text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
"Mürtəce" Azərbaycan romantikləri. Sosrealizm ədəbiyyatşünaslığı uzun müddət Azərbaycan romantizmini iki yerə - mütərəqqi və mürtəcelərə bölərək ikinciləri burjuaziya ilə bağlamış, adlarını çəkmiş, lakin yaradıcılıqları haqqında geniş məlumat verməmişdir. Bu romantiklərin içərisində Əbdülxalıq Cənnəti, Ağadadaş ... | ANL |
"Azərbaycan" jurnalı 1923-cü ildən bəri Azərbaycan ədəbiyyatının təbliği ilə məşğuldur - həm klassik ədəbiyyat, həm də müasir ədəbiyyat bu jurnal vasitəsilə minlərlə oxucuya çatdırılıb. "Azərbaycan" jurnalı, nəinki Azərbaycanda, bütün Şərq aləmində ən uzunömürlü bir ədəbi dərgidir və bu jurnal əbəs yerə Azərbayc... | ANL |
İyunun 29-da gənc yazar, Azərbaycan Yazıçılar Birliyinin üzvü, prezident təqaüdçüsü Türkan Turanın yenicə çapdan çıxan "O" kitabının imza günü keçirildi. İmza günü Elmlər Akademiyasının Parkında - "Qanun" Nəşrlər evinin dəstəyi ilə həyata keçirilirdi. Kitabda gənc yazarın bir çox maraqlı esseləri yer alır. İmza... | ANL |
"Hər şeydən narazı adamları ciddiyə almıram". Tarixən hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini ilk növbədə gənc nəslə bağlayır. Gənc nəslin sağlam və aydın təfəkkürlü, savadlı yetişməsi hər bir ölkə üçün başlıca məsələdir. Bəs bu gün Azərbaycan gənci nə düşünür, o cəmiyyətdə öz layiqli yerini tuta ... | ANL |
Duyğuların qoxusu. Bəzi duyğuların qoxusu qalıcı olur. Hər o qoxunu duyanda özünü xatırladar, verdiyi sancını təkrarlayar. Keçmişin indiki zamanda özünü açıq-aşkar ortaya qoyan yaşanmışlığını dərin bir ahla içinə çəkərsən. Yəni bir keçməzlik hissi bürüyər varlığının hər zərrəsini. Sən keçmişin keşməkeşli, iztirab ... | ANL |
Məktəbə getməzdən öncə atamdan yazıb-oxumağı öyrənmişdim və sinfimizdə digər şagirdlər içərisində birinci idim. Ata və babalarım əkinçiliklə məşğul olmuş, bu yolla zənginləşmişlər. Tələbəlik illərində qürbətin, qəribliyin acısını, dərdini dərindən duydum. Mənim türk ləhcəsi ilə fars dilində danışmağımı lağa qo... | ANL |
Guşədə İran İslam İnqilabından (1979) sonra ədəbiyyata gəlmiş, Güney Azərbaycanda 1960-cı ildə və daha sonra doğulub boya-başa çatmış və sənətdə öz sözünü demiş Güney şairlərinin arasında heç bir fərq qoymadan, incə və həssas ruhlarına toxunmadan, yaratdıqları möhtəşəm poeziya örnəklərini incələmədən onların ana... | ANL |
Həyat üçün mübarizə. Hər bir canlı özlüyündə mükəmməldir. Həyat isə böyük bir təcrübə otağıdır. İstər daxili orqanlarda, istərsə də onu əhatə edən ətraf mühitdə, daha doğrusu, təbiətdə hər bir kəs və hər hadisə, saat mexanizmi kimi işləyir. Hər kəsin və hər bir hissənin öz vacib funksiyası var. Onlar dayanmadan günün... | ANL |
Cənnətə qapın açıq olsun! "Azərbaycan" jurnalında yazılarımın çap müjdəsini o mətbu orqanının məsul katibi kimi ilk dəfə Tofiq müəllimdən eşidərdim. Tofiq Mahmudovun xatirəsi həmişə qəlbimdə əziz insanlardan biri olan unudulmaz şairimiz Ələkbər Salahzadə ilə yaxınlığı onu mənə daha da doğmalaşdırdı, yaxın etdi.... | ANL |
Azərbaycan mədəniyyətinin yeni qələbəsi. XAN SARAYI VƏ ŞƏKİNİN TARİXİ MƏRKƏZİ UNESCO-NUN DÜNYA İRS SİYAHISINA SALINDI. İyulun 7-də Bakı Konqres Mərkəzində keçirilən UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının növbəti iclasında Azərbaycanın "Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi" adlı nomin... | ANL |
Bakıda tarixi qərar: Şəki UNESCO-nun Ümumdünya İrs Siyahısında. Məlum olduğu kimi, iyulun 7-də Bakı Konqres Mərkəzində, UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində keçirilən iclasda Azərbaycanın Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzi UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Mə... | ANL |
"Vestnik Kavkaza": "UNESCO-nun qərarı Azərbaycanın beynəlxalq mövqelərini daha da möhkəmləndirir". Rusiyanın "Vestnik Kavkaza" xəbər portalı Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi ilə bağlı material dərc edib. Qeyd olunub ki, UNESCO-nun Ümumdünya İrs Komitəs... | ANL |
