text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
İşarə və məna arasında Əbədi yol, yaxud Səlim Babullaoğlunun poeziyası. Şair Səlim Babullaoğlu mayın 12-16 tarixlərində Rumıniyada Yassı Beynəlxalq Poeziya Festivalında iştirak edib. O, festivala "Mihai Ursachi" Mədəniyyət Mərkəzinin və Yassı festivalının direktoru Adi Kristinin dəvətilə qatılıb. Festival günləri...
ANL
KİTABXANANIN YENİ BİNASININ AÇILIŞININ 5 İLLİYİ DƏ QEYD OLUNUB. Eyni zamanda, 2014-cü ilin may ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və AMEA prezidenti, akademik Akif Əlizadənin iştirakı ilə açılışı olan AMEA-nın Mərkəzi Elmi Kitabxanasının yeni binasının istifadəyə verilməsinin 5 ili tamam olur...
ANL
Tanınmış gəncəli rəssam vəfat etdi. QALİB BAĞIROV MÜASİR AZƏRBAYCANDA ÇİNİ İNCƏSƏNƏTİNİN BANİLƏRİNDƏN İDİ. Rəssamlar İttifaqının Gəncə Bölməsinin rəhbəri, Əməkdar rəssam, Azərbaycanda çini üzərində miniatür sənətinin yaradıcılarından olan Qalib Bağırov ürək tutmasından 74 yaşında vəfat edib. Qalib İsgəndər oğlu B...
ANL
Varislər. Allah bütün canlıları üçün sığınacaq da yaradıb. Gizlənməyə bir künc, daldalanmağa bucaq verib. Soyuqdan qoruyan odu bəxş edib, yanına çörək və su qoyub. Əslində, yaşamaqçün bundan artığına ehtiyac da yoxdu. İnsan təbiət etibariylə daha çox qazanmağa, daha artığına yiyələnməyə meyllidir. Amma mahiyyətdə bütün...
ANL
Öncə onu deyək ki, oxumağa sərlövhəsindən başladığınız bu yazı həmin sərlövhədəki suala cavab vermək məqsədi daşımır. Əksinə, cəmi üç sözdən ibarət olan, arxasında isə dərin mətləblər gizləyən bu sual vasitəsilə diqqəti önəmli bir məsələyə çəkmək üçündür. İyunun 4-də Beynəlxalq Mətbuat Mərkəzində "İntellekt Araşdırmal...
ANL
BÖYÜK YAZIÇI VƏ MÜƏLLİM İSMAYIL ŞIXLININ RUHUNA XİTAB. Lakin onların arasında ucadan uca, əlçatmaz olan müəllimlik sənətidir. Əzəli, əbədi müəllimlik sənəti. Xalqımızın inkişafında xüsusi yeri olan müəllimlik sənəti. İşıq saçan, nur paylayan müəllimlik sənəti. Tarixən məlumdur ki, müəllimi güclü olan xalq güclülər ar...
ANL
Azərbaycan publisistikasında öz dəsti-xətti ilə seçilən Flora Xəlilzadə müxtəlif mövzular qalereyası yaradan, zəngin yaradıcılığı ilə hər zaman imzası oxucular tərəfindən izlənilən və sevilən ziyalılarımızdandır. Bu dəfə isə o, oxucularının görüşünə tarixi mövzuda yazdığı "Hökmdar qadınlar" araşdırmalar toplusu ilə gə...
ANL
"Molla Nəsrəddin"in əks-sədası: mübahisələr və həqiqətlər. Dini ədəbiyyatda hicab məsələsinə münasibət Mirzə Cəlil demişkən, "şərab və zinanın haram olmağı kimi deyildir, ixtilaflıdır". Məsələyə bu baxımdan yanaşanda nə C.Məmmədquluzadənın, nə də M.Mirheydərzadənın hicab məsələsinə münasibətində heç bir qəbahət y...
ANL
Müdrik söz demək səlahiyyəti müdrik adamlara xas olur... Müdrik sözü hər adam deyə bilməz, gərək müdrik söz demək üçün səlahiyyət qazanasan. Başqa sözlə, müdrik söz səlahiyyəti müdrik adamlara verilir. Aforizmlər də müdrik sözlər silsiləsindəndir. Aforizmlərdə fikir rüşeym halında, yığcam və lakonik ifadə olunur...
ANL
Bu yaxınlarda "Gəl, istədiyin qədər pul apar, imkanın olanda qaytararsan" tipli plakatlardan birinə uyub, yaxınlıqdakı bank şöbəsinə yollandım. Bank işçisi təhər-tövrümü, əyin-başımı rentgen baxışlarıyla ciddi tədqiq etdikdən sonra məni sorğu-sual etməyə başladı. Mənə verilən sualların məğzi barədə danışmayacağam, ...
ANL
Ay məni ovudan adam... Tələbə dostum Adil Cəmilin oğlu Orxan Cəmilin xatirəsinə. Gün çıxıb, göy üzünün ortasında dayanıb və axırda da batıb. Dünyanın bizim istəyimizdən asılı olmayaraq, öz yaranışı, öz mizan-tərəzisi, öz sevgisi var. Dünya biz insanları ağuşuna alır, ana kimi layla çalır və günlərin bir günündə də All...
ANL
Əgər Azərbaycan xalqının ruhunu öz səsində yaşadan vokalçıların müsabiqəsi keçirilsəydi, o müsabiqənin qeyd-şərtsiz qalibi heç şübhəsiz ki, Bülbül olardı. Xalqımız öz ulu keçmişini, mübarizə əzmini, bəşəri duyğulardan qaynaqlanan ali əxlaqi keyfiyyətlərini-məhəbbətini, kövrəkliyini, saflığını... özünə Bülbülün s...
