbalar haqqında yığcam məlumat verir. Doğrudur, stenoqrafik yazı artıq öz ömrünü başa vurmuşdur, lak...
ANL
XALQ YAZIÇISI ELÇİN AZƏRBAYCAN YAZIÇILAR BİRLİYİNDƏ BU MÖVZUDA MƏRUZƏ EDİB. Dünən Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda Xalq yazıçısı Elçinin "Müasir tənqid və ədəbi proses" mövzusunda məruzəsi dinlənilib. Tədbirdə AMEA-nın Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli, Xalq şairi Nə...
ANL
Məti Osmanoğludan yeni kitab. Bugünlərdə filoloq-alim, ədəbiyyatşünas Məti Osmanoğlunun "Ocaq yeri" kitabı işıq üzü görüb. "Qazax Xeyriyyə" İctimai Birliyinin layihəsi əsasında çap olunan kitabın redaktorları filologiya elmləri doktoru, professor Rüstəm Kamal və filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin Məm...
ANL
Ələddin Əzimlinin yeni şeirlər kitabı çıxdı. Bugünlərdə şair Ələddin Əzimlinin yeni kitabı işıq üzü görüb. "Günəş MMC" nəşriyyatında nəfis tərtibatda işıq üzü görən "Susamış dəniz" adlı kitabda şairin son illərdə yazdığı şeirlər toplanıb. Yeni topluda şair, əsasən, saf, səmimi duyğularına, fəlsəfi düşüncələrinə daha...
ANL
"Tam peşəkar heyətin formalaşması üçün hələ xeyli çalışmalıyıq". Ancaq onun tarixi daha öncəyə dayanır. Yenidən qurulan kitabxanada nələr dəyişdi, hansı yeniliklər oldu? Açılış mərasimində Azərbaycan prezidenti cənab İlham Əliyev və Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə iştirak etmişdilə...
ANL
Sənət sevdası. Keçən həftənin cümə günü şair, tərcüməçi həmkarım Səyavuş Məmmədzadənin telefon zəngi gözlənilməz olmadı, amma təklifi məni bir qədər düşündürdü: "Bazar günü Elmira Axundova xəstəyə baş çəkməyə gələcək, sən də gəlsən, şad olardım". Beləliklə, bazar günü, səhər saat on birə işləmiş qələm dostumun Azadlıq...
ANL
İclasda üzv dövlətlərlə məşvərət qrupları arasında dialoqun gücləndirilməsinə həsr olunan hesabat müzakirələri aparıldı. Sessiyaya sədrlik edən Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev tədbiri açaraq iştirakçıları müzakirələrdə fəal olmağa çağırdı. Sonra Norveç, Tanzaniya, İndoneziya, Bəhrey...
ANL
Baş nazirin müavini Xalq yazıçısıyla görüşüb. Qazaxıstan Respublikasının Baş nazirinin müavini Gülşara Abdıkalikova Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarla görüşüb. Görüşdə Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Beybit İsabayev, Azərbaycan Respubli...
ANL
Əbülfəs Qarayev UNESCO İcraiyyə Şurasının sədri ilə görüşüb. UNESKO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyasında geniş müzakirələr aparılıb. Nazirlikdən AZƏRTAC-a bildirilib ki, qonağa ölkəmizdə keçirilən beynəlxalq tədbirdə fəal iştirak etdiklərinə görə təşəkkür edən Əbülfəs Qarayev Azərbay...
ANL
Bu günlərdə paytaxt Bakı daha bir mühüm beynəlxalq tədbirə, UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasına ev sahibliyi edir. Xatırladaq ki, sessiya öz işinə Abidə Menecerləri Forumu öz işinə başlayıb. Dünya İrsi Mülkiyyətinin daha səmərəli qorunmasına nail olmaq üçün bu forum böyük önəm daşıyır. Xatırlatmaq la...
ANL
Azərbaycan Dövlət Neft Fondunun inkişaf etməkdə olan ölkənin iqtisadiyyatında rolu. Azərbaycan təbii sərvətlərlə - neft və qaz ehtiyatları ilə zəngin ölkədir. Müstəqilliyinin ilk dövrlərində ölkədə iqtisadi və siyasi problemlər mövcud idi. Mövcud vəziyyət karbohidrogen ehtiyatlarının istifadəsi üçün texniki və ...
