text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Kitabda Arif müəllimə dəyər verən ziyalıların, dostlarının və tələbələrinin yazıları yer aldı. Arif müəllimi hər birimiz özümüzə dost bildik. Tələbələri onu bir müəllim kimi yox, məhz onlara, onların düşüncələrinə yaxın bir yoldaş kimi sevdilər. Vəfatının ildönümü ərəfəsində feysbuk səhifəsinə göz gəzdirirəm. ...
ANL
"Artıq bir il ötdü Azərbaycan filologiyasında Əzizxan Tanrıverdinin yoxluğundan" - yazmaq istəyirəm. Əgər insan qoyub getdiyi irsi ilə yadda qalırsa, xatirələrdə yaşayırsa, hansı yoxluqdan söhbət gedə bilər!? Filologiya elmləri doktoru, professor Əzizxan Tanrıverdi türk mənşəli Azərbaycan şəxs adlarını ilk dəfə ol...
ANL
"Sülh göyərçinləri", Dürdanənin cavabını verə biləcəksinizmi? Özümü baş obrazın yerinə qoymaqla. Müasir dildə desək, empatiya tətbiq etdim. Hər saniyəm məni çarmıxa çəkdi. Bir an öncə ölməkdən başqa çıxış yolu görmədim. Səbrim tükəndi, nəfəsim kəsildi. Damarlarımda axan qan dayandı, əzələlərim dondu. Nəfəsim tıxandı,...
ANL
Bu xatirə-poema məzarları Qarabağda qalanlarımızın, şəhidlərimizin və yurd həsrəti ilə dünyadan köçənlərimizin ruhlarına həsr olunur. Bu cızma-qaramı hamıdan öncə ən yaxın dostlarımdan birinə oxudum. "Şəhriyardan təsirlənmisən" dedi. Baxın, bağda bitən alma ağacının meyvəsi saplağından qopub öz dibinə düşər. O almanın...
ANL
Tanıyaq və tanıdaq. Guşədə İran İslam İnqilabından (1979) sonra ədəbiyyata gəlmiş, Güney Azərbaycanda 1960-cı ildə və daha sonra doğulub boya-başa çatmış və sənətdə öz sözünü demiş Güney şairlərinin arasında heç bir fərq qoymadan, incə və həssas ruhlarına toxunmadan, yaratdıqları möhtəşəm poeziya örnəklərini incəl...
ANL
Əsgərlik çağları İran-İraq savaşının son illərinə tuş gəlib. Hazırda ailəsi ilə birlikdə Rəştdə yaşayır. Sən gedən yollara gözlər dirənir axşamlar, Başıma dam-divarım silkələnir axşamlar. Bir sönülməz soba yandıqca yanır köksümdə, Çəkdiyim şölə nəfəsdən pilənir axşamlar. Yeni doğmuş bəbəyə bənzəyir hər an duyğu...
ANL
Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun "Ədəbiyyatşünaslıq plyus" Yaradıcılıq Birliyi tərəfindən "Plyus bədii yaradıcılıq" ədəbi almanaxının üçüncü kitabı nəşr edilib. Bu barədə İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsi məlumat verib. Kitabın ideya və ön sözünün müəllifi Ədəbiy...
ANL
Hacı Zeynalabdin Tağıyev. Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşovun unudulmaz xeyriyyəçilərimizin, o cümlədən, Hacı Zeynalabdin Tağıyevin mesenatlıq fəaliyyəti haqqında araşdırma yazıları ilə bağlı tövsiyəsi bir jurnalist kimi mənim də ürəyimcə oldu. Qeyd edim ki, Qazaxıstanın Ura...
ANL
Ləzgilər. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Jurnalist Ekspert Mərkəzi İctimai Birliyi (JEM) "Azərbaycanda yaşayan xalqları yaxından tanıyaq" layihəsinin icrasına başlayıb. Iyul-noyabr ayları ərzində icra olunacaq layihə Şuranın ...
ANL
"Vektor" Beynəlxalq Nəşrlər Evinin təsisçisi, professor Elçin İsgəndərzadənin təşəbbüsü ilə bu günlərdə "Vektor" nəşriyyatınında Azərbaycan Yazıçılar Birliyinin katibi, "525-ci qəzet"in baş redaktoru, şair, nasir Rəşad Məcidə həsr olunmuş, müxtəlif illərdə qələmə alınmış məqalə, eeese və şeirlərin toplandığı "...
ANL
Məscidin minarəsindən çəkilmiş, uzaqda Şahbulağın daş karxanalarının ağardığı, böyük bir ərazini əhatə edən şəkildə... Bizim vaxtımızda irigövdəli çinarları ilə şəhərin mərkəzində yaşıl bir vadi olan "Lenin bağı"ndan əsər-əlamət yoxdu artıq, Rəşadgilin "dördmərtəbəsi"nin təkcə bünövrəsi qalıb. Üzüyuxarı - Sarı...
ANL
Əlibalanın şeirləri. Hələ imzaları mətbuatda tanınmayan gənclərin, o cümlədən də Əlibalanın, mənə göndərdikləri şeirlərin böyük əksəriyyəti kədərdən, tənhalıqdan bəhs edir və mənə elə gəlir ki, bu - yalnız sosial hadisə deyil, bəlkə daha artıq dərəcədə sənət hadisəsidir. Biz gənclərin (həvəskarların) yox, ümum...
ANL
"YUĞ" Dövlət Teatrının kollektivi Şamaxı şəhərində qastrolda olub. Səfərdə teatrın kollektivi yazıçı-dramaturq Pərvinin "Sonuncu" tamaşası ilə çıxış edib. Xalq artisti Ramiz Həsənoğlunun quruluşunda hazırlanan tamaşada rolları Əməkdar artist Fərhad İsrafilov, aktyorlar Hikmət Rəhimov və Ləman Novruzova ifa edib...