ANL
İsacan Sultan çağdaş özbək nəsrinin tanınmış nümayəndələrindən biridir. Özünəməxsus üslubu və təhkiyə tərzi ilə öz nəsildaşlarından ciddi surətdə fərqlənən gənc nasir tezliklə müasirlərinin rəğbətini qazanır. Onun bir yazıçı kimi parlaq və üstün cəhəti həm tarixi mövzularda, həm də müasiri olduğu cəmiyyətin prob...
ANL
Uzaqda dolaşan ruh və qərib qəbir. Öz gözəllikləri, özünəməxsus adət-ənənələri və qanunları ilə on minlərlə insanın doğma yurdu olub, o şəhər. Ağ evləri, zəngin bazarı, tarixi məscidi, kino-teatrı, dram teatrı, qonaqpərvər insanları, alimləri, yazıçıları, pedaqoqları, həkimləri, xanəndələri, incəsənət ustaları və ...
ANL
Biləcəridə yerləşən Şuşa şəhər 3 saylı tam orta məktəbdə Şuşanın tanınmış pedaqoqu Mirzə Xosrov Axundovun anadan olmasının 130 illik yubiley tədbiri keçirilib. Tədbiri giriş sözü ilə açan Şuşa şəhər 3 saylı tam orta məktəbin direktoru Elmira Əliyeva Xosrov Axundovun arxivdən tapdığı nitqini tədbir iştirakçılarına tə...
ANL
"Elm Darvinin şəxsində insanın meymun mənşəyini, ədəbiyyat (poeziya) isə Nəsiminin şəxsində ilahi mənşəyini kəşf etdi..." - mərhum professor Yaşar Qarayevin böyük Azərbaycan şairi, filosofu İmadəddin Nəsimi haqqında dediyi bu fikir, düşünürəm ki, əsrlərdən qalma Qərb-Şərq əqidə savaşının başqa bir mərhələsindən xəb...
ANL
Moskvanın qoynunda uyuyan mavi gözlü div. Nədənsə gözümə həmişə əlifba kimi göründü. Amma bu əlifbadan hərfləri yox, sözləri öyrəndim. Yanından ötüb keçdiyim kəlmələrin nə qədər qiymətli olduğunu oxuduqca dərk etdim. Yaşamadığım sürgünün ağrısını, ayrılığın acısını, həsrətin əzabını, insanın daha dəyərli olduğu...
ANL
Burada akademikin Azərbaycan və xarici dillərdə nəşr olunmuş əsərləri, redaktoru olduğu, ön söz yazdığı, tərcümə etdiyi kitablar və akademik haqqında yazılmış kitablar, dövri mətbuat materialları nümayiş olunur. Sərgi bir həftə davam edəcək.
ANL
Bakıxanovlar şəcərəsinə dair araşdırma təqdim olundu. Dünən AMEA-nın "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzində tədqiqatçı Xəyalə Əyriçalmalının "Bakıxanovlar şəcərəsi və bu nəslin Bakı kəndlərində və digər şəhərlərdə məskunlaşan qolları" adlı elmi-tədqiqat işinin təqdimat mərasimi oldu. Tanınmış tarixçilər Ş...
ANL
Oqtay Zülfüqarov konsertlə yad edilib. İyunun 10-da Bəstəkarlar İttifaqında görkəmli bəstəkar, Xalq artisti Oqtay Zülfüqarovun anadan olmasının 90 illiyinə həsr edilən kamera konserti keçirilib. Konsert Əfrasiyab Məmmədovun royalda bəstəkarın "Yuxu" pyesini ifa etməsi ilə başlayıb. Sonra Əməkdar artistlər Elnarə Kə...
ANL
Şair kimi yox, şeir kimi ölmək istəyirəm... Oxunmaq arzusuyla yaşayıram. əvvəldən axıra kimi oxunmaq... Əzbər qalmaq istəyirəm. kiminsə yadında! Xalq şairi, xalqın şairi Vaqif Səmədoğlu... İstədiyi kimi yaşadımı, bilmirəm, amma istədiyi kimi qaldı yaddaşlarda. Bunu iyunun 7-də M.Maqomayev adına Azərbaycan Dövlət Akadem...
ANL
Qələmsiz yazılanlar. sms-esselər. Fərqli ovqatların əksi. Özüm də bilmirəm, bu yazılar nədir və onları necə adlandırım? Qələmsiz yazıldıqları həqiqətdir. Bir yaxın adama, bəlkə, gələcək kitabımın redaktoruna göndərilib. Amma hansı niyyətlə? Bəlkə, bir romanın eskizləri, parçalarıdır bunlar? Bəlkə, bir az bioqrafi...
ANL
Məqaləni "525-ci qəzet"ə Litva Azərbaycanlıları Cəmiyyətinin sədri, Litva Respublikası Hökuməti yanında Milli İcmalar Şurasının üzvü Mahir Həmzəyev təqdim edib. Polşa Tatarları Mədəni-Maarif Təşkilatları Birliyi Vilnüs şöbəsinin sədrindən aldığım məktub məni olduqca məmnun etdi. adlı yeni jurnal nəşr etmək niyyə...
ANL
Kitab çapı, mahiyyətinə görə, elmin, maarifin, təhsilin, texnoloji mədəniyyətin, iqtisadiyyatın, ədəbiyyatın - həyatımızın bütün sahələrinin inkişafında müstəsna rol oynayıb. Ən əsası isə, insanların qazanmış olduqları zəngin mənəvi xəzinə olan bilik və bacarıqların qorunub saxlanılmasında, ötürülməsində, nəsildən-...
ANL
BAKI XOREOQRAFİYA AKADEMİYASININ REKTORU TİMUÇİN ƏFƏNDİYEV: "BU İL AZƏRBAYCANDA XOREOQRAFİYA TƏHSİLİNİN 90 İLLİK, HƏMÇİNİN, BAKI XOREOQRAFİYA AKADEMİYASININ 5 İLLİK YUBİLEYİ QEYD OLUNACAQ". Müsahibimiz Bakı Xoreoqrafiya Akademiyasının rektoru, filologiya elmlər doktoru, Əməkdar elm xadimi professor Timuçin Əfənd...