ANL
Adətən, Ülkər xanımın özü və yaxud Şirməmməd müəllim xəstə olanda hər gün ona zəng vurub hal-əhval tutmağa adət etmişik. Bu il iyun ayının əvvəlindən Şirməmməd müəllim xəstə olduğuna görə, işə çıxmayan Ülkər xanımla yenə də hər gün telefon əlaqəsi saxlayırdıq. Nə edəcəyimi bilmədiyimdən elə otağın küncündəki st...
ANL
Görkəmli Azərbaycan alimi, Əməkdar elm xadimi, dünya şöhrətli şərqşünas, fılologiya elmləri doktoru, professor, Harvard Universitetinin fəxri professoru, məşhur ictimai xadim Rüstəm Musa oğlu Əliyev Azərbaycan xalqının elm və mədəniyyət tarixində tək-tək parlayan zəkalardan idi. Orta əsrlər İran, Azərbaycan, ərə...
ANL
Sənə dəydikcə ürəklərdən axar qan, Rüstəm. "Həftxan"lardan aşırsan, alısan dev yarasın, Qərnimiz qəhrəmanı, Rüstəmi-Dəstan Rüstəm. Nə qədər varsa bu dünyada Azərbaycan eli, Şanlı Rüstəmlər üçündür şərəfü şan, Rüstəm. Dev yatarkən iki qardaş qonuşurduq gecələr, O qonuş el qəminin dərdinə dərman, Rüstəm. Devlər amma ay...
ANL
Çaykovski adına müsabiqə: ehtiraslar, düşüncələr, ümidlər - Zümrüd Dadaşzadənin qeydləri. Bu yaxınlarda Moskvada P.İ.Çaykovski adına XVI Beynəlxalq müsabiqə öz işini başa vurdu. Musiqi aləmində əhəmiyyətli hadisə kimi qiymətləndirilən bu müsabiqənin Qran-pri mükafatına azərbaycanlı mütəxəssis, professor Rəna Mus...
ANL
Təqdimatda millət vəkilləri, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun və Mərkəzi Elmi Kitabxananın əməkdaşları, tanınmış qələm adamları və media nümayəndələri iştirak ediblər. Tədbiri AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq "altmış...
ANL
"Kontrabas" növbəti dəfə Beynəlxalq Festivallara qatılacaq. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, Əməkdar artist Şövqi Hüseynov 21 illik "Kontrabas"la Festivallara hazırlaşır. Yerli teatrlardan əlavə daha 6 ölkənin - Azərbaycan, Moldova, Ukrayna, İsrail, İsveçrə, Norveçin iştirak edəcəyi festiva...
ANL
"Mürtəce" Azərbaycan romantikləri - Timuçin Əfəndiyevin yazısı. Sosrealizm ədəbiyyatşünaslığı uzun müddət Azərbaycan romantizmini iki yerə - mütərəqqi və mürtəcelərə bölərək ikinciləri burjuaziya ilə bağlamış, adlarını çəkmiş, lakin yaradıcılıqları haqqında geniş məlumat verməmişdir. Bu romantiklərin içərisində Ə...
ANL
Burada müəllifin Azərbaycan və digər dillərdə yazdığı əsərləri, tərcümə etdiyi, redaktoru olduğu, ön söz yazdığı əsərləri, tərtib etdiyi və haqqında yazılan kitablar və dövri mətbuat materialları nümayiş olunur.
ANL
Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi. Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin zəngin irsi bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsində ciddi əhəmiyyətə malikdir. Şərq xalqlarının mədəni sə...
ANL
Nəsib Nəbioğlunun yubileyi: söz sənətinin təntənəsi - Şahanə Müşfiqin reportajı. - şair Nəsib Nəbioğlu bu misralarla gileylənir qürbət həyatından, beləcə dilə gətirir şair könlünün qəriblik nisgilini. Ömrünün 40 ildən çoxunu vətəndən uzaqda yaşayan, taleyinə ikiqat vətənsizlik yazılan dəyərli şair, publisist, Az...
ANL
"Yoxlama"ya sözardı - Əlisəfdər Hüseynov məşhur Azərbaycan kinosundan söz açır. Kinonu həyatın adicə surəti, plyonka üzərində oxşar modeli kimi başa düşənləri bu ölçülərdən kənar meyarlarla yaradılmış filmlərlə nəinki heyrətləndirmək, heç ekran qarşısına dəvət etmək də mümkünsüzdür. Belə filmlər həmin tip tama...