ANL
Günəş toplayan Adam! ZÜLFÜ LİVANELİ: "AVROPANIN TÜRKİYƏYƏ VƏ DÜNYANIN YERDƏ QALAN HİSSƏSİNƏ MÜNASİBƏTİ CAHİL MÜNASİBƏTDİR". Bakının 38 dərəcə isti axşamından ayrılıb İstanbulun leysan tökən səhərinə düşmüşdüm. Səngimək bilməyən leysan gözünü yumub-açınca adamı təpədən-dırnağa selə qərq edirdi. Aylar əvvəl qışı...
ANL
Milli Arxiv İdarəsində görkəmli Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan tədbir keçirilib. İdarədən AZƏRTAC-a bildirilib ki, tədbirdə qurumun rəhbəri, professor Əsgər Rəsulov Prezident İlham Əliyevin “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qey...
ANL
(Şeyxülislam hacı Allahşükür Paşazadənin ömür yolu, yaşam prinsipləri və həyat fəlsəfəsi barədə düşüncələr). Şeyxülislam! Bütün Qafqazın şeyxi! Şeyx həzrətlərinin uşaqlıq və yeniyetməlik yaşantıları, təbii ki, bizim gözümüz önündə olmayıb. Amma ona verilmiş ilahi tapşırıqla həyatının mənasını dində, islam aləmind...
ANL
Türk dünyası üçün yeni mühüm tapıntı. Türk dili və ədəbiyyatının, eləcə də mədəniyyət tarixinin son dövrlərdəki ən önəmli hadisəsi, heç şübhəsiz, "Kitabi-Dədə Qorqud" dastanının yeni bir əlyazmasının tapılması oldu. Bildiyimiz kimi, əvvəllər Türk dünyasının bu böyük abidəsinin elm aləminə yalnız Drezden və Vati...
ANL
Kəfənpulu. Yerindən qalxan kimi birinci işi təqvimə göz yetirməkdi. İl girəndən iş otağının divarından yekə və dəbdəbəli birini asmışdı. Aybaay səhifələri çevirdikcə tərəziyə də çıxırdı, çəkisi sürətlə düşürdü, zəifləyirdi, dizləri ağrıyırdı. Hər səhər təqvim rəqəmlərinin üstündəki qırmızı nişanı sağa sürüşdürü...
ANL
Rafiq Hacıyevin "Şəhrizadın... tarzən Ramiz Quliyev nağılı" əsəri barədə düşüncələr. Bir vaxtlar çox böyük həvəslə baxdığım veriliş SSRİ Xalq artisti Valentina Leontyevanın verilişi idi. Qocaman artistin şirin danışığı, nağılları qeyri-adi dərəcədə maraqlı təqdim etməsi məni xəyalların qanadında yalnız nağıl qə...
ANL
Sartrı sevən kütlənin, demək olar ki, yarıdan çoxu onun əsərlərini, fəlsəfəsini başa düşmürdü. Amma onu insanlara sevdirən, daim onların yanında olması, xüsusən də 1960-cı illərdə Fransada Avropanın üstünü "qara bulud" kimi örtən, insanlara ümid olmuş kommunizmi dəstəkləyən hərəkatlara rəğbəti, Fransanın işğal...
ANL
Birinci yazıda qeyd etmişdim ki, Sartrı insanlara sevdirən bir neçə nüansdan biri də azadlığın dəyərini və zəruriliyini onlara daddırması idi. Onun fikrincə, insan doğuşdan azaddır və bu, onun ömrünün sonuna qədər belə də davam edir. Ümumilikdə azadlıq anlayışı Sartrın fəlsəfəsinin təməlini təşkil edir. Ona qədə...
ANL
1875-ci il iyulun 22-də dövrünün maarifçilik hərəkatının görkəmli nümayəndələrindən olan Həsən bəy Zərdabinin "Əkinçi" qəzetinin nəşrə başlaması ilə Azərbaycan milli mətbuatının əsası qoyuldu. "Əkinçi" Azərbaycan dilində əsl milli demokratik və xalq mətbuatının ilk təməl daşı oldu. "Əkinçi"nin dəsti-xətti bir i...
ANL
Milli Kitabxanada Mətbuat Günü sərgisi. Sərgidə Həsən bəy Zərdabinin əsərləri, haqqında yazılan kitablar, Azərbaycanın milli mətbuat tarixini əks etdirən ədəbiyyatlar, dövri mətbuat materialları nümayiş olunur.
ANL
Firəngiz Əlizadənin yeni əsəri Los-Ancelesdə təqdim olundu. Azərbaycanın xalq artisti, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, tanınmış bəstəkar Firəngiz Əlizadənin bəstələdiyi “Harmoniya” adlı yeni əsərin dünya premyerası iyulun 20-də ABŞ-ın Los Anceles şəhərində keçirilib. Bu barədə Azərbaycanın Los Ancelesd...
ANL
Azərbaycan-Yaponiya ekspedisiyası Damcılı mağarasında. Qazax rayonundakı "Avey" Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində, Daşsalahlı kəndi yaxınlığında yerləşən Damcılı mağara düşərgəsində Azərbaycan-Yaponiya beynəlxalq arxeoloji ekspedisiyası tədqiqatlar aparır. AZƏRTAC xəbər verir ki, 2015-ci ildə Mədəniyyət ...