ANL
“Nəsimi qəzəl müsabiqəsi” başa çatdı. Bakı şəhəri 5 nömrəli tam orta məktəbdə “Məktəblinin dostu” layihəsi çərçivəsində keçirilən böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr edilmiş “Nəsimi qəzəl müsabiqəsi”nin final mərhələsinə yekun vurulub. Təhsil naziri Ceyhun Bayramov bu ilin fevral ay...
ANL
“Ədəbiyyat biliciləri” mükafatlandırıldılar. MƏHƏBBƏT VƏLİYEVA: “ŞAGİRDLƏRİN KİTABA, BƏDİİ ƏDƏBİYYATA ÜZ TUTMASI, MÜTALİƏYƏ İSTİQAMƏTLƏNDİRİLMƏSİ TƏHSİL NAZİRLİYİ TƏRƏFİNDƏN PRİORİTET MƏSƏLƏ KİMİ QƏBUL EDİLİR”. Bu gün Təhsil Nazirliyində “Ədəbiyyat biliciləri” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi...
ANL
15 İyun - Milli Qurtuluş Gününün növbəti ildönümü ərəfəsində tarixə qısa ekskurs. Təsəvvür belə etmək istəməzdik. Məhz o günlərdə Heydər Əliyev olmasaydı, kim bilir nələr olacaqdı. Yəqin ki, Azərbaycan ermənilərin yüz il ərzində işləyib hazırladığı, Sovetlərin son günlərində geniş icra etməyə girişdiyi plana uyğun ol...
ANL
Uçurumdan qurtuluşa: Heydər Əliyevin tarixi xilaskarlıq missiyası. Azərbaycanın tarixində əhəmiyyətli rol oynayan, xalqımızın yaddaşına əbədi həkk olan günlər, hadisələr var. Həmin dövrdəki vəziyyəti göz önünə gətirdikdə, indi də elə ağır durumdan Ümummilli lider Heydər Əliyevin ölkəni necə çıxarmasına heyrətlənirsən...
ANL
Yuxudan səyahətə. İnanılmaz bir səyahət arzusu ruhuna işləmişdi. Yeni yerlər görmək, yeni insanlarla tanış olmaq istəyirdi. Bu səbəbdən də sarayda qərar tuta bilmirdi. Həyatını dəyişdirəcək, hətta həyatının imzasını atacaq bir yuxu. İçəridə çoxlu camaat vardır. Diqqət etdikdə, Hz.Məhəmmədi başda görür. Dörd sadiq...
ANL
Azərbaycan ədəbiyyatında "orta əsrlər": tarixi-nəzəri konsepsiya və bədii sistem kimi. ayların, illərin, əsrlərin tarixi-xronoloji düzümü və məzmunu deyil. Mənim münasibətim isə belədir: tarixdən çox böyük çətinlikə tapılmış bu əsl dəyərli faktı qeydə almaq kifayət deyil, işin müəyyən hissəsidir. İşin mahiyyəti -...
ANL
Həqiqi hisslərin poetik təzahürləri. Əməkdar incəsənət xadimi, şair Yusif Həsənbəyin "Karvan" poema-pritçası həcmcə o qədər böyük olmasa da, ideya-məzmunca çox ciddi mətləblərdən söhbət açır. Azərbaycan xalqının keçən əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəllərində düşdüyü acınacaqlı şərait, millətin tarix...
ANL
"Prezident Heydər Əliyev" gəmisinin Bakıya gəlişi münasibətilə. Bakıya bir gəmi gəlir, Alnındakı projektor işığıyla. Çıraqbandı, kəhkəşandı göyüm-yerim! Sevinirəm göz-yaşımla. şəfəqlərin qanadında! Gəmi gəlir, - qartallaşan ürəklərin qanadında! Heydər Əliyev adında! Toy evi tək çıraqlanır! Başı üstə bədirlənir. Üfü...
ANL
Tanıyaq və tanıdaq! Guşədə İran İslam İnqilabından (1979) sonra ədəbiyyata gəlmiş, Güney Azərbaycanda 1960-cı ildə və daha sonra doğulub boya-başa çatmış və sənətdə öz sözünü demiş Güney şairlərinin arasında heç bir fərq qoymadan, incə və həssas ruhlarına toxunmadan, yaratdıqları möhtəşəm poeziya örnəklərini incələm...
ANL
Siyamək Hüseynəlizadə - Ərgin Avşar 1966-cı ildə Təbriz şəhərinin güney-doğusunda, 220 km uzaqlıqda yerləşən və Şahlıq rejimi tərəfindən adı dəyişdirilərək Şahindej adlandırılmış Sayınqalada anadan olub. İlk okulu və orta məktəbi Sayınqalada bitirəndən sonra, Siyamək Uluyurdun quzeyinə üz tutub və Bakı Dövlət U...
ANL
Azərbaycan Televiziyasının yeni siması. Bizim hər birimizin tanışları, dostları arasında müxtəlif televiziya kanallarında, o cümlədən də Azərbacan Televiziyasında işləyən insanlar var. Biz onların öz peşələrinə böyük sədaqətinin və məhəbbətinin dönə-dönə şahidi olmuşuq. Hər görüşümüzdə daha çox onlar danışıb; çəkilişd...
ANL
Yeni dərs ilində isə builki şagirdlər artıq yeni sinfə - yeni mərhələyə qədəm qoyacaqlar. Birincisi mənim sevimli oğlumun liseydəki sinif yoldaşlarının valideynləri ilə qurulan qrupdur. Ənənəvi olarq, sinif xəbərləri, iclaslar, elanlar, dərslər haqda bilgilər paylaşılır, ötürülür və sair. Burda təəccüblü bir şey yoxdu...