ANL
Naxçıvan ədəbi mühitinin görkəmli yetirməsi olan Xalq yazıçısı Hüseyn İbrahimovun (1919-2008) çoxəsrlik Azərbaycan ədəbiyyatının inkişafı və zənginləşməsində mühüm xidmətləri olub. Onun xüsusilə Azərbaycan bədii nəsrinin inkişafındakı xidmətləri danılmazdır. Geniş və əhatəli yaradıcılığını təşkil edən çoxsaylı qiym...
ANL
Nəsimi Və Davamçıları Məmluk Sultanlarının Və Üləmanın Hədəfində. Onlar ortodoks sünni məzhəbini və məmluk üsul-idarəsinin maraqlarını ifadə edirdi. Əl-Asqalani baş Şafii qazisi idi və məmluklar dövrünün bir çox hadisələrini şəxsən müşahidə etmişdi. Əl-Maqrizi də hakim dairələrin maraqlarını ifadə edən müəllif ...
ANL
Ləyaqət və halallıqla yüksələn alim. Antik dövrlərdə yaşamış müdrik bir filosofun təbirincə desək, sözün əsl mənasında elm adamı hesab edilən şəxsin zəkası zülmətin bağrını sökməyə qadir olan işığa bənzəyir. Şair qələmə aldığı şeirlərlə insanlara nəcib hisslər aşıladığı kimi, alim də ortaya qoyduğu əsərləriylə...
ANL
Hər bir kitabın işıq üzü görməsi müəlliflə, həm də oxucularla yeni görüş, ünsiyyət körpüsüdür. Eləcə də oxucunun bir ədəbi şəxsiyyətin, vətəndaş ziyalının mənəvi aləminin işığında, vəsf etdiyi gözəlliklər qoynunda duyğulanması, özünü həyatın uca məqamlarında hiss etməsi, görməsidir. Onda da ola bu kitabın ədəbi-...
ANL
"Boşluqdan qaçış" üçün yaddaqalan təqdimat. Bu günə dair bütün planlarımın üstündən çoxdan düşündüyüm "Boşluqdan qaçış mümkündürmü? sualına cavab tapmaq xatirinə xətt çəkirəm. Məhz bu gün Nicat Həşimzadə "Boşluqdan qaçış" adlı üçüncü kitabını təqdim edəcəkdi. Kitabın adı məni xeyli düşündürür. Tanışlar içində m...
ANL
Azərbaycanda demoqrafik vəziyyət: əhalinin artım tempinə təsir edən amillər. Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması. Bu il Azərbaycanın 10 milyonuncu sakini dünyaya gəldi. Bu əlamətdar hadisə ölkənin 4 bir yanında təntənəli şəkildə qeyd olundu. Hətta Prezident İlham Əliyev və xanımı Mehriban Əli...
ANL
Misir Mərdanov və Ədalət Tahirzadənin müəllifi olduğu "1920-Ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar" ensiklopedik soraq kitabinin II Cildi Çapdan Çıxıb. Çar hakimiyyəti müsəlmanların, o sıradan Azərbaycan türklərinin ali təhsil almasına hər vasitə ilə əngəl törədir, hətta bəzi ali məktəblərə qəbul olunm...
ANL
Döyüşdə əsgərlər son gülləni özlərinə saxlayırlar, çıxılmaz anda son ümid olan ölüm üçün. YUĞ Dövlət Teatrının rejissoru, eyni zamanda, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Səda" tədris teatrının direktoru Gümrah Ömər isə quruluş verdiyi əsərlərdə sona saxladığı o gülləni də tamaşaçının ba...
ANL
"Əbədi ezamiyyət" Avropa Şurasında göstərilib. Strasburqda Avropa Şurasının mənzil-qərargahında Heydər Əliyev Fondunun dəstəyi və Arzu Əliyevanın baş prodüserliyi ilə Bakı Media Mərkəzi tərəfindən çəkilmiş "Əbədi ezamiyyət" sənədli filmi nümayiş etdirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycanın diplomatik xidmət ...
ANL
Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin təsisçisi olduğu "Türkologiya" jurnalının 2-ci sayı (2019) çapdan çıxıb. Jurnalın məsul katibi, Türk dilləri şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Elçin İbrahimov bildirib ki, "Türkologiya"nın bu sayına Azərbaycan, rus və türk dillərində Azərbayca...