ANL
Rəssamlıqda unudulmaz Maral Rəhmanzadə ünvanı. Professional rəssamlıq təhsili almış ilk azərbaycanlı qadın, Dövlət mükafatı laureatı Maral Rəhmanzadə müasir milli rəngkarlıq məktəbinin inkişafında yüksək xidmətləri olan sənətkardır. Rəssam bacı və qardaşları ilə birlikdə yaradıcı mühitdə tərbiyə alıb. Onun boya-b...
ANL
Əyyub Quliyev opera artistlərinin beynəlxalq müsabiqəsində münsiflik edib. Əyyub Quliyev opera artistlərinin beynəlxalq müsabiqəsində münsiflik edib<b style="color:red"></b>. Sankt-Peterburqda Georgiy Ots adına opera artistlərinin III Beynəlxalq müsabiqəsi böyük uğurla keçərək yekunlaşıb. Müsabiqədə bu il rekord s...
ANL
Bugünlərdə Azərbaycan Yazıçılar Birliyinin təşəbbüsü ilə "Qanun" Nəşrlər evində müasir Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Əli Kərimin (1931-1969) əsasən məşhur şeirlərinin toplandığı "Metronun yaylı qapıları" adlı kitabı çapdan çıxıb. Nəşrdə yer verilən əsərlər bu yaxınlarda vəfatının 50-ci ildönümü ...
ANL
Qırx il öncənin heyrəti. Bugünlərdə Azərbaycan Yazıçılar Birliyinin təşəbbüsü ilə "Qanun" Nəşrlər evində müasir Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Əli Kərimin (1931-1969) əsasən məşhur şeirlərinin toplandığı "Metronun yaylı qapıları" adlı kitabı çapdan çıxıb. Nəşrdə yer verilən əsərlər bu yaxınlarda v...
ANL
Yaradıcılığın mahiyyəti orijinal təhlil aynasında. Mən dilçiyəm və alimlərimizin bu elm sahəsində əsərlərini imkanım daxilində oxuyuram, nəzərdən keçirirəm. Fərəhlənirəm ki, klassiklərin: M.Hüseynzadənin, H.Mirzəzadənin, Ə.Dəmirçizadənin, Zeynal Tağızadənin, Tofiq Hacıyevin, E.Əlibəyzadənin, Q.Qeybullayevin və ...
ANL
Şair, publisist, ssenarilər müəllifi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar jurnalist Tahir Talıblı 1948-ci ildə Ermənistanın Kalinino rayonunun Evli kəndində anadan olub. 1972-ci ildə APİ-nin filologiya fakültəsini bitirib, doğma kəndində dil-ədəbiyyat müəllimi, direktor müavini, daha sonra həmin məktəbin...
ANL
"Filmin bədii dəyərini şərtləndirən əsas meyarlardan biri - onun zamanın sınağından çıxa bilməsidir. Film hansı ildə çəkilməsindən asılı olmayaraq, gərək həmişə təzə əsər kimi baxılsın. Həsən TURABOV. "Yeddi oğul istərəm" filminin "Möhtəşəm yeddilik" Amerika filminə bənzədiyini ona irad tutan Moskva çinovniklərin...
ANL
Azərbaycan-Qırğızıstan mədəni əlaqələri genişlənir. İyulun 24-də Mədəniyyət naziri Əbülfəs Qarayev Qırğızıstan Milli Yazıçılar Birliyinin sədri Nurlan Kalıbekovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan ilə Qırğızıstan arasındakı mədəni əlaqələrdən s...
ANL
Ədəbiyyat İnstitutunda qırğız yazarlarla görüş oluba. Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Dünya Gənc Türk Yazarlar Birliyinin təşkilatçılğı ilə Qırğızıstandan gəlmiş yazarlarla görüş keçirilib. Tədbiri AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutun...
ANL
Ədəbiyyat İnstitutunda qırğız yazarlarla görüş olub. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Qırğızıstan yazıçıları ilə görüş keçirilib. Tədbir Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) təşkilatçılığı ilə reallaşıb. Bu barədə AZƏRTAC-a Ədəbiyyat İnstitutunun İ...
ANL
Tanıyaq və tanıdaq! Guşədə İran İslam İnqilabından (1979) sonra ədəbiyyata gəlmiş, Güney Azərbaycanda 1960-cı ildə və daha sonra doğulub boya-başa çatmış və sənətdə öz sözünü demiş Güney şairlərinin arasında heç bir fərq qoymadan, incə və həssas ruhlarına toxunmadan, yaratdıqları möhtəşəm poeziya örnəklərini inc...
ANL
Adını təkrar edərkən. Nə yaxşı ki, adının kölgəsində, uca ağaclar arasında. uzanmaq olur arxaya. izləmək olur yaşıllığı. gizlənpaç oynayan mavilərə qədər. Adını təkrar edərkən. Quşlar da ona bənzər bir sözcüyü. və ən sevgisəl bir qaydayla. təkrar-təkrar paylaşırlar. mənim təkrarsız həzzim olur. Gecənin qaranlığında işı...
ANL
Naxçıvanda xalçaçılıq: tarixdə və günümüzdə. Xalçaçılıq Azərbaycanın milli və mədəni sənətidir. Azərbaycanda xalq yaradıcılığının ulu örnəklərindən, xalçaçılıq sənətinin gözəl nümunələri sırasında Naxçıvan xalçaları da var. Burada dekorativ-tətbiqi sənətin qədim növlərindən sayılan xalça və xalça məmulatının t...
ANL
Mövzudan xəbərdar olanlar, şübhəsiz, elə yazının sərlövhəsindən söhbətin hansı şəhərdən getdiyini bildilər. Bol suyu, öz dadlı-tamlı meyvələri ilə tarixən bağlar diyarı adlanan Ordubad həm də min illərdir öz sinəsində tarixi hifz edib. Xüsusilə orta əsrlərdə və Naxçıvan xanlığı dövründə sənətkarlığın geniş yayıl...