ANL
Kamil şəxsiyyət, unudulmaz alim. "Əcəl gəlmiş cahanə, xəstəliklər bəhanə..." Bu ifadəni ilk dəfə Türkiyədə eşidəndə mənasının dərinliyinə görə o andaca ürəyimə yazıldı. Amma bilməzdim ki, bu təbir 2 ay öncə haqq dünyasına qovuşmuş böyük elm adamı, professor Babək Qurbanovun həyatda olmadığı zaman, iyunun 9-da tamam ol...
ANL
"Türk dünyasında milli mücadilə və ədəbiyyat" mövzulu simpozium. İyunun 13-də Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, TİKA, Bakı Yunus Emre İnstitutu, Türk Dil Qurumu və KÜNİB-in birgə təşkilatçılığı ilə "Türk dünyasında milli mücadilə və ədəbiyya...
ANL
Xalq şairi Fikrət Qocanın oxucularla görüşü oldu. İyunun 12-də Bakı Kitab Mərkəzində Xalq şairi Fikrət Qoca ilə görüş keçirilib. Görüş çərçivəsində, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının maliyyə dəstəyi ilə çap olunan, gənc müəlliflər İlkin Şükürbəyli və Nəsimi Faiqoğlunu...
ANL
“Ernest Heminquey: yeni nəsr və müasir insan” mövzusunda elmi sessiya keçirilib. Ədəbiyyat İnstitutunda bu mövzuda elmi ssesiya keçirilib. Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda amerikan yazıçısı Ernest Heminqueyə həsr olunmuş “Ernest Heminquey: yeni nəsr və müasir insan” ...
ANL
Məhəbbətlə yaşanan təkrarsız sənətkar ömrü. Həyatda əlamətdar görüşlər olur. Elə görüşlər ki, onların bəxş etdiyi güclü enerji bütün həyatına nüfuz edir. Ədilə xanım haqqında düşünərkən hər zaman Çexovun bu məşhur deyimi yadıma düşür. Xoşbəxtəm ki, onunla Bülbül adına orta ixtisas musiqi məktəbində müəllimim kim...
ANL
Ədilə Hüseynzadənin musiqisi Parisdə səsləndi. Bu yaxınlarda Fransanın paytaxtı Parisdə, şəhərin simvolu sayılan Eyfel qülləsinin qoynunda yerləşən möhtəşəm Azərbaycan Mədəniyyət Mərkəzində ilk qadın bəstəkarlarımızdan biri - Ədilə Hüseynzadənin əsərlərindən ibarət konsert keçirildi. Konsert tariximizin əlamətda...
ANL
İSLAMA QARŞI YÖNƏLƏN SİYASİ DAMĞALARİN MAHİYYƏTİ. Müasir dövrümüzdə dini radikalizm dünya miqyasında narahatlığa səbəb olan əsas problemlərdən biridir. Bu gün bir çox ölkələrdə dini radikalizm məzhəblər və dinlərarası dözümsüzlük, zorakılıq, eləcə də dini motivlərlə törədilən terror aktlarında təzahür edir. Strateji...
ANL
Qurtuluş Günü Milli Kitabxanada qeyd olundu. İyunun 12-də Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasında 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib. Tədbir Mədəniyyət Nazirliyi, Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatı və Milli Kitabxananın birgə təşkilatçılığı ilə reallaş...
ANL
Hüzn ədəbiyyatın harasındadır... essesi. Elə hislər var ki, onları yazmaq, onları danışmaq, oxumaq bizi böyüdür, bizi aydınlandırır. Və bu, çox hallarda özümüzü melanxolik, çarəsiz və tərəddüdlü hiss etdiyimiz anların nəticəsidir. Həmin hislər mütləq bizə reallığı xatırladır və biz yaradıcının özü ilə daha səmimi k...
ANL
Elnaz Eyvazlının poeziyası: təkrarsız duyğular məkanı. Elnaz Eyvazlı ədəbi prosesdə az görünür, mətbuatda şeirlərilə tez-tez çıxış etmir, ya da mənə elə gəlir, şeirləri ədəbi mətbuatda və saytlarda gözümdən qaçmış da ola bilər. Üçüncü şeirlər kitabının nəşr edilməsi mənə məlum deyil, mətbuatda da bu barədə info...
ANL
Ekzistensializm etüdləri. Mifoloji düşüncədən loqosa keçid fəlsəfənin əsasını qoydu, bu proses nəticəsində Miletli Fales suyu mifoloji düşüncədən ayırıb, müşahidələrinə əsaslanaraq onun ilk arxe (yaradılışın başlanğıc maddəsi) olması fikrini irəli sürdü, adını ilk filosof kimi fəlsəfə tarixinə yazdı və Milet məktəbin...
ANL
Xoreoqrafiya Akademiyası "Qız qalası"nı təqdim edib. Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksinin (BXA) kolleci xoreoqrafiya təhsili tarixində ilk dəfə olaraq Şərqin ilk professional baleti olan Əfrasiyab Bədəlbəylinin "Qız qalası" baleti buraxılış tamaşasını nümayiş etdirib. Tamaşanın quruluşçu-baletmeysteri SSR...
ANL
Milli Kitabxanada yeni sərgilər. Sərgidə Azərbaycan xalqının Ümummilli lideri, Ulu öndər Heydər Əliyevin ictimai-siyasi fəaliyyətini əks etdirən Azərbaycan və xarici dillərdə nəşr olunmuş kitablar nümayiş olunur. Sərgi bir həftə davam edəcək. Milli Kitabxanada digər sərgi isə Azərbaycan ədəbiyyatının tanınmış nüma...
ANL
Qələmsiz yazılanlar. Status-esselər. Mənim Balaxanım nənəm bəy qızı idi. Keçmişdən danışmağı çox sevərdi. Bir dəfə nəslin bir qolunun tarixini yarım saatın içində elə dolğun, o qədər zəngin bilgilərlə danışdı ki, heyrətə gəldim. Adı 80 il öncənin hadisəsində epizodik keçən bir qadının sonrakı taleyinin necə olduğu beyn...