ANL
Dünya irsi siyahısına təklif edilən nominasiyalar müzakirə edilib. Dünya İrs Komitəsi 43-cü sessiyasının iyulun 5-də günortadan sonra keçirilən plenar iclasında təbiət və mədəniyyət abidələrinin qorunması məsələləri üzrə müzakirələr davam edib. İlk məsələ Fransanın Cənub əraziləri və dənizləri məsələsi olub. Üzv öl...
ANL
Fransa-Azərbaycan arxeoloji qazıntılarının 10 illiyinə həsr olunan sərgi açılıb. İyulun 4-də Azərbaycan Milli İncəsənət Muzeyində Fransanın ölkəmizdəki səfirliyinin, AMEA Rəyasət Heyətinin, Arxeologiya və Etnoqrafiya İnstitutunun dəstəyi ilə iki ölkənin arxeoloqlarının birgə tədqiqatlarının nəticələrini özündə ək...
ANL
Göz gördüyünü çağırar. Məndə belə yalançı təsəvvür yaranıb ki, dövlət səviyyəsində hər hansı bir məsələ barədə düzgün qərar qəbul edildikdən sonra icraçılar həmin qərarı yerinə yetirmək əvəzinə tələb edilənin əksinə hərəkət edirlər. Götürək elə Azərbaycan dilinin orfoqrafiya qaydalarını. Bəs bu gün reallıqda vəzi...
ANL
"Mürtəce" Azərbaycan romantikləri - Timuçin Əfəndiyevin yazısı. Bakı Xoreoqrafiya Akademiyasının rektoru, Əməkdar elm xadimi, professor. Sosrealizm ədəbiyyatşünaslığı uzun müddət Azərbaycan romantizmini iki yerə - mütərəqqi və mürtəcelərə bölərək ikinciləri burjuaziya ilə bağlamış, adlarını çəkmiş, lakin yaradı...
ANL
Xəyanət. Bu nə xasiyyət idi qadın tayfasında, bilmirdi. Amma son illərdə vecinə almırdı. Elə qadın da əlini ondan çoxdan üzmüşdü. Evin içində qonşuydular... Arvad planşet, telefon, televizordan ibarət kiçik malikanəsində kraliça bilirdi özünü. Hərdən eynəyi yorulanda başını qaldırıb otağa göz gəzdirər, - bəs me...
ANL
Hünər və cəsarət icazə istəmir. Vətənpərvər və Dövlətçi şair Səlim Babullaoğlunun portreti üçün ştrixlər. Serbiyada dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illiyi ilə bağlı elmi simpozium keçirilib. Bu il Prezident İlham Əliyevin Sərəncamı ilə "Nəsimi ili" elan edildiyindən, bu xəbər bizim üçün daha sevind...
ANL
Poeziyanın elmi, elmin poeziyası... Cənublu böyük şairimiz Bulud Qaraçorlu öz ədəbi təxəllüsünü Səhənd dağının adından götürmüşdü. Akademik Nizami Cəfərov da adaşdır. Özü də şeyx Nizami Gəncəvinin adaşı! Dahi şairimizlə adaşlığı ona düşüb. Sorağı həmişə ucalardan gəlir. Amma hər adaşdan da adaş olmaz. Lap atalar sözü k...
ANL
Özünüzü qoruyun, Vidadi müəllim! Bir neçə gün öncə sosial şəbəkələrdən aldığımız xəbər hamımızı həyəcanlandırdı. Əməkdar artist, YUĞ Dövlət Teatrının aktyoru, Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, "M.Teatr Production"un bədii rəhbəri Vidadi Həsənov səhhətində yaranan problemlə əlaqədar xəstəxanaya yerləşdi...
ANL
İşıq mənbəyi olan idrakın ətri. Onun haqqında düşünəndə həmişə yadıma bir xatirə düşür. Bir dəfə ərəb və fars dillərini çox kamil bilən bir alimin, Şeyx Mahmud Şəbüstərinin dünyaca məşhur fəlsəfi traktatı olan "Gülşəni-raz" əsərini farscadan oxuyub tərcümə etməsinə qulaq asırdım. Əlbəttə, mövzu çox qəliz ifadəl...