ANL
Tüdorların uğurları və bədbəxtliklər seriyası. Katerina o qədər də gözəl deyildi. Beli olduqca nazik idi, ayaqları da xırda olmaqla, gülməli bir tufli geyinmişdi, ayaq barmaqları qızılla bəzənmişdi və tuflisinin qızıl bağları var idi. Marqaretin ağlına da gələ bilməzdi ki, Ledi nənəsi ona qızıl bağı olan çəkmə ge...
ANL
Ceyhun Hacıbəyli haqqında ilk monoqrafik tədqiqat. 1991-ci ildə keçirilən "Azərbaycan mühacirət ədəbiyyatı" Beynəlxalq elmi simpoziumda gündəmə gələn məsələlərdən biri də Azərbaycan xalqının görkəmli simalarından olan Ceyhun Hacıbəyli haqqında ciddi, sanballı və hərtərəfli işlənilmiş ilk monoqrafiyanın ərsəyə gəl...
ANL
Nemətullah Naxçıvani irsinin tədqiqində maraqlı yenilik. Orta əsrlərdə yaşamış türk-İslam dünyasının elmi və ictimai fikrinin inkişafına böyük töhfələr vermiş, Azərbaycanın təsəvvüf və təfsir alimləri arasında xüsusi yeri olan Nemətullah Naxçıvaninin "Şərhi-Gülşəni-raz" əsərinin iki müxtəlif nüsxəsinin elektron ...
ANL
Azərbaycan mətbəxinin növbəti uğuru. Bugünlərdə Bakıda I Dünya İslam Kulinariya Konqresi və Dünya İslam Kulinariya Təşkilatının II Konfransı, həmçinin İslamölkələri kulinarlarının ikinci çempionatı keçirilib. Dünya İslam Kulinariya Birliyinin (WICS) rəhbərlərinin iştirak etdiyi bu tədbirlər xalqımızın mətbəx mədəniyyə...
ANL
İndi bu fikrin dillərdən düşmədiyini görəndə adam pessimist olur. Deməli, insanın bu yerə gəlib çatması və bunu anlaması üçün əsrlərə, hətta eralara ehtiyac varmış?! Ümumiyyətlə, anlayıbmı çağdaş insan bunu?! Yoxsa elə gəlişi gözəl söz kimi, Sokratdan nümunə gətirən "intellektual" obrazından ötrü təkrarlayır, baş...
ANL
"Türkiyənin ən balaca şəhəri" cavabını vermişdilər. Əlimin altındakı klaviatura internetdən tapdığı materiallarla festival, Bayburtla bağlı suallarımın bir qisminə cavab verdisə də, ən böyük suallarım hələ cavabsız idi. Hələ bir anlıq "görəsən, getməklə düzmü edirəm, qərarımı dəyişə bilərəmmi? Axı bu səfər əcdad...
ANL
Bayağı yarınmaq mərəzindən, xüsusən də çinsayağı sevinc izharından daha əttökən bir şeyi təsəvvürümə belə gətirə bilmirəm. Necə də vəhşi irqdir! Konfutsi - (cidalarının uclarına keçirdikləri çinli başları ilə meydanda at səyirdən, bir neçə çinli əyanı isə saçlarından yapışıb arxalarınca sürüyən fransız və alma...
ANL
1898-ci ildə Çində ölkəni öz aralarında nüfuz dairələrinə bölmək istəyən ABŞ və Avropa müstəmləkəçilərinə qarşı etiraz hərəkatı geniş vüsət almışdı. Tarixi ədəbiyyatda "İxetuan üsyanı" kimi tanınan milli dirənişin hərəkətverici qüvvələrindən biri "Ədalət və anlaşma naminə yumruq" adlı gizli təşkilat idi. Necə deyərlə...
ANL
Ədəbiyyat İnstitutu Avrasiya Türk Araşdırmaları İnstitutu ilə memorandum imzalayıb. Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə Avrasiya Türk Araşdırmaları İnstitutu arasında “Akademik və tədqiqat əməkdaşlığı sahəsində” anlaşma memorandumu imzalanıb. Tədbirdə AMEA-nın vitse-p...
ANL
Ətrafımızı hər an vətənini müdafiəyə hazır əsgər, balasını qoruyan ata kimi çevrələmiş dağların arxasından günəş saçlarını yellədərək gülümsəyir. Bayburtda növbəti səhər açılır... Qaldığımız balaca, sevimli otelin balkonundan günəşi seyr edirəm. Balkonumuzla üz-üzə, dağın başında bütün əzəməti və müqəddəsliyiylə ...
ANL
Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyası iclas keçirdi. Qeyri-formal məşğulluqla mübarizə sahəsində görülmüş işlər və qarşida duran vəzifələr müzakirə olundu. İyulun 26-da Bakı Biznes Mərkəzində Baş nazirin müavini, Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının səd...
ANL
Muzey əşyalarının mühafizəsinə aid treninqə yekun vurulub. Muzey əşyalarının mühafizəsinə aid treninqə yekun vurulub<b style="color:red"></b> İyulun 25-də Bakı şəhərində "Muzey əşyalarının daimi mühafizə portalı"nın yenidən işlənilmiş proqram təminatının istifadə qaydalarına dair təqdimat - treninqlərin sonuncu...
ANL
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Xətai rayon Mədəniyyət Mərkəzinin "Səma" rəqs kollektivi Türkiyənin İnegöl şəhərində keçirilən 32-ci Beynəlxalq Mədəniyyət İncəsənət Festivalında iştirak edib. Baş İdarədən AZƏRTAC-a bildirilib ki, festival Türkiyə Cümhuriyyətinin İnegöl Bələdiyyəsi tərəfindən təşkil olunub....