ANL
Moskva: ədəbiyyatın və sənətin beşiyi. İllər əvvəl dünyanın altıda birinin baş şəhəri olan, SSRİ-nin döyünən ürəyi sayılan Moskva həmişə gözümə dərin siyasətin, ən sərt qərarların, oyunların mərkəzi kimi görünüb. Təbii ki, Dostoyevskinin, Tolstoyun, Mayakovskinin, Çexovun, Qoqolun vətəni olduğunu nəzərə almasaq... Müə...
ANL
Nəsimi obrazı musiqi, incəsənət və bədii ədəbiyyatda. Nəsimi yaradıcılığı XV əsrdən etibarən türkdilli ədəbiyyata qüvvətli təsir etmişdir. Türk şairi Rəfii "Bəşarətnamə" əsərində Nəsimini özünün ustadı və müəllimi adlandırmış, ona dərin məhəbbətini bildirmişdir. Özbək şairi Əsiri və türkmən şairi Əndəlib ona poemalar...
ANL
Yazıçı Sadiq Qarayev oxucularla görüşdü. 5 nömrəli Kimya-Biologiya təmayüllü respublika liseyində yazıçı Sadiq Qarayevlə görüş keçirilib. Görüşdə liseyin şagird və müəllim kollektivi, yazıçının qələm dostları və media nümayəndələri iştirak ediblər. Dövlət himni və yazıçı haqqında videolentlə başlayan tədbir zaman...
ANL
Kamal Abdulla mətninin söylədikləri. Ədəbi cərəyanlar müəyyən dövrdə formalaşaraq həmin tarixi zamanın xüsusiyyətlərini əks etdirir, ədəbi prosesdə bir növ mayak rolunu oynayır. Ədəbi fikir tarixində fenomenal adlandırıla biləcək belə cərəyanlardan biri postmodernizmdir. Postmodernizm tarix səhnəsinə çıxdığı gündən bö...
ANL
İl 2016... Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsini bitirən qardaşımın diplom işini hazırlayırdıq. Mövzumuz Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük dramaturq Cəfər Cabbarlının yaradıcılığıdır. Ədibin dram və şeirlərindən, sözlərinə yazılmış mahnılardan ibarət...
ANL
Paytaxt təhsili 2018-2019-cu tədris ilində... RƏŞAD TAĞIYEV: "TƏHSİL MÜƏSSİSƏLƏRİNİN FƏALİYYƏTİNİN MÜASİR TƏLƏBLƏR SƏVİYYƏSİNƏ YÜKSƏLDİLMƏSİ VƏ TƏDRİS OCAQLARININ MADDİ-TEXNİKİ BAZASININ GÜCLƏNDİRİLMƏSİ İSTİQAMƏTİNDƏ SƏMƏRƏLİ İŞLƏR GÖRÜLÜB". 2018-2019-cu tədris ili ümumi təhsil sahəsində müəyyənləşdirilmiş prior...
ANL
Böyüklər uzaq düşür, Uşaqlar yaxınlaşır. Kürəklər nişan olur, Bıçaqlar yaxınlaşır. Yaxınlaşır, əbədi. Sənsən ürəyimdə, sən. dostun, yadın dilində, Nə deyirlər görəsən. buna qadın dilində? işinə qarışıram. Həsrətinlə gizlicə. əslini çəkirəm mən, Təbiətin sən adlı. fəslini çəkirəm mən. Üzündəki gülüşün. sözünü köçürürəm...
ANL
Cəlil Məmmədquluzadə yaradıcılığında ana dili məsələsi. XX əsrin əvvəllərində Azərbaycan mətbuatında ədəbi dil uğrunda mücadilə gedirdi. Bu mücadilənin önündə dayanan ziyalılarımızdan biri böyük yazıçı, dramaturq, şair, publisist, ictimai xadim Cəlil Məmmədquluzadə idi. Cəlil Məmmədquluzadə XX əsr Azərbaycan ədəbiyy...
ANL
Əhməd Qəşəmoğlunun şeirləri: Bir sevdanın ahəngi. İmzası oxuculara kifayət qədər tanınan Əhməd Qəşəmoğlu həm sosioloq alim, həm də şair kimi özünəməxsusluğu ilə seçilir. Elmi fəaliyyətində, artıq dünyanın bir çox qabaqcıl ölkələrində uğurla yayılan ahəngyol adlı yeni bir nəzəriyyəni ortaya qoyan Əhməd Qəşəmoğlu ilk də...
ANL
Uzaq və yaxın Meksika. İnsanların təsərrüfat fəaliyyəti Meksika təbiətinə nəzərə çarpan dərəcədə ziyan vurmuşdur. Ona görə də təbiətin qorunması kimi vacib olan bir işə də artıq başlanmışdır. Dağlardakı və xüsusən sahillərdəki rayonların çoxu böyük istirahət və kurort əhəmiyyətinə malikdir. Meksika bir ölkə kimi...
ANL
Amaliya Pənahova sənətkarlığı: səhnədə və ekranda. GÖRKƏMLİ SƏNƏTKARIMIZIN İLK DƏFƏ ONSUZ QEYD OLUNAN DOĞUM GÜNÜNƏ. Səhnə və ekran elə bir fenomendir ki, onların hər ikisi mütəmadi olaraq yenilənmək və dəyişmək məcburiyyətindədir. Ötən əsrin 60-cı illərinə qədər Azərbaycan teatr sənəti sovet formalizmindən gələn ...
ANL
Kamal Abdullaya "İlin ən yaxşı rektoru" mükafatı təqdim olundu. Azərbaycan Dillər Universitetinin rektoru, Xalq yazıçısı, akademik Kamal Abdullaya "İlin ən yaxşı rektoru" mükafatı təqdim edilib. Facebook sosial şəbəkəsində ən böyük təhsil səhifəsi olan və ölkə ali məktəblərini özündə birləşdirən "Azərbaycan universi...