Şotlandiyada Nəsiminin 650 illiyinə həsr olunmuş poeziya gecəsi. Bununla əlaqədar, Şotlandiyanın St.Andrews Universitetində yaradılan Azərbaycan Cəmiyyətinin təşkilatçılığı, Beynəlxaq Türk Mədəniyyəti və İrsi Fondu, Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş ... | ANL |
Əlimərdan bəy Topçubaşov və azərbaycançılıq məfkurəsi. “Kaspi” qəzetinin təsisçisi, filologiya üzrə fəlsəfə doktoru. XIX əsrin sonu-XX əsrin əvvəllərində Azərbaycan xalqının istiqlal məfkurəsinin daşıyıcılarından olan Əlimərdan bəy Topçubaşovun həyat və fəaliyyəti haqqında əksər tədqiqat materialı hər dəfə yeni ... | ANL |
Gənc yazıçı İkinci Mahmudu itirdik... Bugünlərdə çox cavan yaşında qəfil dünyasını dəyişən istedadlı yazıçımız İkinci Mahmudun ölümü onu tanıyanları və ümumən ədəbi mühitimizi dərindən ağrıdan bir itki oldu. İkinci Mahmudun erkən vəfatı ilə bağlı onlarla insan öz kədərini, sonsuz təəssüfünü statuslara, irili-xır... | ANL |
Şəhid komandirin obrazı bədii əsərdə. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi. Hərdən yuxum gecəylə gündüzün suqovuşanına yol alanda ağlımdan keçməyən mövzu qalmır: elə ölüm də. İstənilən halda ölü... | ANL |
Qələmsiz yazılanlar - Rəşad Məcid yazır. Cib telefonuna zəng edib müsahibə almaq, münasibət öyrənmək etikdirmi?! Son vaxtlar yeni medianın yaratdığı qalmaqalların çoxu cib telefonuyla münasibət öyrənən zaman verilən cavablarla bağlı olub. Və çox zaman jurnalistlər sual verərkən, hansısa hadisəyə münasibət öyrənə... | ANL |
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tədbirdə iştirak edib. Layihənin növbəti mövzusu söz, vücud və insan ruhu arasında xüsusi bir əlaqənin olduğunun nümayişinə həsr olunub. Layihənin rəhbəri şairə Nigar Həsənzadə iştirakçılara təşəkkürünü bildirərək çıxışçıları təqdim e... | ANL |
Argentina Azərbaycan rəssamlarının gözü ilə. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında Rəssamlar İttifaqının üzvləri Elnurə və Aygün İsgəndərovaların təşkilatçılığı, akademiyanın və Argentinanın ölkəmizdəki səfirliyinin dəstəyi ilə "Argentina Azərbaycan rəssamlarının gözü ilə" adlı sərgi açılıb. Argentinanın M... | ANL |
Səbirsizliklə iftar vaxtını gözləyirdim. Uşaqlıq xatirələrim bir-bir gözlərimin önünə gəlirdi. Nədənsə, uşaqlıq barədə xəyala dalanda iki şey gəlib durar qarşımda: biri nənəm, biri də nənəmin dediyi nağıllar. İndiyə qədər kifayət qədər nağıl kitabları oxusam da, nənəmin dilindən eşitdiklərimin təsiri daha çox idi. Yəq... | ANL |
Mərkəzi Elmi Kitabxanada Zəngəzur haqqında kitab təqdim olunub. AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının layihəsi çərçivəsində "Zəngəzur" Cəmiyyətləri İctimai Birliyi tərəfindən nəşr edilən "Zəngəzur: 100 sual, 100 cavab" ad... | ANL |
Belarusda Kamran Nəzirlinin yaradıcılıq gecəsi keçirilib. Belarusun Qrodno vilayətinin Poreçye istirahət mərkəzində Azərbaycan yazıçısı Kamran Nəzirlinin yaradıcılıq gecəsi keçirilib. Belarus Respublikası İnformasiya Nazirliyi və Belarus Yazıçılar Birliyinin təşkil etdiyi gecədə Kamran Nəzirli böyük Azərbaycan ş... | ANL |
Yazıçı Sadıq Qarayev oxucularla görüşüb. Yazıçı, AMEA Mərkəzi Nəbatat Bağının aparıcı elmi işçisi, dosent Sadıq Qarayevlə "Asan Xidmət" könüllülərinin görüşü keçirilib. Azərbaycan Dövlət Pedaqoji Universitetinin II Tədris Korpusunda təşkil olunan tədbirdə öncə Dövlət Himni səslənib. Aparıcı İslam Ələsgərli S.Qarayev... | ANL |
"Qobustan"ın yeni sayında... "Qobustan" sənət toplusunun bu il üçün ikinci sayı oxucuların ixtiyarına verilib. Jurnal ənənəvi olaraq baş redaktor Vaqif Əlixanlının "Qırx sətir"i ilə başlayır. Yazını filosof Epikür haqqındakı məqalə davam etdirir. Çin incəsənətinin Təbriz üslubuna təsiri", Elbay Qasımzadə "...Təki ş... | ANL |
Azərbaycan Yazıçılar Birliyinin orqanı olan "Ulduz" jurnalının növbəti sayı işıq üzü görüb. Jurnalın iyun buraxılışı Qəşəm Nəcəfzadənin dərginin ötən buraxılışı haqqındakı "Ulduz"lu səhərlərə salam..." adlı ekspert yazısı ilə açılır. Oxucular "Nəsr"də Taleh Mansur, Bahəddin Salman, Pərviz Axund və Zəka Vilayətoğlun... | ANL |