ANL
Mədəniyyət və İncəsənət Universiteti Milli Yaylaq Festivalında təmsil olunub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) Milli Yaylaq Festivalında təmsil olunub. ADMİU-dan verilən məlumata görə, Gədəbəyin Miskinli yaylağı ərazisində təşkil olunan festivalda universitetin Rəssamlıq fakültəsinin dekan...
ANL
Qıymayın kəpənək qanadlarına... 27 il əvvəl yazdığım bu yazının əlyazmasını öz mənzilimdəcə itirmişdim: hansa kitabın içinə, hansı kağızların arasına qoymuşdum - yada sala bilmirdim ki, bilmirdim. Yaxşı ki, ötən illər onun ruhunu saralda biməmişdi. Elə bunu nəzərə alıb onu oxuculara təqdim edirəm. ... Mirzə müəl...
ANL
Kitabxana və klubların idarə olunması ilə bağlı yeni layihə hazırlanıb. Bunu Mədəniyyət naziri Əbülfəs Qarayev deyib. Nazir kitabxana və klubların idarə olunması istiqamətində keçirilən islahatlara toxunaraq vurğulayıb ki, bu qəbildən mədəniyyət müəssisələrinin işinin müasir tələblər səviyyəsində qurulması ilə ...
ANL
... Üzeyir Hacıbəyli, Cəlil Məmmədquluzadə, Nəriman Nərimanov, Süleyman Sani Axundov, Rəşid bəy Əfəndiyev, Firudin bəy Köçərli və onlarla Azərbaycan ziyalısı. Tariximizi, ədəbiyyatımızı, mədəniyyətimizi bu böyük maarifçilər olmadan təsəvvür etmək çətin, bəlkə də, mümkünsüzdür. Əgər Qori Müəllimlər Seminariyası yaranm...
ANL
Balıqçı kəndi. Bura dağların arasında, Ağ dənizin sahilində, göl kənarına bənzəyən, durğun, sakit, havasından, suyundan, daşından, torpağından hüzur süzülən, uzaqdan ulduz kimi parıldayan Selimiyedir. Selimiye Türkiyənin ən önəmli dəniz limanlarından biridir. Kənd eradan əvvəl 600-cü illərdə qurulmuş olan Hydas ...
ANL
Mühacir ədəbiyyatşünasımız haqqında dəyərli araşdırma. Səlim Rəfiq Rəfioğlunun irsi çağdaş tədqiqat müstəvisində. İnsan həyatı boyu sevinci duyduğu kimi, qəmi də tanımalı olur. Heç kəs deyə bilməz ki, onun həyat hekayəsində kədərin izi olmayıb. Xüsusilə, ziyalı və yaradıcı insan üçün Vətəndən əbədi olaraq uzaq dü...
ANL
Şuşa məktəbində Əhməd bəy Ağaoğlunun 150 illik yubileyi keçirildi. Əhməd bəy Ağaoğlu Azərbaycanın ictimai-siyasi fikir tarixində islahatçı, ictimai xadim, siyasətçi, filosof, sosioloq, jurnalistika nəzəriyyəçisi, fəal publisist, tərcüməçi, yazıçı, ədəbiyyatşünas-tənqidçi, şərqşünas, teoloq-inlamşünas kimi tanınır. ...
ANL
Bəstəkar Oqtay Zülfüqarov yad edilib. Bu münasibətlə musiqi ictimaiyyəti nümayəndələri ikinci Fəxri xiyabanda bəstəkarın məzarını ziyarət etdilər. Anım mərasimində çıxış edən Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə Oqtay Zülfüqarovun həyat və fəaliyyətindən danışdı. Qeyd etdi ki, sən...
ANL
Özbəkistanda "Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri". Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi ilə iyun ayının birinci ongünlüyündə bu ölkədə "Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri" keçiriləcək. AZƏRTAC xəbər verir ki, bununla əlaqədar keçirilən tədbirlər çərçi...
ANL
Azərbaycan Yazıçılar Birliyinin "Natəvan" klubunda "Ulduz" jurnalının 600-cü buraxılışı - may sayının və gənc yazıçı Orxan Həsəninin "Ulduzlu nəşrlər" seriyasından işıq üzü görən "Metro terminalının sevgisi" kitabının təqdimat mərasimi keçirilib. Mərasimdə qələm adamları, gənc yazarlar, media nümayəndələri iştirak...
ANL
Nəsimi poeziyasında "hüsnü-cəmal". Hüsn cahanın aynası, eşq isə ona məzmun verən, onu cilalayıb gözəlləşdirən vasitədir. Eşqin nə olduğunu bəşəriyyət hüsnü dərk etdikdən sonra başa düşüb. Hüsn eşqin və qəmin səbəbi, ilahi gözəlliyin əsası, dünyanı əks etdirən ayna, Allahın-Cananın bütün sifətlərini təcəssüm etdirən...
ANL
Qu quşu nəğməsi. Bəs yuxarıdan çırpılmaq qorxusu varmı? Səhər tezdən, gün çıxmamış bir cür görünürlər, günəşin şəfəqləri altında başqa təsir bağışlayırlar, axşam düşdükcə adama elə gəlir ki, yorulublar, bütün gün qanad çalıb yan-yövrədəkiləri heyran qoyan gözəllik ilahələri təkliyə, onlar üçün hazırlanmış evcikl...