ANL
Azərbaycan milli hərəkat tarixinin tədqiqatçısı. Azərbaycan xalqının tarixinə daxil olmuş görkəmli tədqiqatçı alimlərin elmi-pedaqoji fəaliyyətini, yaradıcılığını və ictimai-siyasi fəaliyyətinin ayrı-ayrı sahələrini öyrənmək, onların mənalı həyat yolunu, zəhmətsevərliyini və vətəndaş mövqeyini, vətənpərvərliyini...
ANL
İsveçin paytaxtı Stokholm şəhərində müxtəlif ölkələrin mədəniyyətlərinin nümayiş olunduğu beynəlxalq tədbir keçirilib. Ölkəmizi tədbirdə İsveç-Azərbaycan Dərnəyinin (SAF) nəzdində fəaliyyət göstərən “Qarabağ” milli rəqs qrupu təmsil edib. Yerli ictimaiyyətin mədəni istirahəti üçün təşkil olunan tədbirdə İsveçdə ya...
ANL
Bizdə adamı yaxşı tərəfindən xarakterizə etmək istəyərkən, ona şamil olunan yaraşıqlı epitetlərin sonuna mütləq bir "sədaqətli dost" ifadəsi də qoşmağı unutmurlar. Xüsusən də, epitafiya janrında yazılmış boğazdan yuxarı sicilləmələrdə. Baxırsan, adamın dirisindən xəbəri olmayanın birisi, ölüsünün başının üstünü alıb, ...
ANL
Həsənoğlunun "Kitabi-Sirətin-Nəbi" məsnəvisi və daha dörd qəzəli. XIII əsrin sonlarında yaşayan və Həsənoğlu təxəllüsü ilə şeir yazan İzzəddin Əsfərayininin də XIII əsrin məşhur şairlərindən biri olduğu ədəbiyyat tariximizə məlumdur. XV əsr təzkirəçisi Dövlətşah Səmərqəndi, Həsənoğlunun, Şeyx Cəmalüddin Əhməd Zakiri...
ANL
O zaman siz (dua edərək) Rəbbinizdən kömək diləyirdiniz. Eşidin, sizə buyururam ki, dua ilə dilədiyiniz hər dilək dua etməyə başlamadan əvvəl qəbul olunmuşdur. Pəncərədən boylanan günəş şüaları otağı elə qızdırmışdı ki, Daniel nəfəs almaqda çətinlik çəkirdi. İçki və tütün qoxusu divarlara hopmuşdu, otaqda üfunət...
ANL
Çox sevgini var-dövlətə satdılar, Günəş kimi saraldılar, batdılar, Sevgi deyib, başımızı qatdılar, Bir uşaqlıq oyunuydu o sevda. Hərdən qəmli, çox zaman da şən oldu, Qəlbimin ilk duyğuları cəm oldu, Cığallığı eyləyəni sən oldun, Bir uşaqlıq oyunuydu o sevda. Kədər sənin növbənövdür könlündə, Sanki dərdlər hakim olan ö...
ANL
Azərbaycan ədəbiyyatında yapon hayku şeirinin təzahürləri. Üç misralıq yapon şeiri əvvəllər haykay, hokku, XIX əsrin sonlarından isə hayku adlanır. XIX əsrdə Yaponiyanın dünyadan təcrid olunma dönəminə son qoyulduqdan sonra hayku şeiri dünya ədəbiyyatına təsir göstərməyə başlayıb. XX əsrdən etibarən əksər xalqları...
ANL
Xalq yaradıcılığının tükənməz xəzinəsi Nəsimi poeziyasında. Qədim zamanlardan başlamış zəmanəmizə qədər bədii yaradıcılıqla məşğul olan əsl sənətkarlar həyat çeşməsi kimi həmişə qaynayan xalq yaradıcılığına vaxtaşırı müraciət etmədən keçinməyiblər. Bu çeşmə onların əsərlərinə saflıq, büllurluq və səmimiyyət bəx...
ANL
Yadımızdan çıxarmaq istədiklərimiz qoymur yaddaşlarda yaşamaq haqqını qazananları yaddaşda qalmağa, yadda saxlamağa. Pərpətöyün toxumu kimi səpələniblər beynimizin hüceyrələrinə. Olan-qopan hüceyrələrimizi məhv etməklə məşğuldurlar. Beynim "işğalçı" pərpətöyün toxumlarından azacıq da olsa təmizləndi. Müstəqilliyim...
ANL
Hekayə yarışması. Bugünlərdə Azərbaycan Yazıçılar Birliyinin katibi, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid feysbuk sosial şəbəkəsində qısa hekayə yarışması elan etdi. Müsabiqə çərçivəsində çox sayda bir cümləlik hekayə yazıldı. Müsabiqənin sonunda Ceyhunə Cəlilova adlı yazar 157 səslə (layk) yarışmanın qalibi ol...
ANL
"Nəşriyyat yalnız küçədə kitab satmaqla davam gətirə bilməz". "QANUN" NƏŞRLƏR EVİNİN RƏHBƏRİ ŞAHBAZ XUDUOĞLU ÖLKƏDƏ KİTABÇILIĞA HƏRTƏRƏFLİ DƏSTƏYİN VACİBLİYİNİ VURĞULAYIR. - Şahbaz bəy, rəhbərlik etdiyiniz "Qanun" Nəşrlər Evinin ciddi problemlərlə üzləşdiyi, nəşriyyatın işinə maneələr törədildiyi ilə bağlı tez-...
ANL
Böyük sənətkarlar haqqında fikirləri layiq olan səviyyədə, orijinal tərzdə qələmə almaq özü böyük ustalıq və istedad tələb edir. Virtuoz tarzən kimi xalq tərəfindən sevilən, peşəkar musiqiçilər, görkəmli incəsənət xadimləri tərəfindən layiqincə qiymətləndirilən Respublikanın xalq artisti Ramiz Quliyevi böyük bir...