ANL
Tənhalıq dövrünün adamları. Çoxdandı bu qədər adamla bir yerdə görüşməmişdim. Sonuncu belə görüş Bakıda, “Akademkitab” mağazasında “Çamayra. Kuba dəftəri” kitabımın təqdimatında olmuşdu. Neçə yüz kilometr yol qət etmisiniz. Oxuyanların suallarına görüşümüzün müzakirə, sual-cavab bölümündə toxunacam. İndi, icazə...
ANL
Çünki elə bir ailədə doğulmuşam ki, orada bizə insanlara məhəbbəti, sadəliyi öyrədiblər, etinasızlıqdan uzaq olmağı aşılayıblar". Bu sözlərin müəllifi müsahibim, tanınmış şərqşünas, professor Şəfəq Əlibəylidir. 190 saylı orta məktəbi bitirdikdən sonra o, Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsində fars...
ANL
Tüdor sülaləsinin uğurları və bədbəxtliklər seriyası. XV əsrin sonundan XVII əsrin əvvəlinədək, 118 il ərzində İngiltərə taxt-tacında olan Tüdor sülaləsi başlanğıcda uzun illər davam edən vətəndaş müharibəsinə (Qızılgüllərin müharibəsi) son qoymuş, ölkənin və xalqın birliyini qoruyub saxlaya bilmiş, əcnəbilərlə...
ANL
Yatdı xartıltıyla ağaclar üstə, Ağaclar necə də tez sıralandı. Hər sevən bilməyir, nədir məhəbbət. Onun qadasına gələsən gərək. Titrəyə əlində qız barmaqları, İtə gözlərində dünyanın varı. Sonra da tərləyən al yanaqları. Döyükə-döyükə siləsən gərək. Sevirəm deməyə dildə nə var ki? Kişisən, salamlaş, danış baxışla. K...
ANL
Xəyanətkar pinqvinin hekayəsi. Beyninin içindəki fırtına gözlərindən oxunurdu. Hərdən pürrəngi çaydan içə-içə yaranmış səssizliyin səbəbinin nə ola biləcəyini ehtimal etməyə çalışırdım. Nə olduğuna dair zərrə qədər fikrim yox idi. Alnımı qırışdırıb, üzümü anlamağa çalışırmış kimi maraq dolu ifadəyə bürüməyimdən...
ANL
Yaqub Mahmudov Beynəlxalq Türk Akademiyasının həqiqi üzvü seçildi. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü seçilib və türk dünyası elminə verdiyi böyük töhfələrə görə Akademiyanın ...
ANL
Azərbaycan-Bolqarıstan mədəni əməkdaşlığı daha da genişlənəcək. İyulun 4-də mədəniyyət naziri Əbülfəs Qarayev UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Bolqarıstan Respublikasının Mədəniyyət naziri Boil Banov ilə görüşüb. Görüşdə Əbülfəs Qarayev qonağa ölkə...
ANL
Bakıda I Respublika Sənətkarlıq Festivalı təşkil edilib. İyulun 3-dən ölkəmizdə ilk dəfə Respublika Sənətkarlıq Festivalı keçirilib. UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində təşkil olunan festivalda respublikamızın paytaxtı və regionlarından olan sənətkarların iştirakının təmin olunması məqsəd...
ANL
Azərbaycan mədəniyyətinin yeni qələbəsi. Xan Sarayi Və Şəkinin Tarixi Mərkəzi Unesco-nun Dünya İrs Siyahısına Salindı. İyulun 7-də Bakı Konqres Mərkəzində keçirilən UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının növbəti iclasında Azərbaycanın "Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi" adlı nominasiya...
ANL
Ədəbiyyat İnstitutunda "Səfəvi Şeyxi" romanının təqdimatı olub. Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda yazıçı-publisist Yunus Oğuzun "Səfəvi Şeyxi" tarixi romanının təqdimatı keçirilib. Bu barədə İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsi məlumat verib. Tədbiri giriş sözü...
ANL
Zabil Müqabiloğluya həsr edilən "Son zəng" kitabı təqdim olundu. Tədbiri giriş sözü ilə açan Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov mərhum jurnalistin Azərbaycan mətbuatında xidmətlərindən danışdı, onun həyat və fəaliyyətinə nəzər saldı. Azərbaycan Mətbuat Şurasının dəstəyi ilə ...
ANL