ANL
Tərəddüdlə bağlı dəqiqləşdirmələr. İnsan daim ziddiyət içində yaşayan varlıqdır. Dünyada heç bir canlı bu qədər çox düşünmür. Zəkanın məhz insana verilməsi, onun şüurlu yaradılması milyard illər sonra ağır bir yükə çevriləcəkdi. Yaşanan bütün hadisələrin sonu iki seçimdə bitir; ya xoşbəxt olacaqdılar, ya da bədbəxt. Mə...
ANL
Güvəndiyin dağlara yağan qar. Eşqə qarışmadan öncə hər kəs özünü fəzada və ya hansısa zirvədə hiss edir. Əlavə dərd çəkmir, cavabsız suallar beynini gəmirmir, ömrün "necədir, nə edir, hardadır" suallarını təkrarlayaraq keçmədiyi üçün gərginlikdən uzaq və rahat həyat sürürsən. Bir gün biri gəlir, aşağıda dayanaraq özün...
ANL
Sabir irsinin və milli poeziyanın daha bir təntənəsi. Gözəl ənənəni davam etdirmək, davam etdirə bilmək özü yaxşı əməllərdən biri hesab olunur. Özündən əvvəlkilərin açdığı yolla inamla addımlaya bilirsənsə, səndən sonrakılar da o inamdan, o yoldan örnək götürüb səni izləyəcəklər. Görünməz zəncirvari tellərlə bir...
ANL
Afaq Məsud Vladimir Poznerə məktub ünvanlayıb. Tanınmış Azərbaycan yazıçısı Afaq Məsud, Ermənistan İctimai Televiziyasında azərbaycanlılarla bağlı səsləndirdiyi fikirlərə görə Rusiya teleaparıcısı Vladimir Poznerə məktub ünvanlayıb. Rusiyanın I Kanalında yayımlanan "Pozner" verlişinin müəllifi Vladimir Poznerə. Vlad...
ANL
Nəsimi poeziyasında "hüsnü-cəmal". Hüsn cahanın aynası, eşq isə ona məzmun verən, onu cilalayıb gözəlləşdirən vasitədir. Eşqin nə olduğunu bəşəriyyət hüsnü dərk etdikdən sonra başa düşüb. Hüsn eşqin anası, qəm isə yavrusudur! Hüsn eşqin və qəmin səbəbi, ilahi gözəlliyin əsası, dünyanı əks etdirən ayna, Allahın-Cananın ...
ANL
Su təsərrüfatı işçiləri sosial siyasətə mühüm töhfələr verirlər. Son illər ölkəmizdə içməli su və kanalizasiya infrastrukturunun yenidən qurulması sahəsində həyata keçirilən çoxsaylı layihələr şəhər və rayon mərkəzlərində, həmçinin, içməli sudan əziyyət çəkən kənd və qəsəbələrdə həyatın canlanmasına, vətəndaşların s...
ANL
Barmağı ucunda fırlayır, baxır, Bütün kainatı məntiqlə qurur, Axırda hər şeyi yandırır, yaxır? Onsuz da yenidən başlayır hər gün! Haçan çözüləcək bu qəliz düyün? Gözəl lalə idin. Bitdin taxıl zəmisində. Nə fərqi gözündə yaş parıldayır. Məhəbbət meydanında daş-qalaq oldun. Ürəyində yerin boş qaldı. Arxanca baxan bir gö...
ANL
Naxçıvan Muxtar Respublikasının qurucularından biri - Mirzə Vahab Həsənzadə. XX əsrdə Naxçıvanın muxtariyyət əldə etməsi bir çox tarixi mərhələlərdən keçib. Muxtariyyətin qazanılması ərəfəsində və qazanıldığı dövrdə naxçıvanlılar hər sahədə ciddi mübarizə aparıblar. Belə ki, 1918-ci illərdə azğın düşmənlə - ermə...
ANL
Son dəfə dəniz qırağında - bulvarda görmüşdüm. Əlini-qolunu yelləyə-yelləyə tək-tənha gəzirdi. Yerişi eləydi ki, dedim Şairi külək qatıb qabağına aparır. Nə fikirləşdisə (ya da nə fikirləşmədisə), dabanı üstə fırlanıb geri qayıtdı. Qayıdan kimi də məni gördü. Nə işlə məşğulsan? Tale bizi necə səpələdi. Ağlım kəsmir day...
ANL
Uzaq yollardan sizi öpürəm... Ağdamı xatırlayıram son vaxtlar tez-tez... Küçədən dalana dönüb beş-on addım gedib də darvazanı açırsan, aşağı meyllənmiş yoldan həyətə enirsən. Həyət küçədən aşağıda yerləşirdi. Enib kürsülü evə girirsən. Evin arxa tərəfində də bağça vardı. Çox baxımlı bağ demək olmazdı. Qayınatam ...
ANL
Kortesin başçılığı altında 1519-cu ildə ilk dəfə şəhərə girən ispan konkistadoları onu tamamilə dağıtdı və şəhərin xarabalıqları üzərində yeni şəhər kimi Mexikonun əsasını qoydular. Zaman keçdikcə əvvəllər Mexikonu əhatə edən göl və kanallar quruduldu, onların yerində isə yollar salındı, evlər tikildi. İndi Mexik...
ANL
İLK CÜMHURİYYƏTİMİZ: OLMUŞLAR VƏ DÜŞÜNCƏLƏR. Neçə min illik dövlətçilik tariximizdə ilk dəfə “Azərbaycan” adlı müstəqil dövlətimizi - Xalq Cümhuriyyətini yaratmış, qısa müddətdə olsa da şərəflə yaşatmış və dünyaya tanıtmış istiqlal mücahidlərimiz məcburi fasilə dövründə mühacirətdə nələr yazmış, nə düşünmüş, b...