"Laçında qalan rəsmlərimi şəhid əsərlərim sayıram" - Müsahibə. Rənglərin sizdən ötrü nə kimi fərqləri var? - Rəssam üçün rəng özünü ifadə etmək, dünyanı dərk eləmək forması, dünya haqqında düşüncələrinin obrazı, deyim tərzidir. Təkcə rənglər deyil. Rəssam və heykəltəraş üçün rənglər də, cizgilər də, formalar da ... | ANL |
Dilçilik elmində parlaq imza: professor Fərman Zeynalov. Müasir Azərbaycan elm aləmində elə şəxsiyyətlər var ki, onlar təkcə ölkəmizdə deyil, həmçinin, dünya elm adamları tərəfindən də qəbul olunur, elmi yenilikləri və əldə etdikləri nəticələri müntəzəm olaraq izlənilir, diqqətdə saxlanılır, onlar haqqında müəyy... | ANL |
Müsabiqə maraqla qarşılanıb, tanınmış imzalar da bu yarışmaya rəğbətlə yanaşıblar. Sonra müsabiqə şərtinə görə, 10 gün ərzində şeiri Feysbuk izləyiciləri tərəfindən daha çox bəyənmə toplayan 10 şeir seçilərək 30 nəfərdən ibarət münsiflər heyətinin müzakirəsinə təqdim edilib. Seçilmiş münsiflərin səsverməsinə əs... | ANL |
Ulu öndərin həyat və fəaliyyəti Azərbaycanın milli sərvətidir”. İyulun 11-də Milli Kitabxanada ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişinin 50-ci ildönümünə həsr edilən tədbir keçirildi. Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə ulu öndərin fəaliyyət... | ANL |
“İslam sivilizasiyası Qafqazda”. Beynəlxalq simpoziuma 12 ölkədən alim və ekspertlər qatılıb. İyulun 11-də Bakıda “İslam sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumu işə başlayıb. Tədbir Azərbaycan İlahiyyat İnstitutu (Aİİ), İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzi və AMEA-nın akademik Z.Bün... | ANL |
Görünməyən kadrların dedikləri - Əlisəfdər Hüseynov yazır. “DƏLİ KÜR” FİLMİNDƏN BİR EPİZODUN POETİKASI HAQQINDA. Bu il 100 illik yubileyini təntənə ilə qeyd etdiyimiz görkəmli yazıçı İsmayıl Şıxlı özünün şah əsəri olan "Dəli Kür" romanında epik əksetdirmə tərzi ilə lirik-psixoloji üslubun sintezi əsasında XIX ə... | ANL |
Gənc yazar Xəlil Adıgözəl mənə "SONra" şeirlər kitabını bağışladı. Əvvəllər bir neçə şeirini oxumuşdum, televiziyadan öz ifasında dinləmişdim. İndi kitab halında oxudum. Elə əvvəlki xoş təəssüratım davam elədi. Bəyəndim kitabı. Xəlil insanın hiss və duyğularını şeirə çevirə, bədiiləşdirə, poetikləşdirə bilir. His... | ANL |
Şikəst şeirlərim bəxtəvər olub, Gözəl şeirlərim evdə qalıbdır. Asandan başlamır çətin şeirlər, Tarix soraqlamır, yiyəsi kimdir? Ürəksiz yazılan bütün şeirlər, Qüsulsuz qılınan namaz kimdir. Ürəyim dinləmir ağlım deyəni, Daha yuxularım ərşə çəkilir, Zaman yetişib ki, şor torbasının. Hecalar ayları, illəri gəzir, Misrala... | ANL |
"Arxeoloji cənnət"in memarlıq tarixinə səyahət. AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun əməkdaşı. Azərbaycan torpaqları müxtəlif dövrlərdə arxeoloji zənginliyi ilə seçilən ərazilərdən olub. Qədim zamanlardan başlayaraq Azərbaycan ərazisində minilliklər ərzində formalaşan xalçaçılıq, dulusçu... | ANL |
Qarabağ Muğam Mərkəzi yeni ifaçılar nəslinin yetişməsində önəmli rol oynayır. Üzeyir Hacıbəyli adına Qarabağ Muğam Mərkəzi respublikamızın qabaqcıl mədəniyyət müəssisələrindən sayılır. Heydər Əliyev Fondunun dəstəyi ilə ərsəyə gələn adıçəkilən müəssisə fəaliyyətə başladığı ilk günlərdən əhali arasında böyük hörm... | ANL |
Ümummilli Liderin hakimiyyətə gəlişinin 50 illiyi Milli Kitabxanada qeyd edilib. İyulun 11-də M.F.Axundzadə adına Milli Kitabxanada Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişinin 50-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə reallaşan t... | ANL |
Kukla Teatrı mövsümü uğurla başa vurdu. Teatrdan yazmaq, onun təbliğatı ilə məşğul olmaq bir tərəfə, teatra getmək, tamaşaya baxmağın özü belə insandan xüsusi sevgi tələb edir. Sevgisiz çox iş görmək olar. Amma teatra zaman ayırmaq sevgisiz mümkün deyil, məncə. Teatra uşaqlıq sevgim jurnalistika fəaliyyətinə başlayan ... | ANL |
Gənc Tamaşaçılar Teatrı mövsümü "Müharibə" tamaşası ilə bağladı. Bu günlərdə Gənc Tamaşaçılar Teatrı mövsümün son tamaşasını teatrsevərlərə təqdim edib. Tamaşadan əvvəl teatrın əməkdaşı Ötkəm İskəndərov ötən mövsüm ərzində qazanılan uğurlardan, görülən işlərdən danışıb: "Bu gün mövsümün son tamaşasını izləyəcəksiniz... | ANL |