ANL
Səhnədə hər zaman parlaq ulduz kimi... XALQ ARTİSTİ BƏSTİ CƏFƏROVA YUBİLEY GECƏSİNDƏ BİR DAHA QƏTİBƏ İNANC KİMİ SƏHNƏYƏ ÇIXARAQ MÖHTƏŞƏM İFA SƏRGİLƏDİ. Akademik Milli Dram Teatrında Xalq artisti Bəsti Cəfərovanın 60 illik yubiley tədbirinə getməzdən öncə baş redaktorumuz Rəşad Məcidlə yubilyar haqqında kiçik sö...
ANL
Azərbaycanda gender bərabərliyi və media azadlığı. "Azərbaycanda Gender bərabərliyi və media azadlığı" layihəsinə yekun vurulub. Bununla əlaqədar dünən Bakıda "Gender bərabərliyi və media" mövzusunda keçirilən dəyirmi masada çıxış edən Avropa Şurasının Bakı ofisinin rəhbəri səfir Zoltan Hernyes layihənin əhəmiyyə...
ANL
UNUDULMAZ ŞAİRİMİZ HAQQINDA KİTAB İŞIQ ÜZÜ GÖRÜB. Yazıçı Orxan Aras Azərbaycanın dəyərli söz adamı, unudulmaz şair və publisist Tofiq Abdin haqqında kitab hazırlayıb. "Pem" nəşriyyatında çıxan kitabda Tofiq Abdinin həyatı, yaradıcılığı barədə bilgilər, onun haqqında yazılar yer alıb. Orxan Aras kitab haqqında məlum...
ANL
Milli Kitabxanada yeni tədbirlər keçirilib. Azərbaycan Milli Kitabxanasında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə Azərbaycan Respublikası "Həqiqət" Tarixi Araşdırmalar İctimai Birliyinin"Gənc istedad"Fəxri diplomçusu, eyni zamanda "Asiya-Fakt-İnfo...
ANL
Qələmsiz yazılanlar. sms-esselər. Fərqli ovqatların əksi. Özüm də bilmirəm, bu yazılar nədir və onları necə adlandırım? Qələmsiz yazıldıqları həqiqətdir. Bir yaxın adama, bəlkə, gələcək kitabımın redaktoruna göndərilib. Amma hansı niyyətlə? Bəlkə, bir romanın eskizləri, parçalarıdır bunlar? Bəlkə, bir az bioqrafi...
ANL
Aynadakı əksimiz. Telefon danışığının əvvəlində "alo" deyilməyə onun təklifi ilə başlanıb. Teleqrafı, telefonu, kino aparatını o təkmilləşdirib. Elektrik lampasının sənaye üsulu ilə istehsalını o təşkil edib. Elektrovoz istehsalına da o başlayıb, fonoqrafI da o ixtira edib. Söhbət dünya şöhrətli amerikalı ixtiraçı, ...
ANL
Şlaqbaumlu yol. Sonrakı illər necə olacaq? Biz niyə bir yerdə ola bilmədik? Yəni mən doğrudanmı bu qədər pis adamam? Niyə dil tapa bilmədik? Mən mülayim adamam. Mən də çox güzəştlərə getmişdim. Yol boyu elə hey özümü çarmıxa çəkirdim. Sən axırda dəli olacaqsan. Beləcə, özüm-özümü sakitləşdirirdim. Stüardessa qızın...
ANL
Tanıyaq və tanıdaq. Guşədə İran İslam İnqilabından (1979) sonra ədəbiyyata gəlmiş, Güney Azərbaycanda 1960-cı ildə və daha sonra doğulub boya-başa çatmış və sənətdə öz sözünü demiş Güney şairlərinin arasında heç bir fərq qoymadan, incə və həssas ruhlarına toxunmadan, yaratdıqları möhtəşəm poeziya örnəklərini incələm...
ANL
İbtidai təhsilini Xudafərində, tam orta təhsilini isə Tehranda alıb. Rudhen Universitetində sosial xidmətlər ixtisasına yiyələnib. Yeniyetməlik dövründən şeir və elmi-publisistik məqalələr yazmağa başlayıb. Bakı Dövlət Universitetinin sosial psixologiya ixtisası üzrə doktorantı olub, 2002-ci ildə burada "Narkomanl...
ANL
Əhməd Bədi Triniç ədəbi-bədii mənbələrdə. Əhməd Bədi Rəcəb oğlu Triniçin ölümü kimi, həyatı, siyasi mənsubiyyəti hələ də öz sirrini saxlayır. Əvvəl İttihadi-İslam, az sonra Müsavat, daha sonra Bolşevik partiyasının üzvü olan Triniç əslində kim idi? O illərin xronikasını izlədikcə Triniç kimi çoxlarının bir neçə p...
ANL
Füzulidən görünən Məmməd Cəfər. Akademik Məmməd Cəfər Cəfərov Füzuli haqqında biri-birini tamamlayan silsilə əsərlər yazmışdır: "Füzuli sevir", "Füzuli düşünür", "Füzuli yaşayır". Bunlar Füzulinin, eyni zamanda, Məmməd Cəfər Cəfərovun bütövlüyünü nümayiş etdirən əsərlərdir. Bunlardan birincisi - "Füzuli sevir", şair...
ANL
Fars nəşrinin ilk çağlarında elə bir əsər göstərmək olmaz ki, oxucular arasında qazandığı şöhrət baxımından "Qabusnamə" ilə müqayisə edilə bilsin. Qaynaqlarda qeyd edilir ki, yaşa dolduğunu və bu dünyadan köçməsinə az qaldığını dərk edən ata (müəllif) oğlunun taleyi haqqında narahat olmağa başlayır. O, təfriqələr...