ANL
Sənədli Hekayə. Hitlerçilər otuz doqquzuncu ildə Varşavanı işğal etdikdə polyakların da, özlərini polyak kimi göstərməyə çalışan yəhudilərin də canına vəlvələ düşmüşdü. Bombardmandan yaralananların xilasına həkim Yanuş da kömək edirdi. Onun "Yetimlər evi"ndən olan uşaqları damlara düşmüş yandırıcı bombaları söndürü...
ANL
Nəsillərə nümunə kimi yaşanan ömür. ƏFQANISTAN VƏ QARABAĞ MÜHARİBƏSİ VETERANI ELŞAD ŞABANOV ÖRNƏK SƏCİYYƏLİ MƏQAMLARLA ZƏNGİN HƏYAT VƏ XİDMƏT YOLU KEÇİB. Zaman ötdükcə tarixləşən hadisələrdən sükutla keçmək olmur. Bir vaxtlar vətən sandığımız Sovetlər Birliyinin müdafiəsində xalqımızın minlərlə igid övladı canı...
ANL
Atalar və oğullar: Konfutsi atasına qarşı. Sözü uzatmayıb, bir şeyi də qeyd edim: Konfutsinin qənaətincə, insan zadəgan zümrəsinə aiddirsə, onun işi xeyli yüngülləşmiş olur. Sıradan, adi insan həyatı yaşayan adamların "yaxşı kişi" olmamaq şansı isə çox yüksəkdir. Ramiz Rövşən. Bugünlərdə çinlilər və Konfutsi haqqında ...
ANL
Naxçıvan Muxtar Respublikasının qurucularından biri - Mirzə Vahab Həsənzadə. İclasda 20 üzv və bir neçə nəfər Azərbaycan Pedaqoji İnstitut tələbələri iştirak edirdilər. Müzakirə olunan 2-ci məsələ haqqında müəllim Ə.Sadıqzadə məruzə edərək Azərbaycan Ədəbiyyat Cəmiyyətinin Naxçıvanda şöbəsini təşkil etməyi təklif edi...
ANL
"Qara Qarayevin əsərləri Azərbaycan xalqının qədim musiqi mədəniyyətinin bütün zənginliyini özündə təcəssüm etdirir. Qara Qarayev Azərbaycan xalqının zəngin tarixinə neçə-neçə ilhamlı səhifələr həsr etmişdir". O, XX əsrdə Azərbaycan xalqının yetişdirdiyi dahilərdən biridir və bəlkə də dünyada birinci bəstəkardır ki, ta...
ANL
Ötən il noyabr ayının 7-si idi. 20 ilə yaxın AZƏRTAC-ın Ukrayna, Belarus və Moldova üzrə xüsusi müxbiri işləmiş, hazırda Ukrayna paytaxtında yaşayan jurnalist dostum Zeynal Ağazadə ilə Kiyevdə görüşümüz zamanı nə vaxt Bakıya gəlməyi planlaşdırdığını soruşdum. Cavabında, "İnşallah, gələn il avqustun axırlarında....
ANL
Qeyri-adi sənətkar haqqında qeyri-adi nağıl. Xalq artisti, ustad tarzən Ramiz Quliyevdən öncə də ünlü tarzənlərimiz, Xalq artistlərimiz olub, Ramiz müəllimlə eyni dövrdə də belə sənətkarlar var və yəqin gələcəkdə də olacaq. Tar yeni musiqi aləti deyil, tarzənlik Azərbaycanda, ümumən bizim də aid olduğumuz coğrafiyada ...
ANL
İvan Draçın xatirəsinə. Məşhur Ukrayna şairi İvan Draçın ölüm xəbərini eşidəndə sarsıldım. Onunla dostluğumun qədim tarixi var. Keçən əsrin altmışıncı illərindən başlayan dostluğumuz davam edirdi. İvan Draçın ilk kitabı Kiyevdə, ikinci kitabı isə Azərbaycanda mənim tərcüməmdə çap olunmuşdu. O vaxtlar milli şairlərin...
ANL
Bilmirəm. Yuxunu başa düşə bilmirəm. Aça bilmirəm. Görürəm ki, onunla yenə bir yerdəyik. Əl-ələ tutub harasa gedirik. Bu şəhərin hara, hansı şəhər olduğunu bilmirəm. Küçələr tanış deyil, yollar qəribədir, evlər tanış deyil, camaatın da geyimi tamam başqa cürdür. Bizim indiki geyimlərdən çox fərqlidir. Bizim indiki...
ANL
Damcılı bulaq, dağdağan ağacı və Davud Nəsibin yurdu. Kasakla Qazax arasında... Qədim Kasaka-Qazaxa gəlişimiz çoxdan nəzərdə tutulmuşdu. Rəhmətlik şairimiz Davud Nəsib haqda filmin çəkilişlərilə bağlı müəyyən planlarımız vardı. Yəni biz yığışa biləndə hava dəyişirdi, yağışlar imkan vermirdi. Nədənsə, bu günlər ya...
ANL
Qələmsiz yazılanlar. sms-esselər. Fərqli ovqatların əksi. Özüm də bilmirəm, bu yazılar nədir və onları necə adlandırım? Qələmsiz yazıldıqları həqiqətdir. Bir yaxın adama, bəlkə, gələcək kitabımın redaktoruna göndərilib. Amma hansı niyyətlə? Bəlkə, bir romanın eskizləri, parçalarıdır bunlar? Bəlkə, bir az bioqrafi...
ANL
Su təsərrüfatı və meliorasiya işçiləri peşə bayramlarını qeyd edirlər. Bu gün su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramıdır. 2014-cü il mayın 14-də Prezident İlham Əliyev məhdud şirin su ehtiyatlarına malik Azərbaycanda əhalinin bu əvəzsiz nemətlə təminatı sahəsində sözügedən peşə sahiblərinin fədakar əmə...