Lüksemburqda azərbaycanlı rəssamın əsərləri sərgilənib. Lüksemburqda "İnterNations Changemakers" qrupunun təşkilatçılığı ilə xeyriyyə sərgisi keçirilib. Sərgidə satılan əsərlərdən əldə olunan gəlir xeyriyyə işlərinə sərf olunacaq. AZƏRTAC xəbər verir ki, sərgidə müxtəlif xalqları təmsil edən rəssamların, heykəltəraşla... | ANL |
Azərbaycan pianoçuları İsveçrədə çıxış ediblər. İsveçrənin Val-de-Travers kantonunun Couvet qəsəbəsində daşıyan beynəlxalq fortepiano müsabiqəsi keçirilir. Müsabiqədə azərbaycanlı gənc pianoçular Leyla Kazımova və Rüstəm Zeynalov da iştirak edirlər. Azərbaycanın İsveçrədəki səfirliyindən AZƏRTAC-a bildirilib ki, beynə... | ANL |
Mehriban Əliyevadan Yalçın Rzazadə ilə bağlı göstəriş. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, Xalq artisti Yalçın Rzazadənin səhhəti ilə bağlı məsələləri Fond öz nəzarətinə götürüb. APA-nın məlumatına görə, səhhətində son zamanlar yaranmış narahatlıqlarla əlaqədar müğənni Heydər Əl... | ANL |
BDU-da Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50 illiyi münasibətilə tədbir keçirilib. Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50 illiyi münasibətilə Bakı Dövlət Universitetində tədbir keçirilib. Universitetdən verilən məlumata görə, rektor Elçin Babayev ümummilli lider Heydər Əliyevin 1969-cu il iyulun ... | ANL |
BÜTÜN ÖMRÜNÜ DÖVLƏTÇİLİYƏ, XALQA HƏSR EDƏN ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV HƏR BİR AZƏRBAYCANLININ QƏLBİNDƏ ƏBƏDİ YAŞAYIR, DƏRİN HÖRMƏTLƏ ANILIR. 14 iyul Azərbaycan tarixinə əlamətdar və mühüm günlərdən biri kimi daxil olub. Düz 50 il əvvəl, həmin gün Ümummili lider Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə gəl... | ANL |
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondundan Türk dünyasına təbrik. “Bu tarixi hadisə türk dünyası ilə UNESCO arasinda yeni əməkdaşlıq körpülərinin salınmasına səbəb olacaq”. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməs... | ANL |
Mədət Məmmədov: "Ulu Öndər Heydər Əliyev xalqını, vətənini sevənlərin əbədi lideridir". Müsahibimiz "Azərbaycan Jurnalistlərinin Həmrəyliyi Komitəsi" İctimai Birliyinin sədri, Bakı Biznes Universitetinin Mətbuat xidmətinin rəhbəri, uzun illər mətbuat sahəsində məsul vəzifələrdə çalışmış şair-publisist, Qızıl qələ... | ANL |
Yaddaş. Hər bir xalqın varlığıdır, Niyyət aşikarlığıdır;. Ucalığı tərk edibdir, Yaxşılığı tərgidibdir;. Neçə igid qərq edibdir - Unutmayıb sel yaddaşı. Tanıya bilmədi. Bakıda bazarların birində gənc qız əlində bir dəstə bənövşə satırdı. Doğma Qacarda ağac kölgəsində bitən boynu- bükük bənövşəni görən kimi mən onu t... | ANL |
Yazıçılar Birliyindən Dədəli kitabxanasına hədiyyə. Azərbaycan Yazıçılar Birliyi (AYB) də “Kəndə kitab” təşəbbüsünə qoşularaq Xaçmazın Dədəli kənd kitabxanasına 45 ədəd kitab hədiyyə edib. AYB sədri Anar, Birliyin katibləri Çingiz Abdullayev və Rəşad Məcid başda olmaqla bir qrup yazıçı öz əsərlərini müəllif imzasıyla ... | ANL |
"Güllədən biçilən köynək"dəki nəğmələr. Elə mahnılar, elə şeirlər var ki, onları əzbər bilsək də, bir zamandan sonra elə mənimsəyərik ki, həqiqi müəlliflərini sorğulamağı da unudarıq. Xüsusən vətənpərvərlik mahnıları yaddaşımızda, təfəkkürümüzdə özünə bu cür yer edib. Məsələn, yuxarıda bir bəndini (nəqarətini) payla... | ANL |
Ədəbiyyat və elm salnaməmizdə Gülhüseyn Hüseynoğlu səhifəsi. Ədəbiyyat tarixində özünəməxsus həyat və yaradıcılıq kredosu ilə qalan Gülhüseyn Hüseynoğlu 1923-cü ildə Masallı rayonunun Mollaoba kəndində doğulub, 2013-cü ildə Bakıda vəfat edib. Keşməkeşli ömür yolunda barəsində güllələnmə qərarı verilsə də, sürgün və məh... | ANL |
Fərid Hüseyn 30 yaşının astanasında olmasına baxmayaraq, onun yaradıcı təfəkkürünün gücü hələ 20 yaşını tamamlamadığı dövrdən ədəbiyyat aləminə məlumdur. Bundan başqa F.Hüseyn Türkiyədə, Avropanın bir sıra ölkələrində, Rusiyada və digər yerlərdə keçirilmiş ədəbiyyat festivallarının iştirakçısı olub və müxtəlif ... | ANL |