ANL
Uşaqlar üçün yeni kitab. Bugünlərdə uşaq yazarı Mina Rəşidin "Balaca Günəş" adlı şeirlər kitabı işıq üzü görüb. Kitab uşaqlar üçün şeirlərdən ibarət olub müxtəlif yaş qruplarını əhatə edir. Qeyd edək ki, kitab "Vektor" Beynəlxalq Nəşrlər Evində təmənnasız olaraq çap edilib. Kitabın "Balalarımıza Qarabağ nəğmələri...
ANL
"Azərbaycan ədəbiyyatı tarixi" oncildliyinin birinci cildi təqdim olundu. Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda yeni konsepsiya əsasında hazırlanmış "Azərbaycan ədəbiyyatı tarixi" oncildliyinin birinci cildinin təqdimatı keçirilib. Kitabın redaksiya şurası isə İsa Həbibbəyl...
ANL
AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) Azərbaycan şairi, yazıçısı, alimi, mütəfəkkiri və maarifçisi Abbasqulu Ağa Bakıxanovun anadan olmasının 225-ci ildönümünə həsr olunmuş sərgi təşkil olunub. Çoxcəhətli bədii və elmi yaradıcılığa malik Abbasqulu Ağa Bakıxanov tarix, dil-ədəbiyyat, coğrafiya, fəlsəfə, məntiq...
ANL
"TƏK" Yaradıcılıq Platformasının ilk tamaşası. Mixail Bulqakovun eyniadlı povesti əsasında qurulmuş tamaşanın müəllifi rejissor Asiman Ağa Rövşən, Platformanın bədii rəhbəri teatrşünas Dağlar Yusifdir. Tamaşada aktyorlar - Əməkdar artistlər Qasım Nağı, Ayşad Məmmədov, aktyorlar Vüsal Murtuzəliyev, Günay Əhməd, Asi...
ANL
Serbiyada Nəsiminin 650 illiyilə bağlı silsilə tədbirlər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında" 2018-ci il 15 noyabr tarixli Sərəncamına əsasən, ölkəmizin Serbiyadakı səfirliyinin təşəbbüsü və Belqrad şəhərində f...
ANL
ADMİU-nun kollektivi Kazandakı beynəlxalq festivalda. Tatarıstan, Başqırdıstan, Qazaxıstan, Macarıstan, Yakutiya, həmçinin, Moskvanın bədii təhsil məktəblərinin iştirak etdiyi festivalda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatr və kino aktyoru ixtisası üzrə təhsil alan III kurs tələbələri Röya...
ANL
Surqut Diyarşünaslıq Muzeyinə Fərman Salmanov haqqında nəşrlər hədiyyə edilib. Sibir neftinin kəşfi ilə nəticələnmiş mürəkkəb yol miniatür kitaba yerləşdirilib. Sosialist Əməyi Qəhrəmanı, Lenin Mükafatı Laureatı Fərman Salmanov barədə kiçik kitablar şəklində qeyri-adi hədiyyə Surqut Diyarşünaslıq Muzeyinə təqdi...
ANL
Kamal Abdulla Serbiya prezidenti ilə görüşüb. Serbiya prezidenti Aleksandr Vuçiç Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdullayevin başçılıq etdiyi Azərbaycan alimlərinin nümayəndə heyətini qəbul edib. Görüşdə iki ölkənin ali məktəbləri və elmi müəssisələri arasında əlaqələrin genişləndirilmə...
ANL
Neftçalada şair Oqtay Rza ilə görüş. Neftçala rayonu Xol Qaraqaşlı kənd Folklor Evində Əməkdar müəllim, şair Oqtay Rza ilə görüş olub. Görüş Xol Qaraqaşlı kənd tam orta məktəbin direktoru, yazıçı-publisist Ruhəngiz Nəcəfovanın təşkilatçılığı ilə keçirilib. Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin Aran bölməsinin sədri ...
ANL
SONA VƏLİYEVA: ""KASPİ" LİSEYİ OLARAQ MƏQSƏDİMİZ XARİCİ ÖLKƏLƏRDƏ OLAN HƏMYAŞIDLARI İLƏ YARIŞA BİLƏN, SAVADLI VƏ UĞURLU, MİLLİ DƏYƏRLƏRƏ SADİQ NƏSLİN YETİŞMƏSİNDƏ PAY SAHİBİ OLMAQDIR". "Kaspi" Liseyi məzunlarını kövrək nəğmələrin, şux rəqslərin, şagirdlərin ifasında maraqlı təqdimatların, ən əsası, müəllim və...
ANL
Ayrıların sırasına düşmüşəm. Doğmalarım yadlarıma qarışıb, İki dünya arasına düşmüşəm. İsmətimdən pərdə çəkib üzümə, Dar günümdə güvənmişəm özümə. Arxalanıb ağ diləkli sözümə, Misraların qarasına düşmüşəm. Şeirlərim sarı simmiş, çalanda. Ürəyimin yarasına düşmüşəm! Mən düşündüm, tapammadım, siz deyin - Tərs qism...
ANL
Qorbaçovun siyasi icadı olan SSRİ Xalq deputatları qurultayı bu prosesi sürətləndirən bir alətə çevrilmişdi. Ölkədə iş-güc yaddan çıxmışdı, axşamlar hamı Kremldəki, rejissoru və baş aktyoru SSRİ prezidentinin özü olan şouya tamaşa edirdi. Bu şou həm də hər yerdə müxalifətin güclənməsinə və fəallaşmasına şərait y...
ANL
Alman dili müəlliminin yaratdığı jurnalistika məktəbi. Böyük Şərq mütəfəkkiri Əbu Turxan yazırdı ki, hər insan bir ulduzu xatırladır. Ömrünü Azərbaycan mətbuatının inkişafına həsr edən Nurəddin Babayev Naxçıvanda yaşayıb fəaliyyət göstərmiş, Azərbaycan Respublikasının Əməkdar jurnalisti fəxri adına layiq görülmü...
ANL