ANL
Zirədə Mirzə Bala Məhəmmədzadə Günü. AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Xəzər Rayon İcra Hakimiyyəti və Zirə Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə "Zirədə Mirzə Bala Məhəmmədzadə Günü - 120" adlı tədbir keçirildi. İştirakçılar öncə Zirə qəsəbəsində Yeni Sahədə Mirzə Bala Məhəmmədzadənin adı veri...
ANL
"Qoğalın sərgüzəştləri" Lənkəranda. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı festivalda Pərvin Nurəliyevanın eyniadlı pyesi əsasında Əməkdar artist Nicat Kazımovun quruluş verdiyi "Qoğalın sərgüzəştləri" tamaşası ilə iştirak edib. Teatrdan bildirilib ki, səhnə əsərində əsas rolları Anar Seyfullayev, Ramil Məm...
ANL
Gənc Tamaşaçılar Teatrında Pərvinin "Qızıl balıq "(A.S.Puşkinin "Balıqçı və balığın nağılı" əsərinin motivləri əsasında) pyesi əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası olub. Teatrdan bildirilib ki, tamaşanın quruluşçu rejissoru Elşad Rəhimzadədir. Səhnə tərtibatı Telman Şıxıyevə, kostyumların dizaynı Reyha...
ANL
Atatürk Mərkəzində Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşovun "Bizdə şeir də var, sənət də vardır" adlı kitabının təqdimatı keçirilib. Atatürk Mərkəzinin rəhbəri, millət vəkili Nizami Cəfərov Ramiz Göyüşovu təbrik edərək bildirib ki, onun tədqiqatlarının mühüm cəhətlərindən biri bugünk...
ANL
Onu Təbrizdə də çox sevirlər. Qonaqpərvər Təbrizə hər dəfə səfər edəndə mənə sanki dünyanı bəxş edirlər. Həmişə can atdığımız doğma Təbrizə. Dünya şəhərləri arasında həm məsafə, həm də mənən bizə bu qədər yaxın olan Təbriz! Taleyin sınağa çəkdiyi dönəmlərdə ondan uzağı da olmayıb. Qan qardaşlarımızın yaşadığı bu şəhər...
ANL
Akapulkoda bizi bir axşam, əks tərəfdəki yamacı hamilə qadının qarnına bənzəyən qayadan okean sularına tullananların olduqca təhlükəli tamaşasına baxmağa apardılar. Qayanın əks tərəfindəki meydançada bilet almaqla bura daxil olmuş tamaşaçılar toplanmışdı. Onlar ayaq üstə, qaranlıqda qarşıdakı qayadan suya tullana...
ANL
İLK CÜMHURİYYƏTİMİZ: OLMUŞLAR VƏ DÜŞÜNCƏLƏR. Neçə min illik dövlətçilik tariximizdə ilk dəfə “Azərbaycan” adlı müstəqil dövlətimizi - Xalq Cümhuriyyətini yaratmış, qısa müddətdə olsa da şərəflə yaşatmış və dünyaya tanıtmış istiqlal mücahidlərimiz məcburi fasilə dövründə mühacirətdə nələr yazmış, nə düşünmüş, bi...
ANL
Sözə ömürlük bağlılıq. XX əsrin 50-90-cı illərində və XXI əsrin əvvəllərində Şəki ədəbi mühitinin formalaşmasında və inkişafında müstəsna xidmətləri olmuş söz sərraflarından biri Zaman Qarayevdir. Bu ədəbi nailiyyət Zaman Qarayevi yeni-yeni yaradıcılıq uğurlarına həvəsləndirmiş, o, böyük ədəbiyyat yolunda inamla...
ANL
"Molla Nəsrəddin"in əks-sədası: mübahisələr və həqiqətlər. Dövrünün tanınmış jurnalisti Hüseyn Minasazov XX əsrin əvvəllərində Tiflisdə rus dilində nəşr olunan "Zaqafqaziya" qəzetində dərc etdirdiyi "Müzakirə" adlı yazısında mübahisə və etiraz doğuran bir əhvalatı oxuculara çatdırıb. Yazıda bildirilirdi ki, 23 may...
ANL
Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev Azərbaycan elmi-ictimai fikrinin görkəmli nümayəndələrindən biridir. Elm-tədris mühitində nüfuzlu söz sahibidir. O, klassik və müasir ədəbiyyat adamlarına, habelə mədəniyyət xadimlərinə yazıları ilə dəqiq dəyər verən ziyalıdır. Kitablarının, sözünün qayğısına qalandır. I c...
ANL
Görkəmli fransız aktyor və rejissoru Jan-Lui Barronun fikrincə, "təbiətimiz etibarilə biz hamımız ikili xarakterdəyik - bu, qəbul edilmiş həqiqətdir - lakin günlərin bir günü bizim çoxsaylı olmağımız aşkarlansa, təəccüblənmək lazım deyil. Lakin hətta əgər biz müxtəlif çoxsaylı insanların məskəni, məkanı kimi xidmət ...
ANL
Xatirələr aynasındakı Əhməd Bəy Ağaoğlu şəxsiyyəti. Milli müstəqillik sözlərə, fikirlərə ədəbiyyata da yeni can, yeni ruh gətirdi. Xalqımızın mədəni-mənəvi irsini öyrənmək, özünü tanımaq fürsəti ələ düşdü. Bizdən gizli saxlanılan həqiqətləri, bizə yanlış tanıdılan şəxsiyyətləri! Sovet ədəbiyyatında mürtəce rom...
ANL