Cavanlıq illərindən tanıyıram. O qızın taleyi ilə oynama. Bu ixtiyarı sənə kim verib? Doğrudanmı sən başa düşmürsən ki, sənə görə ərindən ayrıldı. Onsuz da əri ilə yola getmirdilər... Ayrılacaqdılar. Məsələ artıq həll olunmuşdu. Özüm-özümə qapılmışdım. Öz iç dünyamla mübahisə edirdim. Az qala qızın qarşısında diz... | ANL |
Azərbaycan. Alnımızın qoruğunda. Qaşla gözün sərhəddi var. İki üzün arasında. Gözlə gözün sərhəddi var. Sözlə sözün sərhəddi var. Azərbaycan deyəndə biz. Təki ürək bütöv olsun, Ürəkdə qan bütöv olsun, Ruhumda can bütöv olsun! Hər bir vətən övladında. Odlar oğlu bir-birinə. Harda olsa can deyəcək. Ürəkdən candan dey... | ANL |
Azərbaycan ədəbiyyatının ən gözəl nümunələrini özündə ehtiva edən Məmməd Araz poeziyası fəlsəfi mündəricəsi ilə də diqqəti cəlb edir. Məmməd Araz yaradıcılığının sütunlarından birini də əbədi mövzulardan olan dünya - insan mövzusu təşkil edir. Bu mövzuda cox yazılıb. Məmməd Araz qələmində isə dünya bir başqadır. Şairin... | ANL |
Çox narahat oyanmışdı bu səhər. Gecə futbola baxdığı üçün gec yatmışdı. Səbəbini ondan bildi. Birtəhər yerindən qalxıb ayaqlarını güc-bəla ilə sürüyərək dəhlizə çıxdı. Hamama girmək istəyirdi ki, güzgünün altındakı tumbanın üstündə xalçanı gördü. Bayaqdan yarıqapalı gözləri bir anda tam açıldı. Yoldaşını səslədi. Boş-b... | ANL |
Əli Həsənov: “Azərbaycan Heydər Əliyevin yadigarı və şah əsəridir”. Bakıda Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 50 illiyinə həsr olunan tədbir keçirilib. "Report" xəbər verir ki, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üz... | ANL |
Diaspor Gənclərinin II Yay Düşərgəsinin açılışı oldu. Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, iyulun 9-da Şamaxı Rayon Mədəniyyət Mərkəzində düşərgənin təntənəli açılışı olub. Tədbirdə Şamaxı Rayonu İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov qonaqları salamlayıb və Nəsimi ilində dünya azərbaycanlıl... | ANL |
Media rəhbərləri Diaspor Gənclərinin II Yay Düşərgəsində. Azərbaycan Diasporuna Dəstək Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyi, Azərbaycan Gənclər Fondunun tərəfdaşlığı ilə Şamaxıda keçirilən “Nəsimi-650” Diaspor Gənclərinin II Yay Düşərgəsi davam edir. APA-nın yerli bürosunun xəbərinə görə, düşərgə çərçiv... | ANL |
"Azərbaycan məktəbi” jurnalının 95 illiyi münasibətilə yubiley tədbiri keçirilib. APA xəbər verir ki, yubiley tədbirində Təhsil naziri Ceyhun Bayramov, Mətbuat Şurasının sədri Əflatun Amaşov, millət vəkilləri, AMEA-nın üzvləri, ali təhsil müəssisələrinin rəhbərləri, təhsil ekspertləri, müəllim-professor heyəti, medi... | ANL |
Heydər Əliyevin hakimiyyətə gəlişinin 50 illiyinə. Azərbaycan Respublikasının Siyasi partiyalar və ictimai hərəkatlar dövlət arxivində, Azərbaycan KP MK-nın respub-likanın partiya təşkilatı tarixində ən yığcam yığıncaqlarından biri olan XVI plenumunun stenoqramı mühafizə olunur. Bu plenumun gündəliyinə yalnız bir - ... | ANL |
Akademiyada ədəbiyyatdan - akademizmə. Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri, akademik. Azərbaycan akademik elmi mühitində "Ədəbiyyatşünaslıq plyus" Yaradıcılıq Birliyinin yaranması və fəaliyyəti ədəbiyyatşünas alimlərin bədii yaradıcılığını da ədəbi mü... | ANL |
Odlar yurdunun küləklər şəhəri. Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri. Anadan olduğum və ömrüm boyu yaşadığım Bakı mənimçün üç şəhərdən ibarətdir. Yeni Bakı - XX əsrin əvvəllərində, neft bumuyla bağlı yenidən tikilməyə başlamış və müstəqillik dövründə XXI əsrin iki onilliyində tamamilə dəyişmiş, ... | ANL |
İtaliya mətbuatı Şəki Xan Sarayından yazıb. İtaliya mətbuatında Şəki Xan Sarayı və Şəkinin tarixi mərkəzinin YUNESKO-nun siyahısına daxil edilməsi ilə bağlı məqalə dərc edilib. AZƏRTAC xəbər verir ki, məqalə ölkəmizlə bağlı mütəmadi italyan dilində xəbərlər paylaşan "Azerbaijan news" xəbər saytında, eləcə də Avropa X... | ANL |
"Azərbaycan xalqına mənsub olan Nəsimi kimi nadir bir şəxsiyyəti dünya elminə, dünya mədəniyyətinə tanıtmaq, şübhəsiz ki, xalqımızın hörmətini yüksəltmək deməkdir". Ümummilli lider Heydər Əliyevin mütəfəkkir şairin 600 illiyi ilə bağlı dediyi bu sözlər "Mədəniyyət" qəzetinin yenicə çapdan çıxan "İmadəddin Nəsimi 650... | ANL |
Gənc şairin ilk kitabı. Bugünlərdə gənc şair Oğuz Ayvazın ilk kitabı işıq üzü görüb. Nəşrdə şairin son illər yazdığı şeirlər toplanıb. Müəllif ilk kitabını qızına ithaf etdiyini qeyd edib. Kitabın redaktoru Qismət Rüstəmov, naşir İsmayıl Ələkbərovdur. oysa itirdiyin adama çevrilərmiş ağrı. | ANL |
Qədim yunan əfsanəsinə görə, heykəltəraş Piqmalion özü yonduğu heykələ, Qalateyaya aşiq olur... Bel qapını var gücüylə təpikləyirdi, hirsini çıxarırdı elə bil, ürəyi soyumurdu. Anxinoi xəmirli əllərini silənəcən çərçivənin yuxarısı yuvasından aralandı, nazik bir gün işığı düşdü evə. Çatar-çatmaz ayağı da büdrəd... | ANL |
1980-ci ilin 15 aprelində Paris küçələri ilə otuz minə yaxın insan XX əsrin yükünü çiyinlərində daşımış filosof və yazıçını son mənzilə yola salmaq üçün Monparnas qəbiristanlığına sarı irəliləyirdi. Sartrı sevən kütlənin, demək olar ki, yarıdan çoxu onun əsərlərini, fəlsəfəsini başa düşmürdü. Amma onu insanlara ... | ANL |
İsa Hüseynovun 60-cı illər yaradıcılığında başlanan kamil insan konsepsiyası özünün ən yüksək səviyyəsinə "Məhşər" romanı ilə çatdı. XIV əsr Azərbaycan ədəbiyyatının görkəmli simalarından biri şair İmadəddin Nəsiminin həyat və yaradıcılığı əsasında qələmə alınan "Məhşər" romanı tarixi-fəlsəfi əsərdir. Romanda ... | ANL |
Medianın dini mövzulara münasibəti: həssaslıq və peşəkarlıq əsas meyar kimi. Dini dəyərlərimizin təbliğ və təşviq edilməsində, dinin düzgün formada ictimaiyyətə çatdırılmasında geniş auditoriyaya malik olan KİV-in üzərinə böyük vəzifə düşür. Media dinin düzgün təbliğində, dini radikalizmlə mübarizədə fəal olma... | ANL |
Milli təhsil və Azərbaycan folkloru. Orta məktəb həyatı ilə rəsmi təhsil mərhələsi başlayır. Artıq burada təlim və tərbiyə işi ilə professionallar məşğul olur, proqramlaşdırılmış və mütəxəssislər tərəfindən hazırlanmış dərsliklərdən istifadə olunur. Müasir ümumtəhsil məktəblərinin ibtidai siniflər üçün "Azərbayc... | ANL |
Otağa gözlənilmədən ağır bir sükut çökmüşdü. Onların hər ikisi gözlərini bir-birinin üzünə zilləmişdi. Əvvəlki söhbətə qulaq asanlar, bəlkə də, fikirləşirdilər ki, elə bu dəqiqə dava-dalaş yenidən başlayacaq. Ata öz oğluna ağzından çıxanı söyləyəcək, lap elə böyük-kiçik sərhədi gözləməyəcək. Hətta oğlunu uşaq y... | ANL |
Tüdorların uğurları və bədbəxtliklər seriyası. Bu bacılar arasında səmimiyyət çox vaxt pərdə maskası rolunu oynayırdı. Marqaret, kral ərinin özünün başladığı döyüşdə həlak olmasında Katerinanı günahkar sayırdı və onu özünün düşməni hesab edirdi. Doğrudan da, bu vaxt VIII Henri Fransada vuruşduğundan, Katerina regen... | ANL |
Məcburi yazmaq zərurəti hiss etmirəm. Yazmağı qeyd-şərtsiz mənəvi nəfəsim hesab edirəm. Mübaliğəyə də gərək duymuram. Mənim ehtiyacım yoxdur ki, yazarkən necə sərxoşa çevrildiyimi açıqlayım və ya gecələri səhərə qədər simfoniya dinləyərək yazmağın ömrümü qısaltmasından duyduğum həzzi oxucu ilə bölüşüm. Sanki mə... | ANL |
Yubilyarı təbrik etdilər. Həyatda elə insanlar var ki, onlar öz xeyirxah əməlləri, qurub yaratmaq həvəsi ilə yaşayırlar. Bu xoş əməllərinin nəticəsində bu insanlar elə öz sağlıqlarında tarixə çevrilir və hamı tərəfindən hörmətlə qarşılanırlar. Belə insanlardan biri də Fərman Məmməd oğlu Rzayevdir. Müəyyən çəti... | ANL |
Yaddaşlarda yaşayan insan. Görkəmli şairimiz Səməd Vurğunun təbirincə desək, bir yandan boşalıb, bir yandan dolan dünyada Tanrının ayırdığı zaman kəsiyində hər kəsin ömür payı var. Bu ömrü necə yaşamaq isə hər kəsin özündən və onu əhatə edən mühitdən asılıdır. Dünyaya gələn insan müəyyən missiya daşıyır. Ömrün mənası v... | ANL |
Şamaxı Rəsədxanasında Kosmos Yay festivalı. Festivalda əsasını gənclər təşkil edən 120 nəfər müxtəlif yaş qruplarının nümayəndələri iştirak ediblər. Təşəbbüsün məqsədi "Bəşəriyyətin böyük sıçrayışı" sayılan Aya enmənin 50 illiyi münasibəti ilə ictimaiyyət arasında bu istiqamətdə maarifləndirmə aparılması olub.... | ANL |
Birgə müsabiqənin qalibləri mükafatlandırılıb. İyulun 16-da Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və "Azərenerji" ASC-nin birgə təşkil etdikləri "Azərenerji" ASC-nin Reabilitasiya Proqramı və yeni hədəflər" mövzusunda fərdi jurnalist yazı... | ANL |
Dünən "Dreamland Golf Club Baku" kompleksində "Super Sun" və "Azerçay" markalarının sponsorluğu, Azərbaycan Dövlət Turizm Agentliyinin Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən 1-ci Dünya İslam Kulinariya Konqresinin açılış mərasimi olub. Mərasimdə... | ANL |
Heydər Əliyevin tarixi obrazı və ədəbiyyat. Heydər Əliyev bizim müasirimizdir. Biz bu adla sabahlarımızı açır, milli dünənimizə önəm verir, gələcəyimizi müəyyən edirik. Bu adla müasir dünyanı fəth edir, qələbələr qazanırıq. Azərbaycan Respublikasının Prezidenti, Heydər Əliyev yolunun varisi, Ulu Öndərin dönməz s... | ANL |
Tovuzdan uğur qazanan çoxlu dostlarım, tanışlarım, uzaqdan müşahidə etdiyim insanlar var. Sadə bir ailə tanıyıram lap yaxından - bütün günü hamılıqla arı kimi yorulmadan çalışırlar. Neçə vaxtdır, tovuzlu görən kimi sorğu-suala tuturam, tovuzluların bacarıqlı, fərasətli, oxumuş, savadlı, əzmkar olmalarının səbəbin... | ANL |
Türkiyədəki 15 iyul hadisələri Bakıda "Demokratiya zəfəri" ilə anılıb. Qardaş Türkiyədə 2016-cı ilin 15 iyulunda törədilmiş çevriliş cəhdinin 3-cü ildönümü münasibətilə Bakıda "Demokratiya zəfəri" adlı tədbir keçirilib. Türkiyənin Azərbaycandakı səfirliyi, Bakı Yunus Əmrə İnstitutu, TİKA, "Türk Hava Yolları", "Anadolu... | ANL |
“Palitra”Ədəbi Kulubunun Nəsimi günü. Ötən ilin dekabr ayından Azərbaycan Yazıçılar Birliyi Mingəçevir bölməsinin nəzdində fəaliyyət göstərən “Ralitra” Ədəbi Klubu son altı ay ərzində yazarların və Mingəçevirin sözə-sənətə dəyər verən ziyalılarının iştirakı ilə bir sıra uğurlu layihələri həyata keçirməklə növbə... | ANL |
"Yazıçı"nın yeni xüsusi sayı Nəsimiyə həsr olunub. "Yazıçı" dərgisinin böyük şair İmadəddin Nəsimiyə həsr etdiyi ayrıca buraxılışı bu ilin iyul ayında işıq üzü görüb. Dərginin üz qabığında Mikayıl Abdullayevin mütəfəkkir şairə həsr elədiyi yağlı boyayla çəkdiyi rəsmi və Nəsiminin "Söz" qəzəli verilib. Dərginin ikinci s... | ANL |
Qəşəm Nəcəfzadə Ukraynada ordenlə təltif edildi. Azərbaycanın tanınmış şairi və publisisti, Əməkdar mədəniyyət işçisi Qəşəm Nəcəfzadə Ukrayna Qarapapaq Türkləri Milli Şurasının (UQTMŞ) "Xüsusi xidmətlərə görə" ordeni ilə təltif edilib. Bu barədə UQTMŞ-dən verilən məlumatda bildirilir ki, Şuranın sədri Daşqın Gülməmməd... | ANL |
Qubada xalçaçılıqla bağlı təlimlər təşkil edilib. "Xalça Dünyası Assosiasiyası" İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə "Xalçaçılıq sənəti milli sərvətimizdir" mövzusunda təlimlərə başlayıb. AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində Quba rayo... | ANL |
Səsin və sənətin ölməzliyi. Mirzə Babayevi hamı sevirdi. AZƏRTAC xəbər verir ki, dünən Xalq artisti, "Şöhrət" ordenli sənətkar, bir çox mükafatların laureatı, Azərbaycan estradasının banilərindən biri sayılan Mirzə Babayevin anadan olmasının 106-cı ildünümü tamamlandı. Hər dəfə Mirzə Babayevin sənət dünyası haqq... | ANL |
Əyyub Quliyevin daha bir beynəlxalq uğuru. Budapeştin tarixi saraylarından və məşhur konsert zallarından biri - "Viqadu"da (Vigado) "Klassz a Parton" beynəlxalq musiqi festivalının rəsmi açılış mərasimi olub. Ölkəmizi ilk dəfə bu mötəbər festivalda Azərbaycanın Əməkdar artisti, Akademik Opera və Balet Teatrının ... | ANL |
Fizika ilə lirikanın yeni görüşü. Dahi Füzuli hələ əsrlərin o tayında şeirlə elmi qoşa görür, onların bir-birinə olan bağlılığından danışırdı. Şair idi Füzuli, amma elmin önəminin də yaxşı fərqində idi. Necə deyərlər, fizikaya yad lirikanı qəbul etmirdi. Ondan təxminən dörd əsr sonra yaşamış, Nobel mükafatçısı,... | ANL |
Türkiyəli yazıçı və tərcüməçi Ülkü Taşlıovanın imzasını Avrasiya Yazarlar Birliyinin mətbu orqanı olan "Qardaş qələmlər" dərgisindən tanımışam. Hələ iki il öncə Birliyin xətti ilə İstanbulda keçirilən "Türk dünyası gənc yazarlarının görüşü"ndən sonra mütəmadi şəkildə bir neçə azərbaycanlı şair və yazıçılar kim... | ANL |
Valideynlərimin işıqlı xatirəsinə ithaf edirəm... "Mənə oxuduğum kitabların ən gözəlinin hansı olduğunu soruşsanız deyəcəyəm: Anamdır...". Bizim evimiz kəndin arxa hissəsində, Kür çayına yaxın ərazidə yerləşirdi. Onda anamın üzü qıp-qırmızı olurdu təndirin istisindən, balaca qoğal kündəsini əlimə alıb mən də y... | ANL |
Bir zamanlar budaq-budaq gəzdiyim, Tut ağacı, səndə izim dururmu? Böyüklərin incidiyi, bezdiyi Şıltaqlığım, dəcəlliyim dururmu?.. Torpağımın bərəkəti, neməti, Bahar çağı ağzımızın ləzzəti. Yadındamı sənlə çörək kəsdiyim.. Hirslənəndə cığallığım, tərsdiyim. Öz əlimlə tovladığım, asdığım, Şah budaqda yelləncəyim du... | ANL |
Fransanın müxtəlif mətbu orqanlarında neçə əsrlər boyu qocaman Şərqdən, onun dilbər guşəsi Azərbaycandan bəhs edən biri-birindən maraqlı yazılar yer alıb. "Jurnal Aziatik", "İki dünya", "Müsəlman aləmi" və digər dərgilərdə ölkəmizin tarixinə, ədəbiyyatına, mədəniyyətinə və digər hadisələrə həsr olunmuş saysız-h... | ANL |
Ah, kliplər, kliplər... İndi mədəniyyətimizin dünya mədəniyyətinə inteqrasiyasından çox danışırlar və bu yazıdan sonra dünya musiqisinə inteqrasiya yolu ilə inamla irəliləyən sənətçilərimizin nəzərində ən yaxşı halda mühafizəkar kimi görünəcəyimə şübhə etmirəm. Amma mən mühafizəkar rolunu axıra qədər oynayıb yal... | ANL |
Avrasiya Yazarlar Birliyinin sədri. Hekayə ilk dəfə Azərbaycanda çap olunur. Qeyd edək ki, tezliklə Yaqub Öməroğlunun hekayələr kitabı da görüşünüzə gələcək. Təranə Vahid. Kazak, gördüyün əzab. İnsanlar bu yaşanan ağrı-acıları öyrənməsinlərmi? Bu ağrıların unudulması zalıma dəstək deyilmi? Oturduğu kreslonun qarşı ... | ANL |
Hacı Zeynalabdin Tağıyev. Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşovun unudulmaz xeyriyyəçilərimizin, o cümlədən, Hacı Zeynalabdin Tağıyevin mesenatlıq fəaliyyəti haqqında araşdırma yazıları ilə bağlı tövsiyəsi bir jurnalist kimi mənim də ürəyimcə oldu. Qeyd edim ki, Qazaxıstanın ... | ANL |
Kamal Abdulla: “ADU-nu maraqlı və faydalı perspektivlər gözləyir”. Azərbaycan Dillər Universitetinin rektoru, Xalq yazıçısı, akademik Kamal Abdulla ilə müsahibəni təqdim edirik. İmtahanların nəticəsini və ümumiyyətlə, tədris ilinin sonunu necə qiymətləndirmək olar? – İmtahanların nəticəsi müsbət oldu və sessiya z... | ANL |
"YUĞ" Dövlət Teatrının kollektivi Xaçmaz şəhərində qastrolda olub. Teatrdan bildirilib ki, səfərdə teatrın kollektivi yazıçı-dramaturq Pərvinin "Sonuncu" tamaşası ilə çıxış edib. Xalq artisti Ramiz Həsənoğlunun quruluşunda hazırlanan tamaşada rolları Əməkdar artist Fərhad İsrafilov, aktyorlar Hikmət Rəhimov və Ləman ... | ANL |
"Gənc Qırğız şeiri antologiyası" Bakıda və Bişkekdə təqdim olunacaq. Milli Məclisin deputatı Cavanşir Feyziyevin rəhbəri olduğu layihə çərçivəsində nəşr olunmuş "Gənc Qırğız şeiri antologiyası" Bakıda və Bişkekdə ədəbi ictimaiyyətə təqdim ediləcək. İyulun 23-də Azərbaycanda Atatürk Mərkəzində antologiyanın təqdimatı... | ANL |
Marneulidə Nəsimiyə həsr olunmuş Poeziya Günü. Marneulidə dahi Azərbaycan şairi İmadəddin Nəsimiyə həsr olunmuş Poeziya Günü keçirilib. AZƏRTAC xəbər verir ki, tədbir Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin (GAİM) təşkil etdiyi tədbirdə ziyalılar, məktəblilər iştirak edib. GAİM-in icraçı direktoru Aygül ... | ANL |
İstanbulda Beynəlxalq Tələbə Dərnəkləri Federasiyası (UDEF) tərəfindən təşkil edilən XII Beynəlxalq Tələbə Görüşü və digər əhəmiyyətli tədbirlərdə aktiv iştirak etdiklərinə görə İstanbul Universiteti Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyi üzvləri 70-ə yaxın ölkə arasında "Ən yaxşı çıxış edən ölkə" nominasiya... | ANL |
Bakı Uşaq Teatrı mövsümə yekun vurub. Növbəti mövsümə qədər sevimli tamaşaçıları ilə səhnə sovqatlı sağollaşan sənət ocaqlarından biri də Bakı Uşaq Teatrı oldu. İyulun 17-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Bakı Uşaq Teatrı Azərbaycan Teatr Xadimləri İttifaqının (ATXİ) tamaşa salonunda mövsümü yekunlaşdırı